Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-605/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs X17 cavabdehlər 28 saylı notariat ofisinin xüsusi notariusu X48, X35, X36 və X37 qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-605/2023 (Açar sözlər: miras əmlaka payın müəyyən edilməsi) Bakı şəhəri, 10 aprel 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X55 oğlunun katibliyi, İddiaçı, cavabdeh X35 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-973/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən X36 və X35 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı cavabdeh X38 qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 saylı notariat Ofisinin xüsusi notariusu X27 vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtinası barədə xx.xx.2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün Şəmkir rayonu 1 saylı notariat ofisinin notariusu X11 ərizə ilə müraciət etmiş, lakin müvafiq əmlakların Bakı şəhərində olması ilə əlaqədar bu ərizə geri qaytarılmışdır. Bununla bağlı o, Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X38 ərizə ilə müraciət etsə də, vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün müəyyən edilmiş müddətin ötürülməsi əsas göstərilərək vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli qərar ona verilmişdir. Lakin o, xx.xx.2021-ci il tarixdə müraciət etdiyi üçün qanunvericiliklə müəyyən edilmiş altı aylıq müddəti ötürmüş hesab edilməməlidir.
3. Müstəqil tələb irəli sürən üçüncü şəxs X39 cavabdehlər 28 saylı notariat ofisinin xüsusi notariusu X48, X49, X36 və X23 qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X27 ona və İddiaçı vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtinası barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, mərhum X12 miras əmlakından qanuni vərəsə kimi onun və İddiaçı ½ hissədə, cavabdeh X28 ½ hissədə payının müəyyən edilməsi, cavabdehlər X36 və X23 həmin miras əmlakdan pay müəyyən edilməsindən imtina edilməsi vəzifəsinin cavabdeh 28 saylı Notariat Ofisinin üzərinə qoyulmasını, mərhum X12 miras əmlanın saxlanması üçün çəkilən 10000 manat xərcin ½ hissəsinin X24 alınaraq ona və İddiaçı verilməsini xahiş etmişdir.
4. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, bacısı İddiaçı cavabdehlər 28 saylı notariat ofisinin xüsusi notariusu X48, X49, X36, X23 qarşı iddia qaldıraraq məhkəməyə müraciət etmişdir. İddia verilən zaman Bakı şəhərində olmaması ilə əlaqədar işə qoşula bilməmişdir. X4 xx.xx.2022-ci il tarixdə uzun sürən xəstəlik səbəbilə vəfat etmiş və ölümünədək mərhuma o və bacısı İddiaçı baxaraq bütün əmlaklarını idarə etmişdir. Onun nə əri, nə övladları olub, bacı-qardaşları isə Rusiya Federasiyasında yaşayıblar. İddiaçı ilə birlikdə xx.xx.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün Şəmkir rayonu 1 saylı notariat ofisinin notariusu X11 ərizə ilə müraciət etmiş, lakin müvafiq əmlakların Bakı şəhərində olması ilə əlaqədar bu ərizə geri qaytarılmışdır. Bununla bağlı onlar Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X38 ərizə ilə müraciət etsələr də, vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün müəyyən edilmiş müddətin ötürülməsi əsas göstərilərək vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli qərar onlara verilmişdir. İddiaçı cavabdehə ünvanlanan sorğuya cavabı xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Daxil olmuş məktuba qoşma edilmiş sənədlərlə müəyyən olunur ki, mərhumun bacısı X35 xx.xx.2022-ci il, digər bacısı X36 xx.xx.2021-ci il tarixdə və qardaşı X49 haqqında şəhadətnamə verilməsilə bağlı ərizə ilə 28 saylı notarius ofisinə müraciət etmişlər. Həmçinin həmin sənədlərlə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə X2 Kamilə Şiraslan qızına etibarnamə vermiş, sonuncu da xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı ərizə ilə 28 saylı notariat ofisinə müraciət etmişlər. Lakin etibarnamədə mirası qəbul etmə və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq hüquqları göstərilməmişdir. Mərhumun xx.xx.2021-ci il tarixdə öldüyünü də nəzərə aldıqda o, mülki qanunvericilikdə nəzərdə tutulmuş son müddəti buraxmışdır. Eyni zamanda həmin sənədlərdə xx.xx.2021-ci il tarixdə X18 da vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı 21 saylı notarius ofisinə müraciət etməsi göstərilsə də, belə bir ərizə yoxdur. Şəxs yalnız xx.xx.2021-ci il tarixdə 28 saylı notarius ofisinə müraciət etmişdir. Bunlar da nəzərə alındıqda o da mülki qanunvericilikdə nəzərdə tutulmuş son müddəti buraxmışdır. X39 və bacısı iddiaçı mərhumun sağlığından onun əmlakına sahiblik etməyə və əmlakı idarə etməyə başlamış və bununla da mirası qəbul etdiklərini nümayiş etdirmişlər. Mərhuma məxsus bütün əmlakın sənədləri də onlardadır və kommunal xərcləri qarşılayırlar.
5. İddiaçı dəqiqləşmə ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X27 ona və X25 vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtinası barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, mərhum X12 miras əmlakından qanuni vərəsə kimi onun və X17 ½ hissədə, cavabdeh X28 ½ hissədə payının müəyyən edilməsi, cavabdehlər X36 və X23 həmin miras əmlakdan pay müəyyən edilməsindən imtina edilməsi vəzifəsinin cavabdeh 28 saylı notariat ofisinin üzərinə qoyulmasını, mərhum X12 miras əmlakının saxlanması üçün çəkilən 10000 manat xərcin ½ hissəsinin X24 alınaraq ona və X25 verilməsini xahiş etmişdir.
6. Dəqiqləşmə ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh 28 saylı notarius ofisinin xüsusi notariusu X38 qarşı iddia qaldıraraq onun vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtinası barədə xx.xx.2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. X4 xx.xx.2022-ci il tarixdə uzun sürən xəstəlik səbəbilə vəfat etmiş və ölümünədək məhuma iddiaçı və onun bacısı X39 baxaraq bütün əmlaklarını idarə etmişlər. Onun nə əri, nə övladları olub, bacı-qardaşları isə Rusiya Federasiyasında yaşayıblar. İddiaçı xx.xx.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün Şəmkir rayonu 1 saylı notarius ofisinin notariusu X11 ərizə ilə müraciət etmiş, lakin müvafiq əmlakların Bakı şəhərində olması ilə əlaqədar bu ərizə geri qaytarılmışdır. Bununla bağlı o, Bakı şəhəri 28 saylı notarius ofisinin xüsusi notariusu X38 ərizə ilə müraciət etsə də, vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün müəyyən edilmiş müddətin ötürülməsi əsas göstərilərək vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli qərar ona verilmişdir. İddiaçı cavabdehə ünvanlanan sorğuya cavabı xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Daxil olmuş məktuba qoşma edilmiş sənədlərlə müəyyən olunur ki, mərhumun bacısı X35 xx.xx.2022-ci il, digər bacısı X36 xx.xx.2021-ci il tarixdə və qardaşı X49 xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı ərizə ilə 28 saylı notarius ofisinə müraciət etmişlər. Həmçinin həmin sənədlərlə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə X2 Kamilə Şiraslan qızına etibarnamə vermiş, sonuncu da xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı ərizə ilə 28 saylı notarius ofisinə müraciət etmişlər. Lakin etibarnamədə mirası qəbul etmə və vərəsəlik hüququ haqqında şəhadətnamə alma hüquqları göstərilməmişdir. Mərhumun xx.xx.2021-ci il tarixdə öldüyünü də nəzərə aldıqda o, mülki qanunvericilikdə nəzərdə tutulmuş son müddəti buraxmışdır. Eyni zamanda həmin sənədlərdə xx.xx.2021-ci il tarixdə X18 da vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı 21 saylı notarius ofisinə müraciət etməsi göstərilsə də, belə bir ərizə yoxdur. Şəxs yalnız xx.xx.2021-ci il tarixdə 28 saylı notarius ofisinə müraciət etmişdir. Bunlar da nəzərə alındıqda o da mülki qanunvericilikdə nəzərdə tutulmuş son müddəti buraxmışdır. İddiaçı və bacısı X39 mərhumun sağlığından onun əmlakına sahiblik etməyə və əmlakı idarə etməyə başlamış və bununla da mirası qəbul etdiklərini nümayiş etdirmişlər. Mərhuma məxsus bütün əmlakın sənədləri də onlardadır və kommunal xərcləri qarşılayırlar.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-973/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı iddiası qismən təmin edilərək, 28 saylı Notariat ofisinin 29 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi, miras qoyan X12 miras əmlaklarına 1/6 (1/3 yarısı) hissədə İddiaçı payının müəyyən edilməsi, İddiaçı tərəfindən çəkilmiş xərc- 6700 manatın 2233 manatı (1/3) X24, 2233 manatı (1/3) X13 və 1116.5 manatı (1/6) X14 tutularaq İddiaçı ödənilməsi, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40 manatı X24, 40 manatı X13 tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X17 iddiasının qismən təmin edilməsi, 28 saylı Notariat ofisinin 29 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi, miras qoyan X12 miras əmlaklarına 1/6 (1/3 yarısı) hissədə payının müəyyən edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ödənilmiş dövlət rüsumunun 40 manatı X24, 40 manatı X13 tutularaq X25 ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin qalan hissədə təmin edilmənəsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, miras qoyan X12 miras əmlaklarına 1/3 hissədə X28, 1/3 hissədə X18, 1/6 hissədə İddiaçı, 1/6 hissədə X17 payının müəyyən edilməsi, qarşılıqlı iddia üzrə X36 tərəfindən ödənilmiş dövlət rüsumunun 40 manatının İddiaçı, 40 manatı X14 tutularaq X26 ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Şəhla Süleymanova). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Həmin qətnamədən narazı qalan X36 və X35 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin 28 saylı notariat ofisinin qərarının ləğv edilməsivə miras əmlaka 6/1 hissədə pay müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun tutulması hissədində rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməyən hissədində ləğv edilməsini xahiş etmişdir.
9. Cavabdehlər apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş Səbail rayon Məhkəməsinin e-2(009)-971/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlakının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin X35 tərəfindən ötürülməsi üzrlü hesab edilərək və həmin müddət bərpa edilmişdir. (Lakin məhkəmə işin bu halına, həmin qətnaməyə ümumiyyətlə istinad etməmişdir) Məhkəmə müəyyən etmişdir ki, X29 11 aprel 2021-ciil tarixdə vəfat etmişdir. Mülkiyyətində ünvan 1 ünvanda yerləşən mənzil, ünvan 2ında yerləşən mənzil,“HYUNDAİ ACCENT” markalı 90 UT781 dövlət qeydiyyat nişanlı avtomobil vardır. X12 birinci növbə vərəsəsi yoxdur. X10, X35 adında bacıları və X49 adında qardaşı var. Mərhumun bacısı X35, digər bacısı X36 və qardaşı X49 uzun müddətdir ki, xaricdə yaşayırlar. Digər bacısı X30 06 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Onun iki övladı İddiaçı və X39 vardır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Rusiya Federasiyasının eyni notariat orqanı tərəfindən X19 və X28 adından etibarnamə verilmişdir. X28 adından verilmiş etibarnamədə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün səlahiyyət verildiyi qeyd edilmiş, X19 adından verilmiş etibarnamədə isə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün səlahiyyət verildiyi qeyd edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı X19 adından verilmiş etibarnamədə miras əmlakı qəbul etmək qeyd edilmədiyindən mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmiş kimi qəbul edilə bilməz. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimirayonu, R.Behbudov küçəsiev 46, mənzil 19 X40 400 manata icarəyə vermişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə X4 vəfat edərkən onun dəfn xərci üçün 6700 manat ödəmişdir. Bu iş materiallarında olan qəbzdən aydın şəkildə görünür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X39 mirasın qəbul edilməsi ilə bağlı Şəmkir rayonu 1 saylı notariat ofisinə xx.xx.2021-ci il tarixdə bacısı İddiaçıilə birlikdə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə X36 nümayəndəsi tərəfindən vərəsəlik işinin açılması ilə bağlı Bakışəhəri 21 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə X49 nümayəndəsi tərəfindən vərəsəlik işinin açılması ilə bağlı Bakı şəhəri 28 saylı notariat ofisinə ərizə ilə müraciətetmişdir. İddiaçı X35 mərhum X12 bacısı olmaqla miras əmlakdan pay almaq üçün notariat kontoruna müraciət etmiş, lakin imtina cavabı almışdır. Bundan sonra iddiaçı X35 cavabdeh Bakı şəhəri 28 saylı Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş bacısı X12 adına açılmış vərəsəliyin qəbulu müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Səbail rayon Məhkəməsinin e-2(009)-971/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlakının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin X35 tərəfindən ötürülməsi üzrlü hesab edilərək və həmin müddət bərpa edilmişdir. Həmin qətnamədən bu iş üzrə İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs X1 şikayətləri vermişlər. Hazırda həmin apellyasiya şikayətlərinə baxılması üçün göndərilmiş və iş Bakı Apellyasiya məhkəməsinin icraatındadır. (2(103)-6578/2022 saylı iş) Həmin qətnamədən X39 və X1 şikayəti vermiş olsa belə məhkəmə həmin qətnaməyə sübut kimi qiymət verməmişdir. Həmçinin qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsinə və bununla əlaqədar olaraq Bakı Apellyasiya məhkəməsinin icraatında olan 2(103)-6578/2022 saylı iş baxılıb qurtaranadək, həmin qərar qanuni qüvvəsini alanadək hazırkı 2(009)-973/2022 saylıişin icraaatının dayandırılması barədə məhkəməyə vəsatət verilmişdir. Lakin məhkəmə bu vəsatəti təmin etməmişdir. Hətta məhkəmə işin bu halına qətnamədə münasibət bildirməmişdir. Bu işlə apellyasiya məhkəməsinin icraatında olan digər iş bir biri ilə sıx bağlı və əlaqəli olduğundan apellyasiya məhkəməsinin icraatında olan digər mülki iş baxılıb qurtaranadək bu işin icraatı dayandırılmalıdır. Göründüyü kimi məhkəmə qnunvericiliyin bu tələbini də pozmuşdur. Qətnamədə deyilir ki, “İş materiallarında olan xx.xx.2021-ci il tarixli 63AA6926419 etibarnamədən görünür ki, X2 Kamilə Şiraslan qızına onun adından məhkəmələrdə və digər orqanlarda mülki, inzibati vəcinayət işlərinin aparılmasısəlahiyyəti vermişdir,” Sonra qətnamədə deyilir ki, qarşılıqlı iddia üzrə iddiaçı X19 adından verilmiş etibarnamədə miras əmlakı qəbul etmək qeyd edilmədiyindən mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmiş kimi qəbul edilə bilməz. X19 verdiyi etibarnamədə belə bir səlahiyyət müəyyən edilməmişdir. Qətnamədə göstərilənlər tamamilə əsassızdır. Əvvala, Nümayəndə X19 vermiş olduğu etibarnamədən görünür ki, Nümayəndə “Notariat kontorunda maraqlarını təmsil etmək, o cümlədən, bunula bağlı bütün nümayəndə hüququ ilə bütün zəruri hərəkətləri etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün hərəkətləri etməyi etibar edir: “mənim adımdan istənilən ərizələri vermək, arayışları, çıxarışları, dublikatları almaq və təqdim etmək, tarifləri, rüsumları və vergiləri ödəmək hüquq ilə mənim şəxsi məlumatlarımın emal edilməsinə razılq vermişəm.” Nümayəndə də Notariat kontoruna vərəsəliyin qəbulu ilə bağlı ərizə vermişdir. Göründüyü kimi, X35 tərəfindən Nümayəndə vermiş olduğu etibarnamədə mirasın qəbul edilməsi ilə bağlı qeyd edilən səlahiyyətlər verilmiş, həmçinin Gülnaz Əsgərova nümayəndəsi Nümayəndə tərəfindən yerinə yetirilən hərəkətləri bəyəndiyini nümayiş etdirmişdir. (Əsgərova Gülnaz məhkəmədə vərəsəliyin qəbulu ilə bağlı müddətin bərpası, miras pay bölgüsünə dair iddia tələbi irəli sürmüşdür və sairə) Cavabdehlər İddiaçı və X43 iddia ərizələrində göstərirlər ki, 07 sentyabr 2021-ci il tarixində Şəmkir rayon 1 saylı Notariat ofisinə ərizə ilə müraciət etmişlər. Lakin Şəmkir rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu mərhum Mahizər Əsgərovanın miras əmlakları Bakı şəhərində yerləşdiyinə görə onları çağıraraq ərizəni onlara geri qaytarmışdır. Yəni iddiaçı və 3-cü şəxs miras əmlakın qəbuluna dair qanunvericilikdə müəyyən olunmuş müddətdə əmlakın yerləşdiyi yer üzrə notariusa müraciət etməmişlər. Ona görə də Bakı şəhəri 28 saylı Notariat Ofisi haqlı olaraq onlara miras əmlakın qəbulu ilə bağlı imtina vermişdir. Bakı şəhəri 28 saylı Notariat Ofisinin bununla bağlı qərarı ləğv edilə bilməz. Cavabdeh və üçüncü şəxs Mahizər öləndən sonra onun əmlakını idarə etməmişlər. Bu şəxslərin məqsədi ancaq Mahizərin əmlakını mənimsəmək olmuşdur, idarə etmək deyil. Cavabdeh və üçüncü şəxs mərhumun evində olan lazımı və qiymətli əşyaları daşıyıb aparmışlar. Onlar əmlakları öz evlərinə daşıyıb apararaq ona və əmlakına ziyan vurmuşlar. Yəni miras əmlaka zərər vuraraq vərərəslərə də zərər vurmuşlar. Onlar miras evləri kirayəyə verərək bundan özləri bəhrələnərək əsassız varlanmışlar. Daşınmaz Əmlakın İcarə müqaviləsindən görünür ki, 09 noyabr 2021-ci il tarixdə həmin mənzili İddiaçı hərayı icarə haqqı 400 manat olmaqla X40 icarəyə vermişdir. Həmin şəxs öz ailəsi ilə birlikdə 2022-ci ilin avqust ayınadək həmin mənzildə yaşamışdır. M.Əsgərovanın digər miras əmlakı ünvan 2ında yerləşir. Bu mənzili də mərhum özü sağlığında icarəyə vermişdir. İcarə müqaviləsindən görünür ki, icarədəar hər ay evə görə 200 manat məbləğində icarə ödəyirmiş. Mahizər Əsgərova öldükdən yəni 2021-ci ilin aprel ayından sonra cavabdeh İddiaçı 15 ay ərzində icarə pulu əldə etmişdir. Məhkəmə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə X4 vəfat edərkən onun dəfn xərci üçün 6700 manat ödəmişdir. Lakin həmin pul məbləğinin İddiaçı məxsus olması, o həmin pulu necə hardan əldə etməsini məhkəmə aydınlaşdırmamışdır. Həmin pul Mahizərin öz puludur. Cavabdeh və üçüncü şəxs mərhumun bütün qızıl-zinət əşyalarını ələ keçirmişlər. Bundan başqa Mahizər rəhmətə gedərkən onun evində xeyli miqdarda pul olmuşdur. Çünki qarşı tərəf yazdığı kimi onun bankda da pulu olmuş, təbii ki, o bütün pulunu banka qoymamış, xəstə olduğuna görə müalicəsi üçün özündə də pul saxlamışdır. Bununla bağlı məhkəmədə şahid X44 bildirmişdir ki, Mahizər xanımla yaxın qonşu olmuşlar. Mahizər xanım mehriban, səmimi, çox imkanlı idi, qızılı çox sevərdi, çoxlu zinət əşyaları taxardı. Maşını var idi. Həmin maşını özü sürürdü. Mahizər xanım işləmirdi.Əvvəllər tibb bacısı olub. Mahizər xanım evdə pul saxlamırdı. Pul vəsaitini “Unibank” KB-yə qoymuşdur. Heç vaxt xəstə olmayıb, həmişə ayaqüstə olub. Mahizərin qızıl-zinət əşyalarını və pullarını ələ keçirən İddiaçı öz istədiyi kimi sərf etmişdir. Ona görə də həmin pul məbləği vərəsələr arasında bölünə bilməz. Birinci inistansiya məhkəməsi miras qoyanın həyatda olmayan birinci dərəcə üzrə vərəsələrinə dair sənədləri qətnaməyə daxil etməmişdir. Yalnız valideynlərinin sənədləri əlavə edilmişdir. 05/Q-1298/69 saylıarayış-X45 ilə X15 nikahı 15 fevral 1979-cu il tarixdə pozulmuşdur. 42 nömrəli 02 sentyabr 2021-ci il tarixli arayış X46 25 mart 1994-cü il tarixdə anadan olmuşdur. X6, atası X31r. AZ-İİ 249071 saylı Ölüm haqqında şəhadətnamə X46 02 dekabr 1994-cü il tarixdə vəfat etmişdi. Səbail rayon Məhkəməsinin İş № e-2(009)-971/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi iş materiallarına əlavə edilmişdir. Həmin arayışlar qətnamədə əks olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və qətnamənin dəyişdiirlmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh G.Əsgərova və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
12. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar kollegiya iclasıda iştirak etməmişlər. Kollegiya apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq:
13. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
14. 01.09.2000-ci il tarixində qüvvəyə minmiş yeni (hazırda qüvvədə olan) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
15. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
16. AR Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
17. AR Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
19. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
20. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
21. AR Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
Apellyasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsinin 04 noyabr 2021-ci il tarixli arayışından görünür ki, X29 03 sentyabr 1949-cu ildə Şəmkir rayonunda anadan olmuşdur. Ana qrafasında X20 qeyd edilmişdir.
26. İş materiallarında olan X7 Epikrizindən görünür ki, X29 xx.xx.2021-ci il tarixdə uşaqlıq yolundan qanaxma şikayəti ilə daxil olmuşdur. Kesin Tanı (C54) uşaqlıq cisminin bədxassəli yenitörəməsi diaqnozu qoyulmuşdur.
27. İş materiallarında olan AZ-İİ seriyalı, 185490 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 11 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 290 nömrə ilə qeyd edilmişdir.
28. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 145095 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi ev 27, mənzil 15 X12 adına xüsusi mülkiyyət kimi xx.xx.2003-cü il tarixdə hüquqi qeydiyyatdan keçmişdir.
29. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 X12 adına xüsusi mülkiyyət kimi xx.xx.2012-ci il tarixdə hüquqi qeydiyyatdan keçmişdir.
30. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın icarə müqaviləsinin surətindən görünür ki, Əsgərova Mahizər ünvan 1 ünvanında yerləşən mənzili Nağıyeva İradəyə 350 manata icarəyə vermişdir.
31. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X12 adına Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 46, mənzil 19 və Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi 27, mənzil 15 qeydiyyatdan keçmiş və hazırda da mülkiyyətindədir.
32. İş materiallarında olan DİN-nin BDYPİ-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Balami Dadaşov küçəsi 27, mənzil 15 qeydiyyatda olan xx.xx.1951-ci il təvəllüdlü X12 adına xx.xx.2014-cü il tarixdən “HYUNDAİ ACCENT” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır.
33. İş materiallarında olan AZ-İ seriyalı, 465737 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 03 mart 1960-cı ildə Şəmkir rayonunun Çənlibel kəndində anadan olmuşdur. Ata qrafasında X50, ana qrafasında X20 qeyd edilmişdir.
34. İş materiallarında olan AZ-İİİ seriyalı, 938141 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X36 20 dekabr 1954-cü ildə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında X50, ana qrafasında X20 qeyd edilmişdir.
35. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsinin 16 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, X49 12 sentyabr 1961-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında X50, ana qrafasında X20 qeyd edilmişdir.
36. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsinin 10 noyabr 2021-ci il tarixli arayışından görünür ki, X41 05 may 1952-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında X50, ana qrafasında X20 qeyd edilmişdir.
37. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsinin 04 noyabr 2021-ci il tarixli arayışından görünür ki, X51 22 mart 2008-ci ildə vəfat etmişdir. Ölüm haqqında 29 mart 2008-ci ildə 02 nömrəli akt qeydi tərtib olunmuşdur.
38. İş materiallarında olan AZ-İİ seriyalı 068441 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 06 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 302 nömrə ilə qeyd edilmişdir.
39. İş materiallarında olan AZ-T seriyalı, 186572 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında X32, ana qrafasında X30 qeyd edilmişdir.
40. İş materiallarında olan İV-РУ seriyalı, 454695 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında X32, ana qrafasında X30 qeyd edilmişdir.
41. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı və X39 mirasın qəbul edilməsi ilə bağlı Şəmkir rayonu 1 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir.
42. İş materiallarında olan X29 ilə əlaqədar Bakı şəhəri 28 saylı notariat ofisində açılmış vərəsəlik işinin surətindən görünür ki, İddiaçı, X36, X49, X35 və İddiaçı ərizəsi ilə Bakı şəhəri 28 saylı notariat ofisində vərəsəlik işi açılmışdır.
43. İş materiallarında olan 1993 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə X18 nümayəndəsi tərəfindən vərəsəlik işinin açılması ilə bağlı Bakı şəhəri 21 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. X12 doğumu haqqında heç bir məlumat əldə edilə bilmədiyindən vərəsəlik işi açılmamışdır.
44. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 63AA6926419 etibarnamədən görünür ki, X2 Kamilə Şiraslan qızına onun adından məhkəmələrdə və digər orqanlarda mülki, inzibati və cinayət işlərinin aparılması səlahiyyəti vermişdir.
45. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 18AБ ******* saylı etibarnamədən görünür ki, X5 Nurlanə Knyaz qızına onun adından vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün səlahiyyət vermişdir.
46. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 435536 saylı etibarnamədən görünür ki, X3 Kamilə Şiraslan qızına onun adından vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün səlahiyyət vermişdir.
47. İş materiallarında olan 28 saylı Notariat ofisinin notariusu Elmar Kərimovun qəbul etdiyi 29 mart 2022-ci il tarixli qərarın surətindən görünür ki, müddət ötürüldüyünə görə İddiaçı və X25 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.
48. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili X40 400 manata icarəyə vermişdir.
49. İş materiallarında olan Şəmkir şəhər Mənzil İstismar Kontorunun 67 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanda yaşayan İddiaçı xx.xx.2021-ci il tarixdə X4 vəfat edərkən onun dəfn xərcini ödəmişdir.
50. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 568759 nömrəli mədaxil qəbzindən görünür ki, 6700 manat ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
51. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, X29 11 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Mülkiyyətində ünvan 1 ünvanda yerləşən mənzil, ünvan 2ında yerləşən mənzil, “HYUNDAİ ACCENT” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. X12 birinci növbə vərəsəsi yoxdur. X10, X35 adında bacıları və X49 adında qardaşı var. Digər bacısı X30 06 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Onun iki övladı İddiaçı və İddiaçı vardır.
52. Birinci instansiya məhkəməsi miras qoyanın digər bacısı X23 pay müəyyən etməməsini onunla əsaslandırmışdır ki, “X19 adından verilmiş etibarnamədə miras əmlakı qəbul etmək qeyd edilmədiyindən mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmiş kimi qəbul edilə bilməz.”
53. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qənaətini onunla əsaslandırır ki, X35 tərəfindən mirasın qəbulu üçün ötürülmüş müddətin üzürlü hesab edilməsinə dair birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Məhkəmə tərəfindən iddia təmin edilmiş və həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır.
54. Göründüyü kimi, birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edilməsinə baxmayaraq, icraat X23 münasibətdə mirasın qəbulu üçün müddətin üzürlü hesab olunmasına dair mübahisənin yekunlaşması ilə bağlı dayandırılmamışdır.
55. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6578/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, mirasın qəbulu üçün müddətin ötürülməsinin üzürlü hesab edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
56. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.”.
57. Belə olduğu təqdirdə, X19 da mərhumun bacısı olaraq, eyni dərəcədən olan digər vərəsələr kimi mirasda pay hüququ müəyyən edilməlidir.
58. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi X36, X49, X41, İddiaçı və X17 miras əmlaka payını müəyyən etməkdə haqlı olsa da, hazırda X19 payının müəyyən edilməsi həmin şəxslərin miras əmlakdakı paylarının həcminə təsir etdiyindən, onlarının hər birinin payı yenidən müəyyənləşdiirlməlidir.
59. Kollegiya hesab edir ki, X41 2014-cü ildə, yəni X8 əvvəl vəfat etdiyindən onun övladlarının (İddiaçı və X17) hər birinin miras əmlakda 8/1 pay hüququ vardır.
60. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
61. X36, X49, X19 hər birinin isə miras əmlakda 8/2 pay hüququ vardır.
62. İddiaçı tərəfindən mərhumun dəfni üçün çəkilmiş xərc-6700 manat birinci instansiya məhkəməsi tərəfindən hər birindən 2233 manat olmaqla, X24, X13 və X14 tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.
63. Kollegiya hesab edir ki, X35 da mərhumun qanun üzrə vərəsəsi kimi tanındığından, mərhumun dəfninə cəkilmiş xərc həm də ondan tutulmalıdır. Belə olduqda, İddiaçı tərəfindən mərhumun dəfni üçün çəkilmiş xərc-6700 manat X24, X13, X16 və X14 hər birindən 1675 manat olmaqla X9 xeyrinə tutulmalıdır.
64. Cavabdehlər apellyasiya şikayətində İddiaçı tərəfindən dəfn üçün çəkilmiş 6700 manat xərcin onun öz vəsaiti hesabına deyil, mərhumun pul vəsaiti hesabına çəkildiyini bildirir.
65. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh həmin xərcun mərhumun vəsaiti hesabına olduğunu qeyd etsə də, bunu təsdiq edən hər hansı sübut iş materiallarında aşkar edilmir. Lakin, İddiaçı məhkəməyə qəbz təqdim edərək, xx.xx.2021-ci il tarixdə X4 vəfat edərkən onun dəfn xərci üçün 6700 manat ödədiyini sübuta yetirir.
66. Cavabdehlər apellyasiya şikayətində həmçinin mərhumun bankda pul vəsaitinin olmasını və onun da miras əmlak kimi vərəsələr arasında bölüşdürülməsini xahiş etmişlər.
67. Kollegiya bununla bağlı qeyd edir ki, mərhumun adına bank hesabının olmasına da dair iş materiallarında hər hansı bir sübut olmadığından və belə bir sübutu apellyatorlar məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir.
68. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, miras əmlakda X19, X18, X28 hər birinin 8/2, İddiaçı və X17 isə hər birinin 8/1 pay hüququ müəyyən edilməli, İddiaçı tərəfindən mərhumun dəfni üçün xərclənmiş 6700 manat X19, X18, X28 və X17 hər birindən 1675 manat olmaqla İddiaçı xeyrinə tutulmalıdır.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
72. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
73. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
74. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
q ə t e t d i:
Cavabdehlər X36 və X35 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-973/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İlkin iddia, müstəqil tələb irəli sürən üçüncü şəxs X17 iddiası və qarşılıqlı iddia tələbi qismən təmin edilsin. 28 saylı Notariat ofisinin 29 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. Miras qoyan X12 miras əmlaklarına İddiaçı və X17 hər birinin 1/8 hissədə payı müəyyən edilsin. Miras qoyan X12 miras əmlaklarına X19, X18, X28 hər birinin 8/2 hissədə payı müəyyən edilsin. İddiaçı tərəfindən çəkilmiş xərc-6700 manat X19, X18, X28 və X17 hər birindən 1675 manat olmaqla tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. İlkin iddia tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi və qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev