Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-607/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsindən iddiaçı “İnkişaf” Assosiasiyasının təsisçisi və prezidenti İddiaçı2 Yunis oğlunun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı “İnkişaf” Assosiasiyası cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “alqısatqı müqavilələrinin və bunun əsasında verilmiş qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsi və sair tələbinə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
3. Həmin qətnamədən iddiaçı “İnkişaf” Assosiasiyasının təsisçisi və prezidenti İddiaçı2 Yunis oğlunun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
4. Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə prosessual müddətin buraxılması üzrlü hesab edilmiş, apellyasiya şikayəti baxlması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Yasamal Rayon Məhkəməsindən 2(004)-946/2012 nömrəli, xx.xx.2022-ci il tarixli sorğu daxil omuş, həmin sorğuda Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən şikayət verildiyi üçün həmin mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur.
6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının tam qanunsuz və əsassız olduğunu bildirdi, bu əsasla da həmin qərardaddan şikayət verdiklərini təsdiq edərək, sorğu ilə əlaqədar mülki işin baxışdan çıxarılmasını xahiş etdi.
7. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə onların iştirakı olmadan olmadan baxılması mümkündür.
9. Yasamal Rayon Məhkəməsindən 2(004)-946/2012 nömrəli, xx.xx.2022-ci il tarixli sorğu daxil omuş, həmin sorğuda Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən şikayət verildiyi üçün həmin mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur.
10. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2022-ci il tarixli apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərardadından Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən şikayət verildiyindən mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
11. Belə ki, MPM-in 269.1-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin hazırkı qərardadından verilmiş şikayəti ilkin olaraq birinci instansiya məhkəməsi kimi Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmalıdır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7665/2022 nömrəli, xx.xx.2022-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2022-ci il tarixli apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərardadından Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən şikayət verilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov