Məhkəmə qərarları › İş №2(103)-6077/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6077/2022

15.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6077/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh Hüseyn oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6077/2022 (Açar sözlər: ipoteka predmetinin ilkin vəziyyə qaytarılması) Bakı şəhəri 15 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “ipoteka predmeti olan fərdi yaşayış evinin öz vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli e-2(003)-1041/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə "xxxx" KB ASC arasında illik 22% olmaqla 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit verilməsi haqqında xx.xx.2013-cü il tarixli 69B8/13 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əlaəv olaraq bağlanmış xx.xx.2013-cü il tarixli 69B8/13-İ nömrəli əlavə kredit müqaviləsinə əsasən "xxxx" KB ASC Cavabdeh 36 ay müddətinə illik 22% ödəmək şərtilə 100.000 ABŞ dolları kredit vermişdir. Kreditin təmintı olaraq, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

2. Məhkəmə qətnamələrinə əsasən "xxxx" KB ASC-nin xeyrinə 48691,98 ABŞ dolları əsas borc, 7419,38 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 56211,36 ABŞ dolları məbləğində ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 2.000.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin "xxxx" KB ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh və X1 həmin fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2013-cü il tarixli 69Bİ8/13 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin öz vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması öhdəliyinin qoyulması və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 69B8/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2013-cü il tarixli 69B8/13-1 saylı əlavə kredit müqaviləsinə əsasən 100.000 ABŞ dolları məbləğində kredit verilmiş (36 ay müddətinə, xx.xx.2016-cı il tarixədək, illik 22% ödəmək şərtilə), kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi rəsmiləşdirilən xx.xx.2013-cü il tarixli 69Bİ8/13 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi "xxxx" Kommersiya Bankına ipotekaya qoyulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərin borclu tərəfindən icra edilməməsi və lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq, iddiaçı "xxxx" KB ASC kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-158/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 48691,98 ABŞ dolları əsas borc, 7419,38 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 56211,36 ABŞ dolları məbləğində ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 100.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin "xxxx" KB ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh və X1 həmin fərdi yaşayış evindən çıxarılmaları, iddia tələbinin qalan hissəsinin rədd edilməsi və iş üzrə 70 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutulması qət edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-158/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12295/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikaytətinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 2.000.000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən "xxxx" KB ASC tərəfindən verilən kassasiya şikayətinə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1681/2020 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-158/2017 saylı icra vərəqəsi icra olunması üçün Xəzər Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məlum qətnamələrin çıxarılmasına baxmayaraq borclu Cavabdeh tərəfindən sözügedən kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilən icra sənədinə əsasən kredit borcunun ödənilməsi məqsədilə tutma ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinə yönəldilsə də, borclu Cavabdeh qanunsuz əməlləri nəticəsində həmin fərdi yaşayış evi ipoteka ilə yüklü edilməsinə baxmayaraq, ipoteka saxlayan "xxxx" KB ASC-nin məlumatı olmadan tamamilə sökülərək, istifadədə olan həmin torpaq sahəsində başqa texniki göstəricilərə malik, bankda ipoteka ilə yüklü edilən əmlak ilə heç bir uyğunluğu olmayan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçməyən, özbaşına qeyri-yaşayış sahəsi olan obyekt inşa etdirmiş və qeyd edildiyi kimi həmin özbaşına tikili dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda sənədi müəyən olunmayan əmlakın hərracda satılması qeyri-mümkündür. Qeyd olunan bu hal məhkəmə qətnaməsinin də icrasını qeyri-mümkün edir. Belə ki, qanuni qüvvəsini alan məhkəmə qətnaməsi ilə borcun ödənilməsi hal-hazırda mövcud olan dövlət qeydiyyatına alınmayan və bankda ipoteka ilə yüklü edilməyən qeyri-yaşayış sahəsinin hərracda satılmasını deyil, mənzil poteka ilə yüklü edilən lakin hal-hazırda qanunsuz olaraq borclu tərəfindən sökülən ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda satılmasını nəzərdə tutur. Göründüyü kimi, hal-hazırda mövcud olmayan ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda satılması mümkün deyildir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1041/2022 saylı, 01 iyun 2022ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mülki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin məhv olması, zədələnməsi və itirilməsi halının mövcudluğu barədə sübut təqdim edilməmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi 29-cu maddəsinin 2-ci bəndi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 285.1 270.1, 389.1, 390.1-ci maddələrinin, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 214.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında içtirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

13. Maddə 13 1-ci hissəs Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur

14. Maddə 29. 2-ci bəndi Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

16. Maddə 285.1 Əgər girov müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyulmuş əşyanın təsadüfən məhv olması, itirilməsi və ya təsadüfən zədələnməsi riski girov qoyanın üzərinə düşür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

26. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli 69B8/13 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə "xxxx" KB ASC arasında illik 22% olmaqla 60 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit verilməsi haqqında bağlanmışdır.

27. xx.xx.2013-cü il tarixli 69B8/13-İ nömrəli əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC Cavabdeh 36 ay müddətinə xx.xx.2016-cı il tarixədək, illik 22% ödəmək şərtilə 100.000 ABŞ dolları kredit verilmişdir.

28. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 69Bİ8/13 saylı İpoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

29. AR ƏMDK yanında DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir.

30. AR ƏMDK yanında DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

31. Azərbaycan Respulikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1681/2020 nömrəli qərarından görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-158/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 48691,98 ABŞ dolları əsas borc, 7419,38 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 56211,36 ABŞ dolları məbləğində ödənişin icra ediləcəyi gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 100.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin "xxxx" KB ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh və X1 həmin fərdi yaşayış evindən çıxarılmaları, iddia tələbinin qalan hissəsinin rədd edilməsi və iş üzrə 70 manat məbləğində ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12295/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikaytətinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 2.000.000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən "xxxx" KB ASC tərəfindən verilən kassasiya şikayətinə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1681/2020 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 69Bİ8/13 saylı İpoteka müqaviləsindən görünür ki, müqavilədə ipoteka predmeti olan əmlakın təmiri, rekonsturksiyasının və ya dəyərinin artırılması üçün xərclərin çəkilməsi qadağan edilməmişdir.

33. Bundan başqa iddiaçı tərəf cavabdehin ipoteka predmeti olan fərqi yaşayış evini sökərək qeyri-yaşayış sahəsi inşa etdiyini göstərsə də, iş materiallarında olan Azərbaycan Respulikası Ali Məhkməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1681/2020 nömrəli qərarında ipoteka predmetinin restoran kimi istifadə olunan qeyri-yaşayış sahəsi olduğu göstərilmişdir.

34. Həmçinin, kollegiya hesab edir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin ümumiyyətlə məhv olması, zədələnməsi və itirilməsi halının mövcudluğu barədə sübut təqdim edilməmişdir.

35. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 01 iyul 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka predmeti olan əşyanın dəyərinin artmasına səbəb olan yaxşılaşdırmalara gəlincə isə nəzərə alınmalıdır ki, bu halda gələcəkdə öhdəliyin təminat dəyəri azalmadığından kreditorun mənafeyi hər hansı təhlükəyə məruz qalmır, əksinə ipoteka predmetinin dəyərinin artması ipoteka saxlayanın təminatının güclənməsinə gətirib çıxarır. Odur ki, ipoteka predmetinin dəyərinin artmasına səbəb olan yaxşılaşdırmaların ipoteka saxlayanın mənafeyi baxımından hüquqa zidd hesab edilməsi yolverilməzdir.”.

36. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1041/2022 saylı iş üzrə 01 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar