Məhkəmə qərarları › İş №2(103)-594/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-594/2025

23.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-594/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-594/2025 (Açar sözlər: daşınmaz əmlakın təhvil verilməsi və maddi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətini cəlb etməklə qarşı “daşınmaz əmlakın təhvil verilməsi və maddi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4568/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyul 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətini cəlb etməklə qarşı “daşınmaz əmlakın təhvil verilməsi və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən daşınmaz əmlakın cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi və istifadə olunmuş müddət ərzində dəymiş ziyana görə 19300 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 147,90 manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Tələbi onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən İddiaçı istifadəsinə verilmişdir. Həmin tarixdən 2005-ci ilə qədər həmin obyekti iddiaçı və övladları istifadə etmiş, 2005-ci ildə obyekti adını xatırlamadığı Tovuz rayon sakini olan bir vətəndaşa icarəyə vermişdir. Həmin vaxt cavabdehlərdən Cavabdeh1 orada saç ustası kimi işləmiş, daha sonra Eldəniz iddiaçıya obyekti özü işlədərək icarə haqqını ödəməsini bildirmişdir. Bundan sonra iddiaçı ilə Eldəniz şifahi şəkildə razılaşaraq, obyekt Eldənizə icarəyə vermişdir. 2013-cü ildə Eldəniz dövlət qulluğuna qəbul olunduğunu bildirərək obyekti artıq işlətməyəcəyini, buna görə qardaşı Cavabdeh3 faktiki işlədəcəyini bildirmişdir. Eldəniz obyekti işlətməyəcəyini bildirsə də, görüşlərdə şəxsən iştirak etmişdir. Cavabdehlər 2013-cü ilədək həmin daşınmaz əmlaka görə müəyyən edilmiş icarə haqqını tam şəkildə ödəmişlər. Daha sonra iddiaçı maddi vəziyyəti ilə əlaqədar 2013-cü ildə həmin daşınmaz əmlakı dövlət reyestrində öz şəxsi mülkiyyəti kimi qeydiyyata saldıraraq satmaq qərarına gəlmişdir. Bunu eşidən cavabdehlər iddiaçıya bildirmişlər ki, həmin obyekti satmasın və Cavabdeh3 etibarnamə versin. Həmin etibarnamə əsasında Cavabdeh3 həmin daşınmaz əmlaka dair sənədləşdirmə işlərini aparmaqda iddiaçıya köməklik etsin və bu müddət ərzində iddiaçıya yenə də icarə haqqı ödəsinlər. Həqiqətən də 2020-ci ilə qədər iddiaçıya icarə haqqı ödənilmişdir. Lakin 2020-ci ildən etibarən iddiaçı cavabdehlərdən heç bir icarə haqqı ala bilmımiş, cavabdehlər həmin obyekti aldıqlarını iddia etmişlər. Bu barədə tərəflər arasında dəfələrlə danışıqlar aparılmış, lakin heç bir nəticəyə gəlinə bilməmişlər. 2024-cü ildə iddiaçıya məlum olmuşdur ki, onun 2013-cü ildə Cavabdeh3 verdiyi etibarnamə əsasında Asif iddiaçını etibarından sui-istifadə edərək 2020-ci ildə öz səlahiyyətlərini etibarnamə əsasında atası Cavabdeh2 ötürmüşdür. İcarə haqqı kimi ödənilmiş son məbləğdən sonra cavabdehlər həmin obyektdən tam qanunsuz istifadə etməyə və bununla da iddiaçıya maddi cəhətdən ziyan vurmağa davam edirlər. Nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4568/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddianın qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən daşınmaz əmlakın cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, 100 (yüz) manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi, 29-cu maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.8, 362.1, 362.2, 363.1, 364.1, 364.2, 365.1, 365.2, 366.1, 366.2, 366.3, 366.4, 685.2, 686, 700, 705-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam olaraq təmin edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, mübahisələndirilən qətnamədə konkret olaraq öz əksini tapmasa da, məhkəmə iclasları zamanı cavabdehlər və şahid etiraf etmişdir ki, cavabdehlərlə iddiaçı arasında mübahisə predmeti olan daşınmaz əşyaya görə icarə münasibətləri olmuş, tərəflər icarə haqqını şifahi qaydada razılaşdırmış və cavabdeh tərəfindən iddiaçıya bir müddət icarə haqqı ödənilmişdir. MM-nin 406.1-ci maddəsində göstərilir ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu maddədən göründüyü kimi, icarə müqaviləsi şifahi formada da bağlana bilər, belə ki, icarə müqaviləsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən bir forma təyin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, cavabdehlər iddiaçıya müəyyən bir pul məbləği verdiklərini və həmin daşınmaz əşyanı aldıqlarını bildirmişlər, lakin həmin daşınmaz əşyanı alma faktlarını sübut edə bilməmişlərdir. Göründüyü kimi, cavabdehlərin iddiaçıya hansısa bir müəyyən bir pul məbləğini verməsi və hal-hazırda da mübahisə predmeti olan daşınmaz əşyadan istifadə etmələri mülki işin mübahisələndirilməyən halıdır.

7. Qətnamədən həmçinin Cavabdeh3 apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın tam olaraq təmin edilməməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ,iddiaçı məhkəmə iclasında verdiyi izahatında sahəsi 20-25kv.m olan tikili istifadəsinə Bakı şəhəri Sabunçu rayon İHBnin xx.xx.1998-ci il tarixli,719 saylı sərəncamı əsasında verildiyini, Bakı şəhəri Aydınbəyov küçəsinin sonunda yerləşən həmin tikilidən o,bərbərxanakimi 2005-ci ilədək özü istifadə etdiyini, 2005-ci ildə obyekti Tovuz rayon sakininə icarəyə verdiyini, həmin vaxt cavabdehlərdən Eldəniz Ocaquliyev orda saç ustası olaraq işlədiyini, daha sonra Eldəniz Ocaquliyev 2013-cü ilədək, 2013-cü ildən isə axırıncının qardaşı Cavabdeh3 obyekti icarə haqqı ödəyərək işlətdiyini, bu müddət ərzində Asif Ocaqquliyev ona obyekti özəlləşdirməyə köməklik edə biləcəyini vəd etdiyindən, o, axırıncıya10il müddətinə bununla əlaqədar etibarnamə verdiyini, Cavabdeh3 2020-ci ilədək ona icarə haqqı ödədiyini, o vaxtdan bu günədək isə icarə haqqı ödəmədiyini göstərmiş, lakin iddianın əsasını təşkil edən sübutları və dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehlər isə məhkəmə iclasında verdikləri izahatlarında iddiaya etiraz edərək bildirmişlər ki, iddiaçı onlara sahəsi 14.kv.m olan Bakı şəhəri Aydınbəyov küçəsinin sonunda yerləşən mağaza tikilisinin arxasında yerləşən tikilini məişət avadanlıqların təmiri emalatxanası kimi işlətmək üçün Bakı şəhəri Sabunçu rayon İHB-nın xx.xx.1998-ci il tarixli, 719 saylı sərəncamı əsasında verildiyini, iddiaçı həmin əvvəllər tikilidən bərbərxana kimi istifadə etdiyini, onlardan əvvəl tikilini Tovuz rayon sakininə icarəyə verdiyini, cavabdehlərdən Cavabdeh1 həmin tikilidə saç ustası olaraq işlədiyini,xx.xx.2013-cü ildə də iddiaçı həmin tikilini 17000 manat Cavabdeh3 satdığını, iddiaçının tikiliyə dair mülkiyyət hüququ verən sənədi olmadığından aralarında rəsmi alqı-satqı müqaviləsi bağlanılmadığını, bu səbəbdən də həmin tarixdə iddiaçı Cavabdeh3 sərəncamın əslini təqdim etmiş və Bakı şəhəri 27 saylı notariat kontorunda Cavabdeh3 Bakı şəhəri Sabunçu rayon İHB-nin xx.xx.1998-ci il tarixli,719 saylı sərəncamına əsasən Bakı şəhəri Sabunçu rayonu Aydınbəyov küçəsinin sonunda yerləşən mağazanın arxa tərəfində yerləşən tikilidən istifadə etməyi, müvafiuq sənədlər topladıqdan sonra tikinti işləri aparmağı, onun adından həmin tikilini özəlləşdirmək üçün bütün dövlət orqanlarına müraciətlər etməyi, ona çatası reyestrdən çıxarışı və digər sənədləri almağı, əmlakı özgəninkiləşdirmək məqsədi ilə onun adından alqı-satqı müqavilələri bağlamağı, pulu almağı və sairə hərəkətləri etməyə etibarnamə vermişdir. İddiaçının ona satdığı tikilinin əvvəllər olduğu kimi hazırda da ayrı giriş-çıxışı, mağaza tikilisinin isə ayrı giriş-çıxışı vardır. Məlum məsələdir ki, Cavabdeh3 iddiaçının ona satdığı qeyri-yaşayış sahəsini sərəncamın verilməsinə əsas olmuş sənədlər aşkarlanmadığından, həmin tikilini özəlləşdirə və öz adına rəsmiləşdirə bilməmişlər. Lakin bu müddət ərzində o, həmin ünvanda yerləşən iddiaçının ona satdığı qeyri-yaşayış sahəsinin qarşısından yerləşən mağaza tikilisini kənar şəxsdən aldıqdan sonra hər iki tikilinin arasında mövcud olan mağaza tikilisinin arxa divarını söküb tikilinin sahəsini genişləndirdiyini, su, qaz, enerji idarələrində və Bələdiyyə orqanlarına həmin obyektin istifadəçi olaraq qeydiyyata alınaraq bu günəcən qanunla nəzərdə tutulmuş ödənişlər etdiyini, iddiaçıya heç bir zaman icarə haqqı ödəmədiyini göstərmişdir. Hətta mağazanın arxasından əlavə olaraq 4 kv.m sahəni də qonşudan alıb bərbərxananın tikilisinə əlavə edib istifadə etdiyini bildirmişdir. Çox təəsüf ki, məhkəmə belə bir nəticəyə gələrkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün halları tam və obyektiv araşdırmamış, iddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi daşınmaz əmlakın Bakı şəhəri Sabunçu rayon İHB-nin xx.xx.1998-cil tarixli,719 saylı sərəncamı əsasında istifadəsinə verilmiş əmlak olub-olmamasını, əgər olmuşdursa, həmin əmlakın hansı hissəsinin sərəncamla ona verilmiş hissəsi olmasını müəyyən etməmiş, məhkəmə iclasında iddiaçının sərəncamla istifadəsinə verilmiş həmin ünvanda mağaza tikilinin arxasında yerləşən tikilinin sahəsi 20- 25 kv.m olmasını, cavabdehlər iddiaçının onlara satdığı tikilinin sərəncamda istinad edilmiş ona aid olmayan mağaza tikilisinin arxasında yerləşdiyini və həmin tikilinin sahəsi 14 kv.m olmasını, hazırda isə məhkəməyə cavabdehlər təqdim edilmiş "xxxx" MMC tərəfindən 2023-cü ildə tərtib edilmiş həmin tikilinin ümümi sahəsi 48,1 kv.m olmasına, tikilinin hansı hissəsinin iddiaçıya aid olması, hansı hissəsinin isə sərəncamda göstərilmiş iddiaçının istifadəsinə verilmiş tikilinin qarşısında mövcud olmuş mağaza tikilisinin sahəsinə aid olmasını müəyyən etmək üçün müvafiq mütəxəssis və ekspert rəylərini almadan cavabdehlərin hazırda istifadəsində olan ümumi sahəsi 48.1 kv.m olan daşınmaz əmlakdan çıxarılmasına dair səhv nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 onlar tərəfindən verilən apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, ekpsert rəyində yer müəyyən olunmuşdur, birinci instansiya məhkəməsində də qarşı tərəfin özünün gətirdiyi şahid də bildirib ki, yer əvvəl iddiaçının olmuş, sonradan alınmışdır. Qarşı tərəf əvvəl əmlakın arxasını iddiaçıdan, ön hissəsini başqa şəxsdən aldığını qeyd edir. Bu, sadəcə fikri yayındırır və sonradan düşünülüb. Digər tərəfdən qanunvericiliyin tələbinə əsasən alqı-satqı müqaviləsi yazılı olmalı və notarial qaydada təsdiq edilməlidir. Əqdin də etibarlı olması üçün onun yazılı formada tərtib edilməsi tələbinə riayət edilməlidir. Burada hər hansı alqı-satqı müqaviləsi yoxdur. Onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi mövqe yanlışdır, qeyd edir ki, icarə müqaviləsi yazılı şəkildə olmalıdır, amma belə bir tələb yoxdur. Qarşı tərəfin o obyektə gəlmə əsası tərəflər arasında icarə müqaviləsinin olması ilə əlaqədar olmuşdur. Əgər qarşı tərəf yaxşılaşdırma işi aparıbsa, razılaşmaq da olar, lakin qarşı tərəf razı deyil.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 onlar tərəfindən verilən apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili onlar tərəfindən verilən apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2012-ci ildə tərəflər arasında razılaşma olmuşdur, həmin tikilinin qarşısında olan mağaza cavabdeh Asif tərəfindən alınmış və arxasında olan emalatxana- bərbərxana kimi istifadə edilən tikili razılaşmaya əsasən 17 min manata alqı-satqı edilmişdir. Tərəf qeyd edir ki, ona satılan mağazanın arxası idi, mağazanın arxasının sökdüyünü o hissəni birləşdirdiyini bildirir. Cavabdeh hansı orqana müraciət etsə də, bu sərəncamla əmlakın özəlləşdirilməsi mümkün olmadığını bildirmişlər.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

16. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

17. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

18. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

19. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

20. Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.

21. Maddə 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir:

22. Maddə 365.1.1. etibarnamənin müddətinin bitməsi

23. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

24. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

25. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

35. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən köhnə tikilidən təmir etmək şərti ilə məişət avadanlıqları təmiri emalatxanası kimi istifadə edilməsi İddiaçı icazə verilmişdir.

36. xx.xx.2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən köhnə tikilidən istifadə etməyi, müvafiq sənədlər topladıqdan sonra tikinti işləri aparmağı, həmin tikilini özəlləşdirmək üçün bütün dövlət orqanlarında, kooperativ və ictimai təşkilatlarda nümayəndəsi olmağı, sənədləri toplamağı, özəlləşdirməyi, adından imza etməyi, sənədləri aidiyyatı üzrə dövlət orqanlarına verməyi, ona çatası reyestrdan çıxarışı və digər sənədləri almağı, aldığına dair imza etməyi, alqısatqı üçün lazım olan sənədləri topladıqdan sonra üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, lazım olarsa həmin tikili ilə əlaqədar olaraq bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, ona aid olan mülki işləri aparmağı, iddia ərizəsini verməyi, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan olan bütün hərəkətləri etməyi Cavabdeh3 xx.xx.2023-cü il tarixədək etibar etmişdir.

37. İş materiallarında olan xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən köhnə tikilidən istifadə etməyi, müvafiq sənədlər topladıqdan sonra tikinti işləri aparmağı, həmin tikilini özəlləşdirmək üçün bütün dövlət orqanlarında, kooperativ və ictimai təşkilatlarda nümayəndəsi olmağı, sənədləri toplamağı, özəlləşdirməyi, adından imza etməyi, sənədləri aidiyyatı üzrə dövlət orqanlarına verməyi, ona çatası reyestrdan çıxarışı və digər sənədləri almağı, aldığına dair imza etməyi, alqı-satqı üçün lazım olan sənədləri topladıqdan sonra üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, lazım olarsa həmin tikili ilə əlaqədar olaraq bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, ona aid olan mülki işləri aparmağı, iddia ərizəsini verməyi, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan olan bütün hərəkətləri etməyi etibar etdiyi Cavabdeh3 Cavabdeh2 xx.xx.2023-cü il tarixədək etibar etmişdir.

38. Hazırda cavabdeh iddianın təmin edilən hissəsindən narazı qalaraq çıxarılması qət olunan əmlakı alqı-satqı əsasında aldığını bildirərək iddianın rədd olunmasını, iddiaçı isə cavabdehlə aralarında vaxtikən icarə münasibətləri olduğunu və münasibətlərin xitamından sonra cavabdehin həmin əmlakdan istifadəsi nəticəsində icarə haqqı ödəməli olduğunu bildirərək iddianın tam təmin olunmasını xahiş etmişdir.

39. İlk növbədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir.

40. Belə ki, yuxarıda adı çəkilən iş materiallarından da göründüyü kimi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən iddiaçıya verilmiş və onun qanuni gözləntisinə çevrilmişdir. Cavabdeh isə həmin əmlakı xx.xx.2013-cü ildən xx.xx.2023-cü ilədək iddiaçı tərəfindən verilən etibarnamə əsasında idarə etmiş, yəni əmlakdan istifadəsi iddiaçının razılığı əsasında məhz həmin etibarnaməyə söykənərək baş tutmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə etibarnamənin müddətinin bitməsinə və yeni etibarnamə verilməməsinə baxmayaraq cavabdeh həmin əmlakdan iddiaçının razılığı olmadan istifadə etmiş və nəticədə əmlak onun tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.

41. Cavabdeh buna əsas kimi qeyd olunan əmlakın iddiaçı ilə aralarında olan alqı-satqıya əsasən dəyəri bir neçə hissədə ödənilməklə alındığını bildirsə də, nə müqavilənin, nə də, ümumiyyətlə, alqı-satqı münasibətlərinin mövcudluğuna dair heç bir mötəbər dəlil təqdim edə bilməmiş, iddiaçının öz əmlakına sahiblik etməsinə mane törətməsinin faktiki və hüquqi əsaslarını sübut edə bilməmişdir.

42. Həmçinin cavabdeh apellyasiya baxışı daha fərqli mülahizə ilə çıxış edərək tikilinin ön hissəsinin başqa şəxsdən, arxasının isə iddiaçıdan alındığını bildirmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, sözügedən dəlil cavabdeh tərəfindən birinci instansiya məhkəməsində bildirilmədiyindən həmin məhkəmə icraatı zamanı araşdırma predmeti olmamışdır. Apellyasiya baxışı zamanı isə mübahisəli tikiliyə yerinə müayinə aparılmış, iddiaçı sərəncamla ona ayrılmış və cavabdehin hazırda istifadəsində olan kafe kimi işlədilən hissəni əhatə etdiyini, cavabdeh isə sərəncamla iddaçıya ayrılmış sahənin iddiaçıdan aldığını və onun önünda olmuş hissənin başqa şəxsdən alındığını və bütövlükdə kafe kimi işlədilən sahənin ona məxsusluğunu bildirmiş, lakin bununla bağlı da hər hansı mötəbər dəlil təqdim etməmişdir.

43. Bundan əlavə iddiaçının da apellyasiya baxışı zamanı təqdim etdiyi xəritə görüntülərindən müəyyən olunur ki, mübahisəli tikili tərəfin iddia etdiyi vaxtdan da bütöv və vahid formada mövcud olmuşdur.

44. Beləliklə, yuxarıda qeyd edilən hallardan da göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya ona məxsus əmlakdan mülkiyyətdən irəli gələn hüquqların həyata keçirilməsinə maneə törədilmiş və bunun üçün heç bir qanuni və hüquqi əsası mövcud olmamışdır. Bu isə iddiaçının qanunla qorunan mənafelərinə toxunmaqla onu hazırki iddia ilə məhkəməyə müraciət etməyə sövq etmişdir.

45. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyə haqlı olmuşdur.

46. Kollegiya iddiaçının icarə haqqının ödənilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.

47. Belə ki, iddiaçı öz mövqeyini tərəflər arasında icarə münasibətlərinin olması və cavabdehin də məhz həmin münasibətlər çərçivəsində icarə haqqını ödəməməsi ilə bağlı əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hərçənd ki, istər Ali Məhkəmənin, istərsə də Konstitsusiya Məhkəməsinin icarə müqaviləsinin bağlanması isə bağlı yazılı notariat forma tələbinin olmamasına dair mövqeləri öz təsbitini tapsa da, həmin qərarlarda həmçinin müqavilə münasibətlərinin tərəflər arasındakı danışıqlar və razılaşmalar, o cümlədən həmin münasibətlərin varlılığına dəlalət edən digər dəlillər əsasında qiymətləndirilməsinin zəruri olması öz təsbitini tapmışdır.

48. Hazırki iş üzrə də iddiaçı tərəflər arasında icarə münasibətlərinin olmasını təsdiq edəcək hər hansı mötəbər dəlil təqdim etməmiş, öz mövqeyini yalnız etibarnamənin mövcudluğu ilə əsaslandırmağa çalışmışdır. Lakin etibarnamənin mövcudluğu hələ tərəflər arasında məhz icarə müqaviləsinin varlığını demək üçün kifayət deyil. O cümlədən iddiaçı öz apellyasiya şikayətində cavabdehin də bu münasibətləri etiraf etdiyini bildirsə də, iş materiallarından və izahatlardan görünür ki, cavabdeh həmin tikilini icarəyə götürdüyü deyil, əksinə, alqı-satqı əsasında əldə etdiyini bildirmişdir.

49. Məhkəmə qeyd edir ki, bəzi müqavilələr üçün yazılı notarial forma tələbi olmasa da, ümumilikdə, tərəflərin öz münasibətlərini bu cür mübahisələrdən müdafiə etmək məqsədilə yazılı notarial qaydada bağlaması onların özləri üçün də bütün risklərdən qorunma məqsədi daşıyır. Lakin hazırki iş üzrə qeyd edildiyi kimi nə belə bir müqavilə mövcud olmuş, nə də həmin münasibətlərin mövcudluğu öz təsdiqini tapmışdır.

50. Bu halda iddiaçının məhz ödənilməyən icarə haqqının tələb edilməsi ilə bağlı iddiası əsassız. Lakin hər bir halda kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini ayrıca icraat qaydasında məhz həmin hüquqi əsasa söykənərək tələb edə bilər.

51. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

53. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

55. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

56. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunlarının məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı və Cavabdeh3 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4568/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar