Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5911/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-167/2023 xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ünvan 1 ünvanında qeydiyyatsız və sənədsiz yaşayan cavabdehin əsas yoldan onların evlərinə ayrılan dalana qanunsuz quraşdırdığı darvazanın sökülməsinə, evə vurduğu maddi zərərin ödənilməsinə və ya bərpa edilməsinə, iddiaçılara gedən dalan yolda bütün maneələrin aradan qaldırılmasına, ödənilmiş 101 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-167/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim - Səadət Səlimova) ilə iddia ərizəsi təmin edilməmişdir.
3. Həmin qətnamədən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, İddiaçı1 tərəfindən ərizə verərək qarşı tərəflə barışdığını, mübahisəni həll etdiklərini, buna görə də apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh tərəfindən ərizə verilərək həqiqətən də mübahisəni həll etdiklərini qeyd edərək iddiaçının apellyasiya şikayətindən imtina barədə ərizəsinin qəbul edilməsini, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir.
5. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə kollegiyası İddiaçı1 apellyasiya şikayətindən imtinaya dair ərizəsini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, onun Binəqədi Rayon Məhkəməsinin 2(001)-167/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
7. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində yazılı formada ondan imtina edə bilər.
8. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur.
10. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı1 Binəqədi Rayon Məhkəməsinin 2(001)-167/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina qəbul edilməli və onun şikayətinə münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
11. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
12. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
13. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Binəqədi Rayon Məhkəməsinin 2(001)-167/2023 xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı1 apellyasiya şikayətindən imtinası qəbul edilsin və onun şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov