Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5864/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X4, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kommunal xidmətlərə görə pul tələbinə dair mülki iş üzrə (açar sözlər: kommunal xidmətlərə görə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kommunal xidmətlərə görə pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(001)-3095/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 15 iyul 2014-cü il tarixli mənzil tikintisinə dair müqaviləyə əsasən "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 44 saylı, 3 otaqdan ibarət, sahəsi 112.2 kv.m olan mənzil Cavabdeh4 tərəfindən alınmışdır.
2. 19 mart 2016-cı il tarixli mənzil tikintisinə dair müqaviləyə əsasən "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 8 saylı, 3 otaqdan ibarət, sahəsi 112.2 kv.m olan mənzil Cavabdeh1 tərəfindən alınmışdır.
3. 15 noyabr 2014-cü il tarixli mənzil tikintisinə dair müqaviləyə əsasən "xxxx" MTKya məxsus olan Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 57 saylı, 1 otaqdan ibarət, sahəsi 42.7 kv.m olan mənzil X9 tərəfindən alınmışdır.
4. 12 avqust 2021-ci il tarixli ilkin müqaviləyə əsasən "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 57 saylı, 1 otaqdan ibarət, sahəsi 42.7 kv.m olan mənzil Cavabdeh2 tərəfindən alınmışdır.
5. 23 iyun 2017-ci il tarixli mənzil tikintisinə dair müqavilələrinə əsasən "xxxx" MTKya məxsus olan Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 61 saylı, 2 otaqdan ibarət, sahəsi 72.3 kv.m olan mənzil və Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 64 saylı, 3 otaqdan ibarət, sahəsi 112.2 kv.m olan mənzil Cavabdeh2 tərəfindən alınmışdır.
6. Nizamnamədən görünür ki, İddiaçı MMMC 02 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfındən 1122-MM9-0267 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır.
7. İddiaçı MMMC-nin 18 dekabr 2022-ci il tarixli iclasının 1 nömrəli protokolunun çıxarışından görünür ki, 01 yanvar 2023-cü il tarixdən 1 otaqlı 42.7 kv.m sahəsi olan mənzilin kommunal ödəmə haqqı 0.30 qəpikdən hesablanmaqla 13 manat, 2 otaqlı 72.3 kv.m sahəsi olan mənzilin kommunal ödəmə haqqı 0.30 qəpikdən hesablanmaqla 22 manat, 2 otaqlı 76.5 kv.m sahəsi olan mənzilin kommunal ödəmə haqqı 0.30 qəpikdən hesablanmaqla 23 manat və 3 otaqlı 112.2 kv.m sahəsi olan mənzilin kommunal ödəmə haqqı 0.30 qəpikdən hesablanmaqla 34 manat müəyyən edilmişdir.
8. 11 mart 2023-cü il tarixli, 1 nömrəli İddiaçı MMMC-nin binada görülən işlər üzrə tariflərin müəyyən olunmasına dair keçirilən iclasın protokolundan görünür ki, binaya suyun çəkilişi üçün 150 manat, binaya işıq çəkilişi üçün 350 manat, binaya qazın çəkilişi üçün 750 manat, liftlərin alınıb quraşdırılması üçün 2000 manat, binanın müayinə aktı üçün 150 manat, binaya mühafizə kameraları və domofon quraşdırılması üçün 110 manat, binaya giriş qapısının və mühafizə köçkünün alınıb quraşdırılması üçün 40 manat, binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması və binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi və asfaltlanması üçün 400 manat müəyyən edilmişdir.
9. İddiaçı MMMC tərəfindən tərtib edilmiş Xəbərdarlıq məktublarından görünür ki, 20 yanvar 2024 – 22 yanvar 2024-cü il tarixlərdə cavabdehlər X4, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 yaranmış borcun ödənilməsinə dair müraciətlər edilmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, e- 2(001)-6174/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər X6 və İddiaçı MMMC-yə qarşı “elektrik enerjisinin verilməsi, sayğacdan istifadəyə məhdudiyyətin qadağan edilməsi, maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 məxsus Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 8 saylı mənzilin elektrik enerjisi ilə təmin edilməsinə hər hansı formada dayandırılması (kəsilməsi) və digər formada məhdudiyyətin yaradılması, həmin mənzilin elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün quraşdırılmış sayğacın yerləşdiyi sahəyə (otağa) iddiaçı Cavabdeh1 sərbəst və məhdudiyyət qoyulmadan giriş-çıxışına (sayğaca baxış keçirilməsinə) maneçiliyin və məhdudiyyətin yaradılmasının cavabdeh İddiaçı MMMC-yə qadağan edilməsi qət edilmişdir.
11. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh3 02 may 2020-ci il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı MMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 3177 manat, Cavabdeh4 4842 manat, Cavabdeh3 4552 manat və Cavabdeh2 7810 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMMC 02 dekabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, 3202-ci məhəllədə yerləşən binanın sakini və Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin üzvləridirlər. Cavabdehlərin 01 fevral 2024-cü il tarixinə kommunal xidmətlərə, o cümlədən binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması, binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi, asfaltlanması, liftin alınıb quraşdırılması, binanın müayinə aktı üçün, mühafizə kameraları və domofonun quraşdırılması, su nasosxanalarının təmiri, binaya giriş qapısının və mühafizə köşkünün alınıb quraşdırılması, qaz, işıq və su çəkilişinin təmin olunmasına görə Cəmiyyətə ödənilməyən borcları qalmışdır. Kommunal və digər xidmətlərə görə xərclər Cəmiyyətin ümumi yığıncağının 18 dekabr 2022-ci il tarixli, 11 mart 2023-cü il tarixli və 26 noyabr 2023-cü il tarixli yekdil (protokolu) qərarı ilə müəyyən edilmişdir. Sözügedən iclas protokollarından cəmiyyətin iclasda iştirak edə bilməyən bütün üzvlərinin xəbəri və məlumatı vardır. Belə ki, iclasların nəticələri barədə məlumat Cəmiyyətin mesajlaşma mübadilə sistemi olan “WhatsApp” qrupu vasitəsi ilə paylaşılmışdır. Buna baxmayaraq kommunal ödənişləri ödəməyən cavabdehlərin hər birinə öz öhdəliklərinin icra olunması ilə bağlı, yəni borcların ödənilməsi ilə bağlı müvafiq xəbərdarlıq (pretenziya) göndərilmiş və binanın ofisindən şəxsən qəbul edərək götürmüşlər. Lakin buna baxmayaraq cavabdehlər öz öhdəliklərini icra etməmişlər. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. Cavabdeh X2 etirazı onunla əsaslandıırlmışdır ki, İddiaçı MMMC-nin təsis sənədlərindən və işin hallarından tam aydındır ki, tələb qanunsuzdur. Belə ki, MMC hüquqi şəxs kimi xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınaraq fəaiyyətə başlamışdır. İddia tələbində göstərilən 2021-ci ilin avqust ayından - 2022-ci ilin dekabr ayınadək olan borc, binanın betonlanması, zibil qutularının alınması və s. MMMC qeydiyyata alınmamışdan öncəki dövr, yəni mövcud olmadığı dövrə aiddir. Belə olan halda heç bir tələb irəli sürülə bilməz, bunun üçün subyektiv hüququ yoxdur. Kommunal borclar və su nasosunun təmiri ilə bağlı iddianı sübüt edən heç bir sənəd yoxdur. Ümumiyyətlə o mülkiyyətçi kimi hər hansı ümumi yığancağa dəvət edilməmiş, bununla bağlı bildiriş verilməmiş və ya həmin yığıncaqların qərarları təqdim edilməmişdir. Belə olan halda hesab edir ki, onun barəsində məsuliyyət yarana bilməz.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(001)- 3095/2024 nömrəli qərardadı ilə İddiaçı MMMC-nin cavabdehlər X4, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə icraata Cavabdeh3 aid hissədə xitam verilmişdir.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(001)- 3095/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq X1 471,24 manat, Cavabdeh4 471,24 manat və Cavabdeh2 954,24 manat məbləğində kommunal xidmətə görə pul tutularaq İddiaçı MMMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
17. Qətnamənin əsaslarına görə qanunvericiliyin tələblərinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsullarından biri də mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətidir. Cavabdehlər X4, Cavabdeh4 və Cavabdeh2 yaşayış sahəsinin mülkiyyətçiləri olmaqla MMMC-nin xidmətlərindən istifadə etdiyindən, kommunal, məişət və göstərilən digər xidmətlərə görə haqqı ödəməlidir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin tələb tam həcmdə təmin edilə bilməz. Çünki iş materiallarından görünür ki, kommunal xidmətlərə görə cavabdehlərin borcu (iddiaçı MMC-nin özünün də bildirdiyinə görə) 2021-ci ilin avqust ayından xx.xx.2024-cü il tarixədək olan müddət üçün hesablanmışdır. İddiaçı MMMC-nin nizamnaməsindən göründüyü kimi xx.xx.2022-ci il tarixdə 1122-MM9-0267 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Belə olan halda İddiaçı MMMC yalnız xx.xx.2022-ci il tarixdən xidmət haqqına görə ödəniş tələb edə bilər. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini 2021-ci ilin avqust ayından xx.xx.2022-ci il tarixədək irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun xidmət haqqına görə ödəniş tələb etmək hüququnu təsdiq edən heç bir sübut mövcud deyil. İş materiallarından görünür ki, iddiaçı cavabdehlər Cavabdeh1 ilə 8 saylı, Cavabdeh4 ilə 44 saylı, eləcə də Cavabdeh2 ilə 57, 61, 64 saylı mənzillərə dair müqavilələr təqdim etsə də sonuncu ilə 63 saylı mənzilə dair müqavilə təqdim edə bilməmişdir ki, iddia tələbi də həmin mənzilə münasibətdə təmin edilə bilməz. Bundan başqa iddia ərizəsindən məlum olur ki, iddiaçının cavabdehlərdən tələb etdiyi məbləğ yalnız kommunal xərc deyil, o cümlədən binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması, binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi, asfaltlanması, liftin alınıb quraşdırılması, binanın müayinə aktı üçün, mühafizə kameraları və domofonun quraşdırılması, su nasosxanalarının təmiri, binaya giriş qapısının və mühafizə köşkünün alınıb quraşdırılması, qaz, işıq və su çəkilişinin təmin olunmasına görə cəmiyyətə ödənilməyən vəsaitdən ibarətdir ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, mövcud qanunvericiliyə əsasən hazırda iddia ərizəsində qeyd edilən, yəni görülmüş işlər bina təhvil verilərkən MTK tərəfindən görülməli idi. Sonradan MMMC yaradılması və görülmüş işlərə görə pul tələb edilməsi qanunsuzdur, belə ki, MMMC "xxxx" MTK-nın hüquqi varisi deyildir. Eləcə də görülmüş işlərə görə hazırda heç bir smeta təqdim edilməyib. İddia edilən borcla bağlı cavabdehlərin öhdəliyini yaradan hər hansı sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.3, 442-ci maddələrinə, AR Mənzil Məcəlləsinin 29.3, 39.2, 119.1, 119.2, 120.5, 122.3, 122.4, 136.2, 140.1-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı MMMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Şikayətin dəlillərinə görə, iddia tələbi üzrə tələb olunan bütün vəsaitlər (kommunal xidmətlər və digər, yəni binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması, binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi, asfaltlanması, liftin alınıb quraşdırılması, binanın müayinə aktı üçün, mühafizə kameraları və domofonun quraşdırılması, su nasosxanalarının təmiri, binaya giriş qapısının və mühafizə köşkünün alınıb quraşdırılması, qaz, işıq və su çəkilişinin təmin olunmasına görə) cəmiyyətin ümumi yığıncağının 18 dekabr 2022-ci il tarixli, 11 mart 2023-cü il tarixli və 26 noyabr 2023-cü il tarixli yekdil (protokolu) qərarı ilə müəyyən edilmişdir. Yəni həmin məbləğlər cəmiyyətin sahə mülkiyyətçilərinin ümumi iradə ifadəsini təşkil edir. Sahə mülkiyyətçiləri həmin məbləğləri birgəliklə, solidar qaydada iclas keçirərək, bəyənərək, öz iradələrini yekdil qərarla bəyan etmişlər. Nəticə etibarı ilə görülmüş işlərə görə vəsaitlərin ödənilməsinin hüquqi əsası olan ümumi yığıncağın qərarı və protokolu hər hansı sahə mülkiyyətçisi tərəfindən mübahisələndirilməmiş, təkzib edilməmiş, geri çağrılmamış, ləğv və ya etibarsız hesab edilməmiş, öz qüvvəsini saxlamaqdadır. Belə olan həmin ümumi yığıncağın qərarı və protokolun hüquqi nəticəsi də tətbiq olunmalıdır. Bu mənada görülmüş işlərin bina təhvil verilərkən MTK tərəfindən görülməli olmasının, cəmiyyətin "xxxx" MTK-nın hüquqi varisi olmamasının, görülmüş işlərə görə smetanın təqdim edilməməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki, həmin işlərin MTK tərəfindən deyil, özləri, yəni cəmiyyət tərəfindən görülməsini və dəyərini sahə mülkiyyətçiləri yekdil ümumi yığıncağın qərarı ilə təsdiq edərək bəyənmişlər. Əksi təqdirdə, həmin hallarla bağlı hər bir sahə mülkiyyətçisinin həmin qərarla razılaşmamaq, qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququ varki, belə bir hal mövcud deyildir. Oda qeyd edilməlidir ki, bina 64 mənzildən ibarətdir və əksər mənzil sahibləri lazımı qaydada və vaxtında öz sahibləri lazımı qaydada və vaxtında öz öhdəliklərini icra edirlər. Nizam intizamsız davrananlar hazırkı cavabdehlərdir ki, iddia da məhz onlara qarşı qaldırılmışdır. Yəni əksəriyyət öz nümunəvi davranışları və ödənişləri ilə cəmiyyətin fəaliyyətilə onların maraq və mənafelərinin üst-üstə düşməsini bir daha təsdiq etmişlər. Bu mənada fərdlərin maraqları ilə cəmiyyətin marağı arasında ədalətli balans prinsipi gözlənilmişdir. Həmçinin mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Yəni sahə mülkiyyətçiləri heç bir məcburiyyət olmadan, müstəqil şəkildə, öz hüquqlarından istifadə edərək "xxxx" MTK-nın görmədiyi işləri görmək, başsız qalmış binanı birgə idarə etmək üçün məhz hazırkı Cəmiyyəti yaratmışlar. Bununla belə görülmüş işlərin bina təhvil verilərkən MTK tərəfindən görülməli olması, Cəmiyyətin "xxxx" MTK-nın hüquqi varisi olmaması iddiaçının müvafiq subyektiv hüququna təsir etmir. "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X8 25 iyul 2019-cu il tarixində vəfat etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 nömrəli hökmü ilə X7 AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinmiş və öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Bundan sonra bina faktiki olaraq başsız qalmış, görülməli olan işlər görülməmiş və sahə mülkiyyətçiləri öz əmlak hüquqlarının maneəsiz həyata keçirilməsi, hüquqlarının dövlət qeydiyyatına alınması, mülki dövriyyənin sabitliyinin təmin ediməsi, ümumilikdə binanın idarə olunması, görülməmiş işlərin görülməsi binanın idarə olunması, görülməmiş işlərin görülməsi üçün hazırkı cəmiyyəti yaratmış və ümumi yığıncaq edərək cəmiyyət tərəfindən görülən işlərin həcmi, dairəsi, dəyəri barədə müvafiq qərara gəlmişlər. Yəni görülmüş işlər və xidmətlər sahə mülkiyyətçilərinin mənafeyinə, iradəsinə və ehtimal olunan istəyinə uyğun olmuşdur ki, ümumi yığıncaq etməklə həmin halları səs çoxluğu ilə rəsmi olaraq qərar qəbul edərək bəyan etmişlər. Belə olan halda isə iddiaçının müvafiq subyektiv hüquqa, tələbetmə hüququna malik olması üçün Cəmiyyətin "xxxx" MTK-nın hüquqi varisi olmasına zərurət yoxdur. Məhkəmə hazırkı münasibətlərə özgə işlərini tapşırıqsız aparma haqqında müddəalara istinad edərək iddianı həmin hissədə təmin etməli idi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, e-2(001)-4425/2024 nömrəli qətnaməsi ilə "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, 3202-ci məhəllədə yerləşən 16+1 mərtəbəli mənzilli yaşayış binası üzrə "xxxx" Mənzil Tikinti Kooperativi idarəçilikdən kənarlaşdırılmış, həmin çoxmənzilli yaşayış binası üzrə idarəçiliklə bağlı bütün səlahiyyətlər iddiaçı “Binəqədi 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 122.4cü maddəsinə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Buradan da göründüyü kimi subyektiv hüquq qanundan, yəni elə mənzil qanunvericiliyinin sözügedən normalarından irəli gəlir. İddia tələbinin hüquqi və qanuni əsası olan cəmiyyətin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli yekdil (protokolu) qərarının öz qüvvəsində olmasına, heç şəkildə mübahisələndirilməməsinə baxmayaraq məhkəmə iddiaçının üzərinə bir sıra (görülmüş işlərə görə hazırda heç bir smetanın təqdim edilməməsi, iddia edilən borcla bağlı cavabdehlərin öhdəliyini yaradan hər hansı sənədin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi, Cavabdeh2 ilə 63 saylı mənzilə dair müqavilənin təqdim edilməməsi və.s.) əlavə sübutetmə yükü qoymuşdur. Halbuki Cəmiyyət tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli yekdil (protokolu) qərar bütün sahə mülkiyyətçilərinin hamısına bəlli olmuş, onların nəzərinə çatdırılmışdır. Həmçinin cavabdehlərin hər birinə edilən xəbərdarlıq məktubları göndərilmişdir ki, həmin məktublarda ümumi yığıncağın qərarına istinad olunmuşdur. Həmin xəbərdarlıq məktubları cavabdehlər tərəfindən qəbul edilmiş və bunlarla bağlı cəmiyyətə hər hansı etiraz və ya irad daxil olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçının nümayəndəsi X11 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.
23. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 390.1. Ffiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır; Maddə 43.2.4. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir; Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir; Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Maddə 120.5. Tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq; Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər; Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər; Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər; Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli Qərarı: .... Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarı: .... Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. ... Lakin apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012-2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməmişdir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayəti ilə qətnamənin qismən –iddia tələbinin təmin olunmayan hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddia üzrə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddianın rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddianın rədd olunan hissəsində və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
32. Apellyasiya şikayətinin dəlillərindən biri kimi ona istinad olunur ki, iddia tələbi üzrə tələb olunan bütün vəsaitlər (kommunal xidmətlər və digər, yəni binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması, binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi, asfaltlanması, liftin alınıb quraşdırılması, binanın müayinə aktı üçün, mühafizə kameraları və domofonun quraşdırılması, su nasosxanalarının təmiri, binaya giriş qapısının və mühafizə köşkünün alınıb quraşdırılması, qaz, işıq və su çəkilişinin təmin olunmasına görə) cəmiyyətin ümumi yığıncağının 18 dekabr 2022-ci il tarixli, 11 mart 2023-cü il tarixli və 26 noyabr 2023-cü il tarixli yekdil (protokolu) qərarı ilə müəyyən edilmişdir, həmin məbləğlər cəmiyyətin sahə mülkiyyətçilərinin ümumi iradə ifadəsini təşkil edir, ümumi yığıncağın qərarı və protokolu hər hansı sahə mülkiyyətçisi tərəfindən mübahisələndirilməmiş, təkzib edilməmiş, geri çağrılmamış, ləğv və ya etibarsız hesab edilməmiş, öz qüvvəsini saxlamaqdadır, belə olan həmin ümumi yığıncağın qərarı və protokolun hüquqi nəticəsi də tətbiq olunmalıdır.
33. Məhkəmə kollegiyası bi dəlillə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, İddiaçı MMMC 02 dekabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başladığından yalnız 02 dekabr 2022-ci il tarixdən xidmət haqqına görə ödəniş tələb edə bilər, binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması, binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi, asfaltlanması, liftin alınıb quraşdırılması, binanın müayinə aktı üçün, mühafizə kameraları və domofonun quraşdırılması, su nasosxanalarının təmiri, binaya giriş qapısının və mühafizə köşkünün alınıb quraşdırılması, qaz, işıq və su çəkilişinin təmin olunmasına görə pulun tələb edilməsi də qanunsuzdur.
34. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu ödənişlərin tutulması ilə bağlı ümumi yığıncağın qərarının mövcud olması əsas deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarında vurğulanmışdır ki, “Lakin apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012-2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməmişdir.”
35. Hazırkı iş üzrə də İddiaçı MMMC tərəfindən birinci instansiya məhkəməsinə çəkilən xərclərin smetası ilə bağlı heç bir sənəd təqdim olunmamışdır. MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir, məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. Apellyasiya şikayətinin məzmunundan görünür ki, İddiaçı MMMC-nin ümumiyyətlə bu barədə sübut təqdim etmək niyyyəti də olmamış, əksinə apellyasiya şikayətinin əsaslarından biri kimi ona istinad etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının üzərinə bir sıra (görülmüş işlərə görə hazırda heç bir smetanın təqdim edilməməsi, iddia edilən borcla bağlı cavabdehlərin öhdəliyini yaradan hər hansı sənədin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi, Cavabdeh2 ilə 63 saylı mənzilə dair müqavilənin təqdim edilməməsi və.s.) əlavə sübutetmə yükü qoyur.
37. Ümumiyyətlə apellyasiya şikayətinin mahiyyətini o təşkil edir ki, ümumi yığıncağın qərarı ilə ümumiyyətlə mövcud olmayan mənzilə görə kommunal borc və digər xərclərin ödənilməsi nəzərdə tutularsa belə, həmin məbləğ ödənilməlidir. Lakin bu yanaşma mövcud qanunvericiliklə, əsasən də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqe ilə ziddiyyət təşkil edir.
38. Apellyasiya şikayətinin digər dəlilini isə o təşkil edir ki, MMMC-nin qeydiyyatdan keçmədən əvvəl yaranmış kommunal borclara, görülmüş işlərə dair tələbetmə hüququna malik olması üçün Cəmiyyətin "xxxx" MTK-nın hüquqi varisi olmasına zərurət yoxdur. Bu əsas da yuxarıda qeyd olunan qərarla ziddiyyət təşkil edir. Belə ki, həmin qərarda əvvəlki qərarların ləğv olunma əsaslarından biri kimi qeyd olunmuşdur ki, "xxxx" MTK-nın ləğvi və yeni hüquqi şəxsin yaradılması cəmiyyətin təsisçiləri arasında fəaliyyətlə bağlı yeni müqavilənin bağlanmasını tələb etdiyindən yeni yaradılmış "xxxx" MMMC onun hüquqi varisi kimi çıxış edə bilməz.”
39. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(001)- 3095/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(001)- 3095/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev