Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6051/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" MMC və "xxxx" MMC cəlb edilməklə) “pul” tələbinə dair ilkin, İddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı tələblərina dair, (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil3 və Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-344/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı və "xxxx" MMC onun təsilzisi X17 arasında bağlanmış razılaşma müqaviləsinin surətindən görünür ki, birgə kommersiya maraqlarını rəhbər tutaraq tərəflər pul vəsaitlərini, digər maddi resurslarını, peşəkar təcrübələrini, işgüzar nüfuzlarını və işgüzar əlaqələrini birləşdirmək yolu ilə ünvan 1 ünvanında 1 girişli 12 mərtəbəli yaşayış binasını inşa etməyi öhdələrinə götürmüşlər.
2. İddiaçı X13 xx.xx.2013- cü il tarixdə verdiyi etibarnamənin surətindən görünür ki, İddiaçı ona məxsus olan ünvan 2 ünvanında yerləşən “İstilik” kafesi ilə əlaqədar bütün idarə və təşkilatlarda əvəzindən imza etməyi, lazım olan sənədləri toplamağı, alqı-satqını rəsmiləşdirməyi və həmçinin obyektiv idarə olunması, onunla əlaqədar işlərin görülməsini sonuncuya etibar etmişdir. Etibarnamə xx.xx.2016-cı il müddətinə qədər verilmişdir.
3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X17 (“MMC”) ilə Əliyeva Kəmalə Hüseynbala qızı (“Payçı”) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, Y/1 saylı müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanda binanın tikintisi başa çatdıqdan sonra, həmin binada 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 960 kv.metr olan sahəni “MMC” “Payçı”ya verməyi, “Payçı” isə həmin sahəni qəbul etməyi öz öhdələrinə götürmüşlər.
4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, Əliyeva Kəmalə Hüseynbala qızı ünvan 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 960 kv.m olan qeyri-yaşayış sahəsini almışdır. Əliyeva Kəmalə Hüseynbala qızının "xxxx" MMC-yə borcu yoxdur.
5. X10 ünvan 3 ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, həyat yoldaşı Əliyeva Kəmalə Hüseynbala qızının adına olan və "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 960 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh adına sənədləşdirilməsinə və keçirilməsinə etiraz etmir.
6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“MMC”) ilə Cavabdeh (“Payçı”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 saylı müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanda binanın tikintisi başa çatdıqdan sonra, həmin binada 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 960 kv.metr olan sahəni “MMC” “Payçı”ya verməyi, “Payçı” isə həmin sahəni qəbul etməyi öz öhdələrinə götürmüşlər.
7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 960 kv.m olan qeyri-yaşayış sahəsini almışdır. Cavabdeh "xxxx" MMCyə borcu yoxdur.
8. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmış, abonentə ilkin buraxılacaq elektrik enerjisinin təxmini midarı 172800 kVts və dəyəri 15552 manat müəyyən edilmişdir.
9. Cavabdeh (icarəyəverən) ilə "xxxx" MMC (icarəçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 960 kv.m təşkil edən qeyri-yaşayış sahəsini mağaza-anbar təyinatlı istifadə üçün icarəçiyə 10 il müddətinə istifadəsinə verilmişdir. İcarə məbləği hər ay üçün vergi daxil olmaqla 15697,67 manat müəyyən olunmuşdur.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 saylı (Yeni qaydalarla ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 905 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 242/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh, Əliyeva Kəmalə Hüseynbala qızına qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “əmlak və pul” tələbinə dair mülki iş üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1843/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələri ləğv edilmiş, iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 saylı (Yeni qaydalarla ünvan 5 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m (qeydə alınan sahə 905 kv.m) olan qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə Əliyeva Kəmalə Hüseynbala qızı arasında bağlanmış 1 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilənin qismən, yəni 293 m2 qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız olması təsbit (təsdiq) edilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 saylı (Yeni qaydalarla ünvan 5 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m (qeydə alınan sahə 905 kv.m) olan qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilənin qismən, yəni 293 m2 qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız olması təsbit (təsdiq) edilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 saylı (Yeni qaydalarla ünvan 5 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m (qeydə alınan sahə 905 kv.m) olan qeyri-yaşayış sahəsinin 293 m2 hissəsində Cavabdeh adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi və qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsinin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, iddis tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-792/2024 saylı Qərarının surətindən görünür ki, cavabdehlər Cavabdeh və Əliyeva Kəmalə Hüseynbala qızının kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-242/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır.
13. 30.08.2024-cü il tarixli təmir-quraşdırma aktından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 saylı (Yeni qaydalarla ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmir işi üçün Cavabdeh tərəfindən 211269,39 manat məbləğində vəsait xərclənmişdir.
14. 22.04.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış 31-C-25 saylı materialda hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilə üzrə müvafiq qeyri-yaşayış sahəsini qismən, yəni 293 kv.m hissədə etibarsız sayılması nəticəsində maddi zərərə məruz qalması xüsusatı mülki xarakterli olduğundan ona məhkəmə müraciət etmək hüququ izah edilmişdir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 347 ünvanında yerləşən qeyri-yaşayış sahəsi təmirli vəziyyətdə olduğu müəyyən edilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.
16. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 347 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 905 kv.m-nə xx.xx.2025-ci il tarixinə xərclənən vəsaitt 189460 manat təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 347 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 905 kv.metrin daxilində olan 293 kv.metr sahəsinin təmirinə xərclənən vəsait 61336 manat təşkil edir.
17. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh Bəşir İnşaat MMC və Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair e-2(004)- 3443/2022 saylı mülki iş üzrə 07 iyun 2022-ci il tarixli məhkəmə bildirişindən görünür ki, məhkəmə bildirişini aldığı vaxtdan Cavabdeh mübahisə predmeti barəsində məlumatlı olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" MMC və "xxxx" MMC cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 172284 manat məbləğində pul vəsaitinin və ödənilmiş 465 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə "xxxx" MMC arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış (reyestr nömrəsi 3M/640) ünvan 6 ünvanında yerləşən və mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə “İstilik” kafesinin pay qoyuluşu olaraq nəzərdə tutulduğu Razılaşma Müqaviləsinin 6-cı bəndinə əsasən tikiləcək binanın 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin 293 kv.metr hissəsi X4 aid olacaq. Bildirir ki, "xxxx" MMC həmin müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək, binanın tikintisi başa çatdıqdan sonra 1ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsi X4 təhvil verməyərək, ünvan 7 ünvanında inşa edilmiş binanın 1-ci mərtəbəsini tam şəkildə əhatə edən 960 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh satmışdır. Bundan sonra qeyd olunan 293 kv.metr qeyri-yaşayış sahəsi üzərində hüquqların bərpa edilməsi ilə bağlı məhkəmə mübahisələri başlamış və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ünvan 6 (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 347) ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.metr (qeydə alınan sahə 905 kv.m) olan qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilə qismən, yəni 293 kv.m hissədə etibrasız olması təsbit (təsdiq) edilmiş və qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsi Cavabdeh tərəfindən boşaldılaraq X4 təhvil verilməlidir. Qeyd edir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsinə əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 960 kv.metr olan qeyriyaşayış sahəsi hər ay vergi daxil olmaqla 15697,67 manat məbləğə "xxxx" MMC-yə icarəyə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ünvan 6 (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 347) ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.metr (qeydə alınan sahə 905 kv.m) olan qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilə 293 kv.m hissədə etibrasız olması təsbit (təsdiq) edildiyindən, Cavabdeh qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsinə dair icarə müqaviləsi bağlayıb, icarə haqqı alması da əsassızdır və bu hal 293 kv.m qeyri-yaşayış sahəsinin sahibi kimi ona maddi zərərin vurulması ilə nəticələnmişdir. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsinə əsasən ümumi sahəsi 960 kv.metr olan qeyriyaşayış sahəsi hər ay vergi daxil olmaqla 15697,67 manat məbləğə icarəyə verilmişdir. Həmin məbləğdən 14% vergi çıxıldıqdan sonra icarə haqqına görə hər ay 13500 manat məbləğində gəlir əldə edilmişdir. Bununla da 960 kv.metr qeyri-yaşayış sahəsinin bir kv.metr sahəsinin icarə haqqı 14 manat (13500:960=14) təşkil edir. Belə olan halda 293 kv.m sahəyə görə əldə ediləcək olan icarə haqqı məbləği hər ay üçün 4102 manat (293x14=4102) təşkil edir. Qeyd edir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsinin bağlanmasından 2024-cü ilin iyul ayınadək olan müddət 42 ay təşkil edir. Bununla da Cavabdeh İddiaçı məxsus 293 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə görə 2024-cü ilin iyul ayınadək olan müddət ərzində əsassız olaraq 172284 manat məbləğində icarə haqqı kimi gəlir əldə etmişdir. Bu səbəbdən də Cavabdeh 172284 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
20. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ilkin iddiaya yazılı etraz ünvanlayaraq bildirlmişdir ki, iddiaçı X7 "pul tələbinə dair" iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır, biri digəri ilə uyğun gəlməyən mülahizələrdən ibarətdir. Belə ki. ərizədə göstərilən qeyri-yaşayış sahəsi (Şərifzadə küçəsi 215 ünvanında 293 kv.m) xx.xx.2020-ci il tarixli Y/2 nömrəli müqavilə əsasinda həmin tarixdən Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. Daha sonra (xx.xx.2021-ci il tarixdən) Cavabdeh Bakı, şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 215 (yeni qaydalarla ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almışdır. (121007346 nömrəli qeydiyyat, **********83-05301-083001 nömrəli reyestr). Beləliklə Cavabdeh iddia ərizəsində göstərilən qeyri-yaşayış sahəsinin üzərində tam qanuni əsaslarla xx.xx.2024-cü il tarixədək mülkiyyət hüquqlarından istifadə etmişdir. Əslində isə iddiaçı öz iddiasını Cavabdeh qarşı deyil, xx.xx.2009-cu il tarixli müqaviləyə əsaslanaraq "xxxx" MMC-yə qarşı sürməlidir. Göründüyü kimi, iddiaçı iddia tələbində yanlışlığa yol verərək Cavabdeh cəlb etmişdir. Hazırkı məsələdə Cavabdeh vicdanlı alıcıdır. Həmçinin, qeyd etmişdir ki, həmin qeyri-yaşayış sahəsini Cavabdeh ******* manat ödəyərək öz mülkiyyətinə keçirmişdir. Buna görə də hesab edir ki, İddiaçı iddia tələbi Cavabdeh münasibətdə tamamilə rədd edilməlidir. İddiaçı “pul” tələbinə dair iddia tələbinin Cavabdeh dair hissədə tamamilə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Daha sonra Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 347 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 905 kv.m sahəsi üçün xərclədikləri 230749.39 manatı nəzərə alaraq 293 kv.m sahə üçün xərclənmiş 74715 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
22. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı “pul” tələbinə dair iddia ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilən qeyri-yaşayış sahəsi (Şərifzadə küçəsi 215 ünvanında 293 kv.m) xx.xx.2020-ci il tarixli Y/2 nömrəli müqavilə əsasında "xxxx" MMC tərəfindən Cavabdeh satılaraq sonuncunun sahibliyinə və istifadəsinə verilmişdir. Daha sonra həmin qeyri-yaşayış sahəsi xx.xx.2021ci il tarixdən Cavabdeh mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (********** nömrəli qeydiyyat, **********83-05301-083001 nömrəli reyestr). Bundan sonra Cavabdeh ünvan 1 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsində əsaslı təmir işləri apararaq hər kvadrat metr sahəyı 255 manat vəsait xərcləyərək 960 kv.metr sahəni tam təmirli vəziyyətdə "xxxx" MMC-yə icarəyə vermişdir. Beləliklə, "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində 960 kv.metr qeyri-yaşayış sahəni Cavabdeh satılarkən və həmin sahədə 1 ildən artıq müddət ərzində əsaslı təmir işləri aparılarkən heç kim tərəfindən, o cümlədən İddiaçı və ya onun nümayəndəsi tərəfindən hər hansı müraciət və etiraz bildirilməmişdir. Bununla bağlı uzun gedən məhkəmə prosesində İddiaçı heç bir sübut təqdim etməmişdir. Məhz İddiaçı binanın yaşayışa təhvil verildiyi 2015-ci ildən ilk iddia sürdüyü xx.xx.2021-ci il tarixinədək (6 ildən artıq müddətdə) məlum olmayan səbəblərdən gözləmə mövqeyində durmuş, xx.xx.2009cu il razılaşma müqaviləsinə görə ona 26 ay ərzində iddiaçıya təhvil verilməli olan 1-ci mərtəbədə yerləşən 293 kv. m sahənin harasında olması barədə uzun illər ərzində heç bir sənəd əldə etməmiş və bu hala görə heç bir şikayət etməmişdir. Qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 347 ünvanında yerləşən qeyri-yaşayış sahəsində tərəflərindən əsaslı təmir və digər xərclər çəkilmişdir. Belə ki, həmin obyektin 905 kv.m (çıxarışda qeydə alınan sahə) sahəsinin təmir və quraşdırılma xərclərinə görə 211269,39 manat pul xərcləmişdir. Bununla yanaşı obyektin xarici kommunikasiya xətlərinə qoşulmasına görə aşağıdakı xərclər çəkilmişdir: 1. "xxxx" ASC tərəfindən verilmiş 50 kvt texniki şərt üçün 14500 manat, 2. "xxxx" ASC xəttinə qoşulma və sayğac xərci 900 manat,
3. "xxxx" (texniki şərt) sayğac və qoşulma üçün 2000 manat. Bundan əlavə Reyestr xidməti tərəfindən əmlakın ilkin qeydiyyata alınması üçün 3880 manat rüsum öənilmişdir. Bütün bu rəqəmlər uyğun olaraq yuxarıda adı göstərilən dövlət təşkilatlarının rəsmi internet səhifələrində əks olunmuşdur. Ümumilikdə obyektin 905 kv.m sahəsi üçün 230749,39 manat, 293 kv. m sahəsi üçün isə 74715 manat pul vəsaiti ödənilmişdir.
23. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh həmin tələblə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (59-cu bənd) müəyyən olunmuşdur ki, işin mübahisəsiz halıdır ki, müqavilələrdə göstərilən tarixlərdə qeyriyaşayış sahəsi artıq tam hazır vəziyyətdə olmuş, hətta Cavabdehla olan müqavilədə göstərilən tarixdə qeyriyaşayış sahəsi artıq uzun müddət ərzində icarədə olmaqla fəaliyyət göstərdiyi işin mübahisəsiz halıdır. Göründüyü kimi, Cavabdeh həmin qeyri-yaşayış sahəsinin təmir və quraşdırma xrclərinə görə 211269,39 manat pul xərcləməsinə dair dəlilləri qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə işin müəyyən olunmuş mübahisəsiz halına görə tamamilə əsassızdır. Həmçinin, qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (61-ci bənd) müəyyən olunmuşdur ki, həmin qeyriyaşayış sahəsinə dair bağlanmış hər iki müqavilələr (Kəmalə Əliyeva və Cavabdehla) formal olaraq bağlanmış və bu müqavilələr uydurma əqd olmaqla əhəmiyyətsiz əqdlərdir. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan belə nəticə çıxır ki, həmin qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsi İddiaçı, qalan hissəsi isə "xxxx" MMC-yə məxsus olmuşdur. Göründüyü kimi, Cavabdeh qanuni əsaslarla əldə etmədiyi həmin qeyriyaşayış sahəsini icarəyə verməklə, tərəflərindən iddia qaldırılanadək olan 42 ay ərzində 567000 manat gəlir əldə etmişdir. Həmin məbləğin 172284 manatı Baxtiyar Əliyeva, 394716 manat hissəsi isə "xxxx" MMC-yə çatmalı olan məbləğdir. Həmçinin, qeyd etmişdir ki, Cavabdeh İddiaçı məxsus 293 kv.m sahənin naturada bölünməsinə maneçilik törətməkdə davam etdiyindən, onun uydurma əqd əsasında mülkiyyət hüququna dair əldə etdiyi çıxarışın və texniki pasportun ləğv edilməsinə dair iddia tələbi məhkəməyə müraciət olunacaqdır. Qeyd olunanları nəzərə alaraq qarşılıqlı iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 344/2025 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh 6180,47 (altı min yüz səksən manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 200 (iki yüz) manatın alınaraq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 293 kv.metr sahə üçün xərclənmiş 61336 (altmış bir min üç yüz otuz altı) manat pul vəsaitinin alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən vəsaitin 50 (əlli) manatının İddiaçı, 50 (əlli) manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). qət edilmişdir.
25. Məhkəmə gəldiyi nəticəni “İnsan Hüquqları və X9 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 119.1, 217.4, 220.5, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
26. Qətnamədən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin qismən, ilkin iddia tələbinin təmin edilməməsi hissəsində və qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsinə, ilkin iddia tələbinin tam təmin edilməsinə və qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X6 ilə "xxxx" MMC arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış (reyestr nömrəsi 3M/640) ünvan 6 ünvanında yerləşən və mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə “İstilik” kafesinin pay qoyuluşu olaraq nəzərdə tutulduğu Razılaşma Müqaviləsinin 6-cı bəndinə əsasən tikiləcək binanın 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin 293 kv.metr hissəsi X4 aid olacaq. "xxxx" MMC həmin müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək, binanın tikintisi başa çatdıqdan sonra 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsini X4 təhvil verməyərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadəküçəsi 347 ünvanında inşa edilmiş binanın 1-ci mərtəbəsini tam şəkildə əhatə edən 960 kv.m qeyri yaşayış sahəsini Cavabdeh satmışdır. Bundan sonra qeyd olunan 293 kv.metr qeyri-yaşayış sahəsi üzərində hüquqların bərpa edilməsi ilə bağlı məhkəmə mübahisələri başlamış və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən ünvan 6 (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 347) ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.metr (qeydə alınan sahə 905 kv.m) olan qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilə qismən, yəni 293 kv.m hissədə etibrasız olması təsbit (təsdiq) edilmiş və qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsi Cavabdeh tərəfindən boşaldılaraq X4 təhvil verilməlidir. Qeyd edir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsinə əsasən ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 960 kv.metr olan qeyri-yaşayış sahəsi hər ay vergi daxil olmaqla 15697, 67 manat məbləğə "xxxx"MMC-yəicarəyə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cüil tarixli Qətnaməsinə əsasən ünvan 11 (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 347) ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.metr (qeydə alınan sahə 905 kv.m) olan qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilə 293 kv.m hissədə etibarsız olması təsbit (təsdiq) edildiyindən, cavabdeh Farizİbadovun qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsinə dair icarə müqaviləsi bağlayıb, icarə haqqı alması da əsassızdır və bu hal 293 kv.m qeyri-yaşayış sahəsinin sahibi kimi ona maddi zərərin vurulması ilə nəticələnmişdir. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsinə əsasən ümumi sahəsi 960 kv.metr olan qeyriyaşayış sahəsi hər ay vergi daxil olmaqla 15697,67 manat məbləğə icarəyə verilmişdir. Həmin məbləğdən 14 % vergi cıxıldıqdan sonra icarə haqqına görə hər ay 13500 manat məbləğində gəlir əldə edilmişdir. Bununla da 960 kv.metr qeyri-yaşayış sahəsinin 1 kv.metr sahəsinin icarə haqqı 14 manat (13500:960=14) təşkil edir. Belə olan halda 293 kv.m sahəyə görə əldə ediləcək olan icarə haqqı məbləği hər ay üçün 4102 manat (293x14=4102) təşkiledir. Qeyd edir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsinin bağlanmasından 2024-cü ilin iyul ayınadək olan müddət 42 ay təşkil edir. Bununla da Cavabdeh X4 məxsus 293 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə görə 2024-cü ilin iyul ayınadək olan müddət ərzində əsassız olaraq 172 284 manat məbləğində icarə haqqı kimi gəlir əldə etmişdir. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsi üçün xərclənmış 74715 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən, yəni 6180,47 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq X4 ödənilməsinə, eləcədə qarşılıqlı iddia tələbini də qismən təmin edərək X1 61336 manat məbləğində pulun alınaraq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul etmişdir. Qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını, eləcə də iş üzrə əhəməyyətli olan digər mühüm halları nəzərə almayaraq və qanuni qüvvəsini almış məhkəmə qərarında müəyyən edilmiş faktlara əhəmiyyət verməyərək ilkin və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsinə dair qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Belə ki, əvvəla ilkin iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə qəbul edən birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddia tələbi üzrə maddi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarının qəbul edildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, yəni 1,5 ay müddətinə hesablanmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (60-ci bənd) müəyyən olunmuşdur ki, müqavilələrdə qeyri-yaşayış sahəsinin qiymətinin dəqiq və konkret göstərilməməsi də onlarının əhəmiyyətsizliyini, yalnız görünüş üçün bağlanıdığını daha da əsaslı edir. Yuxarıda qeyd olunduğu kimi Kəmalə Əliyeva cavabdeh MMC-nin rəhbərinin arvadı olduğundan sonuncunun kifayət qədər yüksək məbləği ödəyib qeyri-yaşayış sahəsini əldə etməsi inandırıcı deyildir. Əvvəla, buna, yəni alıcıların qeyri-yaşayış sahəsini əvəzli əldə etmələrinə dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Kəmalə Əliyevanın MMC-nin bank hesabına və ya kassasına hansısa məbləğdə ödəniş etməsi təsdiq olunmur. Müqavilədə qiymət göstərilmədiyi kimi maliyyə arayışında da məbləğ göstərilməyib. Demək, Kəmalə Əliyeva tərəfindən hansısa formada ödəniş etməsi təsdiq olunmur. Cavabdeh mübahisə predmeti olan sahəni bilavasitə MMC-dən deyil, Kəmalə Əliyevadan 2400000(iki milyon dörd yüz min) manata aldığını bəyan etsə də bu hallar da sübuta yetirilməlidir. Düzdü, cavabdeh MMC maliyyə arayışında Cavabdeh müqaviləyə əsasən aldığını və borcunun olmadığını qeyd edib. Ancaq bir halda ki, Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini MMC-dən deyil, Kəmalə Əliyevadan bəyan etdiyi qiymətə alıb, onda MMC deyil, Kəmalə Əliyeva ona qeyri-yaşayış sahəsinin dəyərinin ödənildiyinə və borcu qalmadığına dair sənəd verməli idi yaxud da qeyd olunan məbləğdə vəsaitin verildiyi hansısa bir sübutla qeydə alınmalı idi. Lakin belə bir sənədin (mədaxil qəbzi və ya orderi) mövcudluğuna dair də məhkəməyə sübut təqdim edilməmişdir. Deməli, əslində müqavilənin əvəzli olmasına baxmayaraq, istər Kəmalə Əliyeva, istərsə də Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri nə MMC-yə, nə də bir-birinə ödənilməmiş, verilmiş maliyyə arayışları isə saxta tərtib edilmişdir. Mübahisələndirilən müqavilələr üzrə "xxxx" MMC-yə pul ödənilib-ödənilməməsinin aydınlaşdırılması məqsədi ilə MMC-nin hesabı olan bankdan məlumat alınması üçün verilən vəsatəti birinci instansiya məhkəməsi təmin etməkdən imtina etsə də, apellyasiya baxışı zamanı həmin vəsatət təmin edildi və "xxxx" ASC tərəfindən verilmiş məlumatda Kəmalə Əiyeva və Cavabdeh tərəfindən MMCnin hesabına qeyri-yaşayış sahəsi ilə əlaqədar hər hansı bir ödəniş edilməsi aşkarlanmadığı göstərilmişdir. Demək, əslində MMC-nin təsisçiçi və direktoru olmuş Qurban Əliyev qeyri-yaşayış sahəsini öz mülkiyyətinə keçirmək üçün bu cür görünüş üçün müqavilələr bağlamışdır ki, onlar da puç əqdlər sayılır. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cüil tarixli qətnaməsi ilə (61-ci bənd) müəyyən olunmuşdur ki, qeyd olunduğu kimi hər iki müqavilə formal olaraq bağlanılmış, tərəflərin niyyət və iradəsi müqavilələrin predmeti olan əmlakın payçı kimi göstərilmiş Kəmalə Əliyevanın və ya Cavabdeh mülkiyyətinə keçməsinə yönəlməmişdir. Başqa sözlə, tərəflərin iradəsi və iradə ifadəsi formal, görünüş üçün olmuşdur. Bu cür əqdlər Mülki Məcəllənin 340-cı maddəsinə əsasən əhəmiyyətsiz əqdlərdir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əhəmiyyətsiz əqdlər heç bir hüquqi nəticə doğurmur. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən müqavilələr görünüş üçün bağlanan uydurma əqd hesab olunur. Çünki, uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlərki, həmin əqd üzrə hər hansı hüquqi nəticə,yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Mübahisələndirilən müqavilələrin əhəmiyyətsiz əqd olduğunu iddiaçı iddia edir. Müqavilələrin tərəfi olan şəxslər isə həmin müqavilələri hansısa formada mübahisələndirməyiblər. Demək ki, bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gəlməyəcək. Göründüyü kimi, müqavilələri bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi, yəni 293 kv. metr qeyri yaşayış sahəsinin iddiaçının mülkiyyətinə qaytarmaq istəməmələri açıq-aşkar təsdiq olunur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli qətnaməsi iləişin müəyyən olunmuş faktiki hallarına əsasən ünvan 6 (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 347) ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.metr (qeydə alınan sahə 905 kv.m) olan qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilənin Mülki Məcəllənin 340.1-ci bəndinə əsasən uydurma əqd olmaqla,əhəmiyyətsiz əqddir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edir ki, Cavabdeh bağlandığıandan etibarsız (puç) əqd əsasında sahibliyə əsaslanaraq xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsi bağlayaraq, ona məxsus olan 293 kv.metr qeyri-yaşayış sahəsinə görə də icarə haqqı almışdır. İşə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilənin 293 kv.m hissədə etibarsız olmasının məhkəmə qərarı əsasında təsbit (təsdiq) edilməsi və yekun məhkəmə aktının xx.xx.2024-cü il tarixdə qəbul edilməsi, müqavilənin yekun məhkəmə aktının qəbul edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən etibarsız hesab edilməsini özündə ehtiva etmir. Yuxarıda qeyd edildiyi kimi qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmin müqavilənin uydurma, yəni əhəmiyyətiz əqd olması müəyyən edilmiş, Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən isə əhəmiyyətsizəqdin məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamısından asılı olmayaraq özlüyndə etibarsız olması təsbit edilmişdir. Eyni zamanda işə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, "xxxx" MMC ilə Cavabdeharasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilənin 293 kv.m hissədə etibarsız olması məhkəmə qərarı ilə təsdiq edilmiş və həmin müqavilənin bağlandığı andan etibarsız (puç)əqd olması müəyyən edilmişdir. Belə olan halda Cavabdeh bağlandığı andan həmiyyətsiz olan əqd əsasında sahibliyə əsaslanıb xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsi bağlamış, bununla da mənə məxsus olan 293 kv.metr qeyri-yaşayış sahəsinə görə ödənilmiş icarə haqqını əsassız olaraq əldə etmişdir. Həmçinin qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilənin etibarsız hesab edilməsi tələbi 2022-ci ilin iyun ayında mübahisələndirilmişdir. Göründüyü kimi"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilənin etibarsız hesab edilməsinin məhkəmə qaydasında mübahisələndiriməsi Cavabdeh məlum olsa da, o, 293 kv.metr qeyri-yaşayış sahəsinə görə ödənilmiş icarə haqqını əsassız olaraq əldə etməkdə davam etmişdir. Buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi qeyd olunan xüsusatları nəzərə almayaraq, ilkin iddia tələbinin qismən təmin edilməsinə dair əsassız məhkəmə aktı qəbul etmişdir. Həmçinin işə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həmin qeyri-yaşayış sahəsi üzərində xx.xx.2021-ci il tarixdən Cavabdeh mülkiyyət hüququ qeydə alınmış və həmin sahə əsaslı təmir edilərək "xxxx" MMC-yə icarəyə verilmişdir. Bununla bağlı qeyd edir ki, Cavabdeh həmin qeyri-yaşayış sahəsini təmir etməsinə və təmirə nə qədər vəsait xərcləməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki-Prosessua lMəcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq Cavabdeh iddia tələbinin əsası olaraq xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər olan müddət ərzində həmin qeyri-yaşayış sahəsində hər hansı əsaslı təmir işlərinin aparılmasını, eləcə də hansı həcmdə vəsait xərcləməsini sübut edə bilməmişdir. Əksinə, Bakı Apellyasiya Məhkəməsininqanuni qüvvəsinialmış xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə (28-ci bənd) müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə Kəmalə Əliyevaya satılmış və sonuncu da həmin sahəni icarəyə vermişdir. Qeyri-yaşayış sahəsi icarədə olarkən Kəmalə Əliyeva tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh satılmışdır. Göründüyü kimi həmin qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdə Cavabdeh satılan zaman təmir olunmuş vəziyyətdə olmaqla, icarədə olması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Qeyd olunan bu hal xx.xx.2020-ci il tarixdən sonra Cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsini təmir etməsini istisna edir və Cavabdeh tərəfindən bu halı inkar edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Hesab ediri ki, işə baxmış birinci instansiya məhkəməsi işin qeyd olunan halları tam araşdırılmamış, həmin hallara münasibət bildirilib düzgün hüquqi qiymət verilməmiş, bununla da ilkin iddia tələbinin təmin edilməməsi hissəsində və qarşılıqlı iddia tələbinin isə təmin edilməsi hissəsində qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir.
28. İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə əlavə təqdim edərək onunla əsaslandırmışdır ki, qətnamədən göründüyü kimi, məhkəmə ilkin iddianı qismən təmin edərkən, Cavabdeh icarəyə verdiyi obyektin 293 kv.m hissəsinin iddiaçı Bəxtiyar Məmmədova aid olduğunu təsdiq edən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin məhz, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qüvvədə saxlanıldığını və bu səbəblə də həmin tarixdən qüvvəyə mindiyini əsas götürmüşdür. Halbuki, mübahisənin həllinə bü cür yanaşma kökündən yanlışdır. Məhkəmənin bu qənaətindən belə çıxır ki, sözügedən qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsi xx.xx.2024-cü il tarixdən Bəxtiyar Məmmədova məxsusdur və həmin tarixdən onun sözügedən əmlakdan icarə haqqı almaq hüququ yaranmışdır. Halbuki, işin faktiki halları ("xxxx" MMC ilə Bəxtiyar Məmmədovun arasında 2009-cu ildən yaranmış münasibətlər) və Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyası, habelə, Konstitusiya Məhkəməsinin Plenumunun öz qərarlarında ifadə etdiyi hüquqi mövqe baxımından Bəxtiyar Məmmədov sözügedən qeyriyaşayış sahəsinə inşa edildiyi tarixdən, yəni mövcud olduğu vaxtdan mülkiyyət hüququ (sahiblik, istifadə və sərəncam hüququ) əldə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi onu qüvvədə saxlayan Ali Məhkəmənin qərarı ilə də məhz, həmin əmlakın yarandığı ilk gündən Bəxtiyar Məmmədova məxsus olduğu təsdiq olunmuşdur. Qeyd olunmalıdır ki, MM-nin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Deməli, bu baxımdan, Bəxtiyar Məmmədov mülkiyyətçi olaraq, həmin qeyri-yaşayış sahəsinin mövcud olduğu ilk gündən gəlir götürmək, o cümlədən icarə haqqı almaq hüququ əldə etmiş, lakin hazırki və bundan əvvəlki işlər üzrə cavabdeh olmuş Cavabdeh və "Bəşir İnşaat” MMC-nin qanunsuz əməlləri, onların arasında bağlanmış əhəmiyyətsiz əqd kimi qiymətləndirilmiş müqavilələr nəticəsində Cavabdeh qanunsuz sahibliyinə keçmiş əmlakından müvafiq gəlir götürmək imkanından məhrum olmuşdur. MM-nin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Hazırki işlə əlaqəli olan əvvəlki məhkəmə işləri üzrə qəbul olunmuş məhkəmə aktlarından məlum olduğu kimi, Bəxtiyar Məmmədovun sözügedən qeyriyaşayış sahəsinin ona qaytarılmasına dair "xxxx" MMC-yə qarşı iddiasına baxılarkən, Cavabdeh nümayəndəsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə "müstəqil tələb irəli sürən 3-cü şəxsin tanınması haqqında" xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir (əlavə olunur) Bu fakt Cavabdeh ən azı xx.xx.2021-ci il tarixdə mübahisəli sahənin Bəxtiyar Məmmədova məxsus olduğu barədə artıq məlumatlı olduğunu təsdiq edir. Qeyd olunduğu kimi, Cavabdeh tərəfi olduğu müqavilə məhkəmə tərəfindən əhəmiyyətsiz əqd kimi qimətləndirilmişdir, ona görə də o, qanunsuz sahibliyində saxladığı 293 kv.m qeyri-yaşayış sahəsinə münasibətdə "vicdansız sahib" (müraciətlərində özünü "vicdanlı sahib" adlandırır) statusunda olmuşdur. Məlumdur ki, əhəmiyyətsiz əqd üzrə əmlakı öz sahibliyinə keçirmiş tərəf vicdansız sahib hesab olunduğundan, o, həmin əqd üzrə bütün vaxt ərzində əldə etdiklərini və ya onun əvəzini mülkiyyətçiyə qaytarmalıdır. Hətta hesab edilsə ki, Cavabdeh vicdanlı sahib olmuşdur, yenə də, məhkəmə qərar qəbul edərkən, 293 kv.m sahə üzrə gəlirin ən azı xx.xx.2021-ci il tarixdən sonrakı dövr üçün Bəxtiyar Məmmədova verilməli olduğu qənaətinə gəlməli idi. Lakin birinci instansiya məhkəməsi işin mühüm əhəmiyyət kəsb edən bu hallarına əhəmiyyət verməyərək, mübahisənin həllinə tətbiq etməli olduğu MM-nin 157.5-ci maddəsini tətbiq etməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə Cavabdeh qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərcin ödənilməli olduğu qənaətinə gələrkən, yenə də səhvə yol vermiş, MM-nin 157.6-cı maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin normaya əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra amlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Göründüyü kimi, həmin norma ilə qanunverici əmlaka çəkilən xərclərlə bağlı mülkiyyətçiyə qarşı tələb hüququnun yaranması anını konkret olaraq tənzimləmişdir. İstinad olunan normanın tələbinə əsasən, əmlaka çəkilən bütün xərclərin deyil, məhz, "əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra" əmlaka sərf olunmuş xərcin tələb olunması hüququnun yarandığı təsbit edilmişdir. Bu baxımdan, Fariz X8rşı tələb hüququ yalnız xx.xx.2021-ci il tarixdən sonra əmlaka çəkdiyi xərclərlə (sübut olunduğu halda) bağlı yaranmış olur. İş materiallarından, habelə, Cavabdeh tərəfindən Elektron məhkəmə sistemi vasitəsi ilə yüklədiyi müqavilələrdən göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsi ilkin olaraq Kəmalə Əliyeva, sonra isə Cavabdeh ilə bağlanmış icarə müqavilələrinə əsasən, təmir olunaraq, artıq xx.xx.2020-ci il tarixdən icarə əsasında "xxxx" şirkətinin istifadəsində olmaqla fəaliyyət göstərmişdir. Başqa sözlə, təmir işləri xx.xx.2020-ci il tarixədək tamamlanmış, sonra hər-hansı bir təmir işi aparılmamışdır. Belə olan halda, Cavabdeh əmlaka çəkilən xərclərlə bağlı tələb hüququ yaranmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin onun qarşılıqlı iddiası üzrə gəldiyi nəticə doğru hesab oluna bilməz. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin edərkən, əmlaka çəkilən xərclərlə bağlı sübutları tam, hərtərfli və obyektiv araşdırmamış, düzgün qiymətləndirməmişdir. Məhkəmə ümumilikdə 905 kv.m sahəyə çəkildiyi iddia olunan xərclərlə bağlı rəyi əsas götürərək, 293 kv.m sahəyə dair xərc məbləği hesablamışdır. Halbuki, işdən göründüyü kimi, Bəxtiyar Məmmədova məxsus olan 293 kv.m sahənin konkret olaraq 905 kv.m qeyriyaşayış sahəsinin hansı hissəsində olduğu və məhz həmin sahəyə nə qədər xərc sərf olunduğu müəyyən olunmamışdır. Digər tərəfdən, çəkilən xərcin kim tərəfindən maliyuələşdirilməsi ilə bağlı qeyd olunmalıdır ki, Cavabdeh özünün Elektron məhkəmə sistemi vasitəsi İlə yüklədiyi Kəmalə Əliyeva ilə "xxxx" MMC-nin arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə müqaviləsinin 2.2-ci bəndindən görünür ki, obyektdə təmir işlərinin icarəyəgötürən tərəfindən ödəniləcək 5 aylıq icarə haqqı məbləğində, yəni 67.500 manat (13.500 x 5 = 67.500) məbləğində aparılması müəyyən olunmuşdur. Buradan belə aydın olur ki, həmin obyektdə təmir işlərinin dəyəri heç də qarşılıqlı iddiada göstərildiyi kimi yox, istinad olunan müqavilədə müəyyən olunan qədər olmuşdur. Eləcə də, işin hallarından göründüyü kimi, obyekt xx.xx.2029-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilərkən, artıq "xxxx" MMC-nin icarəsində. olmuş və Kəmalə Əliyeva ilə olan müqavilə şərtlərinə əsasən (band 2.3) 2 ay müddətində təmir başa çatdırılmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında icarə müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmış və müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdən obyekt icarə üzrə fəaliyyətə başlamışdır. Deməli, həmin vaxt obyekt artıq təmirli olmuş və təmir xərcləri "xxxx" MMC tərəfindən maliyələşdirilmişdir. Lakin məhkəmə bu halları düzgün qiymətləndirməmişdir. Bundan başqa, məhkəmə daha bir səhvə yol verərək, 293 kv.m hissəyə görə ödənilməli icarə haqqının məbləğini Cavabdeh əldə etdiyi ümumi icarə haqqını 960 kv.m sahəyə bölməklə hesablamış, təmir xərcini isə 905 kv.m sahəyə bölməklə müəyyən etmişdir. Halbuki, hesablama zamanı eyni meyar əsas götürülməli idi. Qeyd olunan fakt məhkəmənin mübahisənin həllinə obyektiv yanaşmadığını bir daha təsdiq edir. Odur ki, göstərilənlərə əsasən, ilk iddianın tam təmin olunmasını, qarşılıqlı iddinın rədd edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh elektron kabinet vasitəsilə etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
30. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh nümayəndəsi Nümayəndə2, ünvan 12 ünvanında yerləşən 960 kv.m qeyri-yaşayış sahəsini "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli Y/2 saylı alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə əldə etmişdir. Maliyyə arayışı mövcuddur. Daha sonra, xx.xx.2021-ci il tarixdə hüquqlarını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində ********** saylı çıxarışla rəsmiləşdirmişdir. Lakin Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə həmin qeyri-yaşayış sahəsinin (960 kv.m) 293 kv.m hissəsində mülkiyyət hüququndan məhrum edilmişdir. Apellyasiya Məhkəməsi qərarın əsaslandırılmasında, alınan qeyriyaşayış sahəsinə görə verilmiş maliyyə arayışında məbləğin göstərilməməsini və "xxxx" MMCnin bank hesabına uyğun məbləğin köçürülməməsini əsas götürmüşdür. Apellyasiya Məhkəməsinə bildirmişdir ki, qeyri-yaşayış sahəsini əslində "xxxx" MMC-dən deyil, həmin binada payı olan Kəmalə Əliyevadan nəğd pul müqabilində almışdır. (K. Əliyevanın satılmış sahəyə iddiasının olmaması barədə notarial razılıq ərizəsi vardır.) Buna baxmayaraq, hakim bunu sübut kimi qəbul etməmiş və xx.xx.2020-ci il tarixli Y/2 saylı müqaviləni qismən – yəni 293 kv.m sahəyə aid hissədə etibarsız hesab etmişdir. Bundan əlavə, ünvan 13 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m (qeydiyyatda 905 kv.m) olan qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsində Cavabdeh adına olan mülkiyyət hüququnun ********** nömrəli reyestr qeydiyyatı ləğv edilmiş və həmin hissənin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli Y/2 saylı müqavilə bağlanarkən aldığı qeyri-yaşayış sahəsinə digər şəxsin iddiası barədə heç bir məlumatı olmamışdır. Uzun gedən məhkəmə proseslərində qarşı tərəf bunun əksini sübut edən heç bir sübut təqdim etməmiş, əksinə onun sözügedən qeyri yaşayış sahəsini əvəzli surətdə satın aldığını və yekun olaraq aldadıldığını etiraf etmişdir. Qeyri-yaşayış sahəsini əldə etdikdən sonra onun təmirinə müvafiq ekspertiza rəyinə əsasən 189.460 AZN xərcləmiş, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC tərəfindən tələb olunan texniki şərtlər və qoşulmalara görə ümumilikdə 14.289 AZN dövlət rüsumu ödəmişdir. Təmir zamanı da sahəyə iddia edən şəxs barədə məlumatı olmamışdır. İddiaçı həmin binada mənzil sahibi olduğundan, istəsə idi, təmir zamanı öz iddiasını bildirə bilərdi. Lakin məhkəmədə bu barədə heç bir sübut və ya dövlət orqanına müraciət təqdim etməmişdir. İddiaçı və "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli əvəzləmə müqaviləsinin 1.bəndinə(Müqavilənin predmeti)əsasən tərəflər inşaat prosesi ərzində birgə kommersiya maraqlarını rəhbər tutaraq,pul vəsaitlərini,peşəkar təcrübələrini,işgüzar nüfuzlarını və işgüzar əlaqələrini birləşdirməyi öz öhdələrinə götürmüşlər. Necə olur ki, İddiaçı binanın yuxarı mərtəbələrində yerləşən 613 kv.m mənzilləri təhvil alır, amma 1-ci mərtəbədəki qeyri-yaşayış sahəsini 2015–2020-ci illərdə təhvil almır və təmirə müdaxilə etmir? Bu, onun "xxxx" MMC ilə sıx biznes əlaqəsinin göstəricisidir. Bundan əlavə xx.xx.2009 cu il Müqaviləsinin 6-cı bəndində(Xüsusi razılaşma)Əlavə kimi göstərilən Cizgi planını iddiaçı tərəfindən bu günədək təqdim olunmayıb. Bakı şəhəri Appelyasiya Məhkəməsinin xx.xx.2023 cü il tarixli Qərarında da 293 kv.m sahənin ümumi 960 kv.m sahənin hansı hissəsindən ayrılıb verilməsi barədə heç bir müddəa göstərilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə Yasamal rayon Məhkəmə Qərarlarının İcra Şöbəsinin göndərdiyi sorğuya cavab olaraq əldə olunmuş İddiaçı məxsus olmuş “İstilik” kafesiniə aid sənədlər və 2009-cu il tarixli Ortofotolar bu məsələyə aydınlıq gətirir. “İstilik” kafesinin yerləşdiyi yerin Şərifzadə küçəsinə birbaşa çıxışı olmadıgından Vətəndaş İddiaçı ona məxsus olan qeyri-yaşayış sahəsinin satılması və ya icarəyə verilməsi ilə baglı çətinliklərlə üzləşmişdir. Beləliklə, İddiaçı ona məxsus sahənin "xxxx" MMC-nin direktoru və təsisçisi Qurban Əliyevlə birgə satışını həyata keçirmək niyyəti aydın görünür. Əks halda o özünə məxsus olan qeyri-yaşayış sahəsinə sahiblənər və ən azı onun sərhədlərini hər hansı bir yolla müəyyənləşdirər və ya işarəyələrdi(uzun illər ərzində o bunu etməmişdir). Alqı-satqı baş tutduqdan sonra tərəflər arasında pulun bölünməsi ilə bağlı narazılıq yaranmış, Q. Əliyev 293 kv.m sahəyə görə İddiaçı pulu tam ödəməmişdir. Bunun nəticəsində İddiaçı xx.xx.2021-ci il tarixdə məhz "xxxx" MMC-yə qarşı mülki iddia qaldırmışdır. Bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1843/2021 saylı qərarı mövcuddur. Həmçinin, iddiaçı Bəxtiyar Məmmədov "xxxx" MMC-nin təsiscisinin varislərinə( Kəmalə Əliyevaya və başqaları)qarşı da müqavilənin etibarsız sayılması və pul tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bu barədə 2(004)-3414/2023 saylı iş mövcuddur. Bütün bu hallar İddiaçı "xxxx" MMC-nin direktoru Q. Əliyev tərəfindən aldadıldığını və MMC-nin öz müqavilə öhdəliklərini yerinə yetirmədiyini təsdiq edir. Qeyri-yaşayış sahəsinin işlək vəziyyətə gətirilməsi üçün 1 kv.mə 225 AZN şəxsi vəsait sərf etmişdir. Ümumilikdə 293 kv.m sahəyə görə 798.425 AZN xərcləmişdir. Qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixli notarial müqavilə ilə "xxxx" MMC-yə icarəyə verilmişdir. İddiaçı ərizəsində guya sahənin əvvəlcədən təmirli olduğunu iddia etsə də, icarə müqavilələrindən görünür ki, "xxxx" MMC sahəni xx.xx.2020-ci ildə istifadəyə götürmüş və xx.xx.2020-dən icarə haqqı ödəməyə başlamışdır. xx.xx.2020– xx.xx.2020 dövründə isə təmir işləri aparılmışdır. xx.xx.2009-cu il tarixli əvəzləmə müqaviləsinə əsasən iddiaçı sahəni təmirsiz qəbul etməli idi. Təmir prosesi və xərcləri isə ilk instansiya məhkəməsinə təqdim olunmuş smeta və müvafiq ekspertiza rəyi ilə sübuta yetirilmişdir. Bütün bunlar göstərir ki, vicdanlı alıcı olaraq dövlət tərəfindən verilmiş çıxarışa əsasən mülkiyyət hüququndan qanuni şəkildə yararlanmışdır. Mülkiyyət hüququndan məhrum edilməyi ilə bağlı xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Prokurorluğuna şikayət etmişdir. Aparılmış 31-C-25 saylı yoxlama materiallarında aşağıdakı hallar müəyyən edilmişdir: 1. "xxxx" MMC-nin direktoru və yeganə təsisçisi X15 xx.xx.2023-cü ildə onkoloji xəstəlikdən vəfat etmişdir; 2. "xxxx" MMC fəaliyyətini dayandırmışdır; 3. MMC-nin aktivlərində heç bir vəsait və ya əmlak qalmamışdır; 4. Hüquqi varisi yoxdur; 5. MMC-nin möhür, ştamp və sənədləri aşkar edilməmişdir; 6. xx.xx.2020-ci il tarixində MMC-nin ofisində qeyri-yaşayış sahəsinin alınmasına görə ödədiyi 2.400.000 AZN məbləğ şahid ifadələri ilə təsdiq olunmuşdur. Prokurorluq müstəntiqinin müəyyən etdiyi hallar və qərar məhkəmə sənədlərinə əlavə olunmuşdur. Prokurorluq araşdırma materiallarının Apellyasiya Məhkəməsi tərəfindən sorğulanmasını xahiş edir. Beləliklə, 293 kv.m qeyri-yaşayış sahəsinə və onun təmirinə görə ödədiyi 798.425 AZN məbləğin "xxxx" MMC-dən tələb edilməsinin hüquqi əsası qalmamışdır. Faktiki olaraq zərərçəkmiş tərəf olduğunu qeyd edir və bu zərərin ödənilməsi üçün hüquqi perspektiv yoxdur. İddiaçı məhkəmə qərarı əsasında ona çatmış 293 kv.m sahəyə görə xx.xx.2024 tarixdən icarə haqqı alır və cavabdeh buna etiraz etmir. İddiaçı, istifadə haqqına görə iddiasının xx.xx.2024-cü il tarixinədək olan hissəsini cavabdehə deyil, "xxxx" MMC-yə və ya Q.Əliyevin varislərinə qarşı yönəltməlidir. Ali Məhkəmənin qərarının qüvvəyə mindiyi xx.xx.2024 tarixdən xx.xx.2024 tarixinədək olan 1,5 aylıq dövrə görə 6.180 AZN (1,5 × 4.120 AZN) məbləğin tərəfindən iddiaçıya ödənilməsi barədə ilk instansiya məhkəməsinin qərarı ədalətlidir. İddiaçı hazırda "xxxx" MMC-dən aylıq 4.120 AZN icarə haqqı almaqdadır.
31. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 etiraza əlavə təqdim edərək qeyd etmişdir ki, iddiaçı Bəxtiyar Məmmədovun “əldən çıxmış fayda” barədə tələbinin hüquqi əsası mövcud deyildir. Bu nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarında birbaşa təsdiq olunmuş hüquqi mövqelərlə uyğun gəlir. 1. Hüquqdan suiistifadə və estoppel prinsipi Konstitusiya Məhkəməsinin həmin qərarında xüsusi vurğulanır ki: – tərəf öz davranışları, susqunluğu və uzunmüddətli passivliyi ilə hər hansı əmlak və ya hüquqi münasibəti faktiki tanıyıbsa; – bu münasibətə etiraz etməyibsə; – qarşı tərəfin həmin vəziyyətə güvənərək əməllər (təmir, xərclər, icarə, istifadə) həyata keçirməsinə şərait yaradıbsa; sonradan bu münasibəti danaraq əks mövqe tutması estoppel prinsipini pozur və hüquqdan sui-istifadə hesab olunur. İddiaçı 293 kv.m sahəyə illərlə sahib çıxmamış, təmir prosesinə heç vaxt etiraz etməmiş, obyektin faktiki istifadəsi zamanı hər hansı iddia qaldırmamış, öz davranışı ilə obyektin işlədilməsinə şərait yaratmış, yalnız "xxxx" MMC ilə aralarında yaranmış pul mübahisəsindən sonra iddia qaldırmışdır. Bu davranış modeli estoppel prinsipinin klassik pozuntusudur. Belə halda “əldən çıxmış fayda” tələbi hüquqi baxımdan qəbul edilə bilməz. Faktiki istifadə imkanı olmadıqda “əldən çıxmış fayda” yarana bilməz Konstitusiya Məhkəməsi qərarında göstərir ki, əgər tərəf özü obyektin sərhədlərini müəyyən etməmiş, obyektə real sahiblik etməmiş, istifadəyə yararlı vəziyyətdə təhvil almış kimi davranmamışdırsa, onda belə şəraitdə “fayda itkisindən” danışmaq hüquqi mümkün deyil. Sözügedən 293 kv.m sahə üzrə nə real istifadə imkanı olmuşdur, nə də iddiaçının faktiki sahiblik və idarəetmə davranışı mövcud olmuşdur. Bu səbəbdən tələb edilən “əldən çıxmış fayda” yalnız nəzəri xarakter daşıyır və hüquqi əsasdan məhrumdur. Konstitusiya prinsiplərinə ziddir İddiaçının tələbi həmçinin aşağıdakı maddələrlə ziddiyyət təşkil edir: Konstitusiyanın 29cu maddəsi – mülkiyyət hüququnun müdafiəsi; Konstitusiyanın 60-cı maddəsi – ədalətli məhkəmə araşdırması və vicdanlı davranış tələbi; Mülki Məcəllənin 6, 16 və 560-cı maddələri – hüquqdan sui-istifadənin qadağan olunması. İddiaçının estoppel prinsipi ilə zidd davranışı həmin hüquqi normalara əsasən kompensasiya tələbini əsassız edir. Yuxarıda qeyd olunan hüquqi müddəalar və Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında ifadə olunmuş mövqelər əsasında Bəxtiyar Məmmədovun “əldən çıxmış fayda” tələbi hüquqdan sui-istifadə, estoppel prinsipinin pozulması və faktiki hüquqi əsasların olmaması səbəbilə tam şəkildə rədd edilməlidir.
c) Proses iştirakçılarının izahatı
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil3 və Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdilər.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin elektron kabinet vasitəsilə izahat təqdim edərək qeyd etmişdir ki, qarşı tərəf tərəfindən irəli sürülmüş “əldən çıxmış fayda” tələbi həm hüquqi, həm faktiki, həm də hesablanma baxımından əsassızdır. Aşağıda mövqeyi ətraflı şəkildə təqdim edilir. 1. Əldən çıxmış faydanın başlanğıc tarixinin əsassız göstərilməsi. İddiaçı “əldən çıxmış fayda”nı əsassız olaraq xx.xx.2020-ci il tarixdən hesablayır. Halbuki: • İddiaçı Y/2 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı barədə ilk dəfə yalnız xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. • Cavabdeh isə prosesə cavabdeh qismində cəlb edilməyi barədə xx.xx.2022-ci il tarixdə rəsmi bildiriş almışdır. Bu tarixdən əvvəl onun üçün heç bir mübahisəlilik mövcud olmadığından, iddiaçının 2020-ci ildən etibarən “əldən çıxmış fayda” hesablaması qanuna uyğun deyildir. İddiaçının özü tərəfindən aylıq icarə dəyəri 4.120,31134 AZN göstərildiyi halda, hətta nəzəri olaraq tələb edilə biləcək maksimum müddət: 22 ay × 4120.31134=90646.80AZN təşkil edir. Bu məbləğdən artıq tələb həm hüquqi, həm də iqtisadi baxımdan əsassızdır. 2. Çəkilmiş real xərclər nəzərə alınmalıdır. Ekspertiza rəyinə əsasən təmir-bərpa işlərinin dəyəri: 189.460 AZN "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC tərəfindən tələb olunan texniki şərtlər və qoşulmalara görə ödənilmiş dövlət rüsumları: 14.289 AZN Bu ümumi xərclərin 293 kv.m sahəyə düşən payı: 65.965 AZN təşkil edir. Bu məsrəflər tərəfindən faktiki çəkilmiş və sənədlərlə təsdiqlənmiş xərclərdir. Bu halda iddiaçının əsassız şəkildə irəli sürdüyü yüksək məbləğli “əldən çıxmış fayda” tələbi öz iqtisadi və hüquqi əsasını tamamilə itirir. 3. Barışıq təşəbbüsləri ardıcıl olaraq yalnız cavabdeh tərəfindən irəli sürülmüşdür. Hörmətli məhkəmənin barışıqla bağlı çağırışına hörmətlə yanaşaraq bildirir ki, bütün barışıq təşəbbüsləri yalnız onun tərəfindən olmuş, qarşı tərəf isə davamlı olaraq bundan yayınmışdır. 1-ci barışıq cəhdi – xx.xx.2024. Həmin tarixdə tərəflər arasında qarşılıqlı iddiaların irəli sürülməməsi barədə razılıq əldə edilmişdir. Bu məsələdə iddiaçının qardaşı Xanlar doktorun köməyi dəymişdir. Lakin bu razılıq cəmi iki gün sonra İddiaçı hüquqi xidmət göstərən nümayəndələri tərəfindən pozulmuşdur. 2-ci barışıq cəhdi – xx.xx.2025 İlk instansiya hakimi Rəşad Qoşqarlının barışıq barədə dəfələrlə etdiyi çağırışa uyğun olaraq yenidən İddiaçı müraciət etmişdir. Yenidən İddiaçı vəkilləri ilə bu təklifi müzakirə edərək dönəcəyini bildirdi və nəticədə bu müraciət də cavabsız qoyuldu. 3-cü barışıq cəhdi – xx.xx.2025-ci il məhkəmə iclasından sonra Hörmətli Apellyasiya hakiminin barışıqla bağlı çağırışından dərhal sonra iddiaçının vəkili Vəkil3a ilə əlaqə saxlayaraq rəsmi şəkildə barışıq təklifi irəli sürmüşdür. Təklif etmişdir ki, tərəflər qarşılıqlı şəkildə bütün iddialarını geri çəksinlər və mübahisəyə sülh yolu ilə son qoyulsun. Lakin əfsuslar olsun ki, bu təşəbbüs də qarşı tərəf tərəfindən bu günə qədər cavabsız qoyulmuş, hətta müzakirə edilməsinə belə iradə göstərilməmişdir. Yuxarıdakı hüquqi və faktiki əsaslara görə iddiaçının “əldən çıxmış fayda” tələbi başlanğıc tarixinin yanlış göstərilməsi, məbləğin şişirdilməsi və hüquqi əsasın olmaması səbəbindən tamamilə əsassızdır. Tərəfindən çəkilmiş və sənədlərlə təsdiqlənmiş xərclər nəzərə alınmalı, iddiaçının tələbinin qeyri-realist və əsassız xarakter daşıdığı müəyyən edilməlidir. Barışığın əldə olunmaması onun iradəsindən deyil, qarşı tərəfin daimi şəkildə barışıqdan yayınmasından irəli gəlir. Hörmətli məhkəmədən qeyd olunan amilləri və təqdim edilmiş arqumentlərin nəzərə alınmasını xahiş edir.
34. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
35. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
36. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
37. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
38. 157.6-ci maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
39. 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)»;
40. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
41. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
50. Hazırki halda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabeh X7 qətnamənin qismən, ilkin iddia tələbinin təmin edilməməsi hissəsində və qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin edilməsini və qarşılıqlı iddia tələbinin tamamilə təmin edilməməsini xahiş etdiyindən qətnamə apellyasiya şikayəti həddində, yəni ilk iddia tələbinin təmin edilməyən hissəsində və qarşılıqlı iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-344/2025 saylı, 22 sentyabr 2025-ci il tarixli qətnaməsi ilkin iddia üzrə Cavabdeh 6180,47 (altı min yüz səksən manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilməli, həmin məbləğ 97.926,06 ((4120,31134x23=94.767,1608) + ((4120,31134/30)x23= 3158,90536)=97.926,0662) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 400 manat dövlət rüsumunun 200 manat hissəsi ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı X5 ödənilməli, qalan 200 manat hissəsi apellyatorun özünə aid edilməlidir.
52. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
53. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
54. İşin halları ilə müəyyən edilmişdir ki, X6 ilə "xxxx" MMC arasında xx.xx.2009cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış (reyestr nömrəsi 3M/640) ünvan 6 ünvanında yerləşən və mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə “İstilik” kafesinin pay qoyuluşu olaraq nəzərdə tutulduğu Razılaşma Müqaviləsinin 6-cı bəndinə əsasən tikiləcək binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsi X4 aid olacaq. "xxxx" MMC həmin müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək, binanın tikintisi başa çatdıqdan sonra 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin 293 kv.metr hissəsi X4 təhvil verməyərək, ünvan 7 ünvanında inşa edilmiş binanın 1-ci mərtəbəsini tam şəkildə əhatə edən 960 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh satmışdır. Bundan sonra qeyd olunan 293 kv.metr qeyri-yaşayış sahəsi üzərində hüquqların bərpa edilməsi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ünvan 6 (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 347) ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.metr (qeydə alınan sahə 905 kv.m) olan qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilə qismən, yəni 293 kv.m hissədə etibrasız olması təsbit (təsdiq) edilmiş və qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsi Cavabdeh tərəfindən boşaldılaraq X4 təhvil verilməsi qət edilmişdir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsinə əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 960 kv.metr olan qeyri-yaşayış sahəsi hər ay vergi daxil olmaqla 15697,67 manat məbləğə "xxxx" MMC-yə icarəyə verilmişdir.
55. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini tərəflərin qarşılıqlı olaraq yuxarıda adı çəkilən əsaslar üzrə iddia tələbində göstərilən məbləğ həddində öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir.
56. Qeyd edilməlidir ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün, məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: -birincisi, cavabdehin əmlak əldə etməsi; -ikincisi, həmin əmlakın iddiaçının əmlakı hesabına əldə olunması; -üçüncüsü, bu əldə etmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsas hesab olunur.
57. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilə 293 kv.m hissədə etibarsız hesab edildiyindən, Cavabdeh qeyri-yaşayış sahəsinin 293 kv.metr sahəsinə münasibətdə icarə haqqı alması İddiaçı maddi zərər vurulmuşdur.
58. Kollegiya maddi zərərin məbləğinə və maddi zərərin hansı tarixdən hesablanmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
59. Belə ki, həmin qeyri-yaşayış sahəsi 15697,67 manat məbləğə icarəyə verilsə də, həmin məbləğdən 14% vergi çıxıldıqdan sonra icarə haqqına görə hər ay 13499,99 manat məbləğində gəlir əldə edilmişdir. Bununla da 960 kv.metr qeyri-yaşayış sahəsinin 1 kv.metr sahəsinin icarə haqqı 14,062496 manat (13499,99:960=14,062496) təşkil edir. Belə olan halda 293 kv.m sahəyə görə əldə ediləcək olan icarə haqqı məbləği hər ay üçün 4120,31 manat (293x14,062496=4120,31) təşkil edir.
60. Birinci instansiya məhkəməsi maddi zərərin məbləğini yekun məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablamışdır. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh Bəşir İnşaat MMC və Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair e-2(004)-3443/2022 saylı mülki iş üzrə 07 iyun 2022-ci il tarixli məhkəmə bildirişindən görünür ki, məhkəmə bildirişini aldığı vaxtdan Cavabdeh mübahisə predmeti barəsində məlumatlı olmuşdur. Belə olan halda qanunun tələbinə əsasən maddi zərər həmin tarixdən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək (iddiaçının icarə haqqını almağa başladığı tarix) hesablanmalıdır. Beləliklə riyazi üsulla hesablama nəticəsində maddi zərərin məbləği 97.926,06 (15697,67-14%=13499,9962 / 960= 14,062496 x 293= 4120,31134) (4120,31134 x 23 ay = 94.767,1608 ) + (( 4120,31134/30) x 23 gün= 3158,90536)= 97.926,0662) manat təşkil edir. Bu səbəbdən də qətnamə bu hissədə dəyişdirilməli, Cavabdeh 97.926,06 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
61. Kollegiya apellyasiya şikayətinin “qarşılıqlı iddianın təmin edilən hissədə rədd edilməsi” dəlilinə münasibətdə hesab edir ki, işin hallarından müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdən Cavabdeh mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, (********** nömrəli qeydiyyat, **********83-05301- 083001 nömrəli reyestr), daha sonra Cavabdeh ünvan 1 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsində əsaslı təmir işləri apararaq 960 kv.metr sahəni tam təmirli vəziyyətdə "xxxx" MMC-yə icarəyə vermişdir. Aparılmış araşdırmalar və ekspertiza nəticəsində müəyyən olunur ki, Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin 905 kv.metrinin təmiri üçün xərclənən vəsait ümumilikdə 189460 manat məbləğində, həmin qeyri-yaşayış sahəsinin 905 kv.metrinin daxilində olan 293 kv.metr sahəsinin təmirinə xərclənən vəsaitin riyazi üsulla hesablama yolu ilə 61336 manat (189460 manat / 905 kv.metr = 209.34 manat və 209.34 manat x 293 kv.metr = 61336 manat) təşkil etdiyi öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin etməkdə haqlı olmuşdur.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
63. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
64. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti qismən təmin edildiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 200 manat hissəsi ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı ödənilməli, qalan 200 manat hissəsi apellyatorun özünə aid edilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-344/2025 saylı, 22 sentyabr 2025-ci il tarixli qətnaməsi ilkin iddia üzrə Cavabdeh 6180,47 (altı min yüz səksən manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaitin tutulması hissəsində dəyişdirilsin. Həmin məbləğ 97.926,06 ((4120,31134x23=94.767,1608) + ((4120,31134/30)x23= 3158,90536)=97.926,0662) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 400 manat dövlət rüsumunun 200 manat hissəsi ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı ödənilsin, qalan 200 manat hissəsi apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.