Məhkəmə qərarları › İş №2(103)-6032/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6032/2020

17.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6032/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X23 və X10 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X12, Cavabdeh, 3-cü şəxslər X3 və X13 iştirakı ilə, İddiaçı İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin sədri X9 Cavabdeh (3-cü şəxslər: X7 və X27) qarşı “cavabdehin hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız sayılması və qeydiyyatın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7085/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İşgəncələrə qarşı Azərbaycan Komitəsi İ̇ctimai Birliyinin sədri X18 Cavabdeh qarşı “qanuni təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız sayılması və Cavabdeh “İsgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri kimi qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7085/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxx 2009-cu il tarixli 5 nömrəli Protokolda Birliyin həmtəsisçisi və üzvü P.Deyistaninin Birliyin sözügedən Yığıncağının keçirilməsi, gündəlikdə olan məsələlər, o cümlədən onun komitənin sıralarından çıxarılması ilə bağlı məsələnin müzakirə ediləcəyi barədə P.Deyistaniyə əvvəlcədən məlumat verilməsi, onun İdarə Heyətinin iclasında iştirakının təmin edilməsi üçün görülmüş tədbirlər, P.Deyistaninin onun barəsində qəbul edilmiş qərarla tanış edilməsi və mühüm əhəmiyyət kəsb edən digər hallarla bağlı məlumatlar göstərilməmişdir. Cavabdeh tərəf həmçinin qeyd olunan halları təsdiq edən hər-hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi kserosurətdən ibarət, surəti MPM ilə müəyyən edilmiş qaydalara uyğun olaraq təsdiq edilməmiş İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə heyətinin xx xxxxx 2009-cu il tarixli 5 nömrəli Protokolunu işə baxan hakim iş üzrə yekun nəticəyə gələrkən mötəbər sübut kimi qəbul edərək qiymətləndirilmiş və öz qətnaməsini həmin “sübuta” istinad etməklə əsaslandırmışdır. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X2 6.3-cü bəndinə görə Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. P.İ.Deyistaninin məhkəməyə verdiyi izahatından məlum olur ki, Yığıncağın yeri və vaxtı barədə ona əvvəlcədən məlumat verilməmişdir. Cavabdeh tərəf P.Deyistaniyə Yığıncağın yeri və vaxtı barədə məlumatın verildiyini, onun Yığıncağın qərarı ilə tanış edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.Cavabdeh xx xxxxxx 2018-ci ildə ərizəsinə əsasən noyabr ayının 21-də X11 keçirilməsi (ərizənin verildiyi gündən yeddi gün əvvəlki tarixə) qeyri-mümkündür və heç bir sağlam məntiqə sığmır. Bundan başqa, məhkəmə qətnaməsində həmin ərizəyə sübut kimi istinad etsə də qətnaməsində sözügedən ərizədə işin hansı hallarını təsdiq edən məlumatların (ərizənin məzmununu, hansı məqsəd və səbəblə yazıldığını, kimə ünvanlandığını və s.) olduğunu göstərməmişdir.İddia tərəfi cavabdehin təqdim etdiyi protokolda göstərilən məlumatların həqiqiliyinin müəyyən edilməsi məqsədilə sözügedən protokolda, həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi digər protokollarda adları Birliyin üzvləri kimi qeyd olunan şəxslərin doğurdan da Birliyin üzvəri olduqlarını və əgər üzvdürlərsə, onda hansı vaxtdan Birliyə üzvlüyə qəbul edilmələri ilə bağlı Birliyin üzvlərinin reyestrinin məhkəməyə təqdim edilməsinə dair verilmiş vəsatətlə bağlı cavabdeh tərəfin fikrini öyrəndikdə, cavabdeh məhkəməyə kifayət qədər sübutlar təqdim etdiklərini əsas gətirərək, üzvlərin reyestrini məhkəməyə verməkdən imtina etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında Yığıncağın keçirilməsi ilə bağlı Birliyin üzvlərinə Sadıq Bayramov adlı şəxsin zəng edərək xəbər verdiyini desə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddia tərəfi işin həmin hallarının araşdırılması ilə bağlı izahat verməsi üçün Sadıq Bayramovun məhkəməyə çağrılmasına dair məhkəməyə vəsatət versə də, S.Bayramovun məhkəməyə çağrılması təmin edilməmişdir.Məhkəmə iclasında şahid X22 onun guya İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə Heyətinin xx xxxxx 2009-cu il tarixli 5 nömrəli Protokolu ilə Birliyin təsisçiliyindən və üzvlüyündən azad edilməsi ilə bağlı izahat verərkən bildirmişdir ki, onun sözügedən həmin iclasdan və iclasın onun Birliyin təsisçiliyindən və üzvlüyündən azad edilməsi ilə bağlı qərarından heç bir məlumatı olmamışdır. Əgər doğurdan da belə bir iclas olmuşdursa, onda ona bu barədə heç kim əvvəcədən məlumat verməmiş, onun həmin iclasda iştirakı təmin edilməmiş, iclasın sözügedən protokolu ilə onu tanış etməmişlər, surətini ona verməmişlər. O, Protokolu yalnız indi, məhkəmə iclas zalında şahid qismində ifadə verərkən görmüşdür. Protokolda göstərilənlərlə heç cürə razılaşmır. Onun fəaliyyətində guya yol verdiyi kobud Nizamnamə pozuntuları ilə bağlı ona heç vaxt, heç kim tərəfindən heç bir irad bildirilməmişdir. Cavabdeh P.Deyistaniyə Yığıncağın yeri və vaxtı barədə məlumatın verildiyi, onun Yığıncağın qərarı ilə tanış edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qətnaməsində qərarını əsaslandırarkən istinad etdiyi işin bu halı ilə bağlı ümumiyyətlə heç bir araşdırma aparmamış, P.Deyistanin Birliyin üzvlüyündən xaric edilməsi ilə bağlı məsələyə baxılarkən ona Birliyin Yığıncağında iştirak etməsi ilə bağlı əvvəlcədən məlumat verilməsi, onun həmin Yığıncaqda iştirakının təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi, Yığıncağın qərarından şikayət vermək hüququndan istifadə etməsi üçün ona zəruri olan imkan və şəraitin yaradılması kimi mühüm əhəmiyyət kəsb edən qaydalara əməl edilməsi kimi məsələləri aydınlaşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X28 məhkəmə apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, xx.xx.2016-cı il tarixli akta əsasən, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin təsisçisi X1 üzvləri olan X30 və X5 ilə birlikdə Elçin Behbudovun vəfatından sonra möhür və digər sənədləri almaq üçün həyat yoldaşı X4 evinə gedərək möhür və sənədləri tələb etmiş və X8 möhür və sənədlərin itməsini bildirmişdir. Bundan sonra X29 bu haqda xx xxxxxx 2016-cı il tarixdə ƏN-nin Qeydiyyat və Notariat Baş İdarəsinə yazılı surətdə məlumat vermişdir və eyni zamanda xx xxxxxx 2016-cı il tarixdə Respublika qəzetində möhür və sənədlərin itməsi barədə elan vermişdir. xx.xx.2016-cı il tarixli Respublika qəzetində “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinə məxsus möhür itdiyi üçün etibarsız sayılması barədə elan dərc edilmişdir. xx.xx.2018-ci il tarixli AR ƏN Qeyri- Kommersiya Qurumlarının Dövlət Reyestrindən çıxarışa əsasən, Cavabdeh ümumi yığıncağın xx.xx.2015-ci il tarixli qərarı və sənədləri ilə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X25 heyətinin sədri seçilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyi üzvlərinin xx xxxxxx 2018-ci il tarixli Ümumi Yığıncağı keçirilmişdir. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X24 Yığıncağının xx.xx.2018-ci il tarixli protokoluna əsasən, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin seçki orqanlarının hesabatları müsbət qiymətləndirilmiş və qənaətbəxş hesab edilmişdir. Elmira Behbudova, Cavabdeh, Əliməmməd Nuriyev, Sevil Allahverdiyeva, Mirəli Hüseynov “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X25 Heyətinin üzvləri, Qartal Hüseynov, Cəlal Salayev, Elçin Şirinov “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X17 Təftiş Komisssiyasının üzvləri, Cavabdeh “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri, Əliməmməd Nuriyev isə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədr müavini seçilmişdir. Cavabdeh “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin səlahiyyətli şəxsi hesab edilmişdir Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2016-cı il tarixdə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin təsisçisi X14 Komitənin möhür və sənədlərinin itməsi və bununla əlaqədar Respublika qəzetində elan verilməsi ilə bağlı akt tərtib edilməsi və nəticədə əvvəlki möhürün etibarsız hesab edilməsi barədə əsasına münasibətdə əsaslı olaraq qeyd etmişdir ki, X14 Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərtib etmək, həmçinin bununla əlaqədar Respublika qəzetində elan vermək kimi səlahiyyəti olmamışdır. xx.xx.2009-cu il tarixli “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İdarə Heyətinin iclasının protokoluna əsasən, X1 təsisçisi sıralarından çıxarılması təklif edilmiş və Elçin Behbudov fikrini onunla əsaslandırmışdır ki, o, Komitə rəhbərliyi ilə heç bir əlaqə saxlamır, Komitənin fəaliyyətində yaxından iştirak etmir, ümumilikdə nizam-intizamı qənaətbəxş hesab edilməmişdir. O, son zamanlar fəaliyyətində kobud Nizamnamə pozuntularına yol vermişdir. İdarə Heyəti üzvlərinin yekdil səsverməsi ilə X15 təşkilatın sıralarından xaric edilməsi qərara alınmışdır. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X2 5.14-cü maddəsinə əsasən, üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız sayılması və Cavabdeh “İsgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri kimi qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. xx.xx.2009-cu il tarixli “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İdarə Heyətinin iclasının protokoluna əsasən, fəaliyyətində kobud Nizamnamə pozuntularına yol verdiyinə görə X6 Heyəti üzvlərinin yekdil səsverməsi ilə təşkilatın sıralarından xaric edilmişdir. X26 İsa oğlu barəsində “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” xx xxx 2009-cu il tarixli Qərara əsasən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 2009-cu il tarixindən İdarə Heyətinin üzvü olmadığından onun Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərtib etmək, həmçinin bununla əlaqədar Respublika qəzetində elan vermək kimi səlahiyyəti olmamışdır. Həmçinin Cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olması barədə sənədlərin etibarsız sayılması və sədr kimi qeydiyyatının ləğv edilməsinin əsaslı olmasına dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7085/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar