Məhkəmə qərarları › İş №2(103)-5857/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5857/2024

29.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5857/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X7 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi Nümayəndə və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3640/2020 nömrəli 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa görə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı ev tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmiş və daşınmaz əmlakın dövlət reyestrində 250 nömrəli reyestr kitabının 24541 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. AN-İ seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı ev satıcı X10 (İddiaçı əvəzinə) tərəfindən alıcı Cavabdeh1 200000 manata satılmışdır.

3. Azərbaycan Respublikası Yasamal rayon İcra Hakimiyyəti Kommunal Təsərrüfat Birliyi 42 saylı MKİS-si tərəfindən verilmiş 134 saylı xx.xx.2018-ci il tarixli arayışa görə İddiaçı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı evin sahibidir. Həmin mənzildə yalnız X10 qeydiyyatdadır. İddiaçı mənzildə qeydiyyatda deyil.

4. “Elektron notariat” X1 çıxarışa görə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı evdə yalnız X10 və X19 qeydiyyatdadırlar.

5. Qəbzlərə görə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı evin su və mənzil-kommunal xərcləri 2019 və 2020-ci illər üçün İddiaçı tərəfindən ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə edərək, onun ilə Cavabdeh1 arasında Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı evə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və həmin evə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, həmçinin həmin evə dair onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 2018-ci ilin yanvar ayında Cavabdeh2 vasitəsi ilə tanış olmuşdur. Cavabdeh Cavabdeh2 ona bildirmişdir ki, Cavabdeh1 qiymətli əmlakın girov saxlanılması şərtilə, borc pul verməklə məşğuldur. Həmin vaxt pula ehtiyacı yarandığından ondan 200000 manat borc pul istəmişdir. Belə ki, 2018-ci ilin mart ayında Cavabdeh1 ilə aralarında əldə olunmuş razılaşmaya əsasən, ondan 1 il 3 ay müddətinə qaytarılmaq şərtilə, 200000 manat məbləğində şahidlərin iştirakı ilə borc pul almışdır. Eyni zamanda, Cavabdeh1 ilə aralarında olan razılaşmaya əsasən gələcəkdə onun adına qaytarılmaq şərtilə, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı ev alqı-satqı müqaviləsi bağlanılmaqla, Cavabdeh1 adına rəsmiləşdirilmişdir. 2019-cu ilin iyun ayında Cavabdeh1 həmin şahidlərin iştirakı ilə 200000 manat məbləğində borcu qaytarmışdır. Bundan sonra Cavabdeh1 həmin borc məbləğinin geri aldıqdan sonra bir neçə gün sonra həmin ona məxsus olan evi adına geri qaytarmağı vəd etmişdir. Buna baxmayaraq, sonradan notariat kontoruna gəlməkdən müxtəlif bəhanələr gətirməklə boyun qaçırır. Bu səbəbdən, onunla Cavabdeh1 arasında Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı evə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüququ bərpa edilməlidir. Digər tərəfdən, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı ev Cavabdeh1 adına rəsmiləşmiş olsa da, hal-hazıra kimi onun sahibliyində və istifadəsindədir. Çünki Cavabdeh1 arasında əslində hər hansı alqı-satqı müqaviləsi bağlanmamışdır.

8. Məhkəmədə şahid qismində dindirilmiş X8 bildirmişdir ki, İddiaçı 10 ildən çoxdur ki tanıyır, o, həkim-terapevtdir və müalicə üçün ailəvi ona müraciət edirlər. Təxminən 2018-ci ilin əvvəlində Gülnarə ona zəng vurub demişdir ki, o, bizneslə məşğul olmaq istəyir. Onun özü kitab nəşri ilə məşğul olduğu üçün iddiaçı da ona kitab nəşri ilə məşğul olmaq istədiyini bildirmiş və kredit verən olarsa evini girov qoyub pul götürüb bu işi görmək istədiyini bildirmişdir. Onun Ramil adlı kredit işi ilə məşğul olan tanışı olduğundan, o, Cavabdeh2 Gülnarə xanım ilə tanış etmişdir. Görüşdükləri zaman Ramil yanında Tofiq adlı bir kişini gətirmişdi. Onlar danışıb razılaşdılar ki, Tofiq 1 il 3 ay müddətinə 200000 manat pulu verir və Gulnarə də 1 il 3 aydan sonra 250000 manat pulu qaytarır, həmçinin evini də girov qoyur. 2019-cu ilin iyun ayında Gülnarə ona zəng edib çağırdı ki, pul hazırdı və görüşüb pulu birlikdə qaytarmağı təklif etdi. Girov qoyulan evə yaxın “Halal süfrə” kafesində görüşərək Gülnarə 25 paçka 100-lük pulu Tofiqə qaytardı və Tofiq də söz verdi ki, notariusa gedib evi təzədən Gülnarənin adına keçirəcək. Pulu verəndə Gülnarə qəbz almadı, çünki onlar ordan çıxıb notariusa getməli idilər. Sonradan Gülnarə ona demişdir ki, notariusa gedəndə onların arasında mübahisə yaranıb və Tofiq qəbz verməkdən imtina edib. Gülnarə ona bildirdi ki, Tofiq pulun az olduğunu deyir, əlavə 50000 manat da istəyir və notariusa getməkdən imtina edir. Ev Gülnarənindir və heç vaxt Tofiqə təhvil verilməmişdir, sadəcə borc müqabilində girov qoyulmuşdur.

9. Şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, uzun müddətdir ki, “Halal süfrə” kafesində işləyir. Nağıyev Fikrət tez-tez həmin kafeyə gəlirdi. 2018-ci ilin əvvəlində Fikrət kafeyə bir ağsaqqal, bir xanım və bir oğlan ilə gəlmişdir və orda nəsə ev söhbəti müzakirə edilmişdir. Təxminən bir il sonra yay vaxtı Fikrət yenə həmin adamlarla kafeyə gəlmişdir. Həmin vaxt Fikrət onu çağıraraq, pulun sayılmasına kömək etməyini xahiş etmişdir. D.Təvəkkülzadə pulun sayılmasında kömək etmiş və həmin vaxt 250000 manat pulun olduğunu görmüşdür. Görüşdə iştirak edən ağsaqqal kişi həmin pulu qəbul etmiş və onlar notariusa getmək üçün kafedən çıxıb getmişdirlər.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(011)- 3640/2020 nömrəli qətnaməsi (hakim İlahə Abbasova) ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı evə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 mart 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı evə İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi əslində borc müqaviləsini pərdələmək məqsədilə bağlandığından, hazırki mübahisəyə borc müqaviləsi ilə bağlı normalar tətbiq edilməlidir.

12. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə real müqavilə olduğundan, mübahisəli mənzil Satıcı tərəfindən Alıcıya təhvil verilmədiyindən icra edilməmişdir. Mübahisəli mənzil iddiaçının faktiki sahibliyində və istifadəsində olduğu halda bu vaxtadək həmin mənzilin boşaldılaraq, təhvil verilməsi ilə bağlı İddiaçı qarşı iddianın qaldırılmaması həmin əqdin yalan əqd olduğuna dəlalət edən haldır.

13. Məhkəmə göstərmişdir ki, mülki işin materiallarında olan sübutlarla təsdiq olunur ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı evin mülkiyyətçisi olmuş, Cavabdeh1 ilə 2018-ci ilin yanvar ayında Cavabdeh2 və X5 vasitəsi ilə tanış olmuş və həmin şəxslərin iştirakı ilə Cavabdeh1 ilə mülkiyyətində olan evin girov qoyulması şərtilə, 1 il 3 ay müddətində əlavə 50 000 manat qaytarmaq şərtilə 200000 (iki yüz min) manat məbləğində şifahi borc müqaviləsi bağlamışdır. Həmin şəxslərin iştirakı ilə pul verilmiş və iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı evlə bağlı notarial qaydada alqı-satqı müqaviləsi bağlanılmaqla, Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Hal-hazırda iddiaçının izahatı və şahidlərin ifadəsi ilə 1 il 3 aydan sonra 250000 manat pul vəsaitinin Cavabdeh1 qaytarılması müəyyən edilsə də, eyni zamanda müəyyən edilir ki, Cavabdeh1 iddiaçı tərəfindən girov məqsədilə onun adına rəsmiləşdirdiyi evin iddiaçının adına rəsmiləşdirməsindən imtina etmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 389.1, 390, 390.5, 405, 385.1, 404.1, 340.2, 739, 567, 568.1, 575, 452, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 339.1, 339.2, 339.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, iş üzrə cavabdeh olan Cavabdeh2, şahidlər X8 və X4 heç vaxt tanımamışdır, bu gün də tanımır. İddiaçı ilə heç bir borc münasibəti olmamışdır, heç vaxt İddiaçı 1 il 3 ay müddətinə borc verməmişdir. İstər iddaçının, istərsə də şahidlərin dediyi kimi ona pul qaytarılmamışdır. Hazırki işə niyə məhz Xətai Rayon Məhkəməsində baxılmışdır. Qüvvədə olan prosessual qanunvericiliyin heç bir normasında bu işin Xətai Rayon Məhkəməsində baxılması üçün əsas yoxdur. Qeyd olunmalıdır ki, iş üzrə cavabdeh kimi seçilmiş Cavabdeh2 hazırki iddiaya cavab verən şəxs ola bilməz. Nəzəri cəhətdən götürsək ki, həqiqətən o, Gülnarə və onun arasında vasitəçilik etmişdir, bu halda “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” iddiasında hansı hərəkətlərə cavab verməlidir sualına nə iddia ərizəsində və nə də ki məhkəmənin qətnaməsində cavab tapmaq olmur. Cavabdeh2 qeydiyyat ünvanı ünvan 1şdir. İşin materiallarına Cavabdeh2 həmin ünvanda qeydiyyatda olmasına dair heç bir sübüt yoxdur. Cavabdeh2 həmin ünvanda 30 mart 2017-ci il tarixədək formal qeydiyyatda olmuş, məhkəmənin 30 mart 2017-ci il tarixli 2(011)-3246/2017 nömrəli qətnaməsi ilə Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 12-ci dairəvi küçə, ev 21 ünvanına istifadə hüququna xitam verilmişdir. Qətnamədən də görünür ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 12-ci dairəvi küçə,ev 21 ünvanında qeydiyyatda olsa da o, heç vaxt həmin ünvanda yaşamamışdır. Hazırki işə baxılarkən isə Cavabdeh2 (2019-cu il tarixdən) ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Onun qeydiyyat ünvanı isə ünvan 4n məhkəmə aktları ilə o, vicdanlı alıcı hesab olunmaqla, onunla İddiaçı arasında bağlanılmış alqı-satqı müqaviləsi etibarlı hesab olunmuşdur. Xüsusi ilə vurğulanmalıdır ki, İddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığına dair Xətai Rayon Məhkəməsinə müraciət edərkən, bilirdi ki, onlar arasında bağlanılmış müqavilənin etibarsızlığı məhkəmələrdə mübahisələndirilir, o, həmin işlər üzrə cavabdehdir. Məhkəmə səhv ünvanlara bildirişlər göndərməklə, tərəflərin iştirakını təmin etməmiş, nəticədə bütün faktiki halların aydınlaşdırılmasına cəhd etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Nümayəndəvəkil qeyd etdi ki, mübahisəli əmlak çıxarışa əsasən yaşayış sahəsi olsa da, əslində qeyri-yaşayış sahəsi (hostel) kimi fəaliyyət göstərir. Həmin obyekti o, makler vasitəsilə tapıb alıb. Mülkiyyəçi iddiaçı olsa da, əslində Hostel iddiaçının bacısının əri Emil Nəsirliyə məxsus olub, o da bütün danışıqları məhz Emil Nəsirli ilə aparıb. Hətta alqı-satqı da iddiaçının verdiyi etibarnamə əsasında bacısı, yəni Emil Nəsirlinin arvadı ilə bağlanıb. Əmlakı aldıqları zaman iddiaçı bildirmişdir ki, alıb kirayə verəcəkləri halda elə özü kirayəçi kimi qalsın, onlar da razılaşmışlar. 2021-ci ilə qədər nağd şəkildə, həmin vaxtdan sonra isə kart vasitəsi ilə hər ay kirayə haqqı olaraq 1800 manat, daha sonra isə 2000 manat ona ödəniş edilmişdir. 2024-cü ilin avqust ayında sonuncu dəfə 1000 manat kirayə haqqı ödəmiş, qalanını isə sonra ödəyəcəyini bildirmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5).

21. Maddə 337. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.

25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

30. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verildiyindən qətnamə ləğv edilməlidir, belə ki, məhkəmənin qətnaməsində şahid qismində dindirilmiş X9 və X3 izahatları əks olunmuş, həmçinin iş materiallarından görünür ki, hər iki şəxsin xx.xx.2024-cü il tarixdə iltizamı imzalamış, lakin məhkəmə iclas protokolunda şahidlərin dindirilməsi və izahatları əks olunmamışdır. Odur ki, qətnamə ləğv edilməlidir.

31. İddia tələbinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

32. Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı ev 200000 manata sonuncuya satılmışdır.

33. İddiaçı şahid ifadələrinə istinad edərək Cavabdeh1 200000 manat borc aldığını, müqavilənin də məhz bu məqsədlə bağlandığını və borcunu qaytardığını, lakin sonuncunun evi onun adına geri qaytarmadığını iddia edərək, hazırki iddianı qaldırmış və müqavilənin etibarsızlığını tələb etmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-3557/2019 nömrəli qərarından müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 03 noyabr 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASCnin cavabdeh Eldar Abbasova qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdeh Eldar Abbasovdan əsas borca görə 178.425,78 ABŞ dolları, faiz borcuna görə 36.146,92 ABŞ dolları, hesablanmış cəriməyə görə 10.500 ABŞ dolları məbləğində pulun tutulub iddiaçıya ödənilməsi, tutmanın cavabdeh Eldar Abbasovun mülkiyyətində olan və tərəflərin razılığı ilə 323.800 ABŞ dolları məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Yasamal rayonu, S.Tağıyev küçəsi, 119-saylı 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 155,8 kv.metr, yaşayış sahəsi 94,1 kv.metr olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş məbləğ iddiaçı təşkilatın tələblərindən artıq olduqda, həmin məbləğin cavabdeh Eldar Abbasova qaytarılması, ipoteka qoyulmuş ev satıldıqdan sonra cavabdehlərin bir ay ərzində mənzili tərk etmələri, həmin müddətdə mənzili tərk etmədikdə onların mənzildən məcburi qaydada çıxarılmaları qət edilmişdir.

35. Bundan sonra Eldar Abbasov məhkəməyə müraciət edərək hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyünə xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin, həmin qeydlər əsasında verilmiş çıxarışların ləğv edilməsi, eləcə də sözügedən mənzilin üzərində özünün mülkiyyət hüququnun bərpa olunması və müvafiq qeydin aparılmasının Reyestr Xidmətinə həvalə edilməsini xahiş etmiş, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 15 iyul 2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur.

36. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 15 iyul 2015-ci il tarixli qiyabi qətnaməsinin icrası ilə əlaqədar olaraq sözügedən mənzilə dair Eldar Abbasovun hüquqları bərpa olunduqdan sonra, E.Abbasov xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mənzili İddiaçı, o isə xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X2.

37. Bundan sonra bankın ərizəsinə əsasən Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 10 noyabr 2015-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilərək, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə Eldar Abbasovun iddiası qismən təmin edilərək, yalnız hərracın nəticələri etibarsız hesab olunmuş, qalan hissədə, o cümlədən sözügedən mənzil üzərində ipoteka müqaviləsi əsasında ipoteka yüklülüyünə xitam verilməsi və sair hissələrdə iddia tələbləri rədd olunmuşdur.

38. Göyçay rayon məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən mənzilə dair İddiaçı ilə Röyal Quliyev arasında notarial qaydada bağlanmış bağlanmış 20 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.

39. Müəyyən edilmişdir ki, cavabdeh Eldar Abbasov ipoteka predmeti olan mənzili mübahisələndirilən alqı-satqı müqavilələrinə əsasən İddiaçı, sonuncu isə öz növbəsində Röyal Quliyevə satdığından sözügedən qətnamənin icrası mümkün olmamışdır. Sonuncu apellyasiya baxışının gedişində isə müəyyən olunmuşdur ki, mübahisənin davam etdiyi müddətdə mübahisəli mənzil 03 mart 2018-ci il tarixli alqısatqı müqaviləsi əsasında Cavabdeh1 satılmış və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu baxımdan Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

40. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2542/2019 nömrəli 01 avqust 2019-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı "xxxx" İKB ASC cavabdehlər İddiaçı, Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 155.8 m2 , yaşayış sahəsi 94.1 m2 olan 4 otaqlı mənzilə dair Bakı şəhəri 41 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-46 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin "xxxx" İKB ASC-nin yüklülüyünə qaytarılmasının Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, qətnamə ilə iddia rədd edilmişdir.

41. Qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh1 vicdanlı əldə edən olduğundan, onunla digər cavabdeh İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satı müqaviləsi etibarsız hesab edilə bilməz. Qətnamə qanuni qüvvəsini almışdır.

42. Göründüyü kimi iddiaçı 2015-ci ildə mübahisəli əmlakı Eldar Abbasov adlı şəxsdən almış, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X2.

43. Göyçay Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən mənzilə dair İddiaçı ilə Röyal Quliyev arasında notarial qaydada bağlanmış 20 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-3557/2019 nömrəli qərarından müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASCnin cavabdehlər X11, İddiaçı, X16 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MKnın 08 may 2018-ci il tarixli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, "xxxx" İKB ASC-nin cavabdehlər X11, İddiaçı, X16 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 02 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi cavabdehlər X11 və İddiaçı münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

45. Göründüyü kimi mübahisəli əmlakla bağlı məhkəmə mübahisəsi olduğu dövrdə İddiaçı tərəfindən mənzil Cavabdeh1 satılmışdır.

46. Həmçinin iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər İddiaçı, Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiası üzrə göründüyü kimi İddiaçı cavabdeh qismində çıxış etmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Həmin iş üzrə də məhkəmə mübahisəsi davam etdiyi dövrdə İddiaçı hazırki iddianı qaldırmışdır.

47. Kollegiya qeyd edir ki, iddiaçının müqavilənin etibarsız hesab edilməsi üçün iddia etdiyi hallar - cavabdehdən borc alması, müqavilənin bu məqsədlə bağlanması və s. kimi hallar müəyyən edilməmiş, əksinə təkzib edilmişdir.

48. Sadalanan qətnamələrə əsasən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən mənzil Cavabdeh1 satılmışdır.

49. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh1 sözügedən mənzili vicdanlı əldə edən olduğundan və həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericiliyin tələbləri pozulmadığından, onunla İddiaçı arasında 03 mart 2018-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsi etibarsız hesab edilə bilməz.

50. İddiaçı tərəf iddia tələbində həmçinin ona istinad edir ki, mənzil Cavabdeh1 adına rəsmiləşmiş olsa da, hazıra kimi onun sahibliyi və istifadəsindədir, çünki sonuncu ilə arasında əslində alqı-satqı müqaviləsi bağlanmamışdır.

51. Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndə-vəkili qeyd etmişdir ki, mübahisəli əmlak çıxarışa əsasən yaşayış sahəsi olsa da, əslində qeyri-yaşayış sahəsi (hostel) kimi fəaliyyət göstərir. Həmin obyekti o, makler vasitəsilə tapıb alıb. Mülkiyyəçi iddiaçı olsa da, əslində Hostel iddiaçının bacısının əri Emil Nəsirliyə məxsus olub, o da bütün danışıqları məhz Emil Nəsirli ilə aparıb. Hətta alqı-satqı da iddiaçının verdiyi etibarnamə əsasında bacısı, yəni Emil Nəsirlinin arvadı ilə bağlanıb. Əmlakı aldıqları zaman iddiaçı bildirmişdir ki, alıb kirayə verəcəkləri halda elə özü kirayəçi kimi qalsın, onlar da razılaşmışlar. 2021-ci ilə qədər nağd şəkildə, həmin vaxtdan sonra isə kart vasitəsi ilə hər ay kirayə haqqı olaraq 1800 manat, daha sonra isə 2000 manat ona ödəniş edilmişdir. 2024-cü ilin avqust ayında sonuncu dəfə 1000 manat kirayə haqqı ödəmiş, qalanını isə sonra ödəyəcəyini bildirmişdir.

52. Həmçinin ödəniş kartı üzrə (hesabdan) çıxarış təqdim edilmiş və çıxarışdan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdən 2022-ci ilin noyabr ayına kimi mütəmadi olaraq hər ay 1800 manat, xx.xx.2022-ci il tarixdən isə xx.xx.2023-cü il tarixə qədər hər ay 2000 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat ödəniş edilmişdir.

53. Bununla da iddiaçının qeyd edilən dəlili də təkzib olunmuşdur.

54. Beləliklə Kollegiya hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. İddiaçının tələbi əsassızdır və iddia tələbində əsaslandığı hallar sübuta yetirilməmişdir.

55. Ona görə də iddia tələbi təmin edilməməlidir.

56. Kollegiya onu da qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldilmiş və 1 saylı Bakı Ərazi İdarəsinin 18 fevral 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsini 2(011)-3640/2020 saylı 18 sentyabr 2020-ci il tarixli qətnaməsi tərəfimizdən icra edilmiş, Bakı şəhəri Yasamal rayonu Süleyman Tağızadə küçəsi 119 saylı evə dair İddiaçı adına ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli elektron çıxarış hazırlanmışdır.

57. Qanunvericiliyin tələbinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.

58. Göründüyü kimi Kollegiyanın hazırki qətnaməsi ilə məhkəmənin qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir.

59. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3640/2020 nömrəli 18 sentyabr 2020-ci il tarixli qətnaməsinin icrasında dönüş edilməli və daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış qeyd ləğv edilməli və Cavabdeh1 mülkiyyət hüquqları bərpa edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3640/2020 nömrəli iş üzrə 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair” iddiası rədd edilsin. Mülki iş üzrə icrada dönüş edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3640/2020 nömrəli 18 sentyabr 2020-ci il tarixli qətnaməsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən 119 saylı evə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilsin. Həmin ev üzərində Cavabdeh1 mülkiyyət hüquqları bərpa edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar