Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5914/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Namazova Azada Vəkil qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(006)-2339/2024 saylı qətnaməsindən cavabdeh Namazova Azada Vəkil qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh Namazova Azada Vəkil qızı İddiaçı qızıl-zinət əşyaları almış, iddiaçı qarşısında həmin qızıl-zinət əşyalarının dəyərini hər ay 300 manat olmaqla hissə-hissə ödəmək öhdəliyi götürmüşdür. Lakin öhdəliyini vaxtında icra etməmişdir. İddiaçı cavabdehdən nisyə alğı-satqı müqaviləsi üzrə borcunun ödəməsini tələb etdikdə isə, cavabdeh iddiaçı onu narahat etməsin deyə DİN-in 102 xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ 7-ci PB-də araşdırma aparılmış, tərəflər həmin PB-yə dəvət edilərək izahatları alınmışdır. Cavabdeh etiraf etmişdir ki, iddiaçıdan dəyərini hissə-hissə ödəmək şərti ilə qızıl-zinət əşyaları almış, lakin dəyərini iddiaçıya ödəməmişdir. 2.Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Namazova Azada Vəkil qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.063 manat məbləğində borc və ödənilmiş 62,63 manat dövlət rüsumu olmaqla, cəmi 4.125,63 manat pul vəsaitinin cavabdeh Namazova Azada Vəkil qızından (Azada Namazovadan, xx.xx.1988-ci il təvəllüdlü, Gürcüstan Respublikası Marneuli rayonunda doğulmuş, həmin Respublikanın vətəndaşı) onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin aprel ayında cavabdeh Namazova Azada ondan 4.663 manat dəyərində qızıl-zinət əşyaları almışdır. Qərara gəlmişlər ki, cavabdeh həmin pulu 1 il ərzində əlinə düşdükcə hər ay 300 manat olmaqla hissə-hissə ödəyəcək. Cavabdeh Namazova Azada 3 ay ərzində heç bir ödəniş etmədiyi üçün 2023-cü ilin iyul ayının əvvəlində onlara gedərək ödəniş etməsini xahiş etmişdir. Lakin cavabdeh pulunu ödəmək əvəzinə Azərbaycan Respublikası DİN-in “102” Xidmət Mərkəzinə zəng edərək ondan şikayət etmiş və guya şər-böhtan atıb hədə-qorxu ilə pul tələb etməsini bildirmişdir. Bakı şəhəri Binəqədi RPİ 7-ci Polis Bölməsində araşdırma aparılmış və cavabdehin ondan etdiyi şikayətin əsassız olduğu müəyyən edilmişdir. 02 iyul 2023-cü il tarixdə 7-ci Polis Bölməsində aparılan araşdırma zamanı cavabdeh Namazova Azadadan izahat alınmış və sonuncu öz xətti ilə iltizam yazaraq bildirmişdir ki, 2023-cü ilin aprel ayında ondan 4.663 manat dəyərində qızıl-zinət əşyaları almışdır, qərara gəlmişlər ki, həmin pulu 1 il ərzində əlinə düşdükcə hər ay 300 manat olmaqla hissə-hissə qaytaracaq, söz verir ki, hər ayın axırında 300 manat ödəyəcəkdir. Bundan sonra cavabdeh ona iki dəfə hər ay 300 manat olmaqla, cəmi 600 manat ödəmişdir. Lakin hazırda 4.063 manat məbləğində qalan hissəni isə ödəməkdən imtina etmişdir. Bu məbləğdə pul vəsaitinin uzun müddətdən bəri cavabdeh tərəfindən ona ödənilməməsi nəticəsində maliyyə vəziyyəti xeyli pisləşmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, dövlət büdcəsinə 62,63 manat dövlət rüsumu ödəmişdir. Hesab edir ki, cavabdeh Namazova Azada əsas borc və ödədiyi dövlət rüsumu olmaqla, ona ümumilikdə 4.125,63 manat pul vəsaiti ödəməlidir. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 11 iyul 2024-cü il tarixli, 2(006)-2339/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Musayeva Vüsalə) iddia tələbi təmin edilərək, cavabdeh Namazova Azada Vəkil qızından 4.063 (dörd min altmış üç) manat borc və ödənilmiş 62,63 (altmış iki manat altmış üç qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 4125,63 (dörd min yüz iyirmi beş manat altmış üç qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. 6.İş materiallarına əlavə edilmiş diskdəki foto və video-çəkilişlərdən, səs yazılarından və Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış və onun öz imzası ilə təsdiq edilmiş qəbzdən görünür ki, o-Cavabdeh 2023-cü ilin aprel ayı ərəfələrində İddiaçı 4663 manat dəyərində qızıl zinət əşyaları almışdır. Tərəflər öz aralarında razılığa gəlmişlər ki, 1 il ərzində Cavabdeh həmin pulu hər ay 300 manat olmaqla hissə-hissə ödəyəcək. 7.xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı 64 manat məbləğində dövlət rüsumu ödəmişdir. 8.Məhkəmənin Cavabdeh müraciəti əsasında toplanmış materiallarla bağlı Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə verilmiş sorğusuna cavab olaraq bildirilmişdir ki, Cavabdeh DİN-in 102 xidmətinə müraciət edərək, pul borclu olduğu Aysel adlı şəxsin onun evinə gələrək münaqişə yaratması və təhqir etməsi barədə məlumat verilmiş, lakin, müraciətdə cinayət və inzibati xəta tərkibi olmadığına görə, Cavabdeh belə hallar baş verdiyi zaman məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. 9.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh Namazova Azada Vəkil qızı İddiaçı satmaq üçün qızıl-zinət əşyaları almış, iddiaçı qarşısında həmin qızıl-zinət əşyalarının dəyərini hər ay 300 manat olmaqla hissə-hissə ödəmək öhdəliyi götürmüşdür. Lakin öhdəliyini vaxtında icra etməmişdir. İddiaçı cavabdehdən borcunu ödəməsini tələb etdikdə isə, iddiaçı onu narahat etməsin deyə DİN-in 102 xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ 7-ci PB-də araşdırma aparılmış, tərəflər həmin PB-yə dəvət edilərək izahatları alınmışdır. Cavabdeh etiraf etmişdir ki, iddiaçıdan dəyərini hissə-hissə ödəmək şərti ilə qızıl-zinət əşyaları almış, lakin dəyərini iddiaçıya ödəməmişdir, buna görə də iddiaçıya 4.663 manat borcu yaranmışdır. Cavabdeh sadə yazılı formada iltizam yazaraq, həmin borcu hər ay 300 manat olmaqla, hissə-hissə ödəyəcəyinə vəd vermişdir. Bundan sonra, cavabdeh tərəfindən 2 ay, hər ay 300 manat olmaqla ödəniş edilmiş, lakin yenə ödənişləri etməkdən yayınmışdır. Beləliklə, cavabdehin iddiaçıya ödənilməmiş 4.063 manat məbləğində borcu qalmışdır. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir. Bu səbəbdən, məhkəmə iddianı əsaslı hesab etmişdir. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 10.1, 10.2, 11.1, 11.2, 16.1, 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 740.1, 1091.2, 1092.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 11.Qətnamədən cavabdeh Namazova Azada Vəkil qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə nə özü, nə vəkili iştirak etmişdir. Onun heç kimə borcu yoxdur. Polisdə ona təzyiq olub, belə ki, başının üstündə durub ona zorla izahat yazdırıblar. İddiaçı və polis tərəfindən o qədər təzyiqə məruz qaldı ki, həyəcandan nə yazdığını belə bilmədi. Hesab edir ki, ona qarşı haqsız və ədalətsiz davranmışlar. Qeyd edir ki, qətnaməni rəsmi şəkildə xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Ona görə də hesab edir ki, iddia rədd olunmalı idi. Cavabdeh heç kəsdən borc götürməmişdir. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Aralarında heç bir yazılı müqavilə yoxdur. Məhkəmə təqdim etdiyi sübutlara əhəmiyyət verməmişdir. Bildirir ki, səs yazılarının onun tərəfindən aparılması da qeyri-müəyyəndir. Belə ki, deyilənlər təzyiq altında baş vermişdir. İddiaçı belə bir oyun qurmaq üçün əvvəlcədən hazırlanmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, o, qızılları cavabdehə nisyə olaraq satmış, cavabdeh həmin qızılların dəyərini ona hissəhissə ödəməli idi. Onların arasında borc və ya başqa müqavilə münasibəti olmayıb. O, qızılların pulunu istəməyə gedəndə, cavabdeh onu polisə vermişdir. Polisdə məsələ araşdırılmış, cavabdeh ona borcu olduğunu etiraf etmişdir. 15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh Namazova Azada Vəkil qızı məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 16.Maddə6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 17.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 18.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 19.Maddə 600.1.Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 20.Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 21.Maddə 601.1.Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 22.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 23.Maddə 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 24.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 25.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 27.Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 29.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir. 31.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, cavabdeh Namazova Azada Vəkil qızı İddiaçı qızılzinət əşyalarını nisyə olaraq almış, iddiaçı qarşısında həmin qızıl-zinət əşyalarının dəyərini hər ay 300 manat olmaqla hissə-hissə ödəmək öhdəliyi götürmüşdür. Lakin öhdəliyini vaxtında icra etməmişdir. İddiaçı cavabdehdən borcunu ödəməsini tələb etdikdə isə, cavabdeh iddiaçı onu narahat etməsin deyə DİN-in 102 xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ 7-ci PB-də araşdırma aparılmış, tərəflər həmin PB-yə dəvət edilərək izahatları alınmışdır. Cavabdeh etiraf etmişdir ki, iddiaçıdan dəyərini hissə-hissə ödəmək şərti ilə qızıl-zinət əşyaları almış, lakin dəyərini iddiaçıya ödəməmişdir, buna görə də iddiaçıya 4.663 manat borcu yaranmışdır. Cavabdeh sadə yazılı formada iltizam yazaraq, həmin borcu hər ay 300 manat olmaqla, hissə-hissə ödəyəcəyinə vəd vermişdir. Bundan sonra, cavabdeh tərəfindən 2 ay, hər ay 300 manat olmaqla ödəniş edilmiş, lakin yenə ödənişləri etməkdən yayınmışdır. 32.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. 35.Kollegiya hesab edir ki, hazırki halda tədqiq olunmuş sübutlar əsasında işi müəyyən olunan faktiki halları, iddia tələbinin hüquqi əsasının (nisyə alğı-satqı) dispozisiya şərtləri ilə uzlaşmaqdadır. 36.Kollegiya qeyd edir ki, nisyə alğı-satqı müqaviləsinin forması ilə bağlı qanunvericilikdə imperativ normanın olmaması nəzərə alınmaqla, tərəflər arasında şifahi formada bağlanmış qızıl-zinət əşyalarının nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. 37.Kollegiya hesab edir ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal (qızıl-zinət) alsada, həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını, yəni icra edilməmiş öhdəliklərin icra edilməsini və ödənilməmiş qalan malın dəyərini tələb etməkdə haqlıdır. 38.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin hərəkəti öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilməli və iddiaçı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə haqlı olmaqla, ödənilməmiş vəsait cavabdehdən tutulmalıdır. 39.Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin edərkən əsasssız varlanma, borc münasibətləri və analogiya ilə bağlı normalara istinad etməklə maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən, bununla da qətnamə maddi hüquq normalarının düzgün tətbiq olunmaması ilə qəbul olunduğundan ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. 40.Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi təmin edilməli, nisyə alğı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş 4.063 (dörd min altmış üç) manat malın dəyəri Namazova Azada Vəkil qızından İddiaçı xeyrinə tutulmalıdır. 41.Həmçinin iddia tələbi təmin edildiyindən prosessual qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 62,63 (altmış iki manat altmış üç qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 42.Kollegiya qeyd edir ki, muqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (coxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya gorə deyil, həm də ağlabatan muhakimə əsasında muəyyənləşdirilməlidir.(MM-nin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) 43.Əqdlərin etibarsız sayılması üçün əsaslar MM-nin 337-349-cu maddələrində təsbit edilmişdir. 44.MM-nin 337.1, 337.2 və 337.4-cğ maddələrinin ümumi məzmununa gorə bu Məcəllə ilə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mubahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mubahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 45.MM-nin 404.1-ci maddəsinə əsasən muqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə muqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, butovlukdə muqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə muqayisəsini nəzərə alır. 46.MM-nin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cumlədən muqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı munasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 47.İşin tədqiq olunan faktiki hallarından gürünür ki, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinin etibarsızlığına səbəb ola biləcək hər hansı hal mövcud olmamışdır. 48.Məhkəmə kollegiyası apellyatorun ona polis bölməsində təzyiq edilərək izahat yazdırılması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, bu barədə hər hansı bir mötəbər sübut, ən azından qeyd olunan qanunsuz əməlin mövcudluğu ilə bağlı hər hansı bir dövlət orqanına şikayətin mövcudluğunu təsdiq edən sənəd (şikayət) təqdim olunmamışdır. 49.Kollegiya apellyatorun onun və ya vəkilinin iştirakı olmadan işə baxılması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, mülki iş materiallarında olan “SMS xəbərdarlıq AZEMİS vasitəsi ilə göndərilən Bilidiriş”ə əsasən o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuşdur. 50.Belə ki, MPM-nin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMSin işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 51.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh Namazova Azada Vəkil qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(006)-2339/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməli, cavabdeh Namazova Azada Vəkil qızından 4.063 (dörd min altmış üç) manat ödənilməmiş malın dəyəri və ödənilmiş 62,63 (altmış iki manat altmış üç qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 4125,63 (dörd min yüz iyirmi beş manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. 52.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Namazova Azada Vəkil qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(006)-2339/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Namazova Azada Vəkil qızından 4.063 (dörd min altmış üç) manat ödənilməmiş malın dəyəri və ödənilmiş 62,63 (altmış iki manat altmış üç qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 4125,63 (dörd min yüz iyirmi beş manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5914/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5914/2024
06.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver