Məhkəmə qərarları › İş №2(103)-5945/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5945/2022

24.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5945/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər X3 və X5rşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5945/2022 (Açar sözlər: mənzildən çıxarılma, mənzilə istifadə hüququnun itirilməsi və mənzilin tamamilə boşaldılması ) Bakı şəhəri 24 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, X1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5571/2021 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası DƏDRX-nin xx.xx.2021-ci il tarixli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzil İddiaçı ASC-nin mülkiyyətindədir.

2. xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə "xxxx" MMC ilə əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, tələbkar İddiaçı ASC X11 məxsus ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzili 54.187,50 manat qiymətə öz mülkiyyətinə əldə etmişdir.

3. Hərracın Yekunları barədə 52/05 nömrəli, xx.xx.2019-cu il tarixli Protokoldan görünür ki, Şuşa rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(077)-352/2014 saylı icra vərəqəsinə, Sabunçu rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli Sifariş məktubuna əsasən ipoteka predmeti olan X11 məxsus ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzilin hərracı təşkil edilmiş, mənzili 54.187,50 manat qiymətə tələbkar İddiaçı ASC öz mülkiyyətinə əldə etmişdir.

4. Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayonu sektorunun 21 oktyabr 2022-ci il tarixli Arayışına əsasən Zinyət Bayramova, onun qızları İlahə Bayramova və X12 şəhərindən məcburi köçkün kimi ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzilində müvəqqəti məskunlaşmışlar.

5. Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayonu sektorunun 21 oktyabr 2022-ci il tarixli Arayışına əsasən Zinyət Bayramova, onun qızları İlahə Bayramova və X12 şəhərindən məcburi köçkün kimi ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzilində müvəqqəti məskunlaşmışlar.

6. İş materiallarından görünür ki, (i/v-5) Zinyət Bayramova ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzilində qeydiyyatdadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ASC cavabdehlər X3 və X5rşı məhkəmədə iddia qaldıraraq “mənzildən çıxarılma, mənzilə istifadə hüququnun itirilməsi və mənzilin tamamilə başaldılması” tələbi ilə çıxış etmiş, cavabdehlərin ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzildən çıxarılmaları, mənzilin tamailə başaldılması, adıçəkilən mənzilə istifadə hüququ itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hərracın Yekunları barədə 52/05 nömrəli, xx.xx.2019-cu il tarixli Protokoldan görünür ki, Şuşa rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(077)-352/2014 saylı icra vərəqəsinə, Sabunçu rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli Sifariş məktubuna əsasən ipoteka predmeti olan X11 məxsus ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzilin hərracı təşkil edilmiş, mənzili 54.187,50 manat qiymətə tələbkar İddiaçı ASC öz mülkiyyətinə əldə etmişdir.Azərbaycan Respublikası DƏDRX-nin xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzil İddiaçı ASC-nin mülkiyyətindədir.Cavabdehlər adıçəkilən mənzildə yaşamaqla onların həmin mənzilə olan mülkiyyət hüququnu pozur, mənzilə dair sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir.

10. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər.

11. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5571/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, istifadə hüququ itirilməklə X10 və X2 ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzildən çıxarılmaları, mənzil tamamilə boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət olunmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası DƏDRX-nin xx.xx.2021-ci il tarixli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzil İddiaçı ASC-nin mülkiyyətindədir.xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə "xxxx" MMC ilə əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, tələbkar İddiaçı ASC X11 məxsus ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzili 54.187,50 manat qiymətə öz mülkiyyətinə əldə etmişdir.Hərracın Yekunları barədə 52/05 nömrəli, xx.xx.2019-cu il tarixli Protokoldan görünür ki, Şuşa rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(077)-352/2014 saylı icra vərəqəsinə, Sabunçu rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli Sifariş məktubuna əsasən ipoteka predmeti olan X11 məxsus ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzilin hərracı təşkil edilmiş, mənzili 54.187,50 manat qiymətə tələbkar İddiaçı ASC öz mülkiyyətinə əldə etmişdir.

13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəlləsinin 152.1-ci, 148.2-ci, maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qətnamədən cavabdeh X6 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5571/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi iddia tələbinə baxarkən mülki mühakimə icraatının əsas prinsiplərindən olan çəkişmə prinsipini pozaraq onun məhkəmə iclasında iştirakını təmin etməmiş, mübahisəyə iddiaçı tərəfin təqdim etdiyi sənədlər əsasında baxmış və sonda düzgün olmayan nəticəyə gəlmişdir.Hesab edir ki, məhkəmə onun iştirakı olmadan işə baxmaqla Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin tələblərinə əməl etməmiş və prosessual hüquq normasının pozuntusuna yol vermişdir.Belə ki, Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz.İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmənin prosessual hüquq normasına əməl etməməsi onunla nəticələnmişdir ki, mənzil hüququmu pozan qətnamə qəbul edilmişdir.Qeyd olunmalıdır ki, İ.Sısoyev adlı şəxs əvvəllər sözügedən mənzilin sahibi olmuşdur. 30 il bundan əvvəl, o, Şuşa şəhərindən məcburi köçkün kimi Bakı şəhərinə pənah gətirmiş və adıçəkilən mənzili həmin şəxsdən əldə etmişdir.Hazırda himayəsində olan azyaşlı uşağla mübahisə predmeti olan mənzildə yaşayır.Şikayət olunan qətnamədə birinci instansiya məhkəməsi bundan əvvəl iddiçı İddiaçı ASC-nin digər şəxslərlə olan mübahisələrinə dair məhkəmə aktlarına kifayət qədər istinad etmişdir. Məlum olur ki, hazırda yaşadığı mənzil digər şəxsin cavabdehdən götürdüyü kredit müqabilində ipoteka ilə yüklü edilmişdir. Lakin mənim həmin kredit müqaviləsindən, verilmiş kredit məbləğindən xəbəri olmamış, ipoteka müqaviləsi bağlanan zaman onun razılığı alınmamışdır.Şikayət olunan 2(008)-5571/21 saylı xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsində istinad olunan digər məhkəmə aktlarından aydın olur ki, həmin məhkəmə işləri üzrə o cavabdeh olmamışdır.Nə qədər ki, vaxtı ilə mənzilin mülkiyyətçisi olmuş İ.Sısoyev adıçəkilən mənzildə 30 ilə qədər bir müddət ərzində yaşamır və ümumiyytlə bu şəxsin harada yaşaması, həyatda olub-olmaması bəlli deyil, o zaman həmin şəxsin (İ.Sısoyevin) faktiki istifadə hüquqi ona məxsus olan evi hansı qaydada və necə ipoteka ilə yükülü etməsi ona aydın deyil və bu hal məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Qeyd etdiyi kimi, çıxarılmağı və boşaldılması tələb olunan mənzili o, 30 il əvvəl, Bakı şəhərinə məcburi köçkün kimi gəldiyi zaman, İ.Sısoyevdən əldə etmişdir.Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcələsinin 228.4-cü maddəsinə istinad etmişdir.Adıçəkilən maddi hüquq normasına əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.Hesab edir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.Belə ki, şikayət olunan məhkəmə qətnaməsində istinad olunan məhkəmə aktlarında qeyd olunan kedit müqviləsi üzrə verilmiş kreditə görə yaşadığı mənzilin ipoteka ilə yüklü edilməsinə o, razılıq verməmişdir.Həmin məhkəmə aktlarına görə verilmiş kreditə görə cavabdeh şəxslər İ.Sısoyev və M.İsmayılov olmuşdur. Yaşadığı mənzilin ipoteka ilə yüklü edilməsi və bununla bağlı adıçəkilən mənzilə ödəmə yönələcəyi təqdirdə həmin mənzili tərk etməyi barədə heç bir öhdəlik götürməmişdir.İ.Sısoyevin və M.İsmayılovun cavabdeh olduqları digər məhkəmə işlərindən onun xəbəri olması, yaşadığı və istifadə hüququ olan mənzilə ödəmə yönəldilməsi, onun açıq hərracdan satılması barədə onun xəbərinin olmasına dair iş materiallarında hər hansı sübut yoxdur.Yəni, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etməməsi onunla nəticələnmişdir ki, bunun nəticəsində yaşadığı mənzildən əsassız çıxarılmağa, həmin mənzildən istifadə hüququnun qanunsuz itirilməyə məruz qalmışdır.Məhkəmə tərəfindən toplanmış və qətnamədə istinad olunan sübutlar ona qarşı iddia tələblərinin təmin olunnmasına əsas vermir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

16. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddiaçı tərəfindən etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Əlavə olaraq Zinyət Bayramovanın, onun qızları İlahə Bayramovanın və X7 şəhərindən məcburi köçkün kimi ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzilində müvəqqəti məskunlaşmaları barədə Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayonu sektorunun 21 oktyabr 2022-ci il tarixli Arayışını təqdim etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13 İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1. maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 148.2.maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 394 maddəsinə əsasən .bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

21. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. Belə ki, İddiaçı ASC cavabdehlər X3 və X5rşı məhkəmədə iddia qaldıraraq “mənzildən çıxarılma, mənzilə istifadə hüququnun itirilməsi və mənzilin tamamilə başaldılması” tələbi ilə çıxış etmiş, cavabdehlərin ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzildən çıxarılmaları, mənzilin tamailə başaldılması, adıçəkilən mənzilə istifadə hüququ itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.İşin araşdırılan hallarından görünür ki, Azərbaycan Respublikası DƏDRX-nin xx.xx.2021-ci il tarixli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzil İddiaçı ASC-nin mülkiyyətindədir.Belə ki, xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə "xxxx" MMC ilə əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, tələbkar İddiaçı ASC X11 məxsus ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzili 54.187,50 manat qiymətə öz mülkiyyətinə əldə etmişdir.Hərracın Yekunları barədə 52/05 nömrəli, xx.xx.2019-cu il tarixli Protokoldan görünür ki, Şuşa rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(077)- 352/2014 saylı icra vərəqəsinə, Sabunçu rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli Sifariş məktubuna əsasən ipoteka predmeti olan X11 məxsus ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzilin hərracı təşkil edilmiş, mənzili 54.187,50 manat qiymətə tələbkar İddiaçı ASC öz mülkiyyətinə əldə etmişdir.

26. Cavabdeh Zinyət Bayramova isə apelyyasiya şikayətində bildirir ki, İ.Sısoyev adlı şəxs əvvəllər sözügedən mənzilin sahibi olmuşdur. 30 il bundan əvvəl, o, Şuşa şəhərindən məcburi köçkün kimi Bakı şəhərinə pənah gətirmiş və adıçəkilən mənzili həmin şəxsdən əldə etmişdir.Hazırda himayəsində olan azyaşlı uşağla mübahisə predmeti olan mənzildə yaşayır.Şikayət olunan qətnamədə birinci instansiya məhkəməsi bundan əvvəl iddiçı İddiaçı ASC-nin digər şəxslərlə olan mübahisələrinə dair məhkəmə aktlarına kifayət qədər istinad etmişdir. Məlum olur ki, hazırda yaşadığı mənzil digər şəxsin cavabdehdən götürdüyü kredit müqabilində ipoteka ilə yüklü edilmişdir. Lakin onun həmin kredit müqaviləsindən, verilmiş kredit məbləğindən xəbəri olmamış, ipoteka müqaviləsi bağlanan zaman onun razılığı alınmamışdır.

27. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh Zinyət Bayramovanın İ.Sısoyev adlı şəxsdən (mənzilin əvvəllki mülkiyyətçisi) sözügedən mənzilin 30 il bundan əvvəl, o, Şuşa şəhərindən məcburi köçkün kimi Bakı şəhərinə gələrkən əldə etməsinə dair apellyasiya şikayətinin dəlillərini təsdiq edəcək sübutlar təqdim olunmamışdır.

28. Halbuki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.(Mülki Məcəllənin 394-cü maddəsi)

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 3 noyabr 2015-ci il Plenumunun qərarında qeyd edilir ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülki Məcəllədə girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvlərinin və diyər şəxslərin razılıqlarının alınması zəruri şərt kimi göstərilməmişdir. Belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsindən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin, sözügedən Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür.

30. Odur ki, hazırki işin hallarında Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən qərarında müəyyən olunmuş əsaslar olmadığından, yəni Zinyət Bayramovanın və qızlarının mənzil üzərində mülkiyyət hüququ (o cümlədən birgə mülkiyyət hüququ) olmadığından şikayətinin göstərilən dəlillərlə bağlı təmin olunması istisna edilir.

31. Cavabdeh Zinyət Bayramovanın vəkilinin (nümayəndəsi) təqdim etdiyi Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayonu sektorunun 21 oktyabr 2022-ci il tarixli Arayışına əsasən Zinyət Bayramova, onun qızları İlahə Bayramova və X12 şəhərindən məcburi köçkün kimi ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzilində müvəqqəti məskunlaşmışlar.

32. Həmçinin, iş materiallarından görünür ki, (i/v-5) Zinyət Bayramova ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzilində qeydiyyatdadır.

33. Məhkəmə Kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, şəxsin qeydiyyatda olması ona hər hansı hüquq vermir.

34. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır

35. Məhkəmə Kollegiyası Zinyət Bayramovanın və qızlarının məcburi köçkün olaraq mübahisəli ünvanda məskunlaşmalarına münasibətdə isə qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X8 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

36. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir.

40. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.

41. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.

42. Avropa Məhkəməsinin “Cəfərov Azərbaycana qarşı” işi üzrə 11 fevral 2010-cu il tarixli qərarında da qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

43. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5571/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar