Məhkəmə qərarları › İş №2(103)-5964/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5964/2020

04.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5964/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X15 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8 və tərcüməçi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “ASAN Xidmət Mərkəzində” 4 saylı xüsusi notariusu Cavabdeh4, “ASAN Xidmət Mərkəzində” 4 saylı xüsusi notariusu Cavabdeh5, 38 saylı notarial kontorun xüsusi notariusu Cavabdeh6, 41 saylı notarial kontorun notariusu Cavabdeh7 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “ASAN Xidmət Mərkəzində” 4 saylı xüsusi notariusu Cavabdeh4, “ASAN Xidmət Mərkəzində” 4 saylı xüsusi notariusu Cavabdeh5, 38 saylı notarial kontorun xüsusi notariusu Cavabdeh6, 41 saylı notarial kontorun notariusu Cavabdeh7 qarşı qəsdən hərəkətsizliyi, varislərin axtarışına görə tədbirlərin görülməməsi, ünvan 1 ünvanında yerləşən mənzil üzrə X2 əmlakı üzrə X6 və Cavabdeh3 ilə əlbirliyə görə 41-ci notarial ofisin xüsusi notariusu Cavabdeh7 mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pul tutulması; ünvan 2 mənzil 99 ünvanında yerləşən mənzil üzrə ASANxidmət 4 mərkəzinin xüsusi notariusu Cavabdeh4 Cavabdeh1 ilə əlbirliklə dəfələrlə kobud pozuntuların hüquqi nəticələrə səbəb olunması üzrə mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pul tutulması; AR MM 1246-cı maddəsinin kobud pozulması ilə hüquqi nəticələrə səbəb olmasına görə ASAN-xidmət 4 Mərkəzinin xüsusi notariusu Cavabdeh5 mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pul tutulması; Cavabdeh3 ilə əlbir olmaqla mirasqoyan T.A.Dadaşovun İsrail dövlətində ölümü ilə əlaqədar V-20 vərəsəlik işinin açılması zamanı beynəlxalq müqavilələrə müvafiq olmayan qəsdən kobud pozuntulara, bunun hüquqi nəticələrə səbəb olmasına görə 38-ci notarial kontorun xüsusi notariusu Cavabdeh6 mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pul tutulması; əlavə olaraq Xətai rayon Məhkəməsindən bir sıra aşağıda göstərilən sənədləri ASAN-xidmət 4 Mərkəzinin xüsusi notariusu Cavabdeh4 tərəfindən V- 551/2015 №-li xx.xx.2015-ci il tarixli, V-560/2015 №-li, xx.xx.2015-ci il tarixli vərəsəlik işlərinə daxil edilməsi funksiyasını öz üzərinə götürməyi; ünvan 1 ünvanında yerləşən mənzil üzrə X2 mirasına münasibətdə varis İddiaçınm gizlədilməsi, 2(005)-1880/2014 №-li, 2(009)- 1083/2015 №-li mülki işlərdə saxtalaşdırmaya görə X7 vurulan mənəvi zərərə görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pul tutulması; bütün əmlak mübahisələri üzrə mülki işlərdə hüquqi nəticələrə səbəb olan saxtalaşdırmaya, qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən külli miqdarda əmlak zərərinin vurulmasına, qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən İddiaçınm sağlamlığına ağır zərərin vurulmasına görə X4 mənəvi zərərin vurulmasına görə 20.000 (iyirmi min) manat, maddi zərərin vurulmasına görə ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə görə hər 1 kv.m. 2000 (iki min) manat olmaqla 16 kv.m. x 2000 bərabər olan 1/2 payın hesablanması ilə 32.000 (otuz iki min) manat, ünvan 3 mənzil 99 ünvanında yerləşən mənzil üzrə 1/2 hissəsinə görə hər 1 kv.m. 1700 (min yeddi yüz) manat olmaqla 30.72 kv.m. x 1700 bərabər olan 1/2 payın hesablanması ilə 52.000 (əlli iki min) manat tutulması və ya AR MM 1159.2-ci maddəsini rəhbər tutaraq ünvan 2 mənzil 99 ünvanında yerləşən mənzil üzrə İddiaçı xx xxxxxx 2002-ci il tarixində vəfat etmiş doğma bacısı X3 vərəsəsi hesab edilməsi, ünvan 4 emalatxana № 73 ünvanında yerləşən texniki sahə üzrə 14 paya görə X4 10.000 (on min manat) məbləğində pul tutulması; ünvan 5 mənzil 99 ünvanında yerləşən mənzilin 1/2 payı üzrə mülkiyyət hüququ barədə Bakı şəhəri Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən X5 adına verilən sənədin ləğv edilməsi; ünvan 7 emalatxana № 73 ünvanında yerləşən qeyrı-yaşayış sahəsinin 1/2 payı üzrə mülkiyyət hüququ barədə Bakı şəhəri Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən X5 adına verilən sənədin ləğv edilməsi, AR MM 1137, 1139, 1143-cü maddələrini rəhbər tutaraq, X5 ləyaqətsiz vərəsə elan edilməsi; bütün əmlak mübahisələri üzrə hüquqi nəticələrə səbəb olan dəfələrlə etibardan sui-istifadəyə, qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən külli miqdarda zərərin vurulmasına, İddiaçı sağlamlığına ağır zərərin vurulmasına görə görə Cavabdeh1 vurulan mənəvi zərərə görə 20.000 (iyirmi min) manat, ünvan 1 ünvanında yerləşən mənzil üzrə 1/2 paya görə vurulan maddi zərər üzrə 32.000 (otuz iki min) manat tutulması; AR MM 1118-ci, 1118.3-cü maddələrini rəhbər tutaraq, İddiaçı sağlamlığına X11 və Cavabdeh1 tərəfindən qəsdən zərərin vurulmasına görə daşınan xərclər, o cümlədən müalicə və tibbi preparatlara görə 8.800 (səkkiz min səkkiz yüz) manat həcmində xərclər cavabdehlər arasında bölünməsi və hər birindən 4.400 (dörd min dörd yüz) manat tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək, ünvan 2 mənzil 99 ünvanında yerləşən çıxarış seriya RX № ******* olan əmlakın üzərinə həbs qoyulmasını, ünvan 1 ünvanında yerləşən, çıxarış seriya RX № ******* olan əmlakın (mənzilin) üzərinə həbs qoyulmasını, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, emalatxana № 73 ünvanında yerləşən çıxarış seriya RX № naməlum olan əmlakın (qeyriyaşayış sahəsinin) üzərinə həbs qoyulmasını, bununla əlaqədar olaraq Azərbaycan Respublikası Bakı şəhəri, Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinə müraciət edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3241/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri görülməsi barədəərizəsi təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3241/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadından narazı qalan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini, X5 mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasını və ya sonrakı baxış üçün mülki işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3241/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətində əmlakın üzərinə həbs qoyulmasının vacibliyini onunla əsaslandırmışdır ki, Dadaşova Dinarə qanunsuz əldə edilən mirası satmasın, həmçinin pullarla birlikdə Azərbaycan Respublikası ərazisindən kənara naməlum istiqamətə qaçmasın və ya gizlənməsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 şikayətin dəlillərini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mülki Prosessual Məcəllənin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; Məcəllənin 158.1.2-ci maddəsinə əsasən isə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Məhkəmə kollegiyası izah edir ki, qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. X10 Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. ... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ... Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. ...Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə iddianın təmin tədbiri kimi cavabdehin əmlakının üzərinə həbs qoyulması zərurəti yoxdur. Buna görə də, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən, düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(011)-3241/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar