Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5959/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, “xxxx” MTK-nın vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vəzifəli şəxsin qeyri-hüquqi hərəkətindən şikayət” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1658/2009 saylı işi üzrə 19 may 2009-cu il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunulan “xxxx” MTK tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «vəzifəli şəxsin qeyri-hüquqi hərəkətindən şikayətə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasını əsassız hesab edərək, mülkiyyətində olan Bakı şəhəri, Çobanzadə küçəsi, 7 saylı evin 4 və 5 saylı mənzillərində təsdiq edilmiş layihəyə uyğun olaraq aparılmış əlavə tikililərə dair daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliklər aparılmasının, çıxarış verilməsinin və texniki pasport tərtib edilməsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1658/2009 saylı işi üzrə 19 may 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 23.04.2009-cu il tarixli 11/06-6465 saylı imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri, Çobanzadə küçəsi, 7 saylı evin 4 və 5 saylı mənzillərində təsdiq edilmiş layihəyə uyğun olaraq inşa edilmiş əlavə tikililərə dair daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliklər aparılması, həmin mənzillərə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarış verilməsi və texniki pasport tərtib edilməsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırılması, iş üzrə ödənilmiş 3 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. “xxxx” MTK tərəfindən qətnamədən şikayət vermişdir. Şikayətdə qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 Aprel 2014-cü il tarixli 161 saylı sərəncamı ilə Bakı şəhər Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə torpaq sahəsi “xxxx” MTK-nın istifadəsinə verilib. İddiaçı məxsus, ünvan 1 ünvandakı ikimərtəbəli 12 mənzilli binadakı 4 və 5 saylı mənzillər Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə “xxxx” MTK ayrılmış torpaq sahəsində yerləşir. “xxxx” MTK-nın qeyd edilən sərəncamının icrası ilə bağlı ünvan 3 ünvanda mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. ünvan 1 ünvanda yerləşən yaşayış binası 20-ci əsrin 50-ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir, o, hər an uça və bədbəxt hadisələr törədə bilər. Bu barədə 11 Fevral 2016-cı il tarixli akt tərtib edilib. “xxxx” MTK həmin məhkəmədə iddia qaldıraraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin cavabdeh X2 adına verdiyi RX seriyalı ******* saylı 19 İyun 2014-cü il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Məhkəmədə iddia qaldranadək isə “xxxx” MTK Bakı Şəhər İcra Hakimiyyətinə və Nizami Raoyn İcra Hakimiyyətinə müraciət edərək İcra Hakimiyyəti tərəfindən X3 Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsində yerləşən ikimərtəbəli 12 mənzilli 7 saylı binada yenidənqurmaya icazə verilib-verilməməsi barədə məlumat verilməsini və əgər belə icazə verilmişsə bu barədə sərəncamının surətinin verilməsini xahiş edib. Lakin müraciətlərə heç bir cavab verilməyib. Həmin məhkəmə prosesində “xxxx” MTK-ya məlum olub ki, Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi 7 saylı evin 4 və 5 saylı mənzilləri üzrə İddiaçı adına verilmiş çıxarış sonradan onun əri X2 adına ******* saylı 19 İyun 2014-cü il tarixli çıxarışla rəsmiləşdirilib. X5 isə qeyd olunan torpaq sahəsi “xxxx” MTK-nın istifadəsinə verildikdən sonra əsassız varlanmaq və “xxxx” MTK-dan öz yaşayış sahəsinin dəyərindən qat-qat artıq pul qoparmaq məqsədilə, qanunsuz olaraq binada dəyişiklik edib, 4 və 5 saylı ikiotaqlı mənzillərini 64.2 kv.m sahəsi olan üçotaqlı mənzilə və 320.2 kv.m. yardımçı sahəyə çevirib, qanunsuz yenidənqurma əsasında 384,4 kv.m sahəyə mülkiyyət hüququnu qanunsuz olaraq 19 İyun 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində ********** sayla qeydə aldırıb Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən, RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarış alıb və həmin qanunsuz sahənin əvəzində “xxxx” MTK-dan 420 kv.m yaşayış sahəsi tələb edir. Sərəncamın 1995-ci ildə verilməsinə baxmayaraq, tikinti işlərinin layihə-simeta sənədlərinin hazırlanması 14 ildən sonra 2009-cu ildə razılaşdırılıb. Digər tərəfdən Nizami Rayon İcra Hakimiyyəti Başçısının adı çəkilən sərəncamında konkret olaraq Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi 7 saylı evin 5 saylı mənzilində yararsız hala düşmüş eyvanın yenidən bərpa edilməsinə icazə verilməsi göstəriliş verilib. Lakin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində 4 və 5 saylı mənzillərində aparılmış əlavə tikililərin eskiz layihəsi razılaşdırılıb. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi sərəncama uyğun olaraq 5 saylı mənzildə yararsız hala düşmüş yalnız eyvanın yenidən bərpa edilməsinə icazə verilməsinin göstərilməsinə baxmayaraq, 4 və 5 saylı mənzillərində aparılmış əlavə tikililərin eskiz layihəsinin razılaşdırılması barədə qərar verib. 1995-ci il tarixdə verilmiş adı çəkilən sərəncamın verilməsi əsas məqsəd o olub ki, binanın xarici görkəminə, estetik görnüşünə heç bir xələl gətirmədən, binanın köhnə olduğu nəzərə alınaraq və binanya heç bir əlavə yüklənməyə yol verilmədən, yalnız mənzilin eyvanının həmin binanın digər eyvanlar kimi standart ölçüdə və görkəmdə bərpa edilməsi məqsədi ilə verilib. İddiaçının adına verilmiş (hazırkı qohumunun) adına verilmiş çıxarışda mənzillər üzrə yardımçı sahə kimi göstərilən 320 kv.m sahə, nə mənzil üzrə texnki imkanlara, nə də məntiqə baxımdan ağlabatan deyil. Məhkəmə gəldiyi nəticədən belə çıxır ki, onda Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi 7 saylı binada yaşayan 12 mənzil üzrə sahə mülkiyyətçilərinin hər biri hazırki iddiaçı kimi binada istədikləri qədər sahə artırmaqla dəyişiklik edə bilərlər. Məhkəmə isə göstərilənlərə heç bır münasibət bildirməyərək əsassız və qanunsuz qətnamə qəbul edib. Məhkəmə qətnaməsi də özü-özlüyündə sübut edir ki, iddiaçının 4 və 5 saylı mənzilləri üzrə inşa etdiyi əlavə tikililər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun olmayaraq inşa edilib. Görünən odur ki, iddiaçının məqsədi 5 saylı mənzilində eynvanın bərpa edilməsi deyil, sahib olduğu mənzilin sahəsindən dəfələrlə artıq 7 saylı binanın sahəsi qədər sahəyə mülkiyyət hüququ əldə etmək olub. Məhkəmə nəzərə almayıb ki, Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi 7 saylı ev bina tiplidir və həmin binada iddaçının istədiyi kimi dəyişikliklər edilməsi yolverilməzdir. Eyni zamanda iddiaçı hazırki qətnaməni əldə etməklə mənzil şəraitini yaxşılaşdırmaq deyil, binanın köhnə olması, gələcəkdə binanın söküləcəyi və söküntü zamanı əldə edəcəyi irimiqyaslı yaşayış sahəsi hesabına əsassız varlanması məqsədi dayanıb. Məhkəmə kollegiyasının iclasında iştirak edən “xxxx” MTK-nın vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, yeni qoşulduğu üçün iş materialları tanış olması və zəruri sənədlərin surətini çıxartması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, tərəflərə məhkəmə qətnaməsi 26.05.2009-cu il tarixdə göndərilmiş, həmçinin 22.06.2009-cu il tarixdə məhkəmə aktı icraya yönəlmiş, qətnamə qanuni qüvvəsini almışdır (səh.36). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məcəllənin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. İşin hallarından görünür ki, qətnamə artıq qanuni qüvvəsini almış və icra edilmişdir. Qətnamə qəbul edilən və icra edilən zaman şikayət verən şəxsin hüquq və vəzifələrinə toxunması müəyyən edilməmişdir. Qanunvericilik isə yalnız qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan şikayətin mümkünlüyünü müəyyən etmişdir. Məcəllənin 366.2-ci maddəsinə görə Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Diqqətə çatdırılmalıdır ki, (mülki prosessual) qanunvericilikdən (hüquqlardan) suiistifadə yolverilməzdir. Ona görə, qanuni qüvvəsini almış məhkəmə aktından verilən şikayətə münasibətdə prosessual müddətlərin ötməsinə qiymət verilməsi, habelə hüquq və vəzifələrə toxunması əsasları baxımından şikayətin icraata qəbulu mümkün deyildir. Şərh olunanlara və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-133, 360-366, 372, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1658/2009 saylı işi üzrə 19 may 2009-cu il tarixli qətnaməsindən “xxxx” MTK tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5959/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5959/2021
14.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver