Məhkəmə qərarları › İş №2(103)-5947/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5947/2022

26.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5947/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (X11 Xidmətini müstəqi tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5947/2022 (Açar sözlər: «əmrin etibarsız hesab edilməsi, işə bərpa və boşdayanmaya görə əmək haqqının ödənilməsi və s») Bakı şəhəri 26 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-409/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş üzrə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin (kontraktın) surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin HSE mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 697,92 manat təşkil etmişdir.

2. İş üzrə Cavabdeh MMC-nin SƏTƏM mütəxəssisi vəzifəsində çalışan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru X3 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən ona xx.xx.2020-ci il tarixdən 228 təqvim günü müddətinə ödənişsiz məzuniyyətinə çıxmağa icazə verməsini xahiş etmişdir.

3. İş materiallarında olan Cavabdeh MMC-nin Baş mühəndisi Əhməd Axundov, Cavabdeh MMC-nin İş icraçısı Babək Süleymanov tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli aktın surətindən görünür ki, SƏTƏM mütəxəssisi İddiaçı verilən ödənişsiz məzuniyyətinin müddətinin xx.xx.2021-ci il tarixdə başa çatmasına ıə onun xx.xx.2021ci il tarixində işə çıxmalı olduğuna baxmayaraq İddiaçı bu günə kimi işə çıxmamışdır.

4. İş materiallarında olan Cavabdeh MMC-nin SƏTTƏM meneceri vəzifəsində çalışan X8 tərəfindən Cavabdeh MMC-nin direktoru X3 ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatın surətindən görünür ki, SƏTƏM mütəxəssisi İddiaçı verilən ödənişsiz məzuniyyətinin müddəti xx.xx.2021-ci il tarixində başa çatıb və o, xx.xx.2021-ci il tarixində işə çıxmalı idi. Bununla əlaqədar həmin əməkdaşla dəfələrlə əlaqə yaradılıb və işə çıxmalı olduğu bildirilib. Lakin buna baxmayaraq İddiaçı bu günə kimi işə çıxmayıb.İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi üçün Kadrlar şöbəsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir.

5. İş materiallarında olan Cavabdeh MMC-nin Baş mühəndis vəzifəsində çalışan X9 tərəfindən Cavabdeh MMC-nin direktoru X3 ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatın surətindən görünür ki, SƏTƏM mütəxəssisi İddiaçı verilən ödənişsiz məzuniyyətinin müddətinin xx.xx.2021-ci il tarixdə başa çatması ilə bağlı, o, xx.xx.2021-ci il tarixdə işə çıxmalı idi. Bununla əlaqədar həmin əməkdaşla dəfələrlə əlaqə saxlanılıb və işə çıxmalı olduğu bildirilib. Lakin buna baxmayaraq İddiaçı bu günə kimi işə çıxmayıb. Apardıqları araşdırmalar zamanı məlum olmuşdur ki, həmin şəxs Cavabdeh MMCdə öz xahişi ilə ödənişsiz məzuniyyət aldıqdan sonra "xxxx" MMC-nə işə daxil olmuş və hal-hazırda həmin şirkətdə çalışır. Buna görə, İddiaçı, onunla bağlanılan Əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmək məqsədilə, işə çıxması ilə bağlı haqlı tələblərini yerinə yetirməyərək işə çıxmaqdan imtina edir. İddiaçı barəsində qanun çərçivəsində tədbirlərin görülməsi ilə bağlı müvafiq göstəriş verilməsini xahiş etmişdir.

6. İş materiallarında olan Cavabdeh MMC-nin kadrlar üzrə mütəxəssis vəzifəsində çalışan Yusif-zadə Cəmilə Tərlan qızı tərəfindən Cavabdeh MMC-nin direktoru X3 ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatın surətindən görünür ki, SƏTTƏM mütəxəssisi İddiaçı tərəfindən təqdim edilən ödənişsiz məzuniyyət haqqında ərizəyə əsasən ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər ödənişsiz məzuniyyət verilmişdir. İddiaçı verilən ödənişsiz məzuniyyətinin müddəti xx.xx.2021-ci il tarixində başa çatıb. Bununla əlaqədar həmin əməkdaşla dəfələrlə əlaqə yaradılıb və işə çıxmalı olduğu və ya çıxmadığı halda üzrlü səbəb təqdim etməli olduğu bildirilib. Lakin, buna baxmayaraq, İddiaçı bu günə kimi işə çıxmayıb, nə dəki, işə çıxmamasını əsaslandıran hər hansı üzrlü səbəb təqdim etməyib. İddiaçı barəsində yuxarıda qeyd olunan səbəblərə görə tədbirlərin görülməsi ilə bağlı müvafiq göstəriş verilməsini xahiş etmişdir.

7. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 12/XK №-li Cavabdeh MMC-nin Direktorunun Əmri əsasından yaradılmış Xüsusi Komissiyanın xx.xx.2021-ci il tarixli, 001 №-li iclas protokolundan görünür ki, SƏTƏM mütəxəssisi İddiaçı onunla bağlanılan Əmək Müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam vermək niyyətində olduqları haqda bildirişin göndərilməsi və bildiriş tarixindən 10 gün ərzində işə çıxmamasına əsas olan heç bir üzrlü səbəb təqdim edilmədiyi təqdirdə onunla bağlanılan Əmək Müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi qərara alınmışdır.

8. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Elçin Məmmədov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin 4.17-ci maddəsinə əsasən iş vaxtı saat 9.00-dan başlayır və 17.00-da başa çatır. İddiaçı xx.xx.2020-ci il tarixdən ödənişsiz məzuniyyət ilə bağlı ərizə ünvanlanmışdır. Qeyd olunan ərizəyə əsasən məzuniyyətin müddəti xx.xx.2021-ci il tarixdə başa çatıb. Bununla əlaqədar İddiaçılə əlaqə saxlanılıb və məzuniyyətin müddəti bitdiyi barədə məlumt təqdim olunub ki, İddiaçı işə çıxsın. Buna baxmayaraq İddiaçı xx.xx.2021-ci il tarixdən işə çıxmamışdır və işə gəlmədiyi üçün üzrlü səbəb təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçılə bağlanan müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi ilə əlaqədar müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam vermək niyyətindədir. Nəzərinə çatdırmaq istərdi ki, müqaviləyə xitam verildikdə İddiaçılə son haqq-hesab aparılacaqdır.

9. İş materiallarında olan Cavabdeh MMC-nin 103/A nömrəli, xx.xx.2021-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin SƏTƏM mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi və son haqq-hesab aparılaraq ona istifadə etmədiyi xx.xx.2018-xx.xx.2019-cu iş ili üçün 23, xx.xx.2019-xx.xx.2020-ci il iş ili üçün 30 və xx.xx.2020-xx.xx.2021-ci il tarixədək 12 təqvim günü (cəmi 65 təqvim günü) əsas əmək məzuniyyəti üçün pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əsas: xx.xx.2021-ci il tarixli təqdimat, xx.xx.2021-ci il tarixli 15/k-21 №-li bildiriş.

10. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Elçin Məmmədov tərəfindən İddiaçı ünvanlanmış bildirişin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir və İddiaçılə son haqq-hesab aparılmışdır. Əmək müqaviləsinin xitam verilməsinin sənədləşdirilməsi qaydasına əsasən xitam haqqında əmr ilə tanış olmaq üçün və əmək kitabçasını təhvil almaq üçün ondan ofisə yaxınlaşmasını xahiş olunmuşdur.

11. İş üzrə xxxxxxx005X0 saylı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC-nin 103-A saylı, xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və yaəmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir.

12. İş üzrə İddiaçı tərəfindən Cəmilə Yusifzadəyə göndərilmiş xx.xx.2021-ci il tarixli elektron məktubunun surətindən görünür ki, ona göndərdiyi qoşma faylda göstərilən Əmək Məcəlləsinin 70 «ç» bəndi üzrə işçi funksiyasını yaxud öhdəliyini yerinə yetirmədiyi haqda yaxud 72-ci bəndi ehtiva edən hansı pozuntu halına yol verdiyi haqda izah verilməsini xahiş edir. Müəssisə 9 aydır ki, onu işə çağırmır, bu pozuntu işlədiyi dövrdə yaxud indi baş vermişdir? Bunu bilmək onun haqqıdır. Bunu aydınlıq gətirməsini xahiş etmişdir. Bu gündən Əmək Myəttişliyinə hüquqları ilə bağlı müraciət edir. Əmək kitabçası əmək müfəttişi ilə birgə gəlib götürəcək.

13. İş üzrə X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Cavabdeh MMC-nin direktoru X7 barəsində 1000 manat inzibati cərimə növü tətbiq edilmişdir.

14. İş üzrə mediator X10 tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli, TY-Ə-003 nömrəli arayışın surətindən görünür ki, arayış Cavabdeh MMC-nin ona qarşı İddiaçı tərəfindən ilkin təklifdə təsvir edildiyi kimi əmək mübahisəsinə dair iddiası üzrə xx.xx.2021-ci il tarixdə 10.00-10.30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Cavabdeh MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.

15. İş üzrə İddiaçı əmək haqqı hesabdan çıxarışından görünür ki, ona müəyyən aralıqlarla əmək haqqları ödənilmişdir.

16. Məhkəmənin sorğusuna cavab olaraq mediator X10 tərəfindən verilmiş məktubundan görünür ki, icraatına xx.xx.2021-ci ildə Mediasiya Şurası tərəfindən əmək mübahisəsinə ilkin mediasiya sessiyasında baxılması üçün daxil olub. Həmin iş üzrə Medasiya Şurasına müraciət internet səhifə üzərindən Elektron ünvan 1. Elektron poçt vasitəsilə daxil olub. Mediasiya üçün müraciətlər xx.xx.2021-ci il tarixdən kağız formasında və ya sözügedən poçt vasitəsilə aparılıb. Müraciət üçün tərəflər İddiaçı (nümayəndəsi Vəkil tərəfindən müraciət edilib) və Cavabdeh MMC olmaqla, mübahisənin predmeti «işə bərpa, son haqq-hesabın ödənilməsi və əlavə iş saatlarının ödənilməsi» olmuşdur. İş icraatına daxil olduqdan sonra tərəfindən mediasiya işinə nömrə verilmiş (Nömrə: TY-Ə-003 həmin dövrdə sayt üzərindən şəxsi kabinet vasitəsilə iş nömrəsi almaq mümkün deyildi və işlərə tapşırığa əsasən mediatorlar tərəfindən nömrə verilirdi) və qarşı tərəfə xx.xx.2021-ci ildə mediasiyaya dəvət məktubu göndərilmişdir. Mediasiya prosesi xx.xx.2021-ci il tarixinə təyin edilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi ilə telefon nömrəsi ilə əlaqə saxlanaraq mediasiya prosesi barədə ətraflı məlumat verilmişdir. Nəticədə ilkin müraciət edən tərəfin nümayəndəsi iclasda iştirak etmiş, lakin Cavabdeh MMC ona qarşı İddiaçı tərəfindən əmək mübahisəsinə dair iddiası üzrə xx.xx.2021-ci il tarixdə, 10.00-10.30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Qanunvericiliyə müvafiq olaraq T.Yadigara (nümayəndəsi Vəkil) bu barədə arayış verilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/546 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 159-cu vərəqində İddiaçı adından olan 15 iyul 2020-ci il tarixli ərizədə «təqvim» sözünün qarşısındakı «228» rəqəmləri - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

18. X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iddiaçının vəkili Vəkil Təqdim edilmiş sənədlərin (sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş ) surətindən görünür ki, X11 Xidmətinin Bakı şəhər İdarəsində İddiaçı vediyi xx.xx.2021-ci il tarixli izahatından (i/v-56) görünür ki, iddiaçı bildirmişdir ki, son olaraq onun maaş kartına 405 AZN pul cavabdeh şirkət tərəfindən yüklənmişdir.

19. X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iddiaçının vəkili Vəkil Təqdim edilmiş sənədlərin (sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş ) surətindən görünür ki, AFB BANK-ın xx.xx.2020-xx.xx.2021-ci il tarixi üzrə İddiaçı əmək haqqı hesabları ilə bağlı “Hesabdan çıxarış”dan görünür ki, (i/v- 57) son olaraq iddiaçının maaş kartına 405,01 AZN pul cavabdeh şirkət tərəfindən yüklənmişdir.

20. Apellyasiya baxışı zamanı iddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixində ona göndərilən e-mail və poçtla göndərilən məktubla bilmişdir ki, xx.xx.2021-ci il tarixdə guya əmək öhdəliyini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləmə xitam verilmişdir.Həmçinin, səhəri günü yəni xx.xx.2021-ci il tarixdə bilmişdir ki, son haqq-hesab olaraq iddiaçının maaş kartına 405,01 AZN pul cavabdeh şirkət tərəfindən yüklənmişdir.

21. Apellyasiya baxışı zamanı iddiaçının vəkilinin (nümayəndəsi) Cavabdeh MMC-dən X5 Vərəqəsinin tələb edilməsi barədə vəsatəti təmin olunmuş, bu barədə sorğu göndərilmişdir.Sorğuya cavabda qeyd edilmişdir işçilərin davamiyyəti ilə bağlı qeydiyyat X5 Vərəqəsində deyil, tabellərdə aparılmışdır.Tələb olunan dövrlər üzrə X5 Vərəqəsi isə Baş ofisə təqdim edilməmişdir.Eyni zamanda müvafiq dövr üzrə əməkhaqqı cədvəlləri məhkəməyə təqdim edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin etibarsız hesab edilməsi, işə bərpa və boşdayanmaya görə əmək haqqının ödənilməsi və s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ilin 10 dekabrında əmək müqaviləsi bağlayaraq Cavabdeh MMC-də HS mütəxəssisi vəzifəsində işə başlamışdır. İşlədiyi müddətdə heç bir nöqsan olmamışdır, eləcə də işi ilə bağlı hər hansı şifahi yaxud yazılı irad bildirilməmişdir. 2020-ci il iyulun 16-da şirkətin bu layihədəki işi kəskin azalmış (əsas podratçı şirkət URBN (Gilan Holding) tərəfindən ödəniş olunmadığı deyilir). İşçilərin 90%-i, eləcə də iddiaçı öz hesabına ödənişsiz məzuniyyət ərizəsi yazdıraraq evə göndərilmişdir. İmzaladığı ərizədə işlərin başlanmamasının qeyri-müəyyən olması səbəbindən hansı müddət ərzində məzuniyyətə göndərilməsi göstərilməmişdir. xx.xx.2020-ci il tarixdən bu vaxta qədər boşdayanmaya görə (kütləvi şəkildə işçilərin işinin dayanmasına görə) heç bir ödəniş olunmamışdır. 2021-ci il aprelin 29-da İMAS MMC-nin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 55/33 X17 yerləşən ofisinə gələrək (Əmək Məcəlləsinin 146-cı və 169-cu maddələri ilə tənzimlənən qaydaların) kütləvi şəkildə işçilərin məzuniyyətə göndərilməsi işəgötürən tərəfindən boşdayanma sayıldığını və qanunla bu dövrün əsas məzuniyyətin 2 illik müddətindən çox olmamalı olduğunu, buna görə şirkətin iddiaçıya ödəniş etməsini xahiş etmişdir. Rəhbərliyi təmsil edən Hacıyev Əli buna görə heç bir ödənişin edilməyəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə şəxsi Elektron ünvan 2 poçt adresindən bunları yazılı şəkildə əsaslandıraraq yenidən ödənişlə bağlı Elektron ünvan 3 və GElektron ünvan 4 rəsmi ünvanlarına yazmışdır. Cavab olaraq Cavabdeh MMC-nin insan qaynaqları mütəxəssisi Cəmilə Yusifzadə Elektron ünvan 5 adresində yazaraq iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunduğunu bildirmişdir (kağız nüsxəsi yaşayış ünvanına gönbdərilmişdir). İddiaçı dərhal elektron adresindən yazaraq artıq 9 aydır ki, işdə olmadığı üçün 70-ci maddənin «ç» bəndinə uyğun gələ biləcək hansı pozuntu yol verdiyini əsaslandırmalarını xahiş etsə də, cavab verilməmişdir. Məzuniyyət müddətinin guya 2021-ci il martın 1-də başa çatdığı göstərilsə də, hər hansı bir şəkildə mobil telefonla zəng rəsmi olaraq iş üçün istifadə etdiyi Elektron ünvan 2 poçtuna, yaxud ev ünvanına Azərpoçtla heç bir məktub gəlməmişdir, iş üçün olan WP qrupuna yazılmaqla bildirilməmişdir. Beləliklə iddiaçıya göndərilən e-mail və poçtla göndərilən məktubla bilmişdir ki, xx.xx.2021-ci il tarixində guya əmək öhdəliyi yerinə yetirmədiyi üçün AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsinin «ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməklə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəng pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun». Əgər işçinin əmək intizamını pozması, işə gecikməsi, gəlməməsi belə bir ziyanla nticələnməmişdirsə, onda işəgötürənin əmək müqaviləsinə xitam verməsi əsassızdır və belə olduqda işçi fərdi əmək mübahisəsi zəminində öz hüquqlarının bərpa olunması üçün məhkəməyə iddia verə bilər. İşəgötürən bu əsasla əmək müqaviləsini ləğv edərkən onun zəruriliyini əsaslandırmalıdır. İşəgötürən əmrində göstərməlidir ki, işçi konkret olaraq əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirməmişdir və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Cavabdeh heç bir sübutla təsdiq olunmayan ümumi sözlərlə ifadə edərək əmək müqaviləsini ləğv edib. Bu düzgün hesab edilə bilməz. İşəgötürən bu əsasla əmək müqaviləsini ləğv edərkən AR ƏM-nin 71,79,80,84 və 189-cu maddələrinin tələblərinə ciddi əməl etməli idi. Həmçinin işçi ilə əmək müqaviləsini ləğv etməkdən öncə işəgötürən ondan yazılı izahat almalıdır. Lakin iddiaçıdan izahat alınmamışdır, izahat alınması üçün onun yaşadığı ünvana hər hansı bildiriş göndərilməmişdir. Ümumiyyətlə işlədiyi müddətdə nümunəvi işçi olmuşdur, hər hansı intizam tənbeh tədbiri almamışdır. İndiyənə kimi düzgün şəkildə işləyən birinin birdən-birə işdən azad olunması tamamilə qanunsuzdur. İddiaçı mediasiya qanunvericiliyinin tələblərinə tam əməl etmişdir, lakin cavabdeh mediasiya sessiyasına gəlmədiyi üçün mediasiya baş tutmamışdır. Cavabdehin iddiaçının vəkili Vəkil göndərdiyi məktubla müəyyən olunur ki, işdən azad edilməsi barədə rəsmi şəkildə iddiaçıya xx.xx.2021-ci il tarixdə çatdırılmışdır. Göstərilənlərə əsasən Cavabdeh MMCnin direktoru X2 xx.xx.2021-ci il tarixli, 103/A saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və işə bərpa olunan günədək boşdayanmaya, əlavə iş saatlarında və qeyri-iş günlərində işlədilmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək haqqının və digər ödənişlərin hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

24. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Əmək Məcəlləsinə əsasən boşdayanmaya görə ödənişin məbləği orta aylıq əmək haqqının üçdə iki hissəsindən az olmamaqla hesablandıqda 2020-ci il sentyabrın 15-dən başlamaqla, ümumilikdə oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarını əhatə edir. 2020-ci il sentyabrın 15-dən (faktiki olaraq ödənişsiz məzuniyyətin başa çatdığı gündən) 2021-ci il noyabrın 1-nə qədər 6206 manat ödəniş edilməlidir. İddiaçı vergi və sosial ayırmalar olmadan 697,92 manat, vergi və sosial müdafiəyə ayırmalar çıxdıqdan sonra qalan – 643 manat x 2/3 = 428 manat olaraq götürülür. Beləliklə əmək haqqının üçdə iki hissəsi 428 manat edir. 2020-ci ilin sentyabr ayından indiyə qədər bütün bu ödənişlərin ödənmədiyi üçün Əmək Məcəlləsinin 172.5 maddəsi ilə cərimə ödənilməlidir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Ümumilikdə 12.583,2 manat cərimə ödənilməlidir. Qeyri-iş və bayram günlərində işləməyə görə bu günlərin əlavə iş saatı kimi hesablanması nəticəsində 19 ay ərzində, ümumilikdə aşkar edilmiş 13 bayram və qeyri-iş günlərinin sayı – 1 iş günü üçün ödəniş nominalının 2 misli 13 x 29,2 x 2=759,2 manat. Əmək müqaviləsində göstəriləndən artıq şənbə və bazar günlərində işə görə ödənişin alınmasına 19 aydan şənbə günlərinin sayı (ayda 4 dəfə) 1 iş günü üçün ödəniş nominalının 2 misli 19 x 4 x 29,2 x 2 = 4438 manat. 19 ayda bazar günlərinin sayı (ayda 3 dəfə) 1 iş günü üçün ödəniş nominalının 2 misli 19 x 3 x 29,2 x 2 = 3328,8 manat. Əmək müqaviləsində göstəriləndən artıq olan iş saatlarının əlavə iş saatı kimi hesablanması, adi iş saatlarının 2 misli götürülməklə, 19 ayda (yalnız həftə içi götürülməklə) ümumilikdə 644 saat x 3,65 manat x 2 = 4701,2 manat. 19 ay yarımlıq iş dövründə imtifadə olunmamış 39 gün üçün ödənişli məzuniyyət pulunun (qeyd: 7 gün istifadə olunur). 30 gün (697 manat) 9 gün üçün (210 manat) ümumilikdə 907 manat.Ümumilikdə 34.229,8 manat məbləğ cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh MMC-nin direktoru X2 xx.xx.2021-ci il tarixli, 103/A saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və işə bərpa olunan günədək boşdayanmaya, əlavə iş saatlarında və qeyri-iş günlərində işlədiyinə, əmək haqqı vaxtında ödənilmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək haqqının və digər ödənişlərin hesablanaraq 34.229,8 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə yazılı Etirazı məhkəməyə ünvanlayaraq göstərmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə Əmək Müqaviləsi (Kontrakt) bağlnılmışdır.İddiaçı Cavabdeh MMC-də SƏTTƏM mütəxəssisi vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixli İddiaçı tərəfindən təqdim edilən ödənişsiz məzuniyyət haqqında ərizəyə əsasən ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər ödənişsiz məzuniyyət verilmişdir. İddiaçı verilən ödənişsiz məzuniyyətinin müddəti xx.xx.2021-ci il tarixdə başa çatdımşdır. Bununla əlaqədar onunla əlaqə yaradılıb və işə çıxmalı olduğu və ya çıxmadığı halda üzrlü səbəb təqdim etməli olduğu bildirilmişdir. Lakin buna baxmayaraq, İddiaçı işə çıxmamış, nə dəki işə çıxmamasını əsaslandıran hər hansı üzrlü səbəb təqdim etmişdir. İddiaçı ödənişsiz məzuniyyət müddətinin bitməsinə baxmayaraq, işə çıxmaması ilə bağlı xx.xx.2021-ci il tarixli akt tərtib edilərək Cavabdeh MMC-nin rəhbərliyinə təqdim edilmişdir. Cavabdeh MMC-nin əməkdaşları: kadrlar üzrə mütəxəssis vəzifəsində çalışan Yusif-zadə Cəmilə Tərlan qızının, SƏTTƏM meneceri vəzifəsində çalışan X4 və Baş Mühəndis vəzifəsində çalışan X6 təqdimatlarından göründüyü kimi onunla dəfələrlə əlaqə saxlamalarına baxmayaraq o, işə çıxmamış və işə çıxmaması ilə bağlı hər hansı üzrlü səbəb təqdim etməmişdir. SƏTTƏM mütəxəssisi İddiaçı işə çıxmamasının səbəblərinin araşdırılması və bununla bağlı görülməli olan tədbirlərinin müəyyən edilməsi məqsədilə Cavabdeh MMC-nin direktoru Elçin Məmmədovun xx.xx.2021-ci il tarixli 12/XK №-li əmrilə xüsusi komissiya yaradılmışdır. Yaradılmış xüsusi komissiya tərəfindən Cavabdeh MMC-nin SƏTƏM mütəxəssisi İddiaçı işə çıxmamasının səbəblərini araşdırmış və bununla bağlı görülməli olan tədbirlərinin müəyyən edilmişdir. Komissiya tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən göründüyü kimi, İddiaçı Cavabdeh MMC-dən öz xahişi ilə məzuniyyətə çıxdıqdan sonra "xxxx" MMC-nə işə daxil olmuş və həmin şirkətdə SƏTTƏM mühəndisi vəzifəsində çalışırdı və buna görə də onunla bağlanılan əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmək məqsədilə işə çıxmaması ilə bağlı Cavabdeh MMC-nin əməkdaşlarının haqlı tələblərini yerinə yetirməyərək işə çıxmaqdan imtina edirdi. İddiaçı "xxxx" MMC-nə işləyəcəyi barədə Cavabdeh MMC-nin rəhbərliyinə hər hansı bir məlumat verməmişdir.İddiaçı heç bir üzrlü səbəb olmadan xx.xx.2021-ci il tarixdən işə gəlməmiş, özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və bununla əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İddiaçı heç bir səbəb olmadan işə gəlməməsi Cavabdeh MMC-də əmək və icra intizamının normal ahəngini pozmuş, iş prosesi dayanmış və bununla Cavabdeh MMC-nə ziyan dəymişdir. Xüsusi komissiya SƏTƏM mütəxəssisi İddiaçı onunla bağlanılan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam vermək niyyətində olduğu halda bildiriş göndərilməsi və bildiriş tarixindən 10 gün ərzində işə çıxmamasına əsas olan heç bir üzrlü səbəb təqdim edilmədiyi təqdirdə onunla bağlanılan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsini qərara almışlar. İddiaçıya xx.xx.2021-ci il tarixdə göndərilən xx.xx.2021-ci il tarixli 15/k/21 №-li xx.xx.2018-ci il tarixli Əmək Müqaviləsinə xitam verilməsi haqqında bildiriş»lə iddiaçıya onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi haqda məlumat verilmişdir. Bu bildirişdən görsəndiyi kimi iddiaçıya onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam veriləcəyi haqda məlumat artıq aprel ayının sonunda verilmiş və sonradan xx.xx.2021-ci il tarixdə müqavilənin xitam verilməsi haqqında Cavabdeh MMC-nin direktorunun qərarı bildiriş formasında göndərilərək, onun əmək haqqı kartına istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləği ödənilərək son haqq-hesab aparılmış və əmək kitabçasının təhvil alınması üçün dəvət edilmişdir. İddiaçı ilə bağlanılan əmək müqaviləsi qanunvericiliyinə uyğun şəkildə, iddiaçı tərəfdən heç bir üzrlü səbəb olmadan xx.xx.2021- ci il tarixdən işə gəlmədiyinə görə, özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə və onun bu hərəkətləri Cavabdeh MMC-də əmək və icra intizamının normal ahəngini pozulmasına, iş prosesinin dayanmasına Cavabdeh MMC-nə ziyan dəyməsinə səbəb olduğuna görə xitam verilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, İddiaçı istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanaraq onun bank hesabına tam şəkildə ödənilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin əsassız və qanuna zidd olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

26. Həmçinin, cavabdehin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəməyə ünvanlayaraq göstərmişdir ki, iddiaçı idddia ərizəsinin «əmrdən şikayət vermə müddətinin keçməməsi» hissəsində qeyd edir ki, «Belə ki, cavabdehin vəkilim Vəkil göndərdiyi məktubdan müəyyən olunur ki, İşdən azad edilməyim barədə əmr rəsmi şəkildə mənə xx.xx.2021-ci il tarixdə çatdırılmışdır». Bununla iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş 1 təqvim aylıq iddia müddətinin ötürmədiyini qeyd etmək istəyir. Lakin, iddiaçıya onun işdən olunması haqqında məlumat xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsinin «işin faktiki halları» hissəsinin 5-ci abzasında qeyd etdiyi kimi, o, xx.xx.2021-ci il tarixində şəxsi Elektron ünvan 2 poçt adresindən Cavabdeh MMCnin əməkdaşlarının Elektron ünvan 3 və GElektron ünvan 4 rəsmi ünvanlarına yazılı şəkildə ödənişlə bağlı müraciət etmişdir. İddianın həmin hissəsinin 9-cu abzasında iddiaçı qeyd edir ki, «beləliklə mənə göndərilən e-mail və poçtla göndərilən məktubla bildim ki, xx.xx.2021-ci il tarixdə guya əmək öhdəliyimi yerinə yetirmədiyim üçün AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləmə xitam verilmişdir». Bununla iddiaçı təsdiq edir ki, xx.xx.2021-ci il tarixdə ona Əmək Müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsi haqqında məlumatı olmuşdur. Həqiqətən də, iddiaçının Elektron ünvan 2 elektron ünvanına xx.xx.2021-ci il tarixdə müqavilənin xitam verilməsi haqqında Cavabdeh MMC-nin Direktorunun Qərarı bildiriş formasında göndərilmişdir. İddiaçı özü də iddiasında qeyd etdiyi kimi, bu qərar onun həm elektron ünvanına həm də ki, poçt vasitəsilə onun qeydiyyat ünvanına göndərilmişdir. Bundan əlavə, iddiaçıya xx.xx.2021-ci il tarixdə göndərilən xx.xx.2021ci il tarixli 15/k/21 №-li xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildiriş»lə iddiaçıya onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi haqda məlumat verilmişdir. Bu bildirişdən görsəndiyi kimi iddiaçıya onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam veriləcəyi haqda məlumat artıq aprel ayının sonunda verilmiş və sonradan Cavabdeh MMC-nin direktorunun qərarı bildiriş formasında göndərilərək, onun əmək haqqı kartına istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləği ödənilərək son haqq-hesab aparılmış və əmək kitabçasının təhvil alınması üçün dəvət edilmişdir. Göründüyü kimi, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş 1 təqvim aylıq iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlanmış və iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2021-ci il tarixdə artıq keçmişdir və iddiaçının tələbinin Cavabdeh MMC-nin direktoru X2 xx.xx.2021-ci 103/A saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması» hissəsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti keçməsinə görə rədd edilməlidir. İddiaçının tələbinin «işə bərpa olunan günədək boşdayanmaya, əlavə iş saatlarına və qeyri-iş günlərində işlədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək haqqının və digər ödənişlərin hesablanaraq ona ödənilməsi" hissəsi üzrə isə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş 1 illik iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Belə ki, iddiaçı SƏTƏM mütəxəssisi vəzifəsində Cavabdeh MMC-nə işləmişdir, onun tərəfindən təqdim edilən ödənişsiz məzuniyyət haqqında ərizəyə əsasən ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər ödənişsiz məzuniyyət verilmişdir. İddiaçıya verilən ödənişsiz məzuniyyətinin müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış, lakin iddiaçı işə çıxmadığına görə nə də ki, işə çıxmamasını əsaslandıran hər hansı üzrlü səbəb təqdim etmədiyinə görə onunla bağlanılan Əmək Müqaviləsinə xitam verilmişdir. Deməli, Cavabdeh MMC-nə əmək funksiyalarını sonuncu dəfə xx.xx.2020-ci il tarixinə kimi yerinə yetirmiş və həmin tarixə kimi əmək haqqı almaq hüququ olmuşdur. xx.xx.2020-ci il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2021-ci il tarixə kimi Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş 1 illik iddia müddəti keçmişdir. Göstərilənlərə əsasən iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

27. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İddiaçının işə çıxmaması xx.xx.2021-ci il tarixdən işəgötürənə məlum olmuşdur. Lakin iddiaçı barədə intizam tənbehinin verilməsi, yəni ƏM 70-ci maddəsinin «ç» bəndi ilə işdən çıxarılması barədə əmrin verilməsi xx.xx.2021-ci il tarixə təsadüf edir. Bu da sözügedən hadisədən 2 ay 7 gün müddətin keçməsi deməkdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

28. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı savadlı bir insandır, heç vaxt boşluq qoyulmuş ərizəni imzalamazdı. Ola bilsin ki, əvvəlcədən kimsə ərizənin boş hissəsini doldurub, sonra imzalanıb. Həmçinin yazı iddiaçı tərəfindən sol əli ilə də icra oluna bilərdi. Bütün ərizələrdə iddiaçının şəxsən özünün imzası vardır. Həmçinin iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmə ilə bağlı prosessual müddəti ötürmüşdür. İddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə də təqdim etmişlər. Odur ki, iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

30. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-409/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (Hakim R.Xəlilov) iddia qismən təmin edilərək, «İMASMMC-nin xx.xx.2021-ci il tarixli, 103/A saylı əmri ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də SƏTƏM mütəxəssisi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti xx.xx.2021-ci il tarixdən hesablanmaqla ona əmək haqqı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, Cavabdeh MMC-dən dövlət rüsumunun əvəzi kimi İddiaçı xeyrinə 50 (əlli) manat, dövlət nəfinə isə 50 (əlli) manat məbləğində pul tutulması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, İddiaçı adından olan xx.xx.2020-ci il tarixli ödənişsiz məzuniyyətə çıxmasına dair ərizənin üzərindəki “təqvim sözünün qarşısındakı “228” rəqəmləri həqiqətən də İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.

32. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tərəf həqiqətən ödənişsiz məzuniyyətə çıxmaq barəsində iradə ifadəsi real olmuş, lakin həmin müddətin son tarixi isə ekspert rəyini əsas götürməklə qeyri müəyyən qalmışdır.

33. Göründüyü kimi qeyd olunan ərizə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş şərtlərin kobud şəkildə pozulması ilə tərtib edilmişdir.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına əsas kimi təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizədə «228» rəqəmləri iddiaçı tərəfindən yazılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır və bu ərizə iddiaçının işdən azad olunmasına əsas ola bilməz.

34. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən Cavabdeh MMC tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən vəzifədən azad olunması açıq-aşkar qanunsuz və əsassız olmuşdur.

35. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etmişdir.

36. İddiaçı işdən azad olunduğu xx.xx.2021-ci il tarixdən sonra məhkəməyə müraciət etməzdən əvvəl qanunun yeni qəbul edilmiş müddəasına uyğun mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmişdir.

37. Belə ki, mediasiyaya dəvət məktubu xx.xx.2021-ci il tarixdə işəgötürənə göndərmiş, mediasiya prosesi xx.xx.2021-ci il tarixə təyin edilmiş və eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi ilə telefon nömrəsi ilə əlaqə saxlanaraq mediasiya prosesi barədə ətraflı məlumat verilmiş, lakin Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, bununla əlaqədar ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə həmin tarixdə arayış tərtib edilmişdir.

38. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə, 70-ci maddəsinin «ç» bəndinə, 72-ci maddəsinə, 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə, 129.2-ci maddəsinə, 296-cı maddəsinin 2-ci və 3-cü hissəsinə, 296-cı maddəsinin 5-ci bəndinə, AR “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə, İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına, MM-in 375.1 və 375.2 maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlarına, L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

39. Qətnamədən İddiaçı (nümayəndəsi Vəkil tərəfindən müraciət edilib) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-409/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Qətnamədən həmçinin, Cavabdeh MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-409/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinin dəlilləri

41. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı hazırda iddiasının əlavə iş saatlarında və qeyri-iş günlərində işlədilmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək haqqının və digər ödənişlərin hesablanaraq ona ödənilməsinin təmin edilməməsindən apellyasiya şikayəti verir.Məhkəmə əlavə iş saatlarında və qeyri-iş günlərində işlədiyinə, əmək haqqı vaxtında ödənilmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək haqqının və digər ödənişlərin hesablanaraq 34.229,8 manat məbləğində pulun ona ödənilməsi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edib ki, iddiaçının həqiqətən də əlavə iş saatlarında, qeyri-iş günlərində işləməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, işlədiyi təqdirdə belə bunun məcburi olması, olduğu və ya olmadığı təqdirdə onunla bu barədə rəsmi müqaviləsinin olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf yalnız “Whatsapp” yazışmalarını təqdim edə bilmişdir ki, bu da rəsmi razılaşma olmaması səbəbindən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Əlavə iş saatlarında işlədilmə bağlı vatsap yazışmaları tərəflərindən məhkəməyə təqdim edilmişdir.Həmin vatsap yazışmaları üzrə orada iştirak edən şəxslərin, yəni rəsmi olaraq Cavabdeh MMC-də əməyin mübahisəsi müttəxəssislərinin iştirakı ilə əməyin mühafizəsi müttəxəssislərinin vatsap qrupu yaradılmışdır və həmin qrupda əməyin mühafizəsi mütəxəssisləri rəhbərliyə müəssisədə əməyin mühafizəsi qaydlarına əməl olunub-olunmaması barədə məruzələr etmişlər, hesabatlar vermişlər.Lakin bu məsələ ilə bağlı həmin vatsap qrupda bütün illər ərzində toplanmış hesabatlar, məruzələr,çəkilmiş şəkillər tərəfimizdən məhkəməyə təqdim edilmişdir. X14 və digər şəxslərin həmişə bir sıra əvvəl işə gəlmələri açıq-aydın görünür. Lakin məhkəmə bu qrupdakı yazışmanı şəxsi yazışma hesab edib. MPM-nin 10.10-cu maddəsinə əsasən şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Həmçinin Konstitusiyamızın 32-ci maddəsində aşağıdakılar qeyd olunur: İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır.Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Vatsap qrupunda gedən danışıqlar iş yerində əmək intizamına aiddir. Əmək intizamına dair işçilərin vatsapda yazışmaları şəxsi və ailə həyatının sirrinə aid deyildir. Odur ki, hakim həmin prosessual normaları pozmuşdur.İddiaçının işlədiyi Cavabdeh MMC URBN (Gilan Holding)-nin podrat işlərini görürdü və həmin müəssisə işçilərin işə gəlmə və getmə vaxtını qeyd edib. Tərəflərindən əvvəlcədən müəssisəyə sorğu təqdim edilmişdir. Lakin müəssisə sorğuya cavab verməmişdir. Daha sonra qeyd edilən sorğunun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğunu həmin müəssisəyə göndərsə də sonradan həmin müəssisə cavab verməmişdir. Belə olduğu halda qarşı tərəfə cərimə yazılmasını və digər prosessual tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir.Lakin məhkəmə bu xahişi görməkdən imtina etmişdir. Bu baxımdan əlavə iş saatları ilə bağlı hesab edir ki, kifayət qədər tərəfindən məhkəməyə sübutlar təqdim edilmişdir və sübutların təmini ilə bağlı məhkəmə öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməmişdir. MPM-nin 78.4-cü maddəsinə əsasən tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək miqdarda cərimə olunur. Lakin məhkəmə həmin sübutun əldə edilməsi üçün MPM-də nəzərdə tutulmuş bütün imkanladan istifadə etməmişdir. Halbuki, israrla sübutu təqdim etməli olan müəssisə barəsində cərimə yazılması və yaxud həmin sübutu almaq üçün digər tədbirlərdən istifadə etməyi xahiş etmişdir. Əlavə iş saatlarında işlədilmə ilə bağlı məhkəmədən xahiş etdik ki, vatsap qrupunda olan şəxslərin məhkəməyə şahid qismində cəlb olunması təmin olunsun və onlar bu barədə ifadə versinlər. Belə hakim məhkəmə istintaqını tərəflərin fikrini öyrənmədən yekunlaşdırdı. Halbuki, xahiş etmişdir ki, qeyd olunan məsələ ilə bağlı şahidlər məhkəmə vasitəsilə iclasa dəvət olunsunlar. Bunu çıxışlara keşəndə hakimə demişdir və tələb etmişdir ki, nə üçün məhkəmə baxışının yekunlaşdırılması ilə bağlı onların fikri öyrənilmədən və əlavələrin olub-olmaması müəyyən edilmədən çıxışlara keçildi. Çıxışda bu barədə vəsatət versə də, hakim təmin etməmişdir. MPM-nin 209.1-ci maddəsinə əsasən bütün sübutlar tədqiq edildikdən sonra, sədrlik edən işdə iştirak edən şəxslər və onların nümayəndələrinin bu barədə mövqeyini öyrənməklə iş üzrə halların tədqiqinin qurtardığını elan edir və məhkəmə çıxışlarına keçir. MPM-nin 62.2-ci maddəsinə əsasən şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. MPM-nin 79.3-cü maddəsinə əsasən zəruri hallarda, müayinə və tədqiqatda iştirak etmək üçün ekspertlər, mütəxəssislər və şahidlər çağırıla bilər. MPM-nin 104.6-cı maddəsinə əsasən şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur. MPM-nin 186.2-ci maddəsinə əsasən çağırılmış şahid, ekspert və ya mütəxəssis məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, o, yüz on manatadək cərimə edilə bilər. Şahid üzürsüz səbəbdən ikinci dəfə gəlmədikdə məcburi qaydada gətirdilə bilər. Məhkəmə iclasının audio-video yazısında hakimin onların mövqeyi öyrənmədən və vəsatətlərin olub-olmamasını müəyyən etmədən, buna etiraz etməyinə məhəl vermədən prosessual tələbləri pozmaqla zorla çıxışlara keçməsi görünür.Elə bu səbəbdən də şahid dəvət etmək və ya məhkəmə vasitəsilə şahidləri çağırmaq kimi hüquqlarından məhrum olmuşlar.Məhkəmədən vəsatətlə xahiş etmişlər ki, əlavə iş saatlarını işlədilməni təsdiq edən vatsap qrupunda olan yazışmaların həqiqətdə olubolmamasını, texniki cəhətdən olaraq dəyişikliklərin olub-olmamasını müəyyən etmək üçün texniki ekspertiza keçirilsin. Lakin məhkəmə bunu keçirməmişdir. Halbuki, bu cür ekspertiza dəfələrlə keçirilmişdir. MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Hesab edir ki, hakim kobud prosessual hüquq pozuntusuna yol vermişdir.

42. İddiaçı daha sonra Apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən işçinin altmış gündən çox məzuniyyətə göndərilməsi qadağan olunmasına baxmayaraq məhkəmə altı ay ərzində ödənişsiz məzuniyyətə buraxılmanı normal hesab etmişdir.Odur ki, qətnamənin göstərilən əsaslarla da ləğv olunmasını xahiş etmişdir.

43. Cavabdeh MMC apellyasiya şikayətini birinci instansiya məhkəməsində təqdim etdiyi iddia tələbinə qarşı Etirazın dəlilləri ilə və iddia müddətinin tətbiqinə dair ərizənin dəlilləri ilə oxşar məzmunda əsaslandırmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

ç) Prosses iştirakçılarının izahatları

45. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı və onun vəkili (nümayəndəsi) iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək özlərinin apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər.Eyni zamanda iddiaçının vəkilinin (nümayəndəsi) Cavabdeh MMCdən X5 Vərəqəsinin tələb edilməsi barədə vəsatəti təmin olunmuş, bu barədə sorğu göndərilmişdir.Lakin WhatsApp yazışmalarının həqiqiliyinin müəyyən olunması ilə bağlı ekspertiza keçirilməsi, şahidlərin dindirilməsi ilə bağlı vəsatətlər işin faktiki hallarını araşdırmaq üçün əhəmiyyət kəsb etmədiyindən, belə ki, yazışmalar bir neçə şəxslə bağlı olduğundan, şahidin dindirilməsi isə işəgötürənlə işçi arasında əmək münasibətlərini müəyyən etmədiyindən təmin edilməmişdir.

46. Həmçinin, Apellyasiya baxışı zamanı iddiaçı əvvəlki məhkəmə iclası zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixində ona göndərilən e-mail və poçtla göndərilən məktubla bilmişdir ki, xx.xx.2021-ci il tarixdə guya əmək öhdəliyini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləmə xitam verilmişdir.Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə isə bilmişdir ki, son haqq-hesab olaraq iddiaçının maaş kartına 405,01 AZN pul cavabdeh şirkət tərəfindən yüklənmişdir.

47. Sonuncu məhkəmə Kollegiyasının iclası barədə iddiaçı və onun vəkili lazımı qaydada xəbərdar olmuş, lakin iddiaçı yas mərasimi düşdüyünü teleqram göndərərək bildirmiş, vəkili və nümayəndəsi Vəkil isə cinayət işi üzrə məhkəmə iclasında iştirakını nəzərə alaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər.Məhkəmə Kollegiyası iş üzrə kifayət qədər araşdırma aparıldığını və məhkəmə iclasının 4-cü dəfə təxirə salınması xahiş edildiyini, təxirə lüzum olmadığını nəzərə alaraq MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

48. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi özlərinin apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

49. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi həmçinin vəsatət təqdim edərək iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə maneçilik yaratdığından, açıq-aşkar əsassız vəsatət və şikayətlər verdiyindən Mülki Prosessual Məcəllənin 174.5-ci maddəsinə əsasən cərimələnməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:

50. 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.

51. 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.

52. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

53. 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi.

54. 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

55. 294-cü maddənin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

56. Həmin maddənin 2.-ci hissəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

57. Həmin maddənin 5-ci hissəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

58. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

59. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

60. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür.

61. 296-cı maddəsinin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən–iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər.

62. 296-cı maddəsinin 7-ci bəndinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

63. 146-ci maddəsinin 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunu

64. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı:

66. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

67. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı).

68. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair “2021-ci il 30 iyul tarixli Qərarında qeyd etmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir.Belə ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

74. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

75. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

76. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

77. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

79. Qətnamədən iddiaçı və cavabdehin apellyasiya şikayətlərinin dəlilləri baxımından birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

80. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

81. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

82. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim etmiş və verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir.

83. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir».

84. Məhkəmə Kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir.

85. Məhkəmə Kollegiyası iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün əsasların olub-olmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edi.

86. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.

87. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.

88. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

89. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ərizə ilə cavabdeh təşkilata müraciət edərək ona xx.xx.2020-ci il tarixdən ödənişsiz məzuniyyətinə çıxmağa icazə verilməsini xahiş etmişdir. İddiaçı həmin ərizəni özü imzalansa da, günü müəyyən olunmamış və ərizədə «228» rəqəmləri yazmamış və onun tərəfindən günlər barədə qeydlər ona məxsus olmamışdır.

90. İş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, İddiaçı adından olan xx.xx.2020-ci il tarixli ödənişsiz məzuniyyətə çıxmasına dair ərizənin üzərindəki “təqvim sözünün qarşısındakı “228” rəqəmləri həqiqətən də İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.

91. Məhkəmə Kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı tərəf həqiqətən ödənişsiz məzuniyyətə çıxmaq barəsində iradə ifadəsi real olmuş, lakin həmin müddətin son tarixi isə ekspert rəyini əsas götürməklə qeyri müəyyən qalmışdır.

92. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına əsas kimi təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizədə «228» rəqəmləri iddiaçı tərəfindən yazılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır və bu ərizə iddiaçının işdən azad olunmasına əsas ola bilməz.

93. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən Cavabdeh MMC tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən vəzifədən azad olunması qanunsuz və əsassız olmuşdur.

94. Lakin Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və vəkilinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir.

95. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

96. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür.

97. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər.

98. X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iddiaçının vəkili Vəkil Təqdim edilmiş sənədlərin (sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş ) surətindən görünür ki, X11 Xidmətinin Bakı şəhər İdarəsində İddiaçı vediyi xx.xx.2021-ci il tarixli izahatında (i/v-56) iddiaçı bildirmişdir ki, son olaraq onun maaş kartına 405 AZN pul cavabdeh şirkət tərəfindən yüklənmişdir.

99. X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iddiaçının vəkili Vəkil Təqdim edilmiş sənədlərin (sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş ) surətindən görünür ki, AFB BANK-ın xx.xx.2020-xx.xx.2021-ci il tarixi üzrə İddiaçı əmək haqqı hesabları ilə bağlı “Hesabdan çıxarış”a əsasən (i/v- 57) son olaraq iddiaçının maaş kartına 405,01 AZN pul cavabdeh şirkət tərəfindən yüklənmişdir.

100. Apellyasiya baxışı zamanı iddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixində ona göndərilən e-mail və poçtla göndərilən məktubla bilmişdir ki, xx.xx.2021-ci il tarixdə guya əmək öhdəliyini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləmə xitam verilmişdir.Həmçinin, səhəri günü yəni xx.xx.2021-ci il tarixdə bilmişdir ki, son haqq-hesab olaraq iddiaçının maaş kartına 405,01 AZN pul cavabdeh şirkət tərəfindən yüklənmişdir.

101. Beləliklə, mediasiyaya dəvət məktubu xx.xx.2021-ci il tarixdə işəgötürənə göndərmiş, mediasiya prosesi xx.xx.2021-ci il tarixə təyin edilmiş və eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi ilə telefon nömrəsi ilə əlaqə saxlanaraq mediasiya prosesi barədə ətraflı məlumat verilmiş, lakin Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, bununla əlaqədar ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə barədə həmin tarixdə arayış tərtib edilmişdir.

102. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

103. Məhkəmə Kollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

104. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

105. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

106. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün onunla son haqq-hesab aparıldığını bildiyi gün, yəni 05 may 2021ci il tarixidir.( Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür.Məhkəmə Kollegiyası nəzərə alır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin maddənin 3-cü hissəsində nəzərdə tutulmuş şərtin birinin baş verməsi işçinin hüququnun pozulmasının aşkar edildiyi gündür.)

107. Məhkəmə Kolleiyası qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə onunla əmək müqaviləmə xitam verildiyini və səhəri günü, yəni xx.xx.2021-ci il tarixdə isə son haqq-hesab olaraq iddiaçının maaş kartına 405,01 AZN pul cavabdeh şirkət tərəfindən yükləndiyini bildiyi halda, Medasiya Şurasına xx.xx.2021-ci il tarixdə müraciət etmişdir.

108. Belə ki, Məhkəmənin sorğusuna cavab olaraq mediator X10 tərəfindən verilmiş məktubundan görünür ki, icraatına xx.xx.2021-ci ildə Mediasiya Şurası tərəfindən əmək mübahisəsinə ilkin mediasiya sessiyasında baxılması üçün daxil olub. Həmin iş üzrə Medasiya Şurasına müraciət internet səhifə üzərindən Elektron ünvan 1. Elektron poçt vasitəsilə daxil olub. Mediasiya üçün müraciətlər xx.xx.2021-ci il tarixdən kağız formasında və ya sözügedən poçt vasitəsilə aparılıb. Müraciət üçün tərəflər İddiaçı (nümayəndəsi Vəkil tərəfindən müraciət edilib) və Cavabdeh MMC olmaqla, mübahisənin predmeti «işə bərpa, son haqq-hesabın ödənilməsi və əlavə iş saatlarının ödənilməsi» olmuşdur. İş icraatına daxil olduqdan sonra tərəfindən mediasiya işinə nömrə verilmiş (Nömrə: TY-Ə-003 həmin dövrdə sayt üzərindən şəxsi kabinet vasitəsilə iş nömrəsi almaq mümkün deyildi və işlərə tapşırığa əsasən mediatorlar tərəfindən nömrə verilirdi) və qarşı tərəfə xx.xx.2021-ci ildə mediasiyaya dəvət məktubu göndərilmişdir. Mediasiya prosesi xx.xx.2021-ci il tarixinə təyin edilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi ilə telefon nömrəsi ilə əlaqə saxlanaraq mediasiya prosesi barədə ətraflı məlumat verilmişdir. Nəticədə ilkin müraciət edən tərəfin nümayəndəsi iclasda iştirak etmiş, lakin Cavabdeh MMC ona qarşı İddiaçı tərəfindən əmək mübahisəsinə dair iddiası üzrə xx.xx.2021-ci il tarixdə, 10.00-10.30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Qanunvericiliyə müvafiq olaraq T.Yadigara (nümayəndəsi Vəkil) bu barədə arayış verilmişdir.

109. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır.

110. Odur ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə Medasiya Şurası fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan olmadığından, iddiaçı Medasiya Şurasına bir aylıq müddət çərçivəsində müraciət etməli idi, yalnız bundan sonra Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə əsasən (mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.) tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılması nəzərə alına bilərdi.

111. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair “2021-ci il 30 iyul tarixli Qərarında qeyd etmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir.

112. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: - Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır; - fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.

113. Həmin Qərarda həmçinin, qeyd edilmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.

114. Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir.

115. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə zəruri olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

116. Məhkəmə Kolleiyası əlavə olaraq onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndində nəzərdə tutulan üzrlü hallar müəyyən olunmamışdır.

117. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər.

118. Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).

119. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddət ərzində Mediasiya Şurasına, bununla da bağlı məhkəməyə müraciət etməmiş, ötürülmüş müddətin isə üzrlü səbəbdən baş verməsi üçün hallar müəyyən olunmamışdır.

120. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, “əmrin ləğv edilməsi və işə bərpa tələbi”nə dair iddia rədd olunmalıdır.

121. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının digər tələbləri onun “əmrin ləğv edilməsi və işə bərpa tələbi”ndən törəyən tələblər olduğundan iddia tələbi digər hissələrdə də təmin edilməməlidir.

122. Daha sonra məhkəmə Kollegiyası hesab etmişdir ki, hüquqi əsaslar mövcud olmadığından Cavabdeh MMC-nin nümayəndəsinin iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə maneçilik yaratdığından, açıq-aşkar əsassız vəsatət və şikayətlər verdiyindən Mülki Prosessual Məcəllənin 174.5-ci maddəsinə əsasən cərimələnməsi barədə vəsatətii təmin edilməməlidir.

123. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

124. Məhkəmə Kollegiyası hesab edir ki, çəkilmiş məhkəmə xərci məbləği iddiaçının özünə aid edilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul iddiaçıdan alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.

125. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

İddiaçının apellyasiya şikayəti təmin olunmasın. Cavabdehin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, e-2(006)-409/2022 nömrəli qətnaməsi ləğv olunsun. İddia tələbi rədd olunsun. Çəkilmiş məhkəmə xərci məbləği iddiaçının özünə aid edilsin, ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul iddiaçıdan alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar