Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5997/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Oğluna qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1425/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda əks olunan izahatında İddiaçı bildirmişdir ki, Vüsal ondan aralarında olan münasibətə görə borca pul istəmişdir. O da Vüsala etibar edib Yasamal rayonu, İnşaatçılar metrosunun arxasında 2023-cü ilin fevral ayında 2.500 manat borca pul vermişdir. Vüsal 10-15 günə borca aldığı pulu qaytaracağını demişdir. Bundan sonra Vüsaldan pulunu geri istədikdə, Vüsal pulu olmamasını deyib ondan əlavə olaraq yenə 2.500 manat borca pul istəmiş, həmin ayın axırı ümumilikdə 5.000 manat pulu qaytaracağını demişdir. Sonra evdə olan zaman özünə məxsus kart vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Vüsalın kartına əlavə 2.500 manat pul köçürmüşdür. Həmin gün Vüsal verdiyi 5.000 manat pulun 1000 manatını geri kartına qaytarmışdır. İddiaçı həmçinin cavabdehin vasitəsilə tanış olduğu digər şəxslərə (Züleyxa, Lamiyə, İlona və qeyriləri) borc qismində verilmiş məbləğlərin qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir.
2. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda əks olunan izahatında Cavabdeh bildirmişdir ki, ... Tərlan borca yox amma faizə pul tapa biləcəyi demişdir. O da Tərlanla razılaşmışdır. Bundan sonra Tərlan ilkin olaraq ona 1800 man pul vermiş və üzərində ondan faiz olaraq 300 manat pul istəmişdir. Bundan sonra yenidən Tərlandan 1000 manat da əlavə olaraq borc almışdır. İddiaçı ona ümumilikdə 2800 manat borc olaraq pul verməsini, həmin pulun 2300 manatını qaytarmasını, Tərlana 500 manat borcunun qalmasını qeyd etmişdir.
3. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə əsasən iddiaçı tərəfindən cavabdehə məxsus bank kartları hesablarına ümumilikdə 8.390 manat məbləğində pul köçürülmüşdür.
4. Bank hesabından çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus bank kartı hesabına xx.xx.2023-cü il tarixində 1.500 manat məbləğində vəsait köçürülmüşdür.
5. İddiaçı tərəfindən təqdim edilmiş “Whatsapp” sosial şəbəkəsində yazışmalardan müəyyən edilir ki, tərəflər arasında iddiaçı tərəfindən cavabdehdən əlavə Lamiyə, İlona, “Zuzu” adlı şəxslərə verilmiş borc məbləğlərinin qaytarılması müzakirə edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2023-cü ilin mart ayında taksi fəaliyyəti ilə məşğul olan zaman Vüsal adlı müştəri avtomobilinə əyləşmiş və onlar arasında səmimi söhbət yaranmışdır. İddiaçı müştərini sifariş etdiyi ünvana düşürəndə o, ona tanış qız dostları olmasını bildirərək həmin qızlara taksilik edə biləcəyini demişdir. İddiaçı da Vüsalla razılaşmışdır. Bundan sonra qızların telefon nömrələrini iddiaçıya göndərmişdir. İddiaçı həmin qızları gözəllik salolnları, restoran və otellərə aparmağa başlamışdır. Bir müddət sonra cavabdeh aralarında olan səmimi münasibətdən və ona etibar etməyindən sui-istifadə edərək pullar almağa başlamışdır. İddiaçı də ona etibar edib 2023-cü ilin mart ayında müxtəlif vaxtlarda müxtəlif ödəmə terminallarından Vüsal istədikcə onun adına olan son səkkiz rəqəmi 64480571 nömrəli Leobank kartına və onun adına olan son səkkiz rəqəmi 21964352 nömrəli Unibank debet kartına ümumilikdə 8.390 manat borc pul göndərmişdir. Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək həmin pulları qısa müddət ərzində qaytaracağını vəd verməklə iddiaçını aldatmış, iddiaçıya olan borcunu bu günə qədər qaytarmaqdan imtina etmişdir. Hətta açıq aşkar telefon danışıqları və yazışmalarında bildirmişdir ki, “sənə pul qaytarmayacam, get əlindən nə gəlir elə, ver məhkəməyə, dəvədən böyük fil var, fildən böyük zoparkın yiyəsi var”. Bununla da Vüsal heç kimdən çəkinmədiyini, qanun tanımadığını və pulları mənimsəyəcəyini aşkar surətdə göstərməyə çalışmışdır. Vüsalın bu hərəkətlərindən sonra başqa çıxış yolum olmadığından iddiaçı xx.xx.2023-cü il tarixdə hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmək qərarına gəldi. Xətai RPİ-nin 37-ci Polis bölməsinə göndərdiyi şikayət ərizəsi əsasında təhqiqatçı, polis kapitanı X2 araşdırma apararaq Cavabdeh izahatını almışdır. 37-ci polis bölməsində Cavabdeh verdiyi izahatında iddiaçıdan borca pul almasını etiraf etmişdir. Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı Kamran Əhmədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 avqust 2023-cü il tarixli qərarı ilə Cavabdeh məndən borc pul alması, müəyyən səbəblərdən həmin pulu qaytara bilməyərək araralarında bağlanmış şifahi müqaviləni pozaraq öz üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etməməsi faktı öz təsdiqini taparaq sübuta yetirilmişdir. Həmin qərarla Cavabdeh əməllərində cinayət əlamətlərini işarə edən dəlillər olmadığından tərəflər arasında borc öhdəlik münasibətlərinin olması səbəbinidən həmin münasibətin mülki xarakterli olması nəzərə alınaraq iddiaçıya mülki qaydada müraciət olunması tövsiyyə edilmişdir.
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1425/2024 nömrəli qətnaməsi ilə (hakim N.X.Nəbizadə) iddia qismən təmin edilmiş, 2.290 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 42,90 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının sözlərinə görə o, cavabdehə 2.500 manat nəğd (*2023-cü ilin fevral ayında), 2.500 manat karta köçürmə yolu ilə (*xx.xx.2023cü il tarixdə), cəmi 5.000 manat məbləğində pul vermiş, həmin puldan 1.000 manat məbləğində pulu cavabdeh ona həmin gün qaytarmışdır. Buna baxmayaraq, iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi qəbzlərdən görünür ki, iddiaçı cavabdehə 8.390 manat məbləğində borc verdiyini əsaslandırmaq məqsədilə aşağıdakı qəbzləri təqdim etmişdir: xx.xx.2023-cü il, 04:14 – 500 manat; xx.xx.2023-cü il, 02:48 – 250 manat; xx.xx.2023-cü il, 06:07 – 200 manat; (*gün oxunmur).03.2023-cü il, 05:24 – 800 manat; xx.xx.2023-cü il, 00:11 – 2.500 manat; xx.xx.2024-cü il, 19:27 – 2.500 manat; (*tarix oxunmur) – 700 manat; (*tarix oxunmur) – 940 manat. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdə olan məlumatlarla iddiaçının polis idarəsində veridiyi izahatda göstərilmiş məlumatlar arasında kəskin ziddiyyət mövcuddur və həmin ziddiyyət ağlabatan mühakiməyə tabe olmur.
10. Məhkəmənin sorğusuna əsasən “X3” Açıq Səhmdar Cəmiyyəti tərəfindən, eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2023-cü ilin mart ayında 1.710 manat məbləğində pul köçürülmüşdür.
11. Beləliklə, iş materiallarından göründüyü kimi, Cavabdeh İddiaçı borc aldlğını inkar etmir, mübahisələndirilən hal yalnız alınan borcun məbləğidir. Cavabdeh bildirir ki, iddiaçıdan 2.800 manat məbləğində pul almış, onun 2.300 manatını qaytarmışdır. Bununla yanaşı o, məhkəməyə iddiaçı tərəfindən ondan 4.000 manatın tələb edilməsi ilə bağlı göndərilmiş messajı təqdim etmiş, iddiaçı həmin messajın onun tərəfindən göndərildiyini qəbul etmiş və bildirmişdir ki, əlində yalnız 4.000 manata dair qəbzlər olduğuna görə məhz həmin məbləği cavabdehdən tələb etmişdir. Halbuki, iddiaçı hüquq mühafizə orqanlarına müraciəti zamanı da cavabdehin borcunun məhz 4.000 manat olduğunu göstərmiş və bu qanuni qüvvəsini almış qərarda əksini tapmışdır.
12. Məhkəmə iddiaçının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarda əksini tapmış izahatını və cavabdehin ona 1.710 manat məbləğində pul ödəməsinə dair iş materiallarında olan sübutları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 2.290 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 82.4, 119.1ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən çəkişmə prinsipinə zidd olaraq sübutları birtərəfli araşdırmış, yalnız cavabdehin xeyrinə olan sübut növünü yəni ödəməni qəbul etmiş, iddiaçının cavabdehə pul köçürməsini qəbul etməmişdir. Hər iki hal eyni sənədlə sübut olunsa da məhkəmə yalnız cavabdehin xeyrinə olan sübutu qəbul edərək ona istinad etmişdir. Bu halı təsdiq edən dəlillər məhkəmənin sorğusu əsasında əldə olunmuşdur. Məhkəmənin qətnaməsində eyni sübut növünün cavabdehə münasibətdə qəbul edilməsi, iddiaçıya münasibətdə qəbul edilməməsi ədalət mühakiməsinin tərəflərin bərabərliyi əsasında həyata keçirilməsinə ziddir, bu isə maddi hüquq normasının pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərdə olan köçürmələrin cavabdehə ödənilməsini məhkəmənin sorğu əsasında əldə etdiyi sənədlərlə təsdiq edilməsini məhkəmə sübut kimi qəbul etməmiş, lakin cavabdehin iddiaçıya etdiyi pul köçürməsini məhkəmənin sorğu əsasında əldə etdiyi eyni sənədlə təsdiq edilməsini məhkəmə sübut kimi qəbul etmişdir. İddiaçının cavabdehin kart hesabına pul köçürməsini təsdiq edən iddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzlərində olan məbləğ, gün, saat, dəqiqə və saniyə məhkəmənin sorğusuna əsasən “X3” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş sənədlərdə olan pul köçürmələrinin məbləğ, gün, saat, dəqiqə və saniyə məlumatları ilə üst-üstə düşür. Lakin məhkəmə qətnamə qəbul edərkən ümumiyyətlə bu halı araşdırmamış, heç bir hüquqi qiymət verməmiş, iddiaçının xeyrinə olan sübutu görməzdən gəlmişdir. Məhkəmənin sorğusuna əsasən “X3” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə müəyyən edilniş iş üçün əhəmiyyəti olan iddiaçının cavabdehin kart hesabına pul köçürməsi və bu pul köçürməsinin məhkəməyə təqdim edilmiş qəbzlərlə təsdiq edilməsi halını inkar edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmənin sübut kimi qəbul etdiyi sorğu əsasında əldə edilən bank məlumatında cavabdehin və iddiaçının ödəmələri açıq aydın görünür. Lakin məhkəmə nədənsə bu sübutda qeyd edilən işin hallarına birtərəfli yanaşaraq iddiaçının cavabdehə ödənişlərini araşdırmayaraq sübut kimi qəbul etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdilər. İddiaçı ona verilən suallara cavab olaraq bildirdi ki, digər şəxslərə pulu cavabdehin vasitəsilə verirdi. Onların hər birinə aid sübutları var.
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia qismən təmin edildiyindən və iddiaçı apellyasiya şikayətində qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. İşdən müəyyən olunur ki, tərəflər arasında borc münasibətləri olmuşdur. İddiaçının bildirdiyinə görə, cavabdehə 8.390 manat məbləğində borc vermiş və bunu təsdiq edən qəbzləri məhkəməyə təqdim etmişdir.
25. Lakin iddiaçı polis orqanlarına müraciət edərkən bildirmişdir ki, o, cavabdehə 2.500 manat nağd, 2.500 manat isə xx.xx.2023-cü il tarixində kart hesabına köçürmə yolu ilə, cəmi 5.000 manat məbləğində borc pul vermiş, həmin gün cavabdeh tərəfindən 1.000 manat qaytarılmışdır. Cavabdeh isə iddiaçıdan 2.800 manat məbləğində borc aldığını, həmin pulun 2300 manatını qaytardığını bildirmişdir.
26. İddiaçı tərəf birinci instansiya məhkəməsində işə baxılarkən bildirmişdir ki, polis orqanlarına müraciət edərkən ödəniş qəbzlərinin bir qismi iddiaçıda olmadığı üçün 4.000 manat məbləğində borcun olduğu bildirilmişdir. Sonradan mobil telefonda olan digər qəbzlər proqram vasitəsilə bərpa edilmiş və məhkəməyə təqdim edilmişdir.
27. İş materiallarından həmçinin müəyyən edir ki, iddiaçı işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, SMS vasitəsilə də cavabdehdən 4.000 manat məbləğində borcu tələb etmişdir (iş s.109).
28. O da qeyd edilməlidir ki, iddiaçının vəkili və nümayəndəsi məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, cavabdehə 2.500 manat məbləğində nağd verilmiş pulun mübahisəsini aparmırlar, cavabdehin bank kartları hesablarına köçürülmüş məbləğləri ondan tələb edirlər (iş s.165).
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin bildirdikləri nəzərə alındıqda müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehin bank kartı hesabına xx.xx.2023-cü il tarixdə 2.500 manat məbləğində vəsait köçürülmüşdür. İddiaçı cavabdeh tərəfindən həmin gün ona 1.000 manat qaytarıldığını bildirsə də, işdə olan sənədlərlə müəyyən edilir ki, həmin gün cavabdeh tərəfindən iddiaçıya 1.500 manat məbləğində pul qaytarılmışdır (iş s.165).
30. İddiaçı tərəf cavabdehin hesabına ümumilikdə 8.390 manat məbləğində pul köçürülməsinə istinad edərək həmin məbləğin sonuncuya borc verildiyini iddia etsə də, məhkəmə kollegiyası tərəflər arasında olan “Whatsapp” sosial şəbəkəsində yazışmalardan, iddiaçının apellyasiya qaydasında işə baxılarkən məhkəmə iclasında bildirdiklərindən belə nəticəyə gəlir ki, qeyd olunan məbləğin 2.500 manatdan əlavə olan hissəsi cavabdeh vasitəsilə digər şəxslərə verilən borc məbləğləri olmuşdur.
31. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğ 2.290 manat məbləğində olmuşdur və cavabdeh həmin qətnaməni mübahisələndirməmişdir. İddiaçı tərəfindən cavabdehin bank hesabına borc qismində köçürülən məbləğ (xx.xx.2023-cü il tarixində 2.500 manat), cavabdeh tərəfindən həmin gün iddiaçının hesabına köçürülən məbləğ (1.500 manat) nəzərə alınsa, cavabdehin iddiaçıya ödənilməyən borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən qət edilən məbləğdən aşağıdır.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1425/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: