Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5989/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2462/2023 nömrəli 07 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2004-cü il AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, A.Ələsgər küçəsi, ev 6, mənzil 52-də yerləşən, ümumi sahəsi 82,15 kv.m. olan, 4 (dörd) otaqlı mənzili Cavabdeh 50000000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 0480538, 0480540, ******* və ******* saylı çıxarışlara əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 6, 52 saylı mənzilə X15, X11, X13 və X9 mənzilə istifadə hüququ ilə xeyrinə yüklü edilən şəxslər kimi, Cavabdeh isə mülkiyyət hüququ yüklü edilən şəxs dövlət reyestrində qeydiyyata alınmışlar.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2010-cu il 2(011)-518/2010 saylı qətnaməsi ilə X3 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, əqdin bağlanmış hesab edilməsi və çıxarışın verilməsi, mənzilin bölünməsi barədə” ilkin, Cavabdeh X5 qarşı “mənzildən çıxarma” barədə qarşılıqlı iddia tələbləri rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır.
4. Xətai Rayon Məhkəməsinin 2(011)-250/2012 saylı 27 fevral 2012-ci il tarixli qətnaməsi ilə X3 İddiaçı və Cavabdeh qarşı Bakı şəhəri Xətai rayonu, Aşıq Ələsgər küçəsi 6 saylı evin 52 saylı mənzilinə dair X8 və İddiaçı arasında bağlanmış alqısatqı müqaviləsinə, 01 mart 1965-ci il tarixdən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 53-cü maddəsinə uyğun olaraq xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə, 01 mart 1965-ci il tarixdən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 53-cü maddəsinə uyğun olaraq başqa əqdi pərdələmək üçün bağlanmış əqd kimi, tərəflərin əslində nəzərdə tutduqları əqdə aid qaydalar tətbiq olunaraq həmin müqavilənin alıcı qismində onun əri X14 ilə bağlanmış hesab edilməsinə, ünvan 3 saylı mənzilin İddiaçı adına şəxsi mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrində 28 saylı reyestr kitabının 4188 saylı səhifəsində aparılmış 30/4947 saylı xx.xx.1992-ci il tarixli qeydin dəyişdirilərək həmin yaşayış sahəsinin mülkiyyətçi hüququ ilə onun və mərhum əri X10 adına qeydiyyata alınmasına dair müvafiq qeydin aparılması və bu barədə onun və mərhum əri X10 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə, Bakı şəhəri Xətai rayonu Aşıq Ələsgər küçəsi 6 saylı evin 52 saylı mənzilinə dair İddiaçı, Cavabdeh arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 16 aprel 2004-cü il tarixli alqı-satqı müqaviləsinin Azərbaycan Respublikası MM-nin 340.1, 337.1, 337.3-cü maddələrinə müvafiq olan uydurma əqd kimi etibarsız hesab edilməsi və onun əsasında Bakı şəhəri Xətai rayonu Aşıq Ələsgər küçəsi 6 saylı evin 52 saylı mənzilinə dair Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın çıxarılmasına dair iddia ərizəsi təmin edilməmişdir.
5. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 12 oktyabr 2012-ci il 2in (82)-1350/2012 saylı Qərarına əsasən iddiaçılar X3, X12, X7, X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı xx.xx.2012-ci il tarixli, **********11 saylı məktub verməklə ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıların ünvan 1-yə olan istifadə hüquqlarının dövlət reyertrlərində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir.
6. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 31 yanvar 2013-cü il 829/2013 saylı qərarı ilə iddiaçılar X3, X12, X7, X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı xx.xx.2012-ci il tarixli, **********11 saylı məktub verməklə ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıların ünvan 1-yə olan istifadə hüquqlarının dövlət reyertrlərində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 iyul 2013-cü il 2-1 inz (103)-926/13 saylı qərarına əsasən üçüncü şəxs Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2 inz (82)-829/2013 saylı iş üzrə qəbul etdiyi 31 yanvar 2013-cü il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar çıxarılmış, iddiaçılar X3, X12, X7, X6 iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisad Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2-2(102)-1253/2013 saylı qərarı ilə Bakı İnzibati-İqtisad Məhkəməsinin 31 iyul 2013-cü il 2-1 inz (103)-926/13 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, X3, X12, X7, X6 Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 6 saylı evin 52 saylı mənzilinə istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir.
7. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-669/2014 saylı qərarına əsasən iddia tələbi təmin edlmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 9/11-12665, F-32 12 oktyabr 2011-ci il tarixli məktubu əsassız və qanunsuz hesab edilmiş, X3, X12, X7, X6 ünvan 1 ünvanına qeydiyyata alınmaları öhdəliyi Daxii İşlər Nazirliyinin Bakı şəhər Xətai rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən əmlaka dair aralarında bağlanmış xx.xx.2014-cü il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr nömrəsi ******* qeydiyyat nömrəsi ********** olan xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun xalası X9 və onun mərhum əri X1 rayonundan məcburi köçkün düşdükdən sonra özünə məxsus qızıl-zinət əşyalarını sataraq əldə etdiyi pul vəsaiti ilə 1992-ci ildə mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 6 saylı evin 52 saylı mənzilini 700000 keçmiş sovet rubluna alqı-satqı yolu ilə əldə etmiş, həmin yaşayış sahəsinin dəyərini təşkil edən 700000 keçmiş sovet rublu onlar tərəfindən X4 tam şəkildə ödənilmişdir, lakin həmin vaxt Bakı şəhərinə qeydiyyatları olmadığından yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş qeydiyyat vəsiqəsi formal olaraq Aybəniz Fərəcovanın bacısı qızı kimi onun adına rəsmiləşdirilmişdir, 1992-ci ildən etibarən xalası A.Fərəcova həyat yoldaşı və uşaqları ilə birlikdə bu mənzildə yaşamışlar, 2004-cü ildə özünün ailəsində problemlər olduğundan, 40 saylı DNK notariusu Ş.Hüseynovanın mənzilə dair Bakı şəhərində qeydiyyatı olan başqa şəxsin adına alqı-satqı müqaviləsi bağlamaq barədə məsləhətini, digər uşaqlarının məcburi köçkün kimi müəyyən edilən imtiyazlardan istifadə etmək imkanını nəzərə alıb mənzili xalasının həyat yoldaşı E.Qasımovun razılığı ilə müvəqqəti olaraq A.Fərəcovanın qızı Cavabdeh adına keçirməyi qərara alırlar. xx.xx.2004-cü il tarixdə o və Cavabdeh arasında qeyd edilən mənzilə dair AN- 1 seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin alqı-satqı müqaviləsi əsasında yaşayış sahəsi cavabdehin adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi formal xarakter daşımış, həmin müqavilə üzrə alıcı qismində çıxış edən cavabdeh tərəfindən satıcı-ona müqavilədə şərtləşdirilmiş 50000000 AZN ödənilməmiş, sadəcə olaraq ailənin bir üzvü kimi xalası A.Fərəcova və mərhum əri E.Qasımova məxsus yaşayış sahəsi cavabdehin adına keçirilmiş, yəni həmin əqdin bağlanmasında əsas məqsəd mənzilin cavabdehə satılması olmamışdır. Həmin əqd uydurma əqd olmuşdur. Bundan əvvəlki məhkəmə mübahisələri zamanı Bakı şəhəri 40 saylı DNK notariusu Ş.Hüseynova da öz izahatında göstərmişdir ki, əqdin bağlanması zamanı Cavabdeh gənc olması alqısatqı müqaviləsində nəzərdə tutulmuş məbləğdə pul əldə etməsi mümkünsüzdür. Həmin vaxt mənzilin faktiki sahibi kimi ailənin idarəçisi sayılan Aybəniz Fərəcova olmuşdur. xx.xx.2008-ci il tarixdə A.Fərəcova həyat yoldaşı vəfat etdikdən sonra qızı Cavabdeh inanmadığından mənzili satmaq istəmiş, lakin Cavabdeh mənzilə dair sənədləri götürərək mənzilin satılmasına razılıq verməmişdir. 2008-ci ildən Cavabdeh digər ailə üzvlərinin razılığı olmadan ailə quraraq başqa mənzilə köçmüş və həmin vaxtdan sonra mübahisəli mənzildə yaşamamışdır. Bunu MKTB-nin arayışı da təsdiq edir. Mənzilin təmir olunması da məhz A.Fərəcovanın vəfat etmiş ərindən qalan vəsait hesabına həyata keçirilmişdir. İndiyədək mənzildə A.Fərəcova, onun oğlu Z.Qasımov və onun ailə üzvləri faktiki olaraq yaşayır, mənzilin saxlanılması və kommunal xərcləri (su, enerji, qaz və s.) onların hesabına ödənilir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 iyul 2023-cü il tarixli 2(011)-2462/2023 nömrəli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia təmin edilməmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, iddia tələbi sübutetmə yükü ilə bağlıdır, iddiaçı iddia tələbinin əsası kimi irəli sürdüyü dəlillərə dair sübutetmə vəzifəsi daşıyır, lakin o, buna dair sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır.
12. Məhkəmə, iddiaçının “mənzilin alqı-satqısının formal olması, həmin mənzil alınarkən pulun digər şəxs (Fərəcova Aybəniz və onun həyat yoldaşı) tərəfindən ödənilməsi, cavabdehə satılarkən də hər hansı bir ödənişin həyata keçirilmədiyi, həmin dövrdə cavabdehin ödəniş etmək iqtidarında olmaması, alqı-satqı barədə müqavilənin başqa şəxsin (Aybəniz Fərəcovanın) göstərişi ilə yerinə yetirilməsi barədə” dəlillərinə münasibətdə hesab etmişdir ki, bu hallar müqavilənin etibarsız hesab edilməsi barədə nəticəyə gəlmək üçün kifayət deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi buna hüququ olan şəxslər tərəfindən bağlanmış, müqaviləyə dair tələblərə riayət olunmuşdur. Mənzilə dair ödənişin olmaması və alqısatqı müqaviləsinin üçüncü şəxsin maraqları əsasında bağlanması barədə dəlillərə münasibətdə bu hallar əvvəla, iş materialları ilə sübut olunmur, ikincisi, belə hallar alqı-satqı müqaviləsinin etibarsızlığı deyil, öhdəliklərin yerinə yetirilməməsi səbəbi ilə onun ləğvi üçün əsasdır.
13. Şahid ifadələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu sübutlar mənzilə dair müqavilənin etibarsızlığını təsdiq edən halları özündə ifadə etmir, əksinə tərəflər arasında mənzilinə dair müqavilənin bağlanmasını, o cümlədən iddiaçıya məxsus əmlakın cavabdehə satılmasını təsdiq edir. Ona görə də bu sübutlar iddia tələbinin təmin edilməsi üçün əsas kimi məhkəmə tərəfindən nəzərə alına bilməz.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 16.1, 139.1, 158.1, 337.1, 337.2, 354.2, 389.1, 390.1, 393, 399.1, 406.1, 417.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 124.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə əsasən iş materiallarında kifayət qədər sübutlar olsa da, məhkəmə tərəfindən iş tam, obyektiv və hərtərəfli araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
19. İddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilmədiyi üçün məhkəmə baxışının başqa vaxta təxirə salınmasını xahiş etsə də, üzrlü səbəb olduğuna dair hər hansı sənəd əlavə etməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi).
23. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Mübahisəli mənzil xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətində olmuşdur. 16 aprel 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzil iddiaçı tərəfindən Cavabdeh satılmışdır.
35. Hazırda iddiaçı mənzilin cavabdehə satılmasına dair alqı-satqı müqaviləsini mübahisələndirərək, həmin əqdin uydurma olmaqla etibarsızlığını tələb edir.
36. Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq göstərmişdir ki, mübahisəli əmlakın alqı-satqısının etibarsız hesab edilməsinə əsas verən hallar müəyyən olunmamışdır.
37. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, X9 hazırki iş üzrə tərəflər olan İddiaçı və Cavabdeh qarşı eyni əsaslarla iddia qaldıraraq hazırda mübahisələndirilən 16 aprel 2004-cü il tarixli müqaviləni də mübahisələndirmiş, uydurma əqd kimi etibarsız hesab edilməsini tələb etmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin məqsədi müqavilənin predmeti olan daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin alıcı üçün yarana biləcək hüquqi nəticənin yaranması, yəni satıcı İddiaçı mübahisəli mənzilə olan mülkiyyət hüquqlarının alıcı Cavabdeh keçməsi, sonuncunun məhz bu daşınmaz əmlaka mülkiyyət hüquqlarının yaranması olmuşdur.
38. Qətnamədə həmçinin göstərilmişdir ki, iddiaçı A.X.Fərəcova izahatında İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin məqsədinin Bakı şəhəri Aşıq Ələsgər küçəsi 6 saylı evin 52 saylı mənzilinin Cavabdeh mülkiyyətinə müvəqqəti keçirilməsi olduğunu qeyd etsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu xüsusat məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Bağlanan alqı-satqı müqaviləsində tərəflər belə bir şərt müəyyən etməmişlər.
39. Göründüyü kimi qüvvədə olan qətnamə ilə hazırda mübahisələndirilən müqavilənin etibarlılığı yoxlanılmış, əqdin uydurma olması ilə bağlı dəlillər öz təsdiqini tapmamış və iddia tələbi rədd edilərək, müvafiq münasibət bildirilmişdir.
40. Hazırki iddia tələbində də iddiaçı eyni əsaslarla çıxış edərək əqdin uydurma əqd olduğundan etibarsız hesab edilməsini tələb etmişdir.
41. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğru olmuşdur. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.
42. Kollegiya onu da qeyd edir ki, hazırki iddia tələbi özlüyündə əsassız olduğundan iddia müddətinin tətbiqinə münasibət bildirilməsi zərurəti yoxdur. İddia müddəti əsaslı tələblərə tətbiq edilə bilər.
43. Bununla yanaşı Kollegiya diqqətə çatdırmaq istəyir ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddətlə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ətraflı şərh verilmişdir.
44. Həmin şərhdən belə aydın olur ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir (yəni, iddia müddətidir). Lakin əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin geri qaytarılması ilə bağlı müddətin tətbiqi həmin əqdin predmetindən, yəni əqdin predmetinin əvəz edilən (pul, qələm, sement və s.) və ya əvəz edilməyən (daşınmaz əmlak, qeydə alınmalı olan daşınar əşya və digər fərdi xüsusiyyətlərə malik olan əmlak) əşya olmasından asılıdır. Əvəz edilən əşyanın geri tələb edilməsinin qanuni əsasını əsassız varlanma təşkil edir və məhz həmin tələb üzrə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddət tətbiq oluna bilər. Əvəz edilməsi mümkün olmayan (o cümlədən mənzil) əşyalarda isə məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi də məhz mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, bu tələbə kəsici və ya iddia müddəti tətbiq oluna bilməz.
45. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən müqavilə daşınmaz əşya ilə bağlı olduğundan müddət tətbiq oluna bilməz.
46. Birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə mübahisə düzgün həll olunduğu üçün, Kollegiya göstərilənləri qətnamənin ləğvi üçün əsas hesab etmir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2462/2023 nömrəli iş üzrə 07 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.