Məhkəmə qərarları › İş №2(103)-599/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-599/2023

01.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-599/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə İş № 2(103)-599/2023 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh, X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(001)-3487/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh arasında 2020-ci ilin dekabr ayından başlayaraq, nisyə alğı-satqı münasibətləri yaranmış, iddiaçı cavabdehə qızıl-zinət və başqa əşyaların nisyə alğı-satqısını həyata keçirmişdir. 2.Nisyə alğı-satqı üzrə satılmış malların bir hissəsinin ödənişi həyata keçirilsə də, cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmədiyi üçün, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 47600 manat, 200 manat mediasiya xərci və 233 manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 48033 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2013-cü il tarixdən 2021-ci il tarixə qədər ünvan 1 ünvanında yerləşən “Gülüdə” qadın geyimləri dükanını icarə əsasında işlətmişdir. 2020-ci ilin dekabr ayından qonşuluqda yaşayan Cavabdeh ondan davamlı olaraq müxtəlif vaxtlarda müxtəlif ölçüdə qızıl-zinət əşyaları nisyə yolla almışdır ki, satıb pulunu ödəyəcəkdir. Cavabdeh 2021-ci ilin yanvar ayına qədər iddiaçıdan 31000 manat dəyərində müxtəlif çeşiddə qadın geyimləri və qızıl-zinət əşyaları nisyə almışdır. Daha sonra isə 19 yanvar 2021-ci il tarixdən başlayaraq isə Cavabdeh 16600 manat dəyərində əlavə qızıl zinət-əşyaları götürməklə, ümumi borcu 47600 manata çatdırmışdır. O, əvvəllər götürdüyü malların pulunu bir müddət ödədikdən sonra müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmağa başlamışdır. İddiaçının Cavabdeh nisyə satdığı qızıllar Aybəniz Heybətovaya, X10, anası X4, bacısı X5 və bir qismi isə özünə məxsus olmuşdur. Cavabdeh iddiaçını aldadaraq vaxt qazanmağa çalışırmış və sonda da iddiaçıya olan 47600 manat məbləğində borcunu qaytarmaqdan imtina etmişdir. İddiaçı Cavabdeh barəsində Binəqədi Rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, o polis idarəsində bildirmişdir ki, iddiaçıya olan borcunu ödəmiş və iddiaçı ondan əlavə 47600 manat pul tələb edir. Lakin, bu belə deyil, Cavabdeh iddiaçıdan başqa çoxsaylı insanlara, o cümlədən iddiaçının ailə üzvlərinə də borcu var. 5.Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, iddiaçı Cavabdeh aşağıdakı sayda və qiymətdə qızıl-zinət əşyaları, geyim və yataq dəsti üzləri nisyə satmışdır: 1 ədəd üzük, 750 əyar, 9 qr, (İtaliya istehsalı) dəyəri 1250 manat, 1 ədəd boyunbağı (sep) 750 əyar, 18 qr, (İtaliya istehsalı) 2350 manat, boyunbağı (sep) qolbağ dəst 22.43 qr, 750 əyar, (İtaliya istehsalı) 3500 manat, dəst qzıl (qualaq küpəsi, üzük, boyun bağa) 24.68 qr, 750 əyar, (İtaliya istehsalı) 3600 manat, 1 ədəd qolbaq 15,84 qr, 750 əyar, (İtaliya istehsalı) 1900 manat, dəst, (qulaq küpəsi, qolbaq) 18.53 qr, 585 əyar, (Türkiyə istehsalı) 2150 manat, 1 ədəd üzük 6.04 qr 750 əyar, (İtaliya istehsalı) 800 manat, dəst (qualaq küpəsi, üzük) 19.1 qr 750 əyar, 3200 manat, 1 ədəd boyun bağa 3.4 qr, 585 əyar, (Türkiyə istehsalı) 450 manat, dəst (boyunbağı, qolbaq) 32 qr, 750 əyar, (İtaliya istehsalı) 4600 manat, dəst, (qulaq küpəsi, üzük), 19.65 qr, (İtaliya istehsalı) 3400 manat, dəst, (boyunbağı, qolbaq) 18 qr, 750 əyar, (İtaliya istehsalı) 2350 manat, 1 ədəd qolbaq 11.53 qr, 750 əyar, (İtaliya istehsalı) 1500 manat, 1 ədəd qolbaq 10.75 qr, 750 əyar, (İtaliya istehsalı) 1500 manat, 1 ədəd qolbaq 9.34 qr, 585 əyar, (Türkiyə istehsalı) 1300 manat, 1 ədəd qolbaq 13.3 qr, 585 əyar, (Türkiyə istehsalı) 1550 manat, 1 ədəd üzük 4.35 qr, 585 əyar, 500 manat, 1 ədəd üşaq üçün qualaq küpəsi, 4.75 qr, 583 əyar, 450 manat, dəst (boyunbağı, qulaq küpəsi, üzük) 24.95 qr, 750 əyar, (İtaliya istehsalı) 4600 manat, 1 ədəd qulaq küpəsi, (qrazella) 16.1 qr 750 əyar, (İtaliya istehsalı) 2700 manat, dəst, qulaq küpəsi, boyunbağı (kulon) 13.65 qr 750 əyar, (İtaliya istehsalı) 1650 manat, 1 ədəd, qulaq küpəsi, 9.1 qr, 750 əyar, (İtaliya istehsalı) 1200 manat, 1 ədəd boyun bağı, (moruq) 30 qr, 583 əyar, (Rusiya istehsalı) 3750 manat, 1 ədəd boyunbağı, 12.3 qr, 750 əyar, (İtaliya istehsalı) 1550 manat, boyunbağı, 8.1 qr, 750 əyar, (İtaliya istehsalı) 900 manat, 1 ədəd qolbaq, 18.66 qr, 750 əyar (İtaliya istehsalı) 2250 manat, 1 ədəd üzük, 1.75 qr, 585 əyar, (Türkiyə istehsalı) 150 manat, 1 ədəd qulaq küpəsi, 4.48 qr 585 əyar, (Türkiyə istehsalı) 500 manat, 1 ədəd qulaq küpəsi, 2.9 qr 585 əyar, (Türkiyə istehsalı) 150 manat, 1 ədəd boyunbağı, 11.1 qr, 750 əyar, (İtaliya istehsalı) 750 manat olmaqla cəmi dəyəri 56500 manat qızıl-zinət əşyaları və bunlardan əlavə isə dəyəri 550 manat olan qazan dəsti, yorğan döşək üzü 100 manat, xrustal qablar (meyvə, ləpə qabları) 200 manat, idman dəsti 60 manat, ayaqqabılar 300 manat, qazan 75 manat, yorğan-döşək üzü 100 manat, iki nəfərlik yorğan-döşək üzü 50 manat, 2 ədəd qadın çantası 55 manat, cins gödəkcə 75 manat, şampun 20 manat, qadın üçün xalat 35 manat, düyü süzən 20 manat, 8 cüt corab 12 manat, 10 cüt corab 1 ədədinin dəyəri 2,5 manat, ümumi 25 manat, qadın üçün arxalıq (jaket) 50 manat, yorğan-döşək üzü 3 ədəd dəyəri 150 manat, üzlük (çexol) 3 ədəd dəyəri 150 manat, üzlük (çexol) 3 ədədi 165, 1 ədədi 40 manat, qadın geyimi (losin) 2 ədəd 36 manat, qadın üçün don 40 manat, qadın geyimi (pijama) 25 manat, ümumi dəyəri 2333 manat olan geyim paltarları yorğan-döşək üzləri və qabları nisyə olaraq Cavabdeh satılmışdır. X14 iddiaçıdan 58833 manat mal almış və bunun müqabilində hissə-hissə iddiaçıya 11070 manat pul ödəmişdir ki, bu günə onun qalıq borcu 47763 manat təşkil edir. 6.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 20 sentyabr 2022-ci il tarixli, 2(001)-3487/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Nəbizadə Nigar) iddia ərizəsi rədd edilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. 7.Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş: X18 ifadəsində bildirmişdir ki, Cəmaləni 8-9 ildir tanıyır. Evinə arada təmizliyə gedirdi. Əfsanəni şəxsən tanımır. Heç vaxt görməyib. Cəmalə evindən köçdüyü zaman onu köməyə çağırmışdı ki, pal-paltarı yığsın. Onlarda olanda eşitdi ki, Cəmalə qapıda kiminləsə qızıl üstündə dalaşır. Sonra Cəmalə dedi ki, Əfsanə gəlmişdir. Bu 2021-ci ilin yay aylarında olub. Əfsanənin Cəmaləyə nə qədər borcu olduğunu bilmir; X15 ifadəsində bildirmişdir ki, Cəmalənin qızıl alğı-satqısı ilə məşğul oduğunu eşitdiyi üçün, o da pandemiya vaxtında qızıllarını satmaq üçün Cəmaləyə vermişdir. Alış-verişə 2021-ci ilin yanvar ayında başlamışlar. Bu müddət ərzində Cəmaləyə qolbaq, sırğa, üzük və bir sıra komplektlər vermişdi. Cəmalə də qızılları satmaq üçün Əfsanəyə verirdi. O, Cəmaləyə güvənərək ona təxminən 30000 manatlıq qızıl vermişdir. Qızılları hissə-hissə verirdi. Özü də qızıl alğı-satqısı ilə məşğuldur. Əfsanəni tanımır. Heç vaxt görməyib. Qızılları Cəmaləyə verib, o da Əfsanəyə. Cəmalə onun yanında Əfsanəyə qızıl verməyib. Cəmaləyə verdikləri öz qızılları idi. Əməliyyata girəcəyinə görə ona pul lazım idi. Cəmalə onu inandırmaq üçün bir dəfə Əfsanəni evinə çağırıb danışdırdı, o da digər otaqda oturub bütün danışıqlarına qulaq asırdı. Əfsanənin özünü görməsə də, Cəmalə dedi ki, danışan Əfsanə idi. Əsanənin özünü nə görüb, nə də ki, onunla telefonla danışıb. Amma səsli mesajlarını Cəmalə ona qulaq asdırmışdır. Cəmaləyə qarşı iddia qaldırmamaylb. Ona görə ki, Cəmalə ona borclu olduğunu heç vaxt danmayıb. Cəmalə neynəsin ki, Əfsanə onun pulunu qaytarmır. Cəmalənin ona verdiyi pulu hesablamayıb. Yəni hər qızıldan müəyyən məbləğdə pul verib, bəzi qızıllarının pulunu isə bütöv verib. Nə qədər qaytardığını bilmir, amma bilir ki, 30000 manata yaxın borcu qalıb; X5 ifadəsində bildirmişdir ki, Cəmalənin bacısıdır, Əfsanə bacısından qızılları götürüb, amma pulunu verməyib. Cəmalə qızılları Aybəniz xanım, Günel xanım və başqa qadınlardan götürüb. Cəmalənin Əfsanəyə qızıl satması 2021-ci ildən başlayıb. Əfsanəyə verilmiş qızılların içində onun da qızılı olub. Əfsanə ilə şəxsən görüşməyib. Əfsanədə iki sırğası, bir üzüyü və 300 manat pulu qalıb. X6 borcunun yanında o heçnədir. Ona görə heç onları tələb etmir; X8 ifadəsində bildirmişdir ki, o, Əfsanədən 19 qram və 22 qram qızıl almışdır. Qızılı alan zaman 12 ay müddətində almış, lakin 1 ay keçməmiş Əfsanə zəng elədi ki, qızılı verən pulunu istəyir. O da 7500 manat pulu 1 ay omamış ödədi. Hətta Əfsanəyə dedi ki, qızılı qaytarsın, lakin ona bildirildi ki, qızılın sahibi burda yoxdu, pul qaytarılmayacaq. O da söhbət uzanmasın deyə qalan pulu verdi. Hadisələr 2021-ci ilin mart ayında olub; X9 ifadəsində bildirmişdir ki, Əfsanədən dəyərini hissə-hissə ödəmək şərtilə 24 qram sırğa və üzük almışdır. Ümumilikdə 4500 manat pul ödəmişdir. 2021-ci ilin fevral ayının əvvəlində 1500 manat, heç bir həftə keçməmiş isə 3000 manat ödədi. Hətta qızılı qaytarmaq istədi, lakin Cəmalə Əfsanəyə dedi ki, qızılın sahibi burda yoxdu, rayondadır. Pulu verdi Əfsanəyə, o da Cəmaləyə verdi pulu. O bunu kənardan gördü. Bununla da Əfsanə ilə haqq-hesabı bitdi. Əfsanə onun yanında bütöv 200 manatlıqlarla 3000 manatı Cəmaləyə verdi. O da lombardın yanında durub baxırdı. 8.Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Binəqədi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 xx.xx.2022-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: -Aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, ... 2021-ci ilin yanvar ayından başlayaraq hiss-hissə yaxın qohumlarına və tanışlarına satmaq üçün qramı bazar qiymətindən baxa 150 manata qızıl-zinət əşyalarının nisyə şəklində satışında vasitəçillik edərək onları tanışlarına satmışdır. Həmin qızıl-zinət əşyalarından biri-qadın qızıl saatı saxta çıxdığından, həmin saatı Cəmaləyə qaytararaq ödəniş etdiyi 2500 manat pulu ondan geriyə almışdır. Bundan sonra Cəmalənin onunla münasibəti pisləşməyə başlamışdır və ondan əlavə olaraq pullar tələb etməyə, eləcə də pulunu ödədiyi qızıl-zinət əşyaların pulunu bir də ondan tələb etməyə başlamışdır. Ona heç nə ödəmədiyindən Cəmalə 2021-ci ilin iyul ayında barəsində Binəqədi RPl-nin 7-ci PB-nə şikayət ərizəsi yazmışdır. Hal-hazırda Cəmaləyə heç bir borcu olmadığını, ondan aldığı bütün paltarların və qızıl-zinət əşyalarının pulunu ödədiyini, Cəmalənin barəsində Binəqədi rayon prokurorluğuna yazmış olduğu ərizənin səbəbini bilmədiyini, Cəmalənin nisyə satdığı malları özü həmin vaxtı yaşadığı 9-cu mikrorayondakı evinə gətirib ona verdiyini, hal-hazırda İddiaçı heç bir borcu olmadığını, ondan aldığı malların pulunu tam olaraq ödədiyini qeyd etmişdir. -Aparılmış araşdırma zamanı tərtib edilmiş təhqiqat materialına əlavə edilmiş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, İddiaçı tərəfindən könüllü təqdim olunmuş 1 ədəd CD diskə olan səsyazmalarda İddiaçı ilə Cavabdeh arasında dialoqun aparıldığı və səsyazmanın ümumilikdə 28 ədəd fayldan ibarət olması müəyyən olundu. Bundan başqa diskdə 3 ədəd fotoşəkil vardır. Bəzi səs fayları təkrarlanır. Belə ki, bir nəfər kişi oturub ətraflı söhbət etməyə təklif edərək, narahat olmamağı bildirir. Növbəti faylda Cavabdeh ona səs atmağı təklif edərək “dediyi vaxtda pulun onda olmasını” deməyi xahiş edir. İddiaçı donba üzük barədə soruşur. Cavabdeh ilə İddiaçı ödənişlərin tarixləri barədə danışarkən Cavabdeh ayda 250 manatı ayın 9 dan - 9 kimi, digər müştərinin 1250 manat pulun qaldığını bildirir. Cəmalə Mirzəyevə donba üzüyə görə ödənişi soruşur, Əfsanə iyun ayında olacağını deyir. Cəmalə Mirzəyevə və Cavabdeh 5 iyul tarixi, eləcədə sep, qolbaq, Həqiş xalanın arı komplektini sentyabr ayınadək gətirməsi barədə razılığa gəldirər, kral sep, uşaq sırğası, “chopart” sep ayı 250 manat, “leyla” komplekt 300 manatdan 19-dan - 19-na. Mənzər xalanın ayı 300 manatdan hər ayın 31 verəcəyi, sünbül sepin aya 250 manat, ayın 9-dan. “Chopart” sepin 200 manat 20dən - 20-dək. Donba üzük iyun ayında bağlayacaq. Aydan xanım ayda 250 manat, sırğa komplekt avqust ayına qalması, avqustda lotereya götürüb verəcəyini və 500 manat pensiyadan pensiyaya ödənişləri olacağı barədə razılığa gəlirlər. Fotoşəkilin birində 3 qadın əks olunubdur, 2 ədəd digər şəkildə Cavabdeh ilə İddiaçı arasında “whatsapp” sosial şəbəkədə olan yazışma əks olunubdur. -Aparılmış araşdırma zamanı tərtib edilmiş təhqiqat materialına əlavə edilmiş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən könüllü təqdim olunmuş 1 ədəd CD diskə olan səsyazmalarda İddiaçı ilə Cavabdeh ayrı-ayrılıqda səsləri, bəzilərində tək Cavabdeh məxsus olan cavabsız qalan səslərin olması və səsyazmaların ümumilikdə 34 ədəd fayldan, bundan başqa 106 ədəd fotoşəkil və 2 ədəd videodan ibarət olması müəyyən olundu. Bəzi səs fayları təkrarlanır. Belə ki, Cavabdeh İddiaçı 300 manat yoldaşına, dünəndə 600 manat-ümumilikdə 900 manat verdiyini, əslində 200 manat verməli olduğunu, lakin gecikdirdiyinə görə əlavə 100 manat verəcəyini bildirərək, əlavə ona hörmət edəcəyini deyir. Cəmalə Mirzəyevə hərəsi 200-300 manat versə heç olmasa 1000 manat ona verərik deyir. Cəmalə Mirzəyevə birlikdə univermağa getməyi "qrızella”nı tapmağı təklif edir. Əfsanə saatı qaytardığım və 1000 manatı Cəmalənin qaytardığını, saatın qızıl olmadığını bildirir. Cavabdeh İddiaçı 50000 manat pulu 3 ayda verdiyini, onun 50000 manatını qaytarmağı, hər şeyi ona qaytaracağını, belə qaytara bilmirsə 17000 manat qaytarsa, bütün qızılları özünə verəcəyini bildirir. Cavabdeh İddiaçı yalandan başını möhürə qoyduğunu, yalan danışdığını, verdiyi 47650 manatı hazırlayıb geriyə qaytarmağı tələb edir, həmin səs dialoq formasında deyil. İddiaçı “ədyalları” və ləpə qabını apardığını. Cavabdeh İddiaçı iyun ayında mal almadığını, yalnız “ədyal” və ləpə qabını götürdüyünü monoloq formasında deyir. 106 ədəd fotoşəkil və 2 ədəd videolarda pul və müxtəlif qızıl-zinyət əşyaları öz əksini tapmışdır. ... Beləliklə təhqiqata təqdim olunmuş 2 ədəd CD disklərə baxış keçirilməsi haqqında protokollardan görünür ki, həqiqətən İddiaçı nisyə formasında Cavabdeh vermiş olduğu müxtəlif qızıl-zinyət əşyalarının sonuncunun tapdığı müştərilər tərəfindən razılaşdırılmış cədvəl üzrə 2021-ci ilin avqust ayınadək ödənişlərin aparılması barədə müzakirələr aparılır. Həmin danışıqlar zamanı Cavabdeh tapdığı müştərilərin 2021-ci ilin avqust ayınadək ödənişlərin edəcəkləri, yəni İddiaçı borclu olmasının etiraf edilməsi ilə Cavabdeh izahatında 2021-ci ilin aprel ayında bütün borcunu bağlaması kimi göstərdiyi xüsusat təkzib olunur”. 9.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı faktiki olaraq nə ona olan borcun məbləğini dəqiq deyə bilmir, nə də ki, son ödənişin tarixini. Belə ki, iddiaçı ilkin olaraq izahatında cavabdehin ona borcundan cəmi 14000 manat pul ödədiyini qeyd etsə də, sonradan bildirmişdir ki, cavabdeh tərəfindən ona cəmi 31070 manat pul ödənilmişdir. Halbuki, iddia ərizəsində ümumiyyətlə tam fərqli məbləğ - 11070 manat qeyd olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən sonuncu ödənişin tarixi ilkin olaraq 2021-ci ilin aprel ayı kimi səsləndirilsə də, sonradan son ödənişin 2021-ci ilin mart ayında olması bildirilmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında bildirmişdir ki, iddia ərizəsində qızıl-zinət əşyalarından başqa sadalanan əşyaları iddia ərizəsini tərtib edən vəkil özündən yazıb, o, həmin əşyaları tələb etmir. Halbuki, həmin ərizədə qeyd olunmuş və cavabdehdən tələb olunan borc məbləğinin bir hissəsini də həmin əşyaların dəyəri təşkil edir. Göründüyü kimi, iddiaçı tərəfindən nə cavabdehin ona obyektiv olaraq borclu olduğu məbləğ, nə də ki, cavabdeh tərəfindən borc üzrə edilmiş ödənişlər konkret olaraq göstərilməmiş, iddia ərizəsində sadalanan əşyalar formal olaraq sadalanmışdır. Eyni zamanda iddiaçı cavabdehə qızıl-zinət əşyaları verdiyi təqdirdə, hansı hüquqi əsasla həmin əşyaları deyil, məhz əşyaların dəyərini tələb etməsi, qızıl-zinət əşyalarının dəyərini necə müəyyən edilməsi iddia ərizəsinin məzmunundan aydın deyil. Cavabdeh isə öz növbəsində iddiaçıya olan borcunu tam olaraq ödədiyini və ödədiyi məbləğin iddiaçı tərəfindən tam olaraq ona qaytarıldığı halda qızılları qaytarmağa razı olduğunu məhkəməyə bildirmişdir. Cavabdehin arqumenti ondan ibarətdir ki, əgər onun tərəfindən sonuncu ödəniş 2021-ci ilin aprel ayında olubsa, niyə iddiaçı məhkəməyə məhz 2022-ci ilin may ayında müraciət edib, həmin tarixədək ondan qızılları tələb etməyib. Məhkəmə iclasında tərəflərin iştirakı ilə onlar tərəfindən məhkəməyə təqdim edilmiş audio yazılar dinlənilmiş, audio yazılardan məhkəməyə artıq məlum olan xüsusatlar – tərəflərin bir müddət birlikdə nisyə qızıl alğı-satqısı ilə məşğul olması müəyyən edilmiş, audio yazıların tarixi barədə tərəflər ziddiyyətli fikirlər bildirmiş, tarixləri dəqiq müəyyən etmək mümkün olmamış, eyni zamanda nəticə etibarilə borcun statusu da qeyri-müəyyən qalmışdır. Məhkəmə həmçinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında Binəqədi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 xx.xx.2022-ci il tarixli qərar”ının sonuncu abzasda qeyd olunanlara tənqidi yanaşmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X9 ifadələrində göstərmişlər ki, hər ikisi qızıl-zinət əşyalarını dəyərini uzun müddət hissə-hissə ödəmək şərtilə almışlar, lakin heç bir ay keçməmiş qızıl-zinət əşyalarının dəyəri onlardan tam olaraq tələb edilmiş və onlar aldıqları qızıl-zinət əşyalarının dəyərini tam olaraq ödəmişlər. İddiaçı şahidlərin ifadələrinə etiraz etməmiş və məhkəməyə bildirmişdir ki, cavabdeh tərəfindən bəzi qızıl-zinət əşyalarının dəyərini ödədiyini inkar etmir. Göründüyü kimi, cədvəlin avqust ayınadək tərtib edilməsi belə borcların aprel ayında bağlana bilməyəcəyinə dəlalət etmir. İş materiallarından göründüyü kimi, məhkəmə tərəfindən beş hazırlıq iclası keçirilmiş və həm iddiaçıya tələbini konkret olaraq formalaşdırmaq, həm də ki, hər iki tərəfə sübutlarını məhkəməyə təqdim edilməsi üçün şərait yaradılmışdır. Lakin, iddiaçı tərəfindən təqdim edilmiş iki iddia ərizəsi ilə izahatları arasında olan ziddiyyətlərdən aydın olur ki, iddiaçı qanunvericiliyin ona verdiyi imkanlardan lazımi şəkildə istifadə etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. 10.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 81-ci, 88-ci, 119.1-ci və Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apelyasiya şikayətinin dəlilləri 11.Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 12.Apellyasiya şikayətində göstərilmişdir ki, iş üzrə ziddiyyətli məqamların mövcudluğu iddia ərizəsinin rədd edilməsi üçün əsas deyil. Əksinə məhkəmə iş üzrə bütün qeyri-müəyyən hallara aydınlıq gətirməli, bütün məsələlər müəyyənliyə qovuşduqdan sonra öz hüquqi qiymətləndirməsini etməlidir. Bundan əlavə, iddiaçının tələb etdiyi pulun hüquqi statusunu müəyyən etmək iddiaçının vəzifəsi deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin hüquqi əsasının göstərilməsi vəzifə kimi göstərilməmişdir. Əksinə mübahisənin xarakterini düzgün dəyərləndirmək və hüquqi qiymət verilməsi üçün iddia tələbinin hüquqi əsasını müəyyən etmək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən məhkəmənin başlıca vəzifəsidir. Lakin qətnamədə hər hansı maddi hüquq normasına istinad olunmamış, ümumiyyətlə məhkəmə tərəflərin hansı hüquqi münasibətdə olduqlarını qeyd etməmiş, qətnamədə yalnız prosessual normalara istinad olunmuşdur. Məhkəmənin mübahisənin hüquqi statusunu müəyyən etmədən gəldiyi nəticə isə ədalətli və qanuni sayıla bilməz. Məhkəmə hazırkı mübahisəyə alğı-satqı münasibətlərini tənzimləyən normaları tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Halbuki, iş materiallarında olan sübutlardan, səs yazılarından, şahid ifadələrindən müəyyən olunur ki, tərəflər arasında alğı-satqı münasibətləri mövcud olmuşdur. Məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçı hansı əsasla verdiyi qızılları deyil, onun dəyərini tələb etməsi anlaşılan deyil. AR MMnin 598.4-cü maddəsinin məzmununa görə əşyanın və ya dəyərinin tələb edilməsində seçim hüququ satıcıya məxsusdur, ona görə də iddiaçının satdığı əşyaların dəyərini tələb etmək hüququ vardır. İş materiallarında iddiaçının iddiasının əsaslı olmasına dair kifayət qədər sübutlar olduğu halda məhkəmə bu sübutları düzgün qiymətləndirməmişdir. İşin hallarından görünür ki, iddiaçı cavabdehə verdiyi qızıllara görə ona 47763 manat borcunun olduğunu qeyd edir. Cavabdeh bu halı təkzib etmir, aralarında borc münasibətinin olduğunu qeyd edir, lakin bütün borcunu qaytardığını bildirir. Belə bir nəticəyə gəlinir ki, iddiaçının iddia etdikləri, yəni cavabdehin ona 47763 manat borcunun olması cavabdehin izahatı ilə təsdiq olunur. AR MPMnin 106.3-cü maddəsinə əsasən iddiaçı bu halı sübut etmək vəzifəsindən azad olunur, belə ki, cavabdeh bu faktı təsdiq edir. Bundan əlavə, iş materiallarında olan səs yazıları, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, şahid ifadələri cavabdeh isə bildirir ki, həmin borcu qaytarıb, iddiaçıya heç bir borcu yoxdur. Lakin cavabdehin dediyi bu fakt yalançı şahid ifadələrindən başqa digər sübutlarla təsdiq olunmur. Hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, bu halda iddiaçının tələb etdikləri sübut olunur, lakin cavabdehin borcu qaytarması barədə bildirdikləri sübut olunmur. Halbuki, sübutetmə yükü cavabdehin iddiaçının bildirdiklərini təsdiq etdiyi andan cavabdehə keçib və borcu qaytarmağını, ona borcunun olmadığını iddiaçı deyil cavabdeh sübut etməlidir. Yekun nəticə olaraq iddiaçının cavabdehə qızıl verdiyi təsdiq olunur, lakin cavabdehin iddiaçıya qızılı və ya qızılın dəyərini qaytarmağı sübut olunmur. İş materiallarında olan çoxsaylı səslərdən müəyyən olunur ki, cavabdehin iddiaçıya həqiqətən də qızıllara görə borcu yaranmışdır. Cavabdeh qeyd edir ki, borcunu 2021-ci ilin mart ayında artıq bağlamışdır. Halbuki, 14 iyun 2021-ci iltarixli “whatsapp” yazışmalarından müəyyən olunur ki, cavabdeh iddiaçıya “salam cəmalə pulu gözdürəm bacı keçən kimi gətirib verəcəm sən allah 2 gün səbrli ol çatdıracam” ifadəsini yazmışdır. Əgər mart ayında borc bağlanmışdırsa iyun ayında bu yazışmanın baş verməsi nə dərəcədə məntiqli və inandırıcıdır. Bundan əlavə, cavabdeh bildirir ki, borcu qaytarıb, lakin bu borcu harda hansı şəraitdə hansı tarixdə, hissə-hissə və ya birdəfəlik qaytardığını məhkəməyə bildirməmişdir. Əgər qızılların verilməsi ilə bağlı çoxsaylı səs yazıları varsa qızılların dəyərinin qaytarılması ilə bağlı heç bir səs yazısı yoxdur. Hətta səs yazılarından birində (AUD-202207** WA ***7 adlı 212 kb və 1:30 saniyə davam edən) cavabdeh iddiaçıya 28100 manat borcun qaldığını bildirir. Bu ziddiyyətli və qeyri-müəyyən hallara hakim qiymət verməmişdir. Məhkəmə preyudisial əhəmiyyət kəsbedən cinayət işinin başlanmasının rədd edilməsi qərarına tənqidi yanaşdığını bildirərək qərarda qeyd olunan hallara nəzər yetirməmişdir. Halbuki məhkəmənin preyudisial əhəmiyyət kəsb edən qərara tənqidi yanaşmaq kimi səlahiyyəti yoxdur, qanuni qüvvəyə minmiş qərar üzrə müəyyən edilmiş hallar digər məhkəmə proseslərində eyni tərəflər arasında mübahisələndirilə bilməz, həmin hallar yenidən sübut olunmur. Qərardan görünür ki, araşdırılma aparılarkən tərəflər arasında alğı-satqı münasibətlərinin yarandığı və bu münasibətlər çərçivəsində cavabdehin iddiaçıya borcu olduğu artıq müəyyən edilmişdir. Bunu istintaq orqanı özü müəyyən etmiş, hər hansı bir şəxsin ifadəsi deyil. Ona görə də məhkəmə bu qərara tənqidi yanaşa bilməzdi. Araşdırma zamanı borcun yarandığı müəyyən edilsə də iş mülki xarakterli olduğu üçün iddiaçının məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qərarda qeyd olunmuşdur: “Aparılan araşdırma zamanı belə bir nəticəyə gəlmək olar ki, təhqiqat gedişatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ərizə və izahatında tanıdığı Cavabdeh ümumi dəyəri 47600 manat təşkil edən qızıl-zinət əşyalarını pulunu sonradan ödəmək şərti ilə satmasına baxmayaraq sonuncunun götürdüyü malların pulunu ödəməkdən imtina etməsi kimi göstərdiyi xüsusatlar cinayət xarakterli deyil, mülki mübahisə predmeti olduğundan bu kimi hallar öz həllini mülki qaydada məhkəmədə tapmalıdır. Beləliklə də, material üzrə araşdırılan fakt mülki xarakter daşıdığından, ərizəçi tərəf mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, mülki və mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə tərəfindən işə baxılmalı və dəymiş ziyan mülki qaydada qiymətləndirilərək müvafiq qətnamə əsasında ödənilməlidir”. Göründüyü kimi, araşdırma zamanı cavabdehin iddiaçıya borcu olduğu müəyyən edilmiş, əməldə cinayət tərkibi olmadığı üçün və əməl cinayət sayılmadı üçün cinayət işinin başlanması rədd edilmişdir. b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı 14.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatlarında əlavə olaraq bildirdilər ki, tərəflər arasında nisyə alğı-satqı münasibəti olub. İddiaçı əşyaları cavabdehə nisyə satıb, cavabdeh həmin əşyaların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürüb. İddiaçı həm cavabdehin izahatına, həm də cinayət işinin rədd qərarına əsasən iddia etdiklərini sübut etməkdən azad edilmişdir. Baxmayaraq ki, iddiaya dair kifayət qədər sübut məhkəməyə təqdim edilmişdir. Lakin cavabdeh pulu qaytardığına dair məhkəməyə bir sübut təqdim etmədiyinə və sübut etmə vəzifəsindən azad edilməsinə əsaslar mövcud olmadığına görə pulun qaytarılması iş materialları ilə təsdiq olunmur. Bundan başqa tərəflər arasında olan danışıq zamanı qeydə alınan səs yazılarını cavabdeh təkzib etməmişdir. Həmin səs yazılarında da, satılmış qızıllar və həmin qızılların pulunun qaytarılmadığı öz əksini tapır. Həmçinin cavabdeh tərəfindən qaytarılmış 31070 manat vəsait, əvvəlki alğı-satqı üzrə aparılan ödənişlərə aiddir. 15.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, onunla iddiaçı arasında nisyə alğı-satqı münasibəti olub. O, iddiaçıdan qızıl-zinət əşyaları, cehizlik əşyalar alıb, sonra hissə-hissə pulları qaytarıb. Onun özü də həmin əşyaları başqa şəxsə satıb, gəlir əldə edib. Səs yazılarındakı danışıq ona aiddir. Səs yazılarında olan qızılların şəkilləri iş materiallarında mövcuddur. Səs yazılarında bəzi qızıllarda qalan borc qeyd olunur. O, iddiaçıdan aldığı bütün əşyaların pulunu qaytarmışdır. 16.Məhkəmə kollegiyasının iclasında iştirak edən X12 Əsgər oğlu izahatında bildirdi ki, səs yazısı ilə müəyyən edilmiş, tərəflərlə dəqiqləşdirilmiş iş materiallarında olan fotoşəkillərə əsasən müəyyən edilmiş hesabat məhkəməyə təqdim edilmişdir. Hazırki iclasda səslənən 750 əyar, 19,1 qram 1 ədəd “Mənzər” komplekt 2200 manat, 750 əyar, 24,95 qram- “Özü xoşuna gələn” 1 ədəd-2750 manat qiymətləndirilir. Tətbiq edilən maddi hüquq normaları Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 17.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 18.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 19.Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 20.Maddə 600.1.Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 21.Maddə 601.1.Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 22.Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 23.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 24.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 26.Maddə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 28.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 31.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul olunmalıdır. 32.Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh qızıl-zinət və cehizlik əşyalar nisyə olaraq satmış, cavabdeh həmin əşyaların dəyərini hissə-hissə ödəmək barədə öz üzərinə öhdəlik götürmüşdür. Bir müddət aralarında hər hansı mübahisə olmamış, Cavabdeh aldığı əşyaların dəyərini vaxtı-vaxtında ödəmişdir. 33.Tərəflər arasında münasibətlər 2021-ci ilin yanvar ayından pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan nisyə alğı-satqı müqaviləsi üzrə aldığı malların dəyərini ödəmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 34.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun gələn iddia tələbinin qanuni əsası olan maddi hüquq normasını tətbiq etməmişdir. 35.Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 36.Göründüyü kimi, iddia tələbinin qanuni əsasını nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri təşkil edir. 37.Məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə iş materiallarında olan səs yazıları dinlənilmişdir. Həmin səs yazılarında “Domba” üzük, 1 ədəd, “Gül komplekt” 1 dəst, Sep qolbaq 1 dəst, Arı komplekt 1 dəst, Kral sep 1 ədəd,Uşaq sırğası 1 ədəd, Şopart sep 1 ədəd, Leyla komplekt 1 ədəd, Paxlava üzük 1 ədəd, Sünbül sep 1 ədəd, Qolbaq (pandora) 1 ədəd, Tel-tel sırğa1 cüt, Tək sırğa qrazella 1 cüt, Zəncir qolbaq (doktor Aytən) 1 ədəd, Zəncir sep 1 ədəd, Zəncir (halqa) qolbaq 1 ədəd, Nazik sep 1 ədəd, 8 qram, Nazik sep 1 ədəd, “Mənzər” komplekti 1 ədəd və “Özü xoşuna gələn” 1 ədəd komplekt qızılların olmasını hər iki tərəf etiraf etmişdir. 38.Cavabdeh səs yazısında “Domba üzük”lə bağlı 300 manat, iddiaçı isə 600 manat olduğunu bildirmişdir. “Kral sep”lə bağlı iddiaçı 3100 manat borcun qaldığını etiraf etmişdir. “Şopard sep”lə bağlı iddiaçı 1250 manat borc qaldığını, cavabdeh isə borcunu ödədiyini bildirmişdir. “Nəzik sep”lə bağlı iddiaçı 3 ədəd nəzik sepin olduğunu, cavabdeh isə 1 ədəd nazik sep olduğunu bildirmişdir. Səs yazısında isə 2 ədəd nəzik sepin olduğu müəyyən olunur. 39.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı, eləcə də apellyasiya baxışı zamanı cavabdeh tərəf iddiaçıdan iş materiallarında olan səs yazısında səslənən və fotoşəkillərdə əks olunmuş adları keçən qızıl-zinət əşyalarının götürülməsini qəbul etmiş, lakin həmin qızıl-zinət əşyalarına görə lazımi ödənişləri etdiyini bildirmişdir. 40.İddiaçı cavabdeh tərəfindən son olaraq 2021-ci ilin yanvar ayına kimi 31070 manat ödəniş etməsini qəbul etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsində cəmi 47650 manat iddiaçıya pul ödəməsini qeyd etmişdir. Bununla belə cavabdeh tərəflər arasında olan səs yazılarında adı keçən qızıl-zinət əşyalarının dəyərini ödəməsi barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. 41.Kollegiya birinci instansiya məhkəməsində iddiaçı tərəfindən təqdim olunmuş şahid ifadələrinə işdə olan digər sübutlarla birlikdə qiymət verərək hesab edir ki, şahidlər iddiaçı tərəfindən qızılların cavabdehə bilavasitə verilməsinin şahidi olmadıqlarını bildirmişlər. Buna görə də, həmin ifadələr iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməz. 42.Kollegiya həmçinin birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təqdim olunmuş şahid ifadələrinə işdə olan digər sübutlarla birlikdə qiymət verərək hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, iddiaçı həmin şahidləri tanımadığını bildirməklə yanaşı, səs yazısında qızılların həmin şəxslərə verilməsi öz təsdiqini tapmamış, bundan əlavə səs yazısı ilə borcun ödənilmədiyi müəyyən olunur. 43.Kollegiya hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçı və cavabdeh tərəfindən qəbul edilən səs yazılarında və fotoşəkillərdə əks olunan qızıl-zinət əşyalarının dəyəri cavabdeh tərəfindən tam olaraq ödənilməmişdir. 44.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 45.Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 46.Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 47.Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. 48.Kollegiya qeyd edir ki, iddiaçının tələb etdiyi pulların qaytarılmadığını sübut etməsi mümkünsüzdür və onun üzərinə belə bir vəzifənin qoyulması MPM-nin 77.1-ci maddəsinin tələbinə ziddir. 49.Həmin normanın tələbinə görə cavabdeh etirazının əsasını təşkil edən halları, pulları iddiaçıya qaytarmasını sübut etməlidir. Belə ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 50.“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. 51.Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. 52.Göründüyü kimi, cavabdeh pulları iddiaçıya qaytarması ilə bağlı sübutları təqdim etməmiş, qeyd olunan halları sübut edə bilməmişdir. 53.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qızıl-zinət əşyalarının dəyəri ilə bağlı hissədə qismən təmin edilməli, qalan hissədə iddia əsassız olduğundan, iddiaçı tərəfindən mötəbər sübutlar təqdim olunmadığından, təmin edilməməlidir. 54.Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı səs yazılarında və fotoşəkillərdə əks olunan qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün işə mütəxəssis cəlb edilmişdir. 55.Əmlak Ekspert Mərkəzinin ƏEM/Y26-026/23 nömrəli, 30 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, səs yazılarında və fotoşəkillərdə əks olunan:

1. Domba üzük 1 ədəd 9 qram, 750 əyar – 990manat;

2. Gül komplekt 1 dəst, 19 qram, 750 əyar – 2090 manat;

3. Sep qolbaq 1 dəst, 24 qram, 750 əyar - 2640 manat;

4. Arı komplekt 1 dəst, 22 qram, 750 əyar – 2420 manat;

5. Kral sep 1 ədəd, 31 qram, 750 əyar – 3410 manat;

6. Uşaq sırğası 1 ədəd, 3 qram, 585 əyar – 255 manat;

7. Şopart sep 1 ədəd, 16 qram, 750 əyar – 1760 manat;

8. Leyla komplekt 1 ədəd, 18 qram, 750 əyar – 1980 manat;

9. Paxlava üzük 1 ədəd, 9 qram, 750 əyar – 990 manat;

10. Sünbül sep 1 ədəd, 8 qram, 750 əyar – 880 manat;

11. Qolbaq (pandora) 1 ədəd 10 qram, 585 əyar – 850 manat;

12. Tel tel sırğa1 cüt, 6 qram, 585 əyar – 510 manat;

13. Tək sırğa qrazella 1 cüt, 15 qram, 750 əyar – 1650 manat;

14. Zəncir qolbaq (doktor Aytən) 1 ədəd, 11 qram 750 əyar – 1210 manat;

15. Zəncir sep 1 ədəd, 13 qram, 750 əyar – 1430 manat;

16. Zəncir (halqa) qolbaq 1 ədəd, 13.5 qram, 585 əyar – 1147.5 manat;

17. Nazik sep 1 ədəd, 8 qram, 750 əyar -880 manat;

18. Nazik sep 1 ədəd, 9 qram, 750 əyar -990 manat olmaqla, cəmi 26082,5 manat təşkil edir.

56. Sonuncu iclas zamanı iddiaçı tərəf səs yazısında dinlənilmiş,ancaq nəzərdən kənarda qalan 1ədəd “Mənzər” komplekti və “Özü xoşuna gələn” 1 ədəd komplektə münasibət bildirilmədiyini qeyd etmişdir. Bundan sonra tərəflərin və mütəxəsisin iştirakı ilə yenidən səs yazısı dinlənildikdə, həqiqətən iddiaçı tərəfin haqlı olması müəyyən olunmuşdur. 57.Buna görə də, qeyd olunan “Mənzər” komplekti və “Özü xoşuna gələn” 1 ədəd komplekt tərəflərin iştirakları ilə işdə olan fotoşəkillərdə müəyyən olunaraq, mütəxəsis tərəfindən qiymətləndirilmişdir. 58.Mütəxəsis qeyd etmişdir ki, 750 əyar, 19,1 qram 1ədəd “Mənzər” komplekt 2200 manat, 750 əyar, 24,95 qram- “Özü xoşuna gələn” 1 ədəd komplekt-2750 manat müəyyən olunur. 59.Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı olaraq həmçinin qeyd edir ki, təqdim edilmiş mütəxəssis rəyini şübhə altına alan, eləcə də səs yazılarında və fotoşəkillərdə əks olunan qızıl-zinət əşyalarının mütəxəssis rəyindən fərqli qiymətlər müəyyən edilməmişdir. 60.Bununla belə cavabdeh tərəf 1 ədəd 9 qram, 750 əyar “Domba” üzüyün dəyərindən 300 manat qalmasını, 1 ədəd “Şopart” sepin dəyərini ödəməsini qeyd etsə də, bununla bağlı sübutları təqdim etməmişdir. 61.Həmçinin iddiaçı 3 ədəd nəzik sepin, cavabdeh 1 ədəd nəzik sepin olduğunu qeyd etsələr də, səs yazısında 2 ədəd nəzik sepin olduğu müəyyən olunur. 62.Digər tərəfdən səs yazıları ilə müəyyən olunmuşdur ki, “Kral sep”lə bağlı 3100 manat borc ödənilməmiş qalmışdır. 63.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmir.

64. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli 1. 9 qram, 750 əyar – 1 ədəd “Domba” üzük üzrə ödənilməmiş 600 manat; 2.19 qram, 750 əyar –1 dəst, Gül komplekt üzrə ödənilməmiş 2090 manat; 3. 24 qram, 750 əyar - 1 dəst, Sep qolbaq üzrə ödənilməmiş 2640 manat; 4. 22 qram, 750 əyar – Arı komplekt 1 dəst üzrə ödənilməmiş 2420 manat; 5. 31 qram, 750 əyar – 1 ədəd, Kral sep üzrə ödənilməmiş 3100 manat; 6. 3 qram, 585 əyar – 1 ədəd, Uşaq sırğası üzrə ödənilməmiş 255 manat; 7. 16 qram, 750 əyar – 1 ədəd, “Şopart” sep üzrə ödənilməmiş1250 manat; 8. 18 qram, 750 əyar – 1 ədəd, Leyla komplekt üzrə ödənilməmiş 1980 manat; 9. 9 qram, 750 əyar – 1 ədəd, Paxlava üzük üzrə ödənilməmiş 990 manat; 10. 8 qram, 750 əyar – Sünbül sep 1 ədəd üzrə ödənilməmiş 880 manat; 11. 10 qram, 585 əyar 1 ədəd Qolbaq (pandora) üzrə ödənilməmiş 850 manat; 12. 6 qram, 585 əyar – 1 cüt, Tel-tel sırğa üzrə ödənilməmiş 510 manat; 13. 15 qram, 750 əyar 1 cüt, Tək sırğa “Qrazella” üzrə ödənilməmiş 1650 manat; 14. 11 qram 750 əyar – 1 ədəd, Zəncir qolbaq (doktor Aytən) üzrə ödənilməmiş 1210 manat; 15. 13 qram, 750 əyar – 1 ədəd, Zəncir sep üzrə ödənilməmiş 1430 manat; 16. 13.5 qram, 585 əyar – 1 ədəd, Zəncir halqa qolbaq, üzrə ödənilməmiş 1147,5 manat; 17. 8 qram, 750 əyar -1 ədəd, Nazik sep üzrə ödənilməmiş 880 manat; 18. 9 qram, 750 əyar -1 ədəd, Nazik sep üzrə ödənilməmiş 990 manat, 19. 750 əyar, 19.1 qram 1 ədəd “Mənzər” komplekt üzrə ödənilməmiş 2200 manat, 750 əyar, 24,95 qram- “özü xoşuna gələn” 1 ədəd komplekt üzrə ödənilməmiş 2750 manat olmaqla cəmi 29822,5 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 65.Həmçinin mütəxəssisə ödənilməli olan 150 manatın 75 manatı cavabdehdən, 75 manat isə iddiaçıdan tutularaq, Əmlak Ekspert Mərkəzinin hesabına keçirilməlidir. 66.Kollegiya hesab edir ki, 233 manat dövlət rüsumunun 116 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 67.Kollegiya hesab edir ki, iddiaçının alğı-satqı müqaviləsi üzrə pul tələbi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-cü maddəsində nəzərdə tutulmuş mübahisələr sırasına aid olmadığından, onun mediaasiya xərcinin cavabdehdən tutulması ilə bağlı tələbi təmin edilə bilməz. 68.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(001)-3487/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin.

1. 9 qram, 750 əyar – 1 ədəd “Domba” üzük üzrə ödənilməmiş 600 manat;

2. 19 qram, 750 əyar – 1 dəst, Gül komplekt üzrə ödənilməmiş 2090 manat;

3. 24 qram, 750 əyar - 1 dəst, Sep qolbaq üzrə ödənilməmiş 2640 manat;

4. 22 qram, 750 əyar – Arı komplekt 1 dəst üzrə ödənilməmiş 2420 manat;

5. 31 qram, 750 əyar – 1 ədəd, Kral sep üzrə ödənilməmiş 3100 manat;

6. 3 qram, 585 əyar – 1 ədəd, Uşaq sırğası üzrə ödənilməmiş 255 manat;

7. 16 qram, 750 əyar – 1 ədəd, Şopart sep üzrə ödənilməmiş 1250 manat;

8. 18 qram, 750 əyar – 1 ədəd, Leyla komplekt üzrə ödənilməmiş 1980 manat;

9. 9 qram, 750 əyar – 1 ədəd, Paxlava üzük üzrə ödənilməmiş 990 manat;

10. 8 qram, 750 əyar – 1 ədəd Sünbül sep üzrə ödənilməmiş 880 manat;

11. 10 qram, 585 əyar 1 ədəd Qolbaq (pandora) üzrə ödənilməmiş 850 manat;

12. 6 qram, 585 əyar – 1 cüt, Tel-tel sırğa üzrə ödənilməmiş 510 manat;

13. 15 qram, 750 əyar 1 cüt, Tək sırğa “Qrazella” üzrə ödənilməmiş 1650 manat;

14. 11 qram 750 əyar – 1 ədəd, Zəncir qolbaq (doktor Aytən) üzrə ödənilməmiş 1210 manat;

15. 13 qram, 750 əyar – 1 ədəd, Zəncir sep üzrə ödənilməmiş 1430 manat;

16. 13.5 qram, 585 əyar – 1 ədəd, Zəncir halqa qolbaq üzrə ödənilməmiş 1147.5 manat;

17. 8 qram, 750 əyar - 1 ədəd, Nazik sep üzrə ödənilməmiş 880 manat;

18. 9 qram, 750 əyar - 1 ədəd, Nazik sep üzrə ödənilməmiş 990 manat olmaqla,

19. 19.1 qram, 750 əyar, 1 ədəd Mənzər komplekt üzrə ödənilməmiş 2200 manat,

20. 750 əyar, 24,95 qram- “Özü xoşuna gələn” 1 ədəd komplekt üzrə ödənilməmiş 2750 manat olmaqla, cəmi 29822,5 (iyirmi doqquz min səkkiz yüz iyirmi iki manat əlli qəpik) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Mütəxəssisə ödənilməli olan 150 manatın 75 (yetmiş beş) manatı Cavabdeh, 75 (yetmiş beş) manat İddiaçı tutularaq, Əmlak Ekspert Mərkəzinin hesabına keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 116 (yüz on altı) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar