Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6047/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 nümayəndələri (vəkilləri) Vəkil iştirakı ilə İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3200 manat məbləğində pul vəsaitinin, 815 manat faiz borcunun, 10 000 manat məbləğində mənəvi zərərin əvəzinin, yəni cəmi 14 015 manat pul vəsaitinin alınıb İddiaçı2, 9782 manat məbləğində borcun, 2490 manat faiz borcunun, yəni cəmi 12 272 manat pul vəsaitinin alınıb İddiaçı1, 950 ABŞ dolları məbləğində pul vəsaitinin, 242 ABŞ dolları faiz borcunun, 1000 manat məbləğində mənəvi zərərin əvəzinin, yəni cəmi 1192 ABŞ dolları və 1000 manat pul vəsaitinin alınıb İddiaçı3 verilməsi, iddiaçıların hər biri tərəfindən ayrıayrılıqda ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına qəbul edildikdən və iş üzrə hazırlıq iclası keçirildikdən sonra Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq faktiki olaraq İmişli şəhərində yaşadığını bildirmiş və buna görə işin aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət Nizami Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət də, birinci instansiya məhkəməsində verilmiş vəsatətin məzmununa uyğun əsaslandırılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, iddiaçıların məhkəmə iclasında iştirak edən nümayəndələri isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından Cavabdeh qeydiyyat ünvanının Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 96 saylı evin 84 saylı mənzil olduğu aydın olur; Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə isə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Müvafiq olaraq da birinci instansiya məhkəməsi Cavabdeh işin baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməsinə dair ərizəsini əsaslı olaraq təmin etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1346/2021 saylı mülki iş üzrə 15 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6047/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6047/2021
10.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver