Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6024/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2839/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmət tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə və həmin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia ərizəsi verilərkən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etdiyi Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətini cavabdeh qismində prosesə cəlb etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci il mart ayından müddətli sistemlə Cavabdeh2 MTK-də hüquqşunas vəzifəsində işləyirdi. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə işəgötürən cavabdeh tərəfindən əmək müqaviləsinə dəyişiklik edərək müddətsiz əmək müqaviləsi bağlamaqla onu işdə saxlamışlar. Hal-hazırda Cavabdeh2 MTKnın rəhbər vəzifəli şəxslər həbsdədir və rəhbər vəzifədə heç kim qalmamışdır, MTK asan imzasının vaxtı qutarıb, bu baxımdan işdən çıxa bilməmişdir. Hal-hazırda işsizdir. Onun işdən azad olmağı ilə əlaqədar kimə müraciət kimə müraciət etsə də, köməklik göstərən yoxdur. İşlədiyi müddətdə əmək haqqı almamışdır. Cavabdehin qanuni təmsilçisinə 24 iyul 2021-ci il tarixdə işdən azad olmağı ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Bu günədək cavab verilməmiş və sonradan Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Başİdarəsində qaldırılmış cinayət işində MTK-nın qanuni təmsilçisi təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və MTK möhürü maddi sübut kimi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 MTK ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün 04 fevral 2022-ci il tarixində məcburiyyət qarşısında qalaraq, Prezidentə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciət ilə əlaqədar müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının ƏƏSMN yanında X12 Xidməti 14 fevral 2022-ci il tarixdə cavab verərək, göstərmişdir ki, “adınıza aktiv əmək müqaviləsinin olması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətə Nazirlik yanında X12 Xidmətində baxılmışdır. Müraciətlə bağlı əməkdaşlarımız tərəfindən Sizinlə telefon (***-***-**-**) əlaqəsi saxlanılmış və qanunvericiliyin tələbləri izah edilmişdir. Məlum edirik ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X12 Xidmətinin səlahiyyətləri xaricindədir”.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2839/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 MTK ilə İddiaçı arasında qüvvədə olan əmək müqaviləsinə xitam verilməsi və həmin əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə həvalə edilməsi qət edilmişdir (sədrlik edən: İlkin Əliyev).
5. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayət verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:
6. Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə qətnaməsində MMC-nin qanuni təmsilçisi X2 halda, Binəqədi Rayon Məhkəməsinin 4(001)-979/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə X5 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qətnaməsində X8 barəsində həbs qətimkan tədbirinin seçilməsi müəyyən edilmir. X1 barəsində tədbirlərin tətbiq edilməsi göstərilsə də, həmin tədbirlərin nədən ibarət olduğu göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-1.2 və 74-1.1.4-cü maddələrinə əsasən, fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır. X8 barəsində qeyd olunan tədbirlərin görülməsi məhkəmə qərarı ilə müəyyən edilmədiyindən Azəbaycan Respublikası Əmək Məcəlləsinin 74-1-ci maddəsinin tələbləri hazırkı iş üzrə tətbiq edilə bilməz. Bundan başqa Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr tərəfindən baxılır. Belə olan halda Məhkəmə tərəfindən X12 Xidmətinin cavabdeh qismində işə cəlb edilərək üzərinə əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun həvalə edilməsi məhkəmə aidiyyətinin kobud şəkildə pozulmasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş Qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi ümumi məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında olan fərdi əmək mübahisəsi ilə bağlı mülki işə X12 Xidmətini cavabdeh qismində cəlb edərək qətnamə qəbul etməsi qanunvericiliyin maddi və prosessual hüquq normalarının tələblərinə ziddir və qəbuledilməzdir. Tərəflərin izahatları:
7. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan İddiaçı Cavabdeh2 MTK-nın sədri X4 müraciət etdiyi 24 iyul 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılmış cinayət işinin fəsadları gələcəkdə faciələrə səbəb olacağını məsuliyyətini hiss edərək onu tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.Bununla bağlı poçt zərfi qapı bağlıdır qeydi ilə çatdırılmadan geri qaytarılmışdır.
11. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsinin xxxxxxx002102 saylı, xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, İddiaçı Cavabdeh2 MTKda xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi əsasında hüquqşunas vəzifəsində işə qəbul edilmişdir.
12. İddaçı İddiaçı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə ərizə ilə müraciət edərək, onu Cavabdeh2 MTK-da tutduğu vəzifədən azad olunmasına göstəriş verilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin İddiaçı ünvanladığı **********8 saylı, 14 fevral 2022-ci il tarixli məktubundan görünür ki, adına aktiv əmək müqaviləsinin olması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan müraciətə Nazirlik yanında X12 Xidmətində baxılmışdır. Ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X12 Xidmətinin səlahiyyətləri xaricində olması barədə məlumat vermişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ile daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından ve bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış Əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X12 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X12 Xidmətinə həvalə edilməsi barədə məlumat vermişdir.
14. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X14 Qeydiyyatı İdarəsi tərəfindən verilən 25 yanvar 2018-ci il tarixli nizamnaməsinin 1.1-ci bəndindən görünür ki, Cavabdeh2 (bundan sonra – Kooperativ) istehlak kooperativi olmaqla, kooperativin məqsədləri üçün binanın (binaların) tikilməsi, həmin binada mövcud yaşayış və qeyriyaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvləri pay haqlarını tam həmclə ödəmələri üçün tələb olunan müddətə yaradılır. Kooperativ binanın (binaların) tikinti başa çatdıqdan və binada (binalarda) mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mülki Məcəllə, Mənzil Məcəlləsi, qüvvədə olan digər qanunlar və bu nizamnamə ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir.
15. 12. Həmin nizamnamənin 1.2-ci və 1.4-cü bəndlərindən görünür ki, Kooperativin tam adı: Cavabdeh2dir və Kooperativin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 18a, mənzil 63 də yerləşir.
16. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Dövlət Reyestri Çıxarışından görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır, təşkilati-hüquqi forması Kooperativdir, qanuni təmsilçisi X6r.
17. Nizamnamənin 4.4-cü maddəsinə əsasən kooperativin pay fondu 100 manat müəyyən edilmişdir. Pay fondunda kooperativin üzvlərinin mütləq pay haqları aşağıdakı kimi müəyyən edilmişdir: - Abbaslı əsrət Bəhram oğlu-50 manat, 50 pay haqqı, 50 % - X15-20 manat, 20 pay haqqı, 20 % - X10-5 manat, 5 pay haqqı, 5 % - X5-5 manat, 5 pay haqqı, 5 % - X16-20 manat, 20 pay haqqı, 20 %
18. Azərbaycan Respublikası Baş Prokurorunun müavini- Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən X5 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələri, X3 həmin Məcəllənin 308.1-ci maddəsi ilə təqsirləndirilmələrinə və hüquqi şəxs Cavabdeh2 Mənzil Tikinti Kooperativi barəsində CM-nin 308.2-ci maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı 30 dekabr 2021-ci il tarixində təsdiq edilmişdir.
19. İttiham aktında qeyd edilir ki, X5- 25 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X14 Qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçmiş Cavabdeh2 5 faiz payla təsisçisi və 6 mart 2018-ci il tarixdən 6 mart 2020-ci il tarixədək icraçı direktoru vəzifəsində işləyən zaman öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xüsusilə külli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir.
20. İttiham aktında qeyd edilir ki, “X11- 25 yanvar 2018- ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X14 Qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçmiş Cavabdeh2 50 faiz payla təsisçisi və xx.xx.2018-ci il tarixdən sədri vəzifəsində işləməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-979/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə axtarışda olan X5 barəsində 4 ay müddətinə həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir.X5 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixədək uzadılmışdır.İstintaq zamanı cinayət əməllərinin hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və ya onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər tərəfindən törədilməsini təsdiq edən hallar müəyyən edildiyindən Konstra Mənzil Tikinti Kooperativi barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən 21 dekabr 2021-ci il tarixli qərar qəbul edilmişdir.” Apellyasiya baxışının həddləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
25. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminəgücləndirilmiş elektron imza vasitəsi ilədaxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.(maddə 49.1)
26. Bu Məcəllənin 74-cümaddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarıilə qüvvədən düşmüşhesab edilir.(maddə 49.5)
27. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.(maddə 69.1)
28. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.(maddə 69.2)
29. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.(maddə 69.5)
30. Fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır.(maddə 74.1-1.2)
31. Bu Məcəllənin 49-cu maddəsinin 5-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsi bildirişi qüvvədən düşmüşhesab edildikdən sonra əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlər aparılır.(maddə 87.8) Hüquqi dəyərləndirmə:
32. İş materiallarından görünür ki, iddiaçı əmək müqaviləsi ilə işlədiyi və barəsində cinayət hüquqi tədbirlər tətbiq edilən hüquqi şəxsin işçisidir. İşçi qanunvericilikdə müəyyən edilmiş qaydada onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə ərizə ilə müraciət etmişdir. Lakin işçi ilə bağlanan əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməmişdir. İşçinin bununla bağlı müvafiq icra hakimiyyətinə müraciəti isə nəticəsiz qalmışdır.
33. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, Cavabdeh2 MTK ilə İddiaçı arasında qüvvədə olan əmək müqaviləsinə xitam verilməsi və həmin əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə həvalə edilməsinə dair qətnamə qəbul etmişdir.
34. Kollegiya hesab edir ki, tərəflər arasında olan əmək müqaviləsinə iddiaçının ərizəsinə əsasən xitam verildiyindən onun məhkəmə qaydasında xitam verilməsi zərurəti mövcud deyildir. Kollegiya mövqeyini onunla əsaslandırır ki, Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (69.2).
35. Qeyd edilən normaların məzmunundan anlaşılır ki, əmək müqaviləsinə xitam verilməsi işçinin 1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməsi ilə şərtləndirilmişdir. Əmək müqaviləsinin xitamı üçün Məcəllədə nəzərdə tutulan sonrakı tələblər isə işəgötürən tərəfindən yerinə yetirilməli olan hərəkətlərdir. Qanunverici bununla bağlı işçinin tələblərini yerinə yetirməyi işəgötürən üçün imperativ göstəriş kimi müəyyən etmişdir.
36. Kollegiya həmçinin qeyd edilən normanın mahiyyəti ilə bağlı qeyd edir ki, normada işçinin işəgötürənə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yazılı ərizə ilə müraciət etməsi deyil, xəbərdarlıq etməsi təsbit edilmişdir. Bu onu deməyə əsas verir ki, işçinin əmək müqaviləsinə xitam verməsi işəgötürənin iradəsindən asılı olmayıb işçinin işəgötürənə məlumat verməsi ilə şərtlənir.
37. İş materiallarından görünür ki, iddiaçı (işçi) işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etmiş və həmin ərizənin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddət keçmiş və həmin müddət ərzində ərizəçi (iddiaçı) ərizəsini geri götürməmişdir. Belə olan halda, qanunverici işçiyə işə çıxmamaq hüququ verməklə həmin vəziyyətdə əmək münasibətlərinin davam etmədiyini və əmək müqaviləsinə xitam verildiyi mənasını ehtiva edir.
38. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
39. İşin hallarına və qanunvericiliyin tələblərinə əsasən kollegiya qeyd edir ki, işçi 1 təqvim ayı qabaqcadan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etdiyindən, müqaviləyə xitam verilməsi ilə bağlı sonrakı prosedur hərəkətlərin edilməsi işəgötürənin üzərinə düşür və işəgötürənin həmin öhdəliklərini yerinə yetirməməsi işçinin əmək müqaviləsinə xitam vermək və başqa işə qəbul olmaq kimi hüquqlarını məhdudlaşdıra bilməz.
40. Kollegiya iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X12 Xidmətinə həvalə edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 5-1-ci maddəsinə görə, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminəgücləndirilmiş elektron imza vasitəsi ilədaxil edilən elektron sənəddir.
41. Kollegiya yuxarıda sadalananlara əsasən hesab edir ki, əmək müqaviləsinə xitam verilmiş hesab edildiyindən hazırki qətnamə əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron sistemə daxil edilməsi üçün əsas hesab edilməlidir.
42. Cavabdeh apellyasiya şikayətində hazırki işə inzibati məhkəmədə baxılmalı olmasını qeyd etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsini X12 Xidmətinə həvalə etməsini deyil, Əmək qanunvericiliyinin tələbi kimi, qətnamənin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsas hesab edir. Bu səbəbdən də, hazırki mübahisə mülki mübahisədir və tərəflər arasında olan əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı olduğundan aidiyyət qaydaları pozulmamışdır.
43. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi xitam verilmiş hesab edilməli və hazırki qətnamə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsas hesab edilməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
46. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
47. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
48. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:
49. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi xitam verilmiş hesab edilməli və hazırki qətnamə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsas hesab edilməlidir.
50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2839/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən edilsin. İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi xitam verilmiş hesab edilsin. Hazırki qətnamə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsas hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev