Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5856/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X6 cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X6 cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-446/2024 saylı, 7 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində sürücü işləyən X6 tərəfindən Kəlbəcər Rayon Polis şöbəsinə ünvanlanmış izahatdan görünür ki, o, hərbi hissəyə məxsus, idarə etdiyi H N QQ nömrə nişanlı Ural markalı avtomobillə xx.xx.2023-cü il tarixdə, sat 15 radələrində Kəlbəcər şəhər ərazisindən Zod aşırımı istiqamətində hərəkətdə olduğu zaman ** SM *** nömrə nişanlı Niva markalı avtomobil Kəlbəcər şəhər ərazisində ötmə əməliyyatı edərək onun idarə etdiyi avtomobili keçdi, bir neçə metr getdikdən sonra əyləcdən istifadə etdi, bu zaman o, idarə etdiyi Ural markalı avtomobili yüklü olduğu üçün əyləcdən istifadə etsə də, yolun çınqıl olması səbəbindən avtomobil sürüşərək ** SM *** nömrə nişanlı Niva markalı avtomobilin arxa hissəsinə dəydi. Hadisə zamanı idarə etdiyi H N QQ nömrə nişanlı Ural markalı avtomobilin ön buferi ** SM *** nömrə nişanlı Niva markalı avtomobilin arxa baqaj, arxa sol qanad, arxa şüşəsini zədələdi. O, avtomobili saxladı. Hadisə yerinə Kəlbəcər RPŞ-nin DYPB-nin əməkdaşları gəldi. O, sürücü Zahid adlı şəxslə söhbət edib, onun avtomobilini təmir etdirməsinə hazır olduğunu bildirdi. Zahid adlı şəxs onunla razılaşdı. Kəlbəcər RPŞ-nin DYPB-nin əməkdaşları onun hərbçi olduğuna və baş vermiş hadisənin Hərbi yol polisi tərəfindən araşdırılacağını bildirdilər və çıxıb getdilər. O isə baş vermiş hadisə ilə bağlı öz rəhbərliyinə məlumat verdi. O, ** SM *** nömrə nişanlı Niva markalı avtomobilin sürücüsünə onun avtomobilini təmir etdirməyi əvvəlcədən aralarında razılaşsalar da, sonuncu sonradan buna razı olmadı.
2. Kəlbəcər Rayon Polis şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçı polis mayoru X1 materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 29 iyul 2023-cü il tarixli qərarından görünür ki, Kəlbəcər sakini İddiaçı, xx.xx.2023-cü il tarixdə, DİN-nin “102” xidmətinə zəng edərək, Kəlbəcər rayon Tər-Tər çayının yaxınlığında Zahid adlı həmkəndlisinin idarə etdiyi ** SM *** nömrə nişanlı avtomobilini Ural markalı H N QQ nömrə nişanlı avtomobilin vurması nəticəsində özünün və sürücü Zahid adlı şəxsin xəsarət alması barədə məlumat vermişdir. İddiaçı, xx.xx.2023-cü il tarixdə, ərizə ilə Kəlbəcər Rayon Polis şöbəsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə, Kəlbəcər rayonu Nadirxanlı kənd ərazisində H N QQ nömrə nişanlı Ural markalı maşının sürücüsü X3 həmin maşınla ona məxsus ** SM *** nömrə nişanlı Niva markalı avtomobilini vuraraq yol nəqliyyat hadisəsi törətməsini, ona ziyan vurmasını, həmçinin hadisə nəticəsində xəsarət almasını, lakin X3 ona vurduğu ziyan və zərəri ödəmədiyi üçün ondan şikayətçi olduğunu bildirmiş və barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Kəlbəcər Rayon Polis şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçı polis mayoru X1 29 iyul 2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdə, Kəlbəcər rayonu Nadirxanlı kənd ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus H N QQ nömrə nişanlı Ural markalı avtomobilin sürücüsü X6 tərəfindən törədilməsi təsdiq olunduğundan toplanmış materialın, araşdırmanın davam etdirilib, qanuni qərarın qəbul edilməsi məqsədilə Azərbaycan Respublikası CPM-nin 207.5.3-cü maddəsinin tələblərinə əsasən istintaq aidiyyəti üzrə Müdafiə Nazirliyinin 3-cü Təhqiqat bölməsinə göndərilməsi qərara alınmışdır.
3. 3-cü Təhqiqat bölməsinin təhqiqatçısı, ədliyyə leytenantı X4 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 30 yanvar 2024-cü il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X3 ona təhkim olunmuş Ural markalı 432007 markalı H N QQ hərbi nömrə nişanlı texnikası ilə yol nəqliyyat hadisəsi törətməsi nəticəsində dövlətə maddi ziyan dəymədiyindən onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
4. Gəncə avtomotoservis və ticarət müəssisəsinin xx.xx.2023-cü il tarixli qüsur Aktından görünür ki, iddiaçıya məxsus Niva markalı ** SM *** dövlət qeydiyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 2010 (iki min on) manat müəyyən olunmuşdur.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3448 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında “Gəncə avtomotoservis və ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Niva” markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1680,00 manat müəyyən edilir. O cümlədən: Dəyişməli hissələrin qiyməti - 480,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1200,00 manat.
Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən avtomobilinə dəymiş ziyanın əvəzi kimi 2.010 manat, ona məxsus 42 yeşik arı ailəsinin məhv olması nəticəsində ona dəymiş 31.400 manat maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, o, iyirmi beş min iki yüz əlli manatadək borc edib, NİVA markalı avtomobil və qırx iki yeşik arı ailəsi almışdı. Şəki rayonunun Aşağı Küngüt və Cəfərabad kəndləri ərazisində onlara qulluq edib, 23 yeşik 3 mərtəbə, 13 yeşik 2 mərtəbə, 6 yeşik 2 mərtəbə arı ailəsinin hər birinə 2 manat 20 qəpik ödəniş edib Kənd Təsərrüfatı Nazirliyinin icazəsilə Kəlbəcər rayonu Əsrik kəndi ərazisinə aparmışdı. xx.xx.2023-cü il tarixdə Kəlbəcər rayonuna hərbi hospitala xəstə apararkən onun maşınını arxadan HN QQ dövlət qeydiyyat nişanlı "URAL" markalı maşın vurdu. İki nəfər xəsarət aldı. Hadisə yerinə DYP əməkdaşaları gəlmiş və müvafiq rəsmiləşdirmə aparmışlar. Həmçinin hadisə yerinə hərbi komendatura, DYP və tanımadığı bir neçə hərbi rütbəli zabitlər gəlmişdilər. Onlara bildirdilər ki, “rəisə raport vermişik, avtomobil yolu bağlamasın. Bir də pislik etməyin, sabah sizə kişi sözü veririk ki, sizə dəyən ziyanı ödəyəcəyik”. xx.xx.2023-cü il tarixdə DİN-nin "102" qaynar xəttinə müraciət etdi. Sonralar da dəfələrlə zəng edib hadisə haqda məlumat vermişdir. Bakı şəhərində Hərbi Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Kəlbəcər Rayon İcra Hakimiyyətinə, Kənd Təsərrüfatı Nazirliyinə və aidiyəti orqanlara yazılı şəkildə bildirmişdir. Nəqliyyat vasitəsi yararsız hala düşdüyü üçün arılar bir aydan çox müddətə yiyəsiz və baxımsız qaldığından, 170 ədəddən yuxarı "möhürlü” bal şanı və 3 ədəd yeşik altı oğurlanmışdı. Arıların nə vəziyyətdə olduğunu, Şəki və Yevlax rayonu ərazisində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi işçiləriylə yoxlanılmasını yazılı surətdə Kəlbəcər rayonu İcra Başçısı Azər Qocayevdən xahiş etmişdir. Yiyəsiz qaldığından demək olar ki, arı ailəsi qalmayıb. Maşını vuran Rəşad Məmmədov və onun başbilən komandirləri dəfələrlə onları aldadıblar. Müdafiə Nazirliyinə müraciət etmişdir, ancaq bir nəticəsi olmayıb. Hadisə ilə bağlı Kəlbəcər rayon Polis İdarəsinin 3-cü təhqiqat bölməsində, rəis Sənan adlı zabit tərəfindən araşdırma aparılmış və dəfələrlə işin məhkəməyə göndəriləcəyi bildirilib. O, iddia ərizəsinə müvafiq səs yazılarını da diskə yazdırıb əlavə edir ki, araşdırılsın. Ozü YAP-ın üzvüdür, vaxtilə də, şərəfli döyüş yolu keçmişdir. Qəza vaxtı yalvardılar ki, xəstəxanada yatmayın, Rəşad tutular, onlar da yaxşı dedilər. Gərək yerində 20 nəfərdən yuxarı yol işçiləri şahidlərinin yanında işi həll edəydilər. Min bir əziyyət çəkərək gecə-gündüz vəhşi heyvanlardan qorxa-qorxa o nələr yaşaya-yaşaya arı becərmişdir. Kəlbəcər Rayon Pİ-nin xx.xx.2023-cü il tarixə imza qoyulmuş qərarı ona çox gec təqdim olundu. Orada maşına dəymiş ziyan, 7 arı ailəsinin ölümü və cüzi xərclər yazılmışdı. Rəşadın qardaşı zəng edib onun qardaşına bildirmişdir ki, “qardaşın gəlsin Gəncəyə, dəymiş ziyanı ödəyək”. Dəfələrlə onlar bu şəkildə onu aldatmışlar. Sonradan ona bildirdilər ki, dəymiş ziyanı Müdafiə Nazirliyi ödəməlidir. Bu yolla onu aldadırdılar. Bu minvalla 7 yeşik arı ailəsi yox, demək olar ki, hamısı qırıldı. Nəticədə ona məxsus NİVA markalı **-SM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 2.010 manat, ona məxsus 42 yeşik arı ailəsinin məhv olması nəticəsində isə 31.400 manat maddi ziyan dəyib.
3. 25.02.2024-cü ildə iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, bildirmişdir ki, iddia ərizəsinə sağlamlığına dəymiş ziyanı və sürücüsü Zahid Həsənovun sağlamlığına dəyən ziyanın ödənilməsini, hadisə nəticəsində itirdiyi, yəni ərizəsində göstərmədiyi balın dəyərinin miqdarını da əlavə edərək bildirir ki, 23 yeşik 3 mərtəbə, 13 yeşik 2 mərtəbə arının hərəsində minimum 30 kq bal itirdi. Onu da vuranda kiloqramı aşağı hədlə 35 manata = 37800 manat təkcə bala dəyən ziyandır. Sağlamlıqlarına dəyən zədə və ziyanın həkimlər tərəfindən yoxlanılmasına etirazı yoxdur. O bir yeşik arını alanda yeşiksiz bir ailəni 200 manata almışdı. Onlar onu demək olar ki, tam müflis etdilər. Onun ayda cəmi gəlir yeri 60 manat “çörək” puludur. Bu ziyanın ödənilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etsə də, bu vaxtadək ona heç bir ödəniş edilməyib.
4. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, inzibati iş materialına əlavə edilmiş Kəlbəcər Rayon Polis şöbəsi və Müdafiə Nazirliyinin 3-cü Təhqiqat bölməsi tərəfindən araşdırma əsasında toplanmış araşdırma materialından görünür ki, xx.xx.2023cü il tarixdə, saat 15:00 radələrində, Kəlbəcər rayonu Nadirxanlı kəndi ərazisində Müdafiə Nazirliyinə məxsus, sürücüsü N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X6 olan Ural markalı H204QQ hərbi qeydiyyat nömrə nişanlı avtomobil texnikası ilə həmin vaxt həmin ərazidə hərəkətdə olan İddiaçı məxsus Niva markalı, **-SM-*** dövlət nömrə nişanlı mexaniki nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı araşdırma zamanı verdiyi izahatında R.R.Məmmədovun yol-nəqliyyat hadisəsi baş verən zaman onlara yaxınlaşaraq günahın özündə olduğunu, dəymiş ziyanı ödəcəyini bildirdiyi zamanı sonuncu ilə razılaşdığını, lakin sonradan R.Məmmədovun onun avtomobilinə dəyən ziyanı ödəməyəcəyini bildirdikdən sonra, xx.xx.2023-cü il tarixdə, Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək şikayət etdiyini qeyd etmişdir. Sözügedən şikayətlə bağlı 102 xidmətindən Kəlbəcər rayon Polis şöbəsinə məlumat verildikdən sonra faktla bağlı araşdırma təyin edilmiş və icrası polis mayoru Rübail Ələsgərova həvalə edilmişdir. Kəlbəcər Rayon Polis şöbəsində faktla bağlı araşdırma aparılmış, araşdırma zamanı müvafiq izahatlar alınmış, məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Araşdırmanın yekun nəticəsində, yəni xx.xx.2023-cü il tarixdə, baş təhqiqatçı polis mayoru X5 Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrini rəhbər tutaraq araşdırmanın davam etdirilməsi və qanunamüvafiq qərar qəbul edilməsi məqsədilə toplanmış materialların Müdafiə Nazirliyinin 3-cü Təhqiqat bölməsinə göndərilməsinə dair prosessual qərar qəbul etmişdir. Toplanmış araşdırma materialları 3-cü Təhqiqat bölməsinə daxil olduqdan sonra araşdırmanın aparılması ədliyyə leytenantı Mövlüd Həziyevə həvalə edilmişdir. Qeyd edilən faktla bağlı təhqiqatçı tərəfindən xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmiş və yol-nəqliyyat hadisəsi zamanı dövlətə maddi ziyan dəymədiyindən X3 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, X3 hadisə ilə bağlı təqsirinə deyil, dövlətə maddi ziyan dəyməsi xüsusatına hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024-cü il tarixli 3-16-16/2-9/3448/2024 nömrəli ekspert rəyindən görünür ki, avtoqəza zamanı İddiaçı 1680.00 manat ziyan dəymişdir. İş materialında olan sənədlərdən görünür ki, sözügədən tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı və Z.H.Həsənov dərəcəsi təyin edilməyən xəsarət almış və iddiaçıya məxsus Niva markalı **-SM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin əzilməsi nəticəsində iddiaçıya 1680.00 manat dəyərində maddi ziyan dəymişdir. Sözügedən yol nəqliyyat hadisəsi baş verən zaman İddiaçı və Z.H.Həsənov xəsarət almasına, həmçinin ona məxsus Niva markalı **-SM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin əzilməsi nəticəsində iddiaçıya 1680.00 manat dəyərində maddi ziyan dəyməsinə baxmayaraq, hadisə zamanı təqsirkar şəxs müəyyən edilməmişdir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırmanın aparılması ərazi aidiyyəti üzrə yol polis əməkdaşları tərəfindən araşdırılmalı, hadisə yerində zəruri tədbirləri və sair yerinə yetirməklə, təqsirkar şəxslər müəyyən edilməli, həmin təqsirkar şəxs hərbi qulluqçu olduğu halda toplanmış araşdırma materialları aidiyyəti üzrə inzibati orqana (hərbi prokurorluq orqanlarına, Müdafiə Nazirliyinin Təhqiqat bölməsinə) göndərilməli idi.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-446/2024 saylı 7 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən İddiaçı xeyrinə 1680 (bir min altı yüz səksən) manat maddi ziyanın tutulması qət edilmişdir.
6. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3448 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında “Gəncə avtomotoservis və ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Niva” markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1680,00 manat müəyyən edilir. O cümlədən: Dəyişməli hissələrin qiyməti - 480,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1200,00 manat.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X6 ona təhkim olunmuş Ural markalı 432007 markalı H N QQ hərbi nömrə nişanlı texnikası ilə xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Kəlbəcər şəhər ərazisindən Zod aşırımı istiqamətində hərəkətdə olduğu zaman İddiaçı məxsus ** SM *** nömrə nişanlı Niva markalı avtomobili arxa hissəsindən vurmuşdur. Nəticədə iddiaçıya maddi ziyan dəymişdir. İddiaçıya məxsus avtomobilə dəymiş ziyanla bağlı məhkəmə tərəfindən təyin olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 9/3448 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında “Gəncə avtomotoservis və ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Niva” markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1680,00 manat müəyyən edilir. O cümlədən: Dəyişməli hissələrin qiyməti - 480,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1200,00 manat.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus 2011-ci il buraxılışlı “Niva” markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği, ekspert rəyi ilə müəyyən olunmuş məbləğ, yəni 1680 manat əsas götürülməklə müəyyən olunmalı və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
9. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddia tələbinin 37.800 manat maddi ziyan hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir, belə ki, iddiaçı tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir
10. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1099 və 1108-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-446/2024 saylı 7 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayon polis bölməsində araşdırma aparılarkən yol-nəqliyyat hadisəsi baş verən zamanı təqsirkar şəxsin kimliyi müəyyən edilmədən toplanmış materiallar Müdafiə Nazirliyinin 3-cü təhqiqat bölməsinə göndərilmişdir. Toplanmış araşdırma materialları 3-cü Təhqiqat bölməsinə daxil olduqdan sonra araşdırmanın aparılması ədliyyə leytenantı Mövlüd Həziyevə həvalə edilmişdir. Qeyd edilən faktla bağlı təhqiqatçı tərəfindən xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmiş və yol-nəqliyyat hadisəsi zamanı dövlətə maddi ziyan dəymədiyindən X3 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, X3 hadisə ilə bağlı təqsirinə deyil, dövlətə maddi ziyan dəyməsi xüsusatına hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024-cü il tarixli 3-16-16/2-9/3448/2024 nömrəli ekspert rəyindən görünür ki, avtoqəza zamanı İddiaçı 1680.00 manat ziyan dəymişdir. İş materialında olan sənədlərdən görünür ki, sözügədən tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı İddiaçı və Z.H.Həsənov dərəcəsi təyin edilməyən xəsarət almış və iddiaçıya məxsus Niva markalı **-SM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin əzilməsi nəticəsində iddiaçıya 1680.00 manat dəyərində maddi ziyan dəymişdir. Sözügedən yol-nəqliyyat hadisəsi baş verən zaman İddiaçı və Z.H.Həsənov xəsarət almasına, həmçinin ona məxsus Niva markalı **-SM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin əzilməsi nəticəsində iddiaçıya 1680.00 manat dəyərində maddi ziyan dəyməsinə baxmayaraq, hadisə zamanı təqsirkar şəxs müəyyən edilməmişdir. Yolnəqliyyat hadisəsi ilə əlaqədar araşdırmanın aparılması ərazi aidiyyəti üzrə yol polis əməkdaşları tərəfindən araşdırılmalı, hadisə yerində zəruri tədbirləri və sair yerinə yetirməklə, təqsirkar şəxslər müəyyən edilməli, həmin təqsirkar şəxs hərbi qulluqçu olduğu halda toplanmış araşdırma materialları aidiyyəti üzrə inzibati orqana (hərbi prokurorluq orqanlarına, Müdafiə Nazirliyinin Təhqiqat bölməsinə) göndərilməli idi. Qeyd edilənlərə əsasən yol-nəqliyyat hadisəsində hərbi qulluqçunun təqsiri müəyyən edilmədiyi üçün İddiaçı Azərbaycn Respublikası Müdafiə Nazirliyinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, maşın dayandığı yerdə vurulmuşdu. Hadisə yerinə Kəlbəcər Rayon Polis bölməsindən polislər gəlmişdi. Onun maşını məhv oldu getdi, eyni zamanda arı ailəsi də məhv oldu. Birinci insyansiya məhkəməsinin qətnaməsi ona təqdim olunmamışdır, ona görə də ondan şikayət verə bilməmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, cavadeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, qətnamənin iddianın təmin olunan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
20.Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
21.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 23.1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 24.1099.1-ci və 1099.2-ci maddələrinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 25.1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
26.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 29.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31.Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 32.Belə ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. 33.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 34.Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Lakin mülki hüquq qanunvericiliyində bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. 35.Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 36.Qeyd edilməlidir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 37.Mübahisələndirilən qətnamədən müəyyən edilir ki, cavabdeh-təşkilatın əməkdaşı olan H N QQ nömrə nişanlı “Ural” markalı avtomobilin sürücüsü X6 həmin maşınla iddiaçıya məxsus ** SM *** nömrə nişanlı “Niva” markalı avtomobilini vuraraq yo-nəqliyyat hadisəsi törətmiş, bununla da iddiaçının maddi zərərə uğradığına səbəb olmuşdur. 38.Hazırki mübahisədə də sübutetmə yükünün bölüşdürülməsi baxımından qeyd edilməlidir ki, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin (H N QQ nömrə nişanlı “Ural” markalı avtomobilin) sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində qarşı tərəfə vurulmuş zərər üçün məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, X6 xidməti vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən zaman mülki hüquq pozuntusunu törətmişdir. Belə olan halda da iddiaçının seçiminə görə işçisinin (X3) vurulmuş zərərə görə məhz işəgötürənin mülki hüquq məsuliyyəti daşıması qanunauyğundur. 39.Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı ümumilikdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 40.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 41.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 42.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 1680 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-446/2024 saylı 7 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev