Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5850/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3 MMC, "xxxx" MMC və Cavabdeh4 qarşı (Suraxanl rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla) mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3 MMC, "xxxx" MMC və Cavabdeh4 qarşı (Suraxanl rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla) “qiymətləndirmə hesabatının və hərracın nəticəsinin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1503/2024 saylı, 30 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları 1.İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3 MMC, "xxxx" MMC və Cavabdeh4 qarşı “qiymətləndirmə hesabatının və hərracın nəticəsinin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək,” Mercedes Benz 350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin 10.000 (on min) manat qiymətləndirilməsi barədə Cavabdeh3 MMC-nin xx.xx.2017-ci il tarixli hesabatının və həmin hesabat əsasında həmin avtomobilin satılması barədə "xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1503/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
3. Həmin qətnamədən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apelyasiya baxışı zamanı verilən izahatlar
4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
5. 369-cu maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
6. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
7. 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
8. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
9.Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 “AZEMİS” vasitəsilə elektron kabinetdən ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, iş üzə apellyasiya icraatna xitam verilməsini xahiş etmişdir.
10. Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
11. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.6, 263-264, 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
QƏRARA ALDİ:
İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1503/2024 saylı, 30 iyul 2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunsun və mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3 MMC, "xxxx" MMC və Cavabdeh4 qarşı (Suraxanı rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla) “qiymətləndirmə hesabatının və hərracın nəticəsinin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1503/2024 saylı, 30 iyul 2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev