Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5906/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4894/2024 saylı, 02 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1017/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310- cu maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə həmin məcəllənin 46.2-ci maddəsi tətbiq etməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə həmin məcəllənin 46.2-ci maddəsi tətbiq etməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş 20.000 (iyirmi min) ABŞ dolları məbləğində maddi və 2000 (iki min) manat məbləğində mənəvi zərərin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində gecikdirilmiş vaxt üçün illik beş faiz 2500 ABŞ dolları məbləğində pulun, 198 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiada göstərilir ki, həm istintaq orqanı həmdə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh özünü Prezident Administrasiyasında rabitə şöbəsinin rəisi vəzifəsində işləməsi adı ilə ondan müxtəlif vaxtlarda torpaq alacagına söz verərək ümümilikdə 20.000 ABŞ dolları məbləğində pulunu etibarından sui-istifadə edib ələ kecirtmişdir. Bu hal yəni etibarından sui-istifadə edib əldə etdiyi 20.000 ABŞ dollarını dələduzluq edərək əldə etməsi şahid ifadələri və istintaq dövrü öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən bu günədək iddiaçıya heç bir ödəniş edilməmişdir və istintaq dövründə təsdiqini tapan 20.000 ABŞ dolları hələ də ödənilməmiş qalır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4894/2024 saylı, 02 avqust 2024cü il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbini qismən təmin edilərək Cavabdeh 20.000 (iyirmi min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi; iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 198 (yüz doxsan səkkiz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi; 320 (üç yüz iyirmi) manat vəkil xərcinin əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçının tələbi bir neçə hissədən ibarətdir. Məhkəmə iddia tələbinin iddiaçıya dəymiş 20.000 (iyirmi min) ABŞ dolları məbləğində maddi zərərin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1017/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cavabdeh qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdə qeyd edilir ki, təqsirləndirilən şəxs Cavabdeh 2008-ci iln noyabr ayının sonlarından müxtəlif vaxtlarda hər dəfə 5000 ABŞ dolları olmaqla, ümüumilikdə 10000 ABŞ dolları, 2009-cu ilin yanvar ayından avqust ayına kimi olan müddətdə müxtəlif vaxtlarda 7500 ABŞ dolları, 2009-cu ilin sentyabr ayında 2500 ABŞ dolları olmaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə ******* manat pulu şəxsən özü və oğlu Fərid Talıbov vasitəsilə alaraq özlərinin şəxsi ehtiyaclarına xərcləməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı rüşvət verməyə təhrik etmiş və özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi və İddiaçı buna inanması nəticəsində sonuncunun əmlak hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Hazırki iş üzrə cavabdeh cinayət işi üzrə zərərçəkmiş kimi deyil, şahid qismində dindirlimişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci tarixli Qərarında qeyd edirlir ki, Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli Qərarında dəyişdirilmişdir. Belə ki, Qərarın 36-cı bəndində göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (Cinayət Məcəlləsinin 178ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, qeyd olunan bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi Cinayət Məcəlləsinin 29, 312-ci maddələri ilə tövsif edilir, onların zərərçəkmiş qismində tanınması istisna olunur, Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə, həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. ... dələduzluqla yanaşı rüşvət verməyə təhrik etmə cinayətini törətməkdə ittiham olunması və bununla əlaqədar əmlakından məhrum olunmuş şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində tanınmaması halıdır ki, bu xüsusiyyət (şəxsin zərərçəkmiş qismində tanınmaması) Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini (ziyanın ödənilməsini və zərərçəkmişlə barışığın əldə olunmasını) qeyri-mümkün etməklə, təqsirləndirilənin barəsində dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə institutunun tətbiq edilməsinin də qarşısını alır. Bununla əlaqədar qeyd olunmalıdır ki, rüşvət vermə və rüşvət alma kimi cinayətlərin törədilməsi zamanı, bir qayda olaraq, zərərçəkmiş şəxs olmur, ona görə ki, hər iki cinayət bir birilə sıx bağlı əməllərdir və eyni obyektə qəsd edirlər (dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarının, kommersiya və ya qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1017/2019 saylı xx.xx.2019-cu il tarixli Hökmünə əsasən Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı əmlak hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Həmin iş üzrə iddiaçınını zərər çəkmiş şəxs qismində tanınması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci tarixli Qərarında qeyd edilən mövqeyinə əsasən mümkün deil, lakin bu hal iddiaçının hazırki tələbi irəli sürmək hüququnun mövcud olmasına xələl gətirmir. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1017/2019 saylı xx.xx.2019-cu il tarixli Hökmü ilə müəyyə olunmuş hallara əsasən, hazırki mübahisəyə AR MPM-nin 82.4-cü maddəsi tətbiq edilməli və hökmlə sübuta yetirilmiş hallar, bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələləri hazırki mülki işə üzrə məcburi qaydada nəzərə alınmalıdır. (§10) Belə ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə iddia tələbinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində gecikdirilmiş vaxt üçün illik beş faiz 2500 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin bu hissəsinin hüquqi əsası kimi Mülki Məcəllənin 445.7ci maddəsinə istinad edir. Həmin normaya görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin tərəflər arasında müqavilə münasibətləri mövcud olmamış, cavabdeh aldığı pulu geri qaytarmağı vəd etməmiş, ona verlmiş pulun qarşılığında hər hansı əşya verməyi, qanuni xidmət göstərməyi vəd etməmişdir. Məhkəmə iddia tələbinin digər hissəsi olan iddiaçıya dəymiş 2000 (iki min) manat məbləğində mənəvi zərərin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır, təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hansı iztirab, sarsıntı, stress keçirməsi müəyyən edilmədiyindən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir. Məhkəmə cavabdeh tərəfin mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair dəlilini əsassız sayır. Belə ki, hazırkı tələb üzrə zərərvurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.1-ci maddəsinin tələblərinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Göründüyü kimi sonuncu məhkəmə qərarının qəbul edildiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən (§10) 4 ilə yaxın müddət keçdiyindən və ümumi iddia müddəti on il təşkil etdiyindən iddia müddətinin ötürülməsinə dair cavabdehin iddiaya etirazının dəlili öz təsdiqini tapmır. Mülki iş materiallarına əlavə edilmiş qəbzə əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən Presedent Vəkil bürosuna 320 manat ödəniş edilmişdir. Odur ki, iddia tələbi vəkil xərcinin cavabdehdən tutulması hissəsində təmin edilməli və vəkil xərcinə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, Cavabdeh 2008-2009-cu illərdə 16, 129, 50 manat pulu aldığı andan artıq həmin pulu qaytarmaq öhdəliyini daşıyırdı. Qeyd edilənlərə rəğmən işə baxan hakim Mülki Məcəllənin tələblərini ciddi şəkildə pozaraq, qanunsuz və əsassız, formal yanaşaraq iddia edilmiş 20.000 ABŞ dolları məbləğində pulun iddiaçıya ödənilməsini qət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 1(101)-135/2019 saylı hökmünün V səhifəsinin İ abzasından aşkar və aydın şəkildə məlum olur ki, müvafiq cinayət işi üzrə şahid İddiaçı ifadə verərək, “2012-ci ildə atası Qulu Hüseynov yol-nəqliyyat hadisəsi törətdiyindən Bakıya qayıtmışdır. Atası hələ həbs olunmamışdan əvvəl Müsənniflə söhbət edərkən şəraitsizliyə görə onu evləndirə bilmədiyini demiş, bu zaman Müsənnif mən Amidi tanıyıram, qızım Aydanı Amidə verirəm. Torpaq məsələsi də həllini tapacaq, əgər məsələ geciksə, Masazırda olan evimi də qızıma verəcəyəm, orada yaşayarlar.” bildirmişdir. Buna müvafiq olaraq, İddiaçı ifadəsindən bəlli olur ki, hələ 2012-ci ildə atası həbs olunmazdan öncə, atası ilə Cavabdeh torpaq məsələsi barədə söhbət etmişdir. Yəni, baxmayaraq ki, 2008-2009-cu illərdə həmin pul Cavabdeh verilib, icra müddəti müəyyənləşdirilməsə də belə, artıq 2012-ci ildə birgə söhbət zamanı torpaq məsələsinin həllinin gecikməsi Qulu Hüseynov və İddiaçı bəlli olmuşdur. Yəni artıq, 2012ci ildən öncə Qulu Hüseynov və İddiaçı hüquqlarının pozulduğu məlum olmuş, onlar bunu bilmişlər, bildikləri təqdirdə hüquq müdafiə vasitələrindən istifadə etməyərək, tələblə məhkəməyə müraciət etməmişlər. Habelə, cinayət təqibi üzrə icraat aparılarkən belə, mülki iddia ilə çıxış edilməmişdir. Hökmdən bəlli olduğu kimi, İddiaçı hələ atası 2012-ci ildə həbs olunmazdan öncə aralarında digər söhbətlərlə yanaşı 2008-2009-cu illərdə verdiyi pulla bağlı da söhbət getmişdir. Göründüyü kimi artıq həmin ərəfədən Amidə hüquqlarının pozulduğu məlum olmuş və ümumi söhbət əsnasında verdikləri pulla bağlı Cavabdeh üzərinə düşəni etmədiyi Qulu Hüseynov və İddiaçı artıq məlum olmuşdur. Yəni 2008, 2009-cu ildən 2012-ci ilədək Cavabdeh tərəfindən alınmış pulun qarşılığında hər hansı işlərin görülmədiyi Cavabdehla söhbət zamanı artıq iddiaçıya məlum idi. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 1(101)-135/2019 saylı hökmünün İV səhifəsində şahid İddiaçı ifadəsindən görünür ki, o, özünün həmin cinayət işi üzrə məhkəmə icraatı zamanı etiraf etdiyi kimi iddia etdiyi 20.000 ABŞ dolları məbləğində pulu yaşadıqları binanın arxa tərəfində olan boş torpaq sahəsini alıb orada ev tikmək üçün torpağın alınması və müvafiq sənədləşmə işlərinin aparılması üçün Cavabdeh və onun oğluna vermişdir. Göründüyü kimi, Cavabdehla İddiaçı arasında şifahi olaraq tapşırıq müqaviləsi bağlanmışdır. Şifahi müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyindən Cavabdeh niyyətinə müvafiq olaraq, onun əməlinə hökmlə hüquqi qiymət verilmişdir. Göründüyü kimi, hər iki halda, iddiaçının tələbi üzrə iddia müddəti bitmişdir.Müvafiq etirazla məhkəməyə müraciət edilsə də, əsassız sayılmışdır. İddiaçı tərəfindən iddia tələbi üzrə 198 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, fərqli məbləğdə dövlət rüsumu ödənilməli idi (211.71 AZN)
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
14. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
16. Əvvəla, mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
17. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşır, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından təmin edildiyi hissədə iddia haqlı sayılır.
18. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
19. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
20. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
21. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1017/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü ilə cavabdehin dələduzluq cinayət törədərək özünü vəzifəli şəxs kimi təqdim edərək iddiaçıdan müxtəlif vaxtlarda torpaq alacagına söz verərək ümümilikdə 20000(iyirmi min) ABŞ dollarını etibarından sui-istifadə edib ələ kecirməsi müəyyən edilmişdir. Demək ki, məhkəmənin qanuni qüvvəyə minmiş həmin hökmü hazırkı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və cavabdehin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu hadisənin baş verdiyini cavabdeh tərəf də mübahisələndirmir. Mübahisələndirdiyi hal iddia müddətinin ötürüməsi ilə bağlıdır və dəlillərini şikayətində göstərib.
22. Cavabdeh tərəf şikayətində göstərir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 1(101)-135/2019 saylı hökmünün V səhifəsinin İ abzasından aşkar və aydın şəkildə məlum olur ki, müvafiq cinayət işi üzrə şahid İddiaçı ifadə verərək, “2012-ci ildə atası Qulu Hüseynov yol-nəqliyyat hadisəsi törətdiyindən Bakıya qayıtmışdır. Atası hələ həbs olunmamışdan əvvəl Müsənniflə söhbət edərkən şəraitsizliyə görə onu evləndirə bilmədiyini demiş, bu zaman Müsənnif mən Amidi tanıyıram, qızım Aydanı Amidə verirəm. Torpaq məsələsi də həllini tapacaq, əgər məsələ geciksə, Masazırda olan evimi də qızıma verəcəyəm, orada yaşayarlar.” bildirmişdir. Buna müvafiq olaraq, İddiaçı ifadəsindən bəlli olur ki, hələ 2012-ci ildə atası həbs olunmazdan öncə, atası ilə Cavabdeh torpaq məsələsi barədə söhbət etmişdir. Yəni, baxmayaraq ki, 2008-2009-cu illərdə həmin pul Cavabdeh verilib, icra müddəti müəyyənləşdirilməsə də belə, artıq 2012-ci ildə birgə söhbət zamanı torpaq məsələsinin həllinin gecikməsi Qulu Hüseynov və İddiaçı bəlli olmuşdur. Yəni artıq, 2012-ci ildən öncə Qulu Hüseynov və İddiaçı hüquqlarının pozulduğu məlum olmuş, onlar bunu bilmişlər, bildikləri təqdirdə hüquq müdafiə vasitələrindən istifadə etməyərək, tələblə məhkəməyə müraciət etməmişlər, habelə, cinayət təqibi üzrə icraat aparılarkən belə, mülki iddia ilə çıxış edilməmişdir.
23. Ancaq cavabdeh tərəf iddiaçının həmin hökmdə olan ifadəsinin davamını şikayətində ya unudur, ya da bilərəkdən göstərmir. Belə ki, iddiaçı cinayət işində ifadəsini davam etdirərək göstərib ki, atası azadlıqdan məhrum edildikdən sonra o, yenidən İstanbula qayıdıb orada təhsil almaqla yanaşı, işləməyə başlamışdır. 2017-ci ilin avqust ayında atasının azadlığa buraxılacağını Elçin ona əminliklə bildirdiyinə görə Müsənnifin qızı Aydanla toy etmək məqsədi ilə Bakıya qayıtmışdır. Bakıda olarkən Elçinlə söhbət zamanı məlum olmuşdur ki, Aydan başqa şəxslə evlənmiş , Müsənnif isə dələduzluğa görə həbs olunmuşdur. 2017-ci ilin oktyabr-noyabr ayında Müsənnif həbsdən çıxsa da heç bir şey dəyişməmiş, Elçin isə ümumiyyətlə onun telefon zənglərinə cavab verməmiş. Müsənniflə görüşərkən yanvar ayının sonuna kimi torpağın sənədini düzəldəcəyini bildirsə də, sözlərinə əməl etmədiyindən şikayət vermişdir. Hətta Müsənnif arvadı Tofiqə ilə birlikdə onlara gəlib Müsənnifdən və Elçindən şikayət etməməyi onlardan xahiş etmişdir. 24.Göründüyü kimi iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır(MM.m.371.1). İddiaçının hüquqlarının pozulduğunun 2012-ci ildə ona məlum olması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. 2012-ci ildə torpaq məsələsinin gecikməsinin iddiaçıya bəlli olması həqiqi olsa belə, bu hal iddiaçının hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu gün kimi qəbul edilə bilməz. Çünki iddiaçı 2017-ci ilədək, yəni cavabdehin qızı ilə evlənmək istədiyi anadək cavabdehə olan inamını və güvənini itirməmişdir. Başqa sözlə, aralarında yaranmış münasibətlərin xarakterinə görə iddiaçı 2017-ci ilin avqust ayına kimi hüquqlarının pozulduğunu bilməyib və ya bilməli də deyildi. Eyni zamanda, cavabdeh üzərinə götürdüyü “öhdəliyi” kokret hansı tarixdə yerinə yetirəcəyini də bəyan etməmişdir. Ona görə də hazırkı tələb üzrə iddia müddətinin axımının ən geci 2012-ci ildən başlandığı dəlili hər hansı bir mötəbər sübutla təsdiq olunmadığından keçərli və qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdə irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4894/2024 saylı, 02 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4894/2024 saylı, 02 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.