Məhkəmə qərarları › İş №2(103)-596/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-596/2022

23.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-596/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "obyektin fəaliyyətinin dayandırılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1054/2021 nömrəli işi üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qeyri-qanuni istifadəsində olan maşınyuma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1054/2021 nömrəli işi üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Nərimanov rayon Məhkəməsinin 01.09. 2021-ci il tarixli, 2 (005)- 1054/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı cavabdeh İddiaçı və onun nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və bu əsasla apellyasiya icraatına xitam verilməsini xahiş etrmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1054/2021 nömrəli işi üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1054/2021 nömrəli işi üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)- 596/2022 saylı mülki iş üzrə apellyasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar