Məhkəmə qərarları › İş №2(103)-5992/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5992/2025

13.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5992/2025 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İmanov Ramiz Rəhim oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, borcun silinməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İmanov Ramiz Rəhim oğlunun, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İmanov Ramiz Rəhim oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “müqavilənin etibarsız hesab edilməsi, borcun silinməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı «xxxx» ASC-nin ##.##.2024-cü il tarixli, ****/**/***** saylı məktubundan görünür ki, İmanov Ramiz Rəhim oğlunun ## ###### 2024-cü il tarixdə banka daxil olmuş müraciətinə baxılaraq bildirilmişdir ki, plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. Dələduzluq hallarının qarşısının alınması üçün müştərilərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq sosial paylaşımlar edilir. ## ###### 2024-cü il tarixdə bank tərəfindən göndərilmiş OTP kod istifadə edilməklə «Birbank» mobil tətbiqində mobil cihaz dəyişilərək qeydiyyatdan keçilmişdir. Həmçinin, plastik kart məlumatları bank tərəfindən göndərilmiş OTP kod istifadə edilməklə «Apple pay»a əlavə edilmişdir. ## ###### 2024-cü il tarixdə iddiaçının isifadəsində olan 416973********** nömrəli plastik karta 15.000 manat məbləğində limit ayrılmış və «Birbank cashback debet kart» müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşma rəsmiləşdirilmişdir. Müştərinin istifadəsində olan mövcud hesab rəsmiləşməsi zamanı eyniləşdirmə prosesi təsdiqləndiyi üçün kredit limitinin ayrılması zamanı əlavə üztanıma prosesi keçilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir. Hüquq mühafizə orqanlarından qanunvericiliklə müəyyən edilmiş qaydaya əsasən daxil olan sorğuya müvafiq qaydada baxılır. Qeyd olunanların nəzərə alınması xahiş olunmuşdur. «xxxx» ASC-nin ##.##.2025-ci il tarixli, KB-***-KB-***/2381/2025 saylı məktubundan (Mərkəzi Banka və iddiaçıya ünvanlanmış) görünür ki, İmanov Ramiz Rəhim oğlunun müraciətinə baxılmışdır. Eyni məzmunlu müraciət banka iddiaçının özündən də daxil olmuşdur. Məlumat üçün bildirilmişdir ki, İmanov Ramiz Rəhim oğlunun banka daha əvvəl daxil olmuş eyni məzmunlu müraciəti ## ###### 2024-cü il tarixli, ****/**/***** №-li və ## ###### 2025-ci il tarixli, ****/**/**** №-li məktublarla cavablandırılmışdır. Nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının ##.##.2025-ci il tarixli, 6-126/2-İ21- ****/**** saylı məktubundan görünür ki, İmanov Ramiz Rəhim oğlunun ##.##.2025-ci il tarixli müraciətinə baxılmışdır. Bildirilmişdir ki, iddiaçının müraciətinin araşdırılması məqsədi ilə Mərkəzi Bank tərəfindən aidiyyəti üzrə «xxxx» ASC-yə (bank) ünvanlanmış və bank tərəfindən surəti iddiaçıya ünvanlanmaqla ##.##.2025-ci il tarixli, KB-***KB-***/****/**** nömrəli məktubla cavab verilmişdir. Həmin cavab məktubuna əsasən bank tərəfindən daha əvvəl daxil olmuş eyni məzmunlu müraciətlərə ##.##.2024-cü il və ##.##.2025-ci il tarixlərdə cavab məktubları təqdim edilmişdir. Eyni zamanda bildirilmişdir ki, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 36.7ci bəndinə əsasən yerli banklarla onun yerli müştəriləri arasında bütün mübahisələr, habelə xarici bankların yerli filialları ilə onların yerli müştəriləri arasında bütün mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir. İddiaçıdan qeyd edilənlərin nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, SF**** saylı çıxarışdan görünür ki, iddiaçının izahatında da qeyd etdiyi kimi, onun cari borcları dəfələrlə sorğulanmışdır. Ümumilikdə borc alan haqqında 50 dəfə sorğu olunmuşdur. Eləcə də, çıxarışdan göründüyü kimi, iddiaçının kifayət qədər kredit öhdəliyi olduğu dövrdə, onun qeyd edilən kartının limiti 15.000 manatadək artırılmışdır. ##.##.2025-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan (çıxarışın dövrü ##.##.2024- ##.##.2024) görünür ki, iddiaçıya artırılmış kredit limiti üzrə 13.046,78 manat pul vəsaiti ##.##.2024-cü il tarixdə Gürcüstan Respublikası Marneuli bölgəsində yerləşən ATM-dən məxaric edilmişdir. «xxxx» şirkəti tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli SMS detallaşmasından görünür ki, ##.##.2024-##.##.2024-cü il tarixlərdə iddiaçının istifadəsində olan 070-884-22-44 mobil nömrəsinə «xxxx» ASC-dən hər hansı “sms” daxil olmamışdır. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, BRCB*******B*** nömrəli Birbank Cashback Kredit Xətti Müqaviləsinin 4.1-ci bəndinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ bank tərəfindən 2.000 manat müəyyən olunmuşdur. Həmin bənddə daha sonra göstərilmişdir ki, müştəri bu müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan banka bildirdiyi mobil nömrəsinə “sms” vasitəsilə göndərilmiş bildirişi (məlumatı) “sms”-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15.000 manat həddində, “SMS” və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, “sms” vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının ##.##.2026-cı il tarixli, *-*-**/*-****/**** saylı məktubundan görünür ki, iddiaçı İmanov Ramiz Rəhim oğlu ilə cavabdeh “xxxx” ASC-yə (bundan sonra - Bank) qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadının icrası (mütəxəssis rəyinin verilməsi) məqsədilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra - Mərkəzi Bank) ünvanlanmış ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli məktuba Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Bildirlir ki, qərardadla müəyyən edilmiş suallardan 3, 6-13-cü suallar üzrə mütəxəssis rəylərinin verilməsi mümkün olmuş (rəylər əlavə olunur), 4-5-cı suallar üzrə münasibət bildirilməsi üçün məhkəmə kompüter-texniki ekspertizasının keçirilməsi zəruri hesab edilmişdir. Bu baxımdan müvafiq ekspertiza tədbirlərinin həyata keçirilməsi üçün aidiyyəti qurumlara müraciət olunması məqsədəuyğun hesab olunur. 1 və 2-ci suallara dair mütəxəssis rəyinin verilməsi üçün əsas olacaq cari məhkəmə işi üzrə sənədlər təqdim edilmədiyindən rəyin verilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq məsələlərin obyektiv qiymətləndirilməsi və müvafiq rəyin təqdim edilə bilməsi üçün aşağıdakı sənədlərin təqdim olunması zəruridir: 1-ci sual üzrə: Əsas kredit müqaviləsi və ona ##.##.2024-cü il tarixli əlavə razılaşma, habelə həmin dövrdə qüvvədə olan Qaydanın tələblərinə əsasən mövcud müştəri üzrə gücləndirilmiş elektron imza və ya X7 tətbiq etməklə video çəkilişdən istifadəyə dair materiallar; gücləndirilmiş müştəri autentifikasiya məlumatları dedikdə, məxfiliyini qorumaq məqsədilə yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin: “bildiyi” (şifrə, PİN-kod, suallar toplusu və s.), “sahib olduğu” (mobil tətbiq, OTP, TOTP, gücləndirilmiş elektron imza, token və s.), “məxsus olan” (10 saniyəlik video çəkiliş, üz tanınması, video zəng, səs tanınması, barmaq izi və s.). Qeyd olunan əməliyyatların təsdiqlənməsi üçün OTP və ya TOTP kodunun hansı mobil nömrəyə göndərildiyi, göndərilmə vaxtı, daxil edilmə vaxtı, OTP və ya TOTP kodunun uğurla təsdiqləndiyi barədə sistem loqu və autentifikasiya nəticəsi (uğurlu/uğursuz) tələb olunur. 2-ci sual üzrə: - 2-ci sualın cavablandırılmasına, 1-ci sualla əlaqədar qeyd olunan sənədlər təqdim edildikdən sonra baxıla bilər. Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisi Elvin Cuvarovun rəyindən müəyyən olunur ki, rəyin hazırlanmasına əsas: İddiaçı İmanov Ramiz Rəhim oğlunun cavabdeh “xxxx” ASC-yə (bundan sonra - Bank) qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadının icrası (mütəxəssis rəyinin verilməsi) məqsədilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra - Mərkəzi Bank) ünvanlanmış ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli məktub, məhkəmə tərəfindən təqdim olunmuş iş üzrə sənədlər və sahə üzrə müvafiq qanunvericilik aktları olmuşdur. Rəyin hazırlanması və müəyyən edilmiş mütəxəssis barədə məlumat: Qərardadla müəyyən edilmiş 8-11-ci suallar üzrə ödəniş sistemləri və Məhsulların İnkişafı Departamentinin böyük mütəxəssisi Elvin Cuvarov müəxəssis qismində müəyyən edilmişdir. Qərardadla müəyyən edilmiş suallar üzrə rəylər: 8-ci sual - Müştərinin mobil nömrəsinə bank tərəfindən heç bir SMS daxil olmadığı, bütün OTP və təhlükəsizlik kodlarının müştəriyə aid olmayan üçüncü şəxsə göndərildiyi rəsmi sənədlərlə təsdiqlənmişdirsə, bank əməliyyatı “müştəri tərəfindən təsdiqlənmiş” kimi qəbul edilə və rəsmiləşdirilə bilərdimi? Cavab: Bank tərəfindən sms-lər, OTP və təhlükəsizlik kodlarının hamısının sistem üzrə “Destination Address” hissəsindəki *** *** ** ** mobil nömrəsinə göndərildiyi və çatdığı müşahidə olunur. Nömrəyə çatan sms-lərin müştəri tərəfindən bu və ya digər yolla 3-cü tərəfə ötürülməsə, əməliyyatlar təsdiq oluna bilməzdir. Bu əməliyyatları “müştəri tərəfindən təsdiqlənmiş” kimi qəbul etməsi normaldır, çünki “sms”-lər sistemdə təyin olunan mobil nömrəyə göndərilmişdir. 9-cu sual - Cihaz, mobil nömrə və İP ünvanı dəyişdikdə bank sistemində bu vəziyyət “risk trigger” hesab olunurmu? Cavab: Yeni cihazda qeydiyyat zamanı bütün zəruri məlumatlar (kart məlumatları, təsdiq kodları) istifadə olunub, mobil nömrə dəyişikliyi isə edilməyib. Yeni cihazdan qeydiyyatdan sonra yalnız kartın “Apple Pay”a əlavə olunması əməliyyatı icra edilib və bu əməliyyat üçün yenə də müştəriyə aid mobil nömrəyə göndərilmiş təhlükəsizlik kodundan istifadə olunub, hansı ki, həmin təhlükəsizlik kodunun özü də “risk trigger”dir. Yəni, əgər yeni cihazdan qeydiyyatdan keçildikdən sonra vəsait köçürməyə cəhd və ya digər vəsait xərclənməsi tipli əməliyyatlar icra olunsaydı, bu artıq digər növ “risk trigger”lərlə tənzimlənəcəkdi. 10-cu sual - Birbank mobil tətbiqində cihazın dəyişdirilməsi və kartın “Apple Pay”ə əlavə edilməsi zamanı bank, biometrik identifikasiya, video təsdiq, iki mərhələli autentifikasiya, risk trigger bloklaması kimi təhlükəsizlik tədbirlərini tətbiq etməlidirmi? Cavab: Cihaz dəyişdirilməsi zamanı iki mərhələli autentifikasiya kimi “sms” OTP koddan istifadə edilib. 11-ci sual. Cihaz, nömrə və İP ünvanı dəyişdikdə və “Apple Pay” əməliyyatları zamanı Mərkəzi Bankın “X7 Qaydası” və “Kredit təşkilatlan subyektləri üzrə informasiya təhlükəsizliyi minimum tələbləri” sənədinə uyğun olaraq gücləndirilmiş autentifikasiya tədbirləri və əlavə identifikasiya mexanizmləri tətbiq edilməməsi normativ tələblərə uyğundurmu? Cavab: Cihaz dəyişdirilməsi zamanı zəruri olan kart məlumatları və təsdiq kodlarının istifadəsi hazırkı “X7 Qaydası”na uyğundur. Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisi Nizami Yusifovun rəyindən müəyyən olunur ki, rəyin hazırlanmasına əsas: iddiaçı İmanov Ramiz Rəhim oğlunun cavabdeh “xxxx” ASC-yə (bundan sonra - Bank) qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadının icrası (mütəxəssis rəyinin verilməsi) məqsədilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra - Mərkəzi Bank) ünvanlanmış ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli məktub, məhkəmə tərəfindən təqdim olunmuş iş üzrə sənədlər və sahə üzrə müvafiq qanunvericilik aktları olmuşdur. Rəyin hazırlanması və müəyyən edilmiş mütəxəssis barədə məlumat: Qərardadla müəyyən edilmiş 3, 6-7 və 12-13-cü suallar üzrə Mərkəzi Bankın əməkdaşı - Bankların fəaliyyətinə nəzarət departamentinin böyük inspektoru Nizami Yusifov mütəxəssis qismində müəyyən edilmişdir. Qərardadla müəyyən edilmiş suallar üzrə rəylər: 3-cü sual - Aşkar olunmuş pozuntular hazırkı mübahisənin (hesabdan pulun üçüncü şaxs təfindən silinməsinə) yaranmasına səbəb ola bilərdimi? Cavab: Qayda pozuntusu ilə müşayət oluna biləcək kredit müqaviləsinin məsafədən yenilənməsi zamanı hesabdan pul vəsaitinin üçüncü şəxs tərəfindən silinməsinə hər hansı formada təsiri mümkün hesab olunmur. 6-cı sual - Kredit limitinin maksimal artırılması zamanı müştərinin iradəsini təsdiq edən sənədlər (elektron təsdiq, OTP/3D secure kodu, imza, hesab loqları, cihaz İD, İP ünvanlan və digər texniki məlumatlar) təqdim edilmədiyi halda əməliyyatın həqiqi istifadəçi tərəfindən aparıldığı müəyyən edilə bilərmi? Cavab: İstehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Mərkəzi Bankın İdarə Heyətinin ## ######## 2023-cü il tarixli, **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.5-ci bəndinə uyğun olaraq Mülki Məcəllənin, eləcə də “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın (Qayda) həmin dövrdə qüvvədə olan 5-ci hissəsinin tələblərinə əməl olunması nəzərdə tutulur. Belə ki, Qaydanın tələbinə əsasən ##.##.2024-cü il tarixli əlavə razılaşma mövcud müştəri üzrə gücləndirilmiş elektron imza və ya gücləndirilmiş müştəri autentikasiyası tətbiq etməklə video çəkilişlə müşayət olunmalıdır. Gücləndirilmiş müştəri autentifikasiya məlumatları dedikdə isə, məxfiliyi qorumaq məqsədilə yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin: “bildiyi” (şifrə, PİN-kod, suallar toplusu və s.), “sahib olduğu” (mobil tətbiq, OTP, TOTP, gücləndirilmiş elektron imza, token və s.), “məxsus olan” (10 saniyəlik video çəkiliş, üz tanınması, video zəng, səs tanınması, barmaq izi və s.). 7-ci sual - ##.##.2024-cü il tarixli Əlavə Razılaşmanın müştərinin fiziki və ya elektron imzası olmadan bağlanması Mərkəzi Bankın tələblərinə uyğundurmu? Cavab: Qaydanın tələblərinə əsasən əlavə razılaşma zamanı gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə X7 həyata keçirilə bilər. Qaydanın 5.13-cü bəndinə əsasən fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin X7 yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. 12-ci sual - Müştərinin banka dəfələrlə müraciətinə baxmayaraq, kredit borcunun, borcun gəlirə nisbəti 45%-i keçdiyini əsas gətirərək minimum məbləğdə kreditə mənfi cavab verildiyi halda, istirahət günü kredit limitinin maksimal məbləğdə artırılması normativ tələblərə uyğundurmu? Cavab: İstehlak kreditləri üzrə borcun gəlirə nisbəti (BGN) göstəricisi Mərkəzi Bankın ##.##.2022-ci il tarixli, **/*-* nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o, cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın 4.6-cı bəndinə əsasən tənzimlənir və bu göstərici üzrə maksimal hədd 70 (yetmiş) faiz səviyyəsində müəyyən edilmişdir. Mərkəzi Bankın tələblərinə uyğun olaraq BGN əmsalının 70% həddini keçməməsi şərti ilə, bu göstəricinin 45%-dən yuxarı olan müştərilər üzrə bankın daxili risk qiymətləndirməsi nəticəsində kreditlərin verilməsi mümkündür. 13-cü sual - Bank kredit xəttinin artırılması zamanı Mərkəzi Bankının № **/* və № **/*-* saylı qaydalarına əsasən müştərinin ödəmə qabiliyyəti qiymətləndirməlidirmi? Cavab: Mərkəzi Bankın ##.##.2023-cü il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əsasən müştərinin ödəmə qabiliyyəti qiymətləndirməlidir. Belə ki, həmin qaydanın 5.6-cı bəndinə əsasən, borcalanın depozit hesabındakı milli və ya sərbəst dönərli xarici valyutada olan pul vəsaitləri kredit tələbinin təminatı qismində çıxış etdikdə və həmin vəsait kredit məbləğinə bərabər hissədə bank tərəfindən bloklaşdırıldıqda, habelə müqavilə şərtlərinə əsasən bankın bu vəsaiti hesab sahibinin sərəncamı olmadan silmək hüququ olduğu hallar istisna olmaqla, borcalanın ödəmə qabiliyyəti kreditin təminatlı və ya təminatsız olmasından asılı olmayaraq bütün hallarda qiymətləndirilməlidir. Eyni zamanda qaydanın 5.2.1-ci yarımbəndinə uyğun olaraq, istehlak kreditləri üzrə borcalanın ödəmə qabiliyyəti aşağıdakı göstəricilər əsasında qiymətləndirilir: borcalanın borc-gəlir nisbəti (BGN), yaşı və iş təcrübəsi, kreditin məqsədi və onun ödənilməsi mənbəyi, borcalanın kredit tarixçəsi, kreditin təminata olan nisbəti (təminat mövcud olduqda), əsas gəlirləri azalması halında borcun ödənilməsinin alternativ yolları, habelə borcalanın xərclərinin səviyyəsi və kreditin ödəniş müddətində bu xərclərin artması və ya azalması ehtimalları. Mərkəzi Bankının ##.##.2022-ci il tarixli **/*-* nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası” isə kreditin verilməsi zamanı borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsini deyil, kredit riskləri üzrə aktivlərin təsnifləşdirilməsi və müvafiq ehtiyatların yaradılması prosesidir. Bakı şəhəri Səbail rayon prokurorluğunun ##.##.2025-ci il tarixli təqdimatından müəyyən olunur ki, İmanov Ramiz Rəhim oğlunun şikayəti əsasında Azərbaycan Respublikası CM-in 177.2.3.-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq istintaqı aparılır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İmanov Ramiz Rəhim oğlu cavabdeh “Kapital Bank” ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 2.000 manat limiti olan 4169 7388 6821 **** nömrəli kredit-taksit kartının limitinin ondan xəbərsiz 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatlarının qanunsuz hesab edilməsi, onun cavabdeh “xxxx” ASC-yə iddia edilən borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı İmanov Ramiz Rəhim oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.2024cü il tarixdə həyat yoldaşı İmanova Nuranə İbrahim qızı hal-hazırda yaşadıqları mənzili “bina.az” elan saytında aylıq 1.000 manat məbləğində kirayə vermək üçün elan yerləşdirmişdir. Həmin gün elanı yerləşdirəndən təxminən bir saat sonra onun telefonuna WhatsApp tətbiqi vasitəsi ilə +7 917 748 63 69 nömrəsindən zəng gəlmişdir. Zəng edən Qırğızıstandan Bakıya işləməyə gəldiyini və evi bir illik kirayə götürməyi, əvvəlcədən bir ayın pulunu ödəmək istədiyini bildirmişdir. Bu məqsədlə zəng edən şəxsə onun “xxxx” ASC-yə məxsus 5239 1517 0738 **** nömrəli debet kartının 16 rəqəmi göndərilmişdir. Bundan başqa heç bir məlumat bildirilməmişdir. Təxminən bir saata yaxın vaxtdan sonra Birbank şəxsi kabinetinə kənar müdaxilə olmuşdur. Belə ki, onun telefonuna “sms” deyil, ötəri bildiriş formasında “sizin kreditin artırılması üçün müraciətiniz təsdiqlənmişdir” məlumatı gəlmişdir. Məlumatı dəqiqləşdirmək üçün şəxsi kabinetinə daxil olmaq istədikdə ora girişinin bloklandığının şahidi olmuşdur. ##.##.2024-cü il tarixdə “xxxx” ASC-nin “196” Çağrı Mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. Çağrı Mərkəzindən ona bildirmişlər ki, kredit kartının limiti 15.000 manat təşkil edir. Ona məxsus 2.000 manat limiti olan 4169 7388 6821 **** nömrəli kredit-taksit kartının limiti ondan xəbərsiz 15.000 manata artırılmışdır (25.000-dən çox kredit öhdəliyinin olmasına baxmayaraq). Qeyd etmək istəyir ki, ona bu barədə bank tərəfindən geri zəng edilməmiş, şəxsiyyəti təsdiq edilməmiş, üz görüntüsü tələb edilməmiş, heç bir sənəd göndərilməmişdir. O, öz növbəsində onlardan şəxsi kabinetində qeydiyyatda olan bütün kartların, hesabların blok edilməsini xahiş etmişdir. Xahişi nəzərə alınaraq şəxsi kabinetində qeydiyyatda olan bütün kart və hesabları bank tərəfindən bloklanmışdır (“196” çağrı mərkəzinin məlumatına əsasən). 41-ci Polis bölməsinə təqdim etmək məqsədilə ##.##.2024-cü il tarixdə hesabdan çıxarış almaq üçün “xxxx” ASC-nin Mərkəz filialına müraciət etmiş, araşdırılması üçün lazımı məlumatları onlara da təqdim etmişdir. Bank tərəfindən ona təqdim edilən çıxarışda şəxsi kabinetində qeydiyyatda olan bütün kart və hesabların cavabdeh bank tərəfindən ##.##.2024-cü il tarixdə bloklanmasına baxmayaraq, bundan bir gün sonra yəni, ##.##.2024-cü il tarixdə bank tərəfindən ona artırılmış 13.000 manat kredit limiti vəsaitinin Gürcüstan Respublikasının Marneuli şəhərində ATM-də məxaric edildiyi məlum olmuşdur. Bank tərəfindən ona, hazırda onun banka əlavə 13.000 manat borcunun olduğu bildirilmişdir (bankın ona verdiyi çıxarışa əsasən). Banka ona heç bir kodun gəlmədiyini bildirdikdə isə ona lazımi kodların (070) 919 37 50 nömrəsinə göndərildiyini deyilmişdir. Bildirmək istəyir ki, qeyd edilən nömrə ona tamamilə yaddır. Bank tərəfindən ona məxsus 2.000 manat kredit limiti olan 4169 7388 6821 **** nömrəli kartın limitinin artırılmasının qanunsuzluğu ilə bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki: 1. Onun ümumilikdə 25.000 manat kredit öhdəliyi olduğu halda kredit kartının limiti 13.000 manata o, müraciət etmədən artırılmışdır. 2. Bu barədə onun telefonuna heç bir zəng gəlməmişdir; 3. O, heç bir link-ə daxil olmamışdır. 4. Heç bir təsdiqləmə kodu və ya digər bir əməliyyatı icra etməmişdir. 5. Özü haqqında, şəxsiyyət vəsiqəsi və ya “CVV” kodu barədə başqa şəxslərə heç bir məlumat bildirməmişdir. 6. Ona heç bir “3D” təhlükəsizlik kodu göndərilməmişdir. 7. Üz görüntüsü tələb edilməmişdir. 8. Həmçinin məhkəməyə məlum edir ki, ##.##.2024-cü il tarixdə bu barədə 41-ci Polis bölməsinə də müraciət etmişdir. Sonradan, iddiaçı İmanov Ramiz Rəhim oğlu Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus 2.000 manat limiti olan 4169 7388 6821 **** nömrəli kredit taksit kartının limitinin ondan xəbərsiz 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatlarının qanunsuz hesab edilməsi, onun cavabdeh “xxxx” ASC-yə iddia edilən borcunun silinməsi, cavabdeh “xxxx” ASC tərəfindən ona məxsus pensiya kartından bu günədək qanunsuz olaraq tutulmuş və hazırki iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəsini alanadək tutulacaq vəsaitlərin geri qaytarılması, “xxxx” ASC tərəfindən qanunsuz hərəkətlərin törədilməsi nəticəsində ona dəymiş 7.000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı İmanov Ramiz Rəhim oğlu Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, ona məxsus 2.000 manat limiti olan 4169 7388 6821 **** nömrəli kredit taksit kartının limitinin ondan xəbərsiz 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatlarının qanunsuz hesab edilməsi; onun cavabdeh “xxxx” ASC-yə iddia edilən borcunun silinməsi; cavabdeh “xxxx” ASC tərəfindən ona məxsus pensiya kartından bu günədək qanunsuz olaraq tutulmuş və hazırkı iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəsini alanadək tutulacaq vəsaitlərin geri qaytarılması; “xxxx” ASC tərəfindən qanunsuz hərəkətlərin törədilməsi nəticəsində ona dəymiş 7.000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən verilmiş ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət etməkdə məqsədi cavabdeh “xxxx” ASC-nin qanunsuz və məsuliyyətsiz fəaliyyəti nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi və iddia tələbinin həcminin artırılması barədə qərar qəbul edilməsidir. Belə ki, ##.##.2024-cü il tarixdə “xxxx” ASC-nin birbank mobil tətbiqinə icazəsiz müdaxilə olunmuş, onun məlumatı, razılığı və iştirakı olmadan kredit kartının limiti 13.000 manat artırılmış, müqavilənin dəyişməsi barədə ona heç bir xəbərdarlıq edilməmiş, təsdiq edilməmiş və bu vəsait bir neçə dəqiqə ərzində Gürcüstanda nağdlaşdırılaraq qanunsuz açılmış hesabdan çıxarılmışdır. Qeyd edir ki, ona məxsus digər kartlardakı vəsaitlərə toxunulmamış, yalnız bankın vəsaiti olan kredit limiti oğurlanmışdır. Bu əməliyyat nəticəsində aşağıdakı qanunvericilik aktlarının tələbləri kobud şəkildə pozulmuşdur: 1. Ona OTP (təsdiq kodu), “3D” təhlükəsizlik kodları və ya digər məlumat göndərilməmiş, bank tərəfindən əlaqə saxlanılmamış və təhlükəsizlik tədbirlərinə riayət edilməmişdir. Bu, aşağıdakı aktlara ziddir: - “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsi; - “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsi (35.2). 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.3-cü maddəsinə əsasən, bank kredit verərkən borcalanın ödəmə qabiliyyətini qiymətləndirməli olduğu halda, bu öhdəlik yerinə yetirilməmişdir. 3. Azərbaycan Respublikası Mərkəzi Bankının **/*-* saylı qərarı ilə təsdiqlənmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın 5.2.3-cü bəndinə zidd olaraq onun gəlir və risk səviyyəsi nəzərə alınmadan kredit verilməsi həyata keçirilmişdir. 4. Bank onun maliyyə vəziyyəti barədə məlumatlı olduğu halda (36 dəfə Azərbaycan Kredit Bürosuna sorğu göndərmişdir), bu məlumatlar əsasında hərəkət etməmişdir. Həmin sorğular müvafiq çıxarışlarla sübut olunmuşdur. 5. Bu hərəkətin özü “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə ziddir. Qeyd etmək istəyir ki, OTP kodunun göndərilmədiyi, mobil tətbiqə icazəsiz müdaxilə edildiyi və digər halları sübut edən sənədlər (“sms” çıxarışları, polis müraciətləri və mobil operator məlumatları) məhkəməyə təqdim olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı əsasında Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən “xxxx” mobil operatoruna sorğu göndərilmiş, cavab olaraq göstərilmişdir ki, onun telefonuna heç bir OTP və xəbərdarlıq göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə cavabdeh bank OTP kodlarının göndərilməsinə dair heç bir rəsmi sənəd təqdim etməmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müraciəti əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qəbul etdiyi ##.##.2024-cü il tarixli qərara əsasən (iş № *(009)-6663/2024) bankdan tələb olunan məlumatlar (hesab hərəkətləri, kamera görüntüləri və s.) ##.##.2025-ci il tarixinədək təqdim edilməmiş, yalnız kart hesabından çıxarış təqdim edilmişdir ki, bu da istintaqın obyektiv və tam aparılmasına maneə olmuşdur. Bundan əlavə, cavabdeh bankın məsuliyyətsiz münasibəti və biganə yanaşması nəticəsində məhkəmənin müvəqqəti təminat qərarı tam icra olunmamış; - ##.##.2025-ci il tarixdə 909 manat, ##.##.2025-ci il tarixdə 992 manat, ##.##.2025-ci il tarixdə 766 manat olmaqla, cəmi 2.607 manat almadığı kredit pensiyasından avtomatik tutulmuşdur. Buna baxmayaraq, hal-hazırda 2.237,20 manat faiz və əlavə aylıq ödəniş tələbi də yaranmışdır. Pensiya kartı qanunsuz olaraq bloklanmışdır. Qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 173-cü maddəsinə və “Əmək pensiyaları haqqında” Qanunun 21.4-cü maddəsinə əsasən, əmək haqqı və pensiya yalnız məhkəmə qərarı əsasında tutula bilər. Pensiyası Dövlət Sosial Müdafiə Fondu tərəfindən “xxxx” ASC vasitəsilə ödənilir və bank tərəfindən avtomatik tutulursa, bu halda ödənişlərdə gecikmə yarana bilməz. Bank daxili prosedurları uzatmaqla və müxtəlif orqanlardan daxil olan sorğulara vaxtında və tam cavab verməməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Hadisə ilə bağlı o, ##.##.2025-ci il tarixində sığorta şirkətinə bütün sənədləri təqdim etmiş, lakin bankın gecikdirməsi səbəbindən bu günədək nəticə əldə olunmamışdır. Bu, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə ziddir və 10.1-ci maddəsinə əsasən müraciətlərə 15 iş günü, əlavə araşdırma tələb edənlərə isə 30 iş günü müddətində cavab verilməlidir, qanunun 10.3-cü maddəsinə əsasən hərbi qulluqçular və ailə üzvlərinin müraciətləri 15 iş günü ərzində cavablandırılmalıdır. Nəticədə, onun zərərçəkmiş şəxs kimi hüquqları pozulmuş, gündəlik həyatı və sosial rifahı ciddi şəkildə zərər görmüş, ailə daxili gərginlik, xroniki stress və psixoloji gərginliklə üzləşmişdir. O, 7 aydan artıqdır ki, qeyri-müəyyənlik və psixoloji narahatlıq şəraitində yaşayır. “xxxx” ASC-nin rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq, ona yalnız “OTP kodunu paylaşmayın” ifadəsi ilə cavab verilmiş, rəsmi açıqlama və dəstək göstərilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Fiziki şəxs olduğu üçün ona vurulmuş mənəvi zərər tələb etmək hüququna malikdir və ona vurulmuş mənəvi zərəri 7.000 manat məbləğində qiymətləndirir. İddiaçı İmanov Ramiz Rəhim oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və tələbin həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qeyd etdiyi kimi, məhkəməyə muraciət etməsində məqsədi “xxxx” ASC-nin ona qarşı yol verdiyi qanun pozuntularını nəzərə catdırmaqdan, eləcə də, bank tərəfindən muraciət etmədiyi halda ona yazılan 13.000 manat kreditin onun tərəfindən alınmadığını sübut etməkdən ibarətdir. Belə ki, “xxxx” ASC-yə dəfələrlə muraciət etməsinə baxmayaraq, muraciətin mahiyyətinə fikir verilməmiş, ümumi və problemlə heç bir əlaqəsi olmayan sözlərlə cavablandırılmışdır. Cavabda “plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır” yazılmışdır. Hansı ki, onun müraciətində kartla bağlı belə bir sual qoyulmamışdır. Bundan başqa, “OTP” kodlarının ona gəlmədiyini bildikləri halda (bankda rəsmi şəxs ona bu kodların (070) 919 37 50 nömrəsinə göndərildiyini demişdir) “## ###### 2024-cü il tarixdə bank tərəfindən göndərilmiş “OTP” kod istifadə edilməklə “birbank” mobil tətbiqində mobil cihaz dəyişilərək qeydiyyatdan keçilmişdir. Həmçinin, plastik kart məlumatları bank tərəfindən göndərilmiş “OTP” kod istifadə edilməklə “Apple pay”ə əlavə edilmişdir” cümləsi ilə cavab verilmişdir. Nəzərə çatdırmaq istəyir ki, onun nömrəsinə daxil olan “sms” (“OTP” almamışdır) latın qrafikası ilə rus dilində yazılıb, “Apple pay” haqqında digər “sms”lər isə ard-arda 3 dəfə daxil olmuş, lakin onları icra etməmişdir. İcra etsəydi 3 dəfə eyni “sms” gəlməzdi. Onu da qeyd edir ki, həmin nömrəyə və onun nömrəsinə daxil olan və çıxan “sms”lərin, zənglərin çıxarışının verilməsinə dair Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən rəsmi olaraq müraciət edilmişdir, cavabları aldıqdan sonra məhkəməyə təqdim edəcəkdir. “xxxx” ASC-nin onun müraciətinə cavabında “## ###### 2024-cü il tarixdə isifadənizdə olan 416973********** nömrəli plastik karta 15.000 manat məbləğində limit ayrılmış və “Birbank cashback debet kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşma rəsmiləşdirilmişdir (Kimlə? Necə? Hansı qaydada?). Müştərinin istifadəsində olan mövcud hesab rəsmiləşməsi zamanı eyniləşdirmə prosesi təsdiqləndiyi üçün kredit limitinin ayrılması zamanı əlavə üztanıma prosesi keçilməmişdir.” cumləsi qeyd edilmişdir. Bununla bağlı bildirmək istəyir ki, mövcud problem “Birbank cashback debet kart” deyil, “Birkart” kredit kartında baş vermişdir. Məhkəmənin diqqətini bankın “mövcud hesab rəsmiləşməsi zamanı eyniləşdirmə prosesi təsdiqləndiyi üçün kredit limitinin ayrılması zamanı əlavə üz tanıma prosesi keçilməmişdir” cümləsinə də yönəltmək istərdi. Belə ki, hansı hesab rəsmiləşdirilməsi və hansı eyniləşdirmə prosesinin necə təsdiqləndiyi bilinmir. Baxmayaraq ki, bankın siyasətində göstərildiyi və əməkdaşlarının da tələb etdiyi üztanıma prosesi hər bir kredit müraciətlərində icra edilməlidir. Onu da qeyd edir ki, cavab məktubunda bank ona məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsini də tövsiyə edir, lakin 2024-cü ilin dekabr ayından bu günə kimi hüquq mühafizə orqanlarının qanunvericiliklə müəyyən edilmiş qaydada müraciətinə cavab verməmişdir. Nəzərə bir daha çatdırmaq istəyir ki, baxmayaraq ki, onun birbank mobil tətbiqinə müdaxilə edilmişdir (hansının ki, giriş kodunu yalnız o bilir, telefonu da üzərində olmuşdur), hesablarında və kartlarında mövcud olan debet kartında 198 manat, kredit kartında isə 400 manata yaxın vəsaitə müdaxilə edilməmiş, oğurlanmamış, yalnız naməlum müraciətlə artırılan 13.000 manat bankın pulu oğurlanmışdır. Bir məsələni də diqqətə çatdırmaq istəyir. Kredit ehtiyacı yarandığı gündən yəni, ##.##.2024-cü il tarixdən - ##.##.2024-cü il tarixədək “xxxx” ASC-yə 33 dəfə kredit müraciəti var. “Sizə sistem vermir. Öhdəliyiniz çoxdur.” cavabları alınmışdır. O, zaman isə onun öhdəliyi 18.000 manat idi. ##.##.2024-cü il tarixinə öhdəliyi 27.000 manatdan çox olanda isə ona 13.000 manat heç bir dəqiqləşdirmə aparılmadan ayrılmışdır. Nəzərə çatdırmaq istəyir ki, “xxxx” ASC-yə son kredit müraciəti sentyabr ayında, ##.##.2024-cü il tarixdə olmuş, sistem üzərindən olmuş və ona 500 manat ayırmışlar və baxmayaraq ki, bankın cavabında qeyd etdiyi mövcud hesab üzrə eyniləşdirmə aparılmışdır (yəni ehtiyac olmamalı idi), üz görüntüsü prosesi də, elektron sənəd imzalanması da həyata keçirilmişdi. Bundan başqa, “xxxx” ASC qanunsuz olaraq bu günədək, onu müraciət etmədən əlavə 11 dəfə də sorğulayıb. Baxmayaraq ki, onun məlumatlarının sorğulanması yalnız onun müsbət cavabından sonra ola bilərdi. Yuxarıda qeyd etdiklərinə sübut kimi Azərbaycan Kredit Bürosunun rəsmi sənədini təqdim edir. Məsələ ilə bağlı bir xüsusatı da diqqətə çatdırmaq istəyir. Belə ki, ##.##.2024-cü il tarixdə ona “xxxx” ASC tərəfindən 500 manatlıq kredit kartı da ayrılmışdır. Onun bundan xəbəri yoxdur. “Azərbaycan Kredit Bürosu”nun müvafiq sənədində bu öz əksini tapmışdır. “xxxx” ASC Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativ və tələbləri yerinə yetirməlidir. Bundan başqa, “xxxx” ASC ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikası Qanununun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblərini, eləcə də, Mərkəzi Bankın aşağıda təqdim etdiyi tələblərini də yerinə yetirilməli idi. Nəzərə çatdırmaq istərdi ki, həmin dövrdə onun aylıq ödənişin məbləği: 628.51 AZN + 336.86 AZN + 44.17 AZN + 21.73 AZN + 13.68 AZN + 500 AZN = 1.544,95, xalis gəlir isə AZN = 3.015 olmuşdur. (BGN = borc/gəlir x 100 %). Göründüyü kimi 50 faizdən çoxdur. Ödəmə imkanının olmadığını dəfələrlə banka bildirsə də, yuxarıda göstərilənlər barədə ona heç bir təklif edilməmiş, həmçinin məhkəmənin müvəqqəti təminat tədbirləri haqqında qərarı bank tərəfindən icra edilməmişdir. Belə ki, ona yazılan kredit tutulması 100 faiz olmaqla birbaşa pensiya kartından həyata keçirilməkdədir. Bank tərəfindən ona məxsus 2.000 manat kredit limiti olan 4169 7388 6821 **** nömrəli kartın limitinin artırılmasının qanunsuzluğu ilə bağlı diqqətə çatdırmaq istəyir ki: 1. Onun ümumilikdə ##.##.2024-cü il tarixə təqribən 27.000 manatdan çox kredit öhdəliyi olduğu halda kredit kartının limiti 13.000 manat o, müraciət etmədən artırılmışdır. 2. Bu barədə onun telefonuna heç bir zəng gəlməmişdir. 3. O, heç bir linkə daxil olmamışdır. 4. Heç bir təsdiqləmə kodu və ya digər bir əməliyyatı icra etməmişdir. 5. Özu haqqında, şəxsiyyət vəsiqəsi və ya “CVV” kodu barədə başqa şəxslərə heç bir məlumat bildirməmişdir. 6. Ona heç bir “3D” təhlükəsizlik kodu və ya “OTP” göndərilməmişdir. 7. Üz görüntüsü tələb edilməmişdir. Göründüyü kimi, onun iddia tələbi tam şəkildə əsaslıdır. Bu səbəbdən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi iddiaya etiraz ərizəsini müdafiə edərək qeyd etmişdir ki, iddiaçı ilə bank arasında “online” qaydada ##.##.2024-cü il tarixdə BRCB*******A*** saylı “Birbank cashback kredit xətti” müqaviləsi bağlanmış, kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ 2.000 manat müəyyən olunmuşdur. ##.##.2024-cü il tarixdə tərəflər arasında əlavə razılaşma bağlanaraq kredit xəttinin yeni məbləği 15.000 manat müəyyən olunmuşdur. Bundan başqa ##.##.2024-cü il tarixdə “Birbank” qeydiyyatında cihaz dəyişikliyi olmuşdur. Qeyd edilməlidir ki, “Birbank” mobil tətbiqinin qeydiyyatının digər cihaza dəyişdirilməsi üçün “Birbank” mobil tətbiqinin qeydiyyatda olduğu mobil nömrəyə göndərilən təsdiq kodu mütləq şəkildə daxil edilməklə təsdiq edilməlidir. Əks halda dəyişikliyin baş tutması mümkün deyildir. Bankdaxili yoxlama aparılarkən sözügedən kodun iddiaçı İmanov Ramiz Rəhim oğlunun istifadəsində olan və “Birbank” mobil tətbiqinin qeydiyyatda olduğu +***** *** ** ** nömrəli mobil nömrəsinə ##.##.2024-cü il tarixdə “sms” vasitəsi ilə göndərildiyi məlum olmuşdur. Nəzərə alınmalıdır ki, həmçinin həmin göndərilən “sms”in mətnində müştəriyə edilən xəbərdarlıq mətni də yer alır: “Osteregaytes telefonnix moshennikov! Sotrudnik banka ni pri kakix obstoyatelstvax ne mozhet zaprosit u vas etot kod! Budte ostorojni!”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-2.5ci maddəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan həmin Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-2.6-cı maddəsinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının **/* №-li, ## ######## 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.5-ci yarımbəndinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci hissəsinin tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının **/* №-li, ## ###### 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5.6-cı bəndinin ##.##.2025ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o, cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə X7 əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab X7 əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. Həmin Qaydanın 5.7-ci yarımbəndinə əsasən X7 dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, “OTP”, “TOTP”, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, BRCB*******B*** nömrəli “Birbank cashback kredit xətti” müqaviləsinin 4.1-ci bəndinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ bank tərəfindən 2.000 manat müəyyən olunmuşdur. Həmçinin həmin bəndə əsasən tərəflər razılığa gəlmişlər ki, müştəri, bu müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan banka bildirdiyi mobil nömrəsinə “sms” vasitəsilə göndərilmiş bildirişi (məlumatı) “sms”də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və yabankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15.000 manat həddində, “sms” və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, “sms” vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. İddiaçı İmanov Ramiz Rəhim oğlu tərəfindən “Birbank” mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, BRCB*******B*** nömrəli “Birbank cashback kredit xətti” müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq mövcud kredit xətti limitinin artımı üçün müraciət edilmiş və ##.##.2024-cü il tarixli “Birbank cashback kredit xətti/Birbank cashback debet kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilmiş və mövcud kredit xəttinin limiti 2000 AZN-dən artırılaraq kredit xəttinin yeni məbləği 15.000 AZN məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, tərəflər öz iradə ifadələrini bildirməklə aralarında bağladığı müqavilə ilə ona dəyişiklik edilməsi qaydasını və formasını müəyyən etmişlər. Həmin qaydaya əsasən isə “Birbank cashback kredit xətti/Birbank cashback debet kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşma bağlanılmaqla tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, BRCB*******B*** nömrəli “Birbank cashback kredit xətti” müqaviləsinin şərtlərinə dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, müqavilənin dəyişdirilməsi haqqında razılaşmanın bağlanılmasını tərəflər öz aralarında bağladığı müqavilə ilə ona dəyişiklik edilməsi qaydasını müəyyən edə bilərlər və belə qayda müəyyən edildiyi təqdirdə müqaviləyə dəyişiklik həmin qaydaya əsasən edilə bilər. Nəzərə alınmalıdır ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsində ödəniş xidməti istifadəçisinin ödəniş alətinə və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına münasibətdə vəzifələri müəyyən edilmişdir. Ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifələri aşağıdakılardır: - ödəniş alətindən ödəniş alətinin emissiya və istifadəsi şərtlərinə uyğun olaraq istifadə etmək; - ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etmək; - ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmaq. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, BRCB*******B*** nömrəli “Birbank cashback kredit xətti müqaviləsinin” 7.2.6-cı yarımbəndinə əsasən kart və “FİN” kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). Müqavilənin 8.2-ci yarımbəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı müştəriyə dəymiş zərərə (ziyana) görə bank məsuliyyət daşımır. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 41.3-cü maddəsinə əsasən ödəyici bu qanunun 38-ci maddəsinin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozması halında, avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə yaranan itkilərə görə tam məsuliyyət daşıyır. Həmin qanunun 41.4-cü maddəsinə əsasən ödəyicinin dələduzluğa yol verdiyi hallar istisna olmaqla, ödəyici ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi məlumatlandırdıqdan sonra itirilmiş, oğurlanmış və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilmiş ödəniş alətinin istifadəsi nəticəsində yaranan itkilərə görə məsuliyyət daşımır. Göründüyü kimi, qanunvericilikdə ödəyici onun tərəfindən bu qanunun 38-ci maddəsinin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozulması və dələduzluğa yol verildiyi hallarda avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə belə yaranan itkilərə görə tam məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan əməliyyatlar isə avtorizə edilmiş əməliyyatlardır. Belə ki, həmin əməliyyatların aparılması üçün iddiaçının istifadəsində olan +***** *** ** ** (təhlükəsizlik kodlarının göndərildiyi nömrə) nömrəli mobil nömrəyə ##.##.2024-cü il tarixdə “sms” vasitəsi ilə birdəfəlik yoxlama kodu göndərilmiş və köçürmə əməliyyatları həyata keçirilmişdir. (iş materiallarında olan çıxarış və “Azerfon”dan alınan cavablarla təsdiqlənir) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 957.3-cü maddəsinə əsasən müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 957.4-cü maddəsinə əsasən əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. İddiaçı sözügedən əməliyyatların özü tərəfindən aparılmamasını və kart hesabından pul vəsaitlərinin oğurlanmasını iddia edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, iddiaçının sərəncamına və razılığına əsasən sözügedən köçürmə əməliyyatları icra edilmiş və həmin köçürmə əməliyyatları kredit xəttindən istifadə edilərək kredit vəsaiti hesabına icra edildiyi üçün banka ödənilməmiş borcu yaranmışdır. Bu səbəbdən iddiaçının 13.000 manat vəsaitin ödəməsi öhdəliyindən azad edilməsi də qanunaziddir. Həmçinin nəzərə alınmalıdır ki, əgər sözügedən əməliyyatların iddiaçının özü tərəfindən aparılmaması, üçüncü şəxs tərəfindən aparılması öz təsdiqini tapsa belə, həmin əməliyyatların aparılması iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanılmalı olan məlumatların və kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparılmışdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyildir. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. İddiaçı onda mənəvi ziyan kimi 7.000 manat ziyanın dəydiyini bildirsə də, bu halı əsaslandıra bilməmiş, sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının banka qarşı irəli sürdüyü iddia tələbi əsassızdır və təmin edilməməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında 070-919-37-50 nömrəsinin ona məxsus olmadığını, istifadəsində 2 nömrə olduğunu, bunlardan birinin öz şəxsi nömrəsi, digərinin şirkətin ona iş üçün verdiyi nömrə olduğunu, heç kəsə şəxsiyyət vəsiqəsi ilə bağlı məlumat vermədiyini, adına yeni nömrə almadığını, dələduzluq əməli ilə adına nömrə alınaraq kartdan pul mənimsədildiyini bildirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2024-cü il tarixli əlavə razılaşmanın etibarsız hesab edilməsi, ##.##.2024-cü il tarixdə İmanov Ramiz Rəhim oğluna məxsus 2.000 manat limiti olan 4169 7388 6821 **** nömrəli kredit taksit kartının limitinin ondan xəbərsiz 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatlarının qanunsuz hesab edilməsi, İmanov Ramiz Rəhim oğlunun “xxxx” ASC-yə iddia edilən 13.000 manat borcun silinməsi, “xxxx” ASC tərəfindən İmanov Ramiz Rəhim oğluna məxsus pensiya kartından qətnamə qəbul edilən vaxtadək tutulmuş və hazırki iş üzrə məhkəmə aktı qanuni qüvvəsini alanadək tutulacaq vəsaitlərin geri qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxx” ASC-dən iddiaçı İmanov Ramiz Rəhim oğlunun xeyrinə tutulması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 21 və 21.2-ci maddələri təşkil edir ki, həmin normalara əsasən də Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmçinin zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldən çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsinin rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya X7 və video zəng ilə aparılması qaydasını müəyyən etmişdir. (5.5.2.) Bundan başqa bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılmasının rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə X7 əsasında həyata keçirilə bilmə imkanını nəzərdə tutmuş, hətta bankın bu qaydada hesabın açılmasını riskli hesab etdiyi halda, hesab X7 əsasında açıldıqda (SMS OTP kod vasitəsilə) video çəkiliş üsulunu video zəng ilə əvəz etmək üsulunu tətbiq edə bilməsi məsələsini tənzimləmişdir. X7 dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Məhkəmənin qənaətinə görə iddiaçının izahatında göstərilən özü-özlüyündə iddianın qismən əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilər. Belə ki, onun izahatında ona məxsus 2.000 manat limiti olan 4169 7388 6821 **** nömrəli kredit taksit kartının limitinin ondan xəbərsiz 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatlarının qanunsuzluğuna dair irəli sürdüyü dəlilləri işin araşdırılmış halları ilə tam uzlaşır. İşin araşdırılmış hallarından məlum olur ki, tərəflər arasında online qaydada ##.##.2024-cü il tarixdə BRCB*******A*** saylı birbank cashback kredit xətti müqaviləsi bağlanmış, kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ 2.000 manat müəyyən olunmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, ##.##.2024-cü il tarixdə tərəflər arasında əlavə razılaşma bağlanaraq kredit xəttinin yeni məbləği 15.000 manat müəyyən olunmasını iddiaçı tərəf qəbul etmir və bunu bu barədə bank tərəfindən geri zəng edilməməsi, şəxsiyyətinin təsdiq edilməməsi, üz görüntüsü tələb edilməməsi, heç bir sənəd göndərilməməsi, ümumiyyətlə belə bir niyyətinin olmaması ilə əsaslandırmışdır. Cavabdeh tərəf isə bu halı iddiaçının iradə ifadəsinə uyğun ##.##.2024-cü il tarixli Birbank cashback kredit xətti/Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilməsi kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixli Birbank cashback kredit xətti/Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilməklə mövcud kredit xəttinin limiti 2000 AZN-dən artırılaraq kredit xəttinin yeni məbləği 15.000 AZN məbləğində müəyyən olunması iddiaçı İmanov Ramiz Rəhim oğlu tərəfindən «Birbank» mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, BRCB*******B*** nömrəli Birbank Cashback Kredit Xətti Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq mövcud kredit xətti limitinin artımı üçün müraciət etməsi iddiaçının iradə ifadəsinə uyğun həyata keçirilməmişdir. Belə ki, həmin əməliyyatların aparılması üçün iddiaçının istifadəsində olan +************ (təhlükəsizlik kodlarının göndərildiyi nömrə) nömrəli mobil nömrəyə ##.##.2024-cü il tarixdə SMS vasitəsi ilə birdəfəlik yoxlama kodu göndərilməsi «xxxx» şirkəti tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli SMS detallaşmasından müəyyən edilir. Həmin sənəddən aydın görünür ki, ##.##.2024-##.##.2024cü il tarixlərdə iddiaçının istifadəsində olan *** *** ** ** mobil nömrəsinə bankdan hər hansı SMS daxil olmamışdır. Cavabdeh tərəf bu halı əksini təkzib edən tutarlı sübut təqdim etmədiyindən izahatında göstərilənləri məhkəmə mülahizə kimi qiymətləndirir. Toplanmış və tədqiq olunmuş sübutların məcmusundan göründüyü kimi, iddia ərizəsində qeyd olunan ##.##.2024-cü il tarixli Birbank cashback kredit xətti/Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilməsi kimi əməliyyat (əməliyyatlar) aparılmasında iddiaçının təşəbbüsü olmamış, özü tərəfindən aparılmamış, bununla bağlı bank tərəfindən iddiaçıya hər hansı təhlükəsizlik, yaxud təsdiqedici kod göndərilməmiş, bank tərəfindən bütün təhlükəsizlik tədbirlərinə riayət olunmamış, kart üzrə kredit limitinin artırılması iddiaçının təşəbbüsü, iradə ifadəsi, məlumatı, xəbəri, razılığı olmadan başqa şəxs (şəxslər) tərəfindən aparılmış, pul vəsaitinin iddiaçının hesabından çıxarılaraq Gürcüstan Respublikasının ərazisində ATM-dən məxaric edilməsi isə iddiaçının hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı olmamışdır. Beləliklə işin araşdırılmış halları iş üzrə iddiaçının hesabına kənardan müdaxilə olunmasını, iddiaçının bu zaman həmin müdaxilənin həyata keçirilməsi üçün hər hansı təqsirli hərəkət və ya hərəkətsizlik etməməsi, ona hər hansı OTP kodu göndərilməməsi, onun bununla bağlı başqa şəxslərlə hər hansı bilgi paylaşmaması, yönləndiricilər üzrə keçidlər etməməsi, şəxsiyyəti barədə məlumat ötürməməsi, şəxsiyyətini təsdiq edən sənədləri başqalarına təqdim etməməsi, bir sözlə iddia ərizəsində qeyd edilən hadisələrin onun iştirakı olmadan, onun iradə ifadəsinin ziddinə baş verməsini tam təsdiq edir. Məhkəmə hesab etmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh iddianın əsassız olmasına dair mötəbər və tutarlı sübutlar təqdim etməmiş, bununla bağlı öz hüquqi mövqeyini sübut edə bilməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair metodoloji rəhbərliyin tələbləri yerinə yetirilməmiş, E-bankçılıq xidmətlərindən istifadə zamanı məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üzrə zəruri tədbirlər görülməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh iddiaçıya məxsus 2.000 manat limiti olan 4169 7388 6821 **** nömrəli kredit taksit kartının limitinin 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatlarının konkret kim və ya kimlər tərəfindən həyata keçirilməsinin müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət etmək hüququndan istifadə edə bilər. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbində ##.##.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, müəyyən edilmişdir ki, həmin tarixdə tərəflər arasında müqavilə bağlanmamış, baş vermiş əməliyyatlar isə iddiaçının təşəbbüsü və razılığı olmadan müqavilə şərtləri dəyişdirilmiş, bunun da qanunsuz olması yuxarıda sadalanan əsaslandırmalardan aydın görünür. Başqa sözlə, iddiaçı tərəfin göstərdiyi ##.##.2024-cü il tarixdə, tərəflər arasında müqavilə deyil, Əlavə Razılaşma bağlandığı üçün həmin Əlavə Razılaşma etibarsız sayılmalıdır. Cavabdeh tərəfin ##.##.2024-cü il tarixli Birbank cashback kredit xətti/Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilməsi etibarsız sayılmalı və bunun da nəticəsində İmanov Ramiz Rəhim oğluna məxsus 4169 7388 6821 **** saylı kredit taksit kartından pulun məxaric edilməsi əməliyyatları qanunsuz sayılmalıdır. Həmçinin məhkəmə hesab etmişdir ki, bu qanunsuzluq nəticəsində «xxxx» ASC-yə iddia edilən 13.000 manat borc silinməli, «xxxx» ASC tərəfindən qanunsuz yaradılmış borcun tutulması İmanov Ramiz Rəhim oğluna məxsus pensiya kartına yönəldildiyindən hazırki vaxta kimi tutulmuş və hazırki məhkəmə aktı qanuni qüvvəsini alanadək tutulacaq vəsaitlər də cavabdeh tərəfindən geri qaytarılmalıdır. Bu səbəbdən iddia qismən, yəni, İmanov Ramiz Rəhim oğluna məxsus 4169 7388 6821 **** saylı kredit taksit kartından pulun məxaric edilməsi əməliyyatları qanunsuz hesab edilərək onun «xxxx» ASC-yə iddia edilən borcunun silinməsi; «xxxx» ASC tərəfindən İmanov Ramiz Rəhim oğluna məxsus pensiya kartından hazırki vaxta kimi tutulması və hazırki iş üzrə məhkəmə aktı qanuni qüvvəsini alanadək tutulacaq vəsaitlər geri ödənilməsi hissələrində əsaslıdır. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 14.2.1, 21, 21.2, 337.1, 337.2, 337.5, 389.1, 390.1, 417.1, 418.1, 746-2.5, 746-2.6-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1, 217.4, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5.1, 5.2, 5.5, 5.5.1, 5.5.2, 5.6, 5.7, 5.8, 5.9, 5.13-cü bəndlərinə, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na * nömrəli əlavənin 3.1, 3.2, 3.3, 3.4, 5.6, 6.1, 6.2, 6.3, 6.4, 6.5, 6.6-cı bəndlərinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli Qərarına, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və “Avşar Türkiyəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin *****/** nömrəli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” ASC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən iddia tələbinin qismən təmin olunması, ##.##.2024-cü il tarixli əlavə razılaşmanın etibarsız hesab olunması, ##.##.2024-cü il tarixdə İmanov Ramiz Rəhim oğluna məxsus 2.000 manat limiti olan 4169 7388 6821 **** nömrəli kredit taksit kartının limitinin ondan xəbərsiz 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatlarının qanunsuz hesab edilməsi, İmanov Ramiz Rəhim oğlunun “xxxx” ASC-yə iddia edilən 13.000 manat borcunun silinməsi, “xxxx” ASC tərəfindən İmanov Ramiz Rəhim oğluna məxsus pensiya kartından qətnamə qət edilən vaxtadək tutulmuş və hazırki iş üzrə məhkəmə aktı qanuni qüvvəsini alanadək tutulacaq vəsaitlərin geri qaytarılması hissəsində ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək öz qətnaməsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəz Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli, **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda video zəng və videoçəkiliş anlayışları fərqləndirilməklə, məsafədən bank hesabının açılması zamanı video zəng üsulunun yeni müştəriyə, video çəkilişin isə mövcud müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması zamanı tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, ##.##.2024-cü il tarixli müqavilə bağlanarkən video çəkilişin aparılması həyata keçirilməmişdir. Bank ##.##.2024-cü il tarixli müqavilə əsasında ona 15.000 manat məbləğində yeni kreditin ayrılmasını mümkün hesab etmişdir. Halbuki qaydanın 5.7-ci bəndində sadalanan müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya X7 (şəxsin dürüst müəyyənləşdirilməsi) hesab edilir. Hazırki halda isə bank tərəfindən yalnız “OTP” kodun iddiaçıya məxsus nömrəyə göndərilməsi həyata keçirilmiş, digər üz tanınması, səs tanınması, barmaq izi və s. kimi elementlərdən istifadə təmin edilməmişdir. Hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi iddia tələbinin qismən təmin edilmiş ##.##.2024-cü il tarixli əlavə razılaşmanın etibarsız hesab olunması, ##.##.2024-cü il tarixdə İmanov Ramiz Rəhim oğluna məxsus 2.000 manat limiti olan 4169 7388 6821 **** nömrəli kredit taksit kartının limitinin ondan xəbərsiz 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatlarının qanunsuz hesab edilməsi, İmanov Ramiz Rəhim oğlunun “xxxx” ASC-yə iddia edilən 13.000 manat borcunun silinməsi, “xxxx” ASC tərəfindən İmanov Ramiz Rəhim oğluna məxsus pensiya kartından qətnamə qəbul edilən vaxtadək tutulmuş və hazırki iş üzrə məhkəmə aktı qanuni qüvvəsini alanadək tutulacaq vəsaitlərin geri qaytarılması hissəsində əsassızdır və qanunsuzdur. Birinci instansiya məhkəməsi belə qənaətə gəlməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Sözügedən məhsul üzrə bağlanılmış müqaviləyə nəzər yetirilsə, müəyyən edilər ki, müqavilədə kredit şərtləri (kredit xətti məbləğinin yuxarı həddi, kredit xəttinin müddəti, illik faiz dərəcəsi, taksit və qeyri-taksit əməliyyatlarına dair məlumat, faizlərin hesablanması, ödənişlərin edilməsi forması, müddəti və s.) də öz əksini tapmışdır. Buna səbəb məhsul şərtlərinə əsasən müştəriyə təqdim edilmiş bank kartının həm debet, həm də kredit kartı kimi istifadə edilməsi imkanını yaratmaqdır. Daha sonra müştəri həmin kredit xəttindən istifadə etmək istəsə, yuxarıda qeyd olunan müqavilə şərtinə əsasən müəyyən edilmiş qaydada texnoloji vasitələrlə Banka kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) üçün banka müraciət edə və kredit xəttinin yeniləyə (kredit xəttinin limitinin artıra) bilər. Tərəflər arasında bağlanmış müqavilələrin 4.1-ci bəndlərinə əsasən müştəri bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, müştəri, bu müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan banka bildirdiyi mobil nömrəsinə “sms” vasitəsilə göndərilmiş bildirişi (məlumatı) “sms”də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra-texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə manat həddində, “sms” və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə 15.000 artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, “sms” vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-2.5-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. Həmin məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin məcəllənin 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsini şərh edilməsinə dair ## ###### 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Bu səbəbdən həmin qərarla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. İddiaçı İmanov Ramiz Rəhim oğlu “xxxx” ASC-nin mobil bank tətbiqi olan “Birbank” tətbiqindən istifadə edir. İddiaçı özünün istifadəsində olan +***** ***-**-** mobil nömrə ilə “Birbank” mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə istifadə etmişdir. Lakin ##.##.2024-cü il tarixdə onun “Birbank” qeydiyyatı başqa cihaza dəyişmişdir. Qeyd edilməlidir ki, “Birbank” mobil tətbiqinin qeydiyyatını dəyişmək üçün təsdiq kodu mütləq şəkildə qeyd edilməlidir. Əks halda dəyişikliyin baş tutmaması mümkün deyildir. Bankdaxili yoxlama aparılarkən sözügedən kodun iddiaçının +99470-884-22-44 mobil nömrəsinə ##.##.2024-cü il tarixində göndərildiyi məlum olmuşdur. Nəzərə alınmalıdır ki, “Birbank” mobil tətbiqindən qeydiyyatdan keçərkən müştəri eyniləşdirilir, eyniləşdirmə təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu ilə aparılır, daha sonra hər dəfə müştəri tətbiqə daxil olarkən paroldan/üztanıma/barmaq izindən istifadə edir. İddiaçı tərəfindən “Birbank” mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış BRCB*******B*** nömrəli ##.##.2024-cü il tarixli müqavilənin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq limit artımı üçün müraciət edilmiş və ##.##.2024-cü il tarixli “Birbank cashback kredit xətti”, “Birbank cashback debet kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmaya əsasən kredit xəttinin məbləği 15.000 AZN müəyyən olunmuşdur. Göründüyü kimi tərəflər arasında bağlanmış BRCB*******B*** nömrəli, ##.##.2024-cü il tarixli “Birbank cashback kredit xətt” müqaviləsi ilə istehlak kreditinin verilməsinin bütün şərtləri (kredit xəttinin müddəti, kredit xəttinin maksimal məbləği, illik faiz dərəcəsi və s.) müəyyən edilmişdir. Yəni həmin müqaviləyə əsasən bank müştəriyə kredit xəttini açmışdır. Sonradan müştəri tərəfindən həmin müqavilənin 4.1-ci bəndinə əsasən texnoloji vasitələrlə tərəflər arasında əlavə razılaşma imzalanaraq sadəcə həmin müqavilə ilə müəyyən edilmiş kredit şərtlərinə dəyişiklik edilərək eyniləşdirilmiş mövcud müştərisinin kredit xəttinin yeni məbləğini yeniləmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, həmin kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmanın bağlanılmasına iddiaçının iradə ifadəsi olmamış, aldadılmış və üçüncü şəxs tərəfindən həmin əməliyyatlar aparılmışdır. Nəzərə alınmalıdır ki, məhkəmə bu qənaətə gələrkən iddiaçının mülahizələrinə, onun tərəfindən aidiyyəti orqanlara müraciətlərin edilməsinə və hüquq-mühafizə orqanı tərəfindən cinayət işinin başlanılmasına əsaslanmışdır. Nəzərə alınmalıdır ki, cinayət işinin başlanılması və həmin cinayət işi üzrə araşdırmanın aparılması iddiaçının aldadılmasını, onun bu əməliyyatların aparılması zamanı məlumatının olmamasını və iradə ifadəsinin olmamasını, həmin əməliyyatların özü tərəfindən aparılmamasını təsdiq etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən cinayət işinin başlanılmasını və həmin cinayət işi üzrə araşdırmanın aparılmasını təsdiq edən sənədlər iddiaçının bildirdiklərini, yəni hadisənin olmasını, onun aldadılmasını, həmin əməliyyatların aparılmasından xəbərinin olmamasını və iradə ifadəsinin olmamasını, əməliyyatların iddiaçının özü tərəfindən aparılmamasını sübut etmir. Həmin cinayət işi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı sübut hesab edilir. Həmin cinayət işi üzrə isə qanuni qüvvəyə minmiş yekun qərar və ya məhkəmə hökmü məhkəməyə təqdim edilməyib, iş materiallarında mövcud deyildir. Həmçinin, iddiaçının mübahisələndirilən əməliyyatların aparılmasından xəbəri və iradə ifadəsi olmuşdur. Belə ki, “Birbank” mobil tətbiq vasitəsi ilə limit artımı ilə bağlı edilmiş müraciətlərə dair məlumatları əks etdirən sistemdən çıxarışdan müəyyən edilir ki, limit artımı ilə bağlı uğurlu müraciət ##.##.2024-cü il tarixdə edilmiş, yəni proses başladılmış, yekunlaşmış və buna dair “sms” vasitəsi ilə iddiaçının istifadəsində olan +99470-884-22-44 mobil nömrəyə məlumat göndərilmişdir. Bununla da kredit xəttinin məbləği 15.000 AZN müəyyən edilmiş, daha sonra isə iddiaçının istifadəsində olan +99470-884-22-44 mobil nömrəyə ##.##.2024-cü il tarixdə göndərilmiş “3D” təhlükəsizlik kodları vasitəsi aparılmış əməliyyatlar nəticəsində pul vəsaitləri köçürülmüşdür (“3D” təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarış iş materiallarına əlavə edilmişdir). Məhkəmə isə qətnamədə göstərmişdir ki, qeyd olunan əməliyyatların aparılması üçün iddiaçının istifadəsində olan +99470-884-22-44 (təhlükəsizlik kodlarının göndərildiyi nömrə) nömrəli mobil nömrəyə ##.##.2024-cü il tarixdə “sms” vasitəsilə birdəfəlik yoxlama kodu göndərilməsi “xxxx” şirkət tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli “sms” detallaşmasından müəyyən edilir. Həmin sənəddən aydın görünür ki, ##.##.2024 – ##.##.2024cü il tarixlərdə iddiaçının istifadəsində olan 070-884-22-44 mobil nömrəsinə bankdan hər hansı “sms” daxil olmamışdır. Lakin cavabdeh məhkəmənin nəzərinə çatdırır ki, müştəri zənglərinin detallaşdırılmasına dair sənədlərin başlıq hissəsində SMSMT – daxil olan “sms” başlıqlı qeyd var və 218-ci səhifədə SMSMT başlıqlı “xxxx” ASC tərəfindən saat 15:08-dən saat 16:49 aralığında həmin nömrəyə “sms” göndərilməsi müəyyən olunmaqdadır. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş kodları göndərilməsinə dair çıxarışla müqayisə etdikdə həm bankın təqdim etdiyi çıxarışda, həm də “xxxx” tərəfindən təqdim edilmiş çıxarışda aydın şəkildə “sms”lərin tarixi və göndərilməsi üst-üstə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 957.3-cü maddəsinə əsasən, müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər. Həmin Məcəllənin 957.4-cü maddəsinə əsasən, əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış BRCB*******B*** nömrəli ##.##.2022-ci il tarixli “Birbank cashback” kredi xətti müqaviləsinin 7.2.6-cı yarımbəndinə əsasən, kart və “FİN” kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). Həmin müqavilənin 8.2-ci yarımbəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir, lakin müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı müştəriyə dəymiş zərərə (ziyana) görə bank məsuliyyət daşımır. İşin faktiki hallarından və həmin halları təsdiq edən iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, sözügedən əməliyyatlar məxfi saxlanılmalı olan məlumatlardan istifadə edilməsi, təhlükəsizlik kodlarının göndərilməsi, həmin kodların təsdiq edilməsi yolu ilə, yəni bank hesab sahibinin sərəncamına əsasən aparılmışdır. İddiaçı həmin əməliyyatın onun tərəfindən aparılmamasını bildirsə də, buna dair məhkəməyə hər hansı bir subut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarını əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edir ki, əgər sözügedən əməliyyatların iddiaçının özü tərəfindən aparılmaması, üçüncü şəxs tərəfindən aparılması öz təsdiqini tapsa belə, həmin əməliyyatların aparılması iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanılmalı olan məlumatların və onun mobil nömrəsinə göndərilmiş təhlükəsizlik kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” ##.##.2002-ci il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.” Hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edilməlidir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub- olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə edilmiş təhlükəsizlik koldarının göndərilməsini təsdiq edən çıxarışlardan müəyyən edilir ki, “sms” mətnlərində təhlükəsizlik kodları, xəbərdarlıq ifadələri ilə yanaşı əməliyyatın məbləği və əməliyyatın aparıldığı platforma barədə məlumatlar da öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, həmin təhülkəsizlik kodları təsdiq edilmədiyi təqdirdə müvafiq əməliyyatların aparılması mümkün deyildir. Göründüyü kimi iddiaçı aparılan əməliyyatlar barədə məlumatlı olmuş və həmin kodlar təsdiq edildiyi üçün müvafiq əməliyyatların aparılması mümkün olmuşdur. Məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, mübahisələndirilən əməliyyatların (“birbank” mobil tətbiqinin qeydiyyatının dəyişdirilməsi, hesab üzrə sərəncam verilməsi ilə əlaqədar və s. əməliyyatların) aparılması məxfi saxlanılmalı olan məlumatların daxil edilməsi, təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu ilə mümkündür. İş materiallarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, məxfi saxlanılmalı olan məlumatlar daxil edilmiş, təhülkəsizlik kodları göndərilmiş və təsdiq edildiyi üçün əməliyyatlar uğurla həyata keçirilmişdir. İddiaçı həmin əməliyyatların onun tərəfindən aparılmamasını bildirsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, həmin əməliyyatların özü tərəfindən deyil, üçün şəxs tərəfindən aparılması halı öz təsdiqini tapsa belə, nəzərə alınmalıdır ki, bu halın baş verməsi iddiaçının təqsiri ucbatından baş vermiş olacaqdır. Belə ki, həmin məxfi saxlanılmalı olan məlumatlar və onun tərəfindən təqdim edilən və onun istifadəsində olan mobil nömrələrə “sms”lə göndərilmiş birdəfəlik təhlükəsizlik kodları yalnız iddiaçıya məlumdur, üçüncü şəxs tərəfindən daxil edilirsə, bu o, deməkdir ki, iddiaçının özü təqdim edib və ya iddiaçının özü həmin məlumatların əldə edilməsinə şərait yaratmışdır. Mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilmiş ##.##.2024-cü il tarixli “Birbank cashback” kredit xətti, “Birbank cashback” debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmaya əsasən iddiaçının istifadəsində olan kart üzrə ayrılmış kredit xəttinin məbləği 15.000 AZN müəyyən olunmuş və istifadəçinin sərəncamına verilmişdir. Bundan sonra iddiaçı tərəfindən istifadəsində olan həmin kart üzrə ayrılmış kredit xəttindən istifadə edilərək iddiaçının istifadəsində olan +99470-884-22-44 mobil nömrəyə “3D” təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu ilə köçürmə əməliyyatları aparılmışdır. Yəni iddiaçı olan müştəri tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 957.3-cü maddəsinə əsasən özünə məxsus hesaba sərəncam vermişdir. Göründüyü kimi faktiki olaraq kredit xətti Bank tərəfindən üçüncü şəxsin deyil, hazırki iş üzrə iddiaçı olan müştərinin özünə məxsus olan hesabına ayrılmış, bununla da kredit vəsaiti müştərinin sərəncamına verilmiş və müştəri tərəfindən həmin hesaba sərəncam verilməklə kredit vəsaiti hesabına köçürmə əməliyyatları icra edilmişdir. Qeyd olunanları nəzərə alaraq cavabdeh bildirir ki, əgər ##.##.2024-cü il tarixli “Birbank cashback” kredit xətti, “Birbank cashback” debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmanı etibarsız hesab edirsə, bu zaman həmin razılaşmaya əsasən iddiaçının sərəncamına verilmiş krediti vəsaiti banka iddiaçı tərəfindən qaytarılmalı idi. Belə ki, həmin pul vəsaitlərinə sərəncam iddiaçının özü tərəfindən təhlükəsizlik kodlarının təsdiq edilməsi yolu ilə verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi əqdi etibarsız hesab etmiş, lakin əqdin etibarsızlığının nəticəsi olaraq restitusiya qaydasında tərəflərin ilkin vəziyyətə qaytarılması məsələsini düzgün həll etməmişdir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin qismən – iddia tələbinin qismən təmin olunması - ##.##.2024-cü il tarixli əlavə razılaşmanın etibarsız hesab olunması, ##.##.2024-cü il tarixdə İmanov Ramiz Rəhim oğluna məxsus 2.000 manat limiti olan 4169 7388 6821 **** nömrəli kredit taksit kartının limitinin ondan xəbərsiz 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatlarının qanunsuz hesab edilməsi, İmanov Ramiz Rəhim oğlunun “xxxx” ASC-yə iddia edilən 13.000 manat borcunun silinməsi, “xxxx” ASC tərəfindən İmanov Ramiz Rəhim oğluna məxsus pensiya kartından qətnamə qət edilən vaxtadək tutulmuş və hazırki iş üzrə məhkəmə aktı qanuni qüvvəsini alanadək tutulacaq vəsaitlərin geri qaytarılması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı İmanov Ramiz Rəhim oğlu apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, cavabdehin istinad etdiyi əlavə razılaşma hüquqi sənəddir və müştərinin fiziki və ya elektron imzası ilə təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746- 2.6-cı maddəsinə əsasən, istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli, **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda yeni müştəri üçün məsafədən bank hesabının açılması, o, cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsinin rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya X7 və video zəng ilə aparılması qaydasını müəyyən etmişdir. (5.5.2.) Bundan başqa bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılmasının rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə X7 əsasında həyata keçirilə bilmə imkanını nəzərdə tutmuş, hətta bankın bu qaydada hesabın açılmasını riskli hesab etdiyi halda, hesab X7 əsasında açıldıqda (“sms” “OTP” kod vasitəsilə) video çəkiliş üsulunu video zəng ilə əvəz etmək üsulunu tətbiq edə bilməsi məsələsini tənzimləmişdir. X7 dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikası Qanununa əsasən, elektron razılaşma yalnız şəxs tərəfindən şəxsiyyətin identifikasiyası əsasında etibarlı sayılır. Cavabdehin rəsmi cavabında qeyd edilir ki, ##.##.2024-cü il tarixdə cihaz dəyişikliyi edilərək “Birbank” mobil tətbiqinə daxil olunmuş, kart “Apple pay”ə əlavə edilmişdir. Bununla o, iddiaçının haqlı olduğunu bilmədən etiraf edir. Belə ki, Azərbaycan Respublikasının müvafiq Qanunları və Mərkəzi Bankının müəyyən etdiyi qaydalar banklara müştərini dəqiq tanımaq öhdəliyi qoyur və tələb edir ki: – cihaz, nömrə və IP ünvanı dəyişdikdə, “risk trigger” xəbərdarlığı işə düşməli və bank mütləq təhlükəsizlik tədbiri tətbiq etməlidir; – müştəridən biometrik yoxlama və ya video təsdiq tələb edilməlidir. Başqa sözlə, Cihaz, məkan, İP ünvanı dəyişirsə, kartın “Apple pay”ə əlavə edilməsi varsa əməliyyat riskli hesab edilməlidir. Yəni sistem müştərini tanımırsa, bu addımlar bankın təhlükəsizlik standartlarına zidd olaraq həyata keçirilib. Yəni, bankın təhlükəsizlik sistemi riskli davranış (cihaz dəyişikliyi, IP dəyişməsi) görəndə mütləq əlavə təsdiq mexanizmi işə salmalıdı. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsi tələb edir ki, ödəniş əməliyyatlarının elektron formada məsafədən həyata keçirilməsi zamanı ödəniş xidməti təchizatçısı (bank) əməliyyatın məbləğinə və vəsait alana dinamik bağlı olan elementlərdən ibarət X7nı tətbiq etməlidir. (Ona məxsus olmayan nömrəyə göndərilən “OTP” kodu isə nəinki X7, ümumiyyətlə autentifikasiya deyil.) Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “X7nın (GMA) tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə **/* nömrəli qərarının 2.2.5-ci bəndinə əsasən, GMA tətbiq olunaraq ödəniş hesabına daxil olduqdan sonra hər hansı fəaliyyət həyata keçirilmədən aktiv saxlanılan sessiya müddəti mobil tətbiqlər üçün 5 (beş) dəqiqədən, internet bankçılıq üçün isə 30 (otuz) dəqiqədən çox olmamalıdır. 2.3-cü bəndinə əsasən, ödəniş əməliyyatının elektron formada məsafədən həyata keçirilməsi zamanı ödəniş xidməti təchizatçısı əməliyyatın məbləğinə və vəsait alana dinamik bağlı olan elementlərdən ibarət GMA-nı tətbiq etməlidir. 2.4-cü bəndinə əsasən, ödəniş terminalları vasitəsilə nağd pul vəsaitinin əldə olunması GMA tətbiq edilməklə həyata keçirilməlidir. 2.5-ci bəndinə əsasən, GMA-nın hər hansı elementi üçün ödəniş xidməti təchizatçısı tərəfindən təqdim edilən proqram təminatı istifadə olunduğu halda, ödəniş xidməti təchizatçısı müvafiq proqram təminatının kənar müdaxilələrdən qorunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının “Elektron Bankçılıq haqqında” normativ aktında qeyd edilmişdir ki, bank müştərinin maliyyə əməliyyatlarını rəqəmsal mühitdə apararkən onun identifikasiyasını və əməliyyatların təhlükəsizliyini təmin etmək üçün iki mərhələli təsdiqləmə, biometrik identifikasiya (üz tanıma və s.), cihaz və IP izləmə, davranış analizi (cihaz, zaman, məkan uyğunsuzluğu aşkar olunarsa bloklama) kimi texniki və təşkilati tədbirlər görməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.3-cü maddəsinə əsasən, bank kredit verərkən borcalanın ödəmə qabiliyyətini qiymətləndirməli olduğu halda, bu öhdəlik yerinə yetirilməmişdir. Başqa sözlə, kredit ehtiyacı yarandığı gündən yəni, ##.##.2024-cü ildən - ##.##.2024-cü ilədək onun “xxxx” ASC-yə 33 dəfə kredit müraciəti var. Sizə sistem kredit vermir. Borcun gəlirə nisbəti, öhdəliyiniz çoxdur cavabı verilmişdir. O zaman isə onun öhdəliyi 18.000 manat idi. ##.##.2024-cü il tarixinə öhdəliyi 27.000 manatdan çox olanda isə ona 13.000 manat kredit heç bir dəqiqləşdirmə aparılmadan ayrılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin **/*-* nömrəli “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə qərarının 5.2-ci bəndinə əsasən, aşağıdakı hallarda istehlak kreditləri verildiyi və ya limiti artırıldığı anda qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir: 5.2.3-cü bəndinə əsasən, aşağıdakı hallar istisna olmaqla, bu Qaydaya * nömrəli Əlavədə müəyyən edilmiş qaydada hesablanmış borcalanın və ya birgə borcalanlar qrupu üzvlərinin gəlirlərinin cəmi və borc yükü arasında fərq ölkə üzrə yaşayış minimumu göstəricisindən aşağı olduqda və/və ya bu Qaydaya * nömrəli Əlavədə (düstur) müəyyən edilmiş qaydada hesablanmış BGN (borcun gəlirə nisbəti) əmsalı 45%-dən artıq olduqda. Bu xüsusatla bağlı qeyd edir ki, həmin dövrdə iddiaçının aylıq ödənişinin məbləği 628,51 AZN + 336,86 AZN + 44,17 AZN + 21,73 AZN + 13,68 AZN + 500 AZN = 1544,95 AZN xalis gəlir isə AZN = 3015 olmuşdur. (BGN = borc/gəlir x100%) Göründüyü kimi 50 faizdən çoxdur. Azərbaycan Respublikası Mərkəzi Bankının **/* nömrəli qərarı ilə təsdiqlənmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 5.1, 5.2-ci bəndlərinə və 8.1-ci bəndinə zidd olaraq iddiaçının gəlir və risk səviyyəsi nəzərə alınmadan və heç bir əlaqə yaradılmadan, kredit rəsmiləşdirilməsi həyata keçirilmişdir. “xxxx” ASC-yə son dəfə ##.##.2024-ci il tarixdə “online” kredit müraciəti olub və ona ancaq 500 manat ayıra biləcəklərini bildirmişlər və üz görüntüsü prosesi də, elektron sənəd imzalanması da həyata keçirilmişdir. Baxmayaraq ki, bankın cavabında qeyd etdiyi mövcud hesab üzrə eyniləşdirmə aparılmışdı (yəni ehtiyac olmamalı idi). Araşdırma zamanı, “”OTP” və “3D” təhlükəsizlik kodlarının ona aid olmayan (070)- 919-37-50 nömrəsinə göndərildiyi də məlum olmuşdur (bankın əməkdaşı ilk sorğusun da bildirmişdir). Bununla bağlı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəməyə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında 070- 919-37-50 nömrəsinin ona məxsus olmadığını, istifadəsində 2 nömrə olduğunu, bunlardan birinin öz şəxsi nömrəsi, digərinin şirkətin ona iş üçün verdiyi nömrə olduğunu, heç kəsə şəxsiyyət vəsiqəsi ilə bağlı məlumat vermədiyini, adına yeni nömrə almadığını bildirmişdir. (Lakin “Azerfon” təqdim etdiyi sənədlə adına 60-dan çox nömrə olduğu müəyyən edilmişdir.) Cavabdeh qeyd edir ki, bankdaxili yoxlama aparılarkən sözügedən kodun iddiaçı İmanov Ramiz Rəhim oğlunun istifadəsində olan və “Birbank” mobil tətbiqinin qeydiyyatda olduğu +*****-***-**-** nömrəli mobil nömrəsinə ##.##.2024-cü il tarixdə “sms” vasitəsi ilə göndərildiyi məlum olmuşdur. Nəzərə alınmalıdır ki, həmçinin həmin göndərilən “sms”in mətnində müştəriyə edilən xəbərdarlıq mətni də yer alır: “Osteregaytes telefonnix moshennikov! Sotrudnik banka ni pri kakix obstoyatelstvax ne mozhet zaprosit u vas etot kod! Budte ostorojni!”. (Bu cür “sms” forması və dilinin onlarda mövcud olmamasını cavabdeh bankın baş ofisində əməkdaşlar şifahi olaraq təsdiq etmişlər.) Qeyd edir ki, onlayn kredit prosesi bir neçə mərhələdən ibarət olduğu üçün hər biri ayrı-ayrılıqda təhlükəsizlik tədbirlərinin görülməsini tələb etməli idi. “Birbank” şəxsi kabinetinə girmək üçün parolun daxil edilməsi, parol məlum olmadıqda (bunun üçün fərqli cihazdan, fərqli İP ünvanından, fərqli məkandan istifadə) etmək üçün kodlar; Kredit limitinin artırılması üçün müraciət və onun təsdiq kodları; Vəsaitin digər hesaba köçürülməsi üçün kodlar, xarici dövlətdə ATM də nağdlaşdırılması üçün əlavə “3D” təhlükəsizlik kodları və s. heç biri cavabdeh tərəfindən tədim edilmir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tələb etsə də bu kodların, parolların, “sms”lərin heç biri cavabdeh tərəfindən təqdim edilmir. Əksinə, onun xahişi əsasında Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin vəsatəti və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə “xxxx” operatoruna müraciət edilmiş və belə bir “sms”lərin ona məxsus telefon nömrəsinə göndərilmədiyi barədə rəsmi sənəd Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. Maraqlıdır ki, “Birbank” şəxsi kabinetində mövcud olan debet kartında 198 manat, kredit kartında isə 400 manata yaxın vəsaitə müdaxilə edilməmiş, oğurlanmamış, yalnız naməlum müraciətlə artırılan 13.000 manat bankın pulu oğurlanmışdır. Dəfələrlə problemlə bağlı rəhbərliklə görüş istəmiş, dəfələrlə yazılı, online və çağrı mərkəzinə müraciətləri olub. Lakin hələ də məsələnin rəhbərlik səviyyəsində araşdırıldığı cavabını verirlər. Kiminsə cinayət əməlinə görə, hər ay borc alaraq ayı tamamlamaq (rəsmən dilənmək) nə dərəcədə insan hüquqlarına uyğundur və nə vaxta qədər mənəvi təzyiq altında yaşamaq olar? Məhkəmənin diqqətini vəziyyətin həssaslığına yönəltmək istəyir. Onun başqa gəlir yeri yoxdur. O, R rütbəsində ehtiyatda olan zabitdir. İki müharibə iştirakçısı, Silahlı Qüvvələr vetranıdır. 30 il xidmət etmişdir. Bu illər ərzində bütün gücünü dövlətin məlum düşməninə qarşı mübarizə aparmağa yönəltmişdir və heç vaxt yorulmamışdır. Amma indi nə ilə mübarizə apardığını bilmir. Ödəmə imkanının olmadığını dəfələrlə banka bildirsə də, həmçinin ##.##.2025-ci il tarixindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvəqqəti təminat tədbirləri haqqında (50 faiz tutulma) qərarı olmasına baxmayaraq həmin qərar 3 ay ərzində icra olunmamış, sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müdaxiləsindən sonra icra edilmiş, lakin növbəti ayda “xxxx” ASC qərar səhvdir deyərək onun icrasını yenidən dayandırmış və qərara əlavə izah tələb etmişdir. Hətta 2025-ci ilin iyul ayında pensiyası 100 faiz olmaqla tutulmuş, tərəfindən bu qanun pozuntusu barədə dəfələrlə banka şikayət edilmiş, nəhayət şikayətindən 15 gün sonra 50 faiz geri qaytarılmışdır. Nəticə etibarı ilə 15 gün dilənçi vəziyyətində yaşamağa məcbur olmuşdur. Görəsən bu ay nə qədər tutacaqlar hissi ilə yaşamaq, əsəb sarsıntısı, sıxıntı, stress vəziyyəti hələ də davam etməkdədir. Cavabdeh isə indiyədək heç bir sübut təqdim etmədən, daxili prosedur tələb etdiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində *(***)-****/**** nömrəli qətnamədən, apellyasiya şikayəti vermişdir. Yuxarıda sadalanlara əsasən məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsi və Baki şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-in nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, üz tanıma prosedurunun aparılmamasını bank etiraf edir, iddiaçı mübahisələndirir ki, ona kod göndərilməyib. Bununla bağlı məhkəmə tərəfindən sorğu göndərilmişdir. xxxx tərəfindən verilən cavabda daxil olan sms mətni və xaric olan sms mətni yazılmışdır. İddiaçı hələ də etirazını bildirir ki, ona kod gəlməyib. 200 səhifədən çox – həmin səhifələrdə istinad da var idi ki, şəxsə - həmin nömrəyə kod göndərilib. OTP və 3D tipli kodlar – onu da məhkəməyə təqdim etmişlər. Ayrıca sübut kimi də verilmişdir. Hesab edirik ki, OTP kodlarını göndərilmişdir. Bu mütəxəssisin rəyində də var. OTP kodu kənar şəxsə verilmədən kənar şəxs tərəfindən hesabdan vəsait çıxarıla bilməz. Yalnız cihaz dəyişikliyində mümkündür. OTP kodu iddiaçının 884-22-44 nömrəsinə göndərilib. Şəxsin adına müqavilə bağlanmış, həmin müqavilədə şərtləndirir ki, gələcəkdə müqaviləyə hər hansı bir şəkildə dəyişiklik olduqda bunu OTP kod göndəriləcəkdir. Kredit məbləğinin artırılmasında görüntü proseduru olmayıb. Müqavilənin 4.1-ci bəndinə əsasən, şəxsə məxsus nömrədən banka müraciət olunur. Ona görə də nömrənin itməsinə qarşı kodlar göndərilir. Rəylərdə də görünür ki, element olmalıdır. Bir element kimi tətbiqin özünü götürlür. Tətbiqin özünə də müştəri artıq daxil olur. 232-234-cü səhifələrdə göstərilir ki, həmin tarixdə bank tərəfindən həmin nömrəyə kodlar gəlib. Məhkəmə kollegiyasının iclasında iddiaçı İmanov Ramiz Rəhim oğlu apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, xxxx mobil operatoruna onun xahişi ilə Səbail Rayon Polis İdarəsi tərəfindən sorğu göndərilmiş və orada konkret olaraq bir səhifəlik cavab gəlmişdir ki, SMS kodları daxil olmayıb. Qarşı tərəfin dediyi zənglərin detallaşması sənədi idi ki, hansı ki, həmin sənədi də o, təqdim etmişdir. Hansı antenadan hansı siqnal çıxıb, hara gedib deyə məlumat var idi. Amma bir sənəddə xxxx qeyd edib ki, bu şəxsə və bu nömrəyə heç bir sms daxil olmayıb, həmin sənədi də o, məhkəməyə təqdim etmişdir. Məsələ tək OTP kod deyil, ikipilləli autentifikasiya məsələsi var idi ki, OTP kodunun göndərilməsi cihaz dəyişikliyinə bağlı olaraq ola bilər, lakin burada bir neçə prosedur həyata keçirilməlidir. O, OTP kodunu təsdiq etmiş olsa belə ona kreditin verilməsi, rəsmiləşdirilməsi, onun başqa hesaba köçürülməsi, dəfələrlə məxaric edilməsi necə baş verib. Mütəxəssis rəyində qeyd edib ki, razılaşma rəsmi qaydada fiziki şəxs tərəfindən imza olunmalıdır və o yoxdur. Mütəxəssis qeyd edib ki, həqiqətən də yoxdur. Kreditin rəsmiləşdirilməsi – bu da başqa bir prosedur idi ki, hansı ki, üz görüntüsü olmalı idi, geri zəng olmalı idi. Bunların heç biri olmayıb. OTP kodu verildikdən sonra pulun hesabdan çıxarılması mümkün olmur. OTP kodu one-time password – birdəfəlik istifadə kodu deməkdir. Kod onun sisteminə daxil olub, sistemdə əməliyyatı təsdiq etməsi üçündür. Bundan sonra o, kreditin artırılması üçün müraciət etməlidir, daha sonra kredit rəsmiləşməlidir, bunun üçün isə geri dönüş olmalıdır. Kredit rəsmiləşdikdən sonra onun hesabına köçməlidir. O hesaba köçdükdən sonra başqa bir hesaba da köçüb. Onun nağdlaşdırılması da başqa bir prosedurdur. OTP kodu burada əsas deyil. OTP kodu ona birdəfəlik imkan verir. Əgər şər şey bu koddan asılı olsaydı, Mərkəzi Bankın bu qədər qaydası olmazdı. İdenfikasiya ilə bağlı, ikipilləli risk trigerlə bağlı qaydalar var. Məsələn hər əməliyyatdan sonra risk trigeri işləməli idi. OTP kodu ilə pul çıxartmaq mümkün deyil. O kredit limitini artırmaq üçün, banka müraciət etməlidir. Bank bunu təsdiqləməlidir. Kredit limiti 2000-dən 15000-ə qalxmalıdır. O Gürcüstana məxaric olmalıdır, oradan çıxarış olmalıdır. OTP kodunun bura heç bir aidiyyatı yoxdur. Onun kartından çıxarış olmayıb. Onun debit kartı olub. Onun kabinetinə girişdə en qədər vəsaiti olub. Onun pensiya kartı da vardır. OTP kodunu vermişdirsə nağd 400 manatı çıxarıb getsinlər. Ancaq həmin vəsait götürlməmişdir. Sırf kreditin limiti 2000-dən 15.000-ə artırılıb. Cavabdeh kodun göndərilməsini bildirsə də, o, kodun gondərilmədiyini sübut edir. Cavabdeh kodu ilkin olaraq göndərmiş, məhkəmə akında da nömrənin başqa nömrə olması göstərilmişdir. Həmin şəxsin adına 80 ədəd nömrə vardır. Ona məxsus nömrənin sonu 22 44 idi. xxxx ASC ona deyir ki, sonu 759 nömrəsinə bütün kodları göndərmişdir. O, Mərkəzi Bankda, xxxx ASC-nin baş ofisində də araşdırma aparmış, ona latın qrafikasında rus dilində “xxxx” deyə sms gəlib. xxxx ASC-nin baş ofisi də dedi ki, Azərbaycanda belə bir sms yollanılmır. Mütəxəssis rəyində deyilir ki, Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il tarixli **/* nömrəli tarixli qərarı ilə təsdiq edilmiş banklarda kredit risklərinin idarə edilməsi qaydası 8.5 bəndinə uyğun olaraq, eləcə də bank hesablarının açılması, aparılması, bağlanması qaydasının, həmin dövrdə qüvvədə olan tələbinə əməl olunması nəzərdə tutulur. Gücləndirilmiş müştəri autetifikasiyası məlumatları olmalıdır. Bildiyin şifrə, pin kod, suallar toplusu – sahib olduğu mobil tətbiq, OTP, token, gücləndirilmiş elektron imza, 10 saniyəlik video çəkiliş, üz tanıması, video zəng, səs tanıması, barmaq izi və s. tələb olunmalıdır. Əlavə razılaşma da imzalanmalıdır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs rəsmi qaydada məlumat verilmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə ərizə ilə müraciət edərək birinci instansiya məhkəməsində verdiyi izahatına əlavəsinin olmadığını, yəni işdə qeyd olunan “Nar mobile” mobil telefon nömrəsinin heç vaxt ona məxsus olmadığını, həmin operatordan başqa heç bir mobil nömrəsinin olmadığını, ##.##.2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ######## 2023-cü il tarixli 46/4№-li qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası” Bənd 8.5. İstehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci hissəsinin tələblərinə əməl edilməlidir. (münasibətlərin yarandığı zamanı qüvvədə olan redaksiya) Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli 04/2№-li qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” Bənd 5. 5.1. Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. 5.2. Müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir. 5.5. Yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; 5.5.2. rezident fiziki şəxslər üçün: 5.5.2.1. gücləndirilmiş elektron imza və video zəng ilə və ya X7 və video zəng ilə. 5.5.2.2. gücləndirilmiş elektron imza və video çəkiliş ilə (bir təqvim ayı ərzində 1000 (bir min) manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil əməliyyatlarının aparılması məqsədilə açılacaq bank hesabları üçün). 5.5-1. Bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən limitdən artıq mədaxil əməliyyatının aparılması üçün müvafiq hesab üzrə video zəng həyata keçirilməlidir. 5.6. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.6.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza; 5.6.2. aşağıdakı rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə X7 ilə: 5.6.2.1. ilk hesabını fiziki olaraq (bankın inzibati binasına yaxınlaşmaqla) açmış müştəri; 5.6.2.2. bu Qaydanın 5.5.2.1-ci yarımbəndində göstərilən qaydada hesab açmış müştəri; 5.6.2.3. bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən limiti aradan qaldırmış müştəri; 5.6.2.4. bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən qaydada hesab açmış və həmin hesab üzrə mədaxil əməliyyatlarının qalıq limiti daxilində növbəti hesab açmaq istəyən müştəri; 5.6.3. bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən qaydada hesab açmış və mədaxil əməliyyatlarına limit olmayan növbəti hesab açmaq istəyən rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya X7 və video zəng ilə. 5.6-1. Bank bu Qaydanın 5.5.2.2-ci, 5.6.1-ci və 5.6.2-ci yarımbəndlərində nəzərdə tutulan qaydada hesabın açılmasını riskli hesab edərsə, video çəkiliş üsulunu video zəng ilə əvəz edə, hesab yalnız gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. 5.7. X7 dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. 5.8. Məsafədən bank hesablarının açılması üçün video eyniləşdirməyə (video zəng və video çəkiliş) dair tələblər bu Qaydaya * nömrəli Əlavə ilə tənzimlənir. 5.9. Məsafədən bank hesabının açılması üçün bu Qaydanın tələblərinə riayət olunmalı, o cümlədən bu Qaydanın 4-cü hissəsində qeyd olunmuş sənədlər əldə edilməlidir. 5.11 Məsafədən bağlanılan bank hesabı müqaviləsinin bütün şərtlərinin müştərinin oxuya biləcəyi formada müvafiq internet resursu və ya mobil tətbiq vasitəsilə müştəriyə təqdim edilməsi və müştərinin həmin mətn üzrə razılığının alınması təmin edilir. Məsafədən bağlanan bank hesabı müqaviləsi bank tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. 5.13. Fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin X7 yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. (münasibətlərin yarandığı zamanı qüvvədə olan redaksiya) “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na * nömrəli əlavə Bənd 1. Bu Tələblər məsafədən bank hesablarının açılması zamanı rezident hüquqi şəxsin qanuni təmsilçisinin, rezident fərdi sahibkarın, rezident və qeyri-rezident fiziki şəxslərin (bundan sonra – fiziki şəxs) bu Qaydanın 5.5-ci və 5.6-cı bəndlərində göstərilən qaydada video zəng və ya video çəkiliş vasitəsilə eyniləşdirilməsinə (bundan sonra birlikdə – video eyniləşdirmə) dair tələbləri müəyyən edir. Bu Tələblərin tətbiqi üzrə biznes proseslərin və nəzarət mexanizmlərinin formalaşdırılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin və digər risklərin təhlili, effektiv tənzimlənməsi və davamlı monitorinqi təmin edilməlidir. Bənd 2. 2.1. Video eyniləşdirmə zamanı mümkün əməliyyat və digər risklər nəzərə alınaraq lazımi səviyyədə təhlükəsizlik tədbirləri görülür. 2.2. Video eyniləşdirmə prosesində fiziki şəxsin canlılığını aşkarlayan üsullar istifadə edilir. Bank saxta üz texnologiyası ilə əlaqəli risklərin qarşısını almaq üçün əlavə tədbirlər görür. 2.3. Prosesin riskli olduğu aşkar edilərsə, video eyniləşdirmə bank əməkdaşı tərəfindən təkbaşına başlanması, təsdiq edilməsi və tamamlanmasına imkan verməyəcək formada tətbiq edilir. 2.4. Bank tərəfindən video zəngə başlanmazdan əvvəl prosesin aktivliyinə dair test edilir. Test nəticələri uğursuz olduqda müvafiq yenilənmələr edilir. Prosesin aktivliyi və yetərliliyi təmin edilmədiyi halda proses başlanmır. 2.5. Bank tərəfindən video eyniləşdirmə prosesinin təhlükəsizliyi ildə ən azı iki dəfə yoxlanılır. Təhlükəsizlik pozuntularının aşkarlanması və ya baş verməsi, aidiyyəti hüquqi aktlarda dəyişikliklərin edilməsi, bankın mümkün dələduzluq və ya digər hüquq pozuntusu hallarından xəbərdar olması və video eyniləşdirmə ilə bağlı çatışmazlıqların ortaya çıxması hallarında da texnoloji inkişaf və prosesin tətbiqində qazanılan təcrübə nəzərə alınmaqla video eyniləşdirmə prosesinə yenidən baxılır və müvafiq yenilənmələr həyata keçirilir. 2.6. Video eyniləşdirmənin başlanmasından əvvəl yalnız şəxsiyyətin müəyyən edilməsi üçün etibarlı olan və mərkəzləşdirilmiş şəkildə yaradılan birdəfəlik qısa mesaj (SMS OTP) göndərilir. Göndərilən SMS OTP fiziki şəxs tərəfindən video eyniləşdirmənin aparıldığı interfeys vasitəsilə onlayn olaraq qeyd edilir. Həmin SMS OTP sistemdə uğurla təsdiqlənərsə, şəxsin mobil telefon nömrəsi təsdiq edilmiş hesab edilir. Müştəri tərəfindən interfeysə giriş gücləndirilmiş elektron imza istifadə edilməklə həyata keçirildikdə, video eyniləşdirmənin başlanmasından əvvəl SMS OTP göndərilməyə bilər. 2.7. Video eyniləşdirmədən əvvəl fiziki şəxsin video eyniləşdirmənin keçirilməsi ilə bağlı qaydalarla və müəyyən edilmiş şərtlərlə tanış edilməsi təmin edilir, habelə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fiziki şəxsin özü barəsində fərdi məlumatlarının toplanılmasına və işlənilməsinə razılığı alınır. Bənd 3. 3.1. Video zəng zamanı tətbiq edilən metod üzbəüz eyniləşdirmə metoduna (şəxsin fiziki olaraq bankın inzibati binasına yaxınlaşması zamanı tətbiq edilən metoda) bənzər və risklərin minimallaşdırılması əsasında hazırlanır. 3.2. Video zəng bu mövzuda təlimdən keçmiş bank əməkdaşı tərəfindən aparılır. 3.3. Video zəng zamanı bank əməkdaşının şəxsiyyətin eyniləşdirilməsi üçün istifadə edilə bilən sənədlərin xüsusiyyətlərini və bu sənədlər üçün tətbiq edilən etibarlı yoxlama metodlarını öyrənməsi, habelə dələduzluq və ya digər hüquq pozuntusu halları, bu Qaydanın və aidiyyəti digər hüquqi aktların tələbləri barədə məlumatlı olması təmin edilir. 3.4. Bank əməkdaşının ildə ən azı bir dəfə və ya bu Tələblərin 2.5-ci bəndinə uyğun olaraq hər bir yenilənmədən sonra video zəng prosesi, o cümlədən fərdi məlumatlar qanunvericiliyi barədə təlim keçməsi təmin edilir. Bənd 5 5.1. Video zəng zamanı ağ işıq altında vizual olaraq ayırd edilə bilən təhlükəsizlik elementlərinə, fotoşəkil və imzaya malik olan şəxsiyyəti təsdiq edən sənəd təqdim edilir. Təqdim edilən sənədin həqiqiliyinin və həmin sənəd üzrə fotoşəkil və digər məlumatların yoxlanılması üçün dövlət informasiya sisteminə sorğu göndərilir və eyniliyi yoxlanılır. 5.2. Fiziki şəxs video zəng vasitəsilə eyniləşdirildikdə, bank əməkdaşı tərəfindən fiziki şəxsin üz siması ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədini təqdim etmə anının minimum iki fotoşəkili çəkilir və saxlanılır. 5.3. Video eyniləşdirmə zamanı şəxsin üz siması ilə şəxsiyyəti təsdiq edən sənəddəki fotoşəkilin uyğunluğunun müqayisəsi aparılır. 5.4. Bank əməkdaşı təqdim edilən şəxsiyyəti təsdiq edən sənəddəki məlumatların fiziki şəxsə uyğun olduğundan əmin olur. 5.5. Video zəng zamanı fiziki şəxslə aparılan dialoq və müşahidələr nəticəsində bank əməkdaşı şəxsiyyəti təsdiq edən sənəddəki məlumatların, fiziki şəxsin proses zamanı verdiyi məlumatların və ifadə edilən niyyətin inandırıcı olduğu qənaətinə gəlir. Bu çərçivədə sosial mühəndislik, başqa bir tərəfin təzyiqi altında olan hərəkətlər və buna bənzər fırıldaqçılıq üsulları ilə əlaqəli risklər nəzərə alınır. 5.6. Video zəngin sonunda fiziki şəxsin ona göstəriləcək bank xidmətləri barədə məlumatlı olduğunu və bank müştərisi olmağa razı olduğunu şifahi təsdiq etməsi ilə proses başa çatır. Bənd 6. 6.1. Video çəkiliş bankda hesabı mövcud olan müştərilər tərəfindən məsafədən bank hesabının açılması məqsədilə aparılır. 6.2. Video çəkiliş zamanı bank müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərini və müştərinin video çəkilişini əldə edir. 6.3. Video çəkilişin müddəti ən azı 10 (on) saniyə olmalıdır. 6.4. Təqdim olunan şəkillərin və video çəkilişin müraciət edən şəxsə mənsub olduğunu avtomatik rejimdə təsdiq etmək mümkün olmadıqda, bank video zəngin edilməsi ilə bağlı müştəriyə əlavə sorğu göndərə bilər. 6.5. Təqdim edilən şəxsiyyəti təsdiq edən sənədin həqiqiliyinin və həmin sənəd üzrə məlumatların yoxlanılması üçün dövlət informasiya sisteminə sorğu göndərilir və eyniliyi yoxlanılır. 6.6. Müştərinin həqiqiliyi ona aid video çəkilişdə və şəxsiyyəti təsdiq edən sənəddə əks olunan simalar (üz cizgiləri) bir-birinə uyğun olduğu təqdirdə təsdiq olunur. 6.7. Bu Tələblərin 4.7.1-4.7.4-cü yarımbəndlərinin tələbləri müvafiq olaraq video çəkilişə də şamil olunur. (münasibətlərin yarandığı zamanı qüvvədə olan redaksiya) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi qismən təmin edildiyindən, qətnamə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, BRCB*******B*** nömrəli “Birbank Cashback Kredit Xətti” Müqaviləsinin 4.1-ci bəndinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ bank tərəfindən 2.000 manat məbləğində müəyyən olunmuşdur. Həmin bəndə əsasən, müştəri müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan banka bildirdiyi mobil nömrəsinə “sms” vasitəsilə göndərilmiş bildirişi (məlumatı) “sms”-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15.000 manat həddində, “sms” və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, “sms” vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, cavabdeh ##.##.2024-cü il tarixdə bağlanan Əlavə Razılaşma ilə tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilənin şərtlərinə dəyişiklik edilməklə mövcud kredit xəttinin limitinin 2.000 manatdan artırılaraq kredit xəttinin yeni məbləğinin 15.000 manat məbləğində müəyyən olunmasını etirazında və apellyasiya şikayətinin dəlillərində bildirsə də iddiaçı ##.##.2024-cü il tarixli Əlavə Razılaşmanın, onun həqiqi iradə ifadəsini əks etdirmədiyinə görə, etibarsız olmasını iddia edir. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilən halına görə sözügedən tarixdə tərəflər arasında aparılan əməliyyatlar zamanı Mərkəzi Bank tərəfindən təsdiq edilən və tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan Qaydalara görə müqavilə məsafədən bağlanarkən iddiaçının buna iradəsinin mövcudluğunun yoxlanılması üçün xüsusi prosedurların heç birinə riayət olunmadığı üçün iddiaçı tərəfin iradəsi ziddinə əqd tərtib edilmişdir. Məhkəmə kollegiyası apardığı araşdırma zamanı müəyyən etdiyi işin hallarına əsasən birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kollegiyaya bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır. Cavabdeh iddia tələblərinə qarşı etirazında və etirazının əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərində Əlavə Razılaşmanın iddiaçının müraciəti nəticəsində bağlanmasını, əqd bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilməsini bildirsə də, etirazının əsasları kimi apellyasiya şikayətinin dəlillərini də sübuta yetirə bilməmişdir. Araşdırma zamanı isə müəyyən olunmuşdur ki, iddia ərizəsində qeyd olunan ##.##.2024cü il tarixli Birbank cashback kredit xətti/Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilməsi kimi əməliyyatın aparılmasında iddiaçının müraciəti, təşəbbüsü olmamış, bununla bağlı cavabdeh olan bank tərəfindən iddiaçıya hər hansı təhlükəsizlik, yaxud təsdiqedici kod göndərilməmiş, bank tərəfindən bütün təhlükəsizlik tədbirlərinə riayət olunmamış, kart üzrə kredit limitinin artırılması iddiaçının təşəbbüsü, iradə ifadəsi, məlumatı, xəbəri, razılığı olmadan başqa şəxs (şəxslər) tərəfindən aparılmış, pul vəsaitinin iddiaçının hesabından çıxarılaraq Gürcüstan Respublikasının ərazisində ATM-dən məxaric edilməsi isə iddiaçının hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı olmamışdır. Kollegiya qeyd edir ki, istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə yanaşı “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci hissəsinin tələblərinə əməl edilməli olmasına dair şərt öz əksini Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ##.##.2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8-ci bəndində tapmışdır. Başqa sözlə, ##.##.2024-cü il tarixli müqavilə bağlanarkən yeni müqavilənin tərtibatına və hesabların açılmasına dair “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci hissəsinin tələbləri məcburi qüvvəyə malik olmuşdur. Belə ki, bank qeyd olunan qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. Yeni müştəri üçün məsafədən bank hesabının açılması, o, cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; rezident fiziki şəxslər üçün: gücləndirilmiş elektron imza və video zəng ilə və ya X7 və video zəng ilə. Gücləndirilmiş elektron imza və video çəkiliş ilə (bir təqvim ayı ərzində 1000 (bir min) manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil əməliyyatlarının aparılması məqsədilə açılacaq bank hesabları üçün). Qaydaların 5.5.2.2-ci yarımbəndində göstərilən limitdən artıq mədaxil əməliyyatının aparılması üçün müvafiq hesab üzrə video zəng həyata keçirilməlidir. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o, cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi isə aşağıdakı qaydada aparılır: rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza; aşağıdakı rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə X7 ilə. Bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən qaydada hesab açmış və mədaxil əməliyyatlarına limit olmayan növbəti hesab açmaq istəyən rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya X7 və video zəng ilə. Bank bu Qaydanın 5.5.2.2-ci, 5.6.1-ci və 5.6.2-ci yarımbəndlərində nəzərdə tutulan qaydada hesabın açılmasını riskli hesab edərsə, video çəkiliş üsulunu video zəng ilə əvəz edə, hesab yalnız gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. X7 dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Məsafədən bank hesabının açılması üçün bu Qaydanın tələblərinə riayət olunmalı, o cümlədən bu Qaydanın 4-cü hissəsində qeyd olunmuş sənədlər əldə edilməlidir. Məsafədən bağlanılan bank hesabı müqaviləsinin bütün şərtlərinin müştərinin oxuya biləcəyi formada müvafiq internet resursu və ya mobil tətbiq vasitəsilə müştəriyə təqdim edilməsi və müştərinin həmin mətn üzrə razılığının alınması təmin edilir. Məsafədən bağlanan bank hesabı müqaviləsi bank tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin X7 yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. Video eyniləşdirmə zamanı mümkün əməliyyat və digər risklər nəzərə alınaraq lazımi səviyyədə təhlükəsizlik tədbirləri görülür. Video eyniləşdirmə prosesində fiziki şəxsin canlılığını aşkarlayan üsullar istifadə edilir. Bank saxta üz texnologiyası ilə əlaqəli risklərin qarşısını almaq üçün əlavə tədbirlər görür. Video eyniləşdirmənin başlanmasından əvvəl yalnız şəxsiyyətin müəyyən edilməsi üçün etibarlı olan və mərkəzləşdirilmiş şəkildə yaradılan birdəfəlik qısa mesaj (SMS OTP) göndərilir. Göndərilən SMS OTP fiziki şəxs tərəfindən video eyniləşdirmənin aparıldığı interfeys vasitəsilə onlayn olaraq qeyd edilir. Həmin SMS OTP sistemdə uğurla təsdiqlənərsə, şəxsin mobil telefon nömrəsi təsdiq edilmiş hesab edilir. Müştəri tərəfindən interfeysə giriş gücləndirilmiş elektron imza istifadə edilməklə həyata keçirildikdə, video eyniləşdirmənin başlanmasından əvvəl SMS OTP göndərilməyə bilər. Video zəng zamanı bank əməkdaşının şəxsiyyətin eyniləşdirilməsi üçün istifadə edilə bilən sənədlərin xüsusiyyətlərini və bu sənədlər üçün tətbiq edilən etibarlı yoxlama metodlarını öyrənməsi, habelə dələduzluq və ya digər hüquq pozuntusu halları, bu Qaydanın və aidiyyəti digər hüquqi aktların tələbləri barədə məlumatlı olması təmin edilir. İşə apellyasiya instansiyasında baxılarkən mübahisənin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə hazırkı mübahisə ilə bağlı mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə olunaraq mütəxəsislər qarşısında 1. ##.##.2024-cü il tarixli Əlavə Razılaşma bağlanarkən “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın tələblərinə əməl edilmişdirmi? 2. Əgər əməl edilməmişdirsə “xxxx” ASC tərəfindən yol verilmiş qayda pozuntusu hansılardır? sualları da qoyulmuş, Azərbaycan Respublikasının Mərkəzi Bankının ##.##.2026cı il tarixli, *-*-**/*-****/**** saylı məktubu ilə qeyd olunan qərardadın 1 və 2-ci suallarına dair mütəxəssis rəyinin verilməsi üçün əsas olacaq cari məhkəmə işi üzrə sənədlərin təqdim edilmədiyindən rəyin verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisi Elvin Cuvarovun rəyindən görünür ki, mütəxəssis “Bank tərəfindən SMS-lər, OTP və təhlükəsizlik kodlarının hamısının sistem üzrə “Destination Address” hissəsindəki *** *** ** ** mobil nömrəsinə göndərildiyi və çatdığı müşahidə olunur. Nömrəyə çatan sms-lərin müştəri tərəfindən bu və ya digər yolla 3-cü tərəfə ötürülməsə, əməliyyatlar təsdiq oluna bilməzdir. Bu əməliyyatları “müştəri tərəfindən təsdiqlənmiş” kimi qəbul etməsi normaldır, çünki “sms”-lər sistemdə təyin olunan mobil nömrəyə göndərilmişdir. Cihaz dəyişdirilməsi zamanı iki mərhələli autentifikasiya kimi “sms” OTP koddan istifadə edilib. Cihaz dəyişdirilməsi zamanı zəruri olan kart məlumatları və təsdiq kodlarının istifadəsi hazırkı “X7 Qaydası”na uyğundur.” Mülki işdə olan «xxxx» şirkəti tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli “SMS detallaşmasından müəyyən olunur ki, ##.##.2024-##.##.2024-cü il tarixlərdə iddiaçının istifadəsində olan *** *** ** ** mobil nömrəsinə bankdan hər hansı sms daxil olmamış, yəni smslərin müştəriyə məxsus nömrəyə çatdırılması iş materialları ilə öz təsdiqini tapmır, cavabdeh tərəf isə bu halın əksini təkzib edən mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilmir. Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisi Nizami Yusifovun rəyindən müəyyən olunur ki, istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Mərkəzi Bankın İdarə Heyətinin ## ######## 2023-cü il tarixli, **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.5-ci bəndinə uyğun olaraq Mülki Məcəllənin, eləcə də “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın (Qayda) həmin dövrdə qüvvədə olan 5-ci hissəsinin tələblərinə əməl olunması nəzərdə tutulur. Belə ki, Qaydanın tələbinə əsasən ##.##.2024-cü il tarixli əlavə razılaşma mövcud müştəri üzrə gücləndirilmiş elektron imza və ya gücləndirilmiş müştəri autentikasiyası tətbiq etməklə video çəkilişlə müşayət olunmalıdır. Gücləndirilmiş müştəri autentifikasiya məlumatları dedikdə isə, məxfiliyi qorumaq məqsədilə yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin: “bildiyi” (şifrə, PİN-kod, suallar toplusu və s.), “sahib olduğu” (mobil tətbiq, OTP, TOTP, gücləndirilmiş elektron imza, token və s.), “məxsus olan” (10 saniyəlik video çəkiliş, üz tanınması, video zəng, səs tanınması, barmaq izi və s.). Qaydanın tələblərinə əsasən əlavə razılaşma zamanı gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə X7 həyata keçirilə bilər. Qaydanın 5.13-cü bəndinə əsasən fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin X7 yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. Mərkəzi Bankın ##.##.2023-cü il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əsasən müştərinin ödəmə qabiliyyəti qiymətləndirməlidir. Belə ki, həmin qaydanın 5.6-cı bəndinə əsasən, borcalanın depozit hesabındakı milli və ya sərbəst dönərli xarici valyutada olan pul vəsaitləri kredit tələbinin təminatı qismində çıxış etdikdə və həmin vəsait kredit məbləğinə bərabər hissədə bank tərəfindən bloklaşdırıldıqda, habelə müqavilə şərtlərinə əsasən bankın bu vəsaiti hesab sahibinin sərəncamı olmadan silmək hüququ olduğu hallar istisna olmaqla, borcalanın ödəmə qabiliyyəti kreditin təminatlı və ya təminatsız olmasından asılı olmayaraq bütün hallarda qiymətləndirilməlidir. Eyni zamanda qaydanın 5.2.1-ci yarımbəndinə uyğun olaraq, istehlak kreditləri üzrə borcalanın ödəmə qabiliyyəti aşağıdakı göstəricilər əsasında qiymətləndirilir: borcalanın borc-gəlir nisbəti (BGN), yaşı və iş təcrübəsi, kreditin məqsədi və onun ödənilməsi mənbəyi, borcalanın kredit tarixçəsi, kreditin təminata olan nisbəti (təminat mövcud olduqda), əsas gəlirləri azalması halında borcun ödənilməsinin alternativ yolları, habelə borcalanın xərclərinin səviyyəsi və kreditin ödəniş müddətində bu xərclərin artması və ya azalması ehtimalları. Mərkəzi Bankının ##.##.2022-ci il tarixli **/*-* nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası” isə kreditin verilməsi zamanı borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsini deyil, kredit riskləri üzrə aktivlərin təsnifləşdirilməsi və müvafiq ehtiyatların yaradılması prosesidir. Məhkəmə kollegiyası sözü gedən mütəxəssis rəylərinə hüquqi qiymət verərək qeyd edir ki, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Məhkəmə isə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPMin 64.1,64.2, 88-ci mad.) Kollegiya mütəxəssis rəyini tədqiq edərkən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ######## 2023-cü il tarixli, 46/4№-li qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın (münasibətlərin yarandığı zamanı qüvvədə olan redaksiya) 8.5-ci bəndinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci bəndinin tələblərinə əməl etməli olmasını bilən cavabdeh etirazında istinad etdiyi halları sübut etmək üçün aparılmış tədqiqat zamanı kifayət qədər vaxtı və imkanı olsa da, ##.##.2024-cü il tarixli Əlavə Razılaşma bağlanarkən “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın tələblərinə əməl etəməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə və Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəsislərinə təqdim edə bilmədiyindən qarşılarında qoyulan bankın əqd bağlanarkən öz fəaliyyətində rəhbər tutmalı olduğu qaydalara əməl etməsini yoxlamalarının mümkün olmadığını etiraf edən mütəxəsislərin tərtib etdikləri rəylərdə cavabdehin özünün sübuta yetirə bilmədiyi hərəkətlərinin mövcudluğu ilə bağlı qənaətləri ilə kollegiya razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin ##.##.2023-cü il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş Banklarda kredit risklərinin idarə edilməsi Qaydasının 8.5ci bəndinin tələbində göstərildiyi kimi, istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı bank tərəfindən Mülki Məcəlləyə və Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci hissəsinin tələblərinə əməl edilməlidir. Həmin Qaydanın 5-ci hissəsinə əsasən fiziki şəxslərə məsafədən bank hesabının açılması, o cümlədən istehlak krediti müqaviləsinin bağlanmasına dair sənədlərin rəsmiləşdirilməsi bank hesabı mövcud olan rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə X7 əsasında həyata keçirilə bilər. Həmin Qaydanın 5.13-cü bəndinə əsasən fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin X7 yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. Lakin X7 müqavilənin bağlanması, o, cümlədən sənədlərin rəsmiləşdirilməsi üçün təkbaşına çıxış edə bilmədiyindən, bu üsul bank hesabı mövcud olan müştəriyə münasibətdə video çəkiliş ilə müşayiət edilməlidir. Göründüyü kimi, sözügedən tarixdə tərəflər arasında aparılan əməliyyatlar zamanı Mərkəzi Bank tərəfindən təsdiq edilən Qaydalara görə müqavilə məsafədən bağlanarkən müştərinin buna iradəsinin mövcudluğunun yoxlanılması üçün xüsusi prosedurlarının eyni zamanda bir neçəsindən: elektron imzadan, video zəngdən və (və ya) X7ndan istifadə edilməsi nəzərdə tutulsa da bunların heç birinə riayət olunmamışdır. Nəticədə iddiaçı tərəfin iradəsi ziddinə əqd tərtib edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarında bildirildiyi kimi mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli Plenum qərarında qeyd olnur ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar