Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6017/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: cinayət əməlləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3604/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-273/2022 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq o, 4 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1607/2022 saylı qərarı ilə Cavabdeh1 Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2. və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 1(101 )- 273/2022 saylı hökmü məhkum edilmiş şəxslər Cavabdeh1 və Cavabdeh2, məhkum Cavabdeh1 müdafiəçisi X33, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-1865/2023 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1607/2022 saylı qərarından məhkumlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır.
4. X25 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində notarial qaydada təsdiq olunmuş 8İ-39299 reyestr nömrəli ərizəsindən görünür ki, onun İddiaçı qarşı heç bir şikayəti, maddi iddia tələbi yoxdur.
5. X4 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisində notarial qaydada təsdiq olunmuş 8İ-21815 reyestr nömrəli ərizəsindən görünür ki, onun İddiaçı qarşı maddi tələbi və heç bir iddiası yoxdur.
6. X6 Bakı şəhəri 43 saylı notariat ofisində notarial qaydada təsdiq olunmuş 8İ- 20379 nömrəli ərizəsindən görünür ki, İddiaçı tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur.
7. X26 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki. X10 İddiaçı heç bir maddi və mənəvi tələbi və şikayəti yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cinayət əməlləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1607/2022 saylı yekun qərarı ilə Azərbaycan Respublikasının 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasının çəkilmə müddətinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablanmaqla 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəsissəsində cəzasını çəkən xx xxxx 1961-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonun Qıvraq Kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 iddiaçının etibarından suiistifadə edərək təkbaşına mənimsədiyi 204.000 (iki yüz dörd min) manat məbləğində, üstəgəl Cavabdeh2 ilə birlikdə iddiaçının etibarından sui-istifadə edərək, mənimsədikləri 73000 (yetmiş üç min) manat məbləğində olan pulun 36500 (otuz altı min beş yüz) manat məbləğində hissənin, həmçinin iddiaçıya vurduğu maddi və mənəvi ziyana görə 100.000 (bir yüz min) manat məbləğində olmaqla, ümumilikdə 340.500 (üç yüz qırx min beş yüz) manat məbləğindəki pulun tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh2 Cavabdeh1 ilə birlikdə iddiaçının etibarından sui-istifadə edərək mənimsədikləri 73000 (yetmiş üç min) manat məbləğində olan pulun 36500 (otuz altı min beş yüz) manat hissəsinin, həmçinin iddiaçıya vurduğu maddi və mənəvi ziyana görə 100.000 (bir yüz min) manat, ümumilikdə, 136.500 (bir yüz otuz altı min beş yüz) manat məbləğindəki pulun tutularaq ona ödənilməsi, eyni zamanda iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 767 (yeddi yüz altmış yeddi) manat məbləğində olan dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsasandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 1 (103)-1607/2022 saylı yekun qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikasının 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasının çəkilmə müddətinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablanmaqla 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəsissəsində cəzasını çəkir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 1(103)-1607/2022 saylı yekun qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikasının 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, cəzasının çəkilmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmaqla 4(dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəsissəsində cəzasını çəkir. Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 1(103)- 1607/2022 saylı yekun qərarı ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq cinayətini törətmişdir. Belə ki, o, 2020-ci ilin fevral ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etmiş, bu məqsədlə özünü tanışı İddiaçı Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, İddiaçı tanışı X28 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisinə müddətli hərbi xidmətə qəbul etdirəcəyinə dair yalandan vəd edərək, sonuncunun anası X22 aldığı 8500 manat pulu ünvan 2 saylı ündanda yerləşən ‘Ağ Saray” şadlıq evinin yaxınlığında Cavabdeh2 vermiş, sonuncu isə həmin məbləğdə pulu Cavabdeh1 ilə birlikdə ələ keçirərək verdikləri vədə əməl etmədiyindən, İddiaçı Cavabdeh1 və Cavabdeh2 geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Sevda Kərimovaya geri qaytarmış və nəticədə Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin mart ayının əvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədi ilə İddiaçı özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, onun tanışı Hərbi polisdə çavuş kimi xidmət edən X11 gizir hərbi rütbəsi verdirəcəkləri adı altında, cəmi 23000 manat məbləğində pulu alaraq, vədə əməl etməyərək, İddiaçı Cavabdeh1 və Cavabdeh2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu geri qaytarmış və nəticədə Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirməklə zərərçəkmiş şəxs Ədalət Rıhimova qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin aprel ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədi ilə İddiaçı özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, onun tanışı X12 qardaşı oğlu X23 iş yerini dəyişmək adı altında 6000 manat məbləğində pulu alaraq, vədə əməl etməyərək, İddiaçı Cavabdeh1 və Cavabdeh2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu X15 geri qaytarmış və nəticədə Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin may ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədi ilə İddiaçı özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, onun tanışı X13 xidmət yerini dəyişmək adı altında 5000 manat məbləğində pulu alaraq, vədə əməl etməyərək, İddiaçı Cavabdeh1 və Cavabdeh2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu geri qaytarmış və nəticədə Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan əlavə, 2020-ci ilin may ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədi ilə İddiaçı özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, onun tanışı X16 xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsindən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissələrin birinə xidmət etmiş iş yerini dəyişdirəcəyinə yalandan vəd verərək ondan ünvan 2 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında 5000 manat məbləğində pulu aldıqdan sonra, sonuncu Cavabdeh1 ilə birlikdə verdikləri vədə əməl etmədiyindən, İddiaçı Cavabdeh1 və Cavabdeh2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etdiklərindən, İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Cəfərzadə Turqaya geri qaytarmış və nəticədə, Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirməklə zərərçəkmiş şəxs Ədalət Rıhimova qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan əlavə, 2020-ci ilin may ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədi ilə İddiaçı özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, onun tanışı X14 dostu Məhərrəm adlı şəxsin həyat yoldaşını Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə işə düzəldəcəyinə yalandan vəd verərək X7 14000 manat məbləğində pulu aldıqdan sonra, sonuncu Cavabdeh1 ilə birlikdə verdikləri vədə əməl etmədiyindən, İddiaçı Cavabdeh1 və Cavabdeh2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu X17 geri qaytarmış və nəticədə Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin iyun ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə İddiaçı özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, İddiaçı tanışı X4 tanışı X2 X39 7000 manat pul müqabilində qəbul etdirəcəyinə yalandan vəd verərək, İddiaçı ünvan 3 ünvanında yerləşən “Şuşa” restoranının yaxınlığında 7000 manat məbləğində pulu alıb birlikdə ələ keçirdikdən bir müddət sonra, X5 MR-nın Şərur RPŞ-nə sıravi polis nəfəri, müəyyən müddətdən sonra leytenant rütbəsi verdirəcəyinə və Bakı şəhərində yerləşən polis bölmələrinin birinə xidməti iş yerini dəyişdirəcəyinə dair yalandan vəd verdiyini bilmişdir. Fuad Haqnəzərov həmin təkliflə razılaşmadıqda, İddiaçı qeyd olunan məbləğdə pulu Cavabdeh2 və Cavabdeh1 geri istədikdə sonuncular pulu qaytarmaqdan imtina etməklə İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Fuad Haqnəzərova geri qaytarmış, nəticədə Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin iyul ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə İddiaçı özünü Azərbaycan Respublikasımım yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, bu məqsədlə İddiaçı Suraxanı rayonu İcra Hakimiyyıtinin Başçısının müavini vəzifəsinə düzəldəcəyinə yalandan vəd verib aldadaraq, ondan 120000 ABŞ dolları, milli pul vahidi ilə 204000 manat məbləğində pulu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “Neftçilər” parkında alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan əlavə, 2020-ci ilin avqust ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədi ilə İddiaçı özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, onun tanışı X24 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polisindən təxris olunmasının qarşısının alınmasını yalandan vəd verərək,ümumilikdə 4500 manat məbləğində pulu aldıqdan sonra, sonuncu Cavabdeh1 ilə birlikdə verdikləri vədə əməl etmədiyindən, İddiaçı Cavabdeh1 və Cavabdeh2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu geri qaytarmış və nəticədə Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı qeyd olunan məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. İddiaçıya birbaşa 120.000 (yüz iyirmi min) ABŞ dolları, hazırkı kursla 204.000 (iki yüz dörd min) manat məbləğində pulları maddi ziyan dəyməklə yanaşı zərərçəkmişlər X29 8500 (səkkiz min beş yüz) manat, X11 23.000 (iyirmi üç min) manat, X15 6000 (altı min) manat, X18 5000 (beş min) manat, X19 5000 (beş min) manat, X17 14.000 (on dörd min) manat, X8 7000 (yeddi min) manat, X27 4500 manat məbləğindəki, cəmi 73000 (yetmiş üç min) manat pullarını məhkum olunmuş şəxslərə iddiaçı alıb, verdiyinə görə və məhkum olunmuş şəxslər həmin pulları qeyd etdiyi zərərçəkmişlərə özləri qaytarmaqdan imtina etdiklərinə görə iddiaçı göstərilən məbləğdə olan pulları onlara qaytarmağa məcbur olmuş və qaytarmışdır, yəni həmin məbləğlər də məhkum olunmuş şəxslərdən alınaraq, iddiaçıya ödənilməlidirlər. Bununla yanaşı, cinayət işi üzrə məhkum olunmuş şəxslərin iddiaçıya qarşı etdikləri cinayətkar hərəkətlərin nəticəsində, iddiaçının dələduzluq yolu ilə ələ keçirdikləri, məhkum olunmuş şəxs Cavabdeh1 tək olaraq, 204.000 (iki yüz dörd min) manat məbləğində iddiaçının pullarını, Əliyev X20 Vüsal Ramiz oğlu ilə birlikdə 73000 (yetmiş üç min) manat məbləğində iddiaçının pulunu birlikdə mənimsəmişlər. Həmin məbləğlər müştərək formada, hər birindən 36500 (otuz altı min beş yüz) manat məbləğində pul onlardan tutulub alınmalıdır. İddiaçı qeyd olunan məbləğlərdən istifadə edə biləcəyi təqdirdə, iddiaçının qazana biləcəyi maddi nemətlər əlindən çıxmış, nəticədə, əldə edə biləcəyi, əvəzi qeyd etdiyi məhkum olunmuş şəxslər-cavabdehlər tərəfindən ödənilməli olan gəlirini itirmiş və eyni zamanda, iddiaçıya qarşı dələduzluq etmiş şəxslər tərəfindən ödənilməsi vacib olan mənəvi ziyan da dəymişdir. İddiaçı həmin əldə edə biləcəyi gəliri 100.000 (bir yüz min) manat və iddiaçıya dəymiş mənəvi ziyanı isə 100.000 (bir yüz min) manat, ümumi məbləğlərini 200.000 (iki yüz min) manat məbləğində - həddində qiymətləndirir. İddiaçı, özünün ələ keçirilmiş Cavabdeh1 tərəfindən etibarından sui-istifadə olunaraq təkbaşına mənimsənilmiş 204.000( iki yüz dörd min) manat məbləğində pullarım, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə iddiaçının etibarından sui-istifadə olunaraq mənimsənilmiş 73000 (yetmiş üç min) manat məbləğində pulunu Respublikadakı Bank hesabına yatırsaydı, həmin pulları bank hesabında saxladığına görə əldə edə biləcəyi minimal gəliri 100.000 (bir yüz min) manat təşkil etmiş olardı. Bundan başqa, iddiaçı uzun müddət pullarını geri qaytarmaq üçün əziyyətlər çəkmiş, mənəvi və vaxt itkisinə məruz qalmışdır. İddiaçı həmin edə biləcəyi gəliri və iddiaçıya dəymiş mənəvi ziyanın ümumi məbləğlərini 100.000 (bir yüz min) manat məbləğində-həddində qiymətləndirir. Hesab edir ki, cinayət işi üzrə məhkum olunmuş şəxslər, yəni Cavabdeh1 iddiaçının etibarından sui-istifadə edərək təkbaşına mənimsədiyi: 204.000 (iki yüz dörd min) məbləğində manat, əlavə olaraq Cavabdeh2 ilə birlikdə iddiaçının etibarından sui-istifadə edərək, mənimsədikləri 73000 (yetmiş üç min) manat məbləğində olan pulun 36500 (otuz altı min beş yüz) manat hissəsi, həmçinin iddiaçıya vurduğu maddi və mənəvi ziyana görə 100.000 (bir yüz min) manat məbləğində, ümumilikdə, 340.500 (üç yüz qırx min beş yüz) məbləğində manat təşkil edir və Cavabdeh2 Cavabdeh1 ilə birlikdə iddiaçının etibarından sui-istifadə edərək, mənimsədikləri: 73000 (yetmiş üç min) manat məbləğində olan pulun 36500 (otuz altı min beş yüz) məbləğində manatı, həmçinin iddiaçıya vurduğu maddi və mənəvi ziyana görə 100.000 (bir yüz min) manat, ümumilikdə, 136.500 (bir yüz otuz altı min yüz) manat təşkil etmiş olur. Cavabdehlərin ümumi ödəməli olduqları məbləğ 477.000 (dörd yüz yetmiş yeddi min) manat təşkil edir. Cavabdehlərdən iddiaçıya qarşı etdiyi cinayətkar hərəkətlərin nəticəsində, dələduzluq hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın və iddia ərizəsini məhkəməyə vermək üçün iddiaçının ödədiyi 767 (yeddi yüz altmış yeddi) manat məbləğində olan dövlət rüsumu cavabdeh şəxslərdən tutularaq, iddiaçıya ödənilməsi haqqında müvafiq məhkəmə qərarı qəbul olunmasını məqsədə müvafiq hesab edir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3604/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 204.000 manat və 31.750 manat olmaqla, cəmi 235.750 manat məbləğində maddi ziyan və 500 manat məbləğində mənəvi ziyanın əvəzinin, Cavabdeh2 31.750 manat məbləğində vurulmuş maddi ziyan və 500 manat məbləğində mənəvi ziyanın əvəzinin, həmçinin dövlət rüsumuna görə ödənilmiş 767 manat məbləğində vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 558 manatının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 501, 505, 1091, 1092, 1096, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 107, 119.1, 180.2, 217.3, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tam və hərtərəfli araşdırma aparmadan, konkret dəlil, sübutlar təqdim edilmədən, cinayət prosessual qanunvericiliklə mülki qanunvericiliyi eyniləşdirən heç bir mötəbər sübutlara əsaslanmayaraq bir tərəfli və qərəzli şəkildə ittiham olunub cəza aldığı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına istinad etməklə mülki iddianın təmin edilməsinə dair qanunsuz qərar qəbul etmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cüil tarixli qərarının nəticəvi hissəsində iddiaçıya tərəfindən ödənilməsi nəzərdə tutulan vəsaitin əsassızlığı onunla sübuta yetirilir ki, zərərçəkmiş ibtidai istintaq zamanı, eləcə də məhkəmə prosesində mülki iddiaçı kimi tanınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil Əhrəman oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh1 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və digər cavabdeh tərəfin iştirakları olmadan baxılması mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17. 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
25. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda, qətnaməni yalnız Cavabdeh1 mübahisələndirdiyindən, iddiaçı və digər cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermədiyindən qətnamə apellyasiya şikayəti həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3604/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
34. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
36. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.
37. Hazırkı iş üzrə mülki işin materialları, iddiaçının məhkəmə iclasında verdiyi izahatları və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-267/2021 saylı 12 mart 2021-ci il tarixli hökmündə cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, cavabdeh E.Əmiraslanov tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Samir Şaxverdiyevdən 20000 manat məbləğində pul vəsaiti və Rövşən Abdullayevdən 12000 manat məbləğində pul vəsaiti alınmış və həmin məbləğlər hazırki günədək iddiaçılara geri qaytarılmamışdır.
38. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 267/2021 saylı 12 mart 2021-ci il tarixli hökmündən görünür ki, cavabdehlər Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində və Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, həmin hökmlə Cavabdeh1 iddiaçıya məxsus 120.000 ABŞ dolları, yəni 204.000 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirdiyi müəyyən edilmişdir.
39. Eləcə də, həmin hökmlə Niyazi Ələkbərov və Cavabdeh2 İddiaçı 20500 manat məbləğində ziyan vuraraq dələduzluq etmələri də müəyyən edilmişdir.
40. Bundan başqa həmin hökmlə cavabdehlər Niyazi Ələkbərov və Vüsal X1 məxsus 23.000 manat, X15 məxsus 6000 manat, X9 məxsus 5000 manat, X17 məxsus 14.000 manat, X27 məxsus 4500 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirdikləri müəyyən edilmişdir.
41. Kollegiya həmçinin qeyd edir ki, zərərçəkmiş şəxşlərdən Cavid Məmmədov (23.000 manat) notarial qaydasında təsdiq olunmuş ərizə verərək, Cavid Səmədov (14.000 manat) və Nurəddin Həbibov (6000 manat) isə məhkəmə iclasında onlara vurulmuş zərərin İddiaçı tərəfindən ödənildiyini bildirmişdir.
42. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1607/2022 saylı qərarı ilə Cavabdeh1 Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2. və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2022ci il tarixli, 1(101 )-273/2022 saylı hökmü məhkum edilmiş şəxslər Cavabdeh1 və Cavabdeh2, məhkum Cavabdeh1 müdafiəçisi X33, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)- 1865/2023 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1607/2022 saylı qərarından məhkumlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır..
43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.
45. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur.
46. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
47. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər
48. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələblərinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırda apellyasiya şikayəti ilə cavabdeh barəsində olan cinayət işinə dair materialları faktiki olaraq mübahisələndirir. Kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cavabdehin iddiaçılara münasibətdə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi sübut olunmuşdur.
49. Həmçinin kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili İddiaçı cinayət işinin gedişində mülki iddiaçı kimi qəbul edilməməsi və ona görə də hazırkı iddianı verməkdə haqlı olmaması olsa da apellyasiya şikayətinin bu dəlili formal mülahizə olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3604/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.