Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5940/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, x7 və x3 ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın və şəhadətnamənin etibarsız hesab edilməsi, habelə reyestr qeydiyyatının ləğv olunması” tələblərinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli, 2(005)-157/2016 saylı qətnaməsindən maraqlı şəxs qismində x8 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək Əmlak Məsələləri Dövlət Komitəsini və Cavabdeh2 da cavabdeh qismində göstərərək Dövlət x9 üzrə Dövlət Komitəsi tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324,1 m2 olan torpaq sahəsi ilə bağlı Cavabdeh2 adına verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli şəhadətnamənin və 26.04.2008-ci il tarixli reyestr nömrəsi **********96-06301, qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerlşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096,4 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin verdiyi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın etibarsız hesab edilməsi, həmçinin çıxarışın verilməsinə əsas olmuş reyestrdəki qeydiyyatın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh2 adına Azərbaycan Respublikası Dövlət x9 üzrə Dövlət Komitəsi tərəfındən verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəsi olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324,1 m2 olan torpaq sahəsi ilə bağlı şəhadətnamənin və 26.04.2008-ci il tarixli reyestr nömrəsi **********96- 06301, qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsindəki 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096,4 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Bakı şəhəri Ərazi İdarəsinin verdiyi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın etibarsız hesab edilməsi, çıxarışın verilməsinə əsas olmuş reyestrdəki qeydiyyatın ləğv olunması, iddiaçının ödəməkdən azad edildiyi 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4035/2016 saylı, 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-157/2016 saylı iş üzrə 14 yanvar 2016-cı iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1671/2017 saylı, 10 mart 2017-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini R.Cəlilov və Cavabdeh2 nümayəndəsi x1 şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4035/2016 saylı iş üzrə 03 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda maraqlı şəxs qismində x2 Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, işin hallarından görünür ki, hazırki işə apellyasiya qaydasında baxılmış, həmin qətnamə qanuni qüvvəyə minmiş və bundan sonra sonra birinci instansiya məhkəməsi tərəfindən icraya yönəldilmişdir. Hazırda maraqlı şəxs qismində T.Əliyeva apellyasiya qaydasında baxılaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2). M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 iyun 2017-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər qanunvericiliyin tələblərinə əməl etməklə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququna malidirlər. Qanunverici bir-birini təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcud olmamasını təmin etmək məqsədi ilə qanuni qüvvəyə minmiş qətnamələrə yuxarı instansiya məhkəmələri tərəfindən yenidən baxılması imkanını nəzərdə tutur. Mülki iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiya məhkəməsində mübahisələndirilə bilər. Bakı Apellyasiya Məhkəməsi isə hüquqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini, yəni işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olub-olmamasını qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olaraq yoxlamamış, eləcə də, Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinin tələblərini nəzərə almadan qanuni qüvvədə olan 2 aprel 2015-ci il tarixli qətnaməsinin mövcudluğuna baxmayaraq, işə yenidən baxmış və əvvəlki qətnaməyə zidd olan qətnamə çıxarmışdır. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə almaqla hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4035/2016 saylı, 03 iyun 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından, maraqlı şəxsin apellyasiya şikayəti prosessual əsaslar olmadığından qeyri-mümkün hesab edilməlidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, qətnamənin maraqlarına toxunduğunu güman edən şikayətçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin tələbləri qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Belə ki, həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər şikayət verə bilərlər. Həmin Məcəllənin 403.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli, 2(005)- 157/2016 saylı qətnaməsindən maraqlı şəxs qismində x5verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5940/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5940/2020
19.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver