Məhkəmə qərarları › İş №2(103)-5851/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5851/2021

09.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5851/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakı ilə, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(010)-1602/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(010)-1602/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 25.05.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair iddiası üzrə icraata xitam verilmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(010)-1602/2020 saylı qərardadı ilə Cavabdeh1 ərizəsinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(010)-1602/2020 saylı qərardadı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, 95 nömrəli evin 59 nömrəli mənzili üzərinə iddianın təmin tədbiri kimi qoyulmuş həbs ləğv edilmişdir. İddiaçı Bakı şəhər Suraxanı rayon məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(010)-1602/2020 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1856/2021 saylı 03 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə icrata xitam verilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1602/2020 saylı 03 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansa da, onun tərəfindən həmin qərardaddan kasassiya şikayəti verilmişdir. Bu isə ona dəlalət edir ki, qeyd edilən məsələ üzrə yekun məhkəmə qərarı qəbul edilənədək iddia təmin etmə tədbiri kimi mübahisəli mənzil üzərindən həbs götürülməməlidir. Bakı şəhər Suraxanı Ryon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(010)-1602/2020 saylı qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı şikayətini müdafiə etdi və bildirdi ki, kassasiya şikayəti vermişdir. Ona görə də həbsin götürülməsinə etiraz edir. Məhkəmə iclasında Cavabdeh1 şikayətə etiraz edərək bildirdi ki, vərəsəlik üçün həbsin götürülməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi icraata xitam vermə barədə qərardad qəbul etsə də, iddianı təmin tədbirinin tətbiqinə dair qərardadı ləğv edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Çünki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsində və 162.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan hüququndan istifadə edərək mübahisəli mənzil ilə bağlı iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad qəbul etməklə haqlı olmamışdır. Düzdür, MPM-in 162.3-cü maddəsinin birinci cümləsində iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılması nəzərdə tutulmuşdur. Ancaq hazırki iş üzrə qətnamə çıxarılmasa da icraata xitam verilməsi barədə məhkəmə qərardadı da məhkəmə aktıdır və o da qanuni qüvvəyə minənə qədər iddianı təmin etmə tədbirləri MPM-in 13.4-cü maddəsinə əsasən, yəni analoji münasibətləri tənzimləyən hüquq norması olduğuna görə saxlanılmalıdır. Çünki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1856/2021 saylı 03 fevral 2021-ci il tarixli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir(bax.i.v.145). Göründüyü kimi, icraaata xitam verilməsi barədə qərardad qanuni qüvvəyə minməmiş və iddiaçı da iddia tələblərindən imtina etməmişdir. İşdən, həmçinin iddia tələbinin məzmunundan mübahisənin məhz mübahisə predmeti olan mənzil ilə bağlı yarandığı təsdiq olunur və buna görə də birinci instansiya məhkəməsinin həmin mənzilin üzərindən qadağanın vaxtından əvvəl götürməsi zəruri olmamış və kifayət qədər əsaslandırılmamışdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi qərara aldı : İş üzrə İddiaçı şikayəti təmin edilsin. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(010)-1602/2020 saylı qərardadı qərardadı ləğv edilsin. Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, 95 nömrəli evin 59 nömrəli mənzili üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar