Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5982/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı Heydər Əliyev adına X19 nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X19 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikintinin sökülməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-835/2024 nömrəli qətnaməsindən iddiaçı Heydər Əliyev adına X23 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X23 Cavabdeh1 qarşı iddia və daha sonra iddia tələbinin dəyişdirilməsi və Cavabdeh2 da cavabdeh qismində cəlb edilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş 300 mm-lik boru kəmərinin mühafizə zolağında, kəmərdən təqribən 25 metr aralı məsafədə və kəmərə paralel 1-ci sırada cavabdehlər tərəfindən tikilmiş tikilinin (fərdi yaşayış evi) sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X22 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin mühafizə zolağında, kəmərdən təqribən 20-25 metr aralı məsafədə və kəmərə paralel 1-ci sırada özünü Cavabdeh1 kimi təqdim edən şəxs tərəfindən yaşayış evinə bitişik köhnədən olan 2.5x2.5 ölçülərdə sanitar qovşağın yanında 2x1.5 metr ölçülərdə qırmızı kərpiclərlə hörgü işləri aparılaraq arakəsmə divarın tikilməsi faktı aşkar olunmuşdur. Vətəndaş Cavabdeh1 aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim olunmuşdur. Lakin həmin şəxs edilən xəbərdarlığa məhəl qoymayaraq işləri davam etdirəcəyini bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, hənin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Qanunsuz tikinti işləri aparılan ünvana NEZ-in əməkdaşlarının iştirakı ilə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş, baxış zamanı NEZ-ə məxsus Dş 300 mm-lik neft məhsulu nəql olunan boru kəmərinin mühafizə zolağında, kəmərdən təqribən 25 metr aralı məsafədə və kəmərə paralel 1-ci sırada ünvan 1 ünvanında qanunsuz tikinti işləri aparılması faktı müəyyən olunmuş və bu barədə akt tərtib olunmuşdur. Bundan başqa Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqtəsdiqedici sənədlərin mövcud olmadığı, həmin fərdi yaşayış evinin özbaşına tikili olması faktı da müəyyən olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-835/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsində Heydər Əliyev adına X19 istismarında olan neft kəmərindən 24.3 metr aralı məsafədə və kəmərə paralel 1-ci sırada olan, yaşayış evinə bitişik 2.5x2.5 ölçülərdə sanitar qovşağın yanında 2x1.5 metr ölçülərdə qırmızı kərpicdən tikilimiş tikilinin sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Heydər Əliyev adına X23 tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsinin iddiaçıya aid edilməsi, 50 manat hissəsinin Cavabdeh2 tutulub iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat vəsaitin 25 manat hissəsinin Heydər Əliyev adına X17, 25 manat hissəsinin Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim X3) İddiaçı Heydər Əliyev adına X23 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Heydər Əliyev adına X19 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı eyni tikilinin sökülməsi tələbi ilə bağlı əvvəl də məhkəməyə müraciət etmişdir. Həmin vaxt bu tikilidə hazırki cavabdehlər deyil, başqa şəxslər, o cümlədən X11 və X12 yaşamışdır. Həmin iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(007)- 118/2012 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, hazırda mübahisələndirilən 146a saylı ev özbaşına tikinti hesab edilmiş, cavabdeh qismində müəyyən edilmiş şəxslər evdən çıxarılmış və bu tikintinin onların hesabına sökülməsi qət edilmişdir. Lakin həmin məhkəmə qətnaməsi bügünədək icra edilməmiş və mübahisəli tikintinin sökülməsi təmin edilməmişdir. Hazırda isə bu tikintidə hazırki cavabdehlər yaşayır. Qeyd edilən səbəblərdən yenidən iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2012-ci il tarixli, 2(007)-118/2012 nömrəli qətnaməsini nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir; 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir; 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. “Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericiliyə və konstitusiya məhkəməsinin mövqeyinə istinadən qeyd edir ki, iddiaçının hazırda tələbi neft məhsulu nəql olunan boru kəmərlərinin mühafizə zolağında cavabdehlərə məxsus olan özbaşına tikintinin sökülməsidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən, qırmızı kərpicdən tikilmiş tikilinin sökülməsi hissəsində təmin edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən iddia tələbinin təmin edilməyən hissəsində (fərdi yaşayış evinin sökülməsi) apellyasiya şikayəti vermiş və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir. İddianın təmin edilən hissəsindən isə cavabdehlər apellyasiya şikayəti verməmişdilər. Bu səbəbdən qətnamə yalnız iddianın təmin edilməyən hissəsində yoxlanılır. Lakin nəzərə alınmalıdır ki, iddiaçı Heydər Əliyev adına X23 (həmin vaxt “Azərneftyağ” X23) X7, X4, X8 və X9 yaşamasına istinad edərək, onlara qarşı hazırda mübahisələndirilən tikintinin (146a saylı ev) sökülməsi və onların tikintidən çıxarılması barədə iddia irəli sürmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(007)-118/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin icraat çərçivəsində bu tikintinin Zavoda məxsus boru kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, tikinti işləri qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla, özbaşına inşa edildiyi, neft boru kəmərlərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyi öz təsdiqini tapmışdır. Hazırda da, iddiaçı eyni əsaslardan çıxış edərək, eyni predmetin sökülməsi tələbini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürmüşdür. Lakin hazırki iş üzrə fərqli cavabdehlərin müəyyən edilməsi mübahisənin eyni tərəflər arasında olmaması anlamına gəlmir. Belə ki, həmin qətnamə nə iş üzrə, nə də ki, hazırki cavabdehlər tərəfindən mübahisələndirilməmiş, hazırda da qüvvədədir. Onun əsasında başlamış icra icraatına hər hansı əsasla xitam verilməsi də müəyyən edilmir. Sadəcə olaraq hazırki cavabdehlər həmin qətnamənin icra edilməsi öhdəliyini daşıyan şəxslərdən sonra mübahisəli özbaşına tikintiyə sahiblənmişdirlər. Bu baxımdan həmin münasibətlərdə onları sinqular hüquq varisliyi qaydasında hazırki cavabdehlər əvəz etmişdirlər. Halbuki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinin tələbləri baxımında da qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Hüquqi nəticə etibarı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə artıq məhkəmə mübahisəsi olmuş və həmin mübahisənin nəticələrinə dair eyni məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu da öz növbəsində həmin hissədə iş üzrə icraata xitam verilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı Heydər Əliyev adına X19 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-835/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda, iddiaçıya həmin tələbdən irəli gələn məsələlərin həll edilməsi üçün “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq müvafiq icra şöbəsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 233-cü, 261-ci, 263-264, 384-385-ci, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Heydər Əliyev adına X19 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-835/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İş üzrə icraata həmin hissədə xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı Heydər Əliyev adına X22 aid edilsin. İddiaçı Heydər Əliyev adına X22 həmin tələbdən irəli gələn məsələlərin həll edilməsi üçün “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq müvafiq icra şöbəsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5982/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5982/2024
23.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver