Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5981/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı “qızıl-zinət və ya pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “qızıl-zinət və ya pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Qanuni qüvvəsini almış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3312/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddaçı İddiaçı Cavabdeh1 qarşı “Cavabdeh1 tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməsi və ona məxsus 24000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 24000 manat məbləğində pulun və dəymiş maddi ziyana görə 15000 manat məbləğində pulun onun xeyrinə ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
2. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 19.500 manat dəyərində qızıl-ziynət əşyaları və ya pul vəsaitinin geri qaytarılmasını tələb edir.
3. İddiaçı təsdiq edir ki, Cavabdeh1 qızıl-zinət əşyalarını 2014-cü ildən 2018-ci ilə qədər verib. Sonuncu dəfə 2018-ci ildə qızıl verib. 2018-ci ildən sonra Cavabdeh1 yeni qızıl verməyib.
4. Hazırki iddiasında iddiaçı cavabdehlər Cavabdeh2 və X2 tələb etdiyi qızıl zinət əşyasını isə sonunculara özü birbaşa vermədiyini, Cavabdeh1 tərəfindən verildiyini qeyd edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “qızıl-zinət və ya pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 xeyli miqdarda qızıl-ziynət əşyalarını vermişdir, gəlib evindən aparıb dolanmaq üçün satmışdır. Zeynəb qızıl-ziynət əşyalarından sataraq özü bir qismini ödəmiş, sonra isə ödəməkdən boyun qaçırmışdır. Kimlərə satıb, onlarla əlaqə yaradıb guya verməyiblər və yaxud ala bilmir. Ondan mal aparanda söz vermişdir ki, hamısını satıb qaytaracaq. Lakin əri Haqverdi Hilal oğlu ilə birlikdə Sabunçu rayonunda Zümrüd adlı bir qadınla onun əri Haqverdi ilə birlikdə 8000 manat qızıl-ziynət əşyalarını satmış, az miqdarda ödəniş etmiş, qalan hissəsini əri ilə mənimsəmişlər. X4 əri Maarifdən əl yazısı almış öz adına və ona demişdir ki, X11 kəndinə köçüb qaçmışdır. Hələ də Haqverdi Hilal oğlu və Cavabdeh1 borclarını qaytarmaq istəmirlər. O, 23-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Bu barədə qərarı məhkəməyə təqdim etmişdir. Cavabdeh1 Aidə Nəriman qızına, qızı Aytənə 25.000 manatdan çox qızıl vermiş və onun 11.500 manat borcu qalmışdır. Könül adlı qadına 12.000 manat qızıl vermiş, 6000 borcu qalmışdır. Sevil adlı qadına 1200 manat sırğanı (750 əyar) satmış, hələ də pulunu vermir. Malları geri istəyəndə almır və yaxud özü alıb yeyir. Bibisi oğlunun arvadına 2700 manatlıq qızıl vermişdir. Özünün fikri dələduzluq niyyəti olub. O hər dəfə malları istəyəndə bəhanələr gətirmişdir. Bilmişdir ki, onun evi yoxdur, uçuq bir bağçada yaşayır. Belə vicdansızlığı heç bir adam etməz. Cavabdeh2 Cavabdeh1 tanışı olmuşdur. O da, xeyli miqdarda qızıl-ziynət əşyalarını və vəsaitini ələ keçirmişdir. Sevilin ona 32.000 manat məbləğində qızıl və pul borcu var. Malları, pulu istəyəndə ona ev verəcəyini demiş, lakin evi başqa borcluya vermişdir. Göstərilənlərə əsasən, Cavabdeh1, Cavabdeh2 və X2 19.500 manat dəyərində qızıl-ziynət əşyalarının və ya pul vəsaitinin geri qaytarılmaqla ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1, X3 və Cavabdeh2 qarşı “qızıl-zinət və ya pul” tələbinə dаir iddiasının rədd edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin Cavabdeh1 aid hissədə təmin edilməsi üçün hüquqi əsaslar yoxdur, çünki iddiaçı məhkəməyə təqdim edilmiş qəbzdə həmin cavabdehin qızıl-zinyət əşyalarına görə borcu olduğunu öz imzası ilə təsdiq etdiyini bildirsə də, ekspert rəyi həmin imzanın Cavabdeh1 tərəfindən icra edilməməsi müəyyən edilmişdir, iddiaçı isə bunun əksini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu yerdə, digər cavabdehlər X5 və Cavabdeh2 münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçı bəhs etdiyi qızıl-zinət əşyalarını həmin cavabdehlərə deyil, Cavabdeh1 verdiyini, Cavabdeh1 isə öz növbəsində həmin qızıl-zinət əşyalarını X5 və Cavabdeh2 verdiyini, məhz buna görə hər üç şəxsi cavabdeh qismində cəlb etdiyini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin Cavabdeh1 münasibətdə əsassız olması, sonuncu tərəfindən sübut qismində təqdim edilmiş qəbzlərin imzalanmamasının sübuta yetirilməsi nəzərə alınmaqla, iddia tələbinin digər cavabdehlərə aid hissədə də təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, ümumiyyətlə iddia tələbində göstərilən məbləğlər məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə iddiaçı tərəfindən tərtib edilmiş yazılı qeydlə təqdim edilmiş həmin qeydlərdə müxtəlif adlı qızıl-zinət əşyalarının adları sadalanmış, lakin onların dəyəri, ayrı-ayrılıqda hər birinin dəyərindən konkret olaraq kim tərəfindən, hansı tarixdə nə qədər ödənildiyi, borcun nə qədər olduğu, həmçinin qızılların məhz cavabdehlərə verilməsi halı öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, tərəflər arasında qızıl-zinət əşyaları satışı ilə bağlı münasibətlər təxminən 2009-cu ildən yaranmışdır, Cavabdeh1 isə, hakim Babək Qasımovun sədrliyi ilə 2021-ci ildə yekun verilmiş məhkəmə mübahisəsindən sonra ümumiyyətlə iddiaçı ilə alver etmədiyini bildirmiş, iddiaçı tərəf isə bunu inkar etməmişdir. Digər yandan, xüsusilə sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 3312/2021 saylı qətnaməsi qəbul edildikdən sonra, iddiaçı, cavabdehlərə qızıl-zinət əşyaları verməsi və ya ona sonuncuların borcunun yaranması barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə iddiaçının tələbi üzrə iddia müddətinin də keçdiyini nəzərə alır və hesab etmişdir ki, iddia tələbi təmin edilə bilməz.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 372.1, 373.2, 375.2, 376, 377.2, 389.1, 442, 739.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 107, 115.0.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhər Nizami rayon məhkəməsinin 31 iyul 2024-cı il tarixli, 2(007)-177/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehlər onu aldadaraq qızıllarını və pulunu mənimsəmişlər. O, qızıllarla bağlı 2017-ci ildə məhkəməyə müraciət etmişdi. Nizami rayon məhkəməsində hakim Habil Əhmədovun sədrliyi ilə işə baxılan zaman cavabdeh Zeynəb ona deyib ki, ərizəni geri götür qızıllarını ya da pullarını qaytaracaq. O da onun sözlərinə inanıb iddianı geri götürdü. Sonra da pullarını vermədiyi üçün o, 2019cu ildə məhkəməyə müraciət edib. Cavabdeh ondan götürüb payladığı qızılları kimə vermişdisə onların yanına apardı. Həmin vaxtlarda Sərvinaz ona borclu olduğu puldan 2022-ci ildə 150 manat vermişdir. Hakim qətnaməsini iddia müddətinə istinad edərək iddianı əsassız rədd etmişdir. Onun bütün qızıllarını Zeynəbin başçılığı ilə baş vermişdir. O da bu barədə polisə şikayətlər vermişdi. Əgər onların ona borcu yox idisə, niyə görə cavabdehlər ona ödənişlər edirdilər. Həmin qəbzləri ərizələrinə əlavə edib. O, heç bir iddia müddəti ötürməyib. Bu faktlar işin halları ilə də onda olan sübutlarla da tam sübuta yetirilir. Bir sözlə məhkəmə qeyd edilən borcların ödənilməsi barədə qəbzləri görsə də iddia müddətinə istinad edərək qətnamə qəbul etmişdir. Belə hesab edir ki, iddia müddətinin axımı kəsildiyinə görə məhkəmə iddia müddəti tətbiq edə bilməzdi. Beləliklə də, prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul edildyindən, belə hesab edir ki, Nizami rayon məhkəməsinin 31 iyul 2024-cı il tarixli, 2(007)-177/2024 saylı qətnaməsi tam əsasızdır və ləğv edilməlidir. Məhkəmə onun verdiyi sübutları araşdırmamışdır. Onun iddiası məhkəməyə təqdim edilmiş qəbzlərlə tam sübuta yetmişdir. Yəni əgər məhkəmə prosessual hüquq normalarının tələblərinə əməl edərək onun məhkəməyə təqdim edəcəyi sübutları araşdırsa idi, onun məhkəməyə cavabdehlər tərəfindən 2022-ci ildə ödənilmiş qəbzlər barədə təsdiq edəcək sübutları məhkəməyə verəcəkdi ki, bununla da işin hər tərəfli araşdırlmasına zəmin yaranacaqdır. Yalnız iş hərtərəfli araşdırıldığı halda qətnamə düzgün qəbul edilə bilərdi.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə müdafiə edərək bildirir ki, Cavabdeh1 qızıl-zinət əşyalarını satıb. Ondan qızıl-zinət əşyalarını tələb edir. Ona deyib ki, qızıllarını o götürübsə, o da qaytarmalıdır. Biraz pul qaytarıb. Digər cavabdeh Haqverdi Tağıyev isə onun 10.000 manat dəyərində qızıllarını satıb. Ya qızılları, ya da pulunu qaytarsınlar. Qızıllarını tələb edir. 20.000 manat dəyərində qızıllar verib. Qızılların siyahısı da onda var. Cavabdeh1 Sevilə qızıl verib. Sevilə qızılı o verməyib. Cavabdeh vasitəsi ilə verib. Cavabdeh 200 manat borcundan bir dəfə verib. Cavabdeh1 qızıl-zinət əşyalarını 2014-cü ildən 2018-ci ilə qədər verib. Sonuncu dəfə 2018-ci ildə qızıl verib. 2018-ci ildən sonra Cavabdeh1 yeni qızıl verməyib. Sevilə qarşı başqa məhkəmədə iddiası var.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirir ki, 2010-cu ilə qədər alış-satış olub. İddiaçıya borcu yoxdur. Sevilə qızıl verməyib. Vəfa adlı şəxslə bağlı iddiaçı ona demişdir ki, pulunu Vəfadan özü alacaq. Onun yoldaşı isə ümumiyyətlə, qızıl işinə qarışmayıb. İddiaçının ödənişində gecikmələr olanda onu polis bölməsinə şikayət edib. İddiaçıya 200 manat verilən pul lotereyaya aid idi. İddiaçı dəfələrlə iddia qaldırıb, polis bölmələrinə şikayət edib. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. İddiaçı ilə 2010-cu ildən sonra qızıl alışı-satışı olmayıb.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5981/2024 saylı, xx.xx.2024-cü il qərardadına əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 177/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – Cavabdeh1 19.500 manat dəyərində qızıl-ziynət əşyalarının və ya pul vəsaitinin geri qaytarılmaqla ziyanın ödənilməsini hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda kollegiya qətnamənin əsaslılığını digər cavabdehlərə aid hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin halları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddiasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 19.500 manat dəyərində qızıl-ziynət əşyalarının və ya pul vəsaitinin geri qaytarılmaqla ziyanın ödənilməsini xahiş edir.
23. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir.
24. Qətnamə iddiaçı tərəfindən mübahisələndirilmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5981/2024 saylı, xx.xx.2024-cü il qərardadına əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 177/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – Cavabdeh1 19.500 manat dəyərində qızıl-ziynət əşyalarının və ya pul vəsaitinin geri qaytarılmaqla ziyanın ödənilməsini hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Kollegiyanın mövqeyinə görə iddaçı İddiaçı Cavabdeh1 qarşı qızıl-zinət əşyalarının və ya dəyərinin ödənilməsi tələbinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan Cavabdeh1 qarşı eyni əsasla eyni tələbə artıq baxıla bilməz.
26. Məhkəmə kollegiyası digər cavabdehlər - Cavabdeh2 və X3 münasibətdə iddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin cavabdehlərə münasibətdə iddia tələbi əsassızdır.
27. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı apellyasiya baxışında bildirdi ki, Cavabdeh2 qarşı özünün verdiyi əşya və ya dəyərinin ödənilməsi ilə bağlı başqa məhkəmədə ona qarşı iddia vermişdir. Hazırki iddiasında isə cavabdehlər Cavabdeh2 və X2 tələb etdiyi qızıl zinət əşyasını sonunculara özü birbaşa vermədiyini, Cavabdeh1 tərəfindən verildiyini qeyd edir.
28. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh2 1200 manat sırğanın pulunu tələb edir.
29. 31 iyul 2024-cü il tarixli protokoldan da görünür ki, Cavabdeh1 Cavabdeh2 qızıl sırğanı verdiyini və sonuncu tərəfindən 1200 manat ödənildiyini bildirmişdir.
30. Digər cavabdeh X5 isə Cavabdeh1 əridir. Cavabdeh1 izahatında bildirmişdir ki, onun yoldaşı ümumiyyətlə qızıl işinə qarışmamışdır.
31. Kollegiya qeyd edir ki, iddiaçı da təsdiq edir ki, hazırki iddia ərizəsində tələb etdiyi qızıl zinət əşyalarını satmaq üçün cavabdehlərdən yalnız Cavabdeh1 vermişdir. Göründüyü kimi hazırki tələb üzrə iddaçı ilə digər cavabdehlər arasında hər hansı razılaşma olmamışdır. İddiaçı Cavabdeh1 sonuncu dəfə 2018-ci ildə qızıl verdiyini, 2018-ci ildən sonra yeni qızıl vermədiyini məhkəmə iclasında bildirmişdir.
32. İddiaçının Cavabdeh1 qarşı qızıl-zinət əşyalarının və ya dəyərinin ödənilməsi tələbinin rədd edilməsi barədə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır.
33. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov