Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-595/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan “xxxxxxxx” KB ASC-yə qarşı “kredit müqavilələrinə xitam verilməsi və ipoteka predmetlərinin yüklülükdən azad edilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-109/2019 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində olan “xxxxxxxx” KB ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Ləğv prosesində olan “xxxxxxxx” KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli “sonrakı ipoteka müqaviləsi”nə xitam verilməsi və həmin müqavilə ilə girov qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi ev 63-də yerləşən 57 saylı mənzilin yüklülükdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia həcminin artırılması barədə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 57 saylı və xx xxxxx 2015-ci il tarixli, 67 saylı kredit müqavilələrinə xitam verilməsi, həmin kredit müqavilələri ilə ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi ev 63-də yerləşən 57 saylı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus ünvanında yerləşən 22 saylı evin yüklülükdən azad edilməsi, habelə artıq ödənilmiş 47675,63 (19,212,34+28,463,29) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-109/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, ASC “xxxxxxxx” KB ilə İddiaçı arasında bağlanmış xx xxx 2015ci il və xx xxxxx 2015-ci il tarixli kredit müqavilələrinə xitam verilməsi, İddiaçı xx xxxx 2015-ci il və xx.xx.2015-ci il tarixli kredit müqavilələrinə uyğun olaraq artıq ödəmiş olduğu (19212,34 + 28,463,29) 47,675,63 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi, X2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus B istifadədə olan 0,01532 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ümumi sahəsi 242,8 kv.m yaşayış sahəsi 126,1 kv.m, yardımçı sahəsi 116,7 kv.m olan 6 otaqlı 22 saylı evin və X5 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 237,6 kv.m, yaşayış sahəsi 159,2 kv.m, yardımçı sahəsi 78 kv.m olan 5 otaqlı evin girovdan (ipotekadan) azad edilməsi və girovla bağlı həmin əmlakların üzərindəki məhdudiyyətlərin ləğv edilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnaməni ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən həmin ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməməli olduğu halda qətnamə demək olar ki, ancaq əsassız və şübhəli ekspert rəyinə əsaslanmışdır. Ekspert rəyində İddiaçı xx.xx.2015-ci il tarixli, 57 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə 19.212,34 manat məbləğində, xx.xx.2015-ci il tarixli, 67 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə isə 28.463,29 manat məbləğində artıq ödəniş etdiyi müəyyən edilmişdir. Həmçinin ekspert tərəfindən İddiaçı ödənişləri və həmin ödənişlərin əsas və faiz borcundan hansı məbləğdə çıxılmasını əks etdirən cədvəllər tərtib edilmişdir. Həmin cədvəllərə əsasən, iddiaçı ekspert rəyində qeyd edilmiş əlavə ödənişləri məhz hər iki kredit müqaviləsi üzrə əsas borcdan ödəmişdir. Kredit götürmüş şəxsin əsas borc üzrə artıq ödəniş etməsinin qeyd edilməsi ağlabatan deyildir. Belə ki, əsas borc tam ödənildiyi təqdirdə edilmiş ödənişin əsas borcdan tutulması mümkün deyildir. Bundan əlavə ekspert tərəfindən ödənişlərlə bağlı tərtib edilmiş cədvəldə də ciddi uyğunsuzluqlar mövcuddur. xx xxxx 2015-ci il tarixli, 57 nömrəli kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərlə bağlı ilk dəfə əsas borc üzrə borcdan silinmə iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixində ödənilmiş 504.250 manat məbləğin 500.000 manatının əsas borcdan silinməsidir. Lakin ekspert rəyində iddiaçı tərəfindən ikinci ödənişdən sonra aparılmış bütün ödəmələrdə əsas borcdan silinmələr qeyd edilmişdir. Hətta ekspert rəyində qeyd edilən kredit müqaviləsi üzrə 17, 27, 41,05 və s. kimi kiçik məbləğlərin də əsas borcdan silinməsi qeyd edilmişdir. Həmçinin, ekspert rəyində iddiaçı tərəfindən aparılmış ödəniş məbləğlərinin bəziləri də düzgün qeyd edilməmişdir. Belə ki, iddiaçı xx.xx.2015-ci il tarixində 6000 manat ödəniş etdiyi halda, ekspert rəyində həmin tarixə aparılmış ödəniş 9700 manat kimi, xx.xx.2015-ci il tarixində 7250 manat ödəniş etdiyi halda, ekspert rəyində həmin tarixə aparılmış ödəniş 7500 manat kimi, xx.xx.2016-cı il tarixində 7000 manat ödəniş etdiyi halda, ekspert rəyində həmin tarixə aparılmış ödəniş 7500 manat kimi, xx.xx.2016-cı il tarixində 7250 manat məbləğində ödəniş etdiyi halda, ekspert rəyində həmin tarixə aparılmış ödəniş 7500 manat kimi qeyd edilmişdir. Bu tipli yanlış qeydlər iddiaçı tərəfindən edilmiş ödənişlərin bir çoxlarında qeyd edilmişdir. Ekspert tərəfindən aparılmış bu yanlış hesablamalar nəticəsində İddiaçı xx.xx.2015-ci il tarixli, 57 nömrəli kredit müqaviləsi üzrə cəmi 1.725.596 manat ödəniş etdiyi qeyd edilmişdir, halbuki iddiaçı tərəfindən həmin kredit müqaviləsi üzrə cəmi 1.722.146 manat ödəniş edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixində edilmiş son ödəniş 187.819 manat ödənişin 187.600 manatı əsas borcdan, 219 manatı isə faiz borcundan silinmişdir, lakin bu ödəniş də ekspert tərəfindən yanlış hesablanmış və əsas borc üzrə qalıq məbləğindən daha artıq məbləğin əsas borcdan silinməsi qeyd edilmişdir. xx.xx.2015-ci il tarixli, 67 nömrəli kredit müqaviləsi üzrə də tərtib edilmiş cədvəldə ciddi uyğunsuzluqlar və yanlışlıqlar mövcuddur. Belə ki, həmin müqavilə üzrə aparılmış ödənişlərdən ilk dəfə xx.xx.2018-ci il tarixində edilmiş ödəniş üzrə əsas borcdan silinmə edildiyi halda, ekspert tərəfindən tərtib edilmiş cədvəldə xx.xx.2016-cı il tarixindən etibarən edilmiş ödənişlər üzrə əsas borcdan silinmələrin olduğu qeyd edilmişdir. Həmçinin ekspert rəyində iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixində 11.600 manat ödəniş edildiyi halda, ekspert rəyində həmin tarixə edilmiş ödəniş 12.250 manat kimi, xx.xx.2016-cı il tarixində 11.600 manat ödəniş edildi halda, ekspert rəyində həmin tarixə edilmiş ödəniş 12.000 manat kimi qeyd edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən xx.xx.2018-ci i tarixində edilmiş son ödəniş 621.447 manat ödənişin 620.000 (altı yüz iyirmi min) manatı əsas borcdan, 1.447 (bir min dörd yüz qırx yeddi) manatı isə faiz borcundan silinmişdir, lakin bu ödəniş də ekspert tərəfindən yanlış hesablanmış və əsas borc üzrə qalıq məbləğindən daha artıq məbləğin əsas borcdan silinməsi qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdə İddiaçı xx.xx.2015-ci il tarixli, 57 nömrəli kredit müqaviləsi üzrə 34.356,20 manat, xx.xx.2015-ci il tarixli, 67 nömrəli kredit müqaviləsi üzrə isə 154.132,31 manat məbləğində ödənilməmiş faiz qalığının mövcud olması öz əksini tapmışdır. Qeyd edilmiş borcun mövcud olması iddia tələbinin rədd edilməsi üçün əsas olduğu halda məhkəmə tərəfindən bu fakt da öz düzgün hüquqi qiymətini almamışdır. Belə ki, iddiaçının borcu olduğu təqdirdə girov qoyulmuş əmlakın girovdan azad edilməsi mümkün deyildir. Lakin məhkəmə sadəcə kifayət qədər şübhəli ekspert rəyinə istinad edərək əsassız qətnamə qəbul etmişdir. İddiaçının etdiyi ödənişləri təsdiq edən kassa mədaxil qəbzləri ilə ekspert tərəfindən tərtib edilmiş cədvəlləri müqayisə etmək elə də çətin bir iş olmadığı halda məhkəmə həmin sənədlərin təqdim edilməsinin təmin edilməsi üçün heç bir tədbir görməmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş “mülki işə xitam verilməsi” barədə vəsatət də məhkəmə tərəfindən heç bir əsas göstərilmədən təmin edilməmiş və məhkəmə qətnaməsində ümumiyyətlə elə bir vəsatətin təqdim edildiyinə dair hər hansı bir qeyd edilməmişdir. Belə ki, 1 saylı Bakı inzibati-iqtizadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-1 (81)-3617/2016 saylı qərarı ilə “xxxxxxxx” KB ASC-nin ləğv edilməsi, X1 ləğvedici təyin olunması barədə Qərar qəbul edilmişdir. Hal-hazırda “xxxxxxxx” KB ASC ləğv prosesindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarının müəyyənedici hissəsinin otuz səkkizinci abzasına əsasən AR Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Qeyd edilənlərə əsasən, mülki işin pul tələbi olan hissəsində icraata xitam verilməsi zəruri olduğu halda məhkəmə tərəfindən vəsatət təmin edilməmiş və təmin edilməməsi barədə məhkəmə tərəfindən hər-hansı bir hüquqi mövqe bildirilməmişdir. Apelyasiya baxışı zamanı iddiaçının vəkili X7 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 57 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 23 ay müddətinə, illik 6 % dərəcəsi ilə 1.500.000 manat məbləğində, xx xxxxx 2015-ci il tarixli, 67 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 22 ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.400.000 manat məbləğində kredit vermişdir. xx xxxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən X2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus B istifadədə olan 0,01532 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ümumi sahəsi 242,8 kv.m yaşayış sahəsi 126,1 kv.m, yardımçı sahəsi 116,7 kv.m olan 6 otaqlı 22 saylı ev və X5 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 237,6 kv.m, yaşayış sahəsi 159,2 kv.m, yardımçı sahəsi 78 kv.m olan 5 otaqlı ev xx xxxx 2015-ci il tarixli, 57 saylı və xx xxxxx 2015-ci il tarixli, 67 saylı kredit müqavilələrinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019cu il tarixli 30652 nömrəli rəyində İddiaçı “xxxxxxxx” ASC-yə əsas məbləğ və faiz borcu üzrə borcunu tam ödədiyi, onun banka heç bir borcunun qalmadığı, əlavə olaraq xx.xx.2015-ci il tarixli 57 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 19,212,34 manat məbləğində, xx.xx.2015-ci il tarixli 67 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2018-ci il tarixə 28,463,29 manat məbləğində pul vəsaiti artıq ödəniş etdiyi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.1, 421.2). Mülki Məcəllə, həmçinin nəzərdə tutur ki, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir (maddə 527.1.). Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir (maddə 528). Apelyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1675 saylı ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, maliyyə arayışı, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 57 saylı və xx xxxxx 2015-ci il tarixli, 67 saylı kredit müqavilələrinin qeyd olunan şərtləri əsas götürülməklə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilənləri rəhbər tutaraq İddiaçı “xxxxxxxx” ASC-yə əsas məbləğ və faiz borcu üzrə borcu tam ödənilmiş, heç bir borcu qalmamış, əlavə olaraq xx xxxx 2015-ci il tarixli, 57 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə (sualda soruşulan tarixə) 14.944,56 manat məbləğində, xx xxxxx 2015-ci il tarixli, 67 saylı kredit müqaviləsi üzrə xx xxx 2018-ci il tarixə (sualda göstərilən tarixə) isə 28.463,29 manat məbləğində pul vəsaiti artıq ödəniş etdiyi müəyyən olunur. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilənləri rəhbər tutaraq kredit müqaviləsinin bitdiyi xx.xx.2017-ci il tarixdən soruşulan tarixlərədək olan dövr üzrə faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmışdır. Bundan əlavə qeyd edilir ki, xx.xx.2019-cu il tarixli, 30652 saylı ekspert rəyi ilə hazırkı rəy arasında yaranmış ziddiyət 30652 saylı ekspert rəyində xx xxxx 2015-ci il tarixli, 57 saylı kredit müqaviləsi üzrə hesablama aparılarkən texniki səhvin olmasıdır. Belə ki, 30652 saylı ekspert rəyində 57 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə aparılmış ödəniş texniki səhv nəticəsində 6.000,0 manat olduğu halda, 9700 manat məbləğində göstərilmişdir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Göründüyü kimi, iddiaçı kredit müqavilələri üzrə kredit borcu öhdəliyini tam həcmdə yerinə yetirdiyi müəyyən edildiyindən Mülki Məcəllənin 528-ci maddəsinin tələbinə əsasən iddiaçının kredit müqavilələri üzrə öhdəliyinə xitam verilməlidir. Tərəflər arasında mövcud olan kredit müqavilələri üzrə borclunun yerinə yetirmədiyi öhdəlik qalmadığından, həmin müqavilənin təminatı üçün bağlanmış ipoteka müqavilələri üzrə ipoteka predmetlərinin girovda qalma zərurəti də aradan qalxmışdır. Kollegiya, həmçinin, qeyd edir ki, xx xxxx 2015-ci il tarixli, 57 saylı və xx xxxxx 2015-ci il tarixli, 67 saylı kredit müqavilələri üzrə iddiaçı tərəfindən artıq ödənişlər həyata keçirilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən xx xxxx 2015-ci il tarixli, 57 saylı və xx xxxxx 2015-ci il tarixli, 67 saylı kredit müqavilələri əsas məbləğ və faiz borcu üzrə borcunun tam ödənildiyi, heç bir borcunun qalmadığı, əlavə olaraq xx xxxx 2015-ci il tarixli, 57 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə (sualda soruşulan tarixə) 14.944,56 manat məbləğində, xx xxxxx 2015-ci il tarixli, 67 saylı kredit müqaviləsi üzrə xx xxx 2018-ci il tarixə (sualda göstərilən tarixə) isə 28.463,29 manat məbləğində pul vəsaiti artıq ödəniş edildiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, xx xxxxxx 2020-ci il tarixli 1675 saylı ekspert rəyi ilə müəyyən edilən məbləğlər əsas götürülməli, iddiaçı tərəfindən xx xxxx 2015-ci il tarixli, 57 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə (sualda soruşulan tarixə) 14.944,56 manat, xx xxxxx 2015-ci il tarixli, 67 saylı kredit müqaviləsi üzrə xx xxx 2018-ci il tarixə (sualda göstərilən tarixə) isə 28.463,29 manat artıq ödənilmiş məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının cavabdeh banka hər hansı borcu olmadığından, habelə artıq ödəniş həyata keçirdiyindən Mülki Məcəllənin 152.5, 157.1-157.2, 157.3, 269.1, 385.1, 425.1, 528, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 15.1, 48.1.2-ci maddələrinə əsasən ASC “xxxxxxxx” KB ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 57 saylı və xx xxxxx 2015-ci il tarixli, 67 saylı kredit müqavilələrə xitam verilməli, ipoteka ilə yüklü edilmiş əmlaklar ipotekadan azad edilməlidir. Kollegiya həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 145 manat cavabdehdən tutulmalıdır. Apelyasiya şikayətinin iş üzrə icraata xitam verilməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarında qeyd olunur ki,bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Bu baxımdan bankın müflis elan olunmasına dair qərarın qəbul olunması banka qarşı mövcud iddialar üzrə icraatın Mülki Prosessual Məcəllənin 254-cü maddəsinə müvafiq olaraq dayandırılmasını deyil, hüquqi şəxsi məhkəmədə təmsil etməli olan səlahiyyətli orqanın (şəxsin) məhkəmə icraatında iştirakını prosessual cəhətdən təmin etmək məqsədini daşıyır. İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Ləğv prosesində olan “xxxxxxxx” KB ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-109/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. ASC “xxxxxxxx” KB ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 57 saylı və xx xxxxx 2015-ci il tarixli, 67 saylı kredit müqavilələrinə xitam verilsin. İddiaçı xx xxxx 2015-ci il tarixli, 57 saylı kredit müqaviləsi üzrə artıq ödəmiş olduğu 14.944,56 manat və xx xxxxx 2015-ci il tarixli, 67 saylı kredit müqaviləsi üzrə artıq ödəmiş olduğu 28.463,29 manat, cəmi 43,407,85 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilsin. X2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus B istifadədə olan 0,01562 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ümumi sahəsi 242,8 kv.m yaşayış sahəsi 126,1 kv.m, yardımçı sahəsi 116,7 kv.m olan 6 otaqlı 22 saylı ev və X5 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 237,6 kv.m, yaşayış sahəsi 159,1 kv.m, yardımçı sahəsi 78 kv.m olan 5 otaqlı ev girovdan (ipotekadan) azad edilsin və girovla bağlı həmin əmlakların üzərindəki məhdudiyyətlər ləğv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 145 manat cavabdeh Ləğv prosesində olan “xxxxxxxx” KB ASC-dən tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-595/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-595/2020
18.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver