Məhkəmə qərarları › İş №2(103)-608/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-608/2025

09.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-608/2025 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sökülmüş hasarın əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iş üzrə (Açar sözlər: Mülkiyyət hüququnun müdafiəsinə dair tələblər, mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyəti başçısının 1999-cu il tarixli, *** nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Iddiaçı iddia etmişdir ki, qeyd olunan torpaq sahəsi onun tərəfindən hasarlanmış, bundan sonra cavabdeh tərəfindən həmin hasar sökülərək öz torpağına gediş-gəliş məqsədilə istifadə olunmağa başlanılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdeh Allahverdiyev Qiyamət Bayraməli oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən çəkilmiş daş hasarın cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi, həmin hasarın cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin üzərinə özünə məxsus torpaq sahəsinə daxil olmaq üçün əvvəlki yoldan istifadə etməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyəti başçısının 1999-cu il tarixli, *** nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu ərazisindəki Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi ayrılmış, torpağın naturada yeri müəyyən edilməklə verilən sahə daş hasarla əhatəyə alınaraq sərhədləri müəyyən edilmişdir. Həm bu torpaq sahəsinin, həm də qonşuların yolu yerləşmə cizgisi və torpaq sahəsinin plan ölçüsündə öz əksini tapmışdır. Qonşu torpağın sahibi Allahverdiyev Qiyamət Bayraməli oğlu mülkiyyət hüququnu ## ###### 2022-ci il tarixdə qeydiyyata aldırmışdır. Lakin o, faktiki yolu olduğu halda iddiaçıya məxsus mişar daşdan olan hasarı uçurmuş, ona maddi ziyan vurmuş, torpağını zəbt edərək özünə yeni yol çəkmişdir. Özbaşına zəbt etdiyi özgə torpağından çəkdiyi yolla mütəmadi tikinti materialları daşımaqla geniş tikinti işləri aparır.

4. Birinci instansiya məhkəməsindəki icraatda cavabdeh Allahverdiyev Qiyamət Bayraməli oğlu bildirmişdir ki, özünə məxsus olan torpaq sahəsində tikinti aparır. Onun tərəfindən heç bir hasar sökülməmişdir. Iddiaçının təqdim etdiyi 1999-cu il sərəncamında həmin torpaq sahəsi iki il müddətində fərdi evin tikintisi üçün verilmiş və qeyd edilmişdir ki, qeyd edilən müddət ərzində tikinti olmazsa, torpaq sahəsi vətəndaşın əlindən alınsın. Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, döngə 2170 trapesiya şəklindədir. Iddiaçı iddia edir ki, torpaq sahəsinə çıxış sonradan qoyulmuşdur, amma buna aid hər hansı sübutu yoxdur. Iddaçının mübahisə etdiyi torpaq sahəsinin ona məxsus olması barədə heç bir sübutu yoxdur. H.Sabirin qeyd etdiyi 1999-cu il sənədlə iddia etdiyi topaq sahəsi arasında heç bir əlaqə yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsindəki icraatda şahid X5 bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır. X6rdaşının qonşusudur. H.Sabiri bu mübahisə ilə əlaqədar tanıyır. Mövcud torpaq sahəsindəki hasarın sökülməsini H.Sabirə o demişdir. O, torpaq sahəsini kimin alıb satdığını bilmir. Sadəcə hasarın sökülməsini bilir. Qabaq girişdə olan hasarın hündürlüyü 2 metrdən çox idi. Hasarın iki hissəsi sökülmüşdür. Yer orada trapesiya şəklindədir. Hasarın bir hissəsi hündür yerdə olduğu üçün o biri tərəfindən fərqlənir. Hasarın giriş və girişdən sağ tərəfdə yerləşən hissəsinin söküldüyünü bildirmişdir.

6. Birinci instansiya məhkəməsindəki icraatda şahid Musayev Raul Adıgözəl oğlu bildirmişdir ki, o torpaq sahəsini internetdə yerləşən elan vasitəsilə Şəhriyar adlı şəxsdən almışdır. ** saylı Notariat Ofisində alğı-satqı müqaviləsi ilə öz adına alıb. 6 sot torpaq sahəsi hər biri 3 sot olmaqla iki yerə bölünmüşdür. Həmin ərazidən yuxarı küçəyə 2 çıxış vardır. Iddiaçının qeyd etdiyi ərazidə kanalizasiya xətti var. Torpaq sahəsini alanda orada daşlar yox idi. Orada yolu bir yerdə çəkiblər. Həmin ərazidə yerləşən tikili iddiaçıya məxsusdur. Oradakı üçbucaq yerdə elektrik xətti vardır. Qeyd edilən ərazidə yerləşən torpaqların əksəriyyəti H.Sabirin adınadır. Həmin torpaqları müxtəlif insanlara satıb pul qazanır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ######## 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən iddia tələbində qeyd edilən sökülmüş hasarın yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması müəyyən olunmadığından, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri əsassızdır və təmin edilməməlidir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona məxsus və onun tərəfindən inşa edilmiş hasarın cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, bu halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

10. Məhkəmə bildirmişdir ki, iddiaçı İddiaçı torpaq sahəsinin ona məxsus olması və onun tərəfindən inşa edilmiş hasarın cavabdeh tərəfindən sökülməsini iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmədə dindirilən və qətnamədə ifadəsi sübut kimi qəbul edilən Musayev Raul Adıgözəl oğlunun torpaq sahsinin qapısı iddiaçının torpaq sahəsinin xaricindədir. Bu baxış zamanı və video yazıda öz əksini tapmışdır. Onun özü də iddiaçının torpaq sahəsindən yol açması iddiasındadır. Onun qeyd etdiyi yolun çəkilməsi həmin ərazidən təxminən 300 metr kənarda olmuşdur. Faktın təsdiqi üçün yenidən baxış keçirilərsə bu hal təsdiq olunar. Bu şəxs iddiada tərəf deyil. Hazırkı iddiaya heç bir aidiyyəti də yoxdur. Bəlli deyil ki, məhkəmə onu nə üçün dindirmiş və ifadəsini sübut kimi götürmüşdür. Halbuki işdə sübutlara söykənən obyektiv ifadə verməyə hazır olan və bu məqsədlə məhkəməyə gələn icra məmurunu iddiaçının israrlı tələblərinə baxmayaraq məhkəmə “ifadənə ehtiyac yoxdur” bəhanəsi ilə dindirməmişdir. Məhkəmə qətnamədə “iddiaçı ona məxsus və onun tərəfindən inşa edilmiş hasarın cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, bu halları təstiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməsini” qeyd etsə də, bu fakt izahatlardan əlavə, baxışla və bələdiyyə nümayəndəsinin çəkdiyi video ilə tam təsqiq olunur. 2 metr hündürlüyündəki mişar daşdan inşa edilmiş hasarın sökülməsi hələ məhkəmədən öncə bələdiyyə və icra nümayəndəliyinin birgə baxış sənədləri ilə də təsdiq olunur. Həm də hasarı özünə 2-ci yol açmaq üçün cavabdehin sökməsinə kifayət qədər fakt mövcuddur. Izahatda deyilənlər sözügedən əraziyə aid olmayan tamamilə uzaq sahədə baş vermişdir. Cavabdehə yol iddiaçının hesabına verilə bilməz. Mülki qanunvericiliyin tələbləri baxımından ona yol üçün yeri torpağı satan adam verməlidir. Bundan əlavə, iddiaçıya torpaq sahəsi veriləndə orada işıq xətti olmamışdır. Sonradan çəkilmişdir ki, buda mülkiyyət hüququnu pozur. Iddiaçı bununla bağlı maneənin aradan qaldırılması üçün tədbirlər görür. Belə vəziyyətin yaranması onun mülkiyyət hüququnu məhdudlaşdırmır. Məhkəmənin qətnamədə iddiaçının sahəsinin trapesiya formasında yox, yerli baxışda göstərdiyi torpaq sahəsinin üçbucaq formasında olduğunun müəyyən edilməsini göstərməsi də əsassızdır. Orada üçbucaq formasında yer yoxdur. Hər tərəfin torpağının sxemi, eskiz yerləşmə cizgisi var. Məhkəmə təsdiq olunan rəsmi sənədlərə yox, subyektiv mülahizəyə istinad etmişdir. Sərəncamda heç trapesiya forması sözü də yoxdur. Məhkəmə bu fikri nəyə əsasən göstərməsi işdən bəlli deyil. Digər tərəfdən yerin hansı formada olmasından asılı olmayaraq müdaxiləni qanun qadağan edir. Məhkəmə sübutlara düzgün qiymət verməmişdir.

14. Apellyasiya mərhələsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2023-cü il tarixli rəy verilmiş və qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin yerquruluşu üzrə baş mühəndisi Ramiz Babayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, göstərilən mübahisəli ərazinin faktiki sahəsi 685.0 kv.metr təşkil edir. Allahverdiyev Qiyamət Bayraməli oğlunun xüsusi mülkiyyətində olan 0.025 ha torpaq sahəsi və həmin sahənin qərb-sərhəd qonşuluğunda olan 0.0255 ha torpaq sahəsi əvvəlki vəziyyətdə (bölgüdən öncə) 0.0505 ha olmaqla dövlət qeydiyyatına alınmışdır. Həmin sahənin arxivi əsaslarında (ilkin yerləşmə cizgisi və keçmiş DTXK-nın kadastr planında) keçid yolları iki tərəfdən (qərb və şərq) işarələnməklə göstərilmişdir. Faktiki vəziyyəti üzrə Allahverdiyev Qiyamət Bayraməli oğluna məxsus torpaq sahəsinə gedən yolun Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyəti başçısının ## ### 1999-cu il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

15. Daha sonra məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin zəbt olunub-olunmadığı, cavabdehə mülkiyyət sənədlərinə əsasən hansı istiqamətlərdən yol verildiyi, yolun bağlandığı təqdirdə cavabdehin torpaq sahəsindən istifadə üçün başqa yolunun olub-olmamasının müəyyən edilməsi zəruri olduğundan iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Yekunda, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Ekspertizanın aparılmasına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin mütəxəssisləri də cəlb edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2023-cü il tarixli rəy verilmiş və qeyd edilmişdir ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi 685.0 kv.metr təşkil edir. Sahənin daxilindən bir hissə (235.0 kv.metr olan sahə) faktiki yol kimi mübahisələndirilən sahədir. Bundan əlavə cavabdehin göstərdiyi 250.0 kv.metr sahə üzərində bir mərtəbəli yarımçıq tikili mövcuddur, digər sahə ilə bir sərhəd daxilindədir. Sahənin sərhədləri iki tərəfdən şərti olmaqla çıxarışda qeyd olunmuş ölçülərə uyğundur. Göstərilən torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Cavabdehin faktiki göstərdiyi və sənədlə sahəsi iki tərəfdən fiziki sərhəd olmadığından (şərti olduğundan) zəbt etmə halının olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Mülkiyyət sənədlərinə əsasən cavabdeh Allahverdiyev Qiyamət Bayraməli oğlunun xüsusi mülkiyyətində olan 250.0 kv.metr torpaq sahəsi və həmin sahənin qərb-sərhəd qonşuluğunda olan 255.0 kv.metr torpaq sahəsi əvvəlki vəziyyətdə (bölgüdən öncə) 505.0 kv.metr olmaqla dövlət qeydiyyatına alınmışdır. Sahənin arxiv əsaslarında (ilkin yerləşmə cizgisi və keçmiş DTXKnin kadastr planında keçid yolları iki tərəfdən (qərb və şərq) işarələnməklə göstərilmişdir. Iddiaçı tərəfindən göstərilən faktiki sahə 685.0 kv.metr təşkil etməklə bir hissəsi (235.0 kv.metr) faktiki yol kimi mübahisələndirilən hissədir. Bundan əlavə, İddiaçı ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumat yoxdur. Allahverdiyev Qiyamət Bayraməli oğlunun xüsusi mülkiyyətində olan 250.0 kv.metr torpaq sahəsi bölünəndən əvvəl həmin sahənin qərb sərhəd qonşuluğunda olan 255.0 kv.metr torpaq sahəsi əvvəlki vəziyyətdə 505.0 kv.metr olmaqla qeydiyyata alınmış torpaq sahəsinin arxiv əsaslarında (ilkin yerləşmə cizgisi ve keçmiş DTXK-nın kadastr planında) keçid yolları iki tərəfdən (qərb və şərq) işarələnməklə göstərilmişdir. Bölünmə zamanı (505 kv.metr sahənin bölgüsü zamanı) tərəflər arasında imzaları ilə razılaşdırılaraq notarial qaydada təsdiqlənmiş bölgü sxemində sənədlə sahənin cənub tərəf hissəsindən dalan göstərilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, aparılmış ekspertizalar iddiaçının faktiki qaydada, yəni sənəd üzrə müəyyən edilmiş koordinatlar əsasında yox, şərti olaraq göstərdiyi torpaq sahəsində aparılmışdır. Iddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatlar olmadığına görə göstərdiyi torpaq sahəsinin həqiqətən də sərəncamla ona ayrılmış torpaq sahəsi olması öz təsdiqini tapmır. Həmçinin iddiaçı da bu halı mötəbər sübutlarla əsaslandıra bilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının iddiasını təkzib etmiş, tələb üzrə sübutetmə yükü iddiaçının üzərinə düşmüş, lakin o, nə sərəncam üzrə ona ayrılmış torpaq sahəsinin həqiqətəndə hazırda mübahisələndirdiyi torpaq sahəsi olmasını, nə də ki, torpaq sahəsindəki hasarın məhz cavabdeh tərəfindən sökülməsini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası tərəfindən mübahisənin dəqiq araşıdırılması üçün ekspertizalar təyin edilsə də, həmin ekspertizalar da faktiki olaraq göstərilən torpaq sahəsi üzrə şərti olaraq aparıldığından (iddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatın olmaması səbəbindən) iş üçün həlledici əhəmiyyət kəsb etməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mülki işdə birinci instansiya məhkəməsi “sübut etmək yükünün təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyü” prinsipini rəhbər tutaraq iddia tələbini rədd etməkdə haqlı olmuş, iddiaçı isə birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, torpaq sahəsinin ona məxsus olduğunu, habelə torpaq sahəsi üzərindəki hasarın cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, bunu heç bir dəlillə sübuta yetirə bilməmişdir.

21. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində şahid qismində dinidirilmiş Musayev Raul Adıgözəl oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar olunmuş və ondan bu barədə iltizam alınmışdır. Lakin o, bilə-bilə yalan ifadə vermiş olsa belə, bu hal hazırkı mərhələdə qətnamənin ləğvi üçün əsas ola bilməz.

22. Torpaq sahəsinin hansı formada (trapesiya və ya üçbucaqlı) olması və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyəti Başçısının 1999-cu il tarixli, *** nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin çizgisi sənədində həmin torpaq sahəsi trapesiya formasında göstərilmişdir. Birinci instansiya məhkəməsi isə ##.##.2022-ci il tarixində hər iki tərəfin göstərdiyi torpaq sahəsinə yerli baxış keçirərkən, iddiaçının ona məxsus olduğunu bildirdiyi torpaq sahəsinin üçkünc formada olduğunu və torpaq sahəsinin tam yaxınlığında işıq dirəyinin yerləşdiyini müəyyən etmiş, bunları ##.##.2022-ci il tarixli protokolla rəsmiləşdirmişdir. Həmçinin əlavə məhkəmə tikinti-texniki ekspertizası keçirilərkən də müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə kollegiyası qeyd olunanlarla bağlı izah etmişdir ki, hansı formada olması və ya yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşib-yerləşməməsindən asılı olmayaraq əmlak üzərində mülkiyyət hüququ toxunulmazdır, lakin nəzərə almaq lazımdır ki, hazırda iddiaçının göstərdiyi torpaq sahəsinin onun qanuni sahibliyinə verilmiş torpaq sahəsi olması işin mübahisəli halıdır və iddia edilən torpaq sahəsinin cizgisində göstərilən formanın yerli baxış zamanı göstərilən torpaq sahəsinin formasına uyğun gəlməməsi, habelə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi iddiaçının iddia etdiyi torpaq sahəsinin sərəncam əsasında ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməməsi şübhələrini artırır. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar qətnamə çıxarılarkən haqlı olaraq nəzərə alınmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehin ikinici yol açmaq üçün hasarı sökməsinə dair kifayət qədər faktın mövcud olduğunu qeyd etmiş və bu faktların izahatlardan əlavə, baxışla və bələdiyyə nümayəndəsinin çəkdiyi video ilə tam təsdiq olunduğunu bildirmişdir. Lakin həmin videoda sadəcə sökülmüş hasar qeydə alınmışdır və hasarın kim tərəfindən sökülməsini özündə əks etdirmir. Bu səbəbdən iş materiallarında olan həmin videoyazı da hasarın həqiqətəndə cavabdeh tərəfindən söküldüyünü sübut etmir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ##.##.2007-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

0 c) Kassasiya instansiyası məhkəməsindəki icraat

25. Iddiaçı İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə öz mövqeyini qanuna və sübutlara uyğun əsaslandırmamış, işin hallarını təhrif etmişdir. Məhkəmə nəzərə almamışdır ki, hasarın sökülməsi cavabdehdən başqa kimsəyə lazım deyil. Ya özü söküb yada pul verib fəhlələr sökdürüb. Hər iki halda o söküb. Məhz qonşudakı 5,5 sot bir yerin bölünərək 3 nəfərə satılması ilə bağlı yaranan səbəbdən cavabdehin aldığı sahənin yolunun olmaması onu bu işə təhrik etmişdir. Istər cavabdehdən əvvəlki mülkiyyətçinin istərsə də onun yeri məhz səlahiyyətli dövlət qurumlarının sərəncamına əsasən verdiyi yerləşmə cizgisi əsasında müəyyən edilmiş,həmin cizgi ilə mülkiyyətçinin hüquqları qeydə alınmışdır. Hasarda məhz bu sənədlərə görə çəkilmişdir. Yerlərin üst-üstə düşməsi də məhkəmənin istinad etdiyi ekspertizaların rəyi ilə təsdiq olunur. Bu da yerinə müdaxiləni təsdiq edən etibarlı sübutlardan biridir. Izahatlardan əlavə baxış və bələdiyyə nümayəndəsinin çəkdiyi video ilə, nümayəndəliklə birlikdə tərtib edilmiş baxış sənədi ilə də təsdiq olunur ki, orada 2 metr hündürlüyündə hasarı olub. Məhkəmə cavabdehə yer satan ilkin mülkiyyətçinin yolunun haradan olmasına aydınlıq gətirsə idi mübahisəyə son qoyulardı. Iddia tələbində əvvəlki yol dedikdə məhz qonşuya məxsus olan yol nəzərdə tutulur.Belə vəziyyətdə məhkəmə eyni hüquqa malik yerləşmə cizgilərinə istinad etməli idi. Məhkəmə ona verilmiş sərəncamı və cizgini qanuni hesab etdiyi halda cavabdehə sərəncamdan 23 il sonra verilmiş şübhəli cizgini əsas götürməklədə yanlışlığa yol vermişdir. Hər iki məhkəmə instansiyasında video çəkiliş aparan bələdiyyə nümayəndəsi və məhkəmə icraçısı dindirilməmiş, onlar qapıdan geri qaytarılmış, onların dindirilməsi barədəki vəsatətlərinə məhəl qoyulmamışdır. Tövsiyyə və təsvir xarakterli ekspert rəyinə üstünlük vermişdir. Yerinin hesabına əvvəlki mülkiyyətçinin 5,5 sotluq sahədə yolu da olan bir yerinin 3 nəfərə satması halında alıcılara onun hesabına ayrı-ayrı yol verilməsi qanunda nəzərdə tutulmamışdır. Bu məsələ ilkin mülkiyyətçi ilə 3 yeni mülkiyyətçi arasında həll olunmalı bir işdir. Ona aidiyyəti yoxdur. (hər iki yerin yerləşmə cizgiləri əlavə olunur) Onun Səbail Rayon Icra Hakimiyyətinin ## ### 1999-cu il tarixli,*** saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış 600 kv.metr torpağı hesabına cavabdehə yol verilməsi mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməli idi. Apellyasiya şikayətində göstərmişlər ki, yerində yenidən baxış keçirilməlidir ki, mübahisəyə naturada aydınlıq gətirilsin. Məhkəmə şikayətinin bu dəlilinədə qiymət verməmiş, baxış keçirməmişdir. Şikayətlərində göstərmişlər ki, məhkəmənin yerinin “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkəsinin mühafizəsi Qaydalarının 5-ci bəndinə əsasən 25 metr mühafizə zonasına düşməsi səbəbindən qeydiyyat ləngiyib, bu istiqamətdə iş aparılır. Onlara torpaq sahəsi veriləndə orada işıq xətti olmamışdır. Sonradan çəkilmişdir ki, bu da mülkiyyət hüquqlarını pozur. Hazırda cavabdehin tikilisi də xəttin təsir dairəsinə düşür. Belə vəziyyətin yaranması onun mülkiyyət hüququnu məhdudlaşdırmır. Qanuni istifadəsində olan torpağa dair sənədlərin ləğvi gündəlikdə deyil. “xxxx” ASC-nin əməli hüquqa zidd olmaqla bir başa ona ziyan vurması ilə nəticələnmişdir. O, xətti çəkərkən yerin kimin mülkiyyəti olmasının fərqinə belə varmamış, məqsədli şəkildə mülkiyyət hüququna müdaxilə etmişdir. Torpaqdan istifadə hüququ olan şəxs öz hüquqlarını istənilən şəxsdən, o cümlədən mülkiyyətçinin özündən də müdafiə etməyə ixtiyarı var. Göründüyü kimi mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da qanunla qorunur və mulki qanunvericilikdə belə hüquq sahibinin hazirki iddia ilə məhkəməyə müraciət etmək hüququ istisna edilməmişdir. Göründüyü kimi məhkəmə qətnamədə qanunlara və obyektiv dəlillərə yox subyektiv mülahizələrə əsaslanmışdır. Apellyasiya instansiyası göstərdiyi bu dəlillərə də qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi işin vəziyyətinə görə mübahisənin aradan qalxması üçün hər iki yerin ilkin yerləşmə cizgilərini tərtib edənləri, məhkəmədən öncə mübahisəyə görə yerə baxış keçirib video çəkən səlahiyyətli şəxsləri işə cəlb etməklə, əraziyə yenidən baxış keçirməklə obyektiv araşdırma aparmalı idi. Işin faktiki halları ilə istinad etdiyi maddələrin tələblərinin pozulması təstiq olunduğu halda məhkəmə qətnaməsində göstərilmiş nəticələrə uyğun gəlmir. Apellyasiya instansiyasında göstərdiyi kimi ev tikilərkən mütləq şəkildə qonşuların yazılı şəkildə razılığı alınmalıdır. Belə razılıq yoxdur. Cavabdehin cizgi sənədinin qanuniliyi də yoxlanmamışdır. Hesab edirlər ki, iş materiallarında olan sübutlara düzgün qiymət verilməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır Məhkəmə məhkəmə sübutları, eləcə də tərəflərin izahatlarını Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə əsasən təhlil edib şikayətin təmin edilməməsi hissəsində düzgün qiymətləndirməmişdir.Xüsusən hasarın cavabdehin sökməməsi, yerin ona aid olmaması hissəsində sübutlara düzgün qiymət verməmişdir. Cavabdehin hərəkətlərinə münasibətdə məhkəmənin mövqeyi prosessual qanunvericiliyin tələblərinə ziddir, çünki yol üçün sökdüyü hasar ona nə rəsmi nə də qeyri rəsmi satılmamışdır. Hasarı naturada yerləşdiyi ərazinin cavabdehə məxsus olmasını təstiq edən heç bir sübut yoxdur. Ekspert rəyi yerin ona məxsusluğunu yox ümumi təsviri özündə ehtiva edir. MPM-nin 9-cu maddəsinin tələblərinə əməl edilməyərək tərəflərin bərabərliyinə, faktlara əməl edilməmiş və bizim verdiyimiz təstiq olunan izahatımız sübut kimi götürülməmişdir. Mübahisələndirilən yerin və yolun cavabdehə məxsus olmasına heç bir sübut təqdim etməmişdir. Bundan başqa MPM-in 76- cı maddəsinin tələbləri pozulmuş, məhkəmə tərəfindən əsassız olaraq izahat, rəy, video görüntü və başqa sübutları mötəbər sübut kimi qəbul edilməmişdir. Iddiaçı izahatları ilə, təqdim etdiyi rəsmi yerləşmə cizgiləri ilə, ekspert rəyi ilə, mütəxəssis rəyi ilə, yerində baxış protokolu ilə, video çəkilişlə sübut edir ki, hasar və altındakı torpaq ona məxsusdur. Cavabdehin isə mübahisələndirilən yerin ona məxsus olmasını sübut edəcək heç bir faktı yoxdur. Məhkəmə iddia ərizəsinin əsaslı olduğunu, mülkiyyət hüququna müdaxilənin fakt olmasını nəzərə almamışdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2024-cü il tarixli 2(103)- **/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

28. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, aparılmış ekspertizalar iddiaçının faktiki qaydada, yəni sənəd üzrə müəyyən edilmiş koordinatlar əsasında yox, şərti olaraq göstərdiyi torpaq sahəsində aparılmışdır. Iddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatlar olmadığına görə göstərdiyi torpaq sahəsinin həqiqətən də sərəncamla ona ayrılmış torpaq sahəsi olması öz təsdiqini tapmır. Həmçinin iddiaçı da bu halı mötəbər sübutlarla əsaslandıra bilməmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında (iş v. 6 və 7) əsli ilə düzgünlüyü notariat orqanında təsdiqlənmiş İddiaçı fərdi evin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Səbail rayon IH başçısının ## ### 1999-cu il tarixli *** nömrəli sərəncamının və Səbail rayon IH başçısının ## ### 1999-cu il tarixli *** nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində İddiaçı ayrılmış torpaq sahəsinin (3 yaşayış massivi, **** nömrəli) cizgisinin surəti mövcuddur. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatlar olmadığına görə göstərdiyi torpaq sahəsinin həqiqətən də sərəncamla ona ayrılmış torpaq sahəsi olması öz təsdiqini tapmaması barədəki mövqeyini kifayət qədər əsaslandırmamışdır. Elektron bazada müvafiq məlumatların olmaması iş materiallarında olan sübutların araşdırılmasını və araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməsini istisna etmir. Iş materialları ilə təsdiq edilir ki, apellyasiya instansiyası məhkəməsi “iddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatlar olmadığı” barədə mövqeyini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2023-cü il tarixli rəyinə əsasən qeyd etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

30. Apellyasiya instansiyası məhkəməsinin müvafiq qərardadına əsasən müvafiq ekspertiza keçirilərək təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, faktiki vəziyyəti üzrə Allahverdiyev Qiyamət Bayraməli oğluna məxsus torpaq sahəsinə gedən yolun Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyəti başçısının ## ### 1999- cu il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsinin 39-cu bəndində torpaq sahəsinin hansı formada (trapesiya və ya üçbucaqlı) olması və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi dəlillərinə münasibətdə qeyd etmişdir ki, Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyəti Başçısının 1999-cu il tarixli, *** nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi sənədində həmin torpaq sahəsi trapesiya formasında göstərilmişdir. Birinci instansiya məhkəməsi isə ##.##.2022-ci il tarixində hər iki tərəfin göstərdiyi torpaq sahəsinə yerli baxış keçirərkən, iddiaçının ona məxsus olduğunu bildirdiyi torpaq sahəsinin üçkünc formada olduğunu və torpaq sahəsinin tam yaxınlığında işıq dirəyinin yerləşdiyini müəyyən etmiş, bunları ##.##.2022-ci il tarixli protokolla rəsmiləşdirmişdir.

32. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi torpaq sahəsinin cizgisi sənədindəki torpaq sahəsi ilə iddiaçının ona məxsus olduğunu bildirdiyi torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini, yəni iddiaçının göstərdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi sənədində göstərilən sərhədlər daxilində olubolmamasını araşdırıb hüquqi qiymət verməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi sənədi üzrə də araşdırma apararaq sübutlara məcmu şəklində Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verməli idi.Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə kifayət qədər araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır.

34. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırması və sübutlara hüquqi qiymət verməsi Azərbaycan Respublikasının MPM-in 14 və 88-ci maddələrinin tələblərinə cavab vermir və şərh edilən pozuntular apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas verir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

35. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı izahatında qeyd etdi ki, qapı açılan yerin yolu yuxarı küçədəndir. Onun torpağına aid çizgi planda bir yol yeri var, ikincisi yoxdur. Orada yolun olması da mümkün deyil. Ona məxsus torpaq sahəsi aşağıda idi, qarşı tərəfin yeri isə 1 metr 20 sm yuxarıda idi. Sonradan qazıb aşağı endiriblər.

36. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

37. Təkrar apellyasiya baxışı apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

39. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun yerquruluşu planlarının və təsvirlərinin müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ( HYPERLINK "http://e-qanun.az/framework/15771" \o "## ####### 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu"## ####### 2008-ci il tarixli ***- IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyədək olan versiya) .

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

41.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). 42.Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Işə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

43. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməlidir.

44. Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyəti başçısının 1999-cu il tarixli, *** nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Iddiaçı iddia etmişdir ki, qeyd olunan torpaq sahəsi onun tərəfindən hasarlanmış, bundan sonra cavabdeh Allahverdiyev Qiyamət Bayraməli oğlu tərəfindən həmin hasar sökülərək öz torpağına gediş-gəliş məqsədilə istifadə olunmağa başlanılmışdır. Iddiaçı daş hasarın cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi, həmin hasarın cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin üzərinə özünə məxsus torpaq sahəsinə daxil olmaq üçün əvvəlki yoldan istifadə etməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

45. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən iddia tələbində qeyd edilən sökülmüş hasarın yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması müəyyən olunmadığından, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri əsassızdır və təmin edilməməlidir.

46. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2024-cü il tarixli *(***)- **/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2024-cü il tarixli 2(103)- **/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

48. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iş materiallarında (iş v. 6 və 7) əsli ilə düzgünlüyü notariat orqanında təsdiqlənmiş İddiaçı fərdi evin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Səbail rayon IH başçısının ## ### 1999-cu il tarixli *** nömrəli sərəncamının və Səbail rayon IH başçısının ## ### 1999-cu il tarixli *** nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində İddiaçı ayrılmış torpaq sahəsinin (3 yaşayış massivi, **** nömrəli) cizgisinin surəti mövcuddur. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatlar olmadığına görə göstərdiyi torpaq sahəsinin həqiqətən də sərəncamla ona ayrılmış torpaq sahəsi olması öz təsdiqini tapmaması barədəki mövqeyini kifayət qədər əsaslandırmamışdır.Elektron bazada müvafiq məlumatların olmaması iş materiallarında olan sübutların araşdırılmasını və araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməsini istisna etmir.Iş materialları ilə təsdiq edilir ki, apellyasiya instansiyası məhkəməsi “iddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatlar olmadığı” barədə mövqeyini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2023-cü il tarixli rəyinə əsasən qeyd etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilirapellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi torpaq sahəsinin cizgisi sənədindəki torpaq sahəsi ilə iddiaçının ona məxsus olduğunu bildirdiyi torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini, yəni iddiaçının göstərdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi sənədində göstərilən sərhədlər daxilində olub-olmamasını araşdırıb hüquqi qiymət verməmişdir.

49. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, faktiki vəziyyəti üzrə Allahverdiyev Qiyamət Bayraməli oğluna məxsus torpaq sahəsinə gedən yolun Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyəti başçısının ## ### 1999-cu il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

50. Ikinci apellyasiya mərhələsində əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, 3-21-3-30/2- 27405/2025 nörməli mütəxəssis rəyinə əsasən faktiki iddiaçının göstəridiyi sahənin cənub rəhəddindən 5-6 metr aralı məsafədən yüksək gərginlikli (110 kVt-lıq daha çox ola bilər) elektrik hava xətti keçir. Göstərilən mübahisələndirilən sahəyə üç ədəd sahənin (bir darvaza qapısı və iki darvaza qapısı yeri) faktiki giriş-çıxışları var. Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. - Əlavə olaraq bildirilir ki, əvvəlki baxış zamanı iddiaçı tərəfindən göstərilən faktiki sahə 685.0 kv.m təşkil etməklə bir hissəsi (235.0 kv.m) faktiki yol kimi mübahisələndirilən hissədir. Bundan əlavə İddiaçı ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumat yoxdur. Göstərilən torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin müafizə zonasında yerləşir.

51. Kollegiya qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, faktiki vəziyyəti üzrə Allahverdiyev Qiyamət Bayraməli oğluna məxsus torpaq sahəsinə gedən yolun Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyəti başçısının ## ### 1999-cu il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

52. Məhkəmə kollegiyası tərəfindən ##.##.2026-cı il tarixdə mübahisələndirilən əraziyə yerli baxış keçirilmiş, müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsindən faktiki yol kimi istifadə olunur və cavabdehin evinin darvazası iddiaçıya məxsus torpaq sahəsinə açılır. 53.Iş materiallarında olan əvvəlki vəziyyətlə bağlı videogörüntüyə yenidən nəzər saldıqda müəyyən olunur ki, iddiaçının hasarlanmış torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin hasarının bir hissəsi sökülürək qonşu torpaq sahəsinə yol açılmışdır.

54. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır. X6rdaşının qonşusudur. H.Sabiri bu mübahisə ilə əlaqədar tanıyır. Mövcud torpaq sahəsindəki hasarın sökülməsini H.Sabirə o demişdir. O, torpaq sahəsini kimin alıb satdığını bilmir. Sadəcə hasarın sökülməsini bilir. Qabaq girişdə olan hasarın hündürlüyü 2 metrdən çox idi. Hasarın iki hissəsi sökülmüşdür. Yer orada trapesiya şəklindədir. Hasarın bir hissəsi hündür yerdə olduğu üçün o biri tərəfindən fərqlənir. Hasarın giriş və girişdən sağ tərəfdə yerləşən hissəsinin söküldüyünü bildirmişdir. 55.Hazırda iddiaçıya ayrılmış torpaq sahəsi asfaltlanaraq yol kimi istifadə olunur. Iddiaçının tələbi torpaq sahəsində onun tərəfindən çəkilmiş daş hasarın cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi, həmin hasarın cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin üzərinə özünə məxsus torpaq sahəsinə daxil olmaq üçün əvvəlki yoldan istifadə etməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılması təşkil edir. 56.Nəzərə alınmalıdır ki, ilkin sənədlərdə cavabdehə məxsus olan torpaq sahəsi iddiaçının qardaşına ayrılmış torpaq sahəsi idi. Ilkin sənədlərdən belə müyyən olunur ki, X3 və X1 torpaq sahəsi Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli qərar əsasında ayrılmışdır. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## ### 2014-cü il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli qərar əsasında ayrılmış torpaq sahəsinin plan və ölçüsünün verilməsi və alğı-satqının qeydə alınması Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə olunması qərara alınmışdır. 57.Ilkin sənədlərdə də həmin torpaq sahəsinə iki tərəfdən də yolun olmasını iş üzrə rəy vermiş mütəxəssis Ilkin Imanov ##.##.2026-cı il tarixli məhkəmə iclasında bildirmişdir. 58.Lakin nəzərə alınmalıdır ki, Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyəti başçısının 1999cu il tarixli, *** nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin yerləşmə cizgisi də iş materiallarında vardır (i.v.46-47). Allahverdiyev Qiyamət Bayraməli oğluna məxsus torpaq sahəsinə gedən yolun Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyəti başçısının ## ### 1999-cu il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. 59.Kollegiya qeyd edir ki, cavabdeh tərəfin öz torpaq sahəsinə iddiaçıya ayrılmış torpaq sahəsindən istifadə edərək daxil olması iddiaçıya maneçilik törədir. Çünki, bu vəziyyətdə iddiaçı ona ayrılmış torpaq sahəsindən istifadə edə bilmir.

60. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli məktubla məhkəməyə göndərilən sənədlərdən -##.##.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətinə əsasən müəyyən edilir ki, satıcı Allahverdiyev Qiyamət Bayraməli oğlu ünvan * saylı sahə ünvanında yerləşən, ümumi sahəsi 0,025 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini alıcı Cavabdeh satmışdır.

61. ##.##.2026-cı il tarixli məhkəmə kollegiyasının iclasında ünvan * saylı sahədə yerləşən, ümumi sahəsi 0.025 ha olan torpaq sahəsi cavabdeh Allahverdiyev Qiyamət Bayraməli oğlu tərəfindən Cavabdeh satıldığından cavabdeh Allahverdiyev Qiyamət Bayraməli oğlu Azərbaycan Respublikası MPM-nin 58-ci maddəsinin tələblərinə müvafiq olaraq Cavabdeh ilə əvəz edilmişdir. 62.Kollegiya qeyd edir ki, iddiaçı tələbində sökülmüş hasarın bərpa edilərək cavabdehin üzərinə özünə məxsus torpaq sahəsinə daxil olmaq üçün əvvəlki yoldan istifadə etməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. 63.Kollegiya hesab edir ki, iddiaçı İddiaçı məxus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə açılan cavabdehin evinin qapısı (darvaza) bağlanılmaqla iddiaçının pozulmuş hüququ bərpa oluna bilər. Qapı bağlanıldıqdan sonra iddiaçı öz torpaq sahəsinin hasarını bərpa etdirə biləcəkdir. Iddiaçı ##.##.2026-cı il tarlxli iclasda izahatında bildirmişdir ki, yol bağlandıqdan sonra o, özü hasarı bərpa etdirə biləcəkdir. 64.O cümlədən, kollegiya hesab edir ki, qapının bağlanması cavabdehin öz əmlakına daxil olmağına maneə olmur. Çünki həmin torpaq sahəsinin digər tərəfdən də yola çıxışı vardır. Belə ki, ekspert rəyinə əsasən Allahverdiyev Qiyamət Bayraməli oğlunun xüsusi mülkiyyətində olan 0.025 ha torpaq sahəsi və həmin sahənin qərb-sərhəd qonşuluğunda olan 0.0255 ha torpaq sahəsi əvvəlki vəziyyətdə (bölgüdən öncə) 0.0505 ha olmaqla dövlət qeydiyyatına alınmışdır. Həmin sahənin arxivi əsaslarında (ilkin yerləşmə cizgisi və keçmiş DTXK-nın kadastr planında) keçid yolları iki tərəfdən (qərb və şərq) işarələnməklə göstərilmişdir.

65. Beləliklə, qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyəti başçısının ## ### 1999-cu il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinə açılan qapı (darvaza) cavabdeh Cavabdeh tərəfindən bağlanılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

66. Kollegiya həmçinin qeyd edir ki, iş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumuları iddiaçının özünə aid edilməlidir. 67.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyəti başçısının ## ### 1999-cu il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinə açılan qapı (darvaza) cavabdeh Cavabdeh tərəfindən bağlanılsın. Iddia tələbi qalan hissədə təmin edilməsin. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçı İddiaçı alınaraq Az.MEM, VÖEN 1700326621, AZ34CTRE00000000000002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ** saylı hesaba keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar