Məhkəmə qərarları › İş №2(103)-5937/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5937/2025

22.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5937/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, X14 və X10 ibarət tərkibdə, Məhkəmə iclas katibi X18, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1571/2025 nömrəli, 09 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Hazırki mübahisə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 124 ünvanında yerləşən dövlət reyestrində qeydiyyata alınmamış torpaq sahəsinin alqısatqısı ilə bağlı yaranmışdır. 2013-cü ildə iddiaçı həmin torpaq sahəsini razılaşdırılmış 9000 manat pulu ödəməklə almışdır. 2014-cü ildə iddiaçı həmin torpaq sahəsini X2, sonuncu isə həmin torpaq sahəsi üzərində istifadə və sahiblik hüququnu həyata keçirə bilmədiyi üçün İddiaçı qarşı iddia qaldırmış və Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı İbrahim qızından 9000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Mübahisəli torpaq sahəsi bələdiyyəyə aid olmuş və Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən həmin torpaq sahəsi Cavabdeh1 alqı-satqı yolu ilə mülkiyyətə ayrılmış, həmin torpaq sahəsi İddiaçı tərəfindən pul verilməklə alındıqdan sonra tikinti işlərinin həyata keçirilməsinə 1500 manat pul vəsaiti xərclənmişdir. Hazırda iddiaçı aldığı torpaq sahəsini Cavabdeh1 və Cavabdeh2 10.500 manat torpaq sahəsi üçün verilmiş pul vəsaitini geri qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2013-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 124 ünvanında yerləşən torpaq sahəsini X4 həyat yoldaşı Cavabdeh2 onun adına yuxarıda göstərilən torpaq sahəsi üçün 9.000 manat pul vəsaiti verilmişdir. Bundan sonra təxminən on beş gün sonra həmin torpaq sahəsində tikinti işləri üçün 1.500 manat pul vəsaiti xərcləyərək kürsülü tikinti işləri aparılmışdır. Lakin 2014-cü il tarixdə ehtiyac üzündən həmin torpağı Kamil İsmayılova satılmışdır. Kamil isə öz növbəsində bir iki il sonra həmin torpaq sahəsini başqa bir şəxsə satmışdır. Lakin həmin torpaq bir neçə müddət təxminən iki il nəzarətsiz qaldığı üçün Cavabdeh1 qaynatasının vəfat etməsindən sui-istifadə edərək Cavabdeh2 ilə əlbir olaraq həmin torpaq sahəsində ev tikmişdir. Bundan sonra X3 rayon Məhkəməsinə müraciət etmiş, iddiaçı X6 iddiası qismən təmin edilərək, ondan 9.000 manat pul vəsaiti alınaraq X8 verilməsi barədə xx.xx.2023-cü il tarixdə qətnamə çıxarılmışdır. Bundan sonra o, öz növbəsində Cavabdeh1 barəsində Binəqədi rayon Polis İdarəsinə şikayət edərək, aldığı torpaq sahəsini qanunsuz zəbt edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.500 manat torpaq sahəsi üçün verilmiş pul vəsaitini geri qaytarılması barədə göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixdə, Binəqədi rayon Polis İdarəsinin müstəntiqi polis kapitanı Ruhid Yaqublu tərəfindən araşdırılaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 4-cü maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüququ tövsiyyə edilmişdir. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.500 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu əvəzi olaraq 122 manat pul vəsaiti müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iddiaçı X3 rayon Məhkəməsinə müraciət etmiş və iddası qismən təmin edilərək, X11 9000 manat pul vəsaiti alınaraq X8 verilməsi barədə qətnamə çıxarılmışdır. Həmin qətnamə Bakı şəhəri Binəqədi rayonu, 2(011)-3698/2023 saylı xx.xx.2023-cü il tarixli hakim İlkin Əliyevin sədirliyi ilə qətnamə çıxarılmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10.500 manat və dövlət rüsumu əvəzi olaraq 122 manat pul vəsaiti alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 öz ifadəsində göstərmişdir ki, o, Lalənin atasıdır. Ona ev tikmək üçün torpaq almaq istəmişlər. Bu məqsədlə satılan torpağa görə 9.000 manat pulu arvada ərinin yanında yoldaşı və Lalə ilə birlikdə vermişlər. Zinyət 9.000 manat pulu götürüb, demişdir ki, “torpaq sizindir”. Hörgü hörən zaman 1.500 manat ustaya xərc çəkilmişdir. Cavabdeh Rövşəni tikinti aparılarkən görmüşdür, salamlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 öz ifadəsində göstərmişdir ki, o, Lalənin anasıdır. Laləyə yaşadığı yerin yaxınlığında ev almaq istəmişlər, “torpaq satılır” ünvanına gedib Zinyətlə danışıb, razılaşıb 9.000 manat pul verib torpaq almışlar, pul verərkən Zinyətin həyat yoldaşı və Rövşən də orada olmuşdur, Rövşən torpağın alınmasına etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 öz ifadəsində göstərmişdir ki, o, Lalənin yoldaşıdır. 2013-cü ildə satılan torpaq sahəsinə görə 9.000 manat pulu Lalə Zinyətə vermişdir. Pul verilərkən həmin yerdə Zinyətin həyat yoldaşı və Rövşən də olmuşdur. Sonra tikintiyə başlamışdır, Rövşən həmin vaxtı gəlib gedirdi, bildirmişdir ki, orada tikinti işləri ilə məşğuldur, tikinti ilə bağlı köməklik təklif etmişdir. Özü hündür sahədə tikinti işlərini apardığını demişdir. Onların torpağın sənədlərini Zinyətin həyat yoldaşı Sübəhən düzəldib vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, o, Laləgilin aldığı torpaq sahəsində 2014-cü ildə hörgü işini görmüşlər. Həmin işə görə 1.500-1.600 manat əmək haqqı almışdır. Rövşəni tanıyır, tikinti zamanı orada görmüşdür. Altı daşı hörgü işi görmüş, 15-20 gün işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 öz ifadəsində göstərmişdir ki, o, ustadır. 2014-cü ildə hörgü işində o, da iştirak etmişdir. 1.500 manata qədər pul almışlar. Həmin vaxt Rövşən oraya gələrək xeyir-dua vermiş və yaxınlıqdakı evin qaynanasına məxsus olduğunu demişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1571/2025 nömrəli, 09 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 İddiaçı xeyrinə 10.500 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122 manat, cəmi 10.622 (on min altı yüz iyirmi iki) manat məbləğində pulun tutulması və iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, “mübahisəli torpaq sahəsi hər hansı bir şəxsin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, lakin həmin torpaq sahəsinin Cavabdeh1 satılması barədə X7 sərəncamı 2005-ci ildən mövcud olmuşdur, alqı-satqı da məhz həmin torpaq sahəsi ilə bağlı olmaqla alqı-satqıya dair razılaşdırılmış pul məbləği Cavabdeh2 verilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanılmış alqı-satqı etibarlı əqd kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, üzərində mülkiyyət hüquqları rəsmiləşdirilməmiş, lakin Cavabdeh1 adına bələdiyyə sərəncamı əsasında ayrılmış mübahisəli torpaq sahəsinin alqı-satqısının həyata keçirməklə Cavabdeh2 9.000 manat məbləğində pul vəsaiti əldə etməklə əsassız varlanmışdır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 heç bir hüquqi əsas olmadan torpaq sahəsinin satılması ilə bağlı iddiaçıdan 9.000 manat məbləğində pul vəsaitini əldə etməklə, eyni zamanda həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına şərait yaratmaqla 1.500 manat məbləğində iddiaçının xərc çəkməsi ilə bağlı həmçinin ona maddi ziyan da vurmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi 10.500 manat məbləğində pulun Cavabdeh2 tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmin məbləğin müştərək qaydada Cavabdeh1 da tutulmalı olması barədə tələb üzrə qeyd etmişdir ki, Cavabdeh1 qarşı hissədə tələb təmin edilə bilməz. Belə ki, iddiaçı və məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının anası və həyat yoldaşı 9.000 manat məbləğində pulun Cavabdeh2 verilməsi zamanı Cavabdeh1 da orada olması və həmin torpaq sahəsində Cavabdeh1 tərəfindən tikinti aparıldığı üçün pulun qaytarılmasına onun da cavabdehlik daşımalı olmasına dair dəlilləri üzrə məhkəmə qeyd etmişdir ki, pul vəsaiti məhz Cavabdeh2 verilmiş, şahid qismində dindirilmiş iddiaçının atası İldırım Əhmədov pulun verilməsində Cavabdeh1 iştirak etmədiyini bildirmiş, həmçinin Cavabdeh1 həmin torpaq sahəsinin onun qanuni sahibliyində 2005-ci ildən olmasına dair hüquqmüəyyənedici sənədlərə malik olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh1 hazırkı tələb üzrə cavabdehlik daşıyan şəxs kimi qəbul edilə bilməz”. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mövqeyini iddiaçının iddia ərizəsində yazdıqlarına və iddiaçının yaxın qohumlarının-atası, anası və ərinin izahatları ilə əsalandırmışdır. Belə ki, İddiaçı iddia etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2013-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 124 ünvanında yerləşən torpaq sahəsini X4 həyat yoldaşı Cavabdeh2 onun adına yuxarıda göstərilən torpaq sahəsi üçün 9.000 manat pul vəsaiti verilmişdir. O X4 həyat yoldaşı deyil və nikahları xx.xx.1991-ci il tarixdə ləğv edilmişdir. Bundan təxminən on beş gün sonra həmin torpaq sahəsində tikinti işləri üçün 1.500 manat pul vəsaiti xərcləyərək kürsülü tikinti işləri aparılmışdır. Lakin 2014-cü il tarixdə ehtiyac üzündən həmin torpağı Kamil İsmayılova satılmışdır. Kamil isə öz növbəsində bir iki il sonra həmin torpaq sahəsini başqa bir şəxs satmışdır. Lakin həmin torpaq bir neçə müddət təxminən iki il nəzarətsiz qaldığı üçün Cavabdeh1 qaynatasının vəfat etməsindən sui-istifadə edərək cavabdeh Fərzəliyeva Zinyət ilə əlbir olaraq həmin torpaq sahəsində ev tikilmişdir. Bundan sonra X3 rayon Məhkəməsinə müraciət etmiş, iddiaçı X6 iddası qismən təmin edilərək, ondan 9.000 manat pul vəsaiti alınaraq X8 verilməsi barədə xx.xx.2023-cü il tarixdə qətnamə çıxarılmışdır. Bundan sonra o, öz növbəsində Cavabdeh1 barəsində Binəqədi rayon Polis İdarəsinə şikayət edərək, aldığı torpaq sahəsini qanunsuz zəbt edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.500 manat torpaq sahəsi üçün verilmiş pul vəsaitini geri qaytarılması barədə göstəriş verilməsi xahiş etmişdir. Sual olunur ki, onun İddiaçı torpaq sahəsi satması və onun 9.000 manat verməsi hansı mötəbər sübutla, yazılı qəbzləmi, onun izahatları, yoxsa hansı müqavilə ilə təsdiq olunur. Məhkəmədə ifadə verən şahidlər - iddiaçının atası X22 öz ifadəsində göstərmişdir ki, 9.000 manat pulu arvada (yəni ona) ərinin (Sübhənin-halbuki Sübəhən onun əri deyildir) yanında yoldaşı və Lalə ilə birlikdə vermişlər. Zinyət 9.000 manat pulu götürüb, demişdir ki, “torpaq sizindir”. İddiaçının anası X21 öz ifadəsində göstərmişdir ki, Laləyə ev almaq üçün “torpaq satılır” ünvanına gedib Zinyətlə danışıb, razılaşıb 9.000 manat pul verib torpaq almışlar, pul verərkən Zinyətin həyat yoldaşı və Rövşən də orada olmuşdur, Rövşən torpağın alınmasına etiraz etməmişdir. İddiaçının əri X16 öz ifadəsində göstərmişdir ki, 2013-cü ildə satılan torpaq sahəsinə görə 9.000 manat pulu Lalə Zinyətə vermişdir. Pul verilərkən həmin yerdə Zinyətin həyat yoldaşı və Rövşən də olmuşdur. Sonra tikintiyə başlamışdır, Rövşən həmin vaxtı gəlib gedirdi, bildirmişdir ki, orada tikinti işləri ilə məşğuldur, tikinti ilə bağlı köməklik təklif etmişdir. Özü hündür sahədə tikinti işlərini apardığını demişdir. Onların torpağın sənədlərini Zinyətin həyat yoldaşı Sübəhən düzəldib vermişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən dəvət olunan şahidlər, onun yaxın qohumları, ailə üzvləridir. İkincisi Mülki Prosessual Məcəllənin 104.3-cü maddəsinə əsasən, alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Məhkəmədə şahid qismində dindirilmiş digər şahidlər X12 və X27 iddiaçının ev tikdirdiyi torpaq sahəsinə Rövşən gələrək xeyir-dua verdiyini bildirmişlər, onun ora gəlib-gəlmədiyini bildirməmişlər. Məhkəmə qeyd etmişdir ki, həmin torpaq sahəsinin Cavabdeh1 satılması barədə X7 sərəncamı 2005-ci ildən mövcud olmuşdur, alqı-satqı da məhz həmin torpaq sahəsi ilə bağlı olmaqla alqı-satqıya dair razılaşdırılmış pul məbləği Cavabdeh2 verilmişdir. Sual olunur ki, mübahisəli torpaq sahəsi Bələdiyyə qərarı əsasında Rövşənə satıldığı halda, alqı-satqıya dair pul məbləği ona niyə verilməli idi? İşdə olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Ruhid Yaqublu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı əri X19 polisə ərizə ilə şikayət edib, ərizəsində və izahatında göstərmişdir ki, 2013-cü ildə Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 124 ünvanında yerləşən X1 1.8 sot torpaq sahəsini həyat yoldaşı İddiaçı adına 9.000 manat pul verərək almışdır. Təxminən 1.500 manata yaxın həmin torpağa xərc çəkib daş hördürmüşdür. Həmin ərəfədə Sübəhənin yeznəsi Cavabdeh1 da həmin vaxt torpağa gəlib ona xeyir-dua vermişdir. Həmin vaxt özü də kənarda ev tikdiyini deyib ona göstərmiş, bəzi artıq tikintiyə aid taxta parçalarını isə onun torpağına gətirib qoydu ki, oradan oğurlanar. O, da etiraz etməmişdir. Lakin imkansızlıqdan həmin torpaqda tikinti-inşa işlərini davam etdirə bilməmişdir. 2014-cü ildə ehtiyac özündən həmin torpağı Kamil İsmayılova satmışdır, Kamil isə öz növbəsində 1-2 il sonra başqa bir şəxsə satmışdır. Lakin həmin torpaq bir neçə müddət təxminən iki il nəzarətsiz qaldığı üçün Rövşən qaytatasının da vəfat etməsindən istifadə edib həmin torpaqda ev tikmişdir. Daha sonra Kamil İsmayılov ondan məhkəməyə müraciət edərək 9.000 manat iddiası ilə çıxış etmiş və bu barədə onun əleyhinə qərardad çıxarılmışdır. Buna görə də haqqının bərpası üçün polis bölməsinə müraciət etmək qərarına gəldiyini, torpağın həqiqətən də Sübəhən Fərzəliyevdən aldığını onun həyat yoldaşı Zinyət xanımın da təsdiq edə biləcəyini bildirmişdir. Həmin qərardan həmçinin görünür ki, ilkin araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, Binəqədi qəsəbəsi, 3-cü mədən 124-cü korpusda yerləşən sözügedən 2,9 sot torpaq sahəsi onun özünə aid olub, 2010-cu ilin ortalarında mərhum qayınatası Sübəhən həmin torpağı öz evinin yanında olduğu üçün xəbərsiz İxtiyar və İddiaçı adlı şəxslərə satmışdır. Həmin vaxt onların orada tikinti işlərini görüb saxlatmışdır. Daha sonra İxtiyar da həmin torpağı Kamil adlı şəxsə satmışdır, Kamil adlı şəxs daha sonra İxtiyarı dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə vermişdir. Mərhum qayınatası Sübəhən əqli cəhətdən xəstə və anlaqsız olduğu üçün ona məxsus torpağı satdığını və buna görə də heç kimin ona bir söz demədiyini bildirmişdir. Qeyd edir ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqinin qərarı preyudisial əhəmiyyət daşımasa da, iddiaçının ərinin ərizəsində və izahatında mübahisli torpaq sahəsini X1 1.8 sot torpaq sahəsini həyat yoldaşı İddiaçı adına 9.000 manat pul verərək aldığını bildirmişdir. Yəni iddiaçının əri ixtiyar adlı şəxsin pulu ona deyil Fərzəliyev Sübəhənə verdiyini, pulu İddiaçı deyil, onun əri tərəfindən verildiyi qeyd edilir. Halbuki, şahidlər 9.000 manat pulun ona Lalə tərəfindən verildiyini məhkəmədə bildirmişlər. Bu da iddianın və şahidlərin ifadələrinin əhəmiyyətli dərəcədə əsassız olduğunun bariz nümunəsidir. Lakin Səbail rayon Məhkəməsi bu halları aydınlaşdırmamış, onun iştirak etmədiyi məhkəmədə, onun məhkəmə müdafiəsi hüququnu qorumaq vəzifəsini yerinə yetirməmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdehlər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 14.2.7-ci maddəsində göstərilir ki, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən - torpaq sahəsində tikinti işlərinin aparılmasına çəkilmiş 1.500 manat məbləğində xərcin cavabdehdən tutulması hissəsində ləğv edilməklə həmin hissədə iddia tələbi rədd edilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçı aldığı torpaq sahəsini qanunsuz zəbt edilməsinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.500 manat torpaq sahəsi üçün verilmiş pul vəsaitini geri qaytarılmasını tələb edir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi hər hansı bir şəxsin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, lakin həmin torpaq sahəsinin Cavabdeh1 satılması barədə X7 Sərəncamı 2005-ci ildən mövcud olmuşdur, alqı-satqı da məhz həmin torpaq sahəsi ilə bağlı olmaqla alqı-satqıya dair razılaşdırılmış pul məbləği Cavabdeh2 verilmişdir. Cavabdeh2 isə apellyasiya şikayətində həmin vəsaitin ona verilmədiyini bildirmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, üzərində mülkiyyət hüquqları rəsmiləşdirilməmiş, lakin Cavabdeh1 adına bələdiyyə sərəncamı əsasında ayrılmış mübahisəli torpaq sahəsinin alqı-satqısının həyata keçirməklə Cavabdeh2 9.000 manat məbləğində pul vəsaiti əldə etməklə əsassız varlanmışdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi 2013-cü ildə iddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 124 ünvanında yerləşən dövlət reyestrində qeydiyyata alınmamış torpaq sahəsini razılaşdırılmış 9.000 manat pulu Cavabdeh2 ödəməklə almışdır. 2014-cü ildə iddiaçı həmin torpaq sahəsini X2, sonuncu isə həmin torpaq sahəsi üzərində istifadə və sahiblik hüququnu həyata keçirə bilmədiyi üçün İddiaçı qarşı iddia qaldırmış və Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı İbrahim qızından 9.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Həmçinin apellyasiya baxışı zamanı təqdim edilmiş 25 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, Cavabdeh2 izahatında göstərmişdir ki, təxminən 2013-cü ildə mərhum həyat yoldaşı X5 yaşadıqları evin yan hissəsində olan özünə məxsus 1.8 sot torpaq sahəsini oğlu həbsdə olduğu üçün satmaq niyyəti olmuşdur. Buna görə də həmin ildə torpağı X13 9000 manata satmışdır. Həmin torpaq İxtiyar Ağayevin həyat yoldaşı İddiaçı adına rəsmiləşdirilmişdir. Onlarda həmin torpaq sahəsində bəzi işlər gördürüb daş hördürmüşlər. Lakin işləri yarımçıq qoymuşlar. Daha sonra onlarda öz növbəsində həmin torpağı başqa bir şəxslərə satmışlar. Sübəhən 2021-ci ildə vəfat etdikdən sonra qızının əri Cavabdeh1, həmin torpaqda ev tikib satmışdır. Həmin vaxt Rövşən orada iş gördürərkən baxıb etirazını bildirmişdir. Rövşən isə sözünə məhəl qoymamışdır. Bu yaxınlarda isə eşitmişdir ki, torpağı alan adamlar İxtiyarı məhkəməyə vermişdir. Cavabdeh1 onun keçmiş əri Sübəhən barəsində dediklərinin yalan olduğunu, sözü gedən torpaq sahəsinin Sübəhənə aid olduğu, onun heç bir əqli qüsuru olmadığını, oğlu həbsdə olduğu üçün ehtiyac üzündən torpağı satdığını və Sübəhən dünyasın dəyişəndən sonra orada işlər görüldüyünü qeyd etmişdir. Ümumiyyətlə Rövşənin ev tikib-satmaqla məşğul olduğunu bildirmişdir. Yəni, Cavabdeh2 izahatında Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 124 ünvanında yerləşən dövlət reyestrində qeydiyyata alınmamış torpaq sahəsinin məhz övladının həbsdə olması səbəbindən 9.000 manat satılmasını və həmin vəsaitin əldə edilərək xərcləndiyini qeyd etmişdir. Məhkəmə Kollegiyası apellyasiya baxışı zamanı təqdim edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarının birinci məhkəmədə müzakirə predmeti olmasa da, hesab edir ki, qərar gecikmiş sübut növü kimi qiymətləndirilməli olsa da belə, məzmununda torpaq sahəsinin müəyyən səbəbdən 9.000 manat satılmasını və həmin vəsaitin əldə edilərək xərcləməsi aşkar görünür ki, bu halların mövcudluğu da Cavabdeh2 heç bir hüquqi əsas olmadan torpaq sahəsinin satılması ilə bağlı iddiaçıdan 9.000 manat məbləğində pul vəsaitini əldə etməklə ona maddi ziyan da vurmasının birbaşa təsdiqidir. Bu faktın mövcudluğu şikayətin şahid ifadələrinin mötəbər olmamasına dair dəlilinin də əsassız olmasını təsdiq edir. Belə ki, şahid ifadələrinin məzmunu ilə Cavabdeh2 izahatında göstərilənlərin uzlaşması müşahidə edilir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı 9.000 manat vəsaitin cavabdehdən tutulması ilə bağlı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və həmin hissədə iddianın rədd edilməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla belə Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi torpaq sahəsində tikinti işlərinin aparılmasına çəkilmiş 1.500 manat məbləğində xərcin də cavabdehdən tutulması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 124 ünvanında yerləşən dövlət reyestrində qeydiyyata alınmamış torpaq sahəsi məhz 9.000 manata razılaşdırmaqla əldə edilmiş və Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı İbrahim qızından 9.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Göründüyü kimi iddiaçının torpaq sahəsində tikinti işlərinin aparılmasına çəkilmiş xərcin, yəni 1500 manat hissəsinin tələbin hüquqi əsası olmamışdır. Beləlikdə də Məhkəmə Kollegiyası cavabdehin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən torpaq sahəsində tikinti işlərinin aparılmasına çəkilmiş 1.500 manat məbləğində xərcin cavabdehdən tutulması hissəsində ləğv edilməklə həmin hissədə iddia tələbi rədd edilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 122 manat dövlət rüsumunun 110 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 12 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Həmçinin, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1571/2025 nömrəli, 09 sentyabr 2025-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilən - torpaq sahəsində tikinti işlərinin aparılmasına çəkilmiş 1.500 manat məbləğində xərcin cavabdehdən tutulması hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh2 qarşı “torpaq sahəsində tikinti işlərinin aparılmasına çəkilmiş 1.500 manat məbləğində xərcin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi” barədə iddiası rədd edilsin. Mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 122 manat dövlət rüsumunun 110 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 12 manat hissəsi isə iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamədən, qətnamə cavabdeh X20 tərəfindən ona rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar