Məhkəmə qərarları › İş №2(103)-6014/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6014/2022

15.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6014/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli qətnaməsi ilə X1 Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh4 qarşı iddiası təmin edilmiş, X1 Bakı şəhəri, Z.Tağıyev küçəsi, ev 14, mənzil 34-ə yaşayış hüququnun tanınması, həmin mənzilə pasport qeydiyyatına alınması və köçürülməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli 2(009)-872/2007 saylı qətnaməsindən Cavabdeh1 tərəfdən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki iş kimi təqdim olunmuş sənədlərin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Azəbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli 2(102)-1222/2020 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərardadı dəyidirilmədən saxlanılmışdır. Bundan sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfdən verilmiş itirilmiş məhkəmə icraatının bərpasına dair ərizəsi təmin olunmuşdur. Daha sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli 2(009)- 872/2007 saylı qətnaməsindən Cavabdeh1 tərəfdən 11 sentyabr 2020-ci il tarixdə verilmiş apellyasiya şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-3081/2022 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli 2(009)- 872/2007 saylı qətnaməsindən Cavabdeh1 tərəfdən 11 sentyabr 2020-ci il tarixdə verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və iş materialları Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli 2(102)-3565/2022 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3081/2022 nömrəli iş üzrə 18 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 3081/2022 saylı qərardadında göstərilmişdir ki, Cavabdeh1 tərəfindən yenidən apellyasiya şikayəti verilmədiyindən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-1ci il tarixli 2(009)-872/2007 saylı qətnaməsindən Cavabdeh1 tərəfdən 11 sentyabr 2020-ci il tarixdə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərardadı və Azəbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli 2(102)-1222/2020 saylı Qərarı ilə münasibət bildirildiyindən Cavabdeh1 tərəfdən 11 sentyabr 2020-ci il tarixdə verilmiş apellyasiya şikayətinə yenidən (təkrar) apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab olunmalıdır. Buna baxmayaraq hazırda təkrar olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli 2(009)- 872/2007 saylı qətnaməsindən Cavabdeh1 tərəfdən 11 sentyabr 2020-ci il tarixdə verilmiş apellyasiya şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd olunduğu kimi Bakı Apelyasiya Məhkəməsinin qərardadı ilə münasibət bildirilmişdir və hazırki vəziyyətdə də Cavabdeh1 tərəfdən yenidən apellyasiya şikayəti verilməmişdir. Qeyd olunanlara əsasən mülki iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli 2(009)-872/2007 saylı qətnaməsindən Cavabdeh1 tərəfdən 11 sentyabr 2020-ci il tarixdə verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar