Məhkəmə qərarları › İş №2(103)-588/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-588/2023

25.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-588/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Ədalət oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-588/2023 (Açar sözlər: pul tələbi) Bakı şəhəri 25 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Kazımov Elşən Cəlaləddin və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 Balaza oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(008)-3899/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bağırov X2 Respublikasından uşaq qidaları gətirərək satışını həyata keçirmişdir. Cavabdeh iddiaçıdan uşaq qidaları alaraq satışını həyata keçirmişdir. Verilmiş malların dəyərini ödəmədiyindən cavabdehin borcu yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 70.340 manat məbləğində pulun və ödənilmiş 302 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2018-ci ildən etibarən Türkiyə Respublikasından uşaq qidaları gətirərək satışını həyata keçirmişdir. Məhsulu Xəzər rayonu Qala qəsəbəsində yerləşən anbarında yerləşdirmişdir. Cavabdeh 2018-ci ildən tanımışdır, sonuncu ondan uşaq qidaları alaraq satışını həyata keçirmişdir. Alış fakturalarına əsasən, 30 iyul 2018-ci il tarixdən başlayaraq cavabdehə uşaq qidaları vermişdir. Cavabdeh ondan müxtəlif növlü uşaq qidalarını alış fakturasına əsasən götürür və dəyərini ödəyirdi. Lakin 2018-ci iliun sonuna 42680 manat borcu yaranmışdır. Daha sonra o, cavabdehə: xx.xx.2019-cu il tarixli 637 nömrəli alış fakturası ilə 43 710 manat; xx.xx.2019-cu il tarixli 638 nömrəli alış fakturası ilə 25 428,50 manat; xx.xx.2019-cu il tarixli 639 nömrəli alış fakturası ilə 9 858 manat; xx.xx.2019-cu il tarixli 641 nömrəli alış fakturası ilə 4 675 manat;xx.xx.2019-cu il tarixli 645 nömrəli alış fakturası ilə 18 610 manat;xx.xx.2019-cu il tarixli 657 nömrəli alış fakturası ilə 2 964 manat; xx.xx.2019-cu il tarixli 693 nömrəli alış fakturası ilə 4 263,50 manat; xx.xx.2019-cu il tarixli 694 nömrəli alış fakturası ilə 8 158,50 manat; xx.xx.2019-cu il tarixli 708 nömrəli alış fakturası ilə 4 599 manat; xx.xx.2019-cu il tarixli 709 nömrəli alış fakturası ilə 1 391 manat; xx.xx.2019-cu il tarixli 714 nömrəli alış fakturası ilə 12 784,50 manat; xx.xx.2019-cu il tarixli 725 nömrəli alış fakturası ilə 930 manat; xx.xx.2019-cu il tarixli 728 nömrəli alış fakturası ilə 1 224 manat; xx.xx.2019-cu il tarixli 748 nömrəli alış fakturası ilə 1 992 manat; xx.xx.2019-cu il tarixli 760 nömrəli alış fakturası ilə 496 manat; xx.xx.2019-cu il tarixli 767 nömrəli alış fakturası ilə 5 021,50 manat; xx.xx.2019-cu il tarixli 794 nömrəli alış fakturası ilə 2 625,50 manat; xx.xx.2019-cu il tarixli 799 nömrəli alış fakturası ilə 2 456 manat; xx.xx.2019-cu il tarixli 809 nömrəli alış fakturası ilə 1 206 manat; xx.xx.2019-cu il tarixli 819 nömrəli alış fakturası ilə 3 055,50 manat; xx.xx.2019-cu il tarixli 825 nömrəli alış fakturası ilə 3527,50 manat; xx.xx.2019-cu il tarixli 845 nömrəli alış fakturası ilə 3 792,50 manat; xx.xx.2019-cu il tarixli 848 nömrəli alış fakturası ilə 4 014 manat; xx.xx.2019-cu il tarixli 850 nömrəli alış fakturası ilə 9 324 manat; xx.xx.2019-cu il tarixli 861 nömrəli alış fakturası ilə 5 472 manat; xx.xx.2019-cu il tarixli 913 nömrəli alış fakturası ilə 5 880 manat; xx.xx.2019-cu il tarixli 940 nömrəli alış fakturası ilə 5 706 manat; xx.xx.2019-cu il tarixli 947 nömrəli alış fakturası ilə 7 608 manat; xx.xx.2019-cu il tarixli 1011 nömrəli alış fakturası ilə 21 066 manat; xx.xx.2019-cu il tarixli 1017 nömrəli alış fakturası ilə 2 127,50 manat; xx.xx.2019-cu il tarixli 1059 nömrəli alış fakturası ilə 3 954,20 manat; xx.xx.2019- cu il tarixli 1061 nömrəli alış fakturası ilə 2 049,80 manat; xx.xx.2019-cu il tarixli 1091 nömrəli alış fakturası ilə 6 940 manat; xx.xx.2019-cu il tarixli 1122 nömrəli alış fakturası ilə 2 895 manat; xx.xx.2019cu il tarixli 1143 nömrəli alış fakturası ilə 2 457,50 manat; xx.xx.2019-cu il tarixli 1157 nömrəli alış fakturası ilə 2 944 manat; xx.xx.2019-cu il tarixli 1165 nömrəli alış fakturası ilə 2 310 manat; xx.xx.2019-cu il tarixli 1182 nömrəli alış fakturası ilə 3 449, 50 manat; xx.xx.2019-cu il tarixli 1199 nömrəli alış fakturası ilə 3 024 manat; xx.xx.2019-cu il tarixli 1278 nömrəli alış fakturası ilə 7 503, 50 manat; xx.xx.2019- cu il tarixli 1332 nömrəli alış fakturası ilə 3 002 manat; xx.xx.2019-cu il tarixli 1358 nömrəli alış fakturası ilə 4 222 manat; xx.xx.2019-cu il tarixli 1365 nömrəli alış fakturası ilə 19 752 manat; xx.xx.2019-cu il tarixli 1383 nömrəli alış fakturası ilə 4 405 manat məbləğində uşaq qidaları vermişdir. Bir müddət ondan uşaq qidaları götürüb, etibarını qazandıqdan sonra borcu yaranmağa başlamış və borcu getdikcə artaraq 112300 manat olmuşdur. Bundan sonra o, cavabdehə məhsul verməyi dayandırmışdır. Cavabdehdən dəfələrlə həmin borcu ödəməsini xahiş etsə də, o ödəniş etməmişdir. Daha sonra borcun bir hissəsinin qarşılığı olaraq - 19 500 manat borcun qarşılığı olaraq özünə məxsus 2012-ci il buraxılışlı “Kia Optima” markalı ** SZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını etibarnamə ilə ona vermişdir. Daha sonra isə evini ona təklif etmişdir. Lakin evinin də bankda ipotekada olması ona məlum olmuşdur. Bundan sonra cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən, o iddiaçıya hər ay 1500-2000 manat ödəyəcəyinə söz vermişdir. Lakin 5-6 ay ödədikdən sonra vədinə əməl etməyərək ödənişləri dayandırmışdır. Beləliklə, cavabdeh qalan borc məbləğini ödəyə bilməmiş, nəticədə ona 70.340 manat məbləğində borcu qalmışdır. Cavabdehdən hər dəfə borc məbləğinin qaytarılmasını tələb etdikdə müxtəlif bəhanələrlə ona daha bir müddət möhlət verilməsini xahiş edərək vaxtı uzatmaqla borcun qaytarılmasından məharətlə yayınmışdır. Cavabdehin ona borcunun olmasını alış fakturaları ilə yanaşı, aralarında olan telefon danışıqları da təsdiq edir. O, şikayət ərizəsi ilə Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmiş, İdarə isə şikayətini araşdırılması üçün aidiyyatı üzrə Xəzər RPİ-nin 1-ci PŞ-ə göndərmişdir. Lakin polis şöbəsinin təhqiqatçısı Zaur Babayevin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, ona məhkəməyə müraciət etməyim tövsiyə edilmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3899/2022 nömrəli 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın qismən təmin edilməsi, 70.000 manat məbləğində borc pul və ödənilmiş 300,50 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, 1,50 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1385.1, 386.1-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı cavabdehdən 70.340 manat məbləğində borc tələb edir. Hansı ki, tələb edilən bu borc hələ ilk əvvəllər guya 100.000 manatdan artıq olmuş, bu borcun guya bir qismi ödənildikdən sonra qalıq məbləğ 70.340 manat təşkil etmişdir. Amma yenə də iddiaçı bu borcun yaranma mənbəyi barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Hansı ki, bu borc pul müəyyən iş və ya xidmətin görülməsi üçün verilmişdirsə nə əcəb bununla bağlı qanunvericiliyin tələbinə uyğun olaraq müqavilə bağlanılmamışdır, yox əgər iddiaçının iddia etdiyi borc malların satışından əldə edilmişdirsə, malın cavabdehə verilməsi ilə bağlı heç bir qaimə-faktura mövcud deyildir. İddiaçının məhkəməyə təqdim etdiyi qaimə fakturalar isə keçərsiz olduğundan məhkəmə belə onlara qərar qəbul edərkən istinad etməyə lüzum görməmişdir. Digər tərəfdən məhkəmədə şahid qismində dindirilmiş B.Sürməli malı türkiyədən rəsmi olaraq cavabdehin adına göndərdiyini, rəsmi sənədləşmənin onunla apardığını və işbirliyi çərçivəsində cavabdehin şəxsən və eyni zamanda satılmış mala münasibətdə ona heç bir borcu qalmadığını bildirmişdir. Belə olan təqdirdə iddiaçının iddia etdiyi borc necə və haradan yaranmışdır və iddia təlbi nə dərəcədə əsaslı sayıla bilər?

8. Məhkəmə işə baxarkən qeyd edilən xüsusatları araşdırmamış, borcun yaranma mənbəyi və ilkin məbləğinə dair heç bir münasibət bildirməmişdir. Digər tərəfdən iddiaçının tələb etdiyi borc məbləği yetərli qədər ciddi məbləğ olsa da, qanunvericiliyin tələbinə uyğun borcun rəsmiləşdirilməsinə dair müqavilə və ya hər hansı rəsmi sənədi məhkəməyə təqdim edilməmişdir. Hansı ki, qanunvericiliyə uyğun olaraq 3000 manatdan artıq olan borc müqaviləsi üçün müqavilənin bağlanması mütləqdir. Bu zaman isə hər hansı bir sübuta istinad oluması qanunvericiliyə ziddir. Məhkəmə tərəfindən isə bu xüsusatlar nəzərə alınmış qərəzli olaraq qeyri obyektiv bir qərar qəbul edilmişdir.

9. Hazırkı iş üzrə işə baxan məhkəmə sübut qismində təqdim edilmiş səs yazılarını lazımi qaydada tədqiq etməmiş, həmin yazıların məzmunu ilə lazımi qaydada tanış olmayaraq əsasız bir qərar qəbul etmişdir. Hansı ki, həmin səs yazılarının heç birində cavabdeh iddiaçıya hər hansı borcu olmadığını bildirmiş və on dəfələrlə lazımi hesablaşma aparmağa dəvət etmişdir. Sonuncu səs yazısında guya cavabdehin borcu etiraf etməsi ilə bağlı məhkəmənin mövqeyi də yanlışdır. Qeyd etdiyi kimi məhkəmə həmin səs yazılarının tədqiq edilməsində maraqlı olmamış və onları dinləməmişdir. Hansı ki, sonuncu səs yazısında pulun iddiaçıya deyil hansısa üçüncü şəxsə çatmalı olması anlaşılır. Belə olan halda isə əgər cavabdehin 3-cü şəxsə borclu olduğu müəyyən edilirsə, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv olaraq hüququ olmadığı məlum olur. Belə olan təqdirdə isə məhkəmə tərəfindən qəbul edilmiş qətnamə əsaslı sayıla bilməz çünki istinad edilmiş sübutun özü mötəbər deyil və şübhəlidir.

10. Məhkəmənin qəbul etmiş olduğu qətnaməsində göstərilir ki, cavabdeh borcunun olmaması ilə bağlı etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, telefon danışıqlarında isə nəyə görə iddiaçıya borclu olmasını, borcu qaytaracağını deməsinin səbəblərini izah edə bilməmişdir. Məhkəmə qətnaməsinin məzmunundan artıq işə baxan hakimin mövqeyi bəlli olur. Hansı ki, iddianı tələbini sübut etmək qanunvericiliyə əsasən iddiaçının vəzifəsidir. Cavabdehin iddiaçı ilə arasında hər hansı borc münasibətinin mövcud olması məhkəmə icraatı zamanı, eyni zamanda iddiaçının təqdim etdiyi əhəmiyyətsiz sübutlarla öz təsdiqini tapmır. Tərəflər arasında hansı borc münasibətin olması və yaranmış borcun ilk məbləği məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə cavabdehin özünə məxsus avtomobili iddiaçıya verməsini borcun ödənilməsi kimi qeyd etsə də, əslinə avtomobil tərəflərin işbirliyi dövründə yaranmış ümumi zərərin qarşılıqlı ödənilməsi məqsədilə edildiyi dəfələrlə məhkəmənin diqqətinə çatdırılmış, lakin məhkəmə cavabdehin bildirdiyi xüsusatları ciddiyə almamışdır. Qeyd etdiyi kimi, cavabdehin özünə məxsus avtomobili iddiaçıya verməsini borcun ödənilməsi kimi qətnamədə qeyd edilsə də, avtomobilin nə üçün və hansı məqsədlə verilməsi məsələsi məhkəmə tərəfindən əsaslandırılmamış və buna qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı apellyasiya şikayətinə etiraz verərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməməsini xahiş etmiş, etirazı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.

c) Proses iştirakçılarının izahatı

12. Apellyasiya baxışı zamanı iddiaçı nümayəndəsi-vəkili verilmiş apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.

13. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərə təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. [713]

20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikası Mülk- Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

24. Maddə 385.1.2 Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması qətnamənin ləğvi üçün əsasdır.

25. Maddə 385.1.4 Qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, məhkəmə baxışı gedişində təmin olunan hissədə iddianın təmin edilməməsi xahiş olunmuşdur. Ona görə də, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin rədd edilməlidir.

30. Belə ki, birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilən Bekir Sürmeli (protokola əsasən, i.v.127) ifadəsində göstərmişdir ki, o, həm Baxşəlini, həm də Fəridi tanıyır, 2018-dən Türkiyə Respublikasından Fəridin adına müxtəlif vaxtlarda uşaq qidaları göndərmiş, rəsmi sənədlərdə Baxşəlinin adı keçməsə də, bütün haqq-hesab məsələləri onunla həll edilirdi. Əsasən iş birliyi Baxşəli ilə olmuş, Fəridi 2011-2012-ci illərdən tanıyır, uşaq qidaları ilə bağlı iş birlikləri 2018-ci ildə başlamış və 2020-ci ildə pandemiya ilə əlaqədar dayanmışdır. Hal-hazırda Baxşəli ilə heç bir ticarət əlaqəsi yoxdur. Fəridin ona heç vaxt borcu olmamış, hazırda da yoxdur, hər iki tərəf ilə münasibəti yaxşıdır, tərəflərin arasında borc ilə əlaqədar gərginliyin olması barədə xəbəri var, lakin borcun məbləği barədə məlumatı yoxdur.

31. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilən X3 (protokola əsasən, i.v.156) ifadəsində göstərmişdir ki, o, həm Baxşəlini, həm də Fəridi tanıyır, mal satışından Fəridin Baxşəliyə borcu yaranmışdır, Fərid yaranmış borcunu ödəmək üçün Baxşəliyə özünə məxsus avtomobilini vermiş və bir neçə ay ərzində müəyyən məbləğdə də pul ödənişi etmiş, lakin sonradan imkanı olmadığı üçün borcun qalan məbləğini qaytara bilməmiş, hətta borcunu ödəmək üçün evini də satışa çıxarmışdır, hazırda isə Fəridin Baxşəliyə 70 000 manat civarında borcu hələ də qalmaqdadır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qənaəti işin və mübahisənin faktiki hallarına uyğun olmamış və nəticədə məhkəmə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmayaraq sübutları düzgün qiymətləndirməmişdir.

33. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. Hazırki iş üzrə İddiaçı Cavabdeh qarşı pul tələbi irəli sürərək bildirir ki, o, 2018ci ildən Türkiyə Respublikasından uşaq qidaları gətirərək satışını həyata keçirmiş, Cavabdeh da ondan uşaq qidalarını alaraq satışı həyata keçirmiş, sonuncu tərəfindən satdığı malların dəyərinin bir hissəsi ödənilsə də, qalan hissəsi ödənilməmişdir.

35. Cavabdeh tərəf isə iddianı əsassız sayır, uşaq qidalarının ölkəyə özünün gətirdiyini və məhz onun adına göndərildiyini bildirir, iddiaçı ilə qohumluq və tanışlıq münasibətlərinin olduğu üçün gətirdiyi uşaq qidalarından iddiaçının xahişinə əsasən ona satmaq üçün verdiyini bildirir. Həmçinin, bildirir ki, müəyyən müddətdə iddiaçı tərəfindən qeyd olunan malların satışı ilə bağlı problemlər və ziyan yaranmışdır. O da öz növbəsində həmin ziyanın birlikdə qarşılayacaqlarını iddiaçıya bildirmiş və bununla bağlı iddiaçıya müəyyən məbləğdə pul və maşınını vermişdir. Hazırda iddiaçı qarısında borcun və hərhansı bir öhdəliyinin olmadığını bildirir və qeyd edir ki, məhkəməyə təqdim olunmuş səs yazılarında da məhz iddiaçıya hər-hansı bir borcun olduğu müəyyən olunmur.

36. Kollegiya qeyd edir ki, qeyd olunan iddia tələbi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, iddia üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, iddia ərizəsində göstərdiyi malların cavabdehə təhvil verdiyini, cavabdehin isə həmin malları sataraq pulunu ona ödəmədiyini sübut etməlidir.

37. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

38. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslılığını sübut edə bilməmişdir.

39. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə cavabdehin fərdi sahibkar kimi qeydiyyatdan keçməsi, vergi ödəyicisi olduğu və qanunvericikdə müəyyən olunan qaydada ölkəyə müəyyən malların idxal edilməsi ilə məşğul olduğu müəyyən olunmur. Əksinə işin halları ilə yuxarıda qeyd olunan malların (uşaq gidalarının) satışı ilə məhz cavabdeh məşğul olduğu və adına göndərildiyi müəyyən olunur.

40. Bundan başqa, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı “ödəmə blankı”, “kassa mədaxil qəbzi”, “alış fakturası” adlanan sənədlər düzgün tərtib edilmədiyindən kimin kimə və nə qədər borcu olması müəyyən etmək olmur.

41. Bununla bağlı məhkəmə kollegiyası xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, şəxslərin qanunvericikdə müəyyən olunan qaydada fərdi sahibkar kimi qeydiyyatdan keçməməsi, vergi ödəyicisi kimi qeydə alınmaması, müvafiq vergilərin ödəməməsi və fəaliyyətlərinin rəsmiyyətdən kənar aparılması halında gələcəkdə yaranan mübahisə və risklərin qabağında aciz vəziyyətdə qalmaları ilə nəticələnə bilir.

42. Həmçinin, kollegiya bildirir ki, cavabdehə məxsus avtomobilin borcun əvəzi olaraq və ya malları paylamaq üçün iddiaçıya verilməsi ilə bağlı cavabdeh tərəfindən fərqli mövqelər bildirməsi iddiaçının iddiasının əsaslılığına dəlalət etmir.

43. Belə ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim etdiyi və iş materiallarında olan 2 ədəd yaddaş kartında olan səs yazıları məhkəmə iclaslarında tədqiq edilmişdir. Həmin danışıqlar iddiaçı ilə cavabdeh arasında olan danışıqları əks etdirir. Həmin yazılarda cavabdehin iddiaçıya “sənə pul verəcəm... ödəyəcəm....” kimi səslər və fikirlər səslənsə də, həmin səs yazılarından iddiaçının cavabdehə pul verilmədiyi və cavabdehin məhz digər şəxsə pul məbləği verilməli olması həm iddiaçının, həm də cavabdehin səsləndirdiklərindən (bir-birinə söylədiklərindən) açıq-aydın müəyyən olunur.

44. Belə ki, 2-ci yaddaş kartında olan səs yazısının 08:18 dəqiqəsində Cavabdeh bildiririk ki “...sən mənə pul verməmisən?..sən də mənə pul verməmisən...”, cavabında isə İddiaçı bildirir ki, “...yaxşıda başa düşdük...”. Daha sonra 08:39 dəqiqədə İddiaçı bildirir ki, “...pul verilməlidir. Biz bu pulu ya qazanıb verməliyik, ya da ki, nəsə eləyib, evimizi, maşınımızı satıb camaatın pulun verməliyik...mən də satıram evi....”.

45. Səs yazılarından göründüyü kimi cavabdeh iddiaçıdan pul almadığını bildirir, iddiaçı isə buna etiraz etmir. Həmçinin, səs yazılarından görünür ki, iddiaçı məlum olmayan üçüncü bir şəxsə borcunun verilməli olmasından danışır.

46. Digər tərəfdən pulun kimə verilməli olması, hər-hansı bir tələbin güzəşti, öhdəliyin ötürülməsi və ya əsassız varlanma halı da iş materiallarından müəyyən olunmur.

47. Kollegiya bildirir ki, qeyd olunan hallar onu deməyə əsas verir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, işin halları və iddiaçının dəlilləri məntiqi ardıcıllıqla bir-birini tamamlamır, bu ziddiyyətlər isə eyni zamanda iddianın əsaslılığı ilə bağlı halların düzgünlüyünə inam yarada bilməmişdir.

48. Bununla bağlı məhkəmə kollegiyası qeyd ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

49. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, Azərbaycan Respublikasının MPMnin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.

50. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

51. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən qeyd edir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Qeyd olunanlar kontekstdə kollegiyanın qənaəti bundan ibarətdir ki, iddiaçının tələbinin əsaslılığı iş materialları ilə təsdiq olunmur.

53. Bu qənaətə gələrkən kollegiya, tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamını da rəhbər tutaraq həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3899/2022 saylı iş üzrə 10 avqust 2022-ci il tarixli qətnaməsi “70 000 manat məbləğində borc pul və ödənilmiş 300,50 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulması” hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar