Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-601/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X13 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı vəkili X5, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 oğlunun, üçüncü şəxs Nümayəndə, üçüncü şəxs X1, üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Nümayəndə, X6 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3028/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ƏMDK DƏDKR publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən sahəsi 0,29 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən sahəsi 49,50 kv.m olan fərdi yaşayış evində hüquq sahibləri X6 (fərdi yaşayış evi 4/12 hissə, torpaq sahəsi 4/24 hissə), X7 (fərdi yaşayış evi 1/12 hissə, torpaq sahəsi 1/24 hissə) və X8r (fərdi yaşayış evi 7/12 hissə, torpaq sahəsi 19/24 sahəsi).
2. X6 tərəfindən verilmiş və onun özü və Cavabdeh tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, onlar bildirmişlər ki, ünvan 1ində yerləşən atalarından miras qalan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin, həmçinin pay torpağının onlara məxsus olan hissəsini bibisi oğlu İddiaçı 7000 manata satmışlar və pulu da tam şəkildə almışlar. Bununla bağlı gələcəkdə ona qarşı heç bir iddia və tələbləri olmayacaqdır.
3. Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi Turab Paşayev tərəfindən Nümayəndə ünvanlanmış məktubun surətindən görünür ki, onların ərizəsi mülki xarakterli olduğundan DİN-nin müvafiq əmrinə əsasən mülki xarakterli ərizə və müraciətlər baxılmadan işə alınır. Faktla əlaqədar aidiyyatı məhkəmə orqanına müraciət edilməsi məqsədə müvafiqdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı (Nümayəndə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7.000 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 90 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atasının dayısına məxsus Ağstafa rayonu, Kol Xəlfəli kəndində yerləşən torpaq sahəsini onun həyat yoldaşı Həsənova Müşgünaz, Hüseynova Könül və baldızı Hüseynova Sevinc satmaq niyyəti ilə onlarla əlaqə qurmuş və orada yerləşən torpağın qanuni sənədlə 12 sot olduğunu bildirmiş və qiymətini soruşduqda 7000 (yeddi min) manata aralarında razılaşmışlar. O, Könülə 7000 (yeddi min) manatı vermiş, o isə torpağın sənədlərini onlara vermişdir. Lakin onlara güvəndikləri üçün torpağın sənədlərini ondan alanda heç bir yazısına diqqət etməmişlər. Bir iki gün sonra torpağın sənədlərinə nəzər yetirdikdə torpağın 12 sot yox, rəsmi olaraq 6 sot olduğunu öyrənmişlər. Bundan sonra Könülə zəng edərək pulu geri qaytarmağını, torpağı almayacaqlarını bildirmişlər. Lakin, Könül ona pulu qaytarmayacağını, həmin pulu atasının xəstəliyinə, müalicəsinə xərclədiyini, torpağı nə vaxt satarsa o zaman qaytaracağını bildirmişdir. Ondan sonra o, Könülə pulun hara xərcləndiyinin ona aidiyyətinin olmadığını, onu aldatdığını onu məhkəməyə verəcəyini söylədikdə o, onu küçə söyüşləri ilə təhqir etmişdir. Könülün bu sözündən sonra onun əlyazmasına diqqət etdikdə görmüşdür ki, onları aldatmaq niyyəti olmuşdur ki, o əlyazmasında nə torpağın sotunu, nə də pulu almağının tarixini yazmamış və beləliklə onları aldatmışdır. Bundan əlavə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə bununla bağlı şikayət ərizəsi ilə müraciət etmiş və Cavabdeh izahatında pulu aldığını etiraf etmişdir. Sonra polis idarəsindən ona xx.xx.2024cü il tarixli məktubuna əsasən bildirmişlər ki, bu iş mülki xarakterli işdir və məhkəməyə müraciət olunmalıdır.
6. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, o, verilmiş iddia tələbi ilə razı deyil və iddia tələbini qəbul etmir. İddia tələbində göstərilənlər tamamilə təhrif olunmuş və həqiqəti əks etdirmir. Belə ki, İddiaçı anası X1 bibisi oğludur. O, dəfələrlə anasının Ağstafa rayonu, Kolxəlfəli kəndində atasından miras qalmış 4/24 hissədən ibarət torpaq sahəsini almaq istəsə də anası onun problemli adam olması səbəbindən torpaq sahəsini ona satmaq istəməmişdir. O, dəfələrlə alıcı qismində digər şəxslərin torpağı almaq üçün etdikləri müraciətlərin qarşısını aldığından, o cümlədən digər qohumların xahişi və təkidi əsasında anası öz payını adı çəkilən şəxsə satmışdır. O, isə növbəsində digər payçını da razı salacağını və onun da torpaq sahəsini alacağını bildirmişdir. Belə ki, 12 mart 2024-cü il tarixdə o, onun anasını və xalasını təcili olaraq Ağstafa rayonuna çağırdı ki, torpaq sahəsini 7.000 (yeddi min) manata alır. Torpaq sahəsinin alqı-satqısı üçün notariat ofisinə gedilsə də pulun özündə yox, qızında olmasını bildirmişdir. Buna görə də, həmin tarixdə alqı-satqı müqaviləsi baş tutmadığından anası Bakıya geri qayıtmalı olmuşdur. Üstündən 3 gün keçəndən sonra Lətifə anasına zəng vurdu ki, pulu götürüb sənədləri onlara versin. Anası da ondan xahiş elədi ki, sənədləri verib pulu Lətifədən götürsün. O da öz növbəsində sənədləri, yəni torpağın çıxarışını, etibarnaməni və anasının dilindən yazılmış kağızı Lətifəyə təqdim etmişdir. O da pulu ona vermiş, o isə öz növbəsində həmin pulu anasına təhvil vermişdir. Bu bildirdikləri anası ilə Lətifə arasında olan whatsapp yazışmalarında da öz əksini tapmışdır. Sonradan İddiaçı digər payçı X12 ilə razılığa gələ bilmədiyi üçün verdiyi pulu geri tələb etməyə başlamışdır. Çünki Hacı da öz payını 7.000 (yeddi min) manata satırdı. Lətif isə onun payını 4000 manata almaq istədiyi üçün aralarındakı razılaşma mümkün olmamışdır. Münasibətlər pozulandan sonra anası torpaq sahəsinin Lətifin özünün həmin torpaq sahəsini məcburi almaq istədiyini və alqı-satqının baş tutmamasının onun öz günahı olduğunu, lakin bununla belə torpaq satıldıqdan sonra onun pulunu geri qaytaracağını bildirmişdir. Bugün də adıçəkilən şəxs həmin torpaq sahəsinin alınmasına maneçilik törədərək torpaq sahəsinin onun olduğunu bildirərək satılmasına imkan vermir. Anası isə Bakı şəhərində yaşadığı üçün adı çəkilən qanunsuz əməllərinin qarşısını almaqda acizdir. Hazırda hansı əsasla ondan pul tələb olunur bu da ona bəlli deyil. O, İddiaçı nə pul məbləği almış, nə də ki, ona hər hansı bir vəd vermişdir. Bu barədə aralarında heç bir razılıq və razılaşma olmamışdır. Həmin torpaq sahəsini ona anası satmışdır. Lətifə Lətifin qızı olaraq onun adından pulu təqdim etdiyi kimi o da anasının adından pulu alaraq anasına təqdim etmişdir. Pulu da anasının xahişi ilə qızı Nümayəndə götürüb anasına vermişdir. Adı çəkilən şəxs həm pulu istəyir, ancaq anasına məxsus pay torpağını da əkib-becərərək ordan gəlir götürür.
7. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində izahat vermiş Nümayəndə bildirmişdir ki, pulu özü şəxsən Könülə vermişdir. Bu zaman təqdim edilən sənədə baxmamışdır. Pul atasının olmuşdur. Sonradan sənədə baxan zaman bilmişdir ki, torpaq sahəsi 12 sot deyildir. Bu zaman Könüldən pulu qaytarmasını tələb etmişdir. O da bu barədə Hacı adlı şəxslə danışmalı olduğunu bildirmişdir. Qeyd olunanlar 2024-cü il tarixdə baş vermişdir. Könül pulu atasının müalicəsi üçün xərclədiyini bildirmişdir. Hacı deyilən şəxs qapısını dəyişmişdir. Onlar orada yaşamırlar. Atası həmin həyətdə böyüdüyü üçün həmin torpaq sahəsini almaq istəmişdir. Torpaq sahəsi nənəsinə məxsus olmuşdur. Cavabdeh tərəf notarius vasitəsilə alqı-satqı edilməsinə razı olmamışdır. Könül pulun verilməsini istəmiş və bunun müqabilində torpaq sahəsinə dair sənədi verəcəyini bildirmişdir.
8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 bildirmişdir ki, cavabdeh onun qızı, iddiaçı isə bibisi oğludur. Torpağın mülkiyyətçisi odur. Sənədlər onun və bacısının adınadır. Lətif torpaq sahəsini almaq istəyirdi. O, Lətifə satmaq istəmirdi. Daha sonra əri xəstələnmişdir. Müalicəsinə pul lazım olmuşdur. O da məcbur qalaraq torpaq sahəsini Lətifə satmışdır. Qızı Könül Bakıya gedərək 7000 manat pulu götürmüşdür. Daha sonra isə digər şəriklə yola getmədikləri üçün pulu qaytarmalarını tələb etmişlər.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3028/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Rüstəmov) iddia tələbi təmin edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının torpaq sahəsindən faktiki istifadə etməsi hazırkı iddia tələbinin rədd edilməsi üçün əsas deyildir. Belə ki, cavabdeh tərəfindən pul məbləği iddiaçıdan alınmış, lakin rəsmi olaraq iddiaçı onun müqabilində torpaq sahəsinə hər hansı hüquq əldə etməmişdir. Beləliklə də, məlum olur ki, cavabdeh müəyyən məbləğdə pul vəsaitini iddiaçıdan almış, lakin öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, bununla da əsassız varlanmışdır. Hazırkı halda isə cavabdhin əsassız varlanması iddiaçının əmlak hüquqlarına qəsd edərək ona maddi ziyan vurmuşdur.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21.2, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3028/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı anası X1 bibisi oğludur. O dəfələrlə anasının Ağstafa rayonu, Kolxəlfəli kəndində atasından miras qalmış 4/24 hissədən ibarət torpaq sahəsini almaq istəsə də, anam onun problemli bir adam olduğunu bildiyi üçün torpaq sahəsini ona satmaq istəməmişdir. Lakin o torpaq sahəsinin ona satılmasını təkid etdiyindən, o cümlədən digər ailə üzvlərinin xahişlərini nəzərə alaraq həmin torpaq sahəsinin ona satılmasına razılaşmışdır. Çünki adı çəkilən şəxs digər şəxslərin müraciətlərinə maneə olub torpaq sahəsinin başqasına satılmasının qarşını alaraq həmin torpaq sahəsinin ona satıldığını bildirmişdir. Nəticədə anası öz payını məcburiyyət qarşısında həmin şəxsə satmışdır. İddiaçı isə öz növbəsində digər payçını da razı salaraq onun torpaq sahəsini də alacağını bildirmişdir. Belə ki, 2024-cü ilin 12 mart tarixində İddiaçı onun anasını və xalasını təcili olaraq torpağın alqı-satqısı üçün Ağstafa rayonuna çağırmışdır. Torpaq sahəsinin alqı-satqısı üçün notariat ofisinə gedilsə də, pulun özündə yox qızında olduğunu bildirmiş, ona görə də notarial qaydada alqı-satqı müqaviləsi bağlamaq mümkün olmamışdır. Daha sonra anası və xalası Bakı şəhərinə qayıtmalı olmuşdur. 3 gün sonra Nümayəndə anasına zəng edərək pulu götürüb sənədləri isə ona verməyini demişdir. Anası isə ondan xahiş etdi ki, sənədləri verib pulu Lətifədən götürsün. O, isə öz növbəsində sənədləri, yəni torpağın çıxarışını, etibarnaməni və anasının adından yazılmış kağızı Lətifəyə təqdim etdi. Lətifə də pulu ona verdi. Lətifədən aldığı pulu isə anası, X3 təhvil verdi. Qeyd etdikləri iş materiallarının içərisində olan anası ilə Nümayəndə arasındakı WhatsApp yazışmalarında da əks olunmuşdur. İddiaçı digər payçı olan X9 razı salaraq onun payını da almaq niyyətində idi. Lakin arzuladığı kimi X10 ilə razılığa gələ bilmədiyi üçün verdiyi pulu anasından geri tələb etməyə başladı. Çünki X19oğlu da öz payını 7.000 manata satırdı. İddiaçı isə onun payını 4.000 manata almaq niyyətində idi. Hacı ilə razılığa gələ bilmədiyi üçün İddiaçı pulunu anasından geri istəməyə başladı. Həmin şəxs torpaq sahəsini almaq üçün anasını özü məcbur etdiyi halda, anası yenə də bütün bunlara baxmayaraq həmin torpaq sahəsini başqa şəxsə satıb İddiaçı pulunu qaytaracağını bildirmişdir. Bununla belə Lətif yenə də həmin torpağın satılmağına mane olur və torpağın ona məxsus olduğunu bildirir. Əgər doğrudan da anası İddiaçı torpağın 12 sot olduğunu qeyd edərək aldatmışdısa və buna görə də, İddiaçı narazıdırsa, pulunu geri istəyirsə, onda niyə həmin torpaq sahəsinin satılmasına maneəçilik törədir? Ərizəsində qeyd etdiyi kimi 12 sot yox, 6 sot olduğu üçün torpaq sahəsini almaq istəmirsə, geri qaytarmaq istəyirsə onda niyə torpağın hələ də istəmirsə, geri qaytarmaq istəyirsə onda niyə torpağın hələ də onun olduğunu deyir? Həmçinin həmin torpaq sahəsini əkib becərərək gəlir əldə edir. Bugün həmin torpaq sahəsində əkib-becərən odur. Əvvəldən də torpaq sahəsinin dəyərini, sotunu və kimlərə məxsus olmasını bilirdi. Lakin arzu etdiyi kimi X12 adlı şəxsdən onun payını 4.000 manata ala bilmədiyi üçün hazırki əsassız mübahisəni yaratmışdır (bildirdikləri səs yazısında da öz əksini tapır). Göründüyü kimi, İddiaçı hərəkətləri və sözləri bir-biri ilə ziddiyyət təşkil edir. Həmin şəxs hazırda torpağda əkib-biçinlə məşğul olduğun üçün, eyni zamanda satılmağının qarşısını aldığı üçün anası torpaq sahəsini sata bilmir. İddiaçı təbii ki, anasından yaxşı torpaq sahəsinin sotunu, yerini bilir. Qeyd etdiyi kimi, o anasına məxsus 12 sotda bugündə kənd təsərrüfatı ilə məşğul olur. O, İddiaçı heç bir vəd verməmişdir. Bu barədə aralarında heç bir danışıq və razılaşma olmamışdır. Həmin torpaq sahəsini Lətifin təkidi ilə anası ona satıb. O, sadəcə olaraq Nümayəndə həmin şəxsin adından pulu təqdim edib sənədləri götürdüyü kimi, o da anasının adından sənədləri verib, pulu alıb anasına təhvil vermişdir. Sözügedən pul məbləğinin ondan tələb olunması və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)- 3028/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə həmin pul məbləğinin ondan tutulmasının qət edilməsi tamamilə əsassız və qanunsuzdur. Göründüyü kimi, torpağı satın almağı İddiaçı özü anasına təklif etmiş, anası ilə arasında şifahi şəkildə ilkin müqavilə bağlanmış, lakin notariusda alqı-satqı müqaviləsinin rəsmiləşdirilməməsinin səbəbkarı özü olmuş və yenə özünün və Nümayəndə təklifi və istəyi ilə pul verilmişdir. Tərəfindən heç bir hüquqi əsası olmadığı halda anasının mülkiyyətində olan torpağa sahiblik etməsi və onu əkib-becərərək istifadə edib gəlir götürməsi birbaşa olaraq konstitusion hüquq olan mülkiyyət hüququna ziddir. Hazırki məsələdə əsassız varlanmadan söhbət gedə bilməz. Əgər torpaq sahəsi hələ də anasının istifadəsində olsaydı, o zaman və ya hardasa əsassız varlanmdan söhbət gedə bilərdi. Lakin qarşı tərəf torpağa sahiblik edir, ondan gəlir əldə edir, mülkiyyətçisi olan anası tərəfindən başqa alıcılara satılmağına maneçilik törədir. Halbuki, həmin torpaq sahəsi başqa şəxsə satılsa anası İddiaçı tələb etdiyi pulu ona geri qaytarmaq istəyir. Bu halda hansı əsasla anasının Lətifə satdığı torpaq sahəsinin pulu ondan tələb edilir? İş materiallarının içərisində anası ilə Nümayəndə arasında olan WhatsApp danışıqları mövcuddur. Həmin səs yazılarına əsasən yuxarıda qeyd etdiklərinin bir daha həqiqət və doğru olduğu açıq-aydın görünür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin torpaq sahəsinin 3 paylı mülkiyyətçisi olmuşdur. Hacı adlı şəxs, Könül xanımın anası və onun bacısıdır. Hacı adlı şəxs rayonda yaşayır, digər payçılar isə Bakıda yaşayır. Hazırkı iş üzrə Lətif bildirmişdir ki, o torpaq sahəsini ona satsın. Torpaq sahəsinin dəyəri göstəriləndən yüksək olmuşdur. Cavabdeh nə payçı, nə danışıqları aparan şəxs deyildir. Qohumların təkidi ilə torpaq sahəsinin satılmasına razı olurlar. İddiaçı bildirir ki, torpaq sahəsinin alğı-satqısı üçün gəlin rayona. 12 martda cavabdeh bacısı ilə birlikdə rayona gedir və həmin tarixdə etibarnamə verir. Həmin tarixdə alğı-satqının aparılması ilə bağlı təklif olunur. İddiaçı Müşkünaz xanıma bildirir ki, o, digər payçıdan payı 4 min manata alandan sonra alğı-satqını aparsınlar. Bu məsələlərdən də cavabdehin məlumatı olmur. Həmin gün alğı-satqı baş tutmur, sadəcə etibarnamə verilir, çünki iddiaçı bildirir ki, pul onun qızındadır, gedib Bakı şəhərində götürərsiniz. Belə olan halda alğısatqının aparılmasından imtina eedilmişdir. Daha sonra səs yazılarında da qeyd edilir ki, Hacı adlı şəxslə ona məxus payın 4 min manata satılması ilə bağlı razılığa gəlinməmişdir. Cavabdehin anası məhkəmə iclasında şahid qismində iştirak etçiş, qızı pulu götürərək ona, yəni Müşkünaz xanıma verdiyini bildirmişdir. Nümayəndə iddianı cavabdehə qarşı “pul” tələbinə dair qaldırmışdır, həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra isə hazırkı iddiaçı pulun sahibinin özü olduğunu bildirərək iddianı qaldırmışdır. Hesab edir ki, burada cavabdeh əsl cavabdeh deyildir, cavabdehlik daşımır. Hal-hazırda pul cavabdehin anasındadır. Cavabdeh pulu Lətifədən alaraq Müşkünaz xanıma vermişdir. Torpaq sahəsi hazırda qarşı tərəfin istifadəsindədir. Notariusda etibarnamə həm Sevinc xanımın, həm də Müşkünaz xanımın adından verilmişdir.
16. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X11 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir və bildirmişdir ki, torpaq sahəsi onların istifadəsində olmamışdır, qarşı tərəfin istifadəsindədir.
17. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, Müşkünaz xanımı tanımır, pulu cavabdehə vermişdir, bütün danışıqlar onunla olmuşdur. Ağstafa rayonunda notariusda da o olmuşdur. Pulu ayın 15-də Könül almışdır. Notariusda Müşkünaz xanım iştirak edirdi. Onlara əvvəlcə torpağın 12 sot olduğu bildirildi, lakin onlara sənəd gələndə görüldü ki, torpaq 4 sotdur. O, cavabdehdən pulu geri qaytarmasını tələb etmiş, cavabdeh isə bildirmişdir ki, atası əməliyyat olmuş və pulu ona xərcləmişdir. Bildirmişdir ki, pulu qaytarmayacaq, get ver məhkəməyə. Notariusa o getməmişdir, atası getmişdir. Qarşı tərəfdən cavabdehlə anası Müşkünaz olmuşdur. Torpaq sahəsinin mülkiyyətçisinin Müşkünaz xanım olduğunu bilirdi. Pulu torpağın pulu kimi cavabdehə vermişdir. Cavabdeh torpaq satılan zamanda onların borcu olduğunu bildirmişdir. Atasının notarius işlərindən başı çıxmır, Könülün məsləhəti ilə işlər aparılmışdır. O, nə Sevinc xanımla, nə də ki Müşkünaz xanımla pul söhbəti etməmişdir.
18. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 bildirmişdir ki, onun bacısına atası sağlığında evini vəsiyyət etmişdir. Həmin evdə onun 1 faiz məcburi payı var idi. Lətif bir neçə dəfə onlara gəlib-getmiş, evi ona satmalarını istəmişdir. O, bu barədə bacısına zəng vurdu, məlumat verdi. Bacısı pula ehtiyacı olduğu üçün evi verdi. Evi verəndən sonra, qarşı tərəf razılaşmadı. Hazırda da pulu istəyir. Onlar da istəyir ki, ev satılsın, yavaş-yavaş pullarını ödəsinlər. Pul Lətifə xanım tərəfindən Könülə verilmişdir. Lətifə xanımın atası ilə onun bacısı arasında alğı-saqı olmuşdur. Görüş övladlar arasında olmuşdur
19. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 bildirmişdir ki, onlar qarşı tərəfə evi satmaq istəmirdilər, lakin qarşı tərəf bütün qohumlara dedi ki, ona satsınlar. Daha sonra onlar razılaşdılar. Rayona getdilər, bacısı ilə notariusun qabağına getdilər, Lətif müəllimlə görüşdülər. Notariusla danışdılar, onlar etibarnamə verdilər. Onların şəriki vardır. Lətif müəllim onlara dedi ki, öz payınızı verin, o, həmin şəxsdən qalan hissəni alacaq. Daha sonra Lətif müəllimlə onlar danışdı, lakin razılıq əldə olunmamışdır. Lətif müəllimlə pulun Bakıda olduğunu dedi, o da sənədləri rayonda vermədi, sadəcə etibarnamə verdi. O, qızının nömrəsini orada Lətif müəllimə verdi. Bakıda Lətif müəllimin qızı onun qızına zəng vuraraq pulun hazır olduğunu dedi, evdə pulu almağı ilə bağlı yazdı və imza çəkdi. Qızı getdi və pulu aldı gətirdi. Burada Könülə aid heç nə yoxdur. O, qarşı tərəfə bildirmişdir ki, ona vaxt versinlər, pulu qaytaracıq.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, cavbdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinəmüəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. 405-ci maddəinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
29. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
30. 1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
31. 1092.1-ci maddəsinə görə, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
32. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
33. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
35. 51.3-cü maddələrinin tələblərinə müvafiq olaraq, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. 54-cü maddələrinin tələblərinə müvafiq olaraq, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.
37. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir.
39. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. Cavabdeh verdiyi apellyasiya şikayətində onunla iddiaçı arasında öhdəlik hüquq münasibətlərinin yaranıb-yaranmadığına hüquqi qiymət verilməsini xahiş edir.
41. Bu kateqoriyadan olan iddianın düzgün həlli üçün tərəflər arasında olan öhdəlik hüquq münasibətlərinin xarakteri və nəticəsi düzgün müəyyən edilməlidir. İddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) yoxlanılmalıdır. Məhkəmə sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməsi baxımından qeyd edir ki, cavabdeh ilə öhdəlik hüquq münasibətlərinin yarandığına istinad edən tərəf (hazırkı halda iddiaçı) bu öhdəliyin əmələ gəlməsi əsaslarının mövcudluğunu sübut etməlidir.
42. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
43. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.
44. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir.
45. Mülki işin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin anası arasında əldə olunmuş şifahi razılaşmaya əsasən sonuncu Ağstafa rayonu, Kolxəlfəli kəndində yerləşən əmlakın özünə məxsus hissəsini iddiaçıya satmağı, iddiaçı isə bunun müqabilində 7.000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən razılaşmanın icra edilməsində üçüncü şəxs Nümayəndə ilə cavabdeh öz valideynləri tərəfindən verilmiş tapşırığa əsasən iştirak etmişlər.
46. Qeyd edilənlər işdə olan materiallara, o cümlədən Ağstafa rayonu, Kolxəlfəli kəndində yerləşən 4/24 hissədən ibarət torpaq sahəsinin, 4/12 hissədən ibarət fərdi yaşayış evinin X1 adına qeydiyyatdan keçdiyi və hazırda mülkiyyətində olduğu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli çıxarışa, həmçinin X6 tərəfindən satdığı Ağstafa rayonu, Kolxəlfəli kəndində yerləşən əmlakın özünə məxsus hissəsi müqabilində 7.000 manat məbləğində pulu aldığı barədə qəbzə, habelə qeyd edilənlər barəsində məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin verdiyi izahatlara əsasən öz təsdiqini tapır.
47. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər (İddiaçı ilə Cavabdeh) arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmamışdır. Mübahisə predmeti olan məbləğin iddiaçının razılığı ilə cavabdehin sahibliyinə keçməsi onların arasında müqavilə münasibətrlərinin yaranmasına dəlalət etmir. Razılaşmanın baş verməsində iştirak edən cavabdehə X6 tərəfindən verilmiş tapşırıq pul vəsaitinin iddiaçıdan alınıb əldə olunan torpaq sahəsinin mülkiyyətçisinə - ona verilməsindən ibarət olmuş, həmin tapşırığa uyğun olaraq da mübahisəli məbləğ məhz ona çatdırılması üçün iddiaçı tərəfindən cavabdehə verilmişdir.
48. İddianın əsassız varlanmaya dair normaların şərtləri əsasında yoxlanılması üçün isə nəzərə alınmalıdır ki, əsassız varlanma ilə bağlı tələbin təmin edilməsi üçün borclunun əmlak əldə etməsi, həmin əmlakın kreditorun əmlakı hesabına əldə edilməsi, bu əldəetmə üçün heç bir hüquqi əsasın olmaması kimi şərtlərin mövcudluğu vacibdir. Mülki Məcəllənin müvafiq maddələrinin məzmununa görə, əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir.
49. Yuxarıda qeyd edildiyi kimi tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yarandığı, yəni iddiaçı tərəfindən müvafiq məbləğdə cavabdehə pul verilməsi və daha sonra pulun verilməsini şərtləndirilən hüquqi əsasın aradan qalxması və yaxud da həmin hüquqi əsasın əvvəldən olmaması halı öz təsdiqini tapmalı, bu hallar da iddiaçı tərəfindən sübuta yetirilməlidir.
50. Məhkəmə kollegiyası Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə istinadən qeyd edir ki, hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur.
51. Belə ki, işin mübahisələndirilməyən hallarından göründüyü X3 məxsus əmlakın özgəninkiləşdirilməsi müqabilində 7.000 manat məbləğində pul cavabdehin sahibliyinə keçmişdir. Fikir ayrılığını yaradan məsələ isə cavabdehin həmin məbləğ həddində iddiaçının hesabına varlanmış olması ilə bağlıdır. İddiaçı verdiyi pulun qaytarılmasını cavabdehdən tələb edir, cavabdeh isə etiraz edərək bu məbləğin Ağstafa rayonu, Kolxəlfəli kəndində yerləşən əmlakın mülkiyyətçisi olan X3 ötürdüyünü, həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı münasibətlərin məhz onların arasında yarandığını, bu münasibətlərin baş tutmasında vasitəçi rolunda iştirak etdiyini bildirir.
52. Nəzərə alınmalıdır ki, iddiaçı iddianın əsası kimi istinad etdiyi halların mövcudluğunu sübuta yetirmək vəzifəsini daşıyır. Hazırkı halda da iddiaçı cavabdehin onun hesabına əmlak əldə etdiyinə, heç bir hüquqi əsas olmadan “varlanmış” olduğuna dair irəli sürdüyü dəlilləri heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
53. Beləliklə işin bu hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı öhdəlik hüquq münasibətləri yaranmamışdır və belə olan halda da iddiaçının ödənilmiş pul məbləğini cavabdehdən tələb etməsi əsassızdır. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.
54. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən baxılan işdə işin faktiki halları düzgün araşdırılmamış, tərəflər arasında müqavilə və müqavilə bənzəri hüquq münasibətlərinin olub-olmamasına hüquqi qiymət verilməmiş, müvafiq maddi hüquq normalarının şərtləri tətbiq edilməklə işin faktiki halları yoxlanılmamışdır.
55. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, pul məbləği cavabdeh tərəfindən iddiaçıdan alınmış, lakin rəsmi olaraq iddiaçı onun müqabilində torpaq sahəsinə hər hansı hüquq əldə etməmişdir. Beləliklə də, cavabdeh müəyyən məbləğdə pul vəsaitini iddiaçıdan almış, lakin öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, bununla da əsassız varlanmışdır.
56. Məhkəmənin sərgilədiyi mövqe anlaşılan deyildir. Belə ki, məhkəmə cavabdehin müəyyən məbləğdə pul vəsaitini iddiaçıdan aldığını, lakin öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini qeyd etsə də, həmin öhdəliyin nədən ibarət olduğuna, cavabdehin bu öhdəliyi icra etməkdə səlahiyyatdar şəxs olub-olmadığına hər hansı formada hüquqi qiymət verməmişdir.
57. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
58. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3028/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı (Nümayəndə, X6 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir.
59. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
60. Apellyasiya şikayəti təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçı tərəfindən ona ödənilməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3028/2024 saylı, 17 sentyabr 2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı (Nümayəndə, X6 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev