Məhkəmə qərarları › İş №2(103)-588/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-588/2025

05.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-588/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı6, İddiaçı3, İddiaçı7 Cavabdehnə qarşı mülki iş üzrə Açar sözlər: ümumi yığıncağın protokolunun qanunsuz hesab edilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6 iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı6, İddiaçı3, İddiaçı7 Cavabdehnə qarşı (maraqlı şəxs Şahid5 olmaqla) “Ümumi Yığıncağın protokolunun qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1430/2024 nömrəli qətnaməsindən maraqlı şəxs Şahid5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh təsis yığıncağının xx.xx.2019-cu il tarixli qərarına əsasən AR Ədliyyə Nazirliyində xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış, birliyin idarə edilməsi səlahiyyət müddəti 2 il müəyyənləşdirilmiş 3 nəfərdən ibarət İdarə Heyətinə həvalə edilmişdir. İdarə Heyətinin sədri (qanuni təmsilçi) Şahid1, sədr müavini X14, üzvü İddiaçı4 müəyyən edilmişdir. Birliyin dövlət qeydiyyatına alındığı vaxt hüquqi ünvanı ünvan 1ğıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 2 fakt xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Birliyin fəaliyyət predmeti və məqsədi dövlətin və cəmiyyətin hərtərəfli inkişafına, milli-mənəvi dəyərlərinin qorunmasına kömək etməkdən ibarətdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli Ümumi Yığıncağının protokoluna əsasən həmin iclasda sədr Şahid5, sədr müavini İddiaçı2, 115 nəfər üzvdən (ümumi say) 86 nəfər üzv iştirak etmişdir. Yığıncağın gündəliyini birliyin idarə heyətinin sədrinin, sədr müavinin və üzvlərinin seçilməsi, birliyin qanuni təmsilçisinin təyin edilməsi təşkil etmişdir. Gündəliyin birinci məsələsi barədə iclasın sədri Şahid5 mıxış edərək, Cavabdeh idarə heyətinin səlahiyyət müddətinin xx.xx.2021-ci il tarixdə bitdiyi üçün Birliyin ümumi yığıncağının yeni idarə heyətini yaratmalı olduğunu bildirmiş, Cavabdeh təsisçilərindən biri olan İddiaçı4 isə öz çıxışında Birliyin idarə heyətinin sədri vəzifəsinə Şahid5, idarə heyəti sədr müavini vəzifəsinə İddiaçı2, idarə heyətinin üzvləri vəzifəsinə İddiaçı4, Şahid2, Şahid3, Şahid4 və İddiaçı5 təklif etmişdir. Həmin təklif səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir. Gündəlikdə duran ikinci məsələ ilə bağlı çıxış edən Əliyev X17 Birliyin qanuni təmsilçisi kimi Şahid5 təyin edilməsini təklif etmiş və həmin təklif də səsə qoyularaq, yekdilliklə qəbul edilmişdir. X11 İdarə Heyəti aşağıdakı tərkibdə təsdiq edilmişdir: Şahid5 - sədr, İddiaçı2 sədr müavini, İddiaçı4, Şahid2, Şahid3, Şahid4 və İddiaçı5 - üzvlər.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən Abbasov X10 qanuni təmsilçisi kimi dövlət qeydiyyatına alınmışdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5845/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh Şahid5 qarşı Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi yığıncağının protokolunun ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı6, İddiaçı3, İddiaçı7 Cavabdehnə qarşı iddia və tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2022ci il tarixli Ümumi Yığıncağının protokolunun qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər.

6. İddiaçılar tələbini onunla əsaslandırmışdırlar ki, təsis yığıncağının xx.xx.2019-cu il tarixli və Ümumi Yığıncağın xx.xx.2019-cu il tarixli qərarı ilə təsisçilər: Şahid1, İddiaçı4 və X14 tərəfindən Cavabdeh Nizamnaməsi tərtib edilib və dövlət qeydiyyatına alınmasından ötəri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. Birliyin Dövlət qeydiyyatına alınması barədə Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli, 1119- Q70-3775 qeydiyyat nömrəli Şəhadətnamə verilmişdir. xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinə qədər birliyin İdarə Heyəti üç nəfər şəxsdən - Şahid1, İddiaçı4 və X7 ibarət olmuş və bu məlumat Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 05/473/7-14 saylı X1 reyestrinə daxil edilmişdir. Birliyin hüquqi ünvanı ünvan 3fisi də bu ünvanda yerləşmişdir. Birliyin fəaliyyət predmeti və məqsədi dövlətin və cəmiyyətin hərtərəfli inkişafına milli-mənəvi dəyərlərin qorunmasına kömək etməkdən ibarət idi. Bütün rayonlarda ictimai birliyin rayon təşkilatları yaradılıb və minlərlə üzvü olubdur. İddiaçılardan İddiaçı5 və Əliyev X17 birlik yaranan vaxtdan birliyin üzvü olubdur. 2021-ci il tarixində Şahid5 (hazırki sədr) birliyin üzvlüyünə daxil olub və bir müddət sonra isə sədr Şahid1 müavini vəzifəsinə təyin olunub. Həmin vaxtlar birliyin sədri Şahid1 ictimai birliyin üzvləri tərəfindən (Şahid5 da hadisə yerində olub) şantaj olunduğuna görə məcbur olub istefa veribdir. Şahid1 şantaj edənlərə qarşı cinayət işi açılıb və bununla bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 1(010)-343/2021 saylı Qərarı var. Həmin Qərardan açıq-aşkar görünür ki, birliyi hələ 2021ci ildən ələ keçirməyə çalışıblar və bu işin içərisində Şahid5 da olub. Şahid1 sədrlikdən istefa verdikdən sonra Abbasov X10 təsisçiləri İddiaçı4 və Novruz Əliyevdən xahiş etmişdir ki, onu sədr təyin etsinlər. Cavabdeh Şahid5 özünü birliyin təsisçilərinə pensiyada olan polis rəisi, məxfi aparatın rəhbəri və müharibə veteranı olaraq təqdim etmişdir. 2022-ci ilin yanvar ayında birliyin təsisçisi Novruz Əliyev vəfat etmişdir. Hazırda birliyin yeganə təsisçisi İddiaçı4dur. Novruz Əliyevin vəfatından sonra İddiaçı4, Şahid5 tapşırıq verib ki, İddiaçı2lə birlikdə bu ictimai birliyin üzvlərini bir araya toplayaraq yenidən qursun. İddiaçı4 gözləri normal görmədiyi üçün 2022-ci ilin birinci yarısında hər iki gözündən müəyyən aralıqla əməliyyatlar keçiribdir. Beləliklə, Abbasov X10 üzvlərinə xəbər vermədən və heç bir ümumi yığıncaq təşkil etmədən xx.xx.2022-ci il tarixli birliyin ümumi yığıncağının protokolunu tərtib etmiş və təsisçi İddiaçı4 adından ərizə hazırlayaraq Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərmişdir. Şahid5 təsisçi İddiaçı4 bildirmişdir ki, “mənim sədr olmağıma razılıq vermək üçün bu sənədləri imzalayın.” İddiaçı4 gözlərində zəiflik olduğuna görə sənədləri oxuyub tanış ola bilmədən, Şahid5 inanaraq həmin sənədləri imzalamışdır. Şahid5 həmin iclas protokolunda iclasın sədri olaraq özünün, iclasın katibi olaraq İddiaçı2 adını qeyd etmişdir. Şahid5 dediyinə görə bütün sənədləri hüquqşünasa hazırlatmış və İddiaçı2 bildirmişdir ki, “buraya imza çək, mənim sədr və sənin də müavin gəlməyim üçün sənəddir, vəkil hazırlayıb narahat olma.” Beləliklə, cavabdeh Şahid5 iddiaçılar İddiaçı4 və İddiaçı2 etibarından sui-istifadə etməklə formal xarakter daşıyan iclasın keçirilməsi ilə bağlı hazırladığı sənədləri Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərməklə birliyin İdarə Heyətinin sədri təyin olunmuşdur. X20 (formal xarakterli) qərarı Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 05/29/4-14 saylı X1 reyestrinə daxil edilmişdir. İddiaçılardan 7 nəfər şəxs birliyin xx.xx.2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun ləğvinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində cavabdeh qismində birliyin sədri Şahid5 göstərmişdirlər. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(011)-5845/2023 saylı Qətnaməsinə əsasən iddia rədd edilmişdir. İddianın rədd edilməsinin səbəbi isə iddianın düzgün olmayan cavabdehə qarşı verilməsi idi. Belə ki, cavabdeh qismində Şahid5 yox, birlik göstərilməli idi. Lakin həmin qətnamədə cavabdehin etirazının dəlilləri hissəsində cavabdehin məhkəməyə təqdim etdiyi saxta sənədlər və məlumatlar gizli saxlanılmışdır. İddia düzgün olmayan cavabdehə qarşı verildiyinə görə onlar yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər.

7. Cavabdeh (İdarə Heyətinin sədri Şahid5 imzası ilə) iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, hər bir dövlət və özəl təşkilatın iclaslarının hansı formada keçirilməsi daxili məsələdir və başqa idarə və təşkilatlarda iclasların açıq keçirilməsinin Cavabdehndə iclasın onlayn keçirilməsinə aidiyyatı yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1430/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolu qanunsuz hesab edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilmişdir. (hakim X15).

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, Birliyin üzvlərinə Ümumi yığıncağın keçirilməsinin yeri və vaxtı haqqında bildiriş göndərilməmiş, bu barədə hər hansı məlumat paylaşılmamışdır. Ümumi yığıncağın keçirilməsi ilə bağlı təsisçilərin hər hansı vəsatəti olmamışdır. Birliyin üzvlərinin üçdə bir hissəsinin təşəbbüsünü sübuta yetirən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da həm “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununu 25.3-cü və 25.6-cı maddələrinin, həm də Birliyin Nizamnaməsinin 6.2-ci, 6.3-cü maddələrinin tələbləri pozlmuşdur. xx.xx.2022-ci il tarixli Ümumi Yığıncağının protokolunda Birliyin 115 üzvündən 86-sının iştirak etdiyi qeyd edilmişdir. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Birliyin üzvü kimi göstərilmiş 8 nəfər Birliyə iclas tarixindən sonrakı dövrdə üzv olmuşlar. Habelə bir sıra üzv, o cümlədən iddiaçılar həmin tarixli iclasda iştirak etmədiklərini, ümumiyyətlə, belə bir iclasın keçirilmədiyini qeyd etmişdirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5845/2023 nömrəli mülki işin araşdırması zamanı xx.xx.2023-cü il tarixli iclasda tərəflər verdikləri izahatda xx.xx.2022-ci il tarixli iclasın onlayn platformada, “Whatsapp” sosial şəbəkəsində keçirildiyini qeyd etmişdirlər. Lakin iclasın onlayn platformada keçirilməsini də sübut edən hər hansı sənəd, video və s. mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi 31.12.21-ci il tarixindən 01.02.22-ci il tarixinə qədər olan “Whatsapp” sosial şəbəkə yazışmasında xx.xx.2022-ci il tarixli iclasın keçirilməsi ilə bağlı hər hansı paylaşım, elan, yazışma aparılmasına rast gəlinmir. Eyni zamanda məhkəmə araşdırması zamanı “Whatsapp” sosial şəbəkəsində onlayn görüşün keçirilməsi üçün ən çox 32 nəfərin eyni anda qoşulması üçün texniki imkanın olması müəyyən olunmuşdur. İclasda iştirak edən 86 nəfər üzvün iclasda iştirakını təsdiq edən hər hansı mötəbər sübutun olmaması və məhkəməyə təqdim edilməməsi Birliyin Nizamnaməsinin 6.5-ci maddəsinin tələbinin pozulmasına dəlalət edir. xx.xx.2022ci il tarixli Ümumi Yığıncağın keçirilməsi ilə bağlı bildirişlər vaxtında, lazımi qaydada göndərilməmiş, ümumi yığıncağın keçirilməsi üçün yetərsay mövcud olmamış, ümumi yığıncağın harada, nə zaman keçirilməsini sübuta yetirən mötəbər sübutlar müəyyən edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasına, Mülki Məcəllənin 43-cü, 49-cu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 10-cu, 25-ci, 31-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77-ci, 88-ci, 107-ci, 119.1-ci, 218-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.

11. Bundan sonra Şahid5 ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, maraqlarına toxunan şəxs qismində prosesə cəlb edilməsini və “Elektron” məhkəmə informasiya sisteminə proses iştirakçısı qismində əlavə edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1430/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş və Şahid5 maraqlı şəxs qismində işə cəlb edilərək “Elektron məhkəmə” informasiya sisteminə proses iştirakçısı qismində əlavə edilmişdir. Həmin qərardaddan İddiaçı2 tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5913/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Maraqlı şəxs Şahid5 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1430/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

14. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki işin məhkəmə baxışı zamanı birliyin adından məhkəməyə həm etiraz ərizəsi, həm də işin halları ilə əlaqədar müxtəlif sənədlər təqdim edilmiş və həmçinin bir neçə vəsatət verilmişdir. Lakin məhkəmə tərəfindən işin halları ətraflı araşdırılmamış və yalnız iddiaçıların iddia ərizəsində göstərdiklərinə əsasən heç bir obyektiv araşdırma aparılmadan belə bir qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən AR Ədliyyə Nazirliyinə sorğu verilərək iddia ərizəsində göstərilən şəxslərin xx.xx.2022-ci il tarixində Cavabdeh İB-nin üzvü olub-olmaması məsələsi aydınlaşdırılmamışdır. Belə ki, bu iddia ilə məhkəməyə müraciət etmək hüququ yalnız həmin vaxt bu birliyin üzvü olan şəxslərə məxsusdur. İddia ərizəsində adları göstərilən X8, İddiaçı6, X9, Allahverdiyev RüfətƏvəz oğlu, İddiaçı7 ümumiyyətlə həmin vaxt bu birliyin üzvü olmamışlar. Amma onların adından tərtib edilmiş iddia ərizəsində onlar həmin vaxt birliyin üzvü kimi təqdim edilmişlər. Ümimiyyətlə, bu iddiaçıların əksəriyyətinin bu iddiadan xəbəri olmamışdır. İddiaçılardan biri olan İddiaçı2 onların çoxunun imzasını saxtalaşdıraraq iddiaçıların sayının çox olması görüntüsünü yaratmışdır. Bunu təsdiq edən faktlardan biri iddiaçı kimi adı göstərilmiş İddiaçı3 Məmməd qızının sonradan məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə verilmiş iddia ərizəsindən onun məlumatı olmadığını və iddia ərizəsini imzalamadığını bildirmişdir. Bundan başqa, həmin iddia ərizəsində adları göstərilən şəxslərin əvəzinə İddiaçı2 özü imza çəkərək məhkəməyə təqdim etmişdir. Bununla əlaqədar məhkəməyə vəsatət təqdim edərək, həmin iddia ərizəsindəki imzaların həqiqətən həmin şəxslər tərəfindən imzalanmasını yoxlamaq üçün məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş edilməsinə baxmayaraq məhkəmə tərəfindən vəsatətə baxılmamış və bu da qanunsuz qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində xx.xx.2022-ci il tarixində Ümumi Yığıncağının keçirilməsinə dair sənədlərin məhkəməyə təqdim edilməməsini əsas götürərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəməyə ərizə ünvanlayaraq, birliyə aid sənədlərin İddiaçı2 tərəfindən oğurlandığını nəzərə alaraq, həmin sənədlərin məhkəməyə üzürlü səbəblərə görə təqdim edilə bilmədiyi göstərilmişdir. İddiaçı2 həmin vaxt bu birliyin sədr müavini olduğu üçün bütün iclaslarda katib kimi o iştirak edirdi və bütün sənədləşmə işlərindən də məlumatı var idi. Həmçinin birliyin bütün sənədləri də daimi olaraq onda olurdu. Lakin İddiaçı2 hazırki iddiası da göstərir ki, o, əvvəldən, düşünülmüş şəkildə birliyə aid olan bütün lazımi sənədləri ələ keçirərək öz çirkin məqsədləri üçün istifadə etməyə çalışmışdır. Həmin faktın doğruluğunu müəyyən etmək üçün Bakı şəhəri Xətai rayon prokurorluğuna və Xətai rayon Polis İdarəsinə sorğu verilərək müvafiq sənədləri əldə etmək olardı. Belə ki, o, İddiaçı2 “birliyə məxsus pul vəsaitinin və rəsmi sənədləri oğurlaması barədə şikayət ərizəsi ilə Xətai rayon prokurorluğuna və polis idarəsinə müraciət etmişdi. Lakin məhkəmə tərəfindən sorğu verilərək həmin sənədlər alınmamış və məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinad etmişdir. Həmçinin, bu iddia ərizəsi guya ki, 10 nəfərin adından verilsə də, faktiki olaraq bu iddia İddiaçı2 tərəfindən tərtib edilmiş və onun tərəfindən də məhkəməyə təqdim olunmuşdur. Əliyev X16 Cəlilovun adından istifadə edərək bu birliyin sədrliyini ələ keçirmək istəyir. Mülki işin sənədlərindən də görünür ki, məhkəməyə iddiaçılar tərəfindən ünvanlanmış bütün rəsmi sənədlər İddiaçı2 tərəfindən tərtib edilmiş və onun tərəfindən göndərilmişdir. Həmin bu iddia ilə əlaqədar əvvəl də 3 dəfə məhkəmə prosesi olmuşdur. Belə ki, birinci dəfə birliyin əvvəlki sədri Şahid1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək birliyin Ümumi Yığıncağının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5653/2022 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Həmin bu iddiaya baxılarkən işin bütün halları araşdırılmış və xx.xx.2022-ci il tarixli qərarın qanuni və əsaslı olduğu üçün ləğv edilməsinə görə hər hansı bir hüquqi əsas müəyyən olunmadığı göstərilmişdir. Yəni artıq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixli iclasının qanuni və əsaslı olduğu öz əksini tapmışdır. Hazırda da həmin qətnamə qüvvədədir. Belə bir halda, yəni hazırki iddianın mahiyyəti ilə eynilik təşkil edən iddiaya dair məhkəmə qətnaməsi olduğu halda, hazırki qətnamə ilə belə bir nəticə ilə qəbul oluna bilməzdi. Amma məhkəmə tərəfindən bu hala da fikir verilməmiş və bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İddia birbaşa onun hüquqlarına toxunduğu halda, məhkəmə tərəfindən o, maraqlarına toxunan üçüncü şəxs kimi məhkəmə prosesinə cəlb edilməmişdir. Həmçinin məhkəmə İddiaçı2 tərəfindən təqdim edilmiş müxtəlif dövlət idarə və təşkilatlarında keçirilən tədbirlər barədə məlumatı sübut kimi təqdim edərək ümumi yığıncağın həmin vaxt onlayn keçirilməsinin istisna olduğunu sübut etməyə çalışmışdır. Lakin məhkəmə birliyin dövlət qurumları kimi geniş maddi və texniki imkanlara malik olmadığını nəzərə almamışdır. İddiaçı2 tərəfindən iddiaçıların imzalarının saxtalaşdırılması ilə əlaqədar xüsusi qərardad qəbul edilərək prokurorluğa verilməsi barədə vəsatətə baxmayaraq məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilməmiş və bununla AR MPM-nin 265-ci maddəsinin tələbləri pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. İştirak etdiyi məhkəmə iclasında maraqlı şəxs Şahid5 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı6, İddiaçı3 və İddiaçı7 məhkəmə iclasına gəlməmiş, Cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır; 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər; 43.6-cı maddəsinə əsasən qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər; 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

19. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun: 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər; 10.2-ci maddəsinə əsasən ictimai birliyin üzvləri bərabər hüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər; 10.5-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur; 13.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatının nizamnaməsində qeyrihökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir; 25.1-ci maddəsinə əsasən ictimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyinadından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir; 25.2-ci maddəsinə əsasən ictimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır; 25.3-cü maddəsinə əsasən ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır; 25.6-cı maddəsinə əsasən ictimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir; 25.7-ci maddəsinə əsasən ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır; 26.1-ci maddəsinə əsasən ictimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir; 31.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyrihökumət təşkilatının filial və ya nümayəndəliyi bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası maraqlı şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə əsas ola bilməz. Bu səbəbdən qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən və yuxarıda sadalanan qanunvericilik müddəalarına istinadən ilk növbədə qeyd edir ki, ictimai birlik hüquqi şəxsin bir növü olmaqla, onun strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları qanunvericiliklə və birliyin nizamnaməsi ilə müəyyən edilir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Cavabdeh təsis yığıncağının xx.xx.2019-cu il tarixli qərarına əsasən AR Ədliyyə Nazirliyində xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış, birliyin idarə edilməsi səlahiyyət müddəti 2 il müəyyənləşdirilmiş 3 nəfərdən ibarət İdarə Heyətinə həvalə edilmişdir. İdarə Heyətinin sədri (qanuni təmsilçi) Şahid1, sədr müavini X14, üzvü İddiaçı4 müəyyən edilmişdir. Həmin şəxslər, həmçinin, Birliyin təsisçiləridir. Şahid5 2021-ci il tarixdə birliyin üzvlüyünə qəbul olunmuş və həmin ildə sədr müavini seçilmişdir. Bundan sonra Şahid1 öz istəyi ilə vəzifəsindən ayrılmışdır. Birliyin xx.xx.2022-ci il tarixli ümumi yığıncağında Şahid5 İdarə Heyətinin sədri seçilmişdir. Həmin tarixə birliyin 115 üzvü olmuşdur.

27. İddiaçılar da məhz xx.xx.2022-ci il tarixli ümumi yığıncağın protokolunun qanunsuz hesab edilməsini tələb edirlər. Bununla bağlı iddiaçılar həmin tarixli ümumi yığıncağın protokolun formal olaraq tərtib edildiyinə və realllıqda belə bir yığıncağın keçirilmədiyinə istinad edirlər.

28. Birinci instansiya məhkəməsi də Birliyin üzvlərinə Ümumi yığıncağın keçirilməsinin yeri və vaxtı haqqında bildirişin göndərilmədiyini, bu barədə hər hansı məlumatın paylaşılmadığını, ümumi yığıncağın harada, nə zaman keçirilməsi barədə sübutların olmadığını, ümumi yığıncağın keçirilməsi ilə bağlı təsisçilər tərəfindən hər hansı vəsatətin verilmədiyini, birliyin üzvlərinin üçdə bir hissəsinin təşəbbüsünü sübuta yetirən hər hansı sənədin məhkəməyə təqdim edilmədiyini, iddiaçı tərəfin təqdim etdiyi 31.12.21ci il tarixindən 01.02.22-ci il tarixə qədər olan “Whatsapp” sosial şəbəkə yazışmasında xx.xx.2022-ci il tarixli iclasın keçirilməsi ilə bağlı hər hansı paylaşımın, elanın, yazışmanın aparılmadığını, ümumiyyətlə “Whatsapp” sosial şəbəkəsində onlayn görüşün keçirilməsi üçün ən çox 32 nəfərin eyni anda qoşulması üçün texniki imkanın olmasını (halbuki, portokola əsasən həmin iclasda 86 üzvün iştirak etdiyi qeyd edilmişdir) müəyyən etmiş və bununla da bu sahəni tənzimləyən qanunvericiliyin, o cümlədən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun bu məsələləri tənzimləyən müddəalarının tələblərinin pozulduğunu vurğulayaraq, həmin yığıncağın protokolunu qanunsuz hesab etmişdir.

29. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh deyil, maraqlı şəxs qismində tanınmaqla Şahid5 apellyasiya şikayəti vermişdir.

30. Buna baxmayaraq, maraqlı şəxs olaraq onun tərəfindən verilmiş apellyasiya şikayəti üzrə irəli sürülmüş bir sıra dəlillər (iddiaçıların əksəriyyətinin iddia barədə məlumatının olmaması, iddianın onlar tərəfindən deyil, İddiaçı2 tərəfindən imzalanması, bəzi iddiaçıların Birliyin üzvü olmaması, ümumi yığıncağın keçirilməsinə dair sənədlərin İddiaçı2 tərəfindən oğurlanması səbəbindən məhkəməyə təqdim edilməməsi) bilavasitə onun deyil, iş üzrə cavabdeh qismində müəyyən edilmiş Cavabdehn maraqlarına toxunur və onun mənafeyi ilə bağlıdır. Bu səbəbdən məhz Birlik tərəfindən irəli sürülə bilər. Başqa sözlə, maraqlı şəxs həmin məsələləri mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil, bu hüquq məhz cavabdehə məxsusdur. Həmin məsələlərin əksəriyyəti də işə birinci instansiya məhkəməsində baxılan zaman vəsatətlər vasitəsi ilə məhz cavabdeh tərəfindən mübahisələndirilmişdir.

31. Maraqlı şəxsin özünə aid dəlillərlə bağlı (apellyasiya şikayətində göstərilən “İddiaçı2 hazırki iddianı qaldırmaqla və digər hərəkətlərə yol verməklə Birliyin sədrliyinin ələ keçirmək istəyində olduğu” və məhkəmə iclasında bildirdiyi “iddiaçıların xx.xx.2022-ci il tarixli ümumi yığıncağın çağırılması və keçirilməsi ilə bağlı qanunsuz hərəkətlərin onun tərəfindən edilməsi iddialarının əsassız olması”) qeyd edilməlidir ki, iddiaçılar hüquqi nəticə etibarı ilə İctimai Birliyin ümumi yığıncağının reallıqda keçirilmədiyini və bu səbəbdən onun protokolunun qanunsuz olduğunu mübahisələndirirlər. Birinci instansiya məhkəməsi tərəfindən də aparılmış araşdırma zamanı 28-ci bənddə göstərilən hallar aşkar edilmiş və bu hallara yol verilməsi “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun və Birliyin Nizamnaməsinin tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin bu mövqeyi, o cümlədən aşkar edilmiş hallarla razılaşır və gəldiyi qənaəti haqlı hesab edir.

32. Eyni zamanda, məhkəmə kollegiyası o halı da qeyd edir ki, birinci instansiya məhkəməsi aşkar etdiyi pozuntuların məhz maraqlı şəxs tərəfindən törədildiyini nə müəyyən etmiş, nə də ki, qeyd etmişdir. Hamılıqla qəbul edilən bir haldır ki, X13 Yığıncağının çağırılması və keçirilməsi ilə bağlı tədbirlər buna səlahiyyəti olan şəxslər tərəfindən həyata keçirilir. Bu məsələlərdə pozuntulara yol verən də məhz insan fərdidir (üzv, səlahiyyətsiz şəxs, səlahiyyətli olan, lakin prosedura riayət etməyən şəxs və sair). Hər bir halda, xx.xx.2022-ci il tarixli ümumi yığıncağın protokoluna əsasən məzh maraqlı şəxs İdarə heyətinin sədri seçilmişdir. Bu səbəbdən iddiaçılar həmin yığıncağın protokolunun qanunsuzluğunu mübahisələndirməklə, eyni zamanda, onun bu vəzifəyə seçilməsinin leqitimliyini də mübahisələndirirlər. Lakin maraqlı şəxs Ümumi Yığıncağın çağırılması və keçirilməsi ilə bağlı şəxsən özü tərəfindən hər hansı pozuntuya yol verilmədiyini bildirsə də, 28-ci bənddə göstərilən hallara (iddiaçılar bu pozuntuları onunla əlaqələndirirlər, yəni onun tərəfindən törədildiyini və ya onun iştirak etdiyini iddia edirlər) aydınlıq gətirə bilmir, onları təkzib edən nəinki sübut, ümumiyyətlə hər hansı fikir söyləyə bilmir. Hər bir halda, qeyd edilən pozuntular hər hansı şəxsin hərəkət və ya hərəkətsizliyinin nəticəsidir. Lakin maraqlı şəxs bu barədə də hər hansı məlumat verə bilmir.

33. Bundan başqa iddiaçıların iddiası xx.xx.2022-ci il tarixdə hər hansı Ümumi Yığıncağın keçirilmədiyini, sənədləşmənin formal aparıldığını sübut etmək məqsədini daşıyır və onların hər hansı biri tərəfindən Birliyin sədri vəzifəsini ələ keçirmək kimi qiymətləndirilə bilməz.

34. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, hazırki iddiadan əvvəl iddiaçılar, habelə iddiaçı qismində təsisçi Şahid1 qeyd edilən protokolun ləğv edilməsi tələbini məhz maraqlı şəxsə qarşı irəli sürmüşdülər. Lakin hər iki iddia düzgün olmayan cavabdehə qarşı irəli sürülməsi əsası ilə müvafiq olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5663/2022 saylı, xx.xx.2022-ci il və 2(011)-5845/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bu səbəbdən hazırki mübahisə ilə həmin mübahisələr eyni mahiyyətli hesab edilə bilməz.

35. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq birinci instansiya məhkməsinin gəldiyi nəticə və mövqeyi ilə razılaşaraq hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi maraqlı şəxsin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Maraqlı şəxs Şahid5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1430/2024 nömrəli qətnaməsi maraqlı şəxs Şahid5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar