Məhkəmə qərarları › İş №2(103)-6059/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6059/2020

12.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6059/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh “xxxxxxxx (Azərbaycan)” ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh “xxxxxxxx (Azərbaycan)” ASC-yə qarşı “əsassız yerə silinmiş borcun qaytarılması, ilkin vəziyyətin bərpası və dəymiş zərərin ödənilməsi” tələbinə dair ilk iddiası və “xxxxxxxx (Azərbaycan)” ASC-nin İddiaçı və X1 qarşı “əmanət müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-13/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X3 cavabdeh “xxxxxxxx (Azərbaycan)” ASC-yə qarşı “əsassız yerə silinmiş borcun qaytarılması, ilkin vəziyyətin bərpası və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx (Azərbaycan)” ASC-nin onlar tərəfindən qoyulmuş əmanət hesabına əsassız yerə kredit xətti müqaviləsi üzrə silinmiş borcun həmin əmanət hesablarına qaytarılması və əvvəlki vəziyyətin bərpa edilməsi, dəymiş zərərin ödənilməsi, hal-hazırkı iş üzrə 500 manat vəkil xərclərinin, 66 manat iddia ərizəsinə əlavə olunan sənədlərin hazırlanması üçün çəkilən xərclərin və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçılar İddiaçı və X3 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı əmanət müqaviləsi üzrə müqavilə ilə nəzərdə tutulmuş son müddətədək 11,5 % dərəcəsi ilə faiz hesablanması, xx.xx.2017-ci il tarixdə depozitin əsas məbləğindən və hesablanmış faiz məbləğindən müddəti bitmiş 143786-1-24093 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğə ödənildiyi günə kimi Mərkəzi bankın uçot faiz dərəcəsi ilə faiz hesablanmaqla onlara qaytarılması; xx.xx.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsi üzrə müqavilə ilə nəzərdə tutulmuş son müddətədək 12 % dərəcəsi ilə faiz hesablanması, xx.xx.2018-ci il tarixdə depozitin əsas məbləğindən və hesablanmış faiz məbləğindən müddəti bitmiş 143786-1- 24092 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğə ödənildiyi günə kimi Mərkəzi bankın uçot faiz dərəcəsi ilə faiz hesablanmaqla onlara qaytarılması; hazırkı iş üzrə 500 manat vəkil xərclərinin, 66 manat iddia ərizəsinə əlavə olunmuş sənədlərin hazırlanması üçün çəkilən xərclərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsinin qüvvəsi bərpa olunması, 57.000 ABŞ dolları əsas borc və 18.420 ABŞ dolları məbləğində faizin hesablanması; 143786-1- 24092 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ (4.416 ABŞ dolları xx.xx.2017-ci il tarixə MB məzənnəsinə əsasən) çıxıldıqdan sonra yerdə qalan 14.005 ABŞ dolları məbləğinə xx.xx.2018-ci il tarixdən ödənildiyi günə kimi Mərkəzi bankın uçot faiz dərəcəsi ilə (11 %) faiz hesablanmaqla ona qaytarılması; hazırkı iş üzrə 500 manat vəkil xərclərinin, 66 manat iddia ərizəsinə əlavə olunmuş sənədlərin hazırlanması üçün çəkilən xərclərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı X3 məhkəməyə ərizə göndərərək, ona aid hissədə iddia tələbindən imtina etdiyini bildirmiş və məhkəmədən iş üzrə icraata ona aid hissədə xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-13/2020 saylı qərardadı ilə iddiadan imtina qəbul edilmiş və iş üzrə icraata ilk iddia üzrə iddiaçı X1 aid hissədə xitam verilmişdir. “xxxxxxxx (Azərbaycan)” ASC İddiaçı və X1 qarşı “əmanət müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, X3 ilə “xxxxxxxx (Azərbaycan)” ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı X8nin və İddiaçı ilə “xxxxxxxx (Azərbaycan)” ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı X8nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı X8nə əsasən İddiaçı tərəfindən cavabdeh “xxxxxxxx (Azərbaycan)” ASC-yə hesablanmış faizlərin (müddətin sonunda) ödənilməsi şərti ilə illik 12 % dərəcəsi ilə, 300 ABŞ dolları əmanət 36 ay müddətinə və xx xxxx 2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı X8nə əsasən iddiaçı X3 tərəfindən cavabdeh “xxxxxxxx (Azərbaycan)” ASC-yə hesablanmış faizlərin (müddətin sonunda) ödənilməsi şərti ilə illik 11,5 % dərəcəsi ilə, 300 ABŞ dolları əmanət 24 ay müddətinə qoyulmuşdur. xx.xx.2015-ci il tarixdə “xxxxxxxx (Azərbaycan)” ASC ilə İddiaçı arasında 143786-1-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinə əsasən 19 ay müddətinə 103.500 manat və 143786- 1-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinə əsasən 31 ay müddətinə 45.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında bundan başqa əlavə üç ədəd pul vəsaitinin girovu üzrə kredit xətti müqavilələri bağlanmış və həmin müqavilələr tam icra edilmişdir. Lakin yuxarıda qeyd olunan 143786-1-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə 143786-1-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitəcəyinə baxmayaraq, “xxxxxxxx (Azərbaycan)” ASC iddiaçıya heç bir rəsmi bildiriş və ya xəbərdarlıq etmədən bankda olan iddiaçının əmanəti hesabına həmin kredit xətti müqavilələri üzrə borc məbləğlərini silmişdir. Bununla bağlı iddiaçının cavabdehə ünvanladığı xx.xx.2017-ci il tarixli müraciətinə cavab olaraq “xxxxxxxx (Azərbaycan)” ASC tərəfindən xx.xx.2017-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçının yuxarıda qeyd olunan tam icra olunmuş və artıq müddətləri bitmiş kredit xətti müqavilələri üzrə gecikmə borcları olmuşdur. Eyni zamanda, “xxxxxxxx (Azərbaycan)” ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 03/55 saylı və xx.xx.2017-ci il tarixli 03/56 saylı arayışlarda da 143786-1-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsi və 143786-1-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsi üzrə iddiaçı tərəfindən heç bir gecikmə borcunun olmaması göstərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirlər ki, “xxxxxxxx (Azərbaycan)” ASC tərəfindən əsassız olaraq iddiaçının əmanəti hesabına kredit xətti müqaviləsi üzrə borcunun silinməsi tamamilə əsassız və qanunsuzdur. İddiaçı ilə cavabdeh “xxxxxxxx (Azərbaycan)” ASC arasında bağlanmış kredit xətti müqaviləsinin 6.1-ci bəndində bankın həmin müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilməsi üçün əsas olan hallar qeyd olunmuşdur ki, həmin halların heç biri iddiaçı və cavabdeh arasında mövcud olmamışdır. Eləcə də, müqavilənin 6.2-ci bəndinə əsasən bank kredit alana pul öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı kreditin, faizlərin və bankın digər pul tələblərinin ödənilməsinə dair pretenziya (bildiriş) göndərir, kredit alan isə həmin pretenziyada (bildirişdə) göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəməlidir. Qeyd olunan bəndin məzmunundan da aydın olduğu kimi, bank müqavilənin həmin tələbini pozmuş, belə bir bildirişi göndərməmiş və iddiaçının əmanət hesabından əsassız yerə kredit üzrə borcu silmişdir. Tərəflər arasında girovla bağlı razılaşma mövcud deyildir və həmçinin bu məsələ ilə bağlı məhkəmə qərarı yoxdur. Göründüyü kimi, cavabdeh “xxxxxxxx (Azərbaycan)” ASC mülki qanunvericiliyin də tələblərini kobud şəkildə pozaraq öz xeyrinə müəyyən hərəkətlər etməkdən çəkinməmişdir. Eyni zamanda, iddiaçı yuxarıda qeyd olunan X8nə görə müəyyən edilmiş illik faiz dərəcələrindən məhrum olmuş və ona maddi zərər dəymişdir. Bundan başqa, İddiaçı fərdi fəaliyyət göstərən vəkil X5 ilə müqavilə bağlayaraq hüquqi xidmət almış və bu da iddiaçı üçün 500 manat zərər hesabına başa gəlmişdir. Həmçinin iddia ərizəsinə əlavə olunmuş sənədlərin hazırlanması üçün çəkilmiş xərclər də iddiaçıya maddi zərərin dəyməsinə səbəb olmuşdur. İddia ərizəsinə əlavədə iddiaçı tərəf qeyd etmişdir ki, iş üzrə iddia ərizəsinin xx xxxxxx 2017-ci il tarixdə təqdim olunmasını və o zamandan uzun müddət keçməsi ilə əlaqədar iş üzrə təqdim olunmuş həm depozit, həm də kredit müqavilələrinin müddəti bitmişdir. Bu səbəbdən, aşağıdakıları qeyd etməklə iddia tələbinə dəyişiklik etmək zərurəti yaranmışdır. Belə ki, xx xxxx 2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsinin müddətinin xx.xx.2018-ci il tarixdə bitməli olmasına baxmayaraq, bank həmin müqaviləyə də xx.xx.2016-cı il tarixdə birtərəfli qaydada qanunsuz xitam vermişdir. Bu səbəbdən də, hesab edirlər ki, müqavilə bərpa olunmalı və 57.000 ABŞ dolları üçün müqavilə ilə nəzərdə tutulmuş son müddətədək həmin müqavilə ilə nəzərdə tutulmuş 12 % dərəcəsi ilə faiz hesablanıb ona ödənilməlidir. xx.xx.2018-ci il tarixdə müqavilə müddətinin bitməsi həmin müddətdən sonra pul vəsaitinə müqavilə ilə nəzərdə tutulmuş faiz dərəcəsinin hesablanmasını istisna edir. Çünki, bu müddətdən sonra həmin pul vəsaiti Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla qaytarmaqdan imtina kimi qiymətləndirilir və bu səbəbdən pulun onlara qaytarıldığı müddətədək həmin vəsaitə ödəniş günü üçün Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə faiz hesablanmalıdır. Sadə hesablamalar göstərir ki, qeyd olunan depozit müqaviləsi bank tərəfindən qanunsuz olaraq ləğv edilməsə idi müddətin sonunda həmin depozit üzrə ona 18.420 ABŞ dolları məbləğində faiz ödənilməli idi. Lakin bank müqaviləyə xitam verdiyindən ona 0 ABŞ dolları faiz məbləği ödənilmişdir. İddia ərizəsi ilə banka müraciət etdiyi gün götürdüyü kredit üzrə 4.416 ABŞ dolları faiz məbləği hesablanmışdır. O, krediti şəxsi vəsaiti hesabına bağlamaq istəsə də, bu mümkün olmamışdır, çünki bank artıq depozit hesabına bu borcu qanunsuz olaraq bağlamışdır. Bu isə açıq-aydın göstərir ki, bankın əsas məqsədi ona depozit üzrə faiz ödəməmək olmuşdur. Hesab edir ki, depozit müqaviləsinin qüvvəsi bərpa olunmalı, 57.000 ABŞ dolları əsas borc və 18.420 ABŞ dolları məbləğində faiz ona ödənilməlidir. İddia verdiyi günə hesablanmış faiz və kreditin əsas borc məbləği çıxıldıqdan sonra xx.xx.2018-ci il tarixdə bank tərəfindən ona 14.005 ABŞ dolları məbləğində vəsait ödəməli idi. Lakin bank bu vəsaiti ona ödəməməsi səbəbindən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən borcu qaytardığı günədək 11 % (xx.xx.2018-ci il tarixə MB uçot faiz dərəcəsi) ilə əsassız istifadəyə görə vəsait ödəməlidir. Kredit müqaviləsinin icrası kreditorun təqsiri səbəbindən icra olunmadığına görə Mülki Məcəllənin 446-cı maddəsinə əsasən o, heç bir vəsait ödəməli deyil. “xxxxxxxx (Azərbaycan)” ASC qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 (bundan sonra mətndə cavabdeh) ilə “xxxxxxxx (Azərbaycan)” ASC (bundan sonra mətndə iddiaçı və ya bank) arasında xx xxxx 2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı X8 bağlanmış və həmin müqaviləyə əsasən həmin əmanət “Universal” adlı müddətli əmanətdir. Eyni zamanda İddiaçı (bundan sonra mətndə cavabdeh) ilə bank arasında xx xxxx 2015-ci il tarixdə UNİ_Y_36M-143786- 06 saylı X8 bağlanmış və həmin müqaviləyə əsasən həmin əmanət də “Universal” adlı müddətli əmanətdir. Qeyd edilən müqavilələrin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə əmanət üzrə hesablanmış faiz müvafiq olaraq 11,5 və 12 faiz müəyyən edilmişdir. Göründüyü kimi, həmin faiz dərəcələri ölkənin bank sistemində dollarla olan əmanətlər üzrə təklif olunan bəlkə də ən yuxarı faiz dərəcələridir. Bu isə ondan irəli gəlir ki, bu əmanət məhsulları bankda standart bir əmanət məhsulu deyildi və onların əsas şərtlərindən biri yüksək məbləğdə depozit yerləşdirilməsindən ibarət idi, yəni bu məhsul yüksək məbləğdə yerləşdirilən şəxslər üçün yaradılmışdır. Əks təqdirdə, bu dərəcədə faiz məbləğinin müəyyən edilməsi bankın iqtisadi maraqlarına uyğun deyil. Həmin əmanət müqavilələrinə uyğun olaraq cavabdehlər tərəfindən hesablarına müəyyən vaxtlarda ümumilikdə müvafiq olaraq 450.000 ABŞ dolları və 57.000 ABŞ dolları əmanət yerləşdirilmişdi. Lakin 2016-cı ilin sonlarında onun əmanət məbləği azaldılmış və hazırda İddiaçı hesabı sıfırlanmış, F.Məmmədovanın hesabındakı məbləğ isə təxminən 381.000 ABŞ dolları təşkil edir. Bu isə yuxarıda da qeyd edildiyi kimi bankın iqtisadi maraqlarına uyğun olmayan bir məbləğdir və hazırkı halda həmin əmanət məbləğlərinə bu dərəcədə, yəni 11,5 və 12 faiz məbləğinin hesablanması bankın ziyanla üzləşməsi ilə nəticələnir. Bundan başqa, tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən əmanət müqavilələrinin tərkib hissəsi sayılan əlavələrdə də qeyd edilmişdir ki, əmanətin azaldılmasına icazə verilmir. Hazırkı halda isə, göründüyü kimi bu qeyd edilən əmanət müqavilələri üzrə məbləğlər azaldılmışdır. Bu səbəbdən, “xxxxxxxx (Azərbaycan)” ASC ilə cavabdeh X3 və İddiaçı arasında bağlanmış bank əmanəti müqavilələrinin ləğv edilməsini məqsədə uyğun hesab edirlər. İlk iddia ərizəsinə etirazda qarşılıqlı iddia üzrə iddiaçı qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin iddia tələbi ilə razılaşmırlar və aşağıda qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməli olduğunu hesab edirlər. Belə ki, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin irəli sürdüyü tələb ilə bağlı məhkəmə tərəfindən xx.xx.2017-ci il tarixli qərardad qəbul olunaraq, məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılsa da, ekspert rəy vermədən işi məhkəməyə qaytarmışdır. Daha sonra, məhkəmə tərəfindən xx.xx.2017-ci il tarixli qərardad qəbul olunaraq, məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş, ekspert aşağıdakı, yəni «....iş materiallarında olan mövcud sənədlərə əsasən İddiaçı ilə “xxxxxxxx” ASC arasında bağlanmış UNİ_Y_36M-143786-06 saylı xx xxxx 2015-cu il tarixli X8nə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 57000,0 ABŞ dolları məbləğində və X3 ilə “xxxxxxxx” ASC arasında bağlanmış UNİ_Y_24M-143785-04 saylı xx xxxx 2015-ci il tarixli Bank əmanət müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 450000,0 ABŞ dolları məbləğidə əmanət yerləşdirildiyi müəyyən edilir. İş materiallarında olan X3 ilə “xxxxxxxx” ASC arasında bağlanmış UNİ_Y_24M-143785-04 saylı xx xxxx 2015-ci il tarixli Bank əmanət müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən qeyd edilən əmanət müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə 68535,23 ABŞ dolları məbləğində pulun silinməsi (azalması) müəyyən edilir. Lakin hesabdan çıxarış məlumatlarında qeyd edilən əmanət hesabından silinən 68535,23 ABŞ dollarının hansı kredit müqaviləsinə silinibsilinməməsi tədqiqatla müəyyən edilmir” məzmunda rəy vermişdir. Bundan sonra təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə xx.xx.2019-cu il tarixli qərardad qəbul edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və tədqiqat aparan ekspert isə “....iş materiallarında olan mövcud sənədlərə əsasən İddiaçı ilə “xxxxxxxx” ASC arasında bağlanmış UNİ_Y_36M-143786-06 saylı xx xxxx 2015-cu il tarixli X8nə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 57.000,0 ABŞ dolları məbləğində və X3 ilə “xxxxxxxx” ASC arasında bağlanmış UNİ_Y_24M- 143785-04 saylı xx xxxx 2015-ci il tarixli Bank əmanət müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 45.000,0 ABŞ dolları məbləğində əmanət yerləşdirildiyi müəyyən edilir. İş materiallarında olan X3 ilə “xxxxxxxx” ASC arasında bağlanmış UNİ_Y_24M-143785-04 saylı xx xxxx 2015-ci il tarixli Bank əmanət müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən qeyd edilən əmanət müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə 68535,23 ABŞ dolları məbləğində pulun silinməsi (azalması) müəyyən edilir. Lakin hesabdan çıxarış məlumatlarında qeyd edilən əmanət hesabından silinən 68535,23 ABŞ dollarının hansı kredit müqaviləsinə silinib-silinməməsi tədqiqatla müəyyən edilmir” məzmununda rəy vermişdir. Göründüyü kimi mülki iş üzrə təyin olunmuş ekspertizalar nəticəsində verilmiş rəylərlə iddiaçıların Banka qarşı irəli sürdüyü tələbin təmin edilməsi üçün əsas yoxdur. Bundan başqa, Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə...... bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Hazırkı işdə də iddiaçılar ilə Bank arasında yaranmış hüquq münasibətləri tərəflər arasında bağlanılmış müqavilələr ilə nizama salınmışdır. Belə ki, İddiaçı ilə Bank arasında bağlanımış 143786 saylı xx xxxx 2015-ci il tarixli “X11”nin 4.1.3-cü bəndinə əsasən Bank müştərinin sərəncamı olmadan özünün və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətli şəxslərin pul tələblərini onun cari hesabından qanunvericiliyə uyğun olaraq silmək hüququna malikdir. X3 ilə Bank arasında bağlanılmış 143785 saylı xx xxxx 2015-ci il tarixli “X11”nin 4.1.3-cü bəndinə əsasən Bank müştərinin sərəncamı olmadan özünün və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətli şəxslərin pul tələblərini onun cari hesabından qanunvericiliyə uyğun olaraq silmək hüququna malikdir. X3 ilə Bank arasında bağlanılmış UNİ_Y_24- M-143785-04 saylı xx xxxx 2015-ci il tarixli “X8”nin 6.3.1-ci bəndinə əsasən Bankın Əmanətçiyə verilən bank kreditlərini və ona qarşı olan digər pul tələblərini Əmanətçinin əmanət və digər hesablarından onun sərəncamı olmadan silmək hüququ var. İddiaçı ilə Bank arasında bağlanılmış UNİ_Y_24-M-143786- 06 saylı xx xxxx 2015-ci il tarixli “X8”nin 6.3.1-ci bəndinə əsasən Bankın Əmanətçiyə verilən bank kreditlərini və ona qarşı olan digər pul tələblərini Əmanətçinin əmanət və digər hesablarından onun sərəncamı olmadan silmək hüququ var. İddiaçı ilə Bank arasında bağlanılmış 1-DEPOZİT-1048 saylı xx xxxxxx 2015-ci il tarixli “Pul vəsaitlərinin Girov müqaviləsi”nin 5.1.4-cü bəndinə əsasən “Girov Qoyan” girovla təmin edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə bu Müqavilə ilə müəyyənləşdirilən hallarda məhkəməyə müraciət edilmədən “Bank”ın tələbinin girov predmeti hesabına ödənilməsi üçün girov predmetinə tələb yönəldilməsinə və ya akseptsiz qaydada silinməsinə bu Müqavilə ilə razılıq verir. İddiaçı (kredit alan) ilə Bank arasında bağlanılmış 1- DEPOZİT-1049 saylı xx xxxxxx 2015-ci il tarixli “Pul vəsaitlərinin Girov müqaviləsi”nin 5.1.4-cü bəndinə əsasən “Girov Qoyan” (X4 - girov qoyan) girovla təmin edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə bu Müqavilə ilə müəyyənləşdirilən hallarda məhkəməyə müraciət edilmədən “Bank”ın tələbinin girov predmeti hesabına ödənilməsi üçün girov predmetinə tələb yönəldilməsinə və ya akseptsiz qaydada silinməsinə bu Müqavilə ilə razılıq verir. İddiaçı ilə Bank arasında bağlanılmış 143786-1-24092 saylı xx xxxxxx 2015-ci il tarixli “Kredit Xətti müqaviləsi”nin 5.1.3-cü bəndinə əsasən Bank Kredit xətti üzrə borcu, faizləri və “Kredit alan”ın adına açılmış bank hesab(lar)ından onun sərəncamı olmadan silmək; Əgər “Kredit alan”a qarşı pul tələbləri üzrə vəsaitin valyutası onun hesabında olan pul vəsaitinin valyutasından fərqlidirsə, bu halda “Bank”ın vəsaitin silinmə günü üçün müəyyən etdiyi məzənnə ilə vəsaiti “Kredit alan”ın hesabından silmək hüququ var. İddiaçı ilə Bank arasında bağlanılmış 143786-1-24093 saylı xx xxxxxx 2015-ci il tarixli “Kredit Xətti müqaviləsi”nin 5.1.3-cü bəndinə əsasən Bankın Kredit xətti üzrə borcu, faizləri və “Kredit alan”ın adına açılmış bank hesab(lar)ından onun sərəncamı olmadan silmək; Əgər “Kredit alan”a qarşı pul tələbləri üzrə vəsaitin valyutası onun hesabında olan pul vəsaitinin valyutasından fərqlidirsə, bu halda “Bank”ın vəsaitin silinmə günü üçün müəyyən etdiyi məzənnə ilə vəsaiti “Kredit alan”ın hesabından silmək hüququ var. İddia tələbinin rədd edilməsinin digər əsası odur ki, iddiaçılar tərəfindən qoyulmuş əmanət kassadan məxaric edilmişdir. Bununla da onlar hazırki iddia ərizəsinə əlavəni təqdim etməklə yuxarıda qeyd etdikləri halları qəbul etmişlər. Beləliklə, hazırkı mülki iş üzrə iddiaçılar tərəfindən bildirilənlər öz təsdiqini tapmamış və onların istinad etdiyi hallar sübuta yetirilməmişdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarındasübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Bu səbəbdən, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh “xxxxxxxx (Azərbaycan)” ASC-yə qarşı irəli sürülmüş “borcun qaytarılması və s” tələblərinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia ərizəsinə etiraza əlavədə qarşılıqlı iddia üzrə iddiaçı qeyd etmişdir ki, iddiaçı ilə bank arasındakı yaranmış hüquq münasibətləri tərəflər arasında bağlanılmış müqavilələr (X11nin 4.1.3, X8nin 6.3.1, Pul vəsaitlərinin girov müqaviləsinin 5.1.4, Kredit xətti müqaviləsinin 4.5, 5.1.3-cü bəndləri) ilə nizama salınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli ekspert rəyləri ilə iddiaçının iddia ərizəsinə əlavədə göstərdiyi hallar sübuta yetirilməmişdir. Digər tərəfdən “0” ABŞ dolları faiz məbləği ödənilməsi barədə göstərilmiş arqument elə İddiaçı özü-özünü inkar etməsi ilə, yəni onun yazdığı iddia ərizəsinin 5-ci abzası və tələbin xahiş edirəm hissəsinin 2-ci bəndi yuxarıdakı arqumenti təkzib etməklə faiz ödənildiyini təsdiq edir. Tələbin rədd edilməsinin daha bir əsası odur ki, iddiaçının hesablaması ümumiyyətlə səhvdir və artıq qoyulmuş əmanət, faiz məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən məxaric edilmişdir. X8 üzrə əmanətin məxaric edilməsi isə işin mübahisəsiz halıdır. Üstəlik iddiaçı tələbində məxaric etdiyi pul vəsaitini qaytarmadan əmanət müqaviləsinin qüvvəsinin bərpa olunmasını tələb edir ki, bu da kredit borcunun ödənilməməsi və bankın hüququnun pozulması deməkdir. Bundan əlavə, xx.xx.2018-ci il tarixinə Mərkəzi Bankın uçot faiz dərəcəsi 11 faiz olmayıb və məhkəmədən bu cür xahişin edilməsi qeyri-müəyyən, yəni icrası mümkünsüz tələbdir ki, bu da tələbin təmin edilməməsi üçün əsasdır. Beləliklə, hazırkı mülki iş üzrə İddiaçı tərəfindən bildirilənlər öz təsdiqini tapmamış və onun istinad etdiyi hallar sübuta yetirilməmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-13/2020 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin rədd olunması qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-13/2020 saylı qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə qəbul etdiyi qətnamə əsaslandırılmamışdır. Bir neçə dəfə ekspertiza təyin olunmuş, ekspert qarşısında eyni suallar dəfələrlə qoyulmuş, hər bir ekspertiza zamanı, “xxxxxxxx” (Azərbaycan) ASC məhkəməni aşağılayaraq onda olan sübutları nümayişkaranə şəkildə təqdim etməmiş, bütün ekspertizaların nəticələrində eyni rəy alınmışdır ki, “iş materiallarında vəsaitin hansı kredit müqaviləsinə silinməsi müəyyən olunmur”. Hesabdan pulu bank onun sərəncamı olmadan silibsə, o, pulun silinmə istiqamətinə dair necə sübut təqdim edə bilər ?! Digər tərəfdən məhkəmə onun hesabından pulun silinməsinin qanunsuzluğunu gözardı edərək buna dair qətnaməsində heç qiymət də verməyib. Halbuki, əsas məsələ elə ondan ibarət idi ki, bankın hesabından vəsaiti silmək hüququ olmayıb, çünki pulun silinməsi üçün hüquq o vaxt yarana bilərdi ki, o, bank qarşısında hər hansı öhdəliyi pozmuş olsun. Halbuki, məhkəməyə bank tərəfindən ona verilən iki məktub təqdim etmiş və hər birində qeyd olunub ki, onun bank qarşısında öhdəlik pozuntusu mövcud olmayıb. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X6 apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və qətnamənin ləğv edilərək, ilk iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxx (Azərbaycan)” ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, yazılı izahat təqdim edərək, həmin izahata uyğun məzmunda izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh X3 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin İddiaçı Kamandar oğluna aid təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-13/2020 saylı qətnaməsi İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə “xxxxxxxx (Azərbaycan)” ASC arasında bağlanımış xx xxxx 2015-ci il tarixli 143786 saylı X11nin 4.1.3-cü bəndinə əsasən bank müştərinin sərəncamı olmadan özünün və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətli şəxslərin pul tələblərini onun cari hesabından qanunvericiliyə uyğun olaraq silmək hüququna malikdir. İddiaçı ilə “xxxxxxxx (Azərbaycan)” ASC arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli UNİ_Y_24-M-143786-06 saylı X8nin 6.3.1-ci bəndinə əsasən bankın əmanətçiyə verilən bank kreditlərini və ona qarşı olan digər pul tələblərini əmanətçinin əmanət və digər hesablarından onun sərəncamı olmadan silmək hüququ var. İddiaçı ilə “xxxxxxxx (Azərbaycan)” ASC arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli 1-DEPOZİT-1048 saylı pul vəsaitlərinin girov müqaviləsinin 5.1.4-cü bəndinə əsasən girov qoyan girovla təmin edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə bu müqavilə ilə müəyyənləşdirilən hallarda məhkəməyə müraciət edilmədən bankın tələbinin girov predmeti hesabına ödənilməsi üçün girov predmetinə tələb yönəldilməsinə və ya akseptsiz qaydada silinməsinə bu müqavilə ilə razılıq verir. İddiaçı ilə “xxxxxxxx (Azərbaycan)” ASC arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli 1- DEPOZİT-1049 saylı pul vəsaitlərinin girov müqaviləsinin 5.1.4-cü bəndinə əsasən girov qoyan (X4 girov qoyan) girovla təmin edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə bu müqavilə ilə müəyyənləşdirilən hallarda məhkəməyə müraciət edilmədən bankın tələbinin girov predmeti hesabına ödənilməsi üçün girov predmetinə tələb yönəldilməsinə və ya akseptsiz qaydada silinməsinə bu müqavilə ilə razılıq verir. İddiaçı ilə “xxxxxxxx (Azərbaycan)” ASC arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli 143786-1-24092 saylı kredit xətti müqaviləsinin 5.1.3-cü bəndinə əsasən bank kredit xətti üzrə borcu, faizləri və kredit alanın adına açılmış bank hesab(lar)ından onun sərəncamı olmadan silmək; əgər kredit alana qarşı pul tələbləri üzrə vəsaitin valyutası onun hesabında olan pul vəsaitinin valyutasından fərqlidirsə, bu halda bankın vəsaitin silinmə günü üçün müəyyən etdiyi məzənnə ilə vəsaiti kredit alanın hesabından silmək hüququ var. İddiaçı ilə “xxxxxxxx (Azərbaycan)” ASC arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli 143786-1-24093 saylı kredit xətti müqaviləsinin 5.1.3-cü bəndinə əsasən bankın kredit xətti üzrə borcu, faizləri və kredit alanın adına açılmış bank hesab(lar)ından onun sərəncamı olmadan silmək; əgər kredit alana qarşı pul tələbləri üzrə vəsaitin valyutası onun hesabında olan pul vəsaitinin valyutasından fərqlidirsə, bu halda bankın vəsaitin silinmə günü üçün müəyyən etdiyi məzənnə ilə vəsaiti kredit alanın hesabından silmək hüququ var. İşin faktiki hallarından görünür ki, ilk iddia üzrə İddiaçı tərəfindən qoyulmuş əmanət kassadan məxaric edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli 32553 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan mövcud sənədlərə əsasən İddiaçı ilə “xxxxxxxx (Azərbaycan)” ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı X8nə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 57.000 ABŞ dolları məbləğində və X3 ilə “xxxxxxxx (Azərbaycan)” ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli UNİ_Y_24M143785-04 saylı X8nə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 450.000 ABŞ dolları məbləğində əmanət yerləşdirildiyi müəyyən edilir. İş materiallarında olan X3 ilə “xxxxxxxx (Azərbaycan)” ASC arasında bağlanmış xx xxxx 2015ci il tarixli UNİ_Y_24M-143785-04 saylı X8 üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən qeyd edilən əmanət müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə 68.535 ABŞ dolları 23 sent məbləğində pulun silinməsi (azalması) müəyyən edilir. Lakin hesabdan çıxarış məlumatlarında qeyd edilən əmanət hesabından silinən 68.535 ABŞ dolları 23 sentin hansı kredit müqaviləsinə silinib-silinməməsi tədqiqatla müəyyən edilmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 11390 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan mövcud sənədlərə əsasən İddiaçı ilə “xxxxxxxx (Azərbaycan)” ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı X8nə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 57.000 ABŞ dolları məbləğində və X3 ilə “xxxxxxxx (Azərbaycan)” ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli UNİ_Y_24M143785-04 saylı X8nə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 45.000 ABŞ dolları məbləğində əmanət yerləşdirildiyi müəyyən edilir. İş materiallarında olan X3 ilə “xxxxxxxx (Azərbaycan)” ASC arasında bağlanmış xx xxxx 2015ci il tarixli UNİ_Y_24M-143785-04 saylı X8 üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən qeyd edilən əmanət müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə 68.535 ABŞ dolları 23 sent məbləğində pulun silinməsi (azalması) müəyyən edilir. Lakin hesabdan çıxarış məlumatlarında qeyd edilən əmanət hesabından silinən 68.535 ABŞ dolları 23 sentin hansı kredit müqaviləsinə silinibsilinməməsi tədqiqatla müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. İşdə olan müqavilə şərtlərinə əsasən Bankın Əmanətçiyə verilən bank kreditlərini və ona qarşı olan digər pul tələblərini Əmanətçinin əmanət və digər hesablarından onun sərəncamı olmadan silmək hüququ vardır. Həmçinin işin faktiki hallarından görünür ki, ilk iddia üzrə İddiaçı tərəfindən qoyulmuş əmanət kassadan məxaric edilmişdir. Kollegiya qeyd edir ki, mülki iş üzrə təyin olunmuş ekspertizalar nəticəsində verilmiş rəylərlə iddiaçının Banka qarşı irəli sürdüyü tələbin təmin edilməsi üçün əsaslar müəyyən olunmur. Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, ilk iddia üzrə cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçının hüquqları pozulmamış, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri ilk iddia üzrə cavabdeh tərəfindən pozulmamışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “AzərbaycanRespublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin AzərbaycanRespublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil,yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyənedilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi)deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdimolunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadimübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə vətərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlarəsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasənmüzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki ProsessualMəcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həminsübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanınşikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına vəqanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarındagöstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonraməhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasındaçıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə buhüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə,məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassızhərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir haldaməhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını vəqanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) X10 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Kollegiya tədqiq edilmiş sübutlar əsasında ilkin iddianın təmin edilməsi ilə bağlı apellyatorun dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 13/2020 saylı qətnaməsi İddiaçı Kamandar oğluna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar