Məhkəmə qərarları › İş №2(103)-60/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-60/2025

12.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-60/2025 12.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi, Maraqlı şəxs, X15 və X12 cəlb edilməklə Cavabdehnə qarşı "hərracın və hərrac nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi" (Açar sözlər: “hərracın nəticələrinin etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X7 ibarət tərkibdə, Nuri Bəsti Qurban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15 və X8 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-237/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X15 və X12 cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın və hərrac nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin sifarişi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra vərəqi və Nəsimi Rayon Məhkəməsinin 8(006)-193/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərardadı əsasında, "X20” MMC hərracın təşkilatçısı olaraq xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirdiyi Hərracların, “Hərracın nəticələri haqqında” Y-712\21 nömrəli, xx.xx.2022-ci il tarixli yekun protokolun, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli bağlamış müqavilənin və “Hərracın nəticələri haqqında” Y-434\21 nömrəli, xx.xx.2021-ci il tarixli yekun protokolun, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli bağlamış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-237/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları ilə pozulduğunu qeyd etmiş, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

4. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, həmin əmlak paylar müəyyənləşdirilmədən, 3 nəfərin, yəni X9, X13 və İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyətçilərin payları müəyyənləşdirilmədiyindən, mülki qanunvericiyin tələbinə görə o cümlədən digər mülkiyyətçilərin əmlak üzərindəki mülkiyyət payı tam əmlakın 1/3 hissəsini təşkil etməlidir. İddiaçının payının əvvəlcə 1/4, sonra isə 3/8 hissə, yəni açıqaşkar fərqli bölgülərin müəyyən edilməsi halı onu sübut edir ki, cavabdeh və 3-cü şəxslər tərəfindən iddiaçının mülkiyyət hüquqlarına qarşı ədalətsiz və qeyri-mütənasib müdaxiləyə yol verilmişdir. Hərraclar zamanı əmlakın ilkin satış qiyməti bazar dəyəri ilə deyil, likvid dəyəri ilə keçirildiyindən, həmin hərraclar, eləcə də hərracların yekunları üzrə tər b olunmuş sənədlər etibarsız hesab edilməlidir.

5. Rayon məhkəməsi iddiaçının hərrac keçirilərkən payların düzgün müəyyən olunmaması ilə bağlı iddiasının qanunsuz və əsassız olduğunu; müdafiə etdiyi tələbin əsaslandırmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyini qeyd etmişdir. Sonra isə, iddiaçının gətirdiyi “dəlillər”in məhkəmə üçün inandırıcı gəlmədiyini göstərmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Daha sonra, məhkəmə özünün formal fərziyyəsinə əsaslandırılmış və özünə aydın olan ifadələr işlətməklə qeyd etmişdir ki, “Belə ki, tədqiq olunmuş sübutlarla əksi təsdiq olunaraq, qeyd olunan hərraclarla bağlı bildirişlərin qanunla nəzərdə tutulmuş qaydada ipoteka qoyana təqdim olunması təsdiq edilmişdir.”

6. Xüsusi olaraq qeyd olunmalıdır ki, beh məbləğinin ümumiyyətlə ödənilməsini təsdiq edən hər hansı bir sübutun mövcud olmaması; Hərracların beh məbləği ödənilmədən keçirilməsi; bununla yanaşı, protokollarda və alqı-satqı müqavilələrində əmlakın alıcıları İ.Məmmədov və İ.Əliyev göstərilsə də, həmin şəxslər ümumiyyətlə nə beh məbləği, nə də əmlakın sa ş dəyərini hərracın təşkilatçısına ödəməməsi; Həmin halın-yəni, alıcı qismində beh və əmlakın alış dəyərinin ödənilməməsi-faktının həm protokollar ilə, həm də alqı-satqı müqavilələrində açıq-aşkar sübut olunması; həmin şəxslərin alıcı hesab olunmamaları və hərracı udmuş şəxs hesab oluna bilməməsi; cavabdeh "X20” MMC hərracın sifarişçisi deyil, təşkilatçısı olduğu üçün, onun ümumiyyətlə, hərrac iştirakçılarını əmlakın alış qiymətini ödəməkdən azad etmək səlahiyyətinin olmaması barədə dəlillər dəyərləndirilməmiş, qətnamədə sadalanmış maddi və prosessusal hüquq normalarının hazırkı işə səbəbli əlaqəsi müəyyən edilməmiş, işin göstərilən hallarına tətbiq edilməli hüquq normalarının tələbləri pozulmuş və məhkəmə əsassız hüquqi görüntü yaratmışdır.

7. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi müdafiə edərək, həmçinin bildirdi ki, hərracın keçirilməsi tam qanunsuz olmuşdur, hazırkı halda tələbin yönəldiyi əmlaklar ipoteka predmeti olmadığından, icra haqqında qanunvericiliyə əsasən əmlaklara hərracdan əvvəl tələbkarlara təklif edilməli, tələbkarın əmlakı əldə etməkdən imtinasından sonra hərrac keçirilə bilərdi, hazırda isə bu baş verməmişdir, əsassız olaraq əmlaklar birbaşa hərraca çıxarılmışdır, həm də ki, əmlaklar qanunsuz olaraq likvid qiymətlə hərraca çıxarılmışdır, bu aşkar qanunsuz olmuşdur, hərracın keçirilməsi barədə də iddiaçıya və ya onun nümayəndəsinə qanunla müəyyən olunmuş qaydada məlumatın verilməsi də təmin edilməmişdir, əmlakların dəyəri də real bazar dəyərindən dəfələrlə ucuz qiymətləndirilmişdir, sonradan əldə olunan mütəxəsis rəyləri də bunu təsdiq etmişdir, hazırda həmin əmlakların real qiyməti sonuncu rəylərdə göstəriləndən də çoxdur, maraqlısı odur ki, elə ilk hərracdan da əmlakı tələbkarlar əldə etmişlər, onda hərrac niyə keçirilirdi ki, elə qanuna görə onlara təklif olunmalı idi, tələbkarlar da həmin qiymətə razı olmuşlar, qarşı tərəf ekspertiza tədqiqatının aparılmasına bilərəkdən şərait yaratmayıb, odur ki, MPM-in 97.5-ci maddəsinin tətbiq edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və göstərdi ki, cavabdehin yetərincə imkanı var kı, məhkəmə qətnaməsi ilə ödəməli olduğu borcunu ödəsin, hazırda icraya yönəldilmiş qətnamənin qəbulundan beş ildən artıq vaxt keçib, iddiaçı qərəzli olaraq qətnaməni icra etmir, hazırk məhkəmə mübahisəsi də iki ilə yaxındır gedir, iddiaçı əmlaklarının satılmasını istəmirsə və hesab edirsə ki, həmin əmlakların qiyməti dəfələrlə çoxdur, onda keçən müddət ərzində borcunu ödəyib əmlaklarının satılmasının qarşısını ala bilərdi, onun buna real imkanı da var, lakin o nə qətnamə ilə müəyyən olunmuş borcunu ödəmir, bu tərəfdən də uydurma iddialar və şikayətlər verməklə qətnamənin icrasına süni maneələr yaradır, qaldı ki, həmin əmlakların real qiymətinə, nəzərə almaq lazımdır ki, hərrac keçirilən vaxt pandemiya dövrü olmuşdur və buna görə də əmlak bazarında qiymətlər xeyli aşağı düşmüşdür, hesab edir ki, işdə nəticəyə gəlmək üçün yetərincə sübutlar, o cümlədən də əmlakların qiymətləndirilməsinə dair müxtəlif rəylər var, yenidən qiymətləndirmənin keçirilməsinə ehtiyac yoxdur. Nümayəndə və vəkil məhkəmə araşdırmalarının yekunlaşdırılmasını, şikayətin təmin edilmədən, rayon məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, hərrac təşkilatı və icra qurumu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər.

11. Belə olan halda Məhkəmə kollegiyası gəlmiş tərəflərin buna dair fikrlərini nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya icraatı zamanı icra işi tələb olunmuş, məhkəməyə təqdim olunmuş icra işi ardıcıl olmayan qaydada, qarışıq və natamam olmuşdur. Sübutların tədqiqi:

12. Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli 2(005)- 27/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ******* mnata məbləğində pulun "xxxx" MMC-nin təsisçiləri X15 və X8 xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 2(103)-5057/2020 saylı qətnaməsi ilə iddiaçılar X15 və X12 və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli 2(005)-27/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-718/2021 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2020-ci i tarixli 2(103)-5057/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır.

15. Nəsimi rayon icra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra məmur tərəfindən elə həmin tarixdə də borclu Ş. Şahbazova tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.

16. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında xx.xx.2003-cü il tarixli 000539 nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyatı müəssisəsi İddiaçı, X15 və X8 adına qeydə alınmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-324/2021-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatı qismən təmin edilərək borclu İddiaçı digər əmlakları ilə yanaşı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyatı müəssisəndə ona aid hissəsinə həbs qoyulmuşdur.

18. Bakı ş. Nəsimi rayonu, Tblisi pr., 1058-ci məhəllədə yerləşən 9 saylı X5 torpaq sahəsi və üzərindəki tikililər ayrı-ayrılıqda xüsusi mülkiyyət kimi İddiaçı və tələbkarlar İ.Əliyev və İ.Məmmədovun adına qeydiyyata alınmışdır. Həmin müəssisədəki rəsmi qeydiyyata alınmış torpaq sahəsinin ölçüsü 10253 kv.m.=1,025 ha( və ya bir hektar, 2,5 sot), ayrı mülkiyyət kimi qeydiyyatdan keçmiş tikililərin sahəsi isə 1746,7 kv.m təşkil edir.

19. Mülki işdə olan və hazırda mübahisəsiz olan rəsmi sənədlərə əsasən borclu İddiaçı həmin torpaq sahəsindəki payı ¼ , tlkililərdəki payı isə 3/8 hissə təşkil edir.

20. İcra məmurunun xx.xx.2021-ci il tarixli məktubu ilə borclu İddiaçı məxsus əmlakların qiymətləndirilməsi barədə "xxxx" MMC-yə sifariş edilmişdir.

21. Qiymətləndiricinin icra məmuruna ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, sifariş edilmiş əmlkalar likvid qiymətlə qiymətləndirilməsi həyata keçirilmiş və həmin rəy icra məmuruna göndərilmişdir.

22. Həmin rəyə əsasən borclu İddiaçı torpaq sahəsindəki 1\4 payının likvid qiyməti 630.000 manat, tikililərdəki 3/8 payını likvid qiyməti isə 60.000 manat göstərilmişdir.

23. 2(005)-27/2019-032 nömrəli, xx.xx.2019-cu il tarixli İcra işində olan xx.xx.2021-ci il tarixli məktubdan məlum olur ki, tələbkarlar İ.Əliyev və İ.Məmmədov Nəsimi icra şöbəsinin icra məmuruna ərizə yazaraq həbs qoyulmuş əmlakların hərracının keçirilməsinin cgöndərilməsini xahiş etmişlər.

24. İcra məmuru həmin rəyə əsasən borcluya məxsus payları likvid qiymətlə hərraca çıxarmış, hərracın keçirilməsini elə "xxxx" MMC-yə həvalə etmişdir.

25. "X20” MMC-nin “Hərracın nəticələri haqqında” Y-712/21 nömrəli, xx.xx.2022-ci il tarixli yekun protokoldan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 8(006)-193/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)- 27/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında Nəsimi rayon icra və probasiya şöbəsinin sifarişi əsasında İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən torpaq sahəsi üzərində yerləşən əmlakın 3/8 hissəsi 60000 manata Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə X14 Aqil oğlu və X1.

26. "X20” MMC-nin “Hərracın nəticələri haqqında” Y-434/21 nömrəli, xx.xx.2021-ci il tarixli yekun protokoldan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 8(006)-193/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)- 27/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında Nəsimi rayon icra və probasiya şöbəsinin sifarişi əsasında İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisənin İddiaçı aid olan ¼ hissəsi 63000 manata Nərimanov Rayon Məhkəməsinin 2(005)- 27/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə X14 Aqil oğlu və X1. X3 və X2 Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə uyğun olaraq tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olmuşlar.

27. Eyni zamanda da müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli “hərracın nəticələri haqqında yekun” Protokola və elə həmin tarixli “hərracın yekunları barədə əmlakın alqısatqısı müqaviləsi” nə əsasən əmlakın (tikililərin) İddiaçı məxsus 3/8 hissəsi likvid qiymət kimi 60.000 manata, xx.xx.2022-ci il tarixli “hərracın nəticələri haqqında” Protokola və elə həmin tarixli “hərracın yekunları barədə alqı-satqı barədə” müqaviləyə əsasən torpaq sahəsinin borclu İddiaçı məxsus ¼ hissəsi isə likvid qiymət kimi 630.000 manata elə ilkin hərracdan tələbkarlar tərəfindən əldə edilmişdir.

28. Mülki işdə olan Əmlak Ekspert Mərkəzinin 10 sentyabr 2021-ci il tarixli ƏEM/S 24-875/21-2 nömrəli Daşınmaz Əmlakın Bazar Dəyərinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, torpaq sahəsinin bazar dəyərini tapmaq üçün analoqlar müəyyən edilmişdir. Düzəlişlər edildikdən sonra düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla qiymətləndirilən əmlakın torpaq sahəsinin 1 sotunun bazar dəyəri yuvarlaq şəkildə 175.000 manat/0,01 ha təşkil edir. Beləliklə, Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyatı müəssisənin yerləşdiyi 10253,4 kv.m torpaq sahəsinin bazar dəyəri 102,534 sot X 175.000 manat/1sot = 17943450 manat, İddiaçı məxsus 1/3 payın dəyəri – ******* manat təşkil edir.

29. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyatı müəssisənin yerləşdiyi 10253,4 kv.m torpaq sahəsinin üzərində mövcud olan qeyri-yaşayış sahələri ilə birlikdə bazar dəyərini, həmçinin İddiaçı məxsus 1/3 payın dəyərini müəyyən etmək məqsədilə sifarişçi tərəfindən təqdim edilmiş icarə dəyərləri barədə hesabatlar müqayisəli şəkildə təhlil edilmişdir. Bakı şəhəri üzrə obyektinin bazar dəyərinin aylıq icarə haqqının faizi həcmində müəyyən edildiyini nəzərə alsaq ******* manat/0,05% - 10% = 20428794 manat təşkil edir. Beləliklə aparılan araşdırmalar və təhlillərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyatı müəssisənin yerləşdiyi 10253,4 kv.m torpaq sahəsinin üzrəində mövcud olan qeyri-yaşayış sahələri ilə birlikdə bazar dəyəri, həmçinin İddiaçı məxsus 1/3 pay=20428794 manat, İddiaçı məxsus 1/3 pay=6809598 manat təşkil edir.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2874/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

31. "xxxx" MMC-nin MB 16/0971 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, İddiaçı adına Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən torpaq sahəsi üzərində yerləşən əmlakın 3/8 hissəsinin bazar dəyəri ******* (iki milyon üç yüz iyirmi beş min) manat və Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisənin İddiaçı aid olan ¼ hissəsinin bazar dəyəri ******* (beş milyon iki yüz əlli min) manat müəyyən edilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2874/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

33. Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2024-cü il tarixli, 3- 16-16/2-10/6892- 9/6890 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı adına Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə mövcud olan torpaq sahəsinin üzərində yerləşən əmlakın 3/8 hissəsinin hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.034.250,0 manat və torpaq sahəsinin ¼ hissəsinin dəyəri 5.126.500,0 manat məbləğində müəyyən edilir.

34. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 173/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

35. “X6”nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinə görə, İddiaçı adına Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsi kimi əmlak kompleksinin sənəd üzrə 1.0253 ha torpaq sahəsinin İddiaçı aid olan ¼ hissəsinin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin bağlandığı dövrə, yəni xx.xx.2021-ci il tarixə real bazar dəyəri 602.582 manat müəyyən edilir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 1.0243 ha torpaq sahəsi üzərində yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin İddiaçı 3/8 hissəsinin xx.xx.2021-ci il tarixə real bazar dəyəri 60.000 (altmış min) manat müəyyən edilir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin ərazisində texniki paportda əks olunmayan əlavə tikililər aşkar edilmədi. Bu səbəbdən də sualın ikinci hissəsi üzrə tədqiqat aparılmadı.

36. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 173/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, üçtələbkarların nümayəndəsinin müraciətinə əsasən iş üzrə yenidən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 102,534 sot torpaq sahəsinin ümumilikdə və həmin torpaq sahəsinin İddiaçı məxsus ¼ hissəsinin, həmin torpaq sahəsi üzərində yerləşən əmlakın bötüvlükdə və iddiaçıya məxsus 3/8 hissəsinin hazırda mübahisələndirilən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin bağlandığı dövrə, yəni xx.xx.2021- ci ilə (pandemiyanın olması da nəzərə alınmaqla) real bazar dəyəri müəyyən edilsin. 2. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisənin ərazisində Texniki Pasportda əks olunmayan əlavə tikililər mövcuddurmu? Əgər mövcuddursa, həmin tikililərin ölçüləri nə qədər təşkil edir və ayrılıqda onların xx.xx.2021-ci il tarixə real bazar dəyəri nə qədər təşkil edir? Ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin başqa ekspertlərinə həvalə edilmişdir.

37. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, ekspertizanın keçirilməsi üçün əvvəlcədən müəyyən edilmiş tarixdə tədqiqat obyektinə baxış üçün gedilmiş, lakin torpaq sahəsinə və tikililərə baxış keçirilməsi mümkün olmamışdır.

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-60/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 173/2024 nömrəli, xx.xx.2024-cü il tarixli təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə qərardadı icra edilməsi üçün təkrarən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Ekspertin bildirdiyinə əsasən bu dəfə də şəraitin yaradılmaması səbəbindən rəyin verilməsi mümkün olmamışdır.

39. X14 və Məmmədov İlham tərəfindən təqdim olunmuş, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatından məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti (yeni adı Moskva prospekti), 1058 məhəllədə yerləşən torpaq sahəsinin yerləşdiyi ərazi, infrastruktur, magistral yolların və qiymətə təsir edən amillərin qiymətləndiriləcək torpaq sahəsinin qiymətinə göstərə bilən mənfi təsirlər nəzərə alınmaqla torpaq sahəsinin dəyəri ******* (iki milyon dörd yüz əlli min) manat təşkil edir.

40. İddiaçı tərəfindən təqdim edilmiş “Aid Consulting” qiymətləndirmə şirkətinin xx.xx.2024-cü il tarixli rəyindən məlum olur ki, 1) Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, məhəllə 1058 ünvanında yerləşən 1746,7 kv.m ümumi sahəyə malik olan qeyri-yaşayış sahəsinin 2021-ci ilin sentyabr və oktyabr aylarına bazar dəyəri 2.709.865,0 (iki milyon yeddi yüz doqquz min səkkiz yüz altmış beş) manat, həmin qeyri-yaşayış sahəsinin İddiaçı məxsus 3/8 hissəsinin bazar dəyəri isə yuvarlaq şəkildə, 1.016.199,0 (bir milyon on altı min yüz doxsan doqquz) manat təşkil etmişdir. 2) Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, məhəllə 1058 ünvanında yerləşən ümumi sahəsi 10253,4 kv.m təşkil edən torpaq sahəsinin 2021-ci ilin sentyabr və oktyabr aylarına bazar dəyəri 17.948.678,0 (on yeddi milyon doqquz yüz qırx səkkiz min altı yüz yetmiş səkkiz) manat, həmin torpaq sahəsinin İddiaçı məxsus 1/4 hissəsinin bazar dəyəri: 4.487.169,0 (dörd milyon dörd yüz səksən yeddi min yüz altmış doqquz) manat təşkil etmişdir. 3) Vizual baxış və sifarişçinin verdiyi məlumatlar əsasında müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, məhəllə 1058 ünvanında yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin ərazisində Texniki Pasportda əks olunmayan ümumi sahəsi 468,0 kv.m təşkil edən 5 adda qeyri-yaşayış sahəsi-ticarət fəaliyyəti mağaza və ümumi sahəsi 1120,0 kv.m təşkil edən 8 ədəd qeyri-yaşayış sahəsi-anbardar ibarət olan əlavə yeni tikililər mövcuddur. Həmin əlavə tikililərin 2021-ci ilin sentyabr və oktyabr aylarına bazar dəyərləri: 468,0 kv.m x 7700 man/kv.m = 3.603.600,0 manat, 1120,0 kv.m x 3500 man/kv.m = 3.920.000,0 manat təşkil etmişdir. Yeni tikililərin ümumilikdə: bazar dəyəri isə: 7.523.600,0 (yeddi milyon beş yüz iyirmi üç min altı yüz) manat təşkil etmişdir. 4) Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, məhəllə 1058 ünvanında yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin ərazisində Texniki Pasportda əks olunmayan ümumi sahəsi 468,0 kv.m təşkil edən 5 adda qeyri-yaşayış sahəsi-ticarət fəaliyyəti mağazadan ibarət olan əlavə tikililərin İddiaçı məxsus 3/8 hissəsinin 2021-ci ilin sentyabr və oktyabr aylarına bazar dəyəri: 1.351.350,0 (bir milyon üç yüz əlli bir min üç yüz əlli) manat təşkil etmişdir. 5) Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, məhəllə 1058 ünvanında yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin ərazisində Texniki Pasportda əks olunmayan ümumi sahəsi 1120,0 kv.m təşkil edən 8 ədəd qeyri-yaşayış sahəsi-anbardar ibarət olan əlavə yeni tikililərin İddiaçı məxsus 3/8 hissəsinin 2021-ci ilin sentyabr və oktyabr aylarına bazar dəyəri: 1.470.000,0 (bir milyon dörd yüz yetmiş min) manat təşkil etmişdir. Tətbiq edilən hüquq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol Maddə 1 Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

41. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

42. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

43. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

44. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

45. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

46. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.

47. 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.

48. 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir.

49. 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.

50. 415.8. İcra sənədinə əsasən elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

51. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

52. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Qanunu Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. 53.1. Qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak, yaxud icra sənədində satılmalı əmlakın müəyyən edildiyi hal istisna olmaqla, üzərinə həbs qoyulmuş əmlak və ya ipoteka predmeti həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif olunur. 53.1-1. Üzərinə həbs qoyulmuş əmlakı və ya ipoteka predmetini əldə etmək təklifini alan tələbkar 7 iş günü ərzində həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini bildirməli və bu hal tələbkar və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməlidir. Həmin protokol imzalandıqdan sonra dərhal “Elektron icra” informasiya sistemi vasitəsilə “Elektron notariat” informasiya sisteminə göndərilir və tələbkar daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarını protokolun “Elektron notariat” informasiya sisteminə göndərildiyi gündən 5 iş günü müddətində rəsmiləşdirə bilər. Əmlakın bazar qiyməti tələbkarın tələbindən artıq olduqda, tələbkar aradakı fərqi ödəyir və həmin artıq olan vəsait bu Qanunun 74-cü maddəsində müəyyən edilmiş borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi qaydasına uyğun olaraq bölüşdürülür və bütün tələblər təmin olunduqdan sonra qalan pul məbləği borcluya qaytarılır. 53.1-2. Tələbkar tərəfindən qəbul edilən daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqların rəsmiləşdirilməsi həmin protokol əsasında “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Digər əmlakın tələbkara verilməsi icra məmurunun qərarı ilə rəsmiləşdirilir. 53.1-3. Tələbkar imtina etdikdə və ya bu Qanunun 53.1-1-ci maddəsində müəyyənləşdirilmiş müddət ötürüldükdə daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak tələbkarın imtina etdiyi, yaxud müddətin ötürüldüyü gündən 3 ay müddətində satılmalıdır. 53.2-1. Üzərinə həbs qoyulmuş əmlakın tələbkar tərəfindən qəbul edilmədiyi, yaxud verilmiş müddətin ötürüldüyü hallarda bu barədə icra məmuru tərəfindən dərhal borcluya məlumat verilir və borclu 3 gün müddətində onu şəxsən açıq bazarda satmaq üçün icra məmuruna müraciət edə bilər. Borclu həmin əmlakın (ipoteka predmeti olan əmlak istisna olmaqla) şəxsən açıq bazarda satılması üçün icra məmuruna müraciət etdikdə, icra məmuru 1 iş günü müddətində bu barədə qərar qəbul edir və borcluya əmlakın qiymətləndiricinin hesabatında göstərilən dəyərinin 80 faizindən az olmayan qiymətə satılmalı olduğunu izah edir. Üzərinə həbs qoyulmuş əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olduqda qəbul edilmiş qərar “Elektron icra” informasiya sistemindən “Elektron notariat” informasiya sisteminə göndərilir (14 iyul 2025-ci il tarixdə əlavə edilmişdir). 53.2-2. Əmlakın (ipoteka predmeti olan əmlak istisna olmaqla) açıq bazarda satılması üçün 2 ay müddət müəyyən edilir. Həmin müddət bu Qanunun 53.1-3-cü maddəsində əmlakın satılması üçün müəyyən edilən müddətə daxil edilmir. Əmlak müəyyən edilən müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür. Notarius vasitəsilə rəsmiləşdirilməyən alqı-satqı əməliyyatları birbaşa icra məmurunun nəzarəti altında təşkil olunur və həmin əməliyyatlar üzrə ödənişlər bilavasitə icra xidmətinin depozit hesabına köçürülür. 53.3. Əmlak bu Qanunun 53.2-2-ci maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada borclu tərəfindən satılmadıqda həmin əmlak elektron hərraca çıxarılır. 53.4. Üzərinə həbs qoyulmuş dövlət əmlakı icra məmurunun sifarişi əsasında yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərrac təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada satılır. 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadı Bənd 21. Göründüyü kimi, hüququn ümumi prinsiplərinə əsasən statusları yüklülük baxımından eyni olmayan əmlaklarla bağlı münasibətlərə qanunverici ayrı-ayrı qaydalar tətbiq edir. Belə ki, ilk növbədə “İpoteka haqqında” Qanun xüsusi olaraq mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatını, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Bu baxımdan, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri, hərracın Mülki Məcəllənin 415-ci maddəsindən fərqlənən xüsusiyyətlərini özündə əks etdirməklə, yalnız ipoteka predmeti olan əmlakın hərracda satılmasının xüsusi qaydasını müəyyən edir. Bənd 22. İpoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru isə Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Bənd 26. Beləliklə, məhkəmə tərkibi belə qənaətə gəlir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Bənd 29. Qeyd olunanları ümumiləşdirilərək belə nəticəyə gəlmək olar ki, əmlakın hərracdan ilkin satış qiymətinin onun likvid dəyəri ilə müəyyən olunması “İpoteka haqqında” Qanunla ipoteka predmetlərinə münasibətdə təsbit edildiyindən, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakı hərracdan satılarkən onun ilkin satış qiyməti likvid deyil, bazar dəyəri ilə müəyyən olunmalıdır. Girov predmeti olan qiymətli kağızlara münasibətdə də Mülki Məcəllənin 1078-23-cü maddəsi və maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nda əmlakın girov müqaviləsində göstərilən qiymətlə, müqavilədə qiymət müəyyən edilmədikdə isə qiymətli kağızların nominal dəyər ilə satışa çıxarılması nəzərdə tutulduğu nəzərə alınmalıdır. Bənd 30. Prosedura gəldikdə isə, ipoteka predmeti olmayan əmlak hərracdan Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 51, 53, 61, 62-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə əsasən əmlakın üzərinə həbsin qoyulmasından sonra icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirərək, həmin Qanunun 53-cü maddəsinə əsasən tələbkara təklif etməlidir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdikdə isə, həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində (icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində) Mülki Məcəllənin 415-ci maddəsində müəyyən edilən qaydada hərrac yolu ilə satılmalıdır. Göründüyü kimi, qanunvericilik ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın icra icraatı çərçivəsində açıq hərracdan satılması üçün 3 aylıq müddət müəyyən etsə də, “İpoteka haqqında” Qanunda, “Vergi Məcəlləsində” və “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nda olduğu kimi digər xüsusiyyətlərini müəyyən etməmişdir. Bu baxımdan, məhkəmə tərkibi belə qənaətə gəlir ki, icra icraatı çərçivəsində ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaka münasibətdə hərrac 3 aylıq müddət çərçivəsində hərracın keçirilməsi qaydasını pozmadan keçirməyə imkan verən sayda keçirilməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

53. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

54. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

58. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

59. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

60. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

61. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

62. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

63. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

64. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

65. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

66. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

68. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir.

69. İddiaçı qeyd edir ki, "X20” MMC hərracın təşkilatçısı olaraq xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirdiyi hərraclar, “Hərracın nəticələri haqqında” Y-712/21 nömrəli, xx.xx.2022-ci il tarixli yekun protokol, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli bağlamış müqavilə və “Hərracın nəticələri haqqında” Y-434/21 nömrəli, xx.xx.2021-ci il tarixli yekun protokol, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli bağlamış müqavilə etibarsız hesab edilməlidir.

70. İddiaçı öz tələbini əmlaka icra icraatı qaydasında tələb yönəldilməsi, Qanunun tələbinə əsasən bu zaman əmlakın bazar qiyməti ilə hərraca çıxarılmalı olduğu halda onun likvid dəyəri ilə satışa çıxarılması, bunun isə həm Qanuna, eləcə də onun əsasında formalaşmış vahid məhkəmə təcrübəsinə zidd olması ilə əsaslandırmışdır.

71. “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə görə, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak, yaxud icra sənədində satılmalı əmlakın müəyyən edildiyi hal istisna olmaqla, üzərinə həbs qoyulmuş əmlak və ya ipoteka predmeti həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif olunur.

72. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadının 29-cu bəndində göstərilir ki, ...əmlakın hərracdan ilkin satış qiymətinin onun likvid dəyəri ilə müəyyən olunması “İpoteka haqqında” Qanunla ipoteka predmetlərinə münasibətdə təsbit edildiyindən, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakı hərracdan satılarkən onun ilkin satış qiyməti likvid deyil, bazar dəyəri ilə müəyyən olunmalıdır.

73. Əmlakın dəyəri ilə bağlı müvafiq araşdırmalar aparılmış, "xxxx" MMC-nin MB 16/0971 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, İddiaçı adına Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən torpaq sahəsi üzərində yerləşən əmlakın 3/8 hissəsinin bazar dəyəri ******* (iki milyon üç yüz iyirmi beş min) manat və Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisənin İddiaçı aid olan ¼ hissəsinin bazar dəyəri ******* (beş milyon iki yüz əlli min) manat müəyyən edilmişdir.

74. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2874/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

75. Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2024-cü il tarixli, 3-16-16/2- 10/6892- 9/6890 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı adına Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə mövcud olan torpaq sahəsinin üzərində yerləşən əmlakın 3/8 hissəsinin hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.034.250,0 manat və torpaq sahəsinin ¼ hissəsinin dəyəri 5.126.500,0 manat məbləğində müəyyən edilir.

76. Hazırkı mülki iş materiallarından göründüyü kimi, borcluya məxsus əmlakların üzərinə həbsin qoyulmasından sonra icra məmuru tərəfinden onun qiymətləndirilməsi qanunvericiliyin tələblerine uygun olmamışdır – qiymətin aşkar real olmamasi ilə yanaşı, həm də səhvən həmin əmlkların likvid qiymət müəyyən edilmişdir.

77. Belə ki, tələbin yönəldiyi əmlakların ilkin olaraq tələbkarlara təklif edilməsi və yalnız tələbkarın imtinasından sonra əmlakın hərraca çıxarılması ilə bağlı qanunun imperativ tələbinə əməl olunmamışdır.

78. Yuxarıda da qeyd olunduğu kimi, hər iki əmlak elə ilk hərracdan tələbkarlar tərəfindən əldə edilmişdir. Belə olan halda məlum olmur ki, madam ki, tələnkarlar həmin əmlakları elə ilk hərracdan və həm də təklif edilən qiymətə əldə etmişlərsə, onda bu hərracı keçirilməsinin bir anlamı qalmırdı.

79. Həmçinin də müəyyən olunmuşdur ki, borcluya məxsus əmlaklar hərraca yanlış olaraq likvid qiymətlə çıxarılmışdır.

80. Bundan başqa, hərracın keçirilməsi barədə borcluya qanunvericiliklə müəyyən olunmuş qaydada məlumatın verilməsi də müəyyən olunmur.

81. Beləliklə, maddi hüquq normaları kimi Konvensiyanin 6-cı, 1 saylı Protokolun 1ci maddələri ilə yanaşı, MM-in 415, "İcra haqqinda" Qanunun 45.6, 45.7, 51, 53, 61, 62ci maddələrində nəzərdə tutulmuş, habələ Azərbaycan Rəspublikasi Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının "İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satışı qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə" 24 noyabr 2021-ci il tarixli Qarardadında müəyyən olunmuş tələblər pozulmuşdur.

82. Bununla da iddiaçıya məxsus əmlak likvid qiymətlə hərraca çıxarılması, hərrac barədə borcluya qanunla müəyyən olunmuş qaydada məlumat verilməməsi, əmlakın öz real dəyərindən dəfələrlə aşağı qiymətə tələbkarlar tərəfindən hərracdan əldə edilməsi ilə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbini pozmuşdur. Odur ki, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir.

83. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Dəlkart Bəlçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata kəçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.

84. Azərbaycan Rəspublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

85. Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq ədilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq ətməsin, yaxud qanunu səhv təfsir etsin. Nəticə:

86. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılmasında maddi və prosessual hüquq normalarına əməl edilməmiş, işi tam və hərtərəfli araşdırılmamış, tədqiq etdiyi sübutların qiymətləndirilməsi zamanı MPM-in 88-ci maddəsinin tələbləri pozulmuş, bu səbəbdən də düzgün olmayan nəticəyə gəlmişdir ki, bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin edilməli, Cavabdeh MMC-nin hərracın təşkilatçısı olaraq xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirdiyi hərraclar, “Hərracın nəticələri haqqında” Y-712/21 nömrəli, xx.xx.2022-ci il tarixli yekun protokol, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli bağlamış müqavilə və “Hərracın nəticələri haqqında” Y-434/21 nömrəli, xx.xx.2021-ci il tarixli yekun protokol, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli bağlamış müqavilə etibarsız hesab edilməlidir.

87. Bununla belə, Məhkəmə kollegiyası hesab edir ki, borclunun əmlaklarına tələbin yenidən yönəldilməsi Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr tarixli Qərardadı ilə müəyyən olunmuş qaydalara əsasən icra məmuru tərəfindən təmin edilməlidir.

88. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Rəspublikası Mülki Prosəssual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

89. Azərbaycan Rəspublikası Mülki Prosəssual Məcəlləsinin apəllyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən ədən 384-cü maddəsinə əsasən apəllyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apəllyasiya şikayətini isə təmin ətmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv ədə bilər və birinci instansiya məhkəməsində müəyyən ədilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yəni qətnamə qəbul ədə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv ədə bilər, işüzrə icraata xitam vərə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

90. MPM-in 119-cu maddəsinə əsasən, iddia ərizəsinin və apəllyasiya şikayətinin vərilməsi üçün ödənilmiş dövlət rüsumu eləcə də ekspertiza xərcləri iddiaçıya aid edilməlidir.

91. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən vərilmiş apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-237/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yəni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh MMC-nin hərracın təşkilatçısı olaraq xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirdiyi hərraclar, “Hərracın nəticələri haqqında” Y-712/21 nömrəli, xx.xx.2022-ci il tarixli yekun protokol, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” xx.xx.2022-ci il tarixli bağlamış müqavilə və “Hərracın nəticələri haqqında” Y-434/21 nömrəli, xx.xx.2021-ci il tarixli yekun protokol, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli bağlamış müqavilə etibarsız hesab edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin, eləcə də ekspertiza xərcləri olaraq 100 (yüz) manat məbləğində pul X4, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına, 300 (üç yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ013501**********2944, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına, 500 (beş yüz) manat ALTERNATİV EKSPERTİZA MARKAZİ MMC, VÖEN: **********, İBAN: AZ94BRES********************, Benefisiar alan bank: "xxxx" ASC-nin Nərimanov filialı, Kodu: 513489, Müxbir hesab: AZ80NABZ********************, SWİFT BİK: BRESAZ22 hesabına İddiaçı tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar