Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5980/2022 09.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-26/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyanın və 2000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 26/2021 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayət təqdim edərək, Bakı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-26/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-26/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti qətnamədən şikayətin verilməsinə dair müddəti ötürdüyündən geri qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-26/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən şikayət təqdim olunaraq qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-26/2021 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-26/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1421/2022 saylı qərardadı ilə Cavabdeh şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-26/2021 saylı işi üzrə 29 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1421/2022 saylı qərardadından Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1421/2022 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1421/2022 saylı qərardadından Cavabdeh tərəfindən kassasiya şikayət təqdim olunaraq qərardadın ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1421/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Cavabdeh 24 may 2022-ci il tarixdə apelyasiya şikayəti təqdim edərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-26/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və müəyyən olunmuş hallar üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Apellyasiya şikayətinə ərizə təqdim edərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 26/2021 nömrəli qətnaməsindən şikayət verilməsi üçün müəyyən edilmiş müddətin üzürlü hesab olunaraq bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-26/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 26/2021 nömrəli qətnaməsindən şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmiş və cavabdeh tərəfindən verilmiş Apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Hazırki şikayət isə MPM-ə əlavə olunmuş 2 saylı Əlavənin normalarının tələblərinə cavab vermir. MPM-ə 2 saylı Əlavəsinə əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Lakin, apellyator tərəfindən verilmiş maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir. Həmçinin, apellyator tərəfindən verilmiş prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair hissəsində, sadəcə, Mülki Prosessual Məcəllənin 220.4 və 217.1ci maddələrinin pozulmasını qeyd etməklə, həmin hüquq normalarının dispozisiyalarını şikayətə köçürmüş, birinci instansiya məhkəməsi tərəfindən həmin normaların pozulmasının hazırki işdə konkret nədə ifadə olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmişdir. Bundan başqa, apellyasiya şikayəti verən şəxsin tələbi aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Hazırki şikayətlə isə apellyator Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(005)-26/2021 saylı qətnaməsinin ləğv edib, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, apellyasiya şikayəti ilə yuxarı instansiya məhkəməsinə müraciət edilərkən apellyator ilk olaraq qətnamənin tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsi ilə bağlı tələbini dəqiq və aydın qeyd etməli, daha sonra qətnamənin mübahisələndirilən hissəsində qəbul edilmiş iddianın tam, qismən təmin və yaxud rədd edilməsinə dair tələblərini dəqiq və aydın bildirməlidir. Belə olan halda, MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-26/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5980/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5980/2022
09.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver