Məhkəmə qərarları › İş №2(103)-5946/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5946/2024

18.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5946/2024 18.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(009)-1416/2024 saylı qərardadından Mübariz Gadzhıev tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1416/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küçəsində yerləşən 3 saylı evin 19 saylı mənzilə dair Cavabdeh1 adına aparılmış qeyd və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli (əmlakın reyestr nömrəsi **********78-05301-093015, qeydiyyat nömrəsi **********) xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən Mübariz Gadzhıev apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(009)-1416/2024 saylı qərardadı ilə Mübariz Gadzhıev tərəfindən Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(009)-1416/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qətnamənin onun hər hansı hüquq, mənafe və maraqlarına toxunmadığından və bununla da apelyasiya şikayəti onu vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılması qərara alınmışdır. Mübariz Gadzhıev tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(009)-1416/2024 saylı qərardadından verilmiş şikayət, həmin məhkəmənin 25 sentyabr 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küçəsi 3 saylıevin 19 saylı mənzili Cavabdeh1 ilə Maraqlı şəxs2 birgə nikahı dövründə alınmış onların ümumi birgə mülkiyyətində olan əmlakdır. Cavabdeh1 ilə Maraqlı şəxs2 xx.xx.1996-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurublar. 15 noyabr 2006-cı il tarixdə Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küçəsi 3 saylı evin 19 saylı mənzilin dəyəri Maraqlı şəxs2 tərəfindən 150.000 ABŞ dolları dəyərində Azərbaycan manatı Cavabdeh2 Mənzil Tikinti Kooperativinə ödənilərək Cavabdeh1 adına mənzil əldə edilib. Maraqlı şəxs2 mənzilə 60.000 ABŞ dolları dəyərində vəsait xərcləyərək əsaslı təmir etdirib və mənzilin mebel və digər avadanlıqlarını quraşdırıb. Arzu Hacıyeavın mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlkın dövlət reyestrində qeydiyyta alınıb, bununla bağlı reyestrdən çıxarış verilib. Mənzil üzərində hal-hazıra kimi Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlkın dövlət reyestrində qeydiyyatdadır. Sözügedən mənzil Maraqlı şəxs2lə Cavabdeh1 birgə nikahıdövründə ödənilmiş vəsait hesabına əldə edilib. Maraqlı şəxs2 Cavabdeh1ilə birgə həmin mənzilə ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətçidir. Odur ki,Həmin tələb Maraqlı şəxs2 mənafeyinə toxunur. Bu səbəbdən Maraqlı şəxs2 iş üzrə Cavabdeh1 tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsini, işdə iştirak etmək üçün buraxılmasını xahiş edirək ərizə ilə Səbail rayon Məhkəməsinə müraciət etsə də məhkəmə ərizəni təmin etməmiş və onu işə buraxmamışdır. Lakin, qətnamə Maraqlı şəxs2 ümumi birgə mülkiyyətdə olan payını ləvğ etməklə onun maraqlarına toxunur. Ona görə də qətnmaədən apellaysiya şikayəti verilir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(009)- 1416/2024 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2734/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavab küçəsi, 3 saylı evin 19 saylı mənzilindən çıxarılmasını xahiş etmiş, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 3 saylı evin 19 saylı mənzilinə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-117/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin və əlavə iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, saxta müqavilə ilə bağlı xüsusi qərardad çıxarılması və Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-117/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnaməsinin çıxarılması, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 3 saylı evin 19 saylı mənzilinə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin mənzildən çıxarılması qət edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4864/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2734/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2734/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsində, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4864/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 3 saylı evin 19 saylı mənzilinin dəyəri Cavabdeh1 tərəfindən Namiq Ağayevə ödənilməmiş və belə olan halda həmin mənzilin Cavabdeh1 adına əvəzsiz olaraq rəsmiləşdirilməsi aşkar edilmiş, yəni tərəflər arasında bağışlama müqaviləsinin bağlanılması qənaitinə gəlinmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə uyğun olaraq, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Göründüyü kimi qanunverici ər-arvadın hər birinə məxsus olan əmlakın dairəsini Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə konkret müəyyən etmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd edildiyi kimi əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir:

1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması;

2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Beləliklə, nikaha qədər tərəflərə məxsus olan və ya nikah dövründə onlardan birinin hədiyyə, vərəsəlik və s. əvəzsiz əqdlər üzrə əldə etdiyi əşya ərin və ya arvadın şəxsi mülkiyyəti hesab olunur. Yuxarıda qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən müəyyən edildiyi kimi mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küçəsində yerləşən 3 saylı evin 19 saylı mənzili Cavabdeh1 bağışlama müqaviləsi əsasında əvəzsiz olaraq verilmişdir. Göründüyü kimi mübahisələndirilən mənzil Cavabdeh1 tərəfindən əvəzsiz qaydada əldə edildiyindən Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə əsasən tərəflərin birgə nikah dövründə əldə olunan əmlak kimi qiymətləndirilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, məhkəmə mübahisəli əmlakla bağlı məhkəmənin qəbul etdiyi qətnamənin Cavabdeh1 ilə nikahda olmuş Mübariz Gadzhıevin hər hansı hüququna toxunmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Qanunvericiliyin qeyd olunan normalarından (MPM-in 357.2-ci maddəsi) göründüyü kimi, maraqlı şəxslərin qətnamədən apellyasiya şikayəti vermək hüququnun yaranması üçün iki şərt məcmu halında mövcud olması - həmin şəxslərin işdə iştirak etməyə cəlb edilməli olduğu halda onların işə cəlb olunmaması, ikinci şərt – qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunması nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Mübariz Gadzhıevni mülki iş üzrə tərəf olmaması və maraqlı şəxs qismində işə cəlb olunması barədə vəsatətinin təmin olunaması nəzərə alınmaqla birinci instansiya məhkəməsi qəbul edilmiş qətnamənin onun hər hansı hüquq, mənafe və maraqlarına toxunmaması əsası ilə Mübariz Gadzhıev tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, mübahisələndirilən mənzilin Hazıyeva Arzu tərəfindən əvəzsiz qaydada əldə edilməsi və bu səbəbdən tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməməsi qüvvədə olan məkəmə qətnamələri ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Mübariz Gadzhıev tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(009)-1416/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassaiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar