Məhkəmə qərarları › İş №2(103)-5982/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5982/2023

09.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5982/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Cavabdeh2nə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair icraat üzrə (Açar sözlər: əmlakın həbsdən azad edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi X5 iştirakı ilə, İddiaçı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Cavabdeh2nə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. 02 dekabr 1997-ci il tarixli, Gəncə Şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə İddiaçı arasında nikah bağlanmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışından görünür ki, ********** qeydiyyat nömrəsi olan ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır.

3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1094/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 10-cu döngə, 499b sahəsində yerləşən 0,06 ha torpaq sahəsi birgə nikah dövründə əldə olunan daşınmaz əmlak kimi tərəflər arasında bölünsün və həmin əmlak üzərində İddiaçı 2/5, X7 3/5 pay üzrə mülkiyyət hüquqları tanınması, qətnamə həmin daşınmaz əmlaka dair İddiaçı 2/5 pay üzrə və X7 3/5 pay üzrə paylı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi üçün əsas olması qət edilmişdir.

4. Bakı Hərbi Məhkəməsinin iş N 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, habelə həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir.

İş üzə qəbul olunmuş məhkəmə aktı

5. İddiaçılar İddiaçı – (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “icra sənədinin icra edilməməli hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin həbsdən azad olunması və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin dövlət nəfmə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin 1 (093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı, 03 sentyabr 2010-cu il tarixli çıxarışa əsasən onun adına qeydə alınmışdır. X1 ilə 02 dekabr 1997-ci ildə Gəncə Şəhəri Nizami Rayon Vətəndaşlıq Vəziyyəti X2 qeydə alınmış nikahda və adı çəkilən nikah dövründə əldə edilmiş ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində birgə mülkiyyətçilər X7 3/5 və İddiaçı 2/5 hissədə payları müəyyən edilmişdir. 19 dekabr 2022-ci ildə poçt vasitəsilə çatdırılmış Nəsimi Rayon İcra Şöbəsinin 28 noyabr 2022-ci il tarixli, 1441- 57057/2019-5-1 saylı məktubunda Bakı Hərbi Məhkəməsinin 1 (093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, ünvan 5 ünvanda yerləşən 85 saylı mənzil, ünvan 6 yerləşən 48 saylı mənzil və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı olduğu göstərilməklə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin 15 dekabr 2022-ci ilə kimi boşaldılaraq təhvil verilməsi tələb edilmişdir. Məktubda adı çəkilən ünvan 7 ünvanlarında yerləşən mənzillərin kimə məxsus olması ona məlum deyil və onun ünvanına göndərilən bildirişdə həmin mənzillərin müsadirə edilməli olmasının göstərilməsi anlaşılan deyil. Habelə, məktubda istinad edilən Bakı Hərbi Məhkəməsinin 1 (093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin verilməsi üçün əsas olan məhkəmə hökmünün onunla və əmlakı ilə heç bir əlaqəsi və ya bağlılığı yoxdur. Mülkiyyətində olan əmlak xüsusi müsadirə cinayəthüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alındığı halda o həmin icraat çərçivəsində aparılan proseslərə cəlb edilməmiş və mülkiyyət hüququnu müdafiə etmək imkanından məhrum edilmişdir. Həmçinin apellyasiya instansiyası tərəfindən əmlakın müsadirəsini qət etmiş hökmdən şikayət etmək hüququnun olmaması da müəyyən edilmişdir ki, bununla da, sözügedən instansiyanın qərarından kassasiya şikayəti vermək hüququndan da məhrum edilmişdir. Mülkiyyət hüququnun mülki məhkəmə icraatında müdafiəsi cəhdləri də uğurlu olmamış, məhkəmələr Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünə preyudisial xarakterli sənəd kimi yanaşmış və həmin hökmün mövcud olması səbəbindən iddia tələbi rədd edilmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(102)-1004/2020 nömrəli qərarı əlavə olunur) Göründüyü kimi, hazırda mülkiyyət hüququna edilən qanunsuz müdaxilə heç də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən hüquqi mövqeyinə uyğun deyildir. O əmlakların xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına cəlb edilməmiş, ondan heç bir izahat alınmamış, ümumiyyətlə həmin əmlakların, o cümlədən hazırki mübahisəli əmlakın nə vaxt, kim tərəfindən və necə əldə olunması məhkəmə araşdırmasının predmeti olmamışdır. Hazırda içində olduğu çıxılmaz vəziyyətin izah edilməsi mümkün deyildir. O və həyat yoldaşı heç bir cinayət törətməmiş, əmlakı cinayət yolu ilə əldə etməmiş və bu halların mövcudluğu heç bir məhkəmə prosesində sübuta yetirilməmişdir. Uzun illər ərzində halal zəhmət nəticəsində əldə etdiyi əmlakın heç bir əsas olmadan məcburi qaydada və əvəzsiz olaraq ilə uzlaşmır. Hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe əsas götürülməklə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililərin müsadirə edilməsi cavabdehlərə qadağan edilməli və həmin əmlaka münasibətdə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli tarixli icra sənədi üzrə icra icraatına xitam verilməlidir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

8. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə növbəti prosessual hərəkətlərin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2580/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməsi, İddiaçı – (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “icra sənədinin icra edilməməli hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin həbsdən azad olunması və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin dövlət nəfmə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin 1 (093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunması tələbinə dair mülki iş baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı (X3 və Azərbaycan Respublikasının Baş Prokurorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, ərizədə göstərilən xüsusatlarla bağlı Konstitusiya Məhkəməsi Plenumunun 03 aprel 2023-cü il tarixli Qərarında nəzərdə tutulmuş qaydada cinayət işinə 3-cü şəxs qismində cəlb edilməklə ərizəsinə baxılması üçün müvafiq məhkəməyə müraciət etmək müraciət etmək hüququnun iddiaçıya izah edilməsi, iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılması qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ünvan 8 aprel 2018-ci il tarixli hökmü ilə müsadirə edildiyindən, hökm qanuni qüvvəyə minməklə icraya yönəldiyindən, iddia ərizəsində göstərilən hallara mülki məhkəmə icraatı qaydasında deyil, Konstitusiya Məhkəməsi Plenumunun 03 aprel 2023-cü il tarixli Qərarında nəzərdə tutulmuş qaydada – cinayət işinə 3-cü şəxs qismində cəlb edilməklə baxılıb qiymət verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı (X3 və Azərbaycan Respublikasının Baş Prokurorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya Konstitusiya Məhkəməsi Plenumunun 03 aprel 2023-cü il tarixli Qərarında nəzərdə tutulmuş qaydada – cinayət işinə 3-cü şəxs qismində cəlb edilməsi və ərizəsinə baxılması üçün müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

13. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə növbəti prosessual hərəkətlərin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimləmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda cinayət işi üzrə icraata üçüncü şəxs qismində cəlb edilə bilər. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilibtörədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur.

15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün 2(009)-350/2023 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(103)-5982/2023 saylı qərardadına əsasən Alizadehgharib Maryam tərəfindən verilən şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

17. İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək bildirir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsassızdır. Sentyabr ayında Səbail Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədən apellyasiya şikayəti verildi və iddianın rədd olunması barədə qətanmə qüvvədə saxlanıldı. Məhkəmələr iddianı əsassız hesab etsələr də, işə xitam verməyib işə baxıblar. İş materiallarına sənədlər əlavə edilib. Onlar dəfələrlə hökmdən şikayət verməyə çalışıblar, amma məhkəmə onların şikayət vermək hüququnun olmadığını və hökmün qanuni qüvvəsini aldığını bildirmişdir. Məhkəmə onların işə cəlb olunmadığını və işə cəlb olunmayan şəxsin ümumiyyətlə şikayət vermək hüququnun olmamasını bildirmişdir. Bu yaxınlarda iddiaçı Ali Məhkəmənin sədrinə təqdimat verilməsi barəsində ərizə ilə müraciət etmişdir. Ərizə isə təmin edilmədi o əsasla ki, prosesə cəlb olunmadığına görə şikayət vermək hüququ yoxdur. Ali Məhkəmə tələbə mahiyyəti üzrə baxır. İddia rədd olunur, amma yenə də işə baxılır. Qeyd olunanları nəzərə alaraq qərardadın ləğv olunması haqqında qərardad çıxarılmasını xahiş edir.

18. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi X12 şikayətin dəlillərinə etiraz edərək bildirir ki, Ali Məhkəmə cinayət işi üzrə əmlakın müsadirə edilməsi barədə qərarı qüvvədə saxlamışdır. İcra vərəqəsi rəsmi olaraq icra şöbəsində icradadır. Hal-hazırda əmlakın qiymətləndirilməsi bitib. Evin hərraca çıxarılması prosesi gedir. Bununla bağlı icraat dayandırılıb. İddiaçı tərəf prosesə cəlb olunmamaqda, prosesdən xəbərinin olmamasında, izahat belə alınmamasında və şikayət vermək hüququnun olmaması ilə şikayətini əsaslandırsın. İstintaq dövründə iddiaçı dindirilib və bununla bağlı araşdırma aparılıb, qardaşı tərəfindən şikayət də verilib. Şikayət eyni məzmunda olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən də şikayət verilib, Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. İddiaçı Ali Məhkəmənin sədrinə də təqdimat verilməsi üçün ərizə ilə müraciət edib, çünki onlar birbaşa şikayət verə bilməz. İddiaçıya cavab olaraq bildirilmişdir ki, eyni məsələ ilə bağlı iddiaçının qardaşının şikayətinə artıq baxılır, onlar nəzərə alınıb hüquqi qiymət veriləcək. Ali Məhkəmə də baxılıb hüquqi qiymət verib. Yenidən bu işə baxılması mümkün deyil, baxılsa da iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. İşə mülki icraatda baxılmamalı idi, belə olan təqdrdə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmalı idi.

19. Ərizəyə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq normaları:

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsində qeyd edilir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

21. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir.

22. ünvan 8 aprel 2018-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, habelə həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir.

23. Hazırkı iş üzrə iddiaçı onun mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 10-cu döngə, 499b sahəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərinə məhkəmənin hökmünə əsasən əsassız olaraq həbsin qoyulmasına istinad edərək, əmlakın həbsdən azad edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin dövlət nəfmə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin 1 (093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edərək ona istinad etmişdir ki, iddia ərizəsində göstərilən hallara mülki məhkəmə icraatı qaydasında deyil, Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyində nəzərdə tutulmuş qaydada - CPM-nin 408.3-cü maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında nəzərdə tutulmuş qaydada – 3-cü şəxs qismində cəlb edilməklə baxılıb qiymət verilə bilər.

25. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının 20 may 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı X8 barəsində cinayət işi üzrə çıxarılmış məhkəmə qərarından mülkiyyətində olan əmlakların əsassız müsadirəsı ilə bağlı işə cəlb olunmasını xahiş etmişdir.

26. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitutsiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında qeyd edilir ki, “..Burada xüsusilə qeyd olunmalıdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayəthüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyrimütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir.... Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Odur ki, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları qanunvericilik ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur.

27. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Zülfüqar oğlu X8 barəsində cinayət işi üzrə çıxarılmış məhkəmə qərarından mülkiyyətində olan əmlakların əsassız müsadirəsı ilə bağlı işə cəlb olunmasını xahiş etsə də, Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından Ali Məhkəmənin sədri tərəfindən həmin müraciətə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarından təqdimat verildiyi və həmin təqdimata baxıldığı müəyyən edilmir.

28. Göründüyü kimi, İddiaçı Zülfüqar oğlu X4 təqsirli bilinməsi ilə bağlı cinayət işi üzrə 3cü şəxs qismində işə cəlb edilməmiş, ünvan 8 aprel 2018-ci il tarixli hökmü qanuni qüvvəsini alaraq icra edilməsi üçün İcra Şöbəsinə göndərilmişdir.

29. Belə ki, Ədliyyə Nazirliyi Nəsimi rayon icra şöbəsinin İddiaçı Zülfüqar oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/18 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 11 ünvanında yerləşən 85 saylı mənzil, ünvan 12 yerləşən 48 saylı mənzil və Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan tikililər xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə qərarında qeyd olunan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililəri xx.xx.2022-ci il tarixə kimi boşaldılması tələb olunmuşdur.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2580/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadında qeyd edilən göstərişlərə əməl etməmiş, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitutsiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyini nəzərə almamışdır. Qərardan göründüyü kimi, konkret əmlakın hökmdə göstərilməsi üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə yekun qərar çıxarıldığından artıq iddiaçıların cinayət işi üzrə üçüncü şəxs kimi işə cəlb olunmaq imkanı aradan qalxmışdır. Belə olan təqdirdə iddiaçının əmlakın həbsdən azad edilməsi tələbinə mahiyyəti üzrə baxılmalıdır.

32. O cümlədən, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı əmlakın həbsdən azad edilməsi ilə yanaşı Bakı Hərbi Məhkəməsinin 1 (093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunmasını da məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iddiaçının bu hissədə tələbini dəqiqləşdirməli, həmin tələbə məhkəmə qaydasında baxılmalı olub-olmamasını aydınlaşdırmalıdır.

33. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı – (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “icra sənədinin icra edilməməli hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin həbsdən azad olunması və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin dövlət nəfmə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin 1 (093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunması tələbinə dair mülki iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar