Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5855/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-616/2021 saylı 09 mart 2021-ci tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Haddad Alireza iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 64000 manat məbləğində əsas pul vəsaiti, 27680 manat məbləğində faydalanmağa görə faiz məbləği, mənəvi zərərin əvəzi olaraq 10.000 manatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 101710 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tekstil işi ilə məşğul olmaq adı ilə ondan cəmi 64000 (altmış dörd min) manat məbləğində pul götürmüşdür. Belə ki, cavabdeh ondan bir neçə dəfəyə 45000 manat, 5000 manat və 10000 manat, 3000 manat, 1000 manat alaraq tekstil işinə ytırmaq üçün almışdır. Belə ki, həmin pul məbləğlərini ona yazılı sənədlər əsasında 2017-ci ilin sentyabr ayında vermişdir. Bildirir ki, tekstil işi adı ilə ondan 5000 manat almış və bu pulun alınmasını Arzu Haçıyevanın özünün və onun şahidlərinin təsdiqi ilə yazılmış yazılı sənədlə təsdiq olunur. Elə həmin günün səhəri ikinci dəfə 16.09.2017-ci il tarixdə ondan 5000 manat almış, həmin məbləğin alınmasına dair aralarında 16.09.2017-ci il tarixli notariat qaydada təsdiqlənmiş borc müqaviləsi də bağlanmışdır. Bundan sonra isə elə həmin tarixdə yazılı olaraq imzaladığı 16.09.2017-ci il tarixli onunla şəriklik fəaliyyəti ilə bağlı müqavilə imzalandı. Həmin müqavilədə də etiraf etmişdir ki, həqiqətən ondan cəmi 50.000 manat tekstil işinə şərikliklə bağlı pul almışdlr. Bundan sonra Cavabdeh Yasamal rayonu ərazisində beşmərtəbə deyilən ərazidə tekstil sexi icarəyə götürmək adı ilə icarə haqqının ödənilməsi adı ilə ondan 3000 manat, 1000 manat pulu və həmçinin həmin sexin əlavə olaraq yenə avadanlıqlarla təhciz olunması üçün 10000 manat pulu almışdır. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Bununla bağlı tərəfindən cəmi 64000 manat pulun etibarından sui-istifadə edilərək ələ keçirilməsi ilə bağlı Yasamal rayon Polis İarəsinə müraciət edilmişdir. Uzun müddət araşdırılma aparılmış, araşdırma zamanı cavabdeh Polis İdarəsinin Təhqiqat və İstintaq Şöbəsində yazılı izahat və iltizamı ilə ondan 64000 manat pulun almasını təsdiq edərək, 2 polis oranında ona borcun ödənilməsiilə bağlı möhlət verilməsi barədə yazılı iltizam imzalamışdır. Lakin cavabdeh təhqiqat dövründə də, vədinə əməl etməmişdir. Bakı şəhəri Yasamal rayon Təhqiqat Şöbəsi tərəfindən təhqiqat materialı üçün İstintaq Şöbəsinə göndərildi. İstintaq şöbəsi tərəfindən bir cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilsə də, həmin qərar müvafiq prokuror tərəfindən ləğv edilmiş, araşdırma aparılmış və yenidən mübahisənin mülki xarakterli öhdəlik münasibətləri olması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-616/2021 saylı 09 mart 2021-ci tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 64.000 (altmış dörd min) manat məbləğində əsas pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, iddiaçı Haddad Alirezanın xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi Vəkil1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qismən - 64.000 manat məbləğində əsas pul vəsaitinin tutulması hissəsində qanunsuz və əsassızdır. Məhkəmə, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 sentyabr 2017-ci il tarixli kredit müqaviləsinə istinad etmişdir. Lakin məhkəmə, iş materiallarında tərəflər arasında eyni tarixli başqa bir müqavilə - “Şərik fəaliyyətinə dair” müqavilənin bağlanması faktına, habelə borc öhdəliyi razılaşmasına və hər iki sübutun adıçəkilən kredit müqaviləsi ilə bilavasitə bağlı olmasına hüquqi qiymət verməmişdir. Belə ki, müqavilə məhz iddiaçı və cavabdehin birgə tekstil fəaliyyəti ilə məşğul olmasını, əldə edilmiş gəlirin yarı-yarıya bölünməsi öhdəliyini özündə ehtiva edir. Cavabdeh tekstil fəaliyyəti ilə bağlı çalışsa da, ondan asılı olmayan səbəblərdən müəyyən problemlər yaranmışdır və gəlir əldə etmək mümkün olmamışdır. Bu barədə iddiaçının da məlumatı olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, bilavasitə qanunun tələbi olmasına baxmayaraq iddia tələbinin faiz məbləğinin və mənəvi zərərin tələb edilməsi hissəsində ümumiyyətlə müzakirə etməmişdir. Başqa sözlə, iddiaçı tərəfindən irəli sürülmüş tələblərə natamam qiymət verilmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apelyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apelyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlilini bu kontekstdə araşdıraraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 616/2021 saylı 09 mart 2021-ci tarixli qətnaməsi prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apelyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 16.09.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 5.000 manat məbləğində pulu şahidlər X1 və X2 yanında Cavabdeh borc olaraq vermişdir. Borcun verilməsi məqsədi borc verən və borc alan arasında ilkin razılaşmaya əsasən tekstil fəaliyyətində şərikliklə bağlıdır. 5000 manat məbləğində borc pulu İddiaçı Cavabdeh verdi və həmin pulu Cavabdeh qəbul etdi. İş materiallarında olan borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 16.09.2017-ci il tarixli şərik fəaliyyətinin təşkilinə dair müqaviləsindən görünür ki, bu müqavilənin predmetini tekstil fəaliyyətinin həyata keçirilməsi təşkil edir. Sifarişçi tekstil fəaliyyətinin həyata keçirilməsi üçün icraçıya 50.000 manat məbləğində borc pulı verir. İcraçı isə həmin pulla tekstil fəaliyyətinin inkişafı etdirməklə yanaşı əldə edilmiş gəlirin yarı-yarıya bölünməsini öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Orxan Süleymanlının 10 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Haddad Alırzenın şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti şikayətçi İddiaçı göndərilməklə, qərarla razılaşmadığı halda Yasamal rayon prokurorluğuna və rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardan və həmçinin qərar üzrə toplanılmış iş materiallardan müəyyən edilir ki, Cavabdeh İddiaçıın ona hissə-hissə olmaqla ümumilikdə 63.000 manat pul verdiyini qeyd etmiş və həmin pulun 22.07.2019-cu il tarixdə İddiaçı ödəyəciyinə söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 16.09.2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 5.000 manat məbləğində pulu şahidlər X1 və X2 yanında Cavabdeh borc olaraq vermişdir. Borcun verilməsi məqsədi borc verən və borc alan arasında ilkin razılaşmaya əsasən tekstil fəaliyyətində şərikliklə bağlanmışdır. 5000 manat məbləğində borc pulu İddiaçı Cavabdeh vermiş və həmin pulu Cavabdeh qəbul etmişdir. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 16.09.2017-ci il tarixli şərik fəaliyyətinin təşkilinə dair müqaviləsinə əsasən bu müqavilənin predmetini tekstil fəaliyyətinin həyata keçirilməsi təşkil etmişdir. Sifarişçi tekstil fəaliyyətinin həyata keçirilməsi üçün icraçıya 50.000 manat məbləğində borc pul verir. İcraçı isə həmin pulla tekstil fəaliyyətinin inkişafı etdirməklə yanaşı əldə edilmiş gəlirin yarı-yarıya bölünməsini öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Orxan Süleymanlı 10 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Haddad Alırzenın şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası mülki iş üzrə birinci instansiya məhkəməsi tərfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88–ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfindən təqdim edilmiş sübutları səhv təfsir edərək, iddia tələbinin 64000 manat məbləğində əsas pul vəsaitin təmin edilməsinə yönələn hərəkət kimi qiymətləndirmiş, cavabdehin sübutlarını isə nəzərə almamışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci sübut nəyi ifadə edir, ikinci sübut inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Birinci instansiya məhkəməsi iddianı 64000 manat məbləğində əsas pul vəsaitin tutulması hissəsində təmin edərkən əsas kimi məhz yuxarıda göstərilən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Orxan Süleymanlının 10 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının tələb etdiyi pulun iddia tələbində qeyd olunan miqdarda olmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı Cavabdeh 64.000 manat pul vəsati tələb etsə də, iş materialları ilə Cavabdeh İddiaçı 64.000 manat deyil, 63.000 manat pul borcunun olması təsdiq olunur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Orxan Süleymanlı 10 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardaddan və həmçinin qərar üzrə toplanılmış iş materiallardan müəyyən edilir ki, Cavabdeh İddiaçıın ona hissə-hissə olmaqla ümumilikdə 63.000 manat pul verdiyini qeyd etmiş və həmin pulun 22.07.2019-cu il tarixdə İddiaçı ödəyəciyinə söz vermişdir. Bu da ona dəlalət edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi qismən, yəni cavabdehin etirafı həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ciil tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.3-cü maddəsinə görə isə əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kollegiya iddiaçı Alireza Haddadın iddiasının 27680 manat məbləğində faydalanmağa görə faiz məbləğinin və mənəvi zərərin əvəzi olaraq 10.000 manatın tutulması hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməsində iddia tələbinin qeyd olunan hissələrini təmin edib-etməməsini əsaslandırmasa da, hazırki halda iddiaçı Alireza Haddad həmin qətnamədən apelyasiya şikayəti vermədiyəndən həmin hissələr üzrə əlavə araşdırılmanın aparılması apelyasiya məhkəməsinin səlahiyyəti xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla təmin edilə bilməz. Belə ki, Cavabdeh aralarında olan münasibətin şərik fəaliyyətdən yarandığını qeyd etsə də, iş materialları və cavabdehin öz etirafı ilə müəyyən edilir ki, tərəflər arasında münasibətlər şərik fəaliyyətin təşkilindən deyil, cavabdehin öz biznes fəaliyyətini inkişaf etdirmək məqsədi ilə iddiaçıdan müxtəlif vaxtlarda aldığı borc münasibətlərindən yaranmışdır. Kollegiya hesab edir ki, cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin mövcudluğu sübut olunduğundan, cavabdehin apelyasiya şikayətində qeyd etdikləri onun iddiaçı qarşısında yaranmış öhdəliyini aradan qaldıra bilməz. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı Haddad Alireza iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh qaydada tutularaq iddiaçı Haddad Alirezaya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-616/2021 saylı 09 mart 2021-ci tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 63.000 (altmış üç min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu iddiaçı Haddad Alirezanın xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-616/2021 saylı 09 mart 2021-ci tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 63.000 (altmış üç min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu iddiaçı Haddad Alirezanın xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5855/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5855/2021
16.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver