Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5994/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi X13 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və X4 qarşı sığorta məbləğinin subroqasiya qaydasında tutulması iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-702/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı (sığortaçı) İddiaçı Sığorta Şirkəti ASC-in cavabdehlər Cavabdeh1 və X5 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı" X17 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X5 qarşı subroqasiya tələbinin təmin edilinəsi barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 28 07.2014-cü il tarixdə idarə etdiyi cavabdeh X5 məxsuş “Qaz 2401" markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax-gürcüstan yolunun 21-ci kilometrində yol-nəqliyyat hadisəsi törədərək hərəkət edən "Merdedes’Benz" markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi və X6 avtomobili idarəetmə hüququ olmadan Cavabdeh1 verdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin CYP 351790 saylı X15 Protokolunda öz əksini tapmışdır. 04.08.201-cü ıl tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, "Mercedes Benz” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilə 2000 (iki min manat) manat ziyan dəymişdir PAT********** saylı sığorta müqaviləsinin 009107 saylı sığorta aktına əsasən "İddiaçı" Sığorta Şirkəti 2000 (iki min manat) manat sığorta ödənişi həyata keçirmişdir, iddiaçı hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 2000 (ıkı min manat) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və X1 iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan DYPİ-nin CYP 351790 saylı, xx.xx.2014-cü il tarixli X15 protokoluna əsasən“Qaz 2401" markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan yolunun 21-ci kilometrində yol-nəqliyyat hadisəsi törədərək hərəkət edən "MercedesBenz" markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması ilə bağlı baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151-1-ci maddəsi ilə təqsirli bilinmişdir Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən "MercedesBenz” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilə 2000 (ıkı min manat) manat ziyan dəymişdir, (qiymətin əsası texniki ekspertiza olmuşdur). İddiaçı "İddiaçı" X17 Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 009107 saylı, xx.xx.2014cu il tarixli sığorta aktına əsasən PAT********** saylı sığorta müqaviləsi üzrə sığortalı Cavabdeh1 tərəfindən xx.xx.2014-cü il tarixdə Bakı-Qazaxa-Gürcüstan yolunun 21-ci km-də törədilmiş yolnəqliyyat hadisəsində 04 08 2014-cü ıl tarixli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği kimi 2000 (iki min) manat müəyyən edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş PAT********** saylı sığorta müqaviləsinin 009107 saylı sığorta aktına əsasən "İddiaçı" Sığorta Şirkəti 2000 (iki min manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. İşdə olan xx xxxxxx 2014-cü il tarixli 3826 saylı ödəniş tapşırığına əsasən "xxxxxxxxxx” ASC tərəfindən İddiaçı" X17 Səhmdar Cəmiyyətinə 23235 (iyirmi üç min iki yüz otuz beş) manat həmin tarixdə köçürülmüşdür. Ödəniş tapşırığına əlavəsinə əsasən X14 PAT********** saylı sığorta müqaviləsi üzrə 2000 manat məbləğində sığorta ödənişi qismində verilmişdir. Şirvan şəhər 4 saylı RQİŞ tərəfindən verilmiş ƏN-İİ seriyalı 774236 nömrəli etibarnaməyə əsasən Qaz 2401" markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8 xx xxxxx 2013-cü il tarixdə nəqliyat vasitəsini idarə etmək səlahiyyətini Cavabdeh1 bir ay müddətinə 10.05 2013-cü il tarixədək etibar etmişdir.Mülki işin materiallarına əlavə edilmiş AC seriyalı İşdə olan AC seriyalı 511752 nömrəli nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən xx xxxx 2014-cü il tarixdə sığortaçı "İddiaçı” Sığorta şirkəti ASC nəqliyyat vasitəsinin sahibi (sığortalı) Cavabdeh1 ilə "Qaz 2401” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi bağlanmışdır. Sığorta müqaviləsinin qüvvədən düşmə müddəti xx.xx.2015-ci il tarixi ilə məhdudlaşdırılmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci (subroqasiya hüququ) maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (İddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108-ci maddəsinin (Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyətlə törədilmiş zərərə görə məsuliyyət) 1-ci bəndinə əsasən ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Həmin maddədə göstərilir ki, “zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə ya digər qanuni əsasla sahiblik edən fiziki şəxs və ya "hüquqi şəxsin üzərinə qoyulur”. “İcbari sığortalar haqqında" Qanunun 53.1-ci maddəsinə j əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə (əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsulyyətinin icbari sığortası, 4-cü fəsil) məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Həmin Qanunun 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbarı sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Qanunun yuxarıda göstərilən müddəalarına əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta müqaviləsini bağlamaq səlahiyyəti olan şəxs 1) avtonəqliyyat vasitəsinin mülkiyyətçisi, 2) yaxud da avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, faktiki sahibliyin hüquqi çrçəvələri da müəyyən olunur - onu icarə və ya digər əşya hüquqlarına dair müqaivlə və ya etibarnamə əsasında idarə edən, 3) digər qanuni əsaslarla istismar edən avtonəqliyyat vasitəsinin sahibi və müvafiq olaraq icbari sığorta müqaviləsinin tərəfi olan sığortalı ola bilər. Qanunun həmin müddəalarını və iş materiallarında olan Cavabdeh1 adına verilmiş və sığorta ödənişini vermək üçün əsas olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsini nəzərdən keçirdərək, məhkəmə qeyd edir kı, iddiaçı ilə Cavabdeh1 arasında mülki məsuliyyətinin icbari sığorta müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmış, həmin an üçün “Qaz 2401” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7 tərəfindən Cavabdeh1 verilmiş etibarnamənin müddəti artıq bitmiş və faktiki olaraq “Qaz 2401” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 həmin maşından qanuni əsaslarla deyil, səlahiyyətsiz istifadə edirdi. Eyni zamanda Cavabdeh1 səlahiyyəti olmadan “İddiaçı" Sığorta Şirkəti ASC ilə icbari sığorta müqaviləsini bağlamışdır, “İddiaçı" Sığorta Şirkəti ASC tərəfindən E. Ramazanovun həmin müqavilənin bağlanmasına dair səlahiyyəti olub-olmaması müəyyən edilməmiş icbarı sığorta müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 360.1-ci maddəsinə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Mülki Məcəllənin 360.2-ci maddəsinə görə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Qanunun həmin maddəsinə əsasən Cavabdeh1 İddiaçı Sığorta Şirkəti ASC ilə icbari sığorta müqaviləsinin səlahiyyətsiz olaraq bağlanmasını digər Cavabdeh2 tərəfindən bəyənilsəydi, o halda onun üçün, həmçinin də Cavabdeh1 mülki hüquq və vəzifələri yaradılardı, o cümlədən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişinin subroqasiya qaydasında tələb etmək hüququ da yaranardı. Lakın xx.xx.2014-cü ıl tarixdə Cavabdeh1 idarə etdiyi cavabdeh X5 məxsus “Qaz 2401" markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-gürcüstan yolunun 21-ci kilometrində | Cavabdeh1 tərəfindən yol-nəqliyyat hadisəsi törədilməsi nəticəsində baş vermiş hadisədən sonra Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə edilməsi məlum olsa da, cavabdeh X2 şirkəti tərəfindən cəlb edilməmiş, sığorta hadisəsi barədə xəbərdar olunmamış, onun mülkiyyətində olan avtomobil barəsində icbari sığorta müqaviləsinin bağlanmasını bəyənməmişdir. Yuxarıda göstərilən mülki qanunvericiliyinin normalarını nəzərə alaraq məhkəmə hesab edir kı, İddiaçı Sığorta Şirkəti ASC İstər Cavabdeh1, istərsə də X3 verilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb etmək hüququ üçün əsas yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, nəticədə Cavabdeh1 səlahiyyətsiz idarə edilməsi müəyyən olunsa da, “İddiaçı" Sığorta Şirkəti ASC sığorta ödənişi həyata keçirilmişdir. Bu halda Azərbaycan Respublikası Mülki Məcəllənin 360-cı maddəsinin müddəalarını nəzərə alaraq iddiaçı “İddiaçı" Sığorta Şirkəti ASC həmin sığorta ödənişinin qaytarılması uçun əqdın icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır və onunla ayrıca iddia ərizəsi ilə Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. İddiaçının hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Sığorta Şirkəti ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5994/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5994/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver