Məhkəmə qərarları › İş №2(103)-5933/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5933/2023

17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5933/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 Xudat qızının, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2023-ci il tarixli, 2(004)-2994/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sağlamlığa vurulmuş zərərə görə və mənəvi zərərə görə 50000 manat məbləğdə kompensasiyanın alınaraq ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2023-ci il tarixli, 2(004)- 2994/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 5000 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin edilən hissəsində ləğv edilib, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(103)-5933/2023 nömrəli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi müraciət edərək, qətnamədən iddiaçının şikayətinin mümkünlüyünün yoxlanması üçün işin geri qaytarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası qeyd edilənlərə nəzərə alaraq, hesab edir ki, iddiaçının şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğu məsələsinə baxılması üçün cavabdehin apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilib, iş apellyasiya baxışından çıxarılmaqla, birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

8. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2023-ci il tarixli, 2(004)-2994/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2023-ci il tarixli, 2(004)- 2994/2023 nömrəli qərardadı ləğv edilsin, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar