Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5918/2025 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X4 qarşı "pulun tutulması" tələbinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı İddiaçı tərəfindən cavabdeh cavabdeh2 hesabına pullar köçürülmüşdür, lakin cavabdeh bunun qarşılığında heç bir öhdəlik icra etməmiş və ya iddiaçıya əmlak verməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11850 manat məbləğində borcun, 320 manat vəkilə ödənilən xidmət haqqının və 126 manat dövlət rüsumun birgə qaydada cavabdehlər cavabdeh2 və X4 tutulması və borcun X4 ünvan 1 ünvanıda yerləşən ** saylı mənzilə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə cavabdehlərin qardaşı X3 ilə tanış olmuş, ona torpaq almaq istədiyini bildirmişdir. X3 iddiaçıya qardaşlarının, yəni cavabdehlərin torpaq satdığını bildirmiş, onların telefon nömrələrini iddiaçıya vermişdir. İddiaçı cavabdehlərlə telefon vasitəsi ilə əlaqə saxlamış və 6 ha torpaq sahəsi istədiyini bildirmişdir, cavabdehlər isə hər 1 ha üçün 19 500 manat pul vəsaiti istəmişlər. Tərəflər ##.##.2024-cü il tarixdə 6 ha torpaq sahəsinin 117 000 manata satılacağı barədə şifahi razılığa gəlmişlər. Daha sonra cavabdeh cavabdeh2 Almaniyadan gəlməsi üçün iddiaçıdan ilkin olaraq 500 manat beh istəmişdir və iddiaçı bu məbləği cavabdehin kartına göndərmişdir. İddiaçıya torpaqla bağlı bütün sənədlərin qaydasında olduğu deyilsə də, sonradan torpağın atalarının adına olmasını, ataları rəhmətə getdiyi üçün alqı-satqı üçün torpağın analarının adına keçirmək lazım olduğunu bildirmişlər. ##.##.2024-cü il tarixdə iddiaçı və cavabdeh cavabdeh2 torpağın olduğu Şüvəlan qəsəbəsində görüşmüş və birlikdə “ASAN xidmət” getmişlər, orada da torpağın atanın adına olduğu üçün ananın adına keçirilməli, bundan sonra alqısatqının mümkün olacağını bildirdilər. Sənədləşmə işlərindən sonra torpaq sahəsi cavabdehlərin atalarının adından analarının adına keçirilmiş, bu müddətdə iddiaçıdan dəfələrlə 500, 1000, 1500, və 2000 manat istəmişlər. İddiaçı isə ümumilikdə 11 350 manat vəsaiti beh olaraq cavabdeh cavabdeh2 vermişdir, lakin cavabdehlər onu alqı-satqı olacağı vədi ilə aldadıb, alqı-satqını həyata keçirməmişdilər. Daha sonra tərəflər yenidən alqı-satqı üçün “ASAN xidmət” getmişlər, bu dəfə isə cavabdehin məhkəməyə verildiyi üçün alqı-satqı mümkün olmamışdır. Alqı-satqı baş tutmadığı üçün iddiaçı cavabdehdən ödədiyi 11 850 manat pul vəsaitini geri istəmişdir, cavabdeh pulları qaytaracağını bildirsə də, bu günədək heç bir ödəniş etməmişdir. İddiaçı tərəfdən cavabdehlərin daşınar və daşınmaz əmlakları barədə məlumat əldə edilməsi məqsədi ilə müvafiq qurumlara müraciət edilmiş, nəticədə cavabdeh cavabdeh2 mülkiyyətində **-NH-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” və **-DP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E300” minik markalı avtomobil, X4 mülkiyyətində isə **-UB-*** dövlət qeydiyyat nişanlı “Mercedes E2” minik markalı avtomobil və ünvan 1 ünvanında yerləşən ** saylı mənzil vardır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2 İddiaçı xeyrinə 11 800 manat pul vəsaiti və ödənilmiş 126 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir (hakim X1).
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, iş materiallarına əlavə edilmiş flash kartda olan iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 telefon danışığında cavabdeh iddiaçıya “borcun 10 000 manatını ayın 25-i gəlib götürməsini, qalan hissəsi olan 1800 manatı isə Almaniyaya gedəndən sonra ordan göndərəcəyini” bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh cavabdeh2 11 800 manat borcu etiraf etmişdir və 11 800 manat pul vəsaiti cavabdeh cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı İddiaçı 320 manat vəkilə ödənilən xidmət haqqının cavabdehlərdən tutulması tələbi bununla bağlı heç bir sübut təqdim edilmədiyindən təmin olunmamalıdır. İş materiallarında olan ********** nömrəli, ##.##.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 126 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 126 manat məbləğində mediasiya xərci cavabdeh cavabdeh2 tutulmalıdır.
6. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e*-(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilərək, ondan iddiaçı İddiaçı xeyrinə 6950 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı İddiaçı ilə torpaq sahəsinin alqı-satqısı barədə razılığa gəlmiş və iddiaçı tərəfindən müxtəlif vaxtlarda ona 1200,300, 450, 1000, 1000, 500, 1000 və sonuncu dəfə 1500 manat olmaqla, cəmi 6950 manat pul verilmişdir. Sonradan iddiaçı cavabdehə verdiyi pulları geri qaytarmağı tələb etmiş, cavabdeh isə ona yaxın zamanda həmin məbləği qaytaracağımı bildirmişdir. Buna baxmayaraq, iddiaçı cavabdehdən 11.800 manat məbləğində pul tələb edir. Məhkəmə isə qeyd olunan xüsusatları araşdırmadan iddianı tam təmin etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
11. Cavabdeh cavabdeh2 vəkili və nümayəndəsi vəkil4 elektron kabineti vasitəsilə vəsatət ünvanlayaraq, üzrlü səbəblərdən məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
e) Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Cavabdeh tərəfindən qətnamə iddianın qismən, yəni 6950 manat həcmində təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
18. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Bu baxımdan iddia tələbinə uyğun olaraq iddiaçı İddiaçı 11800 manat məbləğində pulun cavabdehə verilməsini və cavabdehin hazırda iddiaçıya 11800 manat borcunun qalmasını sübut etməli idi.
20. İşin faktiki hallarına əsasən iddiaçı İddiaçı tərəfindən cavabdeh cavabdeh2 hesabına pullar köçürülmüşdür, lakin cavabdeh bunun qarşılığında heç bir öhdəlik icra etməmiş və ya iddiaçıya əmlak verməmişdir. İş materiallarına əlavə edilmiş flash kartda olan iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 telefon danışığında cavabdeh iddiaçıya “borcun 10 000 manatını ayın 25-i gəlib götürməsini, qalan hissəsi olan 1800 manatı isə Almaniyaya gedəndən sonra ordan göndərəcəyini” bildirmişdir.
21. Məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində sübut kimi qiymətləndirilmiş flash kartda olan səs yazısına düzəlişlər edildiyini və cavabdehə məxsus olmadığını, bu səbəbdən iddiaçı tərəfindən təqdim olunan səs yazısının cavabdehə məxsus olub-olmamasını müəyyənləşdirmək üçün məhkəməfonoskopik ekspertizası keçirilməsini xahiş etsə də, ekspertiza tədqiqatının aparılması üçün zəruri olan cavabdeh cavabdeh2 məxsus eksperimental səs və nitq nümunələri ekspertə təqdim edilmədiyindən məhkəmə fonoskopik ekspertizasının aparılması mümkün olmamışdır. Nəticədə, ekspert rəyində də göstərildiyi kimi, səs yazılarındakı danışığın məzmunu müəyyən edilsə də, cavabdehin səs nümunələri təqdim olunmadığından həmin səslərin cavabdeh cavabdeh2 məxsus olub-olmadığını qəti şəkildə müəyyən etmək mümkün olmamışdır.
22. Mülki Prossesual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində işitrak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və.s) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən, tərəf sübutları özündə saxlayaraq məhkəmənin tələbinə baxmayaraq təqdim etmədikdə, məhkəmə digər tərəfin istinad etdiyi halları müəyyən olunmuş hesab edə bilər.
24. Kollegiya hesab edir ki, cavabdeh cavabdeh2 məhkəmə-fonoskopik ekspertizasının keçirilməsi üçün zəruri olan səs və nitq nümunələrini təqdim etməkdən qəsdən yayınması, sübutetmə prosesinə maneə yaratmaq kimi qiymətləndirilməlidir və bu hal, MPM-in 106.2-ci maddəsinin tətbiqinə əsas verir.
25. Cavabdehin isə ekspertiza prosesindən yayınması və sübutların yoxlanılmasına mane olması nəzərə alınmaqla, iddiaçının istinad etdiyi hallar MPM-in 106.2-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş hesab edilməlidir. Belə ki, işin hallarına görə, cavabdehin iştirakı olmadan səs yazılarının ona məxsusluğunu müəyyən etmək mümkün olmadığından, onun bu hərəkətləri həmin sübutun yoxlanılmasının qarşısını almışdır və bu hal cavabdehin öz xeyrinə istifadə oluna bilməz. İş materiallarında olan səs yazılarının məzmunundan görünür ki, danışıqlarda konkret məbləğlərlə bağlı ifadələr yer almışdır.
26. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh hər hansı hüquqi əsas olmadan əldə etdiyi 11800 manat məbləğində pulu müvafiq olaraq iddiaçı İddiaçı qaytarmalıdır.
27. Kollegiya qeyd edir ki, iş üzrə təqdim olunmuş sübutların məcmu qiymətləndirilməsi nəticəsində cavabdeh cavabdeh2 iddiaçıya məxsus pul vəsaitini əldə etməsi müəyyən olunur. Eyni zamanda, cavabdeh tərəfindən həmin vəsaitin geri qaytarılması və onun iddiaçıya 6950 manat məbləğində borclu olmasına dair dəlilinin hər hansı etibarlı hüquqi əsasa söykəndiyi barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e*-(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.