Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5929/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(006)- 209/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 74 nömrəli binanın 3 otaqlı 6 nömrəli mənzili İddiaçı mülkiyyətindədir.
2. 23 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Natavan Osman qızının xx.xx.2024-cü il tarixli ərizəsi əsasında onun mənzilinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin binada X7 məxsus 10-cu mənzilin kombi aparatında yaranmış nasazlıq səbəbindən qonşu mənzilin qonaq otağının eyvan hissəsini su basmış, nəticədə İddiaçı mənzilinin qonaq otağının, eyvan hissəsinin tavan və döşəməsinə ziyan dəymiş, tavanda suyun izi qalmış, döşəmənin parketi qismən şişərək aralanmışdır.
3. 23 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Natavan Osman qızının xx.xx.2024-cü il tarixli ərizəsi əsasında onun mənzilinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin binada X7 məxsus 10-cu mənzilin paltaryuyan maşınında yaranmış nasazlıq səbəbindən qonşu mənzili su basmış, nəticədə qonaq otağının, mətbəxin tavan və divarlarının aboy kağızları qopmuş, döşəmənin parketi islanmışdır
4. "xxxx" MMC tərəfindən verilən 12 fevral 2024-cü il tarixli, QCM/F 002-017/24 nömrəli dəymiş ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə üst mərtəbədən axan su nəticəsində dəymiş ziyanın məbləği xx.xx.2024-cü il tarixi üçün 4835,30 manat təşkil edir.
5. xx.xx.2024-cü il tarixli, 148609 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dəymiş ziyanın hesablanmasına görə 150 manat məbləğində "xxxx" MMC-yə pul ödənilmişdir.
6. 23 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Natavan Osman qızının xx.xx.2024-cü il tarixli ərizəsi əsasında onun mənzilinə baxış keçirilmiş, mətbəxdə (əvvəllər yataq otağı olmuş) tavan və divarında suyun sarı qurumuş izləri aşkar olunmuşdur. Ehtimal edilir ki, su həmin binada X7 məxsus 10-cu mənzilin sanuzel otağından axmışdır.
7. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Moskva (keçmiş Tbilisi) prospekti, ev 74, 10 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
8. 23 saylı MKİS tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 30 nömrəli arayışa əsasən ünvan 3 ünvanda hal-hazırda X3 və X5 qeydiyyatdadırlar. Sonuncunun şifahi sözünə əsasən mənzil satılıb, yeni sahib isə heç bir sənəd təqdim etməyib. Mənzildə kimlərin yaşaması barədə 23 saylı MKİS-də rəsmi sənəd yoxdur.
9. "xxxx" MMC tərəfindən verilən 15 iyul 2025-ci il tarixli, UNİ/İ 55-385/2025 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Moskva (keçmiş Tbilisi) prospekti, ev 74 ünvanında yerləşən 6 nömrəli mənzildə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/6210 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən görülməli olan söküntü, təmir işlərinin xərcinin (malmaterialların dəyəri, usta pulu xərclərinin) məbləği 5100 (beş min yüz) manat təşkil edir. Xidmət haqqı "xxxx" MMC-nin tarif cədvəlinə müvafiq olaraq 200 (iki yüz) manat təşkil edir.
10. xx.xx.2025-ci il tarixli, 317305 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 200 manat məbləğində "xxxx" MMC-yə pul ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 tərəfindən vurulmuş maddi zərərə görə 5100 manat, mütəxəssis rəyi ilə bağlı ödənilmiş 350 manat, mənəvi ziyanla bağlı 10000 manat olmaqla, ümumilikdə 15450 manat məbləğində pulun, eləcə də ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva (keçmiş Tbilisi) prospekti, 74 saylı evin 6 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək iddiaçının adına xx.xx.2008-ci il tarixdə çıxarış verilmişdir. İddiaçıya məxsus mənzilin üst hissəsində yerləşən və cavabdeh X7 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Moskva (keçmiş Tbilisi) prospekti, 74 saylı evin 10 saylı mənzilindən dəfələrlə iddiaçıya məxsus mənzilə su axıdılmışdır. Belə ki, qonaq otağına, mətbəxə, eyvan hissəsinə mütəmadi olaraq suyun axıdılması tavanın, mətbəxin və otağın divarlarının, divar kağızlarının, döşəmənin parketinin sıradan çıxması ilə nəticələnmişdir və nəticədə, iddiaçı maddi zərərə məruz qalmışdır. Bakı şəhəri 23 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən iki dəfə, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə baxış keçirilmiş və müvafiq olaraq aktlar tərtib edilmişdir. Əvvəllər də mütəmadi su axıdılması səbəbindən iddiaçı 2023-cü ilin sentyabr ayında mənzili əsaslı şəkildə öz vəsaiti hesabına təmir etmiş və yenidən su axıdılması nəticəsində təmir sıradan çıxmışdır, parketlər şişərək sıradan çıxmış, divar kağızları tökülmüşdür, Çexiya istehsalı olan 8 şamdanlı kristal çilçıraq və Türkiyə istehsalı olan ortopedik döşək yararsız hala düşmüşdür. Mənzil yenidən təmir edilməlidir. Cavabdehdən dəfələrlə su axıdılmasının qarşısının alınması və vurulmuş maddi zivanın ödənilməsini tələb etsə də, əhəmiyyət verməmiş və maddi zərəri ödəməkdən yayınmışdır. Mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Moskva (keçmiş Tbilisi) prospekti 74 saylı evin 6 saylı mənzilə üst mərtəbədən axan su nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılmış və 12 fevral 2024-cü il tarixdə dəymiş ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyi verilmişdir.
13. Daha sonra, iddiaçının ərizəsinə əsasən cavabdeh X10 əsl Cavabdeh ilə əvəz edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2025-ci il tarixli, 3-16-16/2-10/6210/2024 nömrəli ekspert rəyinə əsasən ünvan 1 tavanı, divarları və döşəməsi üzərində su sızma ləkələrinin olduğunu nəzərə alaraq 6 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 10 saylı mənzildən su sızma nəticəsində zərər dəydiyi müəyyən edilir. 6 saylı mənzilin üst mərtəbəsində yerləşən 10 saylı mənzilin qapısı bağlı olduğundan həmin mənzilə baxış keçirilməsi mümkün olmamışdır və bu səbəbdən də 6 saylı mənzilə su sızmanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. ünvan 4 saylı mənzilə su axıdılması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli olan işlərə sərf ediləcək (edilmiş) materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməmək məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(006)- 209/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 4835,30 manat və mütəxəssis rəyinə dair ödənilmiş 150 manat olmaqla, ümumilikdə 4985,30 manat və dövlət rüsumunun əvəzi kimi 135 manat pul məbləğinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
16. Qətnamənin əsaslarına görə, Bakı şəhəri Nəsimi rayonu Moskva (keçmiş Tbilisi) prospekti ev 74 mənzil 6 iddiaçının, həmin mənzildən üstdə yerləşən, 10 saylı mənzil isə cavabdehin mülkiyyətindədir (öz izahatına əsasən). İş materialları əsasında müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən mənzilə su axıntısı olmuş və nəticədə, mənzilə zərər dəymişdir. Məhkəmə tərəfindən cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılıbaxıdılmaması və iddiaçının mənzilinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Verilmiş ekspert rəyinə əsasən ünvan 1 tavanı, divarları və döşəməsi üzərində su sızma ləkələrinin olduğunu nəzərə alaraq 6 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 10 saylı mənzildən susızma nəticəsində zərər dəydiyi müəyyən edilir. Lakin, cavabdehə məxsus 10 saylı mənzilin qapısı bağlı olduğundan susızma halının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, ekspert rəyində iddiaçının mənzilinə axan suyun məhz cavabdehin mənzilindən axdığı müəyyən edilmişdir. Verilmiş ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsindən də görünür ki, iddiaçıya məxsus mənzildə baxış keçirilən zaman mənzildə mərtəbəarası susızmanın əlamətləri müşahidə edilmişdir. Bununla belə bu sızıntının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçının mənzilinə axıdılmış suya görə məsuliyyəti məhz cavabdeh daşımalıdır. Ona görə ki, iddiaçının mənzilinə məhz cavabdehin yaşadığı mənzildən su axıdılmasının müəyyən edilməməsinin səbəbi elə cavabdehin hərəkətləridir. İddiaçı öz üzərinə düşən sübutetmə yükünü sübuta yetirmiş, su basma halı baş verən zaman MKİS-nin nümayəndələrini dəvət etmiş və mənzilə suyun axıdılması ilə bağlı aktlar tərtib olunmuşdur. Beləliklə də o sübut etməsi mümkün olan bütün halları - mənzilinə yuxarıdan su sızdığını sübuta yetirmişdir. Buna baxmayaraq, cavabdeh ona məxsus mənzildən iddiaçının mənzilinə su axıdılmadığını və bu axıntıya görə təqsiri olmadığını qeyd etsə də, sübuta yetirə bilməmişdir. Bütün bu qeyd edilənləri nəzərə alaraq cavabdehin təqsirindən onun yaşadığı mənzildən iddiaçının mənzilinə su axıdılmış, nəticədə iddiaçının mənzilinə zərər dəymişdir. Belə olan halda cavabdeh iddiaçının mənzilinə vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə təqdim edilmiş hər iki mütəxəssis rəyi arasında müəyyən uyğunsuzluq olduğunu və təmir-bərpa xərclərinin hesablanmasında fərqli yanaşmalar tətbiq edildiyini nəzərə alaraq, obyektiv və ədalətli yanaşma kimi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilən zərər məbləğlərinin nəzərə alınmasını daha müvafiq hesab etmişdir. Belə ki, hər iki mütəxəssis rəyi üzrə məbləğlər arasında təqribən 300 manat fərq mövcuddur. 12 fevral 2024-cü il tarixli mütəxəssis rəyinə diqqət yetirilikdə görünür ki, həmin mütəxəssis rəyi hər bir iş üzrə (həm tavan işləri, həm döşəmə işləri, həm də avadanlıq, tullantıların daşınması, yüklənməsi, çılçıraq eləcə də digər işlər üzrə) daha ətraflı şəkildə qeyd edilməklə və ağlabatan məbləğlər müəyyən edilməklə tərtib edilmişdir. Həmin rəydən görünür ki, təmir-bərpa xərcləri və görüləcək işlərin sayı digər rəylə müqayisədə çoxluq təşkil etməsinə baxmayaraq ümumi məbləğ bütün işlər üzrə cəmi 4835,30 manat müəyyən edilmişdir. Göründüyü kimi, sözügedən rəy üzrə dəymiş ziyan məbləği daha dəqiq və əsaslandırılmış şəkildə izah edilmiş, daha obyektiv qiymətləndirmə təqdim olunmuşdur. Son, yəni 15 iyul 2025-ci il tarixli mütəxəssis rəyindən isə göründüyü kimi, qiymətlər hədsiz şişirdilmiş (parket- 875 manat (ilkin rəy) və 1443 manat (ikinci rəy), parket vurulma 245 manat (ilkin rəy)- 546 manat (ikinci rəy), divar kağızı 200 manat (ilkin rəy)- 500 manat (ikinci rəy), rənksaz- 350 manat (ilkin rəy)- 800 manat (sonrakı rəy), eləcə də yalnız görülməli olan təmir işləri qeyd edilmiş, ilkin rəydən fərqli olaraq avadanlıq xərcləri, həmçinin digər işlərə (məsələn, nəqliyyat xərcləri, inşaat materiallarının və zibilinin maşınlara yığılması və boşaldılması (fəhlə haqqı ilə birlikdə)) dair xərclər hesablanmamışdır. Göründüyü kimi, sonuncu rəy üzrə xərc növləri az olmasına baxmayaraq məbləğ ilkin rəydən hətta 300 manat artıq hesablanma aparılmış və müstəqil ekspert tərəfindən nəyə görə qeyd edilən məbləğ əldə edilməsi üzrə kifayət qədər əsaslandırma aparılmamış, yalnız telefon zəngləri ilə qiymət müəyyən edilmişdır. Həmin rəy iddiaçının öz təşəbbüsü əsasında tərtib edilmiş və iddiaçı bu məbləğlə razılaşaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı keçirilən ekspertizalar isə cavabdehin yox, məhz məhkəmənin öz təşəbbüsü ilə olmuşdur və bundan sonra iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək, son rəyə uyğun olaraq məbləği artırmışdır. Məhkəmə iddiaçının bu tələbini hüquqdan sui-istifadə kimi qəbul etmişdir. Belə ki, iddiaçı 4835,30 manata razı olmasına baxmayaraq, son rəydə məbləğ artıq hesablandığından tələbini əsassız və bundan istifadə edərək artırmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya zərər vurulsa da, həmin zərər qəsd nəticəsində deyil, ehtiyatsızlıq nəticəsində baş vermişdir. İddiaçı onun mənzilinə su axıdılması nəticəsində ona zərər vurulması və mənəvi zərər çəkməsini göstərsə də, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması barədə məhkəməyə sübut təqdim etməmişdir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1111.2, 1115-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7, 103.1, 115.0.1, 119.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən qətnamədə qeyd olunub ki, iddiaçı hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına istinadən bildirilir ki, cavabdehin təqsirli və qanunazidd əməlləri iş materiallarında olan bütün sübutlarla öz təsdiqini tapır. Bunun nəticəsidir ki, məhkəmə maddi zərərlə bağlı iddia tələbini əksər hissələrdə təmin etmişdir. Əgər cavabdehin, yəni zərər vuranın həmin əməlləri mötəbər sübutlarla sübuta yetirilirsə, bu əməllərin nəticəsi olaraq iddiaçının zərərçəkmiş şəxs qismində mənəvi zərərə də uğraması aşkardır. Aylarla davam edən təmir bərpa işləri nəticəsində iddiaçının keçirdiyi stress, yaşadığı gərginlik vəəsəb pozuntuları birbaşa həmin təqsirli əməlin iddiaçının psixologiyasında yaratdığı mənfi reaksiyadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən elə məhz bu mənəvi zərər deməkdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Məhkəmə qətnamədə iddiaçının mənəvi zərərə görə kompensasiya tələbini həm də ona görə əsassız hesab edir ki, həmin zərər qəsd nəticəsində deyil, ehtiyatsızlıq nəticəsində vurulmuşdur. Məhkəmə bu hissədə açıq-aydın əsassız və birbaşa qanunazidd mövqe sərgiləmişdir. Belə ki, qanunvericiliyə əsasən mənəvi zərər müəyyən edilərkən zərərvuran şəxsin təqsirinin həriki forması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və ... işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Beləliklə aydın olur ki, məhkəmə qətnaməsi mənəvi zərərin ödənilməsinin təmin edilməməsi hissəsində tamamilə əsassız və qanunsuzdur. "xxxx" MMC tərəfindən 12 fevral 2024-cü il tarixdə verilmiş dəymiş ziyanın müəyyən edilməsi barədə rəydə iddiaçıya dəymiş ziyanın məbləğinin 4835,30 manat təşkil etdiyi qeyd olunur. Məhkəmə bu rəyi əsaslı hesab etməyərək təkrar qiymətləndirmə təyin etmişdir. Bu dəfə qiymətləndirmənin keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilən 15 iyul 2025-ci il tarixli, UNİ/İ 55- 385/2025 nömrəli rəyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Moskva (keçmiş Tbilisi) prospekti, ev 74 ünvanında yerləşən 6 nömrəli mənzildə görülməli olan söküntü, təmir işlərinin xərcinin (mal materialların dəyəri, usta pulu xərclərinin) məbləği 5100 manat təşkil edir. Lakin Məhkəmə yekun qərar qəbul edərkən sonuncu qiymətləndirmə rəyini deyil, "xxxx" MMC tərəfindən verilən 12 fevral 2024-cü il tarixli rəyi əsas götürmüşdür. Maraqlısı budur ki, məhkəməiş üzrə yekun nəticəyə gələrkən öz təşəbbüsü ilə təyin etdiyi sonuncu qiymətləndirmə rəyini deyil, ilkin rəyi əsas götürmüşdür. Əgər həmin rəy kifayət idisə və əsaslı idisə məhkəmə nə üçün yenidən qiymətləndirmənin keçirilməsini qərara almışdır? Digər məsələ isə budur ki, məhkəmə qeyd edilən sonuncu qiymətləndirməni iddiaçının tələbi ilə deyil, məhz öz təşəbbüsü ilə təyin etmişdir. Lakin bunun üçün ödənilən 200 manat məbləği iddiaçıya aid etmiş, həmin məbləğin cavabdehdən tutulması hissəsindəiddianıtəmin etməmişdir.
21. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır və iddia ərizəsi Abşeron Rayon Məhkəməsinə verilməli idi, ciddi prosessual pozuntu törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.3-ci maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi əməliyyatlarında olduqda işi dayandırılması barədə qərardad qəbul etməli idi. Lakin Cavabdeh xx.xx.2024cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi hərbi xidmətdə olduğu halda onun şəxsi mənzili barədə ekspertiza keçirilmişdir, bununla da, onun mülkiyyət hüququ pozulmuş və onun üzərinə əsassız mülki öhdəlik qoyulmuşdur.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxs (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
26. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarı: Bənd 2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. ... Bənd 4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. ... Bənd 8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
29. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti ilə iddianın rədd olunduğu, cavabdehin apellyasiya şikayəti ilə iddianın təmin olunduğu hissələrində mübahisələndirildiyindən qətnamə apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilməlidir. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğu təqdirdə iddiaçının irəli sürdüyü dəlillərin araşdırılmasına zərurət qalmır.
31. Cavabdehin apellyasiya şikayəti ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılıbaxıdılmaması və iddiaçının mənzilinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Ekspert rəyinə əsasən ünvan 1 tavanı, divarları və döşəməsi üzərində su sızma ləkələrinin olduğunu nəzərə alaraq 6 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 10 saylı mənzildən susızma nəticəsində zərər dəydiyi müəyyən edilir. Lakin cavabdehə məxsus 10 saylı mənzilin qapısı bağlı olduğundan susızma halının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Verilmiş ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsindən də görünür ki, iddiaçıya məxsus mənzildə baxış keçirilən zaman mənzildə mərtəbəarası susızmanın əlamətləri müşahidə edilmişdir. Göründüyü kimi, ekspert rəyində iddiaçının mənzilinə axan suyun məhz cavabdehin mənzilindən axdığı müəyyən edilmişdir və cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir arqument irəli sürülməmiş və sübut təqdm olunmamışdır.
32. Buna görə də, birinci instansiya məhkəməsi qətnaməsində haqlı olaraq vurğulamışdır ki, iddiaçının mənzilinə axıdılmış suya görə məsuliyyəti məhz cavabdeh daşımalıdır. Ona görə ki, iddiaçının mənzilinə məhz cavabdehin yaşadığı mənzildən su axıdılmasının müəyyən edilməməsinin səbəbi elə cavabdehin hərəkətləridir. İddiaçı öz üzərinə düşən sübutetmə yükünü sübuta yetirmiş, su basma halı baş verən zaman MKİSnin nümayəndələrini dəvət etmiş və mənzilə suyun axıdılması ilə bağlı aktlar tərtib olunmuşdur.
33. Göründüyü kimi, iddiaçı sübut etməsi mümkün olan bütün halları - mənzilinə yuxarıdan su sızdığını sübuta yetirmişdir. Buna baxmayaraq, cavabdeh ona məxsus mənzildən iddiaçının mənzilinə su axıdılmadığını və bu axıntıya görə təqsiri olmadığını qeyd etsə də, sübuta yetirə bilməmişdir. Bütün bu qeyd edilənləri nəzərə alaraq cavabdehin təqsirindən onun yaşadığı mənzildən iddiaçının mənzilinə su axıdılmış, nəticədə iddiaçının mənzilinə zərər dəymişdir.
34. Cavabdedin apellyasiya şikayətinin mənəvi zərərin ödənilməsi və iddianın digər təmin olunmayan hissələrində məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apardığı araşdırma və əsaslandırma ilə razılaşır və əlavə qiymətləndirmə aparılmasına zərurət görmür.
35. Lakin qətnamənin nəticəvi hissəsinin məhkəmə xərcləri ilə bağlı hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, 148609 nömrəli mədaxil qəbzinə əsasən 150 manat məbləğində pul "xxxx" MMC-yə, xx.xx.2025-ci il tarixli, 317305 nömrəli mədaxil qəbzinə əsasən 200 manat məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir.
36. Lakin birinci instansiya məhkəməsi yalnız Qiymətləndirmə və Consulting Mərkəzi” MMC-yə ödənilmiş 150 manat məbləğində pul vəsaitinin tutulması qənaətinə gəlmiş, "xxxx" MMC-yə ödənilmiş 200 manat məbləğində pul vəsaiti ilə bağlı məsələyə aydınlıq gətirməmişdir.
37. Mülki Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Buna görə də məhkəmə kollegiyası iş materiallarında olan həmin qəbzləri əsas götürərək hesab edir ki, qətnamə məhkəmə xərclərinin mütəxəssis rəyiniə görə tutulmalı olan pul vəsaitinin məbləği hissəsində dəyişdirilməli, mütəxəssis rəylərinin alınması üçün ödənilmiş pul vəsaitinin əvəzi olaraq Cavabdeh tutularaq İddiaçı ödənilməli olan məbləğ 350 manat müəyyən olunmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(006)- 209/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(006)- 209/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(006)- 209/2025 nömrəli qətnaməsi mütəxəssis rəyinə görə 150 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin, həmin məbləğ 350 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.