Məhkəmə qərarları › İş №2(103)-595/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-595/2025

17.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-595/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22(001)-2273/2024 saylı, 26 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: 149825 nömrəli girov biletinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə VÖEN ********** olan X6 məxsus lombarddan 1 ədəd kulon, 3 ədəd sep, 1 ədəd üzük olmaqla, ümumi çəkisi 83,93 qram olan qızıl-ziynət əşyalarını girov qoyaraq 5000 manat məbləğində pul götürmüşdür. VÖEN ********** olan X6 məxsus lombardın kassa mədaxil orderindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 200 manat məbləğində faiz ödəmişdir. VÖEN ********** olan X6 məxsus lombardın kassa mədaxil orderindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 1200 manat məbləğində faiz ödəmişdir. VÖEN ********** olan X6 məxsus lombardın möhürü ilə təsdiq edilmiş və K.Sevda tərəfindən imzalanmış arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Bahadır qızına 5000 manat kredit verilmişdir. Həmin məbləği (5000 manat) İddiaçı Cavabdeh vermişdir. Cavabdeh 3 ay müddətində aylıq 600 manat məbləğində ödəniş etmişdir. Daha sonra İddiaçı 1200 manat faiz ödənişi edib. Hazırki günə qızılın çıxarışına 11.650 manat ödənilməlidir. 5000 manat sudda, 3800 manat faiz, 2850 manat gecikdirilmiş məbləğ. xx.xx.2024-cü il tarixinə 11650 manat cəmi ödəniş olunmalıdır. VÖEN ********** olan X6 məxsus lombardın möhürü ilə təsdiq edilmiş İddiaçı borcunu əks etdirən qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixə İddiaçı 19X200=3800 faiz, 2850 manat gecikmə, 5000 manat sudda, 6650 manat faiz borcu olmaqla, ümumilikdə 11650 manat borcu vardır. Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin 20 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı DİN-nin 102 Xidməti Zəng Mərkəzinə zəng edərək 2022-ci ilin sentyabr ayında Nəsimi rayonu ərazisində yerləşən S.Vurğun adına istirahət parkının yanında yerləşən Lombard mağazasında tanıdığı Cavabdeh qızıl-zinət əşyalarını girov qoyaraq 6000 manat məbləğində borc pul verməsi, lakin həmin şəxsin pulunu geri qaytarmaması barədə məlumat vermişdir. Araşdırma zamanı izahatı alınmış Müslümova X5 Afaq Bahadır qızının onun barəsində yazmış olduğu şikayət ərizəsi ilə tanış olaraq bildirmişdir ki, Afaqı təxminən 20 ildir tanıyır. Təxminən 01 il bundan əvvəl Afaq pula ehtiyacı olduğunu ona demiş və özünə məxsus qızılları Lombard mağazasına girov qoyub onun adına sənədləşmə yolu ilə pul götürmək istədiyini bildirmişdir. O, razılaşdıqdan sonra Afaqla birlikdə Bakı şəhəri Nəsimi rayonu D.Əliyevə küçəsində yerləşən Lombard mağazasına getmişlər, orada o, şəxsiyyət vəsiqəsini təqdim etmiş, Afaq da özünə məxsus qızıl-zinət əşyalarını girov qoyub 5000 manat pul götürmüşdür. Həmin pula görə Afaq Lombard mağazasına ayda 200 manat faiz pulu ödəməli idi. Bundan sonra o, yeni il bayramı ərəfəsində istirahət üçün Türkiyəyə getmişdir. Həmin ərəfələrdə Afaq ona zəng edərək, maddi durumu zəif olduğunu bildirmiş və ondan borc pul istəmişdir. Buna görə o, Afaqın bank kartının hesabına hissə-hissə olmaqla ümimilikdə təxminən 500-600 manat pul göndərmişdir. Daha sonra Afaq “whatsapp” proqramı vasitəsi ilə ona mesaj yazaraq qızıl zinət əşyalarını onun Lombard mağazasına girov qoyması və ödəniş edəcəyi barədə ona mesaj yazmasını xahiş etmişdir. O, səbəbini Afaqdan soruşanda isə həmin mesajları bacısına göstərəcəyini bildirmişdir. O da əhəmiyyət vermədən Afaqa dediyi formada mesajlar yazmışdır. Əslində isə o, Afaqdan pul almamış və sonuncuya heç bir borcu olmamışdır. Sadəcə Afaq öz qızıl-zinət əşyalarını Lombard mağazasına girov qoyaraq onun adına sənədləşmə yolu ilə 5000 manat pul götürmüşdür. Əlavə olaraq bildirmişdir ki, İddiaçı izahatında göstərdikləri yalandır. Həmin ərəfələrdə İddiaçı Polis Bölmələrində problemləri olmuş, həmçinin, evini təmir etdirmiş. Buna görə Afaqa pul lazım olmuşdur. Lakin, Afaqın bir çox banklara pul borcu olduğuna görə heç yerdən kreditlə pul götürə bilməmişdir. Həmin ərəfələrdə Afaq ondan xahiş etmişdir ki, öz qızıl-zinət əşyalarını girov qoyub onun adına sənədləşmə yolu ilə pul krediti götürsün. O da Afaqı 20 ildir tanıdığına görə xahişini yerə sala bilməmiş və sonuncunun təklifi ilə razılaşmışdır. Beləliklə də, Afaq öz qızılzinət əşyalarını Lombard mağazasına girov qoyub onun adına sənədləşmə yolu ilə 5000 manat pul götürmüşdür. İddiaçı müraciəti əsasında toplanmış materialda və Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olmaması, tərəflər arasında yaranmış öhdəliklərin mülki xarakterli olması nəzərə alınmaqla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda iddiaçı verdiyi qızılların əvəzində pulu və faiz məbləğini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh lombard müqaviləsinə əsasən 5000 (beş min) manat əsas borc, 5000 (beş min) manat faiz borcu və 800 (səkkiz yüz) manat nəğd şəkildə özündən aldığı borc, ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumu olmaqla, cəmi 10925 (on min doqquz yüz iyirmi beş) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin oktyabr ayı ailəvi münasibətləri olan Cavabdeh onun evinə yaxınlaşaraq, dələduzluq yolu ilə insanlardan 170000 (yüz yetmiş min) manat pul aldığını və Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin onu yaxalayaraq saxladığını bildirdi. Bununla yanaşı, insan alveri ilə məşğul olduğunu, polis tərəfindən yaxalanaraq saxlandığını da etiraf etdi. Ondan insanlara olan borcunu ödəməyinə kömək etməyi üçün xahiş etdi. Cavabdeh ilə ailəvi münasibətləri olduğuna görə, onunla birgə lombarda gedərək 120 (yüz iyirmi) qram qızılını girov qoyaraq 5000 (beş min) manat və nəğd şəkildə özündən 800 (səkkiz yüz) manat məbləğində pulu borc olaraq cavabdehə vermişdir. Cavabdeh hər ay lombarda olan 200 (iki yüz) manat borcu özü ödəməyi öhdəsinə götürdü. Lakin 3 ayın ödənişini etdikdən sonra müxtəlif bəhanələr irəli sürərək borcu ödəməkdən yayındı. Borc ödənmədiyi halda lombardla bağlanmış müqaviləyə əsasən hər ay əsas borcun üzərinə 350 (üç yüz əlli) manat faiz pul gəlir. Beləliklə, Cavabdeh onun etibarından sui-istifadə edərək 120 (yüz iyirmi) qram qızılını girov qoyaraq adına lombarddan borc götürmüş, hər ay müxtəlif bəhanələrlə ona söz verdiyi öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh lombard müqaviləsinə əsasən 5000 (beş min) manat əsas borc, 5000 (beş min) manat faiz borcu və 800 (səkkiz yüz) manat nəğd şəkildə özündən aldığı borc, ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumu olmaqla, cəmi 10925 (on min doqquz yüz iyirmi beş) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22(001)-2273/2024 saylı, 26 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh əsas borca görə 5000 (beş min) manat, əsas borca faiz olaraq hesablanmış 5000 (beş min) manat olmaqla, ümumilikdə 10000 (on min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 124 manat məbləğində pulun 100 manat məbləğində olan hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinin onunla əsaslandırmışdır ki, tərəflər arasında əsassız varlanmadan irəli gələn münasibətlər yaranmışdır. Bu münasibətlər çərçivəsində də cavabdehə məhz 5000 manat pulun verildiyini iddiaçı, borcunun olmamasını isə cavabdeh sübut etməlidirlər. Məhkəmə araşdırması zamanı izahat verən iş üzrə Cavabdeh izahatlarında iddia tələbini qəbul etməyərək onun iddiaçıya heç bir borcunun olmadığını, eləcə də lombarddan pulu iddiaçı özü üçün götürdüyünü bildirsə də, iş materiallarına əlavə edilmiş VÖEN ********** olan X6 məxsus lombardın möhürü ilə təsdiq edilmiş və K.Sevda tərəfindən imzalanmış arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Bahadır qızına 5000 manat kredit verilmiş, həmin məbləğ (5000 manat) İddiaçı Cavabdeh vermişdir.Cavabdeh isə həmin borcla bağlı 3 ay müddətində aylıq 200 manat olmaqla, ümumilikdə 600 manat məbləğində ödənişlər etmişdir. Həmçinin müəyyən edilmişdir ki, hazırda iddia ərizəsində tələb olunan borcun qaytarılması ilə bağlı tərəflər arasında (cavabdehin mülkiyyətində olan ***-***- **-** nömrə vasitəsi ilə) “whatsapp” yazışmaları olmuş və həmin yazışmalarda iş üzrə Cavabdeh dəfələrlə pulunun olmadığını, lombardda ödənişlər edə bilmədiyini, özünə sənəd düzəltdikdən sonra bankdan pul çıxardıb, lombardda girovda olan iddiaçıya məxsus qızılların çıxardaraq özünə qaytarcağı ilə bağlı yazışmaları olmuşdur.Bundan əlavə İddiaçı tərəfindən təqdim edilmiş yaddaş kartına (fleş kart) olan səs yazıları dinlənilərkən, yaddaş kartının 134 kb olan hissəsində Cavabdeh “iş var gələn həftə alınsa lombarddan sepi çıxardacam” kimi səs yazısı qeydə alınmışır. Göründüyü kimi hazırkı səs yazıları tərəflər arasında olan hüquq münasibətləri ilə əlaqədar olmaqla mübahisənin həllində əhəmiyyətli sübutdur. Bu yazışmlardan isə belə məlum olur ki, cavabdeh 5000 manat pulun iddiaçıdan götürdüyünü, sonradan onu qayatara bilmədiyini açıq ifadə etmişdir. İddiaçı tərəfindən lombarddan görürülmüş 5000 manat məbləğində pulun, 3 ay aylıq ödənişinin cavabdeh Aynurə Məmmədovanın ödəniş etməsi, eləcə də yuxarıda qeyd edilən “whatsapp” yazışmaları ilə cavabdehin dəfələrlə lombardda ödənişlər edəcəyi və s. yazışmaları, həmçinin səs yazısında “iş var gələn həftə alınsa lombarddan sepi çıxardacam” kimi səs yazısı onu deməyə əsas verir ki, VÖEN ********** olan X6 məxsus lombarddan xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən götürülmüş 5000 manat məbləğində pul məhz Cavabdeh üçün götürülməsi sübuta yetirilir. Eyni zamanda bu faktların mövcudluğu Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin 20 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunan tərəflərin izhatında da məlum olur. Göründüyü kimi iş üzrə iddia tələbində əsas borc kimi tələb edilən 5000 manat məbləğində pulu iddiaçı tərəfindən cavabdehə verilməsi iş materiallarında olan sənədlərlə sübuta yetirildiyindən, eləcə də həmin borcun məhz iddiaçının özü üçün götürməsi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsas borca görə 5000 manat məbləğində olan hissəsi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iddia tələbinin faiz kimi hesablanmış 5000 manat məbləğində olan hissəsi ilə bağlı qeyd etmişdir ki, yuxarıda qeyd edilən VÖEN ********** olan X6 məxsus lombardın möhürü ilə təsdiq edilmiş İddiaçı borcunu əks etdirən qəbzlə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixə İddiaçı 5000 manat əsas borca 19 ay gecikməyə görə hər ay 200 manat hesablanmaqla 3800 manat, faizə hesablanmış gecikməyə görə isə 2850 manat olmaqla (19x200=3800, faizə gecikmə 2850 manat olmaqla) ümumilikdə 6650 manat faiz borcu vardır. Məhkəmə, 24 iyul 2024-cü il tarixə iddia tələbində göstərilən borc üzrə faiz məbləği 6650 manat təşkil etsə də, iddiaçının tələbində cavabdehdən faiz borcu olaraq 5000 manat məbləğində pul tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilərək cavabdehdən əsas borca hesablanmış 5000 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin 800 manat məbləğində iddiaçı tərəfindən cavabdehə nəğd şəkildə pulun ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmənin qənaətinə görə, iddiaçının 800 manat məbləğində pulun cavabdehə verilməsi iş üzrə mötəbər sübutlarla təsdiq olunmamaqla yanaşı, bu halı cavabdeh də qəbul etmir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, iddia tələbinin 800 manat hissəsi əsassızdır və təmin edilməməldir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edəsiniz. edilməsini qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, onun Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işi olmamış, nə də ki insan alveri ilə bağlı onu kimsə saxlamamışdır. Belə ki, İddiaçı Bahadır qızı onu aldatmaq yolu ilə borc almışdır. Yəni, onun etibarından sui-istifadə edərək lombarda qoyduğu qızıllar müqabilində aldığı pulu ödəməmişdir. Əvvəlcə borcun müəyyən hissəsini ödəsə də sonradan müxtəlif bəhanələrlə ödənişdən boyun qaçırmışdır. Səhhətində yaranan problemlərə görə əməliyyat olunmuşdur. Həmin gün onu həmin vəziyyətdə aldadaraq lombarda aparıb onun vəsiqəsi ilə yəni ona aid şəxsiyyət vəsiqəsi ilə onun adına qızıl qoyaraq özü üçün 5000 manat pul çıxartdı. Afaqdan niyə özün götürmürsən pulu onun adına götürürsən sualına cavabında bildirdi ki, sözü gedən lombarda onun borcu var ona görə də ona pul vermirlər. Lombard işçisi Sevda xanım ona zəng edərək Afaqın bundan başqa borcu da olduğunu demişdir. Lombardın işçisi Sevda onun yaxın qonşusu və deyilənə görə qohmudur. Həta lombard işçisi Sevda xanımı aldadaraq onun xalası qızı olduğunu deyib, pul götürmüşdür. Afaq yaxın rəfiqəsi olduğu üçün borclarını ödəməsi üçün köməklik göstərmişdir. 3 dəfə 200 manat məbləğində ümumilikdə 600 manat olmaqla ona kömək məqsədilə ödəniş etmişdir. Məhkəmə iddiaçının verdiyi izahata inanmış və işi tam araşdırmamışdır. Məhkəmə iclasında bildirmişdir ki, cavabdehin həmin lombardda bir neçə girov müqaviləsi var və cavabdehə lombarddan kredit vermirlər bununla bağlı lombarda şifahi şəkildə sorğu verilməsini də xahiş etmişdir. Afaq onu aldadaraq lombarda guya onun xalası qızı adı ilə aparıb lombarddan pul götürmüşdür. İddia ərizəsində göstərir ki, guya 120 qram qızılı girov saxlamışdır. Normalda lombard həmişə 3 ay pul ödənməyən zaman qızılları balansına keçirdir və satır. Burda isə lombardın marağı nə olub ki, uzun müddət qızıları saxlasın. Hansı razılaşmaya əsasən qızıllara faiz hesablanıb. Hesab edir ki, məhkəmə işi araşdırmamış və tələm-tələsik nədənsə iddiaçının xeyrinə qərar vermişdir. Həmçinin tərəfindən təhqiqatçıya verilən izahatında da göstərmişdir ki, iddiaçıdan borca pul almamış və iddiaçı onun şəxsiyyət vəsiqəsi ilə pulu özü üçün götürmüşdür. İddiaçı ona inanmağından və aralarında 20 ildən çox dostluq münasibətlərindən sui-istifadə edərək onu borc altına salmışdır. İddiaçıya hər hansı bir pul borcu yoxdur. Açıq-aşkar görünür ki, məhkəmə işi obyektiv araşdırmamış və onun hüquqları kobud şəkildə pozulmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilən ifadəni əsas götürmüş, ona verilən girov biletini araşdırmış, həmçnin həmin qızılların iddiaçıya yoxsa ona aid olub-olmamasını araşdırmamış, verilən ifadəni, “whatsapp” yazışmasının mahiyyətinə əhəmiyyət verməmiş sübutların iddiaçının xeyrinə ola biləcəyi qənaətinə gəlmişdir. Həmin yazışmaların nə ilə bağlı olmasını, mahiyyətini, girov biletində olan qızıl ilə iddia ərizəsində göstərilən qızılın qramı arasında səbəbli əlaqənin olub-olmamasını, ödəniş cədvələrini araşdırmamışdır. Apellyasiya icraatı zamanı X7 (lombardların fəaliyyəti üzrə fərdi sahibkar, VÖEN **********) mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilsə də, məhkəmə iclasında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməklə, cavabdehdən tutulan əsas borca faiz olaraq hesablanmış məbləğ hissəsində dəyişdirilməli, mübahisələndiilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən olan baza məlumatlarından müəyyən edilmişdir ki, Cavabdeh adına ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələr mövcuddur. Cavabdeh mülkiyyətində olan ***-***-**-** mobil nömrənin “whatsapp” proqramı vasitəsi ilə müxtəlif vaxtlarda edilmiş yazışmalardan görünür ki; Cavabdeh bəzi yazılarda İddiaçı “5 min pul vermisən, dedim ki, verəcəm, pulum yoxdur, sənədimi düzəldək gedək nə qədər istəyirsən götürək”, bəzi yazılarda “Afa salam, gələn həftə ödəniş edəcəm”; İddiaçı Cavabdeh “sən özünü çətinə salırsan, hər günə 5 manat hesablayır lombard, təxminən 7000 manat gəlib çıxıb” kimi yazısına Cavabdeh cavabında “bezmişəm vallah, problem mənimdi həll edəcəm” cavabını vermiş; İddiaçı Cavabdeh “lombardda günə 5 manat gecikmə cəriməsi sayır” kimi yazısına Cavabdeh cavabında “üzümüzə gələn həftə inşallah qızılları çıxardacam, söz verirəm” cavabını vermiş; İddiaçı Cavabdeh “axşam gələcəm Ayka, bilmirəm Sevdadan al, ərindən istəsin, qohum dost tanışdan al. Amma bunu bağlamaq lazımdır. Mən camaatın qızılını qaytarmalıyam. 7 ay sən heç yarısını bağlaya bilməmisən. Pislik eləmədim ki” kimi yazısına Cavabdeh cavabında “salam, yatıb qalmışam, 5 dəqiqəyə pul səndədir” cavabını yazmışdır; İddiaçı Cavabdeh “1 dəfə 100 manat vermisən, 1 dəfə də 200 manat vermisən, mən də onu lombarda verib çeki sənə atmışam” kimi yazısına Cavabdeh cavabında “bu dəqiqə pul düzəldib 1 həftəyə verəcəm uzağı” cavabını yazmışdır; Cavabdeh İddiaçı yazısında “o gün danışanda sənə dedim ki, ayın axırından başlayacam ödəniş etməyə” cavabını yazmış, İddiaçı isə həmin yazıya kartını ataraq “bu da kartım” cavabını yazmışdır; İddiaçı Cavabdeh “ilin sonuna faiz borcu olan müştərilərin girovları satışa çıxır ayın 30-u son gün. Hər kəsə aid kimliyindən aslı olmayaraq-bu gün mütləq həll elə” kimi yazısına Cavabdeh cavabında “salam, yatıb qalmışam, 5 dəqiqəyə pul səndədir” cavabını yazmışdır. İddiaçı “Sabah 100% bir şey elə. Bunları saxlaya bilmirəm” kimi yazısına Cavabdeh “narahat olma” kimi cavab yazmış və təkrar İddiaçı “bir şey ödəmək lazımdır ki, satışı minnətnən saxlatdırmışam, illik hesabat verirlər banka” kimi yazı yazılmışdır. Cavabdeh “yaxşı hər ay 200 düzəldib atacam” kimi yazısına, İddiaçı “uje hər ay 200 deyil e. 200 man 5000 manat götürəndə idi. İndi 3000 manat gecikmə gəlib. Həm də mən camaatın qızılını qaytarmalıyam. Tən yarısını ödə, sepi çıxart” kimi yazısına təkrar Cavabdeh “gələn həftə ödəniş edəcəm” kimi cavab yazmışdır. Birinci instansiya məhkəməsində, həmçinin məhkəmə kollegiyasının iclasında İddiaçı tərəfindən təqdim edilmiş yaddaş kartına (fleş kart) olan səs yazıları dinlənilərkən cavabdehin iddiaçıya borclu olması müəyyən edilir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında əsassız varlanmadan irəli gələn münasibətlər yaranmışdır. Bu münasibətlər çərçivəsində də cavabdehə məhz 5000 manat pulun verildiyini iddiaçı, borcunun olmamasını isə cavabdeh sübut etməlidirlər. Həmçinin müəyyən edilmişdir ki, hazırda iddia ərizəsində tələb olunan borcun qaytarılması ilə bağlı tərəflər arasında (cavabdehin mülkiyyətində olan ***-***-**-** nömrə vasitəsi ilə) “whatsapp” yazışmaları olmuş və həmin yazışmalarda iş üzrə Cavabdeh dəfələrlə pulunun olmadığını, lombardda ödənişlər edə bilmədiyini, özünə sənəd düzəltdikdən sonra bankdan pul çıxardıb, lombardda girovda olan iddiaçıya məxsus qızılların çıxardaraq özünə qaytarcağı ilə bağlı yazışmaları olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarda plenum telefon danışıqlarının və yazəşmaların mülki məhkəmə icraatında istifadə olunmasına dair göstərmişdir ki, “Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Göründüyü kimi hazırkı səs yazıları tərəflər arasında olan hüquq münasibətləri ilə əlaqədar olmaqla mübahisənin həllində əhəmiyyətli sübutdur. Bu yazışmalardan isə belə məlum olur ki, cavabdeh 5000 manat pulun iddiaçıdan götürdüyünü, sonradan onu qayatara bilmədiyini açıq ifadə etmişdir. Apellyasiya şikayətində isə cavabdeh İddiaçı Bahadır qızının onu aldatmaq yolu ilə borc alması, yəni, onun etibarından sui-istifadə edərək lombarda qoyduğu qızılar müqabilində aldığı pulu ödəməməsini qeyd etsə də, aldatmanın nədə ifadə olunması, eləcə də etibarın sui-istifadə edilməsinin təsdiq edilməsi üçün mötəbər sübutlar təqdim edilməmişdir. Bunun əksinə isə İddiaçı tərəfindən lombarddan görürülmüş 5000 manat məbləğində pulun, 3 ay aylıq ödənişinin cavabdeh Aynurə Məmmədovanın ödəniş etməsi, eləcə də yuxarıda qeyd edilən “whtasapp” yazışmaları ilə cavabdehin dəfələrlə lombardda ödənişlər edəcəyi və s. yazışmaları, həmçinin səs yazısında “iş var gələn həftə alınsa lombarddan sepi çıxardacam” kimi səs yazısı onu deməyə əsas verir ki, VÖEN ********** olan X6 məxsus lombarddan xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən götürülmüş 5000 manat məbləğində pul məhz Cavabdeh üçün götürülməsi sübuta yetirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassız olmuşdur və iş üzrə iddia tələbində əsas borc kimi tələb edilən 5000 manat məbləğində pulu iddiaçı tərəfindən cavabdehə verilməsi iş materiallarında olan sənədlərlə sübuta yetirildiyindən, eləcə də həmin borcun məhz iddiaçının özü üçün götürməsi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbinin əsas borca görə 5000 manat məbləğində olan hissəsi əsaslı olduğundan təmin olunmalıdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin faiz kimi hesablanmış 5000 manat məbləğində olan hissəsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, VÖEN ********** olan X6 məxsus lombardın möhürü ilə təsdiq edilmiş İddiaçı borcunu əks etdirən qəbzlə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixə İddiaçı 5000 manat əsas borca 19 ay gecikməyə görə hər ay 200 manat hesablanmaqla 3800 manat, faizə hesablanmış gecikməyə görə isə 2850 manat olmaqla (19x200=3800, faizə gecikmə 2850 manat olmaqla) ümumilikdə 6650 manat faiz borcu vardır. Məhkəmə, 24 iyul 2024-cü il tarixə iddia tələbində göstərilən borc üzrə faiz məbləği 6650 manat təşkil etsə də, iddiaçının tələbində cavabdehdən faiz borcu olaraq 5000 manat məbləğində pul tələb etməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilərək cavabdehdən əsas borca hesablanmış 5000 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Halbuki iddia tələbi həmin hissədə onunla əsaslandırılmışdır ki, borc ödənmədiyi halda lombardla bağlanmış müqaviləyə əsasən hər ay əsas borcun üzərinə 350 (üç yüz əlli) manat faiz pul gəlir. Bununla belə iddiaçının tələbinin mahiyyəti ondan ibarətdir ki, lombarda qızıl girovu qoyaraq pul götürülmüş və həmin məbləğ cavabdehə verilmişdir ki, cavabdeh tərəfindən də dövri ödənişlər edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən girov qoyulmuş qızıl ziynət əşyaların satılıbsatılmaması, satıldığı təqdirdə bunula bağlı sənədlərin təqdim olunması ilə bağlı lombarların fəaliyyəti ilə məşğul olan X2 verilmişdir. X7 məhkəmə kollegiyasının iclasında iştirak etməsə də, mail vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin ünvanına arayış göndərmişdir. Həmin arayışdan müəyyən edilir ki, girova qoyulmuş qızıl-ziynət əşyaları satılıb. Məhkəmə kollegiyasının iclasında telefon vasitəsilə X1 nümayəndəsi (həyat yoldaşı) X8 ilə əlaqə saxlanılmış və o, mübahisəli qızıl-ziynət əşyalarının satıldığını təsdiq etmişdir. Belə olan halda iddiaçı ona dəymiş zərəri, yəni faiz olaraq hesablanmış məbləği deyil, cavabdeh üçün faizlə bağlı ödədiyi pulun geri qaytarılmasını tələb edə bilər. Bu baxımdan iş materiallarından görünür ki, VÖEN ********** olan X6 məxsus lombardın kassa mədaxil orderindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 200 manat məbləğində faiz ödəmişdir. Lakin məhkəmə kollegiyasının iclasında iddiaçı bu ödəmə ilə bağlı bildirmişdir ki, qəbz onun tərəfindən təqdim olunsa da, pul Aynurə tərəfindən ödənilmişdir. Aynurə tərəfindən ümumilikdə 600 manat pul ödənilmişdir. Həmçinin VÖEN ********** olan X6 məxsus lombardın kassa mədaxil orderindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 1200 manat məbləğində faiz ödəmişdir. Həmin pul iddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən faizlə əlaqədar olaraq cəmi 1200 manat pul ödənişi olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin məbləği cavabdehdən geri tələb edə bilər. Belə olan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan əsas borca faiz məbləğ 1200 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməklə cavabdehdən tutulmalı olan əsas borca faiz olaraq hesablanmış məbləğ 1200 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22(001)-2273/2024 saylı, 26 iyul 2024-cü il tarixli qətnaməsi - cavabdehdən tutulmalı olan əsas borca faiz olaraq tutulmalı məbləğ hissəsində dəyişdirilsin. Cavabdeh tutulmalı olan əsas borca faiz olaraq ödənilmiş 1200 (min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, cavabdeh tərəfindən qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar