Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5888/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(009)-2800/2021 saylı qərardadından cavabdehin şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(009)- 2800/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən maddi ziyana görə 25.000 manat və mənəvi ziyana görə 500.000 manat pulun alınaraq ona verilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməmişdir. İddiaçı qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti xx.xx.2022-ci il tarixli qərardadla şikayətə prosessual müddətin bərpasına dair ərizə əlavə edilmədiyindən və şikayət kağız daşıyıcılarında məhkəməyə təqdim edildiyindən geri qaytarılmışdır. İddiaçı tərəfindən qətnamədən xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistem vasitəsi ilə elektron qaydada apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətinə prosessual müddətin bərpasına dair ərizə əlavə edilmişdir. Ərizə onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli qətnamənin surəti həmin tarixdə nümayəndəsi tərəfindən alınmışdır. Nümayəndəsi xx.xx.2021-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti yazıb Qobustan rayon poçt şöbəsinə vermiş, lakin poçt daşımanın günahı ucbatından apelyasiya şikayəti məhkəmə icraatın vaxtında daxil olmamışdır. May ayında verilən apellyasiya şikayəti müddət keçdiyindən geri qaytarılmışdır. O, elektron qaydada məhkəməyə apellyasiya şikayəti təqdim etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(009)-2800/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(009)-2800/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda cavabdeh həmin qərardaddan şikayət vermiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən qətnamədən apelyasiya şikayətinin verilməsinə dair niyyətini və iradə ifadəsinin olmasını, Poçt daşımalarının günahı ucbatından Poçt şöbəsinə təqdim edilmiş şikayətin məhkəməyə vaxtında göndərilməməsini, may ayında daxil olan şikayətin elektron qaydada verilmədiyindən geri qaytarılmasını, qaytarılan apellyasiya şikayətini təkrar qanunvericiliyin tələblərinə uyğun məhkəməyə ünvanlanmasını nəzərə alaraq buraxılmış proessesual müddət üzrlü hesab edilməli və bərpa edilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassızdır. Kollegiya qeyd edir ki, iddiaçının hərəkəti prosessual hüquqlardan sui-istifadəyə yox, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(009)-2800/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5888/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5888/2022
16.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver