Məhkəmə qərarları › İş №2(103)-6079/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6079/2020

06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6079/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(001)- 3224/2020 saylı qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinədair iddia ərizəsi ilə Bakı səhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(001)-3224/2020 saylı qərardadıilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə düzgün olaraq müraciət etmişdir. Belə ki, iddia tələbi üzrə Cavabdeh Füzuli rayonu, Aşağı Rəfədinli kəndində qeydiyyatda olsada iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası DİN-nin qeydıyyat ünvanı barədə BPMQİ-nin MAPS şöbəsinin arayışından da görünür ki, cavabdeh artıq həmin ünvanda qeydiyyatda yoxdur, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-ci il larixli 1(105)-13/2009 saylı hökmündə isə Cavabdeh faktiki olaraq ünvan 2 ünvanında məcburi köçkün kimi məskunlaşması məhkəmə möhürü ılə təsdiqini tapmışdır. Həmçinin cavabdeh barəsində çıxarılmış hökmə əsasən artıq törətdiyi cinayət əməllərinə görə istintaq təcridxanasında daha sonra isə cəzacəkmə müəssisəsində saxlanılmaqdadır. İddia tələbini o, aidiyyatı üzrə qüvvədə olan qanunvericiliyə əsasən düzgün təqdim etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 3224/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh Füzuli rayonu, Aşağı Rəfəndili kəndində qeydiyyatdadır. İddia ərizəsində cavabdehin müvəqqəti məskunlaşdığı ünvan kimi ünvan 3 göstərilsə də, buna dair heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki,iddiaçıcavabdehin son yaşayış yerinin Bakı şəhəri Binəqədi Rayonu olmasına və cavabdeh barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən xx xxx 2019-ci il tarixli 1(105)- 13/2009 saylı hökmü qəbul edilməsinə istinad etsə də, qeyd olunan hökm iş materiallarına əlavə edilməmişdir. Bununlada cavabdehin yaşayış yerini və qeydiyyat ünvanını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, İddiaçı şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(001)-3224/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(001)-3224/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar