Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5922/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddiası üzrə cavabdeh İddiaçı1, həm onun, həm də ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddiası üzrə cavabdehlər İddiaçı3 və İddiaçı2, habelə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X38 nümayəndələri (vəkilləri) X6, iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X38, ilkin iddia və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiaları üzrə cavabdeh, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh MMC-nin nümayəndələri (vəkilləri) X12 və X7, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X10 nümayəndəsi və vəkili X16, apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməklə Cavabdeh MMC-nə və İddiaçı1 qarşı iddia vermiş X17 və onun nümayəndəsi (vəkili) Vəkil2, apellyasiya baxışı zamanı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində prosesə cəlb edilmiş Abdullayeva Gülçöhrə Hacıağa qızının nümayəndəsi Nümayəndə, X18, X28, X29, X19 və X22, X18, X29 və X22 vəkilləri X13 iştirakları ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və X38 Cavabdeh MMC-yə qarşı “yaşayış və qeyriyaşayış sahələrinin təhvil verilməsi” barədə ilkin, Cavabdeh MMC-nin İddiaçı1, İddiaçı2, İddiaçı3 və X46 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” barədə qarşılıqlı, mübahisə predmeti barəsində tələblər irəli sürən üçüncü şəxs X10 Cavabdeh MMC-yə və İddiaçı1 qarşı "müqavilənin etibarsız hesab edilməsi, maneələrin aradan qaldırılması və mənzillərin təhvil verilməsi” barədə müstəqil, mübahisə predmeti barəsində tələblər irəli sürən üçüncü şəxs X11 İddiaçı3, İddiaçı2 və Cavabdeh MMC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” barədə müstəqil iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X14 və X4 nümayəndələri, habelə işdə iştirak etməyə cəlb olunmamış, lakin qətnamənin maraqlarına toxunduğunu irəli sürən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə, həmçinin apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməklə Cavabdeh MMC-nə və İddiaçı1 qarşı iddia vermiş X17 “müqavilənin etibarsız hesab olunması və mənzilin təhvil verilməsi” barədə iddia ərizəsinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binalarının 2-ci blokunun 2-ci mərtəbəsində 461,34 kv.m, 3-cü blokunun 1-ci mərtəbəsində 384,44 kv.m. qeyri-yaşayış sahəsinin, A blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99,6 kv.m. olan 62 saylı iki otaqlı və ümumi sahəsi 100,2 kv.m. olan 144 saylı iki otaqlı yaşayış sahəsinin, B blokunun 17 mərtəbəsində yerləşən ümumi sahəsi 150.9 kv.m. olan 112 saylı 3 otaqlı yaşayış sahəsinin İddiaçı2; B blokunun 17-ci mərtəbəsində 186,9 kv.m. sahəsi olan 111 saylı dörd otaqlı yaşayış sahəsinin, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m. olan 35 saylı 3 otaqlı yaşayış sahəsinin, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68,7 kv.m. olan 109 saylı 1 otaqlı yaşayış sahəsinin, A blokunun 1ci girişinin 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,0 kv.m. olan 63 saylı iki otaqlı yaşayış sahəsinin, B blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m. olan 28 saylı 3 otaqlı yaşayış sahəsinin İddiaçı3; A və B blokunda 14-cü mərtəbədə 1464 kv.m. yaşayış sahəsinin, A və B blokunda 3-cü mərtəbədə yerləşən 1464,46 kv.m. yaşayış sahəsinin İddiaçı1 təhvil verilməsi vəzifəsinin MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbləri belə əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı2 (sifarişçi) arasında bağlanmış “xxxx” xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən MMC, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binalarının 2-ci blokunun 2-ci mərtəbəsində 461,34 kv.m., 3-cü blokunun 1-ci mərtəbəsində 384,44 kv.m. qeyri-yaşayış sahəsini “sifarişçi”yə verməyi, “sifarişçi” isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüş, İddiaçı2 tərəfindən müqavilə imzalanan gün 3 383 120 manat tam olaraq ödənilmiş, bu fakt xx.xx.2014-cü il tarixli xxxx ilə də təsdiq edilmişdir. MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MMC, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binalarının A blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99,6 kv.m. olan 62 saylı iki otaqlı yaşayış sahəsini "sifarişçi”yə verməyi, “sifarişçi” isə sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı2 müqavilə imzalanan gün 99 600 manat məbləğində pulu tam ödəmiş, həmin mənzilə görə borcunun olmaması barədə ona maliyyə arayışı verilmişdir. İddiaçı2 ilə MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MMC, binaların A blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100,2 kv.m. olan 144 saylı iki otaqlı yaşayış sahəsini “sifarişçi”yə verməyi, “sifarişçi” isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüş, İddiaçı2 müqavilə imzalanan gün 100 200 manat məbləğində pulu tam ödəmiş, həmin mənzilə görə borcunun olmaması barədə ona maliyyə arayışı verilmişdir. İddiaçı2 ilə MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən binaların B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150.9 kv.m. olan 112 saylı üç otaqlı yaşayış sahəsini “sifarişçi”yə verməyi, “sifarişçi” isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüş, İddiaçı2 müqavilə imzalanan gün 150 900 manat məbləğində pulu tam ödəmiş, həmin mənzilə görə borcunun olmaması barədə ona maliyyə arayışı verilmişdir. Lakin İddiaçı2 dəyərini tam ödədiyi göstərilən mənzillər və qeyri-yaşayış sahələri ona verilməmişdir. MMC ilə İddiaçı3 (sifarişçi) arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MMC, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binaların B blokunun 17-ci mərtəbəsində 186.9 kv.m. sahəsi olan 111 saylı dörd otaqlı yaşayış sahəsini “sifarişçi”yə verməyi, “sifarişçi” isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüş, həmin müqaviləyə əsasən İddiaçı3 müqavilə imzalanan gün 186 900 manat məbləğində pulu tam ödəmiş, həmin mənzil üçün borcunun olmaması barədə ona maliyyə arayışı verilmişdir. İddiaçı3 ilə MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MMC, binaların B blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m. olan 35 saylı üç otaqlı yaşayış sahəsini “sifarişçi”yə verməyi, “sifarişçi” isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüş, həmin müqaviləyə əsasən İddiaçı3 müqavilə imzalanan gün 150 900 manat məbləğində pulu tam ödəmiş, borcunun olmaması barədə ona maliyyə arayışı verilmişdir. İddiaçı3 ilə MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MMC, binaların B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68,7 kv.m. olan 109 saylı 1 otaqlı yaşayış sahəsini “sifarişçi”yə verməyi, “sifarişçi” isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüş, İddiaçı3 müqavilə imzalanan gün 68 700 manat məbləğində pulu tam ödəmiş, borcunun olmaması barədə ona maliyyə arayışı verilmişdir. İddiaçı3 ilə MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MMC, binaların A blokunun 1-ci girişinin 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97.0 kv.m olan 63 saylı iki otaqlı yaşayış sahəsini “sifarişçi”yə verməyi, “sifarişçi” isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüş, həmin müqaviləyə əsasən İddiaçı3 müqavilə imzalanan gün 97 000 manat məbləğində pulu tam ödəmiş, borcunun olmaması barədə ona maliyyə arayışı verilmişdir. İddiaçı3 ilə MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MMC, binaların B blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m olan 28 saylı üç otaqlı yaşayış sahəsini “sifarişçi”yə verməyi, “sifarişçi” isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüş, həmin müqaviləyə əsasən İddiaçı3 müqavilə imzalanan gün 150 900 manat məbləğində pulu tam ödəmiş, borcunun olmaması barədə ona maliyyə arayışı verilmişdir. MMC ilə İddiaçı1 (sifarişçi) arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən MMC, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binaların A və B blokunda 14-cü mərtəbədə 1464 kv.m. yaşayış sahəsini "sifarişçi”yə verməyi, “sifarişçi” isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüş, həmin müqaviləyə əsasən İddiaçı1 müqavilə imzalanan gün 1 464 460 manat məbləğində pulu tam ödəmiş, MMC-nin direktoru tərəfindən imzalanmış və möhürlənmiş xx.xx.2015-ci il tarixli xxxxdə İddiaçı1 1 464 460 manatı ödədiyi təsdiq edilmişdir. MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən MMC, binaların A və B blokunda 3-cü mərtəbədə yerləşən 1464,46 kv.m. yaşayış sahəsini “sifarişçi”yə verməyi, “sifarişçi” isə sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüş, İddiaçı1 müqavilə imzalanan gün 1 464 460 manat məbləğində pulu tam ödəmiş, MMC-nin direktoru tərəfindən imzalanmış və möhürlənmiş xx.xx.2015-ci il tarixli xxxxdə İddiaçı1 1 464 460 manatı ödədiyi təsdiq edilmişdir. MMC yuxarıda göstərilən müqavilələr üzrə təhvil verməli olduğu əmlakları iddiaçılara verməkdən imtina etmiş, Faiz Qasımov tərəfindən MMC-yə göndərilmiş məktuba “sizin müqavilə Cavabdeh MMC tərəfindən rəsmi şəkildə qeydə alınmamışdır” kimi əsassız cavab verilmişdir. Cavabdeh MMC isə İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, xx xxxxx 2015-ci il tarixdə MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu ilə İddiaçı1 arasında bağlanmış “Mənzil-Tikintisi haqqında” müqavilələrə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binalarının A və B blokunun 3-cü mərtəbəsində 1464,46 kv.m sahənin, o cümlədən A və B blokunun 14-cü mərtəbəsindəə 1464,46 kv.m yaşayış sahəsinin, xx xxxx 2018-ci il tarixdə MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu ilə İddiaçı3 arasında bağlanmış “xxxx Müqavilə”yə əsasən Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m olan 04 otaqlı 111 saylı mənzilin 186 900 manata, xx xxxx 2018-ci il tarixli 02/07 nömrəli “xxxx Müqavilə”yə əsasən A blokunun İ girişinin 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97 kv.m olan 2 otaqlı 63 saylı mənzilin 97 000 manata, xx xxxx 2018-ci il tarixli 06/07 nömrəli “xxxx Müqavilə”yə əsasən B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68,7 kv.m olan 1 otaqlı 109 saylı mənzilin 68 700 manata, xx xxxxxx 2018-ci il tarixli 01/11 nömrəli “xxxx Müqavilə”yə əsasən B blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 28 saylı mənzilin 150 900 manata, xx xxxxxx 2018-ci il tarixli 02/11 nömrəli "xxxx Müqavilə”yə əsasən B blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 35 saylı mənzilin 150 900 manata İddiaçı3 satılmasına, xx xxxxxx 2014-cü il tarixdə MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu ilə İddiaçı2 arasında bağlanmış “xxxx Müqavilə”yə əsasən həmin yaşayış binalarının 2-ci blokunun 2-ci mərtəbəsində 461,34 kv.m qeyri-yaşayış sahəsinin 1 845 360 manata, 3-cü blokunun 1-ci mərtəbəsində 384,44 kv.m qeyri-yaşayış sahəsinin 1 537 760 manata, xx xxxx 2018-ci il tarixli 03/07 nömrəli “xxxx Müqavilə”yə əsasən B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 35 saylı mənzilin 150 900 manata, xx xxxx 2018-ci il tarixli 04/07 nömrəli “xxxx Müqavilə”yə əsasən A blokunun İ girişinin 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99.6 kv.m olan, 2 otaqlı 62 saylı mənzilin 99 600 manata, xx xxxx 2018-ci il tarixli 05/07 nömrəli “xxxx Müqavilə”yə əsasən A blokunun İİ girişinin 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan 2 otaqlı 144 saylı mənzilin 100 200 manata İddiaçı2 satılmasına dair müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarışılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmiş Cavabdeh MMC-nin təsisçiləri 65% payla Hüseynov Möhlət Yolçu oğlu, 15 % paylaX25, 20 % payla X30r və MMC tərəfindən ünvan 2 ünvanında hündürmərtəbəli, çoxmənzilli yaşayış binası inşa olunur. Əliyev Valeh Mövsüm oğlu və İddiaçı1 arasında bağlanmış “xxxx” xx xxxxx 2015-ci il tarixli müqavilə, Əliyev Valeh Mövsüm oğlu və İddiaçı3 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 01/07 nömrəli, Əliyev Valeh Mövsüm oğlu ilə İddiaçı2 arasında bağlanmış xx xxxxxx 2014-ci il tarixli müqavilələr yalan əqddir və buna görə də etibarsız hesab olunmalıdır. Belə ki, adları çəkilən şəxslər həmin müqavilələri bağlayarkən MMC-dən hər hansı bir mənzil, yaxud qeyri-yaşayış sahəsi satın almaq məqsədi güdməmiş, eləcə də, həmin şəxslər tərəfindən MMC-nin xəzinəsinə satın almaq istədikləri daşınmaz əmlaklar qarşılığında heç bir pul məbləği ödənilməmişdir. Həmin müqavilələr forma etibarilə alqı-satqı müqaviləsi kimi görünsələr də, tərəflərin alqı-satqı müqavilələrinin mahiyyətindən irəli gəldiyi kimi əşyanı qarşı tərəfin mülkiyyətinə vermək və həmin əşya qarşılığında müəyyənləşdirilmiş pul məbləğini ödəmək niyyətləri olmamışdır. MMC-nin təsisçilərindən biri olan X47 ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında borc münasibətləri mövcuddur və Azad Nağıyev məhz bu borc münasibətlərini rəsmiləşdirmək və həmin şəxslərə öz borcunu ödəyəcəyinin təminatını göstərmək məqsədilə onlarla formal olaraq həmin müqavilələri bağlamışdır. İlkin iddiaçılar müqavilələri yalnız Azad Nağıyevə borc verilmiş pul məbləğinin qaytarılmasını təminat altına almaq üçün imzalamış, borcunu ödədiyi təqdirdə isə həmin müqavilələri ləğv etmək barədə razılaşmışlar. Müqavilələrin formal bağlandığını və tərəflərin əsl iradə ifadələrini nümayiş etdirmədiyini aşağıdakı hallar sübut edir:1) Müqavilələrdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri bu günədək MMC-nin xəzinəsinə mədaxil edilməmişdir. X67 və MMC-nin sabiq direktoru Valeh Əliyev tərəfindən ilkin iddiaçıların guya pulu tam şəkildə ödəməsi və heç bir maliyyə borclarının olmadığı barədə yalan maliyyə arayışları tərtib edilmiş olsa da, həmin ödənişlərə dair heç bir mədaxil qəbzinin olmaması əslində ödəniş edilmədiyini sübut edir. Qeyd olunan fakt həmçinin MMC-də keçirilmiş audit yoxlaması zamanı da öz təsdiqini tapmışdır. Aydındır ki, əgər ilkin iddiaçılar tərəfindən həqiqətən xəzinəyə ödəniş edilmiş olsaydı, bu halda bu qədər böyük məbləğdə olan ödənişi rəsmiləşdirmək üçün mədaxil qəbzi tərtib edilər, yaxud audit yoxlaması zamanı həqiqətən belə bir məbləğin xəzinəyə daxil olduğu aşkarlanardı. Lakin hazırki faktlar müqavilələrdə göstərilən pul məbləğlərinin MMC-yə heç vaxt daxil olmadığını göstərir. 2) Müqavilələrdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri həddindən artıq aşağı göstərilmişdir. Belə ki, müqavilələrdə mənzillərin hamısının 1 kv.m. üçün dəyəri 1000 (bir min) manat yazılmışdır, halbuki həmin mənzillərin 1 kv.m.-nin dəyəri əslində 2000-3000 manat arasındadır. Bundan əlavə, A və ya B blokunda, həmçinin neçənci mərtəbədə yerləşməsindən asılı olmayaraq, bütün mənzillərə görə eyni qiymətin müəyyənləşdirilməsi də müqavilələrin formalşərtlərlə bağlandığını və əhəmiyyətsiz olduğunu sübut edir. 3) MMC-nin təsisçiləri arasında Bakı şəhəri 9 saylı notariat kontorunda xx xxxxx 2018-ci il tarixdə bağlanmış müqavilənin 1-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 354 saylı sərəncamına uyğun olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9 mkr, Cənub Şərq hissəsində yerləşən yaşayış binasının tərkib hissəsi olan mənzillərin və qeyri yaşayış sahələrinin alqısatqısı həyata keçirilərkən təsisçilərin yazılı razılığı olmalıdır. Lakin mübahisələndirilən müqavilələrdə göstərilmiş mənzillərin satışı ilə bağlı digər təsisçilərdən heç bir razılıq alınmamış, direktor Əliyev Valeh Mövsüm oğlu və təsisçi X47 ilkin iddiaçılarla olan borc münasibətlərini pərdələmək üçün digər təsisçilərin iradələrindən kənar şəkildə yalan müqavilələr bağlamışlar. Göründüyü kimi, həmin müqavilələr tərəflərin iradə ifadələrinə uyğun olmayan, onların arasındakı əsl münasibətləri pərdələyən, formal xarakterli və yalan müqavilələrdir, tərəflərin borc münasibətləri çərçivəsində bağlandığına və alqı-satqı məqsədi güdmədiyinə görə alqı-satqı müqaviləsindən irəli gələn hüquqi nəticələrə səbəb ola bilməzlər. X58 da Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 saylı ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində 2872,02 kv.m qeyri-yaşayış sahələrinin ona təhvil verilməsi vəzifəsinin MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aləm Əkbərov iddia tələbini belə əsaslandırmışdır ki, MMC ilə arasında bağlanmış “xxxx” xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən MMC, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində 2872,02 kv.m qeyri yaşayış sahəsini ona verməyi, o isə bu sahəni qəbul edib şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüş, tərəfindən 2 872 020 manat məbləğində pul vəsaiti tam olaraq ödənilmiş, lakin MMC müqavilədə göstərilən qeyri-yaşayış sahələrini ona təhvil verməmişdir. xx.xx.2016-cı il tarixli Maliyyə arayışından görünür ki, tərəfindən qeyriyaşayış sahəsinin dəyəri tam ödənilmişdir. Cavabdeh MMC də X46 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, xx xxxx 2016-cı il tarixdə MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu və X58 arasında bağlanmış “xxxx” müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 2 872,02 kv.m olan qeyri-yaşayış sahəsinin X2 dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qarşılıqlı iddia ərizəsi MMC-nin İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı iddia tələbləri ilə eyni məzmunda əsaslandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə göstərilən iddia tələbləri üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. X3 Cavabdeh MMC-yə və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin ünvan 2 ünvanında inşa etdiyi 22 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m. olan 4 otaqdan ibarət 90 saylı, 14-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m. olan 3 otaqdan ibarət 91 saylı mənzillərlə bağlı müqavilə öhdəliyinin təmin olunması, mənzillərə dair sahiblik, istifadə və mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılmaqla mənzillərin ona təhvil verilməsi, həmin mənzillərə dair MMC və İddiaçı1 arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Rahim İskəndərov iddia tələbini belə əsaslandırmışdır ki, xx xxxxxxx 2018-ci il tarixdə qarşılıqlı razılaşma əsasında MMC-nin keçmiş direktoru Əliyev Vahid Mövsüm oğlu və MMC-nin təsisçisi X20 müqavilə əsasında MMC-nin ünvan 2 ünvanında inşa etdiyi 22 mərtəbəli yaşayış binasından 5 ədəd mənzilin, o cümlədən binanın 14-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı 90 saylı və sahəsi 150,9 kv.m olan 3 otaqlı 91 saylı mənzillərin müqavilədə göstərilən dəyərini nəğd şəkildə tam ödəməklə həm müqavilədə qeyd olunmaqla, həm də tam ödənişi təsdiq edən maliyyə arayışı verilməklə almış, müqavilələrə əsasən üzərinə düşən öhdəliyi tamamilə yerinə yetirərək mənzillərin dəyərini tam və nağd formada ödəmişdir. Mənzillərin dəyərinin ödənilməsini cəmiyyətin möhürü və səlahiyyətli şəxsinin imzası ilə təsdiq olunmuş maliyyə arayışları da təsdiq edir. MMC isə mənzilləri ona təhvil verməklə bağlı öhdəliklərini yerinə yetirmir. X32 da İddiaçı3, İddiaçı2 və Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC və İddiaçı3 arasında imzalanmış xx xxxx 2018-ci il tarixli, MMC və İddiaçı2 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli müqavilələrin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbinə Nazarova iddia tələbini belə əsaslandırmışdır ki, xx xxxx 2016-ci il tarixdə MMC ilə arasında “xxxx” müqavilələr imzalanmış, müqavilənin şərtlərinə əsasən MMC, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının A blokunun 8, 13, 17-ci mərtəbəsində yerləşən, sahəsi 99.6 kv.m. olan 2 otaqlı 26 saylı, sahəsi 97 kv.m. olan 2 otaqlı 27 saylı, sahəsi 97 kv.m olan 31 saylı 2 otaqlı, sahəsi 99,6 kv.m olan 2 otaqlı 34 saylı, sahəsi 149 kv.m olan 3 otaqlı 125 saylı mənzilləri ona təhvil verməyi, o isə müqavilə üzrə müəyyən edilmiş mənzillərin dəyərini vaxtında ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzillərin dəyərini MMC-yə ödəmiş və bu barədə ona xx.xx.2016-ci il tarixli 09/03 saylı maliyyə arayışı verilmişdir. Lakin sonradan MMC, yenidən qanunsuz olaraq xx.xx.2018-ci il tarixli müqavilə əsasında mənzilləri X39, xx.xx.2018-ci il tarixli müqavilə əsasında İddiaçı2 satmışdır. Birinci instansiya məhkəməsi (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi) tərəfindən X37 və X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmiş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə isə İddiaçı2 və İddiaçı3 ilkin iddia tələblərinin tam, İddiaçı1 ilkin iddiasının qismən təmin olunması, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binalarının 2-ci blokunun 2ci mərtəbəsində yerləşən ümumi sahəsi 461,34 kv.m, 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 384,44 kv.m. qeyri-yaşayış sahəsinin, A blokunun 1-ci girişinin 17ci mərtəbəsində yerləşən ümumi sahəsi 99,6 kv.m. olan 62 saylı iki otaqlı yaşayış sahəsinin, A blokunun 2-ci girişinin 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100,2 kv.m. olan 144 saylı iki otaqlı yaşayış sahəsinin, B blokunun 17 mərtəbəsində yerləşən ümumi sahəsi 150.9 kv.m. olan 112 saylı 3 otaqlı yaşayış sahəsinin İddiaçı2 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binalarının B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 111 saylı dörd otaqlı yaşayış sahəsinin, B blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m. olan 35 saylı 3 otaqlı yaşayış sahəsinin, B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68,7 kv.m. olan 109 saylı 1 otaqlı yaşayış sahəsinin, A blokunun 1ci girişinin 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,0 kv.m. olan 63 saylı iki otaqlı yaşayış sahəsinin, B blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m. olan 28 saylı 3 otaqlı yaşayış sahəsinin İddiaçı3 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin, yaşayış binalarının A və B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 1464 kv.m. olan yaşayış sahəsinin 1126,20 kv.m hissəsinin (B blokunun 14-cü mərtəbəsində yerləşən 90 saylı və 91 saylı yaşayış sahələrinin ümumi sahəsini təşkil edən 337,80 kv.m. istisna olmaqla), A və B blokunun 3-cü mərtəbəsində yerləşən 1464,46 kv.m. olan yaşayış sahəsinin İddiaçı1 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, İddiaçı1 iddia tələbinin qalan hissədə rədd olunması, X38 iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2872,02 kv.m. olan qeyriyaşayış sahəsinin X46 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMCyə həvalə edilməsi, Cavabdeh MMC-nin İddiaçı1, İddiaçı2, İddiaçı3 və X46 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X10 iddiasının qismən təmin edilməsi, İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli “xxxx müqavilə”nin qismən, yəni ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən 90 və 91 saylı yaşayış sahələrinin ümumi sahəsini təşkil edən 337,80 kv.m. yaşayış sahəsinin İddiaçı1 təhvil verilməsi hissəsində etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 90 saylı 4 otaqlı və ümumi sahəsi 150,9 kv.m. olan 91 saylı 3 otaqlı yaşayış sahələrinin X21 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, X10 iddiasının qalan hissədə rədd olunması, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 İddiaçı3, İddiaçı2 və Cavabdeh MMC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi, İddiaçı1, İddiaçı3, İddiaçı2, X58 və Cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumlarının onların özlərinə aid edilməsi, iddia qaldırılarkən ödənilməli olan, lakin ödənilməmiş 10 (on) manat dövlət rüsumunun X8 tutularaq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi (direktoru) apellyasiya şikayəti verərək onun ləğv edilməsi və ilkin və müstəqil tələblərin rədd, qarşılıqlı iddianın təmin olunması barədə; müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X14 və X4 nümayəndələri şikayət verərək onun İddiaçı1 və X10 iddia tələblərinin təmin, Cavabdeh MMC-nin qarşılıqlı iddia tələblərinin rədd olunması hissələrində ləğv edilməsi, İddiaçı1 və Rahim İskəndərovun iddia tələblərinin rədd, Cavabdeh MMC-nin qarşılıqlı iddia tələblərinin təmin olunması barədə; işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğunu irəli sürən Maraqlı şəxs şikayət verərək onun qismən - ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 90 saylı 4 otaqlı və ümumi sahəsi 150,9 kv.m. olan 91 saylı 3 otaqlı yaşayış sahələrinin X21 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi hissəsində - ləğv olunmasını və X10 iddia tələblərinin həmin hissədə də təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh MMC-nin apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmadığı, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, müəyyən olunmuş hesab edilən halların sübuta yetirilmədiyi, qanunun səhv təfsir olunduğu, məhkəmənin, müəyyən olunmuş hesab etdiyi hala görə İddiaçı1la bağlanan müqavilə ləğv edilməli olduğu halda, onu etibarsız hesab etməklə ziddiyyətli nəticəyə gəldiyi, sübutlara düzgün qiymət vermədiyi arqumentləri irəli sürülmüşdür. X14 və X4 apellyasiya şikayətləri belə əsaslandırılmışdır ki, X37 xx.xx.2015-ci il tarixdə "Cavabdeh” MMC ilə “xxxx” müqavilələr bağlamış, müqavilə şərtlərinə əsasən MMC, ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının A blokunun 3-cü mərtəbəsində yerləşən, sahəsi 60,7 kv.m olan 5 saylı, sahəsi 99,6 kv.m. olan 6 saylı, sahəsi 97 kv.m olan 7 saylı, sahəsi 149 kv.m olan 8 saylı, sahəsi 149 kv.m olan 85 saylı mənzili, B blokunun 3-cü mərtəbəsində yerləşən sahəsi 78,4 kv.m olan 8 saylı, şahəsi 186,9 kv.m. olan 13 saylı, sahəsi 150,9 kv.m olan 14 saylı mənzili ona təhvil verməyi, o isə hər iki müqavilə üzrə müəyyən edilmiş mənzillərin dəyərini vaxtında ödəməyi öhdəliyinə götürmüş, mənzillərin dəyəri tərəfindən tam şəkildə ödənilmişdir. X15 isə xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh MMC ilə “xxxx Müqavilələr” bağlamış, müqavilə şərtlərinə əsasən MMC, ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binanasının A blokunun 14-ci mərtəbəsində yerləşən sahəsi 149 kv.m olan 52 saylı, sahəsi 149 kv.m. olan 129 saylı, sahəsi 61,6 kv.m olan 130 saylı, sahəsi 121,7 kv.m olan 131 saylı, sahəsi 100,2 kv.m olan 132 saylı mənzili, B blokunun 14-ci mərtəbəsində yerləşən sahəsi 78,4 kv.m olan 85 saylı, sahəsi 186,9 kv.m. olan 90 saylı, sahəsi 150,9 kv.m olan 91 saylı mənzili ona təhvil verməyi, o isə müqavilə üzrə müəyyən edilmiş mənzillərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüş, mənzillərin dəyəri tərəfindən tam şəkildə ödənilmişdir. xx xxxxx 2016cı il tarixdə X15 yenidən Cavabdeh MMC ilə “xxxx Müqavilə” bağlamış, müqavilə şərtlərinə əsasən ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının A-l, 2-ci blokunun 14-ci və 17-ci mərtəbəsində yerləşən sahəsi 149 kv.m olan 64 saylı, sahəsi 61,6 kv.m. olan 130 saylı, sahəsi 121,7 kv.m olan 131 saylı mənzili ona təhvil verməyi, o isə müqavilə üzrə müəyyən edilmiş mənzillərin dəyərini vaxtında ödəməyi öhdəliyinə götürmüş, mənzillərin dəyəri tərəfindən tam şəkildə ödənilmişdir. Sonradan onlara məlum olmuşdur ki, MMC ilə bağladıqları xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli müqavilələr üzrə onların mülkiyyətində olan mənzillər, yenidən qanunsuz olaraq xx xxxxx 2015-ci il tarixli müqavilələr əsasında MMC tərəfindən İddiaçı1 satılmışdır. Onlarla MMC arasında müqavilələr tarix baxımından daha əvvəl bağlanmış və həqiqətdə bu əmlakların dəyəri tərəflərindən ödənilmişdir və buna görə də İddiaçı1 ilə MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilələr etibarsız hesab olunmalı, İddiaçı1 və Rahim İskəndərovun iddia tələbləri rədd edilməli idi. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmiş, ekspertiza keçirmədən onların müqavilələrinin saxta olduğunu vurğulayaraq təqsirsizlik prezumsiyasını pozmuş, onları saxta sübut təqdim etməkdə ittiham etmişdir. Maraqlı şəxs apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Rahim İskəndərov hələ xx.xx.2019-cu il tarixdə Binəqədi Rayon Məhkəməsində Cavabdeh MMC-nə qarşı iddia qaldıraraq ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasındakı bir sıra mənzillərin, o cümlədən B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 90 saylı 4 otaqlı və ümumi sahəsi 150,9 kv.m. olan 91 saylı 3 otaqlı yaşayış sahələrinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin mənzillər onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli müqavilələr əsasında ona satılmış mənzillər olduğundan sözügedən işə üçüncü şəxs qismində qoşularaq MMC və Rahim İskəndərov arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələrin etibarsız hesab olunmasını istəmiş, sonradan Rahim İskəndərovun hazırkı işdə baxılan iddianı qaldırdığı və məhkəmənin də müvafiq qətnamə çıxardığını öyrənmişdir. Halbuki, həmin mənzillərlə əlaqədar onunla tarix etibarilə daha əvvəl müqavilə bağlanmışdır və Rahim İskəndərovla mübahisəsi digər hakimin icraatında olan işdə araşdırılmaqdadır. Şikayət verdiyi qətnaməni çıxarmış hakim isə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadan, Rahim İskəndərovun istinad etdiyi müqavilələri onları imzalamaq səlahiyyəti olmayan X67in imzaladığını nəzərə almadan, adı çəkilən şəxsin, həmçinin MMC-nin direktoru Valeh Əliyevin izahatlarına, eləcə də digər sübutlara düzgün qiymət vermədən ona məxsus mənzillərin Rahim İskəndərova verilməsinə qərar vermişdir. Apellyasiya baxışı zamanı İddiaçı1 ona təhvil verilməsini tələb etdiyi sahələrdə yerləşən mənzillərdən bəziləri ilə əlaqədar müxtəlif şəxslərlə Cavabdeh MMC arasında müqavilələr bağlandığı müəyyən edildiyindən həmin şəxslər - X40, X41, X42, Abdullayeva Gülçöhrə Hacıağa qızı, X50, X51, X43 və X48 – müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində prosesə cəlb olunmuş, sonradan onlardan biri – Arif Məmmədov – müstəqil tələb irəli sürən üçüncü şəxs kimi cəlb olunmasını istəyərək Cavabdeh MMC-nə və İddiaçı1 qarşı “müqavilənin etibarsız hesab olunması və mənzilin təhvil verilməsi” barədə iddia ərizəsi təqdim etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən Cavabdeh MMC-nin nümayəndələri (vəkilləri) X33 və X23 təmsil etdikləri hüquqi şəxsin apellyasiya şikayətini müdafiə edərək izahatlarında göstərmişlər ki, ilkin iddiaçılarla bağlanan müqavilələrin hazırda həbsdə saxlanılan "Cavabdeh” MMC-nin təsisçisi X24 onlara olan borcunun təminatı qismində bağlandığını ibtidai istintaq zamanı Azad Nağıyev öz izahatında təsdiq etmiş, İddiaçı1 Cavabdeh MMC-nin digər təsisçisi olan Hüseynov Möhlət Yolçu oğlu və digər şəxslərin iştirakı ilə keçirilmiş görüş zamanı da onunla MMC arasında müqavilələrin X24 ona olan borcunun əvəzi olaraq bağlandığını etiraf etməklə pulun qaytarılacağı təqdirdə müqavilələrin ləğv edilməsinə razı olduğunu bildirmişdir. İlkin iddiaçıların təhvil verilməsini tələb etdikləri yaşayış və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələrdə göstərilən məbləğlər də MMC-nin xəzinəsinə mədaxil edilməmiş, bu fakt keçirilmiş audit yoxlaması zamanı öz təsdiqini tapmışdır. Ötən dövr ərzində ünvan 4 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasından MMC tərəfindən həqiqətdə cəmi 37 müqavilə imzalanmış, bununla bağlı xx.xx.2019-cu il tarixdə cəmiyyətin sabiq direktoru Valeh Əliyev, hazırkı direktoru, baş mühasibi və bir sıra digər əməkdaşları tərəfindən akt tərtib edilərək imzalanmış və müqavilə bağlayan şəxslərin siyahısı tərtib olunaraq həmin akta əlavə edilmişdir. Həmin siyahıda da İddiaçı1, İddiaçı3, İddiaçı2, X38 və X10 adları yoxdur. Bundan əlavə, həmin ünvanda yerləşən yaşayış binasının tikintisinə icazə verilməsi haqqında Sərəncam Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2016-cı il tarixdə verilməsinə baxmayaraq, ilkin iddiaçıların müqavilələrindən bəziləri həmin tarixdən əvvəl imzalanmışdır. Başqa sözlə, müqavilələr hələ tikintiyə icazə verilməmiş, hətta tikinti başlanmadan və tikinti aparılmalı olan yerdə başqa qeyri-yaşayış sahəsinin olmasına məhəl qoyulmayaraq bağlanmışdır. Həmçinin, müqavilələrdə mənzillərin 1 kv.m-i üçün göstərilən dəyəri də reallığa uyğun deyildir, belə ki, mənzillərin dəyəri reallıqda 1 kv.m. üçün 2000-3000 manat civarında olmasına baxmayaraq, müqavilələrdə 1 kv.m. sahənin dəyərinin 1000 manat olduğu göstərilmişdir. Digər tərəfdən Cavabdeh MMC-nin təsisçiləri Hüseynov Möhlət Yolçu oğlu, X25 və X47 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən onlar razılaşmışlar ki, yaşayış və qeyri-yaşayış sahələrinin alğı-satqısı təsisçilərin yazılı razılığı əsasında həyata keçiriləcəkdir. X9 bu müqavilənin şərtlərinə əməl etməmiş və digər təsisçilərin yazılı razılığı olmadan iddiaçılara hazırda mübahisə predmetini təşkil edən yaşayış və qeyri-yaşayış sahələrini satmışdır. Belə ki, iddiaçıların tələb etdikləri yaşayış və qeyri-yaşayış sahələrinə dair müqavilələrin bir hissəsi bu tarixdən sonra imzalanmışdır. Bütün bunlar iddiaçılarla Cavabdeh MMC arasında bağlanmış müqavilələrin yalan əqd olduğunu göstərir və etibarsız hesab edilməsinə əsas yaradır. Cavabdeh MMC X32, X37 və X15 tərəfindən təqdim edilmiş müqavilələri də qəbul etmir, çünkü həqiqətdə belə müqavilələr bağlanmamış, həmin müqavilələrdə göstərilən məbləğlər cəmiyyətin xəzinəsinə mədaxil edilməmişdir. Apellyasiya baxışı zamanı prosesə cəlb edilmiş Abdullayeva Gülçöhrə Hacıağa qızının, X28, X29, X19 və X22 müqavilələrini isə qəbul edirlər; belə ki, bu şəxslər həqiqətən də MMC ilə müqavilələr bağlamış, mənzillərin dəyərini ödəmiş və ödəməyə davam edirlər. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 və X58, həmçinin həm onların, həm də İddiaçı3 və İddiaçı2 nümayəndələri (vəkilləri) X26, habelə X10 nümayəndəsi (vəkili) X44 apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək və özlərinin iddia ərizələrinin məzmunlarına uyğun izahatlar verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, bununla belə İddiaçı1, ona satılmış sahələrin təxminən 1000 m2 hissəsinin sonradan özünün razılığı ilə digər şəxslərə satıldığını qeyd edərək həmin şəxslərin aldıqları mənzillərə dair tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən Arif Məmmədov iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh MMC-nin ünvan 2 ünvanında inşa etdiyi binanın 5-ci, 6-cı, 12-ci və 14-cü mərtəbələrində yerləşən 4 ədəd mənzil almış, bununla əlaqədar MMC ilə arasında müqavilələr bağlanmış, mənzillərin dəyərini tam şəkildə ödəmiş və ona maliyyə arayışı verilmişdir. Hazırkı məhkəmə prosesi ilə bağlı məlumat aldıqdan sonra öyrənmişdir ki, MMC-dən satın alıb dəyərini ödədiyi A blokunun İ girişinin 14-cü mərtəbəsindəki 3 otaqlı 47 saylı, ölçüsü 149 m2 olan mənzillə bağlı İddiaçı1la da müqavilə bağlanmış, həmin mənzil guya ona satılmışdır. Halbuki, MMC sözügedən mənzilin qanuni sahibi kimi məhz onu tanıyır və mənzilin dəyərinin onun tərəfindən ödənildiyini qəbul edir. Buna görə də hesab edir ki, İddiaçı1 iddia tələbi Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında inşa edilən binanın 14-cü mərtəbəsində yerləşən 3 otaqlı 47 saylı, ölçüsü 149 m2 olan mənzillə bağlı hissədə təmin olunmamalı, İddiaçı1 müqaviləsi həmin hissədə etibarsız hesab edilməli, mənzilin ona təhvil (istifadə və sahibliyinə) verilməsi barədə qətnamə çıxarılmalıdır. Arif Məmmədovun məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 da bənzər məzmunda izahat verərək təmsil etdiyi şəxsin iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X41 izahatında bildirmişdir ki, xx xxxx 2018-ci il tarixdə Cavabdeh MMC-nin ünvan 2 ünvanında inşa etdiyi binanın B blokunun 14-cü mərtəbəsində yerləşən 85 saylı 2 otaqlı, ölçüsü 78,4 m2 olan mənzili almış, bununla əlaqədar MMC ilə arasında müqavilə bağlanmış, mənzilin dəyərini tam şəkildə ödəmiş və ona maliyyə arayışı verilmişdir. Hazırkı məhkəmə prosesi ilə bağlı məlumat aldıqdan sonra öyrənmişdir ki, MMC-dən satın alıb dəyərini ödədiyi mənzillə əlaqədar İddiaçı1la da müqavilə bağlanmış, həmin mənzil guya ona satılmışdır. Hesab edir ki, İddiaçı1 iddia tələbi həmin mənzillə bağlı hissədə təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən X48 izahatında bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh MMC-nin ünvan 2 ünvanında inşa etdiyi binanın A blokunun İİ girişinin 3-cü mərtəbəsində yerləşən 86 saylı 1 otaqlı, ölçüsü 61,6 m2 olan mənzili almış, bununla əlaqədar MMC ilə arasında müqavilə bağlanmış, mənzilin dəyərinin böyük hissəsini ödəmiş və hazırda aylıq ödənişlərə davam edir. Hazırkı məhkəmə prosesi ilə bağlı məlumat aldıqdan sonra öyrənmişdir ki, MMC-dən satın alıb dəyərinin çox hissəsini ödədiyi mənzillə əlaqədar İddiaçı1la da müqavilə bağlanmış, həmin mənzil guya ona satılmışdır. Hesab edir ki, İddiaçı1 iddia tələbi sözügedən mənzillə bağlı hissədə təmin olunmamalıdır. Məhkəmə iclaslarında iştirak edən X51 izahatında bildirmişdir ki, xx xxx 2018-ci il tarixdə Cavabdeh MMC-nin ünvan 2 ünvanında inşa etdiyi binanın A blokunun İİ girişinin 3-cü mərtəbəsində yerləşən 88 saylı 2 otaqlı, ölçüsü 100,2 m2 olan mənzili almış, bununla əlaqədar MMC ilə arasında müqavilə bağlanmış, mənzilin dəyərinin böyük hissəsini ödəmiş və hazırda aylıq ödənişlərə davam edir. Hazırkı məhkəmə prosesi ilə bağlı məlumat aldıqdan sonra öyrənmişdir ki, MMC-dən satın alıb dəyərinin çox hissəsini ödədiyi mənzillə əlaqədar İddiaçı1la da müqavilə bağlanmış, həmin mənzil guya ona satılmışdır. Hesab edir ki, İddiaçı1 iddia tələbi sözügedən mənzillə bağlı hissədə təmin olunmamalıdır. X18, X29 və X22 məhkəmə iclasında iştirak edən vəkilləri X34 da adı çəkilən şəxslərin izahatlarını müdafiə etmiş, eyni zamanda onların adından ərizələr (vəsatətlər) təqdim edərək, adı çəkilən şəxslərin İddiaçı1 və Cavabdeh MMC-nə qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində “müqavilənin etibarsız hesab olunması” barədə iddia qaldırdıqlarını bildirməklə işin icraatının dayandırılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Abdullayeva Gülçöhrə Hacıağa qızının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh MMC-nin ünvan 2 ünvanında inşa etdiyi binanın A blokunun İ girişinin 14-cü mərtəbəsində yerləşən 50 saylı 2 otaqlı, ölçüsü 99,6 m2 olan mənzili almış, bununla əlaqədar həyat yoldaşı və MMC arasında müqavilə bağlanmış, mənzilin dəyərinin böyük hissəsini ödəmişlər və aylıq ödənişlərə davam edirlər. Hazırkı məhkəmə prosesi ilə bağlı məlumat aldıqdan sonra öyrənmişlər ki, MMC-dən satın alıb dəyərinin çox hissəsini ödədikləri mənzillə əlaqədar İddiaçı1la da müqavilə bağlanmış, həmin mənzil guya ona satılmışdır. Hesab edir ki, İddiaçı1 iddia tələbi sözügedən mənzillə bağlı hissədə təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən X50 izahatında bildirmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh MMC-nin ünvan 2 ünvanında inşa etdiyi binanın A blokunun İ girişinin 14-cü mərtəbəsində yerləşən 49 saylı 1 otaqlı, ölçüsü 60,7 m2 olan mənzili almış, bununla əlaqədar MMC ilə arasında müqavilə bağlanmış, mənzilin dəyərinin böyük hissəsini ödəmiş və hazırda aylıq ödənişlərə davam edir. Hazırkı məhkəmə prosesi ilə bağlı məlumat aldıqdan sonra öyrənmişdir ki, MMC-dən satın alıb dəyərinin çox hissəsini ödədiyi mənzillə əlaqədar İddiaçı1la da müqavilə bağlanmış, həmin mənzil guya ona satılmışdır. Hesab edir ki, İddiaçı1 iddia tələbi sözügedən mənzillə bağlı hissədə təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən X43 izahatında bildirmişdir ki, xx xxxx 2016-cı il tarixdə Cavabdeh MMC-nin ünvan 2 ünvanında inşa etdiyi binanın A blokunun İİ girişinin 3-cü mərtəbəsində yerləşən 87 saylı 3 otaqlı, ölçüsü 121,7 m2 olan mənzili almış, bununla əlaqədar MMC ilə arasında müqavilə bağlanmış, mənzilin dəyərinin böyük hissəsini ödəmiş və hazırda aylıq ödənişlərə davam edir. Hazırkı məhkəmə prosesi ilə bağlı məlumat aldıqdan sonra öyrənmişdir ki, MMC-dən satın alıb dəyərinin çox hissəsini ödədiyi mənzillə əlaqədar İddiaçı1la da müqavilə bağlanmış, həmin mənzil guya ona satılmışdır. Hesab edir ki, İddiaçı1 iddia tələbi sözügedən mənzillə bağlı hissədə təmin olunmamalıdır. İşə baxılmasının yeri və vaxtı barəsində dəfələrlə məlumatlandırılmalarına baxmayaraq X32, X14 və X4 nümayəndələri, qətnamənin maraqlarına toxunduğunu irəli sürməklə ondan şikayət vermiş Maraqlı şəxs, habelə apellyasiya baxışı zamanı prosesə cəlb olunmuş X42 məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir (MPM-in 376.2-ci maddəsinə əsasən). Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş tərəflərin (şəxslərin) mübahisələndirdikləri hissələrdə yoxlanılması təşkil edir. İddiaçı1, X32 və müstəqil tələblər irəli sürən üçüncü şəxs X31 şikayət vermədiklərindən qətnamə onların iddia tələblərinin təmin olunmaması ilə bağlı hissələrdə apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, Cavabdeh MMC-nin nümayəndəsi, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X14 və X4 nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, müvafiq qərardadla hər üç apellyatorun şikayətlərinin qismən təmin olunaraq müstəqil tələblər irəli sürən üçüncü şəxs X10 “ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 90 saylı 4 otaqlı və ümumi sahəsi 150,9 kv.m. olan 91 saylı 3 otaqlı yaşayış sahələrinin ona təhvil verilməsi” tələbinin baxılmamış saxlanıldığı və qətnamənin həmin hissədə ləğv edildiyi nəzərə alınmaqla, qətnamə “İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli “xxxx müqavilə”nin qismən, yəni ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən 90 və 91 saylı yaşayış sahələrinin ümumi sahəsini təşkil edən 337,80 kv.m. yaşayış sahəsinin İddiaçı1 təhvil verilməsi hissəsində etibarsız hesab edilməsi” hissəsində də ləğv olunmalı, Rahim İskəndərovun həmin iddia tələbi təmin edilməməli, qətnamə “yaşayış binalarının A və B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 1464 kv.m. olan yaşayış sahəsinin 1126,20 kv.m hissəsinin, A və B blokunun 3-cü mərtəbəsində yerləşən 1464,46 kv.m. olan yaşayış sahəsinin İddiaçı1 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi” hissəsində dəyişdirilərək İddiaçı1 A və B blokunun 14-cü mərtəbəsindən təhvil verilməli yaşayış sahəsi 555,2 m2, A və B blokunun 3-cü mərtəbəsindən təhvil verilməli sahə 1180,96 m2 müəyyənləşdirilməli, mübahisələndirilən qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalı, Arif Məmmədovun apellyasiya baxışı zamanı irəli sürdüyü müstəqil tələbi qismən təmin olunaraq Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında inşa edilən binanın 14-cü mərtəbəsində yerləşən 3 otaqlı 47 saylı mənzilin adı çəkilən şəxsə təhvil (istifadə və sahibliyinə) verilməsi öhdəliyi MMC-nin üzərinə qoyulmalıdır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə, Cavabdeh MMC xx.xx.2005-ci il tarixdə X47 və X52 tərəfindən təsis edilmiş, cəmiyyətin nizamnaməsi xx.xx.2005-ci il tarixdə Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə şöbəsində dövlət qeydiyyatına alınmış, müəssisənin qanuni təmsilçisi Azad Nağıyev təyin olunmuş, cəmiyyətin ümumi yığıncağının xx.xx.2008-ci il tarixli qərarına əsasən Əliyev Valeh Mövsüm oğlu qanuni təmsilçi təyin edilmiş, xx.xx.2008-ci il tarixdə nizamnaməyə dəyişiklik edilərək təsisçilər X47 və Əliyev Valeh Mövsüm oğlu, xx.xx.2015-ci il tarixli nizamnamə dəyişikliyi ilə Azad Nağıyev, Hüseynov Möhlət Yolçu oğlu və X45, xx xxxxx 2017-ci il tarixli dəyişikliklə təsisçilər Azad Nağıyev (35%), Möhlət Hüseynov (51%) və X25 (14%) müəyyənləşdirilmiş, xx.xx.2018-ci il tarixli dəyişikliklə isə təsisçilərin payları – Azad Nağıyev - 20%, Möhlət Hüseynov – 65%, Savalan Hüseynov – 15% olaraq təsbit olunmuşdur. İşin müəyyən olunan və mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binaları inşa edilir və Valeh Əliyev xx.xx.2008-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək MMC-nin direktoru olmuşdur. İş materiallarına əlavə edilmiş müqavilələrə (onlardan bəzilərinin təsdiq olunmamış surətləri təqdim edilmişdir) və digər sənədlərə görə, MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli iki müqaviləyə əsasən MMC-nin sözügedən ünvanda inşa etdiyi binaların A və B blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 1464,46 m2 yaşayış sahəsi 1 464 460 manat, A və B blokunun 3-cü mərtəbəsində yerləşən 1464,46 m2 yaşayış sahəsi 1 464 460 manat ödənilməsi müqabilində İddiaçı1; MMC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3 müqaviləyə əsasən həmin binaların B blokunun 17-ci mərtəbəsində ümumi sahəsi 186,9 m2 olan 111 saylı 4 otaqlı mənzil 1 kv.mnə görə 1000 manat, A blokunun 1-ci girişinin 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,0 m2 olan 63 saylı iki otaqlı mənzil 1 kv.m-nə görə 1000 manat, B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68,7 m2 olan 109 saylı 1 otaqlı mənzil 1 kv.m-nə görə 1000 manat, xx.xx.2018-ci il tarixli iki müqaviləyə əsasən B blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 m2 olan 35 saylı 3 otaqlı mənzil 1 kv.m-nə görə 1000 manat, B blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 m2 olan 28 saylı 3 otaqlı mənzil 1 kv.m-nə görə 1000 manat ödənilməsi müqabilində İddiaçı3; MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən binaların 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 461,34 m2 olan qeyri-yaşayış sahəsi 1 845 360 manat, 3-cü blokun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 384,44 m2 qeyriyaşayış sahəsi 1 537 760 manat ödənilməsi müqabilində, xx.xx.2018-ci il tarixli 3 müqaviləyə əsasən A blokunun 1-ci girişinin 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 99,6 m2 olan 62 saylı iki otaqlı mənzil 1 kv.m-nə görə 1000 manat, A blokunun İİ-ci girişinin 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100,2 m2 olan 144 saylı iki otaqlı mənzil 1 kv.m-nə görə 1000 manat, B blokunun 17 mərtəbəsində yerləşən, ümumi sahəsi 150.9 m2 olan 112 saylı 3 otaqlı mənzil 1 kv.m-nə görə 1000 manat ödənilməsi müqabilində İddiaçı2; MMC ilə X58 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən binaların 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 2872,02 m2 qeyri-yaşayış sahəsi 2 872 020 manat ödənilməsi müqabilində Aləm Əkbərova; MMC ilə X31 arasında bağlanmış xx.xx.2018-ci il tarixli iki müqaviləyə əsasən binanın B blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 m2 olan 90 saylı dörd otaqlı mənzil 1 kv.m-nə görə 1100 manat, B blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 150,9 m2 olan 91 saylı üç otaqlı mənzil 1 kv.m-nə görə 1100 manat ödənilməsi müqabilində Rahim İskəndərova; MMC ilə X32 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən binanın A blokunun İ və İİ girişinin 8-ci, 13-cü, 17-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 99,6 m2 olan 2 otaqlı 26 saylı, ümumi sahəsi 97 m2 olan 2 otaqlı 27 saylı, ümumi sahəsi 97 m2 olan 2 otaqlı 31 saylı, ümumi sahəsi 99,6 m2 olan 2 otaqlı 34 saylı, ümumi sahəsi 149 m2 olan 3 otaqlı 125 saylı mənzillər 1 kv.m-nə görə 1000 manat ödənilməsi müqabilində Səbinə Nazarovaya; MMC ilə X37 arasında bağlanmış xx.xx.2015-ci il tarixli iki müqaviləyə əsasən binanın A blokunun İ və İİ girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60,7 m2 olan 5 saylı 1 otaqlı, ümumi sahəsi 99,6 m2 olan 6 saylı 2 otaqlı, ümumi sahəsi 97 m2 olan 7 saylı 2 otaqlı, ümumi sahəsi 149 m2 olan 8 saylı 3 otaqlı, ümumi sahəsi 149 m2 olan 85 saylı 3 otaqlı, B blokunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 78,4 m2 olan 8 saylı 2 otaqlı, ümumi sahəsi 186,9 m2 olan 13 saylı 4 otaqlı, ümumi sahəsi 150,9 m2 olan 14 saylı 3 otaqlı mənzillər 1 kv.m-nə görə 1025 manat müqabilində, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən zirzəmi qatında ümumi sahəsi 226 m2 olan qeyri-yaşayış və ümumi sahəsi 2200 m2 olan qaraj sahəsi 2 698 400 manata Tatyana Tarutaya; MMC ilə X15 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış iki müqaviləyə əsasən binanın A blokunun İ və İİ girişinin 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 149 m2 olan 52 saylı 3 otaqlı, sahəsi 149 m2 olan 129 saylı 3 otaqlı, ümumi sahəsi 61,6 m2 olan 130 saylı 1 otaqlı, sahəsi 121,7 m2 olan 131 saylı 3 otaqlı, ümumi sahəsi 100,2 m2 olan 132 saylı 2 otaqlı, B blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 78,4 m2 olan 85 saylı 2 otaqlı, ümumi sahəsi 186,9 m2 olan 90 saylı 4 otaqlı, ümumi sahəsi 150,9 m2 olan 91 saylı 3 otaqlı mənzillər 1 kv.m-nə görə 1025 manat ödənilməsi müqabilində, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən A blokunun l və İİ girişinin 14-cü və 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 149 m2 olan 64 saylı 3 otaqlı, ümumi sahəsi 61,6 m2 olan 130 saylı 1 otaqlı, ümumi sahəsi 121,7 m2 olan 131 saylı 3 otaqlı mənzillər 1 kv.m-nə görə 1000 manat ödənilməsi müqabilində, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən kürsülü mərtəbədə (A bloku) 600 m2 və B blokunda 660 m2, İ mərtəbəbə (A bloku) 700 m2, B blokunda 580 m2 qeyri-yaşayış sahəsi 6 096 000 manata X5 satılmış, adı çəkilən şəxslərin hər birinə müqavilələrdə göstərilən məbləğlərin ödənildiyinə dair maliyyə arayışı, yaxud “xxxx” adlandırılan sənəd verilmiş, həmin sənədlərdə onların MMC-yə borclarının qalmadığı göstərilmişdir Apellyasiya baxışı zamanı həmçinin müəyyən olunmuşdur ki, MMC-nin inşa etdiyi binanın 5-ci, 6-cı, 12-ci və 14-cü mərtəbələrində yerləşən 4 ədəd mənzil, o cümlədən A blokunun İ girişinin 14-cü mərtəbəsindəki 3 otaqlı 47 saylı mənzillə bağlı xx.xx.2015-ci il tarixdə X40 ilə, B blokunun 14-cü mərtəbəsində yerləşən 85 saylı 2 otaqlı, ölçüsü 78,4 m2 olan mənzillə bağlı xx xxxx 2018-ci il tarixdə X41 ilə, A blokunun İİ girişinin 14-cü mərtəbəsində yerləşən 130 saylı 1 otaqlı, ölçüsü 61,60 m2 olan və 131 saylı, 3 otaqlı, ölçüsü 121,7 m2 olan mənzillərlə bağlı xx xxxx 2016-cı il tarixdə X42 ilə, A blokunun İ girişinin 14-cü mərtəbəsində yerləşən 50 saylı 2 otaqlı, ölçüsü 99,6 m2 olan mənzillə bağlı xx xxxxxx 2019-cu il tarixdə Abdullayeva Gülçöhrə Hacıağa qızı ilə, A blokunun İ girişinin 14-cü mərtəbəsində yerləşən 49 saylı 1 otaqlı, ölçüsü 60,7 m2 olan mənzillə bağlı xx xxxxxx 2018-ci il tarixdə X50 ilə, A blokunun İİ girişinin 3-cü mərtəbəsində yerləşən 88 saylı 2 otaqlı, ölçüsü 100,2 m2 olan mənzillə bağlı xx xxx 2018-ci il tarixdə X51 ilə, A blokunun İİ girişinin 3-cü mərtəbəsində yerləşən 86 saylı 1 otaqlı, ölçüsü 61,6 m2 olan mənzillə bağlı xx xxxxxx 2019-cu il tarixdə X48 ilə, A blokunun İİ girişinin 3-cü mərtəbəsində yerləşən 87 saylı 3 otaqlı, ölçüsü 121,7 m2 olan mənzillə bağlı xx xxxx 2016cı il tarixdə X43 ilə, B blokunun 13-cü və 14-cü mərtəbələrində yerləşən 82, 90 və 91 saylı mənzillərlə bağlı Maraqlı şəxs ilə də müqavilələr bağlanmış, həmin şəxslərin bəzilərinə borclarının qalmadığına dair maliyyə arayışı verilmiş, bəzilərində isə ödəmə qrafiki təsdiq olunaraq onlardan ödənişlər qəbul edilmişdir. İlkin iddiaçılar, eləcə də Rahim İskəndərov və apellyasiya baxışı zamanı iddia ilə müraciət edən Arif Məmmədov məhz MMC-nin onlarla bağladığı müqavilələrə və maliyyə arayışlarına istinadən müvafiq tələblər irəli sürmüş, müqavilələr üzrə öhdəliklərini yerinə yetirdiklərini bildirməklə müqavilələrin predmetləri olan əmlakların onlara verilməsini, Rahim İskəndərov və Arif Məmmədov həmçinin, onlarla bağlanan müqavilələrin predmeti olan mənzillərin İddiaçı1la bağlanmış müqavilədə göstərilən sahənin tərkibində olduğuna istinadla sonuncunun müqaviləsinin müvafiq hissələrdə etibarsız sayılmasını tələb etmişlər; MMC-nin arqumentinə görə isə, ilkin iddiaçıların və Rahim İskəndərovun müqavilələri yalan əqd olmaqla müqavilələrdə göstərilən əmlakların dəyəri MMC-nin xəzinəsinə mədaxil edilməmiş, cəmiyyətdə aparılmış audit yoxlaması ilə də bu hal təsdiqini tapmış, həmin müqavilələr MMC-nin təsisçilərindən biri olan X24 bu şəxslərə olan böyük məbləğdə borcunun təminatı qismində bağlanmış, Azad Nağıyev bunu ibtidai istintaqda verdiyi izahatında etiraf etmişdir. X37 və X15 isə müstəqil tələb irəli sürməsələr də, onlarla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli müqavilələrə əsasən onlara təhvil verilməli olan mənzillərlə MMC-nin İddiaçı1la bağladığı xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən sonuncuya təhvil verilməli olan mənzillərin eynilik təşkil etdiyini irəli sürmüş və öz müqavilələrinin tarix etibarilə daha əvvəl bağlandığına istinadla İddiaçı1 həmin müqaviləsinin etibarsız olduğunu vurğulamışlar. Kollegiya ilk növbədə qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iş üzrə ilkin və qarşılıqlı tələblər (o cümlədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən Rahim İskəndərovun və Arif Məmmədovun tələbləri) mübahisəsi gedən əmlaklara dair bağlanmış müqavilələrin etibarlılığı ilə əlaqədardır və yuxarıda qeyd olunan prinsipə görə həmin müqavilələrin mülki qanunvericiliyin tələblərinə uyğun bağlanıb-bağlanmadığını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, ilk olaraq birinci instansiya məhkəməsinin MMC-nin qarşılıqlı iddia tələbləri üzrə gəldiyi nəticəyə qiymət verilməlidir; çünkü həmin nəticənin əsaslı, yaxud əsassız hesab olunması, ilkin iddiaçıların (o cümlədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən Rahim İskəndərovun) tələblərinin əsaslı və ya əsassız hesab edilməsini şərtləndirir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə isə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; qarşılıqlı iddiaçının (Cavabdeh MMC-nin) və Rahim İskəndərovun etibarsız hesab edilməsini tələb etdikləri müqavilələrin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; belə ki, Rahim İskəndərovun istinad etdiyi xx.xx.2018-ci il tarixli müqavilələr istisna olmaqla (onun müqavilələrində direktor qrafasındakı imzanın Azad Nağıyev tərəfindən icra edildiyi başqa işdə alınmış ekspert rəyi ilə müəyyən olunmuşdur) bütün müqavilələr bağlandıqları dövrdə MMC-nin səlahiyyətli şəxsi (direktoru) olmuş Valeh Əliyev tərəfindən imzalanmış, MMC-nin möhürü ilə təsdiqlənmişdir; müqavilələrin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onları bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Əksinə, hazırda da MMC-nin təsisçilərindən biri olan Azad Nağıyev birinci instansiya məhkəməsində verdiyi izahatda İddiaçı1la, İddiaçı3lə, İddiaçı2lə, Aləm Əkbərovla və Rahim İskəndərovla MMC arasında həqiqətən müqavilələr bağlandığını, adı çəkilən şəxslər tərəfindən əmlakların müqavilələrdə göstərilmiş dəyərlərinin real olaraq ödənildiyini, lakin həmin məbləğlərin tərəfindən cəmiyyətin xəzinəsinə mədaxil edilmədiyini və tikintinin aparılmasına sərf olunduğunu, müqavilələrin hər hansı borc əvəzi bağlanmadığını, həmin şəxslərə hər hansı borcunun olmadığını bildirmiş, şahid qismində dindirilmiş Əliyev Valeh Mövsüm oğlu (MMC-nin müqavilələrin bağlandığı dövrdəki direktoru) da bənzər məzmunda ifadə vermişdir. Nəzərə alınmalıdır ki, uydurma əqddə tərəflər, ona uyğun heç bir hüquqi nəticə (yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik) yaratmaq niyyəti olmadan əqdi bağlamış olmalı, əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında sövdələşməlidirlər. İlkin iddiaçılarla bağlanmış müqavilələrlə əlaqədar isə belə bir halın mövcudluğu müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, hətta ilkin iddiaçılarla müqavilələrin MMC-nin təsisçisi olan Azad Nağıyevin onlardan aldığı borcun təminatı olaraq bağlanmış olması qəbul edilsə belə, bu hal həmin müqavilələrin yalan əqd kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllədə kreditorun müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malik olması təsbit edilmişdir (maddə 435). Belə olan halda da, əgər MMC-nin təsisçisi Azad Nağıyev tikinti işlərini həyata keçirmək üçün ilkin iddiaçılardan həqiqətən borc almışdırsa, ona münasibətdə kreditor qismində çıxış edən İddiaçı1, İddiaçı3, İddiaçı2 və Aləm Əkbərov sadəcə olaraq borcun əvəzinə inşa edilən yaşayış binalarında yaşayış və qeyri-yaşayış sahələrinin onlara təhvil verilməsinə, yəni X47 tərəfindən borc münasibətlərindən irəli gələn öhdəliyin əmlakın təhvil verilməsi qaydasında icra olunmasına razılıq vermişlər. Xüsusilə nəzərə alınmalıdır ki, MMC-nin təsisçisi olan X72 Qasımovdan, İddiaçı3, İddiaçı2 və Aləm Əkbərovdan aldığı pul vəsaitini cəmiyyətin xəzinəsinə mədaxil etməmiş olmasının məsuliyyətini adı çəkilən şəxslər daşıya bilməzlər və bu hala görə onların mənafelərinin xələl görməsi Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış “bu Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsidir” prinsipinə də uyğun deyildir. Bu qənaətə gələrkən kollegiya həmçinin nəzərə alır ki, ilkin iddiaçılarla bağlanmış müqavilələrdə onların borcun təminatı kimi bağlandıqları barədə hər hansı qeyd-şərt mövcud deyil. Azad Nağıyev ibtidai istintaqa verdiyi izahatında İddiaçı1, İddiaçı3 və İddiaçı2 ümumilikdə 1 700 000 ABŞ dolları, X35 isə 1 800 000 ABŞ dolları borc aldığını, onlara bu məbləğdə borcunun olduğunu və müqavilələrin onlarla borc əvəzi olaraq bağlandığını bildirsə də, birinci instansiya məhkəməsində dindirilərkən həm o, həm də cəmiyyətin direktoru olmuş Əliyev Valeh Mövsüm oğlu bu halı təkzib etmişlər. Digər tərəfdən İddiaçı1, İddiaçı3 və X73 Nağıyev arasında borc münasibətlərinin olmasını təsdiq edən hər hansı sənəd mövcud deyil - belə bir sənəd İddiaçı2lə Azad Nağıyev arasında tərtib olunmuş, həmin sənəddə (əlyazısında) X79 Tağıyevə 1 350 000 ABŞ dolları borcunun olduğu, bu borcun 350 000 ABŞ dolları hissəsinin xx.xx.2017-ci il tarixdə qaytarıldığı, 1 000 000 ABŞ dolları hissəsinin qaytarılmamış qaldığı göstərilmişdir. Birinci instansiya məhkəməsində verdiyi izahatında isə Azad Nağıyev borcunu qaytardığını bildirmiş, İddiaçı2 nümayəndəsi də bu halı təsdiq etmişdir. Beləliklə, ilkin iddiaçılarla müqavilələrin onlarla Azad Nağıyev arasında mövcudluğu iddia olunan borc münasibətlərinin təminatı qismində bağlandığı barədə qarşılıqlı iddiaçının arqumenti mülahizələrə əsaslanmış, “əsaslı şübhədən kənar” sübutlar əsasında sübuta yetirilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. İddiaçı1la, İddiaçı3lə, İddiaçı2lə və Aləm Əkbərovla müqavilələrin tikintiyə icazə verilmədən və tikinti başlanmadan bağlandığının, həmçinin müqavilələrdə mənzillərin 1 kv.m-i üçün göstərilən dəyərinin reallığa uyğun olmamasının onların yalan əqd olmasına dəlalət etməsi barədə MMC-nin arqumentlərinə münasibətdə kollegiya qeyd edir ki, müvafiq müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsi olmaqla sifariş olunan nəticənin yaradılması (mənzilin və ya qeyri-yaşayış sahəsinin inşa edilməsi) ilə bağlı icraçının fəaliyyətini tənzimləyir və bununla bağlı həmin işin görülməsi üçün vaxtın müəyyən edilməsi imkanını nəzərədə tutur. Belə müqaviləyə əsasən tərəflər hər hansı bir işin müəyyən müddət çərçivəsində görüləcəyi, o cümlədən bu işlərin başlama tarixi ilə bağlı razılığa gəlirlər. Bu baxımdan, yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə almış Cavabdeh MMC tikintiyə icazə almadan və tikintiyə başlamadan da artıq belə müqavilə bağlamaq, hətta daşınmaz əmlak sertifikatı vermək hüququna sahib olmuşdur. Bu səbəblə kollegiya hesab edir ki, tikinti işlərinin 2017-ci ilin iyul ayında başlamış olması, həmin tarixdən əvvəl MMC-nin bağladığı müqavilələrin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Mənzillərin dəyərinin reallığa uyğun olmaması arqumenti ilə bağlı isə qeyd olunmalıdır ki, birincisi MMC, müqavilələrin bağlandığı tarixlərdə binadakı mənzillərin 1 kv.m-nin dəyərinin iddia etdiyi kimi 2000-3000 manat civarında olduğu barədə sübut təqdim etməmişdir; ikincisi isə, MMC-nin nümayəndələri tərəfindən təqdim edilmiş sənədlərlə MMC-nin real bağlandığını qəbul etdiyi müqavilələrdə mənzillərin 1 kv.m-i üçün dəyərin əsasən ***-**** manat arasında dəyişdiyi müəyyən edilməkdədir. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı2 ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə ona təhvil verilməli olan 1 kv.m. qeyri-yaşayış sahəsinin dəyəri 4000 manat razılaşdırılmışdır. Cavabdeh MMC-nin, yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısının təsisçilərin yazılı razılığı əsasında həyata keçirilməsi barədə razılaşmanı ehtiva edən xx.xx.2018-ci il tarixli müqaviləyə istinadla ilkin iddiaçıların müqavilələrinin etibarsız sayılmalı olduğu dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin razılaşmaya təsisçilərdən biri tərəfindən əməl edilməmiş olması, MMC-nin səlahiyyətli şəxsinin (nizamnaməsinə əsasən) imzası və MMC-nin möhürü ilə təsdiqlənmiş müqavilələrin etibarsızlığı üçün deyil, razılaşmanı pozan təsisçiyə qarşı - əgər bu pozuntu nəticəsində hüquqi şəxsə zərər dəymişdirsə - müvafiq iddia irəli sürülməsinə əsas yarada bilər. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 49.2-ci maddəsinə əsasən, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə və öhdəsinə mülki vəzifələr götürə bilər; 49.3-cü maddəsinə görə isə, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq və ehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin iştirakçılarının tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Həmçinin qeyd edilməlidir ki, ilkin iddiaçılardan İddiaçı1 və Aləm Əkbərovun müqavilələri sözügedən razılaşmadan əvvəl bağlanmışdır və bu səbəblə həmin razılaşma adı çəkilən şəxslərə ümumiyyətlə aid oluna bilməz. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbləri üzrə gəldiyi nəticə əsaslı olmaqla, mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Göstərilənlərlə yanaşı kollegiya həmçinin qeyd edir ki, qarşılıqlı iddiaçı tərəfindən ən azından İddiaçı1 qarşı müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İşin hallarından görünür ki, qarşılıqlı iddianın irəli sürülməsinin təşəbbüskarı MMCnin 65% payla təsisçisi olan Möhlət Hüseynovdur və o, birinci instansiya məhkəməsində verdiyi ifadədə Azad Nağıyevin İddiaçı1 böyük məbləğdə borcunun olduğunu xx.xx.2018-ci il tarixdə sonuncu ilə görüşdükləri zaman öyrəndiyini, İddiaçı1 ona “pulu verilərsə, müqavilələri və digər sənədləri qaytaracağını” dediyini, lakin bundan imtina etdiyini bildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, qarşılıqlı iddia 2019-cu ilin sentyabr ayında irəli sürüldüyündən, MMC-nin İddiaçı1 qarşı müddəti ötürdüyü qənaətinə gəlinməlidir. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X57 Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbləri üzrə gəldiyi qənaətinin məntiqi davamı olaraq kollegiya, birinci instansiya məhkəməsinin İddiaçı2, İddiaçı3 və Aləm Əkbərovun iddia tələbləri üzrə gəldiyi nəticəni də əsaslı (İddiaçı1 münasibətdə qismən əsaslı) hesab edir. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, ilkin iddiaçılara ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binalarında yerləşən əmlaklar üzərində istifadə və sahiblik hüququ verən müqavilələrin şərtlərinə MMC tərəfindən əməl olunmamış, müqavilə qiymətini ödəməklə almış olduqları əmlaklara dair onların hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Adı çəkilən Məcəllənin 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Rahim İskəndərovun iddia tələbini qismən təmin edərək İddiaçı1la MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli “xxxx müqavilə”ni qismən, yəni “ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən 90 və 91 saylı yaşayış sahələrinin ümumi sahəsini təşkil edən 337,80 kv.m. yaşayış sahəsinin İddiaçı1 təhvil verilməsi hissəsində” etibarsız hesab etməklə ziddiyyətli nəticəyə gəlmiş, maddi hüquq normasını düzgün tətbiq etməmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Məhkəmə həmin nəticəsini belə əsaslandırmışdır ki, “İddiaçı1 müqaviləyə əsasən əldə etdiyi sahə daxilində bu mənzilləri də əldə etdiyini, lakin sonradan "Cavabdeh” MMC ilə aralarında əldə edilmiş razılığa əsasən bu mənzillərlə bağlı X31 ilə xx.xx.2018-ci il tarixli müqavilənin bağlandığını bildirir. Başqa sözlə, İddiaçı1 özü də cavabdeh olaraq onun iddiasını bu hissədə etiraf edir və xx.xx.2018-ci il tarixli müqavilənin bağlanmasından məlumatlı olduğunu bildirir...İddiaçı1 ilə Cavabdeh MMC arasında xx.xx.2015-ci il tarixdə müqavilə bağlandıqdan sonra, onun həmin müqavilənin predmetini təşkil edən 90 və 91 saylı yaşayış sahələrinin X1 icazə verməsi və bu yaşayış sahələrinin dəyərini geri alması hüquqi nəticə etibarilə bu müqavilənin həmin hissədə ləğv olunmasına səbəb olmuş, bununla bağlı tərəflər arasında həmin müqaviləyə dəyişikliklərin edilməsinə dair yeni müqavilə bağlanmalı və müqavilənin predmetini təşkil edən əmlakların sayı (ümumi sahənin ölçüsü) azaldılmalı olduğu halda belə müqavilə bağlanmamış, nəticədə hazırda X21 təhvil verilməli olan əmlaklar İddiaçı1 aid olan və hazırda da qüvvədə olan xx.xx.2015ci il tarixli müqavilənin predmeti kimi qalmışdır; bu səbəblə də həmin müqavilə qismən, yəni müvafiq hissədə etibarsız hesab edilməlidir”. Göründüyü kimi məhkəmə, özünün müəyyən etdiyi faktlar əsasında tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, MMC-nin qarşılıqlı iddiasına münasibətdə etibarlı hesab etdiyi müqaviləni Rahim İskəndərovun iddiası üzrə “etibarsız” hesab etməklə “müqavilənin ləğvi” və “müqavilənin etibarsızlığı” anlayışları arasındakı fərqi nəzərə almamışdır. Halbuki, Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd bağlandığı andan etibarsızdır və etibarsızlığı ilə bağlı nəticələr istisna edilməklə hüquqi nəticələrə səbəb olmur; etibarsız olan əqdin isə sonradan ləğv edilməsi mümkün deyildir. Başqa sözlə, müqavilələrin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbləri tamamilə ayrı-ayrı anlayışlar olmaqla, İddiaçı1 MMC ilə bağladığı müqavilə əsasında satın aldığı əmlakın bir hissəsinə dair sonradan digər şəxslə müqavilə bağlanmasına şifahi razılıq vermiş olması, onun müqaviləsinin etibarsız sayılmasına əsas təşkil edə bilməz. Nəzərə alınmalıdır ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (Mülki Məcəllənin 423.1-ci maddəsi) və əgər MMC, İddiaçı1 və Rahim İskəndərov müvafiq müqavilənin (İddiaçı1la bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin) Rahim İskəndərovun iddia etdiyi mənzillərə aid hissədə ləğv edildiyini irəli sürürlərsə, o zaman müvafiq razılığa gəlməli, yaxud Mülki Məcəllənin 423.2-ci maddəsində göstərilən prosedura əməl etməlidirlər (Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər). Şərh olunanlara əsasən kollegiya hesab edir ki, X10 “ünvan 2 ünvanında inşa edilən 22 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m. olan 4 otaqdan ibarət 90 saylı, 14-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m. olan 3 otaqdan ibarət 91 saylı mənzillərə dair MMC və İddiaçı1 arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunması mümkün deyildir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, apellyasiya baxışı zamanı Rahim İskəndərovla Cavabdeh MMC arasında ünvan 2 ünvanında inşa edilən binanın 14cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı 90 saylı və sahəsi 150,9 kv.m olan 3 otaqlı 91 saylı mənzillərin Rahim İskəndərova satılmasına dair xx.xx.2018-ci il tarixdə müqavilələr bağlanmamışdan əvvəl həmin mənzillərlə əlaqədar MMC ilə Maraqlı şəxs arasında xx xxxxx 2017-ci il tarixdə müqavilə bağlandığı, Rahim İskəndərovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində Cavabdeh MMC-nə qarşı iddia qaldıraraq sözügedən mənzillərin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyi, həmin işə baxılarkən Maraqlı şəxs müstəqil tələb irəli sürən üçüncü şəxs qismində prosesə daxil olaraq MMC və Rahim İskəndərov arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə iddia verdiyi aydın olmuş, bu səbəblə Rahim İskəndərovun “ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 90 saylı 4 otaqlı və ümumi sahəsi 150,9 kv.m. olan 91 saylı 3 otaqlı yaşayış sahələrinin ona təhvil (istifadə və sahibliyinə) verilməsi” tələbi müvafiq qərardadla baxılmamış saxlanılmışdır. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı1 Rahim İskəndərovun iddiasına münasibətdə etirafı digər şəxslərin, konkret halda Maraqlı şəxs qanunla qorunan mənafeyinə toxunduğundan qəbul edilə bilməz; çünkü əgər X49 Qasımov arasında hər hansı mübahisə yoxdursa, onda aşkardır ki, sözügedən etiraf sadəcə müvafiq məhkəmə aktı əldə etməyə və bu aktdan üçüncü şəxslərin iddialarına qarşı istifadə etməyə yönəlmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 4.1-ci və 24.1-ci maddələrinin mənasına görə, məhkəmələr, müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edirlər. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Kollegiya həmçinin hesab edir ki, İddiaçı1 apellyasiya baxışı zamanı “ona satılmış sahələrin təxminən 1000 m2 hissəsinin sonradan özünün razılığı ilə digər şəxslərə satıldığını qeyd edərək həmin şəxslərin aldıqları mənzillərə dair tələbinin olmadığını” bildirməsi nəzərə alınmalı, qətnamə onun iddiasının təmin edilməsi ilə bağlı hissədə dəyişdirilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, İddiaçı1 ona təhvil verilməsini tələb etdiyi sahələrdə yerləşən mənzillərdən bəziləri ilə əlaqədar müxtəlif şəxslərlə Cavabdeh MMC arasında müqavilələr bağlandığı müəyyən edildiyindən həmin şəxslər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində prosesə cəlb olunmuş, sonradan onlardan biri – Arif Məmmədov – müstəqil tələb irəli sürən üçüncü şəxs kimi cəlb olunmasını istəyərək Cavabdeh MMC-nə və İddiaçı1 qarşı “müqavilənin etibarsız hesab olunması və mənzilin təhvil verilməsi” barədə iddia ərizəsi təqdim etmişdir. İş materiallarından aydın olur ki, ünvan 2 ünvanında inşa edilən binanın 14-cü mərtəbəsində ümumilikdə 571 m2, 3-cü mərtəbəsində isə ümumilikdə 283,5 m2 sahəyə dair X40, X41, X42, Abdullayeva Gülçöhrə Hacıağa qızı, X50, X51, X43 və X48 ilə İddiaçı1la bağlanan müqavilələrin predmetini təşkil edən sahələrdə yerləşən əmlaklarla əlaqədar müqavilələr bağlanmışdır; İddiaçı1 izahatı əsas götürüldüyündə isə onun iddia tələbinin həmin ölçüdə əmlaklarla bağlı hissədə təmin edilməsi mümkün deyildir. Buna görə də kollegiya hesab edir ki, qətnamə “yaşayış binalarının A və B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 1464 kv.m. olan yaşayış sahəsinin 1126,20 kv.m hissəsinin, A və B blokunun 3-cü mərtəbəsində yerləşən 1464,46 kv.m. olan yaşayış sahəsinin İddiaçı1 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi” hissəsində dəyişdirilməli, İddiaçı1 A və B blokunun 14-cü mərtəbəsindən təhvil verilməli yaşayış sahəsi 555,2 m2 (1126,20 m2 – 571 m2 = 555,2 m2), A və B blokunun 3-cü mərtəbəsindən təhvil verilməli sahə 1180,96 m2 (1464,46 – 283,5 m2 = 1180,96 m2) müəyyənləşdirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı1 izahatı, habelə onunla bağlanmış müqavilənin etibarlılığı ilə əlaqədar yuxarıda müəyyən olunmuş hallar əsas götürülməklə Arif Məmmədovun apellyasiya baxışı zamanı irəli sürdüyü iddia tələbinin qismən təmin edilməsi mümkündür və ünvan 2 ünvanında inşa edilən binanın 14-cü mərtəbəsində yerləşən 3 otaqlı 47 saylı mənzilin X27 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə olunmalıdır. X14 və X4 nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayəti üzrə isə kollegiya aşağıdakıları qeyd edir: İş materialarından aydın olur ki, adı çəkilən şəxslər onlarla MMC arasında bağlandığını iddia etdikləri müqavilələrin əsillərini, yaxud lazımi qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etməmiş, müqavilələrin bağlandığı tarixlərdə onlar ümumiyyətlə Azərbaycan Respublikasında olmamış, nümayəndələri bunu Ukrayna Respublikasının vətəndaşlarının iki xarici pasportunun olduğu ilə izah etsələr də, bununa bağlı mötəbər sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası müqavilələrin əslinin, yaxud təsdiq olunmuş surətlərinin təqdim edilmədiyini, müqavilənin bağlanması yeri və vaxtı ilə bağlı qanunvericiliyin tələblərini, habelə əqdin varlılığı baxımından ən əsas qurucu şərtin iradə ifadəsi olmasını nəzərə alıb hesab edir ki, Cavabdeh MMC ilə X37 və X15 arasında hansısa müqavilənin bağlandığı, bu müqavilələrin bağlanması üçün adı çəkilən şəxslərin iradə ifadəsinin olması (bildirilməsi) müəyyən edilməmişdir. İşin halarından aydın olur ki Cavabdeh MMC də bu şəxslərlə bağlanmış müqavilələrin mövcudluğunu qəbul etmir (cəmiyyətin həmin vaxt direktoru olmuş Valeh Əliyev bu şəxsləri tanımadığını və onlarla müqavilə bağlamadığını, onlara aid müqavilələrdə olan imzanın ona məxsus olmadığını, cəmiyyətin təsisçisi Azad Nağıyev də bu şəxsləri tanımadığını və onlarla hər hansı müqavilə bağlanmadığını bildirmiş, "Cavabdeh” MMC də bu müqavilələrin mövcudluğunu qəbul etməmişdir). Bu qənaətə gəldiyi zaman kollegiya onu da nəzərə alır ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, X58 və X31 barədə məlumatlar müqavilə dəyəri cəmiyyətin xəzinəsinə ödənilməyən şəxslərin siyahısına daxil edilsə də, X37 və X15 ilə Cavabdeh MMC arasında müqavilənin bağlanması barədə ümumiyyətlə hər hansı sənəddə hər hansı məlumat mövcud deyildir. Nəhayət kollegiya, apellyasiya şikayətinin dəlillərindən asılı olmadan bir məsələyə də qiymət verməyi zəruri hesab edir: Yuxarıda qeyd olunduğu kimi, baxılan mübahisə digər şəxslərin hüquq və mənafelərinə toxunsa da, birinci instansiya məhkəməsi həmin şəxsləri prosesə cəlb etməmiş, onların iştirakı yalnız apellyasiya icraatı zamanı təmin olunmuşdur. Bununla belə kollegiya hesab edir ki, bu hal məhkəmənin kobud prosessual pozuntuya yol verməsi və qətnamənin bütünlüklə ləğv edilməsinə səbəb kimi qiymətləndirilməməlidir; çünkü birincisi, həmin şəxslərin mövcudluğu barədə nə Cavabdeh MMC-nin nümayəndələri, nə də digər proses iştirakçıları tərəfindən məhkəməyə məlumat verilməmişdir; ikincisi isə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorlara, müstəqil tələb irəli sürən Arif Məmmədovun ödədiyi rüsum məbləği isə onun özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MMC-nin, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X14 və X4 nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-280/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi “İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli “xxxx müqavilə”nin qismən, yəni ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən 90 və 91 saylı yaşayış sahələrinin ümumi sahəsini təşkil edən 337,80 kv.m. yaşayış sahəsinin İddiaçı1 təhvil verilməsi hissəsində etibarsız hesab edilməsi” hissəsində ləğv olunsun. X10 həmin iddia tələbi təmin edilməsin. Qətnamə “yaşayış binalarının A və B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 1464 kv.m. olan yaşayış sahəsinin 1126,20 kv.m hissəsinin, A və B blokunun 3-cü mərtəbəsində yerləşən 1464,46 kv.m. olan yaşayış sahəsinin İddiaçı1 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi” hissəsində dəyişdirilərək İddiaçı1 A və B blokunun 14-cü mərtəbəsindən təhvil verilməli yaşayış sahəsi 555,2 m2, A və B blokunun 3-cü mərtəbəsindən təhvil verilməli sahə 1180,96 m2 müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. X17 iddia tələbləri qismən təmin olunsun. ünvan 2 ünvanında inşa edilən binanın 14-cü mərtəbəsində yerləşən 3 otaqlı 47 saylı mənzilin X27 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilsin. X17 iddia tələbləri qalan hissədə təmin olunmasın. Müvafiq qərardadla apellyasiya şikayətlərinin qismən təmin olunaraq müstəqil tələblər irəli sürən üçüncü şəxs X10 “ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 90 saylı 4 otaqlı və ümumi sahəsi 150,9 kv.m. olan 91 saylı 3 otaqlı yaşayış sahələrinin ona təhvil verilməsi” tələbinin baxılmamış saxlanıldığı və qətnamənin həmin hissədə ləğv edildiyi nəzərə alınsın. Ödənilmiş dövlət rüsumları və bank xidməti xərcləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5922/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5922/2020
01.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver